Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-301/2025 24.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Qubadlı rayonu, Tarovlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, Qubadlı rayonu, Çardaqlı ərazi dairəsi, Tarovlu kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, 01 (bir) ədəd bağlamada təmiz çəkisi 255,336 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etməklə əynində olan qara rəngli gödəkçəsinin içərisində saxlamaqla daşımış, 03 mart 2025-ci il tarixdə, saat 16:43 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, Çexov küçəsində yerləşən 5/21 nömrəli evin qarşısında saxlanılmaqla orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin qurudulmuş marixuana əynində olan qara rəngli gödəkçəsinin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə vermək istəmədiyini, ona qarşı heç bir təzyiq olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16:43-də Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, Çexov küçəsində piyada hərəkətdə olan zaman mülki geyimli şəxslər yaxınlaşıb polis əməkdaşları olduqlarını, onu qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər. Saxlanıldığı vaxt polislər videoçəkiliş aparmaqla üzərinə yoxlama keçirmişlər. Yoxlamadan öncə ona üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş və o, da əynində olan qara rəngli qış gödəkçəsinin içərisində şəffaf rəngli yapışqan lentlə örtülü 01 ədəd qara rəngli sellofan bağlamanı onlara təqdim etmişdir. Həmin bağlama saxlandığı yerdə elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkisinin 285 qram olması müəyyən edilərək zərfə qoyulmuşdur. O, həmin bükümün nəşə (marixuana) olmasını, narkotik vasitəni xx.xx.2025-ci il tarixdə saxlanılmamışdan təxminən 2 saat əvvəl Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 manata aldığını bildirmişdir. Daha sonra polis əməkdaşları ilə onu 4-cü PB-yə dəvət etmişlər, o da etiraz etmədən polislərlə birlikdə 4-cü PB-yə gəlmişdir. Bölməyə gətirildikdən sonra orada xidməti otaqların birində videoçəkiliş başlanılmış, şübhəli şəxs kimi saxlanıldığı üçün ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. Sonra araşdırma müddətində hüquqlarını müdafiə edəcək Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vüqar Nəsirov təqdim olunmuşdur. Daha sonra videoçəkilişin müşayiəti ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman heç bir predmetin olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan açıq sarı rəngli şalvarının sağ yan cibindən 01 ədəd cib dəsmalı və 01 ədəd qara rəngli kəmər sıxıcısı aşkar edilmişdir. Bundan sonra sözügedən zərf açılmış, həmin bağlama yenidən tərəzidə çəkilmiş və çəkisinin 289 qram olması müəyyən edilmişdir. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunan həmin maddəni xx.xx.2025-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 100 manata şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş 01 ədəd cib dəsmalı və 01 ədəd qara rəngli kəmər sıxıcısı əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra üzərindən aşkar olunmuş maddə Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-in 128 saylı möhürü ilə möhürlənmişdir. Sonda üzərindən aşkar edilmiş həmin maddə ilə bağlı bölmədə müvafiq araşdırma aparılacağı ona qeyd edilərək videoçəkiliş dayandırılmışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman, polis bölməsinə gətirdiyi müddətdə, habelə polis bölməsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz olaraq heç bir hərəkət edilməmişdir. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. O, narkotik vasitə istifadəçisidir. Ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 03 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 4cü PB-yə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, Çexov küçəsində yerləşən 5/21 nömrəli evin ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün təxminən saat 16:43 radələrində Təqsirləndirilən şəxs Çexov küçəsində 5/21 nömrəli evin qarşısı ilə tək piyada hərəkətdə olarkən videogörüntüyə alaraq sonuncuya yaxınlaşıb özlərini təqdim edib Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş və üzərində qanunla qadağan olunmuş əşya və ya narkotik vasitə varsa təqdim etməsini təklif elmişlər. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin ön hissəsini açaraq bir ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamanı çıxararaq təqdim elmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bağlamada narkotik vasitə “nəşə” olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə, saxlanılandan təxminən 2 saat əvvəl Novxanı qəsəbəsində tanımadığı şəxsdən 100 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükülü açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütləsinin olması aşkar olunmuş, sonra isə həmin maddə qablaşdırılaraq üzəri imzalanmış və videoçəkiliş dayandırılaraq digər prossesual hərəkətlərin aparılması üçün Təqsirləndirilən şəxs 4-cü PB-yə aparmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin iştirakı ilə video-çəkilişlə sonuncunun üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid 4-cü PB-nin əməliyyat müvəkkili Şahid4 və Şahid2 ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, onlar məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid1 və Şahid3 ifadələrinə oxşar, eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokol və həmin yoxlama zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:43 dəqiqədə Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, Çexov küçəsində saxlanılmış, saat 16:43-dən saat 16:48-dək onun üstünün yoxlanılması istintaq hərəkəti həyata keçirilmişdir. Üstünü yoxlama və götürülmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş predmet və əşya vardırsa təqdim etməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin içəri tərəfindən 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş üzəri şəffaf rəngli yapışqan lentlə örtülü olan bükümdə kütləni təqdim etmiş, həmin narkotik vasitə marixuanaya bənzər 01 (bir) ədəd büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 275 qram olması müəyyən edilmiş, həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və polis əməkdaşları tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə, iki saat əvvəl Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 100 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. (i.v. 8-9) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:43 dəqiqədə Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, Çexov küçəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.23) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində sübuti əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 30) “Şəxsi axtarış və təqdim olunmuş əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola və həmin axtarış zamanı qeydə alınmış video görüntü məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin tarixdə saat 17:50-dən saat 18:01-dək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş və müdafiəçi təqdim olunmuş, müdafiəçinin iştirakı ilə və Təqsirləndirilən şəxs icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulan zaman Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz predmetin olmadığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilmiş və heç bir daşınması və ya gəzdirilməsi qadağan olunmuş predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd cib dəsmalı, 01 ədəd qara rəngli kəmər sıxıcısı iş halları üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmışdır. Bundan sonra təhqiqata təqdim edilmiş 01 ədəd zərf açılmış və içərisində 01 ədəd şəffaf rəngli yapışdırıcı lentlə örtülmüş qara rəngli sellofan bağlama aşkar edilmiş və həmin bağlama tərəziyə qoyularaq çəkilmiş, elektron tərəzidə çəkisi ümumilikdə 289 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar olunan həmin maddəni xx.xx.2025-ci il tarixdə Novxanı qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 100 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Eləcə də həmin maddənin “nəşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. (i.v.32-33) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 20/03 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş AR DİN “Zərflər üçün 128” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bitki kütləsi /imza/; Müdafiəçi /imza/ V.Nəsirov; Təhqiqatçı /imza/ V.Quliyev” əl yazıları olan sellofan bağlamadakı 01 ədəd bükümdə təmiz çəkisi 255,336 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata qəbul edildi 255,336 qram; nümunə götürüldü 0,1 qram; 255,236 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. (i.v.41-44) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək saat 11:20-də həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v. 51-52) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.60-62) Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 63-64) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsin Ambulator X2 barədə xx.xx.2025-ci il tarixli, 1300 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodilərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 72-73) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kiev şəhəri Lenin Rayon Xalq Məhkəməsinin xx.xx.1990-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 140-cı maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək barəsində 05 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, o, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2002-ci il tarixdə həbs edilmiş, xx.xx.2002-ci ildə CPM-in 85, 155-158-ci maddələrinə əsasən həbs qətimkan tədbiri ləğv edilmiş, xx.xx.2002-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 04 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2006-cı il tarixdə Salyan Rayon Məhkəməsinin 10.05.06-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən cəzasının 10 ay 1 gün müddətini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. O, Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmənin xx.xx.2007-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2-ci, 67-ci maddələri ilə təqsirli bilinib barəsində 06 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 14 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. (i.v.96- 99) Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü əsasında təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 14 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. (i.v.100-103) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/03 nömrəli rəyinə uyğun olaraq 255,336 qram olması əsas götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 255,336 qram narkotik vasitə olan qurudulmuş marixuana və 2 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 2 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 255,236 qram qurudulmuş marixuana saxlanılması üçün Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, iş üzrə xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair”, xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və təqdim olunmuş əşaya baxış keçirilməsi haqqında” protokollar, məhkəmə-bioloji ekspertizasının xx.xx.2025- il tarixli 20/03 nömrəli, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1300 nömrəli rəyləri, təqsirləndirilən şəxsin ifadələri və şahid ifadələri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir. (i.v.104-111) Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixunananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməklə özünü təqsirli bilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 14 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış və hazırda məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxsin məhkumluğun ödənilməsi onun cəzadan azad edilməsi anından başlayaraq hesablandığı üçün, onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 24 aprel 2024cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X3 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1300 nömrəli rəyində Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X3 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1300 nömrəli rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 255,236 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmədə iclaslarında iştirakı və işlə tanış olduğu müddətə görə xidmət haqqı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin . Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 255,236 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-301/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-301/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver