Məhkəmə qərarları › İş №1(060)-301/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-301/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-301/2022 16.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-83/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2n, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1.802 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, xx.xx.2021ci il tarixdə saat 21:10 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, ST. Sumqayıt qəsəbəsi ərazisində 43 nömrəli məktəbin yaxınlığında saxlanılmış və narkotik vasitələrin istifadəsi, üzərində gəzdirilməsi və saxlanılmasında şübhəli olduğu bildirilərək, Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparılmış, Polis Bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli rəngli şalvarın sağ yan cibindəki 01 (bir) ədəd şəffaf sellofana bükülmüş büküm açıldıqda içərisindən təmiz çəkisi 1.802 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin və 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə qardaşı ona polis əməkdaşlarının evə gələrək onu soruşduqlarını demişdir. Həmin günü evin yanında Sumqayıt ŞPİ-nin 5-ci PB-də işləyən İlqar müəllimi görmüş və onun avtomaşınına yaxınlaşaraq onu axtardıqlarını və nə məsələ olduğunu bildirmişdir. İlqar müəllim isə ona oğurluq hadisəsi ilə bağlı şübhəli olduğunu və onunla Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getməyini demiş, o da etiraz etmədən onun avtomaşınına oturaraq Bölməyə getmişdir. Bölməyə çatan kimi onun əlinə qandal vurmuşlar, döyərək dişini sındırmışlar. Onu PB-nə aparan zaman onun üzərində narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilmiş və üzərinə narkotik vasitə qoyularaq videoçəkiliş aparılmışdır. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat və ilkin məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitə qəbul edir. xx.xx.2021-ci il tarixdə saat 21:10 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində yerləşən, 43 saylı orta məktəbin yaxınlığında olduğu zaman polis əməkdaşları yaxınlaşıb saxlayaraq, narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər və Sumqaıt ŞPİ-nin 5-ci PB-nə aparmışlar. Polis Bölməsində xidməti otaqların birində videoçəkilişlə, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmiş, müdafiəçi Elşad İsayev təqdim edilmiş və çəkiliş başlayaraq ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansısa vasitə olub olmaması soruşulduqda özü əynində olan tünd göy rəngli cins şalvarın ön sağ cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin kağız açılaraq içərisinə baxıldığı zaman içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması aşkar edilmiş və ondan nə olduğu soruşulduqda o, "heroin" olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdidiyini bildirmişdir. Həmin kütlə büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş, daha sonra təhqiqatçı tərəfindən ağ zərfə qoyularaq qablaşdırılmış və ekspertizaya göndəriləcəyi izah edilmişdir. Bundan başqa üzərindən hər hanısa qanunla qadağan olunmuş vasitə aşkar edilməmişdir. Həmin bükümdə olan heroini xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri ərazisində, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış, həmin şəxsi əvvəlcədən tanımamışdır. O, ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı zorakılıq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı X8 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, St.Sumqayıt ərazisində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 18 noyabr 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvləri Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 hə həmin Bölmənin Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 21:10 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüş, bir qədər sonra onun Sumqayıt şəhəri, ST.Sumqayıtçay qəsəbəsi ərazisində 43 saylı orta məktəbin yaxınlığında piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra əməliyyat qrupunun üzvləri birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmişlər. Sonra özlərini ona təqdim edib üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nə aparılacağını ona bildirmişlər. Bundan sonra o, müqavimət göstərmədən onlarla avtomobilə mindikdən sonra ŞPİ-nin 5ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs X6 tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elşad İsayev və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. X4 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan tünd göy rəngli cins şalvarın ön sağ cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin kağız açılaraq içərisinə baxıldığı zaman içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması aşkar edilmiş və ondan nə olduğu soruşulduqda o, "heroin" olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdidiyini bildirmişdir. Həmin kütlə büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş, daha sonra təhqiqatçı tərəfindən ağ zərfə qoyularaq qablaşdırılmış və ekspertizaya göndəriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə olan heroini, xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri ərazisində, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis leytenantı Şahid3 da X5 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X10 Cəfərova əvvəlcə özünü təqdim edir. Bundan sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Sonra X6 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirildiyini bildirir və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Elşad İsayevi təqdim edir. X6 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü əynində olan tünd göy rəngli cins şalvarın ön sağ cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim edir, həmin kağız açılaraq içərisinə baxıldığı zaman içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması aşkar edilir və ondan nə olduğu soruşulduqda o, "heroin" olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdidiyini bildirir. Həmin kütlə büküm ilə birlikdə elektron tərəzidə çəkildikdə elektron tərəzinin ekranında 1.92 qram yazılır. Daha sonra təhqiqatçı tərəfindən ağ zərfə qoyularaq qablaşdırılır və ekspertizaya göndəriləcəyi izah edilir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 19 noyabr 2021-ci il tarixli, 6/5125 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, soyad və imzalar olan 01 ədəd bükümdə 1.802 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 1,802 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 1,752 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 203 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabiodlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə təsdiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda X2 İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-629/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan şahidlərin mobil telefon nömrələrinin anten məlumatları barədə çıxarışlardan müəyyən olunur ki, təqsirləndirilən şəxsin tutulmasının yeri və saatı ilə bağlı ziddiyət aşkar olunmamışdır. İş materiallarından görünür ki, 1,802 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 1,752 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “Sumqayıtçay stansiyası və Qazpaylayıcı Mərkəzin ətraf əraziləri” üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. İşmateriallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-83/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 83/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum məhkum olunmuş Təqsirləndirilən şəxs barədə hökmün icrası xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Probasiya Şöbəsinə daxil olmuş, o qeydiyyata alınmamış və hökm üzrə cəzanı çəkməmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabından” çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 21:34 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin “tibbi müayinənin keçirilməsi və tibi yardımın göstərilməsinin qeydiyyat kitabından” çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs burnunun üst nahiyyəsində yara aşkar edilmiş, lakin şikayəti olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti tərəfindən verilmiş 21/1-661 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, elektron monitorinq sisteminə daxil olan izləmə məlumatlarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-375/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs ona tətbiq edilmiş elektron nəzarət vasitəsini məktubda göstərilən vaxt aralığında işlək vəziyyətdə saxlamaq vəzifəsini pozduğu müəyyən edilmiş və sözügedən pozuntu araşdırılması, habelə qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə göndərilmişdir. Bu səbəbdən məktubda göstərilən vaxt aralığında məhkumun hərəkət trayektoriyasını müəyyən etmək imkan xaricindədir. İş materiallarında olan hərbi biletdən çəxarışdan və 1-2101 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X7 İİ Qarabağ müharibəsi iştirakçısıdır və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-83/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum məhkum olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs sayılır, lakin ona təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, onun qardaşı X7 İİ Qarabağ müharibəsi iştirakçısı olmasını və “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-83/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1,802 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 1,752 qram heroin məhv edilməli, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-83/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1,752 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81.82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar