Məhkəmə qərarları › İş №1(060)-300/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-300/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-300/2025 09.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Nizami küçəsi 111-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri Stansiya Sumqayıt, Sumqayıtçay qəsəbəsi, ev 1, mənzil 30da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 09 dekabr 2024-cü il tarixdə saat 22:40 radələrində BD060066 nömrəli sürücülük vəsiqəsi ilə baş etibarnamə əsasında idarə etdiyi “Opel Vectra minik” markalı, 90- ES-092 dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri Sülh küçəsində Sumqayıt şəhər mərkəzi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələbləri pozaraq, onun hərəkət istiqaməti üzrə yolu soldan sağa doğru keçmək istəyən piyada xx.xx.1976-cı il təvəllüdlü X9 idarə etdiyi avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncunun həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən başın küt travması, təpə sümüklərinin çoxqəlpəli qapalı sınığı, baş-beyinə qansızma, təpə nahiyəsinin yarası, təpə nahiyəsinin, sağ diz oynağının ön səthinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər alması və başın küt travması nəticəsində baş beyinə qansızma səbəbindən xx.xx.2024-cü il tarixdə ölməsinə səbəb olan yolnəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Sumqayıtçay qəsəbəsi ev 1, mənzil 30-da ailəsi ilə birlikdə yaşayır, evlidir, 2 övladı var. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. “Opel Vectra minik” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilini baş etibarnamə əsasında idarə etmişdir. X15 Bakı şəhərində yerləşən İqtisad Universitetində 2-ci kurs tələbəsidir. Dərslərdən sonra Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “50/94 Ucuzluq” mağazasında kassir olaraq işləmişdir. Hər gün saat 15:30 radələrində işə gedib axşam 23 radələrində işdən çıxmış, hər gün işdən çıxarkən qızı Səyyarəni o, özünə məxsus Opel Vectra markalı avtomobil ilə işdən götürüb evə aparmışdır. 09 dekabr 2024-cü il tarixdə saat təxminən 22:30 radələrində o, yaşadıqları ünvandan çıxaraq qızı Səyyarəni götürmək üçün Sülh küçəsi ilə Sumqayıt şəhəri istiqamətində hərəkət edərkən Bakı-Quba magistral avtomobil yoluna çatmamış təxminən 40 km/saat sürətlə hərəkətdə olarkən yolun hərəkət hissəsinə qəflətən bir nəfər şəxs çıxmışdır. O, əyləci sıxsa da, avtomobilin sol ön hissəsi həmin şəxsə dəymiş və o, avtomobilin ön alın şüşəsinə dəyərək avtomobildən təxminən 2 metr irəli məsafədə yerə düşmüşdür. O, dərhal avtomobildən düşərək hadisəni görüb dayanan digər sürücülərin köməkliyi ilə onu avtomobilin arxa oturacağına uzadıb Sumqayıt şəhər xəstəxanasına aparmışdır. X10 yardım şöbəsinə apardıqda isə onun artıq öldüyünü bildirmişlər. Bundan sonra xəstəxanaya gələn polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Əlavə olaraq bildirmişdir ki, hadisə zamanı onun hərəkət sürəti təxminən 40 km/saat olmuş, hadisə baş verən zaman avtomaşında tək olmuş, başqa heç kim olmamışdır. O, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Polis əməkdaşları onu həkim müayinəsindən keçirmişdir. Günün qaranlıq vaxtı olduğundan o, piyadanı əvvəlcədən görməmiş, təxminən 10-15 metr məsafədən bir nəfər şəxsin qaçaraq yolu keçdiyini, digərinin isə yolun hərəkət zolağının orta xəttinin üzərində dayandığını görmüş və o, yaxınlaşan zaman həmin şəxs qəflətən yolun hərəkət hissəsinə çıxmış və o, əyləci sıxsa da, o, avtomobilin ön hissəsinə çırpılmışdır. Həmin vaxtı diqqəti yolda olmuşdur, diqqətini yayındıran hər hansı vasitədən istifadə etməmişdir. Sadəcə olaraq həmin şəxsin yola çıxacağını düşünməmişdir. Hadisə baş verən zaman havanın qaranlıq vaxtı olmuş, nəqliyyat vasitəsinin işıqları işlək vəziyyətdə, yolu işıqlandırmışdır. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələb yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 10 dekabr 2024-cü il tarixdə gecə saatlarında Sumqayıt şəhər Polis idarəsindən onlara zəng edərək əri Malik Ağayevi piyada hərəkətdə olarkən ehtiyatsızlıqdan avtomobilin vurmasını və Sumqayıt şəhər xəstəxanasına aparılarkən ölməsini bildirmişlər. Onlar səhər saatlarında Sumqayıt şəhər xəstəxanasına getmişlər və əri Malikin meyiti məhkəmə-tibbi ekspertiza müayinəsindən keçdikdən sonra onlara təhvil verilmişdir. Onun hadisənin necə baş verməsi barədə dəqiq məlumatı olmamışdır Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə təqdim etdiyi ərizəsi iş materiallarına əlavə olumuş, bundan əlavə ifadəsində də Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını bildirmişdir. Cinayət işinin 127-ci vərəqələrində olan 07 mart 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 16-ci vərəqəsində olan 22 avqust 2023-cü il tarixdə verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C” dərəcəli sürücülük hüququ var, vəsiqənin 22 avqust 2033-cü il tarixədək qüvvədə olma müddəti var. Cinayət işinin 16-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Xaçmaz RQİB tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AE seriyalı, 058146 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2000-ci il, “OPEL VECTRA MİNİK” markalı, **-ES-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Mahmudov Heybət Vəkil oğludur. Cinayət işinin 17-ci vərəqəsində olan ƏN-İX seriyalı 351208 nömrəli etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “OPEL VECTRA MİNİK” markalı, **-ES-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinə sərəncam vermək və istifadə etmək səlahiyyəti verilmişdir. Cinayət işinin 5-ci vərəqəsində olan 09 dekabr 2024-cü il tarixli, 6765 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 6-13-cü vərəqəsində olan 09 dekabr 2024-cü il tarixli protokol və fotocədvəldən görünür ki, 09 dekabr 2024-cü il tarixdə Sumqayıt şəhəri Sülh küçəsində hadisə yerinə baxış keçirilmiş, bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilərək sxem tərtib edilmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, X13 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 29-cu vərəqəsində olan 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X6 mərhum X8 hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 45-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 X11 xx.xx.2024-cü il tarixli, 142 saylı rəyindən görünür ki, X8 meyitinin bədənində üzərində aşağıdakı xəsarətlər aşkar edildi: başın küt travması, təpə sümüklərinin çoxqəlpəli qapalı sınığı, baş-beyinə qansızma, təpə nahiyəsinin yarası, təpə nahiyəsinin, sağ diz oynağının ön səthinin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti meyitin müayinəsindən bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə aiddir və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidir. X8 ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. X8 meyitindən götürülmüş qanın kimyəvi müayinəsi nəticəsində 0,79% etil spirti aşkar edilmişdir ki, bu da müvafiq cədvəl üzrə yüngül dərəcəli alkoqol sərxoşluğuna aid edilir. Narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin 93-94-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/250 saylı rəyindən görünür ki, İstintaq tərəfindən verilən məlumatlara əsasən Opel Vectra markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 92-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 42-43-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 İdarəsi tərəfindən 23 avqust 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3500 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cərimə cəzası qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 11 ay 24 gün islah işləri cəzası ilə əvəz edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 05 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 222-243-cü vərəqəsində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(060)-393/2017 saylı hökm ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 56-57-ci vərəqəsində olan ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində 02 övladı var. ( xx.xx.2005-ci il təvəllüdlü Səyyarə Ağazadə və xx.xx.2011-ci il təvəllüdlü Səid Ağazadə) Cinayət işinin 38-ci vərəqəsində olan zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, X1 Rəsul Qaçaxan oğlu ilə barışdığını, ona qarşı heç bir şikayət, iddiası və tələbinin olmadığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini etiraf etməklə özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmişin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzalərın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 3Sumqayıt şəhər 1 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: a3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 8 saata görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar