Məhkəmə qərarları › İş №1(060)-302/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-302/2022

01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-302/2022 01.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Müdafiəçi – Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Əhməd cavad küçəsi ev 141-də qeydiyyatda olan, Sumqayıt şəhəri, stansiya Sumqayıt ərazisində yerləşən fərdi tikilidə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, eləcədə dəmir yolu xətlərinə münasibətdə təkrar oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Belə ki, Təqsirləndirilən şəxs 08 iyul 2021-ci il tarixdə, saat 16 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Azərbaycan Dəmir Yolları QSC-nin Baş Sumqayıt dəmir yolu stansiyası ərazisinə gedərək orada 3-cü və 4-cü dəmir yolu xətləri arasında stansiyanın növbətçi otağının qarşı tərəfində 3 ədəd metal yeşikdən fərqli siqnal nöqtələrindən 2 nömrəli Biləcəri İşarəvermə və Rabitə sahəsinə aid, ümumi dəyərləri 1389 manat 50 qəpik olan 05 ədəd hər birinin qiyməti 205 manat 50 qəpik olmaqla “CT-3, 1965” tipli və 02 ədəd hər birinin qiyməti 181 manat olmaqla “PRT-A, 1960” tipli transformatorları söküb-aparmaqla oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Bundan əlavə o, istintaqa məlum olmayan vaxtda və mənbədən, şəxsi istifadə məqsədilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, bu fakt 12 iyul 2021-ci il tarixdə saat 16 radələrində Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin əməkdaşlarının Azərbaycan Dəmir Yolları QSC-nin Baş Sumqayıt Dəmir Yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq dəvət olunduğu həmin xətt polis bölməsində saat 19:05-19:25 müddətintə üzərinə şəxsi-axtarış keçirilərkən, cins şalvarının ön sol cibində daşıdığı ağ rəngli kağız bükümün içərisindən 1.035 qram çəkidə olan, qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bundan başqa o, təkrar 12 avqust 2021-ci il tarixdə, saat 02 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Azərbaycan Dəmir Yolları QSC-nin Baş Sumqayıt dəmir yolu stansiyasının ərazisinə gedərək orada yerləşən 2 nömrəli Biləcəri İşarəvermə və Rabitə sahəsinə aid dəmir yolu xətlərinin Yalama-Bakı mənzilinin 2619cu km-nin 8-ci PK-də dəmir yolu xətdindən 2 metr məsafədə, cüt boğazda yerləşən İMB çöl qurğularına məxsus “Ç” giriş svetoforunun şkafından ümumi dəyəri 120 manat olan 200 metr uzunluğunda 2,5 mm diametrli elektrik naqillərini söküb-aparmaqla oğurluq etmiş, yəni təkrar dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Bundan əlavə o, təkrar 20 oktyabr 2021-ci il tarixdə, saat 02:00 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətinin Baş Sumqayıt dəmir yolu stansiyasının ərazisinə gedərək orada stansiyanın çıxışında yerləşən dəmir yolu üzərindən keçən avtomobil körpüsü ilə 200 metr məsafədə olan su kanalının üzərindən keçən dəmir yolu körpüsü arasında və Baş Sumqayıt H.Z.Tağıyev dəmir yolu xəttinin 3 metr məsafəsindən "xxxx" MMC-yə məxsus ümumi dəyəri 1095 manat olan 9 metr ölçüdə “rabitə quyusu 36”-dan, 16 metr ölçüdə “rabitə quyusu 37”-dən, 28 metr ölçüdə “Rabitə quyusu 38”-dən, 20 metr ölçüdə “Rabitə quyusu 39”-dan plastik boruları çıxarıb-aparmaqla oğurluq etmiş, yəni təkrar dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəlidir. Heç bir yerdə işləmir. 08 iyul 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı evdən çıxmış, Baş Sumqayıt dəmir yolu stansiyası ərazisindən keçib yaxınlıqda yerləşən mağazaya gedərkən dəmir yolu xətləri ərazisində, dəmir yolu xətlərinə aid işıqforların ötürücüləri olan dəmir yeşiklərdən transformatorları sökərək satmaq qərarına gəlmişdir. Buna görə də o, ətrafı yoxladıqdan sonra hər hansı bir şəxsin olmadığından əmin olmuş, sonra gizli olaraq transformatorları sökməyə başlamış və yeddi ədəd transformatorları yığaraq həmin ərazidə bir-iki gün sonra gəlib metal qəbulu məntəqəsinə təhvil verib pul əldə etmək üçün gizlətmişdir. 11 iyul 2021-ci il tarixdə o, həmin ərazidən keçmiş, yerdən bir ədəd ağ kağızda olan bükülünü tapmış, həmin bükülünün içərisinə baxdıqda narkotik vasitə olan heroin kütləsinin olmasını aşkar etmişdir. O, əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün narkotik vasitəni tanımış, öz şəxsi istifadəsi üçün götürmüş, bükülüdə olan narkotiki cibinə qoymuşdur. Bir gün sonra, yəni 12 iyul 2021-ci il tarixdə Baş Sumqayıt stansiya ərazisinə getmiş, gizlətdiyi yeddi ədəd transformatoru özü ilə apardığı kisəyə yığmış, kisələrdə olan transformatorları yaxınlıqda yerləşən metal qəbulu məntəqələrindən birinə aparmaq istəyərkən ona polis əməkdaşları yaxınlaşmış, özlərini təqdim edərək oğurluq etməyi və üzərində narkotik vasitə saxlamaqla daşıması barədə əməliyyat məlumatlarının olmasını ona deyərək onu Baş Sumqayıt st. XPB-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə bölməyə getmiş, bölmədə Elməddin adlı təhqiqatçının olduğu xidməti otağında vəkilinin iştirakı ilə şübhəli şəxs qismində tutmuş, videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi-axtarış keçiriləcəyini bildirmişlər, üzərində olan qanunsuz əşyaları təqdim edərək masanın üzərinə qoymasını ona təklif edilmişdir. O da cins şalvarının ön sol cibindən daşıdığı ağ rəngli kağız bükülünü masanın üzərinə qoymuş, bundan sonra təhqiqatçı Elməddin onun üzərinə şəxsi-axtarış keçirmiş, üzərində qanuna zidd heç bir əşya aşkar etməmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı əlində daşıdığı ağ kisənin içərisində olanları təqdim etməyi ona təklif etmiş, o, kisədən dəmir yolu ərazisində yerləşən işığforlara məxsus ötürücü qutulardan oğurladığı transformatorları boşaldaraq təqdim etmiş və 08 iyul 2021-ci il tarixdə həmin transformatorları oğurladığını demişdir. Sonra təhqiqatçı masanın üzərinə qoyduğu ağ kağız bükülüyə baxaraq içərisində olan narkotik vasitəni aşkar etmişdir. Həmin narkotik vasitəni bir gün öncə Baş Sumqayıt Dəmir Yolu stansiyası ərazisindən yerdən tapdığını bildirmişdir. Bundan əlavə o, 12 avqust 2021-ci il tarixdə saat 02 radələrində Baş Sumqayıt stansiyasının ərazisində yerləşən dəmir yolu xətlərindən keçərkən orada metal rəngli şkafların olduğunu görmüş, bu vaxt onun cibində bir qəpikdə olsa pulu olmadığı üçün orada olan şkafı açaraq içərisindən mis tərkibli kabelləri qıraraq aparıb metal qəbulu məntəqəsinə təhvil verib pul əldə etmək qərarına gəlmişdir. Buna görə də o, yerdə olan dəmir parçası ilə şkafın qapısını açmış, oradan təxminən 200 metr uzunluğunda olan naqilləri çıxarmış, sonra həmin yerdən naqillərlə birlikdə uzağlaşmışdır. Həmin tarixdə, saat 12 radələrində oğurladığı naqilləri təmizləmiş, üç kiloqram çəkisində olan naqilləri Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsinə aparıb orada fəaliyyət göstərən metal qəbulu məntəqəsində işləyən Ramil adlı şəxsə satmış, Ramildən naqillərin hər kiloqrammına görə 12 manat, yəni cəmi 36 manat pul alaraq çıxıb getmişdir. 13 avqust 2021-ci il tarixdə isə o, yaşadığı ərazidə olarkən Baş Sumqayıt st. XPB-nin əməkdaşları ona yaxınlaşmış, ona oğurluq etməyi barədə məlumatlarının olması barədə ona dedikdə o, hər şeyi olduğu kimi etiraf etmiş, naqilləri təhvil verdiyi yeri polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra o, polis əməkdaşlarından bir neçə gün gizlənmiş, pula ehtiyacı olduğu üçün təkrarən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də 20 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində o, yaşadığı evdən bir qədər məsafədə yerləşən Baş Sumqayıt stansiyası ərazindən keçərkən dəmir yolu xətlərinin 2-3 metrliyində olan qazıntı yerində plastik boruların olmasını görmüş, plastik boruları həmin yerdən çıxarmış, sonra boruları metal və plastik qəbulu məntəqəsinə təhvil verib pul əldə etmək qərarına gəlmişdir. Bu səbəbdən də plastik boruları hissələrə kəsmiş, boruların qırıqlarını özü ilə gətirdiyi kisələrə yığmış, sonra tanımadığı taksi ilə həmin plastik boruların hissələrini səhər saat 10 radələrində Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən metal və plastik qəbulu məntəqəsinə apararaq Tahir adlı şəxsə təhvil verib borulara görə 35 manat pul almışdır. 29 oktyabr 2021-ci il tarixdə Baş Sumqayıt stansiyası ərazisindən keçərkən ona Baş Sumqayıt stansiyası əməkdaşları yaxınlaşmış, 20 oktyabr 2021-ci il tarixdə Baş Sumqayıt stansiyası ərazisindən plastik boruları oğurladığı barədə onlara məlumat daxil olmasını ona bildirmişdirlər. Bu vaxt o, polis əməkdaşlarına etdiyi əməli etiraf etmişdir. Azərbaycan Dəmir Yolları QSC-nin mülki iddiasına gəldikdə, iddia tələbini qismən qəbul edir, iş üzrə zərərin müəyyən edilməsi barədə ekspert rəyində göstərilmiş məbləğdə iddia tələbinin təmin edilməsini, törətdiyi əməldən peşman olmasının nəzərə alınmasını və məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, Azərbaycan Dəmir Yolları QSC-nin hüquq şöbəsinin hüquqşunasıdır. ********* saylı cinayət işində zərər çəkmiş şəxsin, yəni Azərbaycan Dəmir Yolları QSC-nin nümayəndəsi kimi iştirak edir. 08 iyul 2021-ci il tarixlərində ADY QSC-nin 2 saylı İşarəvermə və Rabitə sahəsinə məxsus 05 ədəd CT-3 tipli və 02 ədəd PRT-A tipli transformatorların və 12 avqust 2021-ci il tarixdə isə 200 metr uzunluğunda elektrik naqillərini oğurlanması ilə bağlı Təqsirləndirilən şəxs ADY QSC-nin 2 №-li Biləcəri İşarəvermə və Rabitə sahəsinə vurulmuş maddi ziyanın Ədliyyə Nazirliyinin əmtəəşunaslıq ekspertizası tərəfindən yeddi ədəd transformatorlara görə 693 manat 75 qəpik hesablanmasına baxmayaraq o, QSC-yə transformatorlara görə 1389 manat 50 qəpik ziyanı vurulmuşdur. Hal-hazırda mülki iddia tələblərinin olduğunu, hüquqi şəxsə dəymiş maddi zərər üçün 1389,50 manat, 34 manat dövlət rüsumu, ümumilikdə 1423,50 manat mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Dəmir Yolları QSC-yə ödənilməsini xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər ödənilmədiyindən ondan şikayətçidirlər. Qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin PPXM-nın polis nəfəri, polis baş serjantı vəzifəsində işləyir. 12 iyul 2021-ci il tarixdə xidmətdə olarkən Sumqayıt şəhəri, st. Sumqayıt sakini, 30-35 yaşlarında olan Hüseynbala adlı şəxsin üzərində narkotik vasitə saxlamaqla daşıması, Baş Sumqayıt stansiyası ərazisindən oğurluq etməsi və həmin stansiyası ərazinə gəlməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında o, Baş Sumqayıt st. XPB-nin məntəqə rəisi, polis kapitanı Şahid1, Baş Sumqayıt st. XPB-nin PPXM-nın manqa komandiri polis nəfəri, polis baş serjantı X10 ilə birlikdə keçirilmiş əməliyyat tədbiri zamanı həmin yerə gedərək orada Hüseynbala adlı şəxsi əlində ağ rəngli içərisi yüklü kisə ilə olduğunu müşahidə edərək onu orada saxlamış, ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə məlumat vermiş, onu Baş Sumqayıt st. XPB-nə dəvət etmişlər. Bölmədə saxlanılan özünü təqdim edərək Sumqayıt şəhəri, st. Sumqayıt sakini Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonra Hüseynbla təhqiqatçı, polis kapitanı Elməddin Həsənovun xidməti otağına dəvət edilmiş, təhqiqatçı Elməddin Həsənov siyahıda olan vəkillərdən Hüseynbalanın özünün seçdiyi həmin günü növbətçi vəkil olan X9 dəvət etmiş, Təqsirləndirilən şəxs vəkili ilə tanış olandan sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Hüseynbalaya videoçəkilişlə onun üzərinə şəxsi-axtarış keçiriləcəyini deyərək, üzərində olan qanunsuz predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmiş, bu vaxt Hüseynbala əynində olan göy rəngli cins şalvarının ön sol cibindən bir ədəd ağ kağızda olan bükümü təqdim edərək həmin bükümdə olan narkotik vasitə olmasını demişdir. Həmin vaxt təhqiqatçı X11 Hüseynbalanın əlində daşıdığı ağ rəngli kisənin içərisində olan predmetləri yerə boşaltmasını xahiş etmiş, Hüseynbala kisənin içərisində olanları, yəni iki böyük və beş kiçik həcimli transformator aparatlarını yerə boşaldaraq kisənin içərisində olanları Baş Sumqayıt stansiyası ərazisindən, dəmir yolu xətlərindən 08 iyul 2021-ci il tarixdə dəmir yoluna məxsus siqnal aparatlarından gizlin çıxardığını və aparatlarda olan mis və metal hissələri satıb pul əldə etmək istədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Elməddin tərəfindən narkotik vasitə olan kağız büküm və torbada olan detallar qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən metal qəbulu məntəqəsində metal alqı-satqısı ilə məşğuldur. 12 avqust 2021-ci il tarixdə saat 12 radələrində tanımadığı bir nəfər şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə gəldiyini, mis qırıntıları təhvil vermək istədiyini bildirmişdir. O, həmin şəxsdən mis qırıntılarının oğurlanıb-oğurlanmadığını soruşmuş, həmin şəxs mis qırıntılarının özünə məxsus olmasını ona demişdir. Buna görə də o, həmin şəxsdən ona məxsus şəxsiyyət vəsiqəsini istəmiş, lakin həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını deyərək sənədi olmadığını demişdir. Hüseynbala bir qədər xahiş etdikdən sonra o, onunla razılaşmış, mis qırıntılarını tərəzidə çəkmiş, üç kiloqram çəkidə olan mis qırıntılarını, hər kiloqrammını 12 manatdan alaraq Hüseynbalaya 36 manat pul vermişdir. Sonra Hüseynbala çıxıb getmişdir. 13 avqust 2021-ci il tarixdə Baş Sumqayıt st. XPB-nin əməkdaşları onun işlədiyi yerə gəlmiş, həmin mis qırıntıları barədə ondan soruşmuş, o, Hüseynbaladan üç kiloqram mis qırıntısı aldığını və mis qırıntılarına görə ona 36 manat pul verdiyini deyərək, həmin qırıntıları polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində fəaliyyət göstərən metal və plastik materialların qəbulu məntəqəsində işləyir. 20 oktyabr 2021-ci il tarixdə saat 10:00 radələrindən sonra özünü Hüseynbala kimi təqdim edən şəxs işlədiyi məntəqəyə gəlmiş, plastik borularının hissələrini gətirdiyini və satmaq istədiyini ona demişdir. Həmin borular qara rəngdə, üzərində isə göy rəngli xətləri olmaqla üç ədəd kisəyə yığılmışdır. Hüseynbala gətirdiyi plastik boru hissələrinin özünə məxsus olmasını ona demiş, bundan sonra həmin boru hissələri olan kisələri o, tərəziyə qoymuş, çəkini yoxlayarkən plastik boru hissələrinin 77 kiloqram çəkidə olması məlum olmuşdur. Sonra plastik borularının hissələrinin hər kiloqramını o, Hüseynbaladan 45 qəpikdən alaraq Hüseynbalaya 35 manat pul vermiş, 29 oktyabr 2021-ci il tarixdə isə o, işdə olmadığı vaxtda Baş Sumqayıt st. XPB-nin əməkdaşları işlədiyi metal və plastik material qəbulu məntəqəsinə gələrək Hüseynbaladan aldığı plastik borular barədə soruşarkən onunla birlikdə həmin metal və plastik qəbulu məntəqəsində işləyən qardaşı İlham polis əməkdaşlarına Hüseynbaladan aldığı 77 kq. çəkidə olan plastik boru hissələri təhvil verilmişdir. Cinayət işi üzrə mülki iddiaçı və zərərçəkmiş şəxs qismində tanınmış “Rail Trans Service MMC-nin direktoru X6 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə mülki iddianın təmin ediməsini xahiş etmişdir. Proses iştirakçılarının razılığı cinayət işi üzrə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin hüquqşunas işləyir. "xxxx" MMC-nin verdiyi etibarnaməyə əsasən ona ********* saylı cinayət işində zərər çəkmiş şəxsşn, yəni "xxxx" MMC-nin tnümayəndəsi qismində iştirak etmək hüququ verilmişdir. 20 oktyabr 2021-ci il tarixdə Baş Sumqayıt dəmir yolu stansiyasının ərazisindən Təqsirləndirilən şəxs nun “Rail Trans Service” MMC-yə məxsus 73 metr uzunluğunda plastik borularını oğurlaması nəticəsində MMC-yə dəymiş maddi ziyanın Ədliyyə Nazirliyinin əmtəəşunaslıq ekspertizası tərəfindən 19 noyabr 2021-ci il tarixdə verilmiş 9/7953 saylı rəyində 1095 manat dəyərində hesablanması ilə tanış olduğunu bildirmiş, həmin rəylə tamamilə razı olduğunu qeyd etmişdir. “Rail Trans Service MMC”-dən verilmiş arayışda oğurlanmış 73 metr uzunluğunda plastik boruların oğurlanması nəticəsində MMC-yə 703 manat 31 qəpik ziyan dəyməsi, plastik boruların quraşdırılmasında istifadə olunan və oğurluq nəticəsində zədələnmiş mufta və klaster hissələrinə görə, həmçinin işçilərə boruların quraşdırmaları ilə bağlı çıxan xərclərə görə dəymiş ziyanın 588 manat 80 qəpik olması barədə qeyd edildiyini, hazırki qiymətlərə görə 73 metr plastik boruya görə ziyanın daha artıq olmasını, borulara görə MMC-yə 703 manat 31 qəpik ziyan yox, 1095 manat ziyanın olması ilə razılaşmış və 1095 manat ziyanı tələb etmişdir. Daha sonra "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Təqsirləndirilən şəxs 1292.31 manat vurul zərərin MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Proses iştirakçılarının razılığı ilə məhkəmə iclasında elan olunmuş cinayət işi üzrə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyir. Hazırda Bakı-Yalama dəmir yolunda təmir bərpa və yenidən qurma işləri ilə əlaqədar Baş Sumqayıt dəmir yolu ərazisində kabel xətlərinin ötürücüləri ilə əlaqədar işlətdikləri şirkət tərəfindən 2021-ci ilin sentyabr ayının axırlarında Bakı-Yalama dəmir yolu xətdinin sağ zolağında təxminən üç metr məsafədə qara rəngli, təzə 110 diametrlikdə, 7 mm-lik plastik borular yerləşdirildiyini bildirmişdir. 20 oktyabr 2021-ci il tarixdə Baş Sumqayıt stansiyası çıxışına yaxın məsafədə yerləşən dəmir yolu xətlərinin üstündən keçən körpünün 200 metr məsafəsində olan dəmir yolu xətlərinin ərazisindən xətlər boyu yeri qazaraq yığdıqları 73 metr uzunluğunda borular naməlum şəxs (şəxslər) tərəfindən oğurlanması aşkar edilmiş, bu barədə rəhbərliyə məlumat verilmiş, Baş Sumqayıt st. XPB-nə rəhbərlikləri tərəfindən ərizə ilə müraciət edilmişdir. Proses iştirakçılarının razılığı ilə məhkəmə iclasında elan olunmuş cinayət işi üzrə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Yusupov Əli Bakıxan oğlu ifadəsində göstərmişdir ki, Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin PPXM-nın, polis nəfəri, polis baş serjantı vəzifəsində xidmət edir. 12 iyul 2021-ci il tarixdə xidmətdə olarkən bölməyə narkotik vasitələrin daşınmasında və istifadə edilməsində, həmçinin Sumqayıt stansiyası ərazisindən, dəmir yolu xətlərindən oğurluq edilməsində şübhəli bilinən Hüseynbala adlı şəxs dəvət olunmuşdur. Həmin şəxs üçün təhqiqatçı tərəfindən dəvət olunmuş vəkilin iştirakı ilə onun üzərinə şəxsi-axtarış keçirilməsindən ötrü videoçəkilişin aparılması üçün o, təhqiqatçı Elməddin Həsənovun otağına dəvət edilmiş, videoçəkiliş çəkməyə başlamış, həmin vaxt təhqiqatçı Hüseynbalaya hüquq vəzifələri ilə bağlı bildiriş vermiş, ona üzərində qanuna zidd nə varsa masanın üzərinə qoymasını təklif etmiş, bu vaxt Hüseynbala cins şalvarının sol qabaq yan cibindən bir ədəd ağ büküm kağızı təqdim etmiş və masanın üstünə qoymuşdur. X13 Hüseynbalanın razılığı ilə onun üzərinə şəxsiaxtarış keçirmiş, lakin heç bir qanuna zidd əşya tapmamışdır. Bundan sonra Hüseynbalaya əlində daşıdığı ağ rəngli kisədə olanları boşaldaraq təqdim etməsi təklif olunmuş, oda kisədən iki ədəd böyük həcimli, beş ədəd kiçik həcimli transformatorları boşaldaraq həmin transformatorları 08 iyul 2021-ci il tarixdə Baş Sumqayıt stansiyası ərazisində yerləşən siqnal aparatlarından gizlin çıxardığını, aparatların içərisində olan mis və metal hissələri sataraq pul əldə etmək istədiyini bildirmişdir. Həmçinin o, cibindən çıxardaraq təqdim edilmiş ağ kağızda narkotik vasitə olmasını, həmin bükümü st. Sumqayıt ərazisindən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Bundan sonra götürülmüş narkotik vasitə və dəmir yolu xətlərinə aid iki ədəd böyük həcimli və beş ədəd kiçik həcimli transformatorlar qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün təhqiqatçı Elməddin Həsənov tərəfindən götürülmüşdür. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Proses iştirakçılarının razılığı ilə məhkəmə iclasında elan olunmuş cinayət işi üzrə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsinə uyğun ifadə vermişdir. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 13.07.2021-ci il tarixli, 6/2805 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs nun üzərindən...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,035 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: heroinin təmiz çəkisi-1,035 qram, tədqiqata sərf edildi-0,100 qr, qalıq-0,935 qr. Cinayət işi materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 iyul 2021-ci il tarixli, 9/4984 saylı rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki: “Aparılmış ekspert tədqiqatı tədqiqat nəticəsində qərarın təsviri hissəsinsə olan və "xxxx" QSC-nin İnfrastruktur departementinin 2 nömrəli Biləcəri işarəvermə və rabitə sahəsi tərəfindən tərtib edilmiş 12 iyul 2021-ci il tarixli 25/100 nömrəli məktubda olan məlumatlara əsasən, tədqiqata təqdim edilmiş transformatrların hazırki işlənmiş vəziyyətdə, 08 iyul 2021-ci il tarixə, köhnəlməsini nəzərə alaraq qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: Beş ədəd üzərində “трансформатор тип CT-3, 1965” markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər uzun müddət istismar olunmuş, gövdəsi metaldan qara rəngli, 56 il istismar olunmuş transformatorlar 512,75 manat; İki ədəd üzərində “трансформатор тип ПТА-А ,1960” markalanma yazıları olan, xarivi görünüşünə görə əvvəllər uzun müddət istismar olunmuş, metal gövdəsinin səthi pasla örtülmüş, 51 il istismar olunmuş transformatorlar 181,00 manat. Ümumilikdə yeddi ədəd transformatorlara görə 693,75 manat üəyyən olunmuşdur. Qeyd edilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş transformatorlar təkrar istifadəyə yararlığı olub-olmamasını müəyyən etmək məhkəmə əməttəşünaslıq ekpertizasının predmetinə aid olmadığından, həmin suala cavab vermək mümkün olmadı. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 19.11.2021-ci il tarixli, 9/7953 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına nümunə qismində təqdim edilmiş , istifadədə olmuş, 110 mm diametrli, divarının qalınlığı 7 mm olan, ümumi uzunluğu 73 metr plastik boruların 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1095,00 (73x15) manat müəyyən edilir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17.08.2021-ci il tarixli, 2907 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs da OPİOİDLƏRİN və psixtrop maddə olan metanfitaminin nəticəsində asılılıq sindromu ( Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 16.08.2021-ci il tarixli tələbnamədən və Suqmayıt şəhər Məhkəməsinin hökmündən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-368/2020 saylı, 15.10.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2839 saylı, 16.08.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs nun Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatı yoxdur. Cinayət işi materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti 23 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdə saat 16:00-da saxlanılmaqla, həmin tarixdə saat 16.35-də Təqsirləndirilən şəxs Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin təhqiqatçısı X7 tərəfindən şübhəli şəxs qismində tutulmuş, 13 iyul 2021-ci il tarixdə isə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham edilməklə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. ********* nömrəli cinayət işi üzrə 17 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət işi həmin Məcəllənin 177.2.3-2 və 234.1-ci maddələrinə tövsif edilmiş, eyni tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 234.1-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. ********* nömrəli cinayət işi üzrə əməl 17 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.3-2, 177.2.2 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işi materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi protokolundan görünür ki, Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin təhqiqatçısı, polis kapitanı X7 xidməti iş otağında Təqsirləndirilən şəxs nun üzərinə şəxsi-axtarış keçirərkən Elməddin Həsənov özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs anket məlumatlarını deməklə baxışda iştirak edən digər iştirakçıları ona təqdim etmiş, sonra Elməddin Həsənov Azərbaycan Respublikası CPM-nin 90 və 246-cı maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələri ilə bağlı olan bildirişi Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq masanın üzərinə qoyması təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sol cibindən bir ədəd ağ kağıza bükümü təqdim etmiş, sonra Hüseynbala əlində daşıdığı ağ rəngli kisənin içərisində olanları təqdim etmək üçün kisəni boşaldaraq içərisində olan iki ədəd böyük həcmli və beş ədəd kiçik həcimli transformatorları təqdim edərək həmin transformatorları Baş Sumqayıt dəmir yolu stansiyası ərazisindən 08 iyul 2021-ci il tarixdə oğurladığını və transformatorların tərkibində olan mis və metal hissələri sataraq pul əldə etmək istədiyini demişdir. Daha sonra Hüseynbala ağ rəngli kağız bükümdə narkotik vasitə olmasını, həmin bükümü 11 iyul 2021-ci il tarixdə stansiya Sumqayıt ərazisindən yerdən taparaq şəxsi istifadəsi üçün götürdüyünü qeyd etmişdir. Həmin vaxt təhqiqatçı Elməddin Həsənov transformatorlar olan ağ kisəni və bir ədəd ağ kağız bükümdə olan narkotik vasitəni qablaşdıraraq ekspertizaya təqdim edilməsi üçün iştirakçıların yanında götürmüşdür. İş materiallarına əlavə olunmuş 12 iyul 2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, 12.07.2021-ci il tarixdə saat 19:05 radələrində Təqsirləndirilən şəxs nun üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol qabaq yan cibindən sol əlini salaraq həmin cibindən ağ rəngi kağıza bükülmüş bir ədəd bükülünü çıxarıb təqdim etmiş, həmin maddələrin narkotik vasitə olduğunu, həmin kütləni 11 iyul 2021-ci il tarixdə Sumqayıt şəhəri Stansiya Sumqayıt qəsəbəsindən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işi materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 12 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materillarından görünür ki, 13 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 29 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və Xaçmaz rayon Məhkəməsinin 4(067)-123/2021 saylı, 30.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 29 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materillarında olan Xaçmaz rayon Məhkəməsinin 4(067)-17/2022 saylı, 27.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 (iyirmi) gün müddətinə uzadılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-2 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər” Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə olan halda, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Xaçmaz st. XPŞ-də maddi sübut kimi saxlanılan qalıq 0,935 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 256,82 (iki yüz əlli altı manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğıundan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi kimi hesablanır. Lakin iş materillarında olan "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsində iddianın məbləği kimi cəmi 1292,31 (bir min iki yüz doxsan iki manat otuz bir qəpik) manat göstərilsə də, dövlət rüsumu tam şəkildə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.2-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda Məhkəmə bu halda ərizəni baxılmamış saxlayır. Zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-yə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə, "xxxx" ASC-nin Təqsirləndirilən şəxs qarşı iddia tələbini nəzərədən keçirərək, iş üzrə toplanmış sübutlara quymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ekspert rəyi ilə müyyən olunmuş zərər, yəni 693.75 manat, iddia tələbinin təmin edilmiş hissəsi nəzərə alınmaqla ödənilmiş dövlət rüsumundan 30 manat məbləği cavabdeh Təqsirləndirilən şəxs tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsaasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Cnayət Prosessual Məcəlləsinin 188-ci maddəsinə əsasən cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə sənədlər və sübutlar buna imkan verirsə, müstəsna hallarda məhkəmə baxışı zamanı şəxs verilmiş mülki iddianı şəxsən müdafiə etmək imkanından məhrum olduqda məhkəmə öz təşəbbüsü ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi barədə qərar qəbul etməyə haqlıdır. Sumqayıt 1 Saylı Vəkil Bürosunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 12.02.2022-ci il tarixli (iş № 1(060)-153/2022) qərarını icra edərək, 12.04.2022-ci il tarixli 153 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-2 və 234.1ci maddələri ilə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəza çəkmənin əvvəli 29.10.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Xaçmaz st. XPŞ-də maddi sübut kimi saxlanılan qalıq 0,935 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 256,82 (iki yüz əlli altı manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs ndan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (VÖEN: ********** Hesab AZ 34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** "xxxx" QSC-nin Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə dair iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Dəmir Yolları” QSC-nin xeyrinə, 693.75 (altı yüz doxsan üç manat yetmiş beş qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə dair iddiası baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar