Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-300/2021 07.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi X2 təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Bərdə rayonu, Hüseynbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, rəsmi işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 03 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində AB seriyalı, 395857 nömrəli, B kateqoriyalı sürücülük vəsiqəsi və mülkiyyət hüququ ilə özünə məxsus olan, texniki cəhətdən saz vəziyyətdə olan “CHERY T11 MİNİK” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətli hərəkət hissəsi təmirə dayandırıldığından Quba istiqamətli hərəkət hissəsi ilə Bakı şəhəri istiqamətində Bakı-Quba magistral yolunun 21-ci kilometrliyində 40 km\saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görməmiş və idarə etdiyi CHERY T11 MİNİK” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsü ilə Bakı istiqamətində hərəkətdə olan avtomobillərdən birinə əyləşmək üçün əks istiqamətli yolları ayıran dəmir qoruyucunu keçərək dayanıb gözləyən piyada xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs vurub, ehtiyatsızlıqdan sonuncuya qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alının əzilmiş yarası, sağ göz ətraf nahiyənin yumşaq toxumalarının əziyi, sağ çənə oynağı başının qəlpəli yerdəyişən sınığı, sol körpücük sümüyünün az yerini dəyişən sınığı, sağ qaş nahiyəsinin və sol yanaq nahiyəsinin əzilmişcırılmış yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 03.10.2020-ci il tarixdə saat 16:30 radələrində özünə məxsus 2014-cü il buraxılışlı, “Chery T11 minik” markalı, ağ rəngli, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsindən yaşadığı evə, yəni ünvan 2 ünvanına gedərkən avtomobildə qabaq oturacaqda həyat yoldaşı Şahid2, arxada isə bacısı Şahid1, Gülbənizin qızı Qüdrət Qafarova və onun qızı Məleykə Məmmədova əyləşmişdir. İdarə etdiyi avtomobillə Bakı-Quba magistral yolunu Bakı istiqamətində hərəkət etmişdir. Bakı istiqamətində olan yol bağlı olduğuna görə əks istiqamətli yolda iki tərəfli hərəkət təşkil edilmişdir. O, həmin yola çıxaraq hərəkətini davam etdirmişdir. Həmin vaxt sürət həddi stabil olaraq 40 km/saat olmuşdur. Həmin yolda yerləşən yerüstü piyada keçidini təxminən 5-6 metr keçdikdən sonra avtomobilinin sağ yan şüşəsinin qırıldığını hiss edərək avtomobilini sağa verib saxlamışdır. O, avtomobildən düşənədək həyat yoldaşı Şahid2 avtomobildən düşmüşdür. Sonra o və Şahid1, Qüdrət Qafarova və Məleykə Məmmədova da avtomobildən düşdükdə avtomobildən 1-2 metr geridə bir nəfər şəxsin yerdə uzanılı olduğunu görmüşdür. Həmin şəxsin adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs huşu aydın olmuşdur. Həmin vaxt onun yanına bir nəfər şəxs də gələrək İlkinin qaynı olduğunu bildirmişdir. Həyat yoldaşı Şahid2 və özünü İlkinin qaynı kimi təqdim edən şəxs İlkini həmin şəxsin idarə etdiyi avtomobillə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparmışlar. Sonra avtomobilinə baxdıqda sağ yan güzgüsünün tamamilə qırıldığını, avtomobilin ön şüşəsinin sağ tərəfində çat izlərinin olmasını görmüşdür. O, hadisə yerinə polis əməkdaşlarının gələcəyini bilərək hadisə yerində gözləmişdir. Təxminən 20 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, o hadisə yerini təqdim etdikdən və sərxoşluq müayinəsindən keçdikdən sonra izahat vermək üçün Sumqayıt ŞPİ-yə getmişdir. Hadisədən əvvəl spirtli içki və digər güclü təsir edən, bihuşedici maddə qəbul etməmiş, avtomobil idarə etməyə hüquq verən sürücülük vəsiqəsi vardır. Hadisə vaxtı avtomobildə yük olmamış, hadisə vaxtı o və digər şəxslər xəsarət almamışlar. Hadisədən əvvəl idarə etdiyi avtomobilin surəti təxminən 40 km/saat olmuşdur. Hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmiş, belə ki, hadisədən qabaq piyada Zərərçəkmiş şəxs yolun kənarında olduğunu və ya yolu sağdan sola doğru keçməsini görməmiş, yerüstü piyada keçidini 5-6 metr keçdikdən sonra avtomobilin sağ yan güzgüsünün qırıldığını görüb dərhal avtomobili saxlayıb avtomobildən düşdükdən sonra Zərərçəkmiş şəxs avtomobildən 1-2 metr geridə yerdə uzanılı vəziyyətdə olduğunu görmüşdür. Ola bilsin ki, Zərərçəkmiş şəxs yolun sağında olan dəmir listi aşdıqda avtomobilin sağ yan güzgüsünə dəymişdir. İdarə etdiyi avtomaşın hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olub, avtomaşında hər hansı texniki nasazlıq olmayıb. Hadisədən sonra İlkinin bədəni üzərində xəsarət görməmişdir. Hadisə zamanı piyada Zərərçəkmiş şəxs görməmiş, buna görə də hadisənin qarşısını almaq üçün heç bir tədbir görməmişdir. Həmçinin, qeyd edilən yolda avtomobili sola döndərmək qeyri-mümkün olmuşdur. Hadisə baş verməsindən xəstəxanadan ambulator müalicəyə göndərilənədək Zərərçəkmiş şəxs xəsarəti ilə bağlı həkim Emil İsmayılov tərəfindən yazılmış dərmanlar, eləcədə də narkomaniya xəstəliyi ilə bağlı Ramil həkim tərəfindən yazılmış dərmanlar da onlar tərəfindən alınmışdır. Zərərçəkmiş şəxs müalicəsi ilə bağlı təxminən 4000 (dörd min) manat pul xərcləmişlər. Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışdığını, onların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını göstərərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 03.10.2020-ci il tarixdə saat 16:30 radələrində qaynı Aslanın yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən evdən Aslanla birgə çıxmışlar. Aslanın idarə etdiyi “Ravon” markalı avtomobillə Bakı-Quba yolunun Bakı istiqamətində hərəkət edib dayanmışlar. O, yaşadığı evə yəni ünvan 3 ünvanına getmək üçün avtomobilindən düşmüşdür. Həmin gün yol 2 tərəfli olmuş, çünki Bakı istiqamətində olan yolda təmir işləri getdiyi üçün həmin yol bağlı olmuşdur. Buna görə də bağlı yolu keçib əks istiqamətli yola əks istiqamətli yolları ayıran dəmir qoruyucudan keçmişdir. O, dəmir qoruyucu ilə yerdə olan sarı rəngli nişanlanma xətti arasında dayanıb sol tərəfdən Bakı şəhəri istiqamətində hərəkət edən avtomobillərə işarə etmişdir ki, onu da pul müqabilində Bakı istiqamətində aparsınlar. Təxminən 5 dəqiqə həmin yerdə dayanmışdır. Sonra mobil telefonuna hazırda xatırlamadığı kimsə zəng etmiş, o, telefonu cibindən çıxardıb cavab vermək istədikdə ağ rəngli “Chery” markalı avtomobil sağ yan güzgüsü ilə onun çənə nahiyəsindən dəymişdir. Sonra huşunu itirib yerə yıxılmışdır. Daha sonra nələrin olduğunu xatırlamır. Hadisə zamanı üzərində olan “Samsung J8” markalı və “Samsung A10” markalı mobil telefonlar qırılmışdır. “Samsung J8” markalı mobil telefon qaynı Aslana məxsus olmuşdur. Hadisədən sonra Aslana dəymiş maddi ziyan ödənilmişdir. “Samsung A10” markalı mobil ona məxsus olmuş, qırılması ilə ona 349 manat maddi ziyan dəymişdir. Hadisə zamanı spirtli içki və ya narkotik vasitə təsiri altında olmamışdır. O, ümumiyyətlə narkotik vasitə istifadəçisi deyil. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödəndiyini, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirərək, sonuncunun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 03.09.2020-ci il tarixdə saat 16:30 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus 2014-cü il buraxılışlı, “Chery T11 minik” markalı, ağ rəngli, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsindən yaşadıqları evə, yəni ünvan 2 ünvanına gedərkən avtomobili Təqsirləndirilən şəxs idarə etmiş, o qabaq oturacaqda arxada isə Şahid1, Qüdrət Qafarov və qızı Məleykə Məmmədova əyləşmişdir. Təqsirləndirilən şəxs avtomobillə Bakı-Quba magistral yolunu Bakı istiqamətində hərəkət etmişdir. Bakı istiqamətində olan yol bağlı olduğuna görə əks istiqamətli yolda iki tərəfli hərəkət təşkil edilmişdir. Təqsirləndirilən şəxs həmin yola çıxaraq hərəkətini davam etdirmişdir. Həmin vaxt sürət həddi stabil olaraq 35-40 km/saat olmuşdur. Həmin yolda yerləşən yerüstü piyada keçidini təxminən 4-5 metr keçdikdən sonra avtomobilin sağ yan şüşəsinin qırıldığını hiss edərək Təqsirləndirilən şəxs avtomobili sağa verib saxlamasını bildirmiş, Təqsirləndirilən şəxs avtomobili saxladıqdan sonra avtomobildən düşüb orada olan adının Aslan olduğunu bildirən şəxs avtomobildən 1-2 metr geridə yerdə uzanılı olan şəxsi göstərək həmin şəxsin onun yeznəsi olduğunu, avtomobilin ona dəyməsini və yerə yıxılmasını bildirmişdir. Həmin şəxsin adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Sonra Aslanla birlikdə Zərərçəkmiş şəxs Aslanın idarə etdiyi avtomobillə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparmışlar. Xəstəxanada Zərərçəkmiş şəxs başını X3 etdikdən sonra həkim X11 Xəlilovun narkotik vasitənin təsiri altında olduğunu, ona görə də Zərərçəkmiş şəxs başında hansı xəsarətlərinin olmasını müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 03.09.2020-ci il tarixdə saat 16:30 radələrində bacısı Təqsirləndirilən şəxs məxsus 2014-cü il buraxılışlı, “Chery T11 minik” markalı, ağ rəngli, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsindən Təqsirləndirilən şəxs yaşadığı evə yəni ünvan 2 ünvanına gedərkən avtomobili bacısı Təqsirləndirilən şəxs idarə etmiş, Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid2 qabaq sağ oturacaqda, o, qızı Qüdrət Qafarova və Tərgülün qızı Məleykə Məmmədova isə arxa oturacaqda əyləşmişdir. Təqsirləndirilən şəxs avtomobillə Bakı-Quba magistral yolunu Bakı istiqamətində hərəkət etmişdir. Bakı istiqamətində olan yol bağlı olduğuna görə əks istiqamətli yolda iki tərəfli hərəkət təşkil edilmişdir. Təqsirləndirilən şəxs həmin yola çıxaraq hərəkətini davam etdirmişdir. Həmin vaxt sürət həddi stabil olaraq 33-40 km/saat olmuşdur. Həmin yolda yerləşən yerüstü piyada keçidini təxminən 3-5 metr keçdikdən sonra avtomobilin sağ yan şüşəsinin qırıldığını hiss etmişlər. Sonra Təqsirləndirilən şəxs avtomobili sağa verib saxladıqda o, avtomobildən düşmüşdür. Orada olan adının Aslan olduğunu bildirən şəxs avtomobildən 1-2 metr geridə yerdə uzanılı olan şəxsi göstərək həmin şəxsin onun yeznəsinin olduğunu, avtomobilin ona dəyməsini və yerə yıxılmasını bildirmişdir. Həmin şəxsin adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Sonra Şahid2 Aslanla birlikdə Zərərçəkmiş şəxs Aslanın idarə etdiyi avtomobillə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparmışdır. O, Təqsirləndirilən şəxs, qızı Qüdrət Qafarova və Tərgülün qızı Məleykə Məmmədova hadisə yerində gözləmişlər. Hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etdikdən sonra o, qızı X5 və Tərgülün qızı X4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 12 yanvar 2021-ci il tarixli 8/1921 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən verilən məlumatlara əsasən: 1,2. Chery T11 markalı, 99XS921 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 27.10.2020-ci il tarixli 1340 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: “qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alının əzilmiş yarası, sağ göz ətraf nahiyəsinin yumşaq toxumaların əziyi, sağ çənə oynağı başının qəlpəli yerdəyişən sınığı, sol körpücük sümüyünün az yerinidəyişən sınığı, sağ qaş nahiyəsinin və sol yanaq nahiyəsinin əzilmiş-cırılmış yaraları”. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 03.10.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işi materiallarında olan 20.12.2016-cı il tarixdə verilmiş nəqliyyat vasitəsinin AC seriyalı 856959 №li qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “CHERY T11 MİNİK” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxsdır. Təqsirləndirilən şəxs adına 28.01.2011-ci il tarixdən 28.01.2021-ci ilədək qüvvədə olan AB 395857 saylı “B” kateqoriyalı sürücülük vəsiqəsi var. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BDYPİnin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin 03.02.2021-ci il tarixli 302-601-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına 28.01.2011-cı il tarixdə AB 395857 seriyalı “B” kateqoriyalı 10 illik etibarlılıq müddəti olan sürücülük vəsiqəsi vardır. Kompüter bazasına əsasən sürücülükdən məhrum edilənlər sırasında yoxdur. Sumqayıt şəhər Narkoloji Dispanserinin 03 oktyabr 2020-ci il tarixli, 5626 saylı aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir və ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 21.10.2020-ci il tarixli arayışdan (tələbnamədən) müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Zərərçəkmiş şəxs və onun nümayəndəsi X6 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs onlara dəymiş maddi ziyani tam olaraq ödədiyini, hazırda ona qarşı şikayətlərinin və tələblərinin olmadıqlarını və onunla barışdıqlarını göstərərək, sonuncunun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdilər. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxs və onun nümayəndəsi ilə barışdığını və onlara dəymiş maddi ziyani tam olaraq ödədiyini nəzərə alıb barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yez) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-300/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-300/2021
07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver