Məhkəmə qərarları › İş №1(060)-300/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-300/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-300/2023 26.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SMP-518, otaq 42 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 avqust 2022-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmiryolçular küçəsi, 95 saylı evin hasarından aşaraq həyətyanı sahəyə qanunsuz daxil olub həyətyanı sahədəki dəyəri 160,0 manat olan 01 ədəd 2021-ci il Rusiya istehsallı, “Formula” markalı, 26 ölçülü velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 160,0 (yüz altmış) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 14 oktyabr 2022-ci il tarixdə saat 21:50-də Sumqayıt ŞPİ-nin, 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən məscidin yaxınlığında olduğu zaman saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində aparılan şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,304 qram narkotik vasitə heroin əynindəki şalvarının sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə elan olunan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən mütəmadi olaraq istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə almaq qərarına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan 2-3 saat qabaq, yəni 14 oktyabr 2022-ci il tarixdə təxminən saat 19:00 radələrində Bakı şəhəri, “20 Yanvar” metrosu ərazisində tanımadığı və kimliyini bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manat dəyərində 1 ədəd bükümdə narkotik vasitə heroin almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin gün təxminən saat 21:50 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən məscidin yaxınlığında olduğu zaman bir neçə polis əməkdaşı ona yaxınlaşmışlar və üzərində narkotik vasitə saxlamağında, həmçinin istifadəsində şübhəli bilindiyi üçün onu polis bölməsinə dəvət etmişlər. Xidməti otaqda onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o da əynində olan şalvarın sağ yan tərəfdə olan kiçik cibində saxladığı 1 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Bundan başqa 2022-ci ilin avqust ayında o, saat 03 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmiryolçular küçəsində əvvəldən tanıdığı Zərərçəkmiş şəxs məxsus 95 saylı evin tordan hasarının yanından bir ədəd 26 ölçülü velosiped görüb onu götürüb çıxıb getmişdir. O, həyətə daxil olmamış, velosiped hasarın yanında olmuş, o da sürmək məqsədilə velosipedi oradan oğurlamışdır. Eyni tarixdə, saat 10-11 radələrində Sumqayıt şəhəri, Dəmir Yol yaşayış massivində yerləşən 5 saylı binanın arxa hissəsində həmin velosipedlə birlikdə olarkən 2ci PB-nin əməkdaşları ona yaxınlaşıb saxlayaraq velosiped oğurlamaqda şübhəli olduğunu bildirdikdə o, törətdiyi əməli etiraf edib həmin velosipedi təqdim etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, Qubadlı rayonu, Xanlıq Ə/D, Xanlıq kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi SMP-nin yataqxanası, otaq 42 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitələrdən mütəmadi olaraq istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə almaq qərarına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan 2-3 saat qabaq yəni, 14 oktyabr 2022-ci il tarixdə təxminən saat 19:00 radələrində Bakı şəhəri, “20 Yanvar” metrosu ərazisində tanımadığı və kimliyini bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manat dəyərində 1 ədəd bükümdə narkotik vasitə heroin almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 14 oktyabr 2022-ci il tarixdə təxminən saat 21:50 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən məscidin yaxınlığında olduğu zaman bir neçə polis əməkdaşı ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və üzərində narkotik vasitə saxlamağında, həmçinin istifadəsində şübhəli bilindiyi üçün onu polis bölməsinə dəvət etmişlər. O da etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o da əynində olan şalvarın sağ yan tərəfdə olan kiçik cibində saxladığı 1 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. Bundan başqa 2022-ci ilin avqust ayında o, narkotik vasitə aludəçisi olduğuna görə yaşadığı H.Z.Tağıyev qəsəbəsi ərazisində piyada gəzib enerji içkilərinin qabını yığıb sataraq pul əldə etmişdir. Əldə etdiyi pullarla isə ağrıları olduğundan özünə tanımadığı şəxslərdən narkotik vasitələr alaraq istifadə edirmiş, həmçinin gündəlik tələbatlarına xərcləmişdir. xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmiryolçular küçəsində olarkən adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsə məxsus 95 saylı evin hasarının alçaq və dəmir tordan olduğunu görüb həmin həyətyanı sahəyə daxil olub oradan oğurluq etmək qərarına gəlmişdir. Sonra ətrafda və həyətyanı sahədə kiminsə olmadığından əmin olub hasarı aşıb həyətyanı sahəyə daxil olmuşdur. Həyətyanı sahədə oğurlamaq üçün əşya axtararkən orada bir ədəd 26 ölçülü velosiped görüb onu götürüb hasardan aşaraq çıxıb getmişdir. Eyni tarixdə, saat 10-11 radələrində Sumqayıt şəhəri, Dəmir Yol yaşayış massivində yerləşən 5 saylı binanın arxa hissəsində həmin velosipedlə birlikdə olarkən 2-ci PB-nin əməkdaşları ona yaxınlaşıb saxlayaraq velosiped oğurlamaqda şübhəli olduğunu bildirdikdə o, törətdiyi əməli etiraf edib həmin velosipedi təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, yaşadığı evin həyətyanı sahəsi 1 tərəfi mişar daşları ilə, digər 3 tərəfi isə dəmir torla hasarlanmışdır. 19 avqust 2022-ci il tarixdə, saat 21-22 radələrində işdən yaşadığı ünvana gəldikdə özünə məxsus “Formula” markalı, 26 ölçülü, 2021-ci il tarixdə 230 manata aldığı velosipedinin həmişə olduğu kimi həyətin içəri hissəində daş hasara söykənilmiş vəziyyətdə olduğunu görmüşdür. 20 avqust 2022-ci il tarixdə, saat 07 radələrində işə getmək üçün yaşadığı evdən çıxdıqda evin qarşısında, mişar daşlarından olan hasara söykənilmiş vəziyyətdə olan velosipedinin yerində olmadığını görüb onun oğurlanmasını fikirləşərək Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gedib ərizə ilə müraciət etmişdir. Hazırda velosiped oğurlanan yerin torla hasarlanmış həyətin içərisində və ya çölündə olmasını dəqiq xatırlamır. Təqsirləndirilən şəxslə barışmış və ona dəymiş ziyan tam ödənilmişdir. Şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs elan edilmiş ifadəsindən görünür ki, yaşadığı evin həyətyanı sahəsi 1 tərəfi mişar daşları ilə, digər 3 tərəfi isə dəmir torla hasarlanmışdır. 19 avqust 2022-ci il tarixdə, saat 21-22 radələrində işdən yaşadığı ünvana gəldikdə özünə məxsus Rusiya Federasiyasının istehsalı olan, “Formula” markalı, 26 ölçülü, 2021-ci il tarixdə istehsal edilmiş və həmin ildə 230 manata aldığı velosipedinin həmişə olduğu kimi daş hasara söykənilmiş vəziyyətdə olduğunu görmüşdür. 20 avqust 2022-ci il tarixdə, saat 07 radələrində işə getmək üçün yaşadığı evdən çıxdıqda evin qarşısında, mişar daşlarından olan hasara söykənilmiş vəziyyətdə olan velosipedinin yerində olmadığını görüb onun oğurlanmasını fikirləşərək Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gedib ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə vermiş olduğu ifadəni təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 14 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SMP-nin yataqxanası, otaq 42 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilmiş və xx.xx.2022-ci il tarixdə saat 21:50 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən məscidin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin 2-ci PB-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçi Nizami Salamovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs da özü əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, bildirmiş ki, üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur, xx.xx.2022-ci il tarixdə 19:00 radələrində Bakı şəhəri “20 Yanvar” metrosu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almış və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid4 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə heç bir düşmənçilik ədavəti yoxdur, onunla uzun müddətdir ki, bir-birilərini tanıyırlar. O da, Təqsirləndirilən şəxs da narkotik vasitə aludəçisidirlər. Onun yaşadığı binanın arxa hissəsində dəmir üstlərlə hasarladığı təxminən 1 sotdan bir qədər az torpaq sahəsindən ibarət bağı var. Həmin bağın içərisində ağaclar əkmiş və orada bir ədəd qaraj var. O və Təqsirləndirilən şəxs narkotik vasitəni həmin qarajın içərisində istifadə etmişlər. xx.xx.2022-ci il tarixdə, saat 03-04 radələrində o, həmin qarajda olarkən Təqsirləndirilən şəxs velosipedlə onun yanına gəlmişdir. Bir qədər söhbət etdikdən sonra isə o, yaşadığı ünvana getmişdir. Sadiq isə həmin qarajda yatmışdır. Sonradan o, eşitmiş ki, Sadiq qeyd edilən velosipedi oğurlaması ilə bağlı 2-ci PB-nin polis əməkdaşları tərəfindən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsində xx.xx.2022-ci il tarixdə saat 21:50-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-423/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və özünün seçdiyi hüquqlarının müdafiəsini təmin edəcək vəkili X3 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibində saxlamış olduğu 1 ədəd şəffaf sellofan bükümü təqdim etdi. Həmin şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin “kakos” olduğunu, həmin maddələri bu gün 7-8 radələrində Bakı şəhəri 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm içərsindəki qəhvəyi rəngli maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman, həmin bükümün içərsindəki maddə ilə birlikdə çəkisinin 1,38 qram olduğu müəyyən edildi və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürləndi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilmədi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/5952 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün №126”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)..”. yazısı və imzalar olan zərfdəki l (bir) ədəd bükümdə təmiz çəkisi 1,304 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Tədqiqata 0,1 qram sərf edildikdən sonra 1,204 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskə daxil olduqda, 01 ədəd qovluq olduğu müəyyən edilir. Həmin qovluqda olan videogörüntüdə 14 oktyabr 2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin, 2-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SMP-518, otaq 42 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağlyev qəsəbəsi. Ü.Hacıbəyov küçəsində yerləşən məscidin yaxınlığında saxlanılmış və üzərinə Sumqayıt ŞPİ-nin, 2-ci PB-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı, polis kapitanı Taleh Abdullayev tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müseyib Məhərrəmovun və Sumqayıt ŞPİ-nin, 2-ci PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan kiçik cibində bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etdiyi, həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunduğu, həmin bükümün sellofan ilə birlikdə çəkisi 1,38 qram olduğu müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin aşkar olunmadığı görünür, həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin günü 7-8 radələrində Bakı şəhəri “20 Yanvar” metrosu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən azad edilmişdir. Bundan başqa Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,177.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 29,177.1-ci maddəsi xaric edilmiş, 234.1, 66.3, 69.3-cü maddələri ilə 06 ay çıxılaraq qəti 02 il 05 ay 28 gün təyin edilmiş, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı lə 05 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-391/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 21 sayı MKS tərəfindən verilmiş 1898 saylı, xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SMP-518, 3 saylı yataqxanada yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 6142 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə ********* nömrəsi altında istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı ünvan ünvan 5şayış evidir. Evin həyəlyani sahəsi bir tərəfi misar daşları ilə digər üç tərəfi isə dəmir torla hasarlanmışdır. Həyətyanı sahənin içərisində 1 mərtəbəli ev vardır. Həyatyanı sahənin dəmir tordan qapısı var, qapını bağlamaq üçün qıfıldan istifadə edilmir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmiş ki, xx.xx.2022-ci il tarixdə saaat 21-22 radələrində işdən yaşadığı ünvana gəldikdə özünə məxsus RF istehsalı olan “Formula” markalı 26 ölçülü 2021-ci il tarixdə aldığı velosipedi həmişə olduğu kimi daş hasara söykənmiş vəziyyətdə olduğu görmüş, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində işə getmək üçün evdən çıxan zaman velosipedin yerində olmadığını görmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/6066 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 2021-ci il Rusiya istehsalı “Formula” markalı 26 ölçülü velosipedin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 160,0 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd 2021-ci il Rusiya istehsalı “Formula” markalı 26 ölçülü velosiped cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin nəticəsinə kimi saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.1 və 177.2.3-cü maddələrinə tövsif olunmaqla Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.3-cü maddələri ilə ona yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək ona həmin məcəllənin 177.2.3-cü və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və məhkəmə-kimyəvi ekspetizasından sonra qalıq qalmış təmiz çəkisi 1,204 qram narkotik vasitə heroin və üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti uzadılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yixdur. Qərar qəbul edərkən qeyd olunanların nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi onun əvvəlki cinayətə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının məhkumun tərbiyələndirilməsinə, yeni cinayətin törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığına və hazırda cinayətin residivi hesab edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyəri 114 (bir yüz on dörd) və 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus 01 ədəd 2021-ci il Rusiya istehsalı “Formula” markalı 26 ölçülü velosiped cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin nəticəsinə kimi saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1,204 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)- 300/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 182 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyəri 114 (bir yüz on dörd) və 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus 01 ədəd 2021-ci il Rusiya istehsalı “Formula” markalı 26 ölçülü velosiped cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin nəticəsinə kimi saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,304 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar