Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-301/2021 26.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Hüseyn oğlunun, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1991-ci ildə Quba rayonu, Zərqava kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Hüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Hüseyn oğlu 03 fevral 2021-ci il tarixdə saat 19:00 radələrində, idarə etdiyi “VAZ 2121” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 27-ci kilometr ərazisindəki yolla üzü Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsziliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsiziliyini təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək hadisənin qaşısını almamış, nəticədə yolun sağ kənarından sol kənarına piyada keçidinin üzəri ilə hərəkət edən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə vurmuş, onun ehtiyatsızlığından piyada Zərərçəkmiş şəxs “Başın küt travması, başbeyin toxumasına və qişaların altına qansızma, sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sol bazunun aşağı 1/3-nin qapalı yerdəyiən sınığı, bel nahiyəsinin sağ yarısının qançırlı sıyrığı, sol əlin arxa səthinin, sol budun, sağ əlin və sol daban nahiyəsinin sıyrıqları” kimi dərəcəsinə görə həyat üçün təhükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan bədən xəsarətləri alması nəticəsində “Başın küt travması nəticəsində baş-beyinə qansızma” xəsarətlərindən hadisə yerində ölməsi ilə bağlı yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da Təqsirləndirilən şəxs Hüseyn oğlu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Hüseyn oğlu ona Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, BC dərəcəli sürücülük vəsiqəsi vardır. Bir neçə gün əvvəl Elvin adlı dostu ona demişdir ki, “Niva” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil var. Həmin avtomobilin əsl sahibi Yardımlı rayonunda yaşayır. Həmin avtomobili almaq istəsə, Yardımlı rayonuna gedib həmin avtomobilin sahibi ilə görüşüb avtomobili onun adına keçirsinlər. O, Elvindən avtomobilin harada olduğunu soruşmuşdur. Elvin ona demişdir ki, avtomobil Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsindəki təmir sexindədir. O, Elvinlə birlikdə təmir sexinə gedib həmin avtomobilə baxmışlar. O, Elvinə demişdir ki, avtomobili bir az sürsün, görsün necə maşındır. Elvin onunla razılaşmışdır. O, bir qədər avtomobili sürdükdən sonra yaşadığı evin həyətinə gətirmişdir ki, bir azdan Elvinə qaytarsın. O, avtomobili həyətə qoyduqdan sonra təkrar işə salmaq istədikdə avtomobil işə düşməmişdir. O, bu barədə Elvinə demişdir. Maşın təxminən iki gün evin həyətində qalmışdır. İki gündən sonra o, evakuator çağırıb həmin maşını H.Z.Tağıyev qəsəbəsindəki ustaya aparmışdır. Usta həmin avtomobili təmir etdikdən sonra o, avtomobili həyətə gətirib saxlamışdır. 03.02.2021-ci il tarixdə saat 19:00 radələrində o, “Niva” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili götürüb Saray qəsəbəsinə getmişdir ki, orada olan “Araz” marketə getsin. O, marketə girib alver etdikdən sonra “Niva” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə minib həmin avtomobillə saat 19:00 radələrində Sumqayıt şəhəri istiqamətində gəlməyə başlamışdır. O, avtomobili təxminən 70 km/saat sürətlə idarə etmişdir. Həmin vaxtı təxminən 30-40 metr məsafədən o, bir nəfər cavan oğlanın piyada keçidinin üzəri ilə yolun sağ kənarından sol kənarına asta addımlarla yolun sol tərəfinə tərəf hərəkət etdiyini görmüşdür. Həmin oğlan onun idarə etdiyi avtomobilin gəldiyini görüb özünü itirmiş, bir neçə addım geriyə doğru addım atmış, sonra yenidən yolun sol kənarına doğru hərəkət etməyə başlamışdır. O, hadisənin qarşısını almaq üçün tez ayağını əyləcə basıb avtomobili saxlamaq istəmişdir. Lakin hadisənin qarşısını ala bilməyərək həmin kişini avtomobilin sol qabaq hissəsi ilə piyada keçidinin üzərində vurmuşdur, avtomobil piyadanı vurduqdan sonra bir neçə metr qarşıya tərəf sürümüşdür. O, avtomobili bir neçə metr irəli sürdükdən sonra yolun sağ kənarına verib saxlamışdır. Dərhal piyadanın yanına gəlmişdir. Görmüşdür ki, piyada yerdə hərəkətsiz vəziyyətdədir. Həmin vaxtı o, dərhal təcili tibbi yardım xidmətini hadisə yerinə çağırmışdır. Sonra orada olan tanımadığı şəxslər piyadanı təcili tibbi yardım xəstəxanasına aparmışlar. O, isə hadisə yerində qalmışdır. Az sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları onunla birlikdə hadisə yerinə gedib hadisə yerinə baxış keçirib fotoşəkillərini çəkmib, protokol tərtib edərək sxem tərtib etmişlər. Onlar özləri də həmin protokolları imzalamışlar. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X3 ona qarşı şikayəti, tələbi və iddiası yoxdur. Ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur və onlar Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Tuq zavod ərazisi, fərdi evdə birlikdə yaşayırlar. Zərərçəkmiş şəxs hər gün Xırdalan şəhərinə ali məktəbə hazırlığa getmişdir. 03.02.2021-ci il tarixdə günorta saatlarında Rizvan yenə də Xırdalan şəhərinə hazırlığa getmişdir. Həmin gün axşam o, “Hyundai Santafe” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xırdalan şəhərinə gedib oğlu Rizvanı götürüb evə gəlməyə başlamışdır. O, idarə etdiyi avtomobillə Ceyranbatan qəsəbəsinə çatmışdır. Orada yerləşən “Socar” yanacaq doldurma məntəqəsinə xeyli məsafə qalmış yolun kənarında saxlamışdır. Oğlu Rizvan avtomobilin sağ qabaq oturacağından düşüb piyada keçidi ilə yolun əks tərəfinə keçməyə başlamışdır. Rizvan yolun əks tərəfinə keçməyə bir neçə metr qalmış Bakı şəhəri istiqamətindən yüksək sürətlə gələn Niva narkalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil oğlu Rizvanı piyada keçidinin üstündə vurmuşdur. Həmin avtomobil Rizvanı vurduqdan sonra bir qədər irəliyə gedib yolun sağ kənarında dayanmışdır. O, dərhal oğlu Rizvana tərəf getmişdir. Görmüşdür ki, Rizvan hərəkətsiz vəziyyətdədir, başının arxa nahiyəsindən və burnundan qan gəlir. Həmin vaxtı kimsə 103 təcili tibbi yardım xidmətinə zəng vurmuşdur. Lakin o, təcili tibbi yardım maşınını gözləmədən Rizvanı dərhal avtomobilinə əyləşdirib təcili tibbi yardım xəstəxanasına gətirmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. İş materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X4 17.05.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 03.02.2021-ci il tarixli, 15 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edildi: Başın küt travması. Baş-beyin toxumasına və qişaların altına qansızma. Sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası. Sol bazunun aşağı 1/3-nin qapalı yerdəyişən sınığı. Bel nahiyəsinin sağ yarısının qançırlı sıyrığı, sol əlin arxa səthinin, sol budun, sağ əlin və sol daban nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, törənmə müddəti meyitin müayinəsindən 2-4 saat əvvəl olmaqla 03.02.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 03.03.2021-ci il tarixli, 8/344 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim eidlmiş məlumatlara əsasən Niva markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” X1 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında 03.02.2021-ci il tarixli, 589 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarından görünür ki, Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin 08.02.2021-ci il tarixli, 302679-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 24.07.2014-cü il tarixdə AE 013612 saylı “BC” kateqoriyalı 10 illik sürücülük vəsiqəsi almışdır. Kompüter bazasına əsasən sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. İş materiallarından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan “ölmüş zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varis qismində tanınması” haqqında 10.02.2021-ci il tarixli qərarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmış, X4 onun hüquqi varisi təyin edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Hüseyn oğlu evlidir və himayəsində 02 azyaşlı uşağı var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSSİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hüseyn oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, 18.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Hüseyn oğlunun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Hüseyn oğlunun əməlindən peşman olmasını, cinayəti səmimi etiraf etməsini, himayəsində 02 azyaşlı uşağın olmasını Azərbayan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barımasını Azərbayan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Hüseyn oğlu Azərbayan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Hüseyn oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Bundan başqa, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, hadisəni əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatinin dəyəri olan 100 (yüz) manat məbləğində pul ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Hüseyn oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD dick cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs Hüseyn oğlundan tutulub dövlət nəfinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-301/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-301/2021
26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver