Məhkəmə qərarları › İş №1(060)-301/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-301/2023

11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-301/2023 11.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində tanışı X2 19 (on doqquz) manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,301 qram çəkidə narkotik vasitə olan heroini əldə edib saxlamaqla üzərində daşımış, 21 oktyabr 2022-ci il tarixdə saat 21:45 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 22/3-ün yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, ümumilikdə 0,301 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2018-ci ildən narkotik vasitə qəbul edir və buna görə əvvəllər bir dəfə məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 21:45 radələrində yaşadığı binanın yaxınlığında olan zaman 02 (iki) nəfər mülki formada olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı, yəni Sumqayıt ŞPİ-nin 3-cü PB nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər. Həmin vaxt onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3-cu PB-nə dəvət etmişlər. O, heç bir etiraz etməmiş və onlarla birlikdə 3-cü PB-nə gəlmişdir. Onlar PB-nə gəldikdən sonra, xidməti otaqda hansı səbəbdən saxlanılmağı ona bildirilmiş, ona hüquq və vəzifələri izah edilmiş, anası X4 tutulmağı barədə məlumat verilmiş, daha sonra hüquqlarının müdafiəsi və vəkil çağırılması üçün vəkillər siyahısı ona təqdim olunmuşdur. O, özü həmin siyahıdan Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1. Vəkilin onun hüquqlarının müdafiə etməsinə etirazının olmadığını bildirmişdir. Həmin vaxt video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanılmış, ona hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı şübhəli şəxs qismində tutulmağı barədə tərtib olunmuş protokol, hüquq və vəzifələri barədə bildiriş, eyni zamanda hüquqlarının müdafiəsi üçün onun özünün seçmiş olduğu Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 təqdim olunmuş və ondan üzərində narkotik vasitə olubolmadığı soruşulan zaman o, özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə narkotik vasitə olan kakos olduğunu, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən yataqxanada yaşayan Cavid adlı şəxsdən 19 (on doqquz) manata 02 (iki) ədəd büküm kakos aldığını, 01 (bir) ədədini istifadə etdiyini, hazırda üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan kakosu isə şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Onun üzərindən aşkar olunmuş həmin bükümə polis əməkdaşı baxan zaman içərisindən narkotik vasitə olan kakos aşkar olunmuşdur. Bundan əlavə üzərinə polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilən zaman yuxarıda qeyd olunanlardan başqa onun üzərindən hər hansı bir əşya, predmet və ya maddi sübut aşkar olunmamış, daha sonra isə üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) bükümdə olan narkotik vasitə olan kakos elektron tərəzidə çəkilmiş, həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Cavid adlı şəxsin Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən yataqxanada yaşadığını, təxminən 50-55 yaşı olduğunu, narkotik vasitə istifadə etdiyini bilmişdir. O, əvvəllər də ondan dəfələrlə narkotik vasitə almış, sonuncu dəfə də Cavidlə xx.xx.2022-ci il tarixdə təxminən saat 19:00 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Musiqi kollecinin yanında görüşmüş, 19 (on doqquz) manata 02 (iki) ədəd büküm kakos almış, birini istifadə etmiş, digərini isə üzərində saxlamış, tutulduğu zaman da həmin büküm üzərindən aşkar olunmuşdur. O, saxlanılan zaman, eyni zamanda polis bölməsində olarkən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər olmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-də polis leytenantı rütbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və saxlaması məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, o cümlədən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkilli, Şahid1 oğlundan ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 8-ci mikrorayon, 22/3 evin yaxınlığında olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 21:45 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 8-cu mikrorayon, 22/3 evin yaxınlığında olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan bir nəfər şəxsin gəldiyini görüb onu saxlamışlar, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra üzərində şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət olunmuş, Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getmişdir. PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkiliş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş o, da heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və onun öz istəyi ilə seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 təqdim olunmuşdur. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifindən sonra saxlanılmış Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunmuş 01 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə olan maddənin narkotik vasitə kakos (heroin) olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən yataqxanada yaşayan Cavid adlı şəxsdən 19 (on doqquz) manata 02 (iki) ədəd büküm kakos aldığını, 01 (bir) ədədini istifadə etdiyini, hazırda üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan kakosu isə üzərində istifadəsi üçün saxladığını demişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümə baxılan zaman onun içərisindən tünd-qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd siqaretin qızılı kağızına bükülmüş bükümdə olan narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş, həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan kakosu (heroini) dəfələrlə Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən yataqxanada yaşayan Cavid adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində 02 (iki) nəfər şəxsin mülki geyimli və bir nəfər gündəlik geyim formasında olan polis əməkdaşını görmək olur. Həmin vaxt Sumqayıt ŞPİnin 3-cü PB-nin təhqiqatçısı, polis leytenantı X7 orada olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakı ilə narkotik tərkibli maddələri qanunsuz əldə edilməsində, istifadəsində və saxlanılmasında şübhəli olduğundan saxlanıldığını izah etdiyi, həmçinin digər 02 (iki) nəfər mülki geyimli şəxslərində özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdikləri, daha sonra saxlanılmış şəxsin də özünü təqdim etməsi təklif edildiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra polis əməkdaşının gündəlik geyim formasında olan şəxs tərəfindən həmçinin saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 dəvət edildiyi barədə saxlanılmış şəxsə məlumat verildiyi, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələrin izah edilməsi haqqında bildirşin verildiyi görünür. Bundan sonra saxlanılmış şəxsə həmçinin üzərində video kameranın yaddaşına qeyd edilməklə şəxsi axtarış aparılacağı barədə məlumat verildiyi və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildiyi, polis əməkdaşının təklifindən sonra saxlanılmış Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefonu, 01 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunmuş 01 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə olan maddənin narkotik vasitə kakos (heroin) olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən yataqxanada yaşayan Cavid adlı şəxsdən 19 (on doqquz) manata 02 (iki) ədəd büküm kakos aldığını, 01 (bir) ədədini istifadə etdiyini, hazırda üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan kakosu isə üzərində istifadəsi üçün saxladığını demişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümə baxılan zaman onun içərisindən tünd-qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd siqaretin qızılı kağızına bükülmüş bükümdə olan narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş, bükümdə olan heroinə bənzər maddənin qızılı rəngli siqaret kağızı ilə birlikdə çəkisi 0,45 qram olmuş, həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan kakosu (heroini) dəfələrlə Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən yataqxanada yaşayan Cavid adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülərək protokola əlavə olunmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6131 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 127” möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,301 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroin təmiz çəkisi - 0,301 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,251 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7862 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodilərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,301 qram olan narkotik vasitə heroindən aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,251 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhə MTE və PA şöbəsinin xx.xx.2022-ci il tarixli, 1643 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan 8 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 226-cı maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək barəsində Sumqayıt Şəhər Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə əmlakı müsadirə olunmaqla 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, lakin Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1999-cu il tarixli amnistiya qərarının 1.5-ci maddəsinə əsasən xx.xx.2000ci il tarixdə azad olunmuşdur. O, məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan nikah şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 01 (bir) azyaşlı uşaq vardır (xx.xx.2008-ci il X14 oğlu). İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 6142 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 1998-ci ilin dekabr ayından “Opoidlərin” qəbulu nəticəsində yaranan psixi və davranış pozuntusu asılılıq sindromu diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 02 (iki) saat sərf etmişdir. Ona görə də, 12 (on iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 02 (iki) saat sərf etmişdir. Ona görə də, 12 (on iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,301 qram olan narkotik vasitə heroindən aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,251 qram narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 110.00 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 22/3, mənzil 13 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,251 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 110.00 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar