Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-302/2024 18.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci il Zaqatala rayonunda anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Zaqatala rayonu, Bəhmətli ərazi dairəsi, Bəhmətli kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıldərə bağları fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını açıq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində, Sumqayıt şəhəri, Babək küçəsi ərazisində yerləşən “Qold Qayalı” ticarət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs yaxınlaşıb, içərisində 332 manat pul, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd plastik təqaüd kartı, 1 ədəd Qayalı market tərəfindən verilmiş Bonus və endirim kartı, 1 ədəd Hiper market tərəfindən verilmiş bonus və hədiyyə kartı, 1 ədəd “Rovastat”, 1 ədəd “Nebilet”, 1 ədəd “kaptopril” dərman həbi kanvalyutları olan 1 ədəd pul qabını sonuncunun əlindən dartıb alaraq, hadisə yerindən qaçmaqla zərərçəkmişə məxsus əmlakı açıq yolla talayıb soyğunçuluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,538 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən, 09 dekabr 2023-cü il tarixdə, saat 15:15-də, Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi, Beynəlxalq bankın yaxınlığında saxlanılaraq Pİ-nə gətirilmiş və Pİ-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 02 ədəd, hər biri şəffaf sellofana bükülmüş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,340 qram, 0,198 qram, birlikdə ümumi çəkisi 0,538 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş hər bir ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 15:15 radələrində Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi ərazisində yerləşən “Beynəlxalq Bank”-ın yaxınlığında olan zaman üç nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin CAŞ-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhəri Pİ-nə getməli olduğunu bildirmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Pİ-nə getmişdir. Pİ-də xidməti otaqların birində hansı səbəbdən saxlanılması bir daha bildirilməklə ona hüquqlarının müdafiəsi məqsədilə vəkillərin siyahısı təqdim olunmuş, seçdiyi vəkillə təmin olunduqdan sonra vəkilin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış başlanılmışdır. Polis əməkdaşı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etmiş, hüquq və vəzifələri ilə onu tanış etmişdir. Bundan sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya narkotik vasitə vardırsa təqdim etməsi təklif edilmiş, o, əynində olan şalvarın cibində saxlamış olduğu 2 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini, 1 ədəd mobil telefonunu və 1 ədəd plastik bank kartını cibindən çıxardıb masanın üzərinə qoymuş, təqdim etdiyi bükümlərin içərisində nə olduğu soruşulduqda, o, “kakos” yəni “heroin” olduğunu, həmin bükümləri “Orxan” adlı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Ondan üzərində hər hansı bir əlavə əşya vardırsa təqdim etməsini təklif edildikdə o, əynindəki şalvarın cibindən 54 manat pulu çıxarıb təqdim etmişdir. Qeyd edir ki, o həmin pulu xx.xx.2023-cü il tarixdə tanımadığı qadının əlindən alıb qaçmışdır. Daha sonra çantanın içərisinə baxdıqda çantanın içərisində həmin qadının şəxsiyyət vəsiqəsi, plastik bank kartı və 332 manat pul olduğunu müəyyən etmişdir. Həmin pulları xərcləmiş. yalnız 54 manat hissəsi qalmışdır ki, üzərinə polisdə şəxsi axtarış keçirərkən polis əməkdaşına təqdim etmişdir. Qeyd edir ki, pulun digər hissəsi ilə borcunu ödəmişdir. Bildirir ki, təhqiqatçı, aşkar olunmuş, narkotik vasitə bükümlərini elektron tərəzi vasitəsi ilə çəkilərini ölçülmüş, daha sonra məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq xüsusi qaydada qablaşdırmışdır. Həmçinin həmin vaxt üzərindən aşkar olunmuş, 1 ədəd mobil telefon və 54 manat pul, 1 ədəd plastik kart zərflərə qoyulub xüsusi qaydada qablaşdırılaraq götürülmüşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 04 radələrində, “Qayalı” marketin qarşısında, küçə ilə hərəkətdə olan 1 nəfər yaşlı qadının əlindən pul qabını alıb qaçdığını, sonra həmin pul qabının içərisindəki pulları saydıqda 332 manat olduğunu, həmin pulların xeyli hissəsini xərclədiyini, 54 manat hissəsi isə qaldığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirildikdən sonra pul qabının yaşadığı evdə olduğunu, yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını, 8 ay müddətdir ki narkotik vasitə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi soyğunçuluq cinayətini səmimi etiraf etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitə bükümlərini öz istifadəsi üçün əldə etdiyini, heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı onun yaşadığı mənzilə baxış keçirilməsi üçün həmin ünvana gedilməli olduğunu, video çəkilişin həmin ünvanda davam etdiriləcəyini bildirmiş, daha sonra, şəxsi axtarışda iştirak edən polis əməkdaşları və müdafiəçi ilə birlikdə yaşadığı ünvana getmişlər. Yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra o, evin giriş qapısının sağ tərəfindəki taxta parçasının altından evin giriş qapısının açarını götürüb qapını açdıqdan sonra, öncə özü sonra isə baxışda iştirak edən digər şəxslər evə daxil olmuşlar. Bundan sonra o, mətbəxdəki dolabın sol tərəfindən, 1 ədəd pul qabını çıxardıb təqdim etmiş, sözügedən tanımadığı qadının əlindən alıb qaçdığı pul qabı olduğunu bildirmişdir. Həmin pul qabınının içərisinə baxdıqda pul qabının içərisində bəzi dərman həbləri, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd plastik kart və kağız parçaları olması müəyyən edilmişdir. Sonra həmin pul qabı içərisindəki şeylərlə birlikdə təhqiqatçı tərəfindən xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Onun mənzilinə baxış keçirmiş, ancaq mənzilindən iş üçün əhəmiyyət kəsb edən əlavə heçnə aşkar edilməmişdir. O və müdafiəçi heç bir vəsatətli olmadığını bildirdikdən sonra baxış yekunlaşmış və videoçəkiliş dayandırılmışdır. Əməlindən peşmandır. Qeyri rəsmi nikahdadır, 2 övladı var. Hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyan tərəfindən ödənilmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs 03 aprel 2024-cü il tarixdə teleqram ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsində görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində, yaşadığı evin yaxınlığında yerləşən “Qold Qayalı” ticarət mərkəzinin qarşısındakı bankomata təqaüd kartını daxil edib 332 manat pul çıxardıb nəğdləşdirmiş və həmin pulları əlindəki tünd qəhvəyi rəngli pul qabına qoymuşdur. Sonra alış-veriş etmək məqsədi ilə yaxınlıqda yerləşən “Hiper” ticarət mərkəzinə getmişdir. Ancaq alış-veriş etmək fikrindən daşınmış və geri qayıdaraq evinə tərəf yola düşmüşdür. Bir qədər getdikdən sonra, “Qold Qayalı” ticarət mərkəzinin yaxınlığında tanımadığı kişinin yaxınlaşaraq onun əlində tutduğu pul qabını qəflətən əlindən dartıb almış və qaçaraq oradan uzaqlaşmışdır. O, oğlu Nadirə zəng edərək hadisə barədə məlumat vermiş, onun oğlu Nadir də, öz növbəsində DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, sonradan ona qarşı soyğunçuluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs onun əlindən dartıb aldığı pul qabının dəyərinin 20 manat olduğunu, pul qabının içərisində ona məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd plastik təqaüd kartı, 1 ədəd Qayalı market tərəfindən verilmiş bonus və endirim kartı, 1 ədəd Hiper market tərəfindən verilmiş bonus və hədiyyə kartı, həmçinin qanda təziqi və xolastirinin səviyyəsini normada saxlamaq üçün qəbul etdiyi dərman həbi kanvalyutları, ödəniş çekləri və retseplər olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nə əməliyyat məlumatı daxil olmuş, məlumat idarə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməsi üçün o da, əlavə edilmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə, günorta saatlarında, Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi, “Beynəlxalq Bank”-ın yaxınlığında pusqu qurulmuşdur. Bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb, xx.xx.2023-cü il tarixdə, saat 15:15-də onu saxlamışlar. O və digər polis əməkdaşları özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını Təqsirləndirilən şəxs bildirib, sonuncudan da, özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra saxlanılan şəxsə istintaq hərkətlərinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirib, etirazının olub-olmamasını soruşduqda, sonuncu etirazının olmadığını bildirmiş və birlikdə ŞPİ-nə getmişlər. İdarədə xidməti otaqların birində təhqiqatçı, polis mayoru Zaur Cəfərov, Təqsirləndirilən şəxs vəkillərinin siyahısını təqdim edərək hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi seçməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs vəkil təmin olunduqdan sonra sonuncunun razılığı və müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Təhqiqatçısı özünü təqdim edib, saxlanılan şəxsdən də, özünü təqdim etməsini xahiş etmiş, o da, Təqsirləndirilən şəxs oğlduğunu Sumqayıt şəhəri, Yaşıldərə bağlar ərazisində yaşadığını bildirmişdir. Sonra şübhəli şəxsin hüquq və vəzifələri barədə yazılı bildiriş Musayevə təqdim edilmişdir. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya narkotik vasitə vardırsa çıxarıb təqdim etməsini təklif etmiş, sonuncu əynində olan şalvarın sağ yan cibində saxlamış olduğu 2 ədəd şəffaf sellofana bükülmüş kütləni, 1 ədəd mobil telefonu və 1 ədəd plastik bank kartını cibindən çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində “heroin” olduğunu, həmin bükümləri “Orxan” adlı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir əlavə əşya vardırsa təqdim etməsi təklif edildikdə sonuncu əynindəki şalvarın sol yan cibindən 54 manat pulu çıxardıb təqdim etmiş, həmin pulun kimə məxsus olduğunu soruşduqda, Təqsirləndirilən şəxs həmin pulu xx.xx.2023-cü tarixdə tanımadığı qadının əlindən alıb qaçdığı çantasından götürdüyünü, çantanın isə hal-hazırda onun yaşadığı evində olduğunu, çantanın içərisində sözügedən qadının şəxsiyyət vəsiqəsi, plastik bank kartı və 332 manat pul olduğunu, cibindən çıxardıb təqdim etdiyi 54 manat pulun da, həmin pulun bir hissəsi olduğunu, pulun qalan hissəsi ilə borcunu ödədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirirdikdə onun ayağında elektron nəzarət vasitəsi olduğu müəyyən etmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümləri elektron tərəzidə çəkilərini ölçmüş, məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırmış, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, 1 ədəd mobil telefon və 54 manat pul, 1 ədəd plastik kart zərflərə qoyulub xüsusi qaydada qablaşdırılaraq götürülmüş, hər iki zərf hər kəs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs bundan sonra yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını, 8 aydır ki, narkotik vasitə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin törətdiyi soyğunçuluq cinayətini səmimi etiraf etmiş, narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, heç bir təziqə məruz qalmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı video çəkilişin yekunlaşdığını elan etmiş və Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi üçün həmin ünvana gediləcəyini, video çəkilişin həmin ünvanda davam etdiriləcəyini bildirmişdir. Bundan sonra şəxsi axtarış yekunlaşmış və videoçəkiliş dayandırılmışdır. Sonra birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi, Sumqayıt şəhəri Yaşıldərə bağları ərazisinə getmiş, fərdi həyət evləri olan ərazidə, Təqsirləndirilən şəxs evinin qarşısında təhqiqatçı, Təqsirləndirilən şəxs qarşısında dayandıqları fərdi həyət evinin özünə məxsus olub olmamasını soruşduqda, sonuncu həmin evin ona məxsus olduğunu bildirmişdir. O və baxışda iştirak edən digər şəxslər Təqsirləndirilən şəxs evin qapısını açdıqdan sonra, öncə özü sonra isə baxışda iştirak edən digər şəxslər evə daxil olmuşlar. Bundan sonra Musayev mətbəxdəki dolabın sol tərəfindən, şəffaf sellofana bükülmüş 1 ədəd pul qabını çıxardıb təqdim edərək, həmin pul qabını tanımadığı qadının əlindən alıb qaçdığını bildirmişdir. Təhqiqatçı həmin pul qabını açıb içərisinə baxdıqda pul qabının içərisində bəzi dərman həbləri kanvalyutları, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, plastik kart və kağız parçaları olması müəyyən edildi. Sonra həmin pul qabı içərisindəkilərlə birlikdə xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs mənzilinə baxış keçirmiş, ancaq mənzildən iş üçün əhəmiyyət kəsb edən əlavə heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs və müdafiəçi heç bir vəsatətləri olmadığını bildirdikdən sonra baxış yekunlaşmış və videoçəkiliş dayandırılmışdır Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 09 dekabr 2023-cü il tarixdə, saat 15:15 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur ( i.v.19); 11 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. ( i.v. 61-62). Sumqayıt şəhər Məhkəməsinin 4(060)-464/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 dekabr 2023-cü il tarixdən hesablanmışdır.( i.v.81-85). Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə fiziki- kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/6334 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 124...” dairəvi möhür əksi və “... R.Musayevin üzərindən aşkar edilmiş iki büküm maddə, R.Musayev-imza,... imza, Təhqiqatçı: Z.Cəfərov-imza...” yazı əlavəsi qeyd olunmuş bir ədəd kağız zərfdə 02 (iki) ədəd bükümlərdə təmiz çəkiləri - 0,340 qram, 0,198 qram, ümumi təmiz çəkisi-0,538 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitəmin siyahısına (Siyahı İ) daxildir. ( i.v. 42-46) “Şəxsi axtarışın keçirilməsi barədə” 09 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov özünü təqdim edib, qarşısında dayanmış müki geyimli şəxsdən özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu, Sumqayıt şəhəri, Yaşıldərə bağlar ərazisində yaşadığını bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində və daşınmasında şüphəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Pİ-nə gətirildiyini bildirib, şübhəli şəxsin hüquq və vəzifələri barədə yaşılı bildirişi sonuncuya təqdim edir və sonra həmin bildirişi oxuyaraq hüquq və vəzifələri barədə Musayevi tanış edir. Sonra təhqiqatçı şəxsi axtarışda iştirak edən polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş edir. Polis əməkdaşları Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1, kiçik inspektor Şahid2 və Şahid3 özlərini təqdim etdikdən sonra, təhqiqatçı, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən müdafiəçi X2 təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçiyə etirazı olmadığını bildirdikdən sonra təhqiqatçı, şübhəli şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya narkotik vasitə vardırsa çıxardıb təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 2 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş kütləni, 1 ədəd mobil telefonu və 1 ədəd plastik bank kartını cibindən çıxardıb təqdim edərək masanın üzərinə qoyur. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində nə olduğunu soruşduqda o, “kakos” yəni “heroin” olduğunu, həmin bükümləri Orxan adlı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını bildirir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əlavə əşya vardırsa təqdim etməsini xahiş etdikdə o, əynindəki şalvarın sol yan cibindən 54 manat pulu çıxardıb təqdim edir. Təhqiqatçı həmin pulun kimə məxsus olduğunu soruşduqda Musayev həmin pulu “dünən” tanımadığı qadının əlindən alıb qaçdığını, həmin çantadan götüdüyünü, çantanın isə hal-hazırda yaşadığı evində olduğunu, çantanın içərisində sözügedən qadının şəxsiyyət vəsiqəsi, plastik bank kartı və 331 manat pul olduğunu, cibindən çıxardıb təqdim etdiyi 54 manat pulun da, həmin pulun bir hissəsi olduğunu bildirir. Pulun qalan hissəsi ilə borcunu ödədiyini bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirirdikdə onun ayağında elektron nəzarət vasitəsi olduğu müəyyən edilir. Sonra təhqiqatçı Musayevin üzərindən aşkar olunmuş, içərisində tünd qəhvəyi rəngli maddə olan 2 ədəd şəffaf sellofan bükümlərin elektron tərəzi vasitəsi ilə çəkilərini ölçdükdə, həmin bükümlərin birlikdə ümumi çəkisinin 0,67 qram olması müəyyən edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2 büküm narkotik vasitə heroinə bənzər kütlə bükümlərini məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq xüsusi qaydada qablaşdırır, zərf Təqsirləndirilən şəxs müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd mobil telefon və 54 manat pul, 1 ədəd plastik kart zərflərə qoyulub qablaşdırılaraq götürüldü, hər iki zərf Təqsirləndirilən şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs bir daha təhqiqatçının suallarını cavablandıraraq, xx.xx.2023-cü il tarixdə, 04 radələrində, “Qayalı” marketin qarşısında, küçə ilə hərəkətdə olan 1 nəfər yaşlı qadının əlindən pul qabını alıb qaçdığını, sonra həmin pul qabının içərisindəki pulları saydıqda, 331 manat olmasını müəyyən etdiyini, həmin pulların xeyli hissəsini xərclədiyini, təqdim etdiyi 54 manat pulun də həmin pul qabının içərisində olan pulların bir qismi olduğunu, sözügedən pul qabının hal-hazırda yaşadığı evdə olduğunu, yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını, 8 aydır ki, narkotik vasitə istifadə etdiyini bildirir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçinin də suallarını cavablandıraraq, törətdiyi soyğunçuluq cinayətini səmimi etiraf etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitə bükümlərin öz istifadəsi üçün əldə etdiyini, heç bir təzyiqə məruz qalmadığını bildirir. Bundan sonra təhqiqatçı video çəkilişin yekunlaşdığını elan edir və Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi üçün həmin ünvana gedəcəklərini, video çəkilişin həmin ünvanda davam etdiriləcəyini bildirir. Bundan sonra şəxsi axtarış yekunlaşır və videoçəkiliş dayandırılır. ( i.v 27-28). “Baxış keçirilməsi və götürülmə barədə” 09 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, fərdi həyət evlərindən birinin qarşısında şübhəli şəxs Təqsirləndirilən şəxs, təhqiqatçı Zaur Cəfərovun müdafiəçi Əsədov Kərimxanın, CAŞ-nin əməkdaşları Şahid2, Cəmil Babşovun və Şahid1 dayanması müşahidə olunur. Təhqiqatçı Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanılmasını, şəxsi axtarış keçirilərkən tanımadığı qadına qarşı soyğunçuluq cinayəti törətməsini etiraf etməsini və qadının əlindən alıb qaçdığı pul qabını yaşadığı evdə saxlamasını bildirməsini, onun yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməməsini bir daha xatırladaraq, qarşısında dayandıqları fərdi həyət evinin ona məxsus olub olmamasını soruşduqda, Musayev evin ona məxsus olduğunu bildirir. Baxışda iştirak edən şəxslər özlərini təqdim etdikdən sonra Musayev evin giriş qapısının sağ tərəfindəki taxta parçasının altından evin giriş qapısının açarını götürüb qapını açdıqdan sonra, öncə özü sonra isə baxışda iştirak edən digər şəxslər evə daxil olur. Bundan sonra Təqsirləndirilən şəxs mətbəxdəki dolabın sol tərəfindən, şəffaf sellofana bükülmüş 1 ədəd pul qabını çıxardıb təqdim edərək, sözügedən tanımadığı qadının əlindən alıb qaçdığı pul qabı olduğunu bildirir. Təhqiqatçı həmin pul qabını açıb içərisinə baxdıqda pul qabının içərisində bəzi dərman həbləri, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd plastik kart və kağız parçaları olması müəyyən edilir. Sonra həmin pul qabı içərisindəki şeylərlə birlikdə təhqiqatçı tərəfindən xüsusi qaydada qablaşdırılaraq götürülür. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs mənzilinə baxış keçirir, ancaq onun mənzilindən iş üçün əhəmiyyət kəsb edən əlavə heçnə aşkar edilmir. Təqsirləndirilən şəxs və müdafiəçi heç bir vəsatətləri olmadığını bildirdikdən sonra baxış yekunlaşır və videoçəkiliş dayandırılır. (i.v. 32-33) NK-1/3104 saylı araşdırma materialları xx.xx.2023-cü il tarixli qərarla ********* saylı cinayət işinə əlavə edilməklə araşdırması davam etdirilmişdir. (i.v. 88) Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarxdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, tanımadığı şəxsin, onun əlindən, içərisində 332 manat pul, şəxsiyyət vəsiqəsi və s. şeylər olan pul qabını dartıb alaraq hadisə yerindən qaçıb uzaqlaşmaqla onun əmlakını taladığını bildirmişdir. (i.v. 91-94) “hadisə yerinin baxışının aparılması haqqında” 08 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri “Qold Qayalı” ticarət mərkəzinin yaxınlığında soyğunçuluq hadisəsi baş vermişdir. Bu barədə fotoşəkillər çəkilərək, protokola əlavə edilmişdir. (i.v.95-96) Zərərçəkmiş şəxs müraciəti əsasında Sumqayıt ŞPİ-nin 1-ci PB-də aparılan araşdırma zamanı soyğunçuluq hadisəsini törədən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. (i.v. 99) Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması və xx.xx.2023-cü il tarixdə, saat 04 radələrində, “Qayalı” marketin qarşısında, küçə ilə hərəkətdə olan 1 nəfər yaşlı qadının əlindən pul qabını alıb qaçdığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 495 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.146-147). “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsun əməli CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 180.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 109) “maddi sübut kimi tanıma haqqında” 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0.538 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.478 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 119). “maddi sübut kimi tanıma haqqında” 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 54 manat pul, 1 ədəd pul qabı, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd plastik təqaüd kartı, 1 ədəd Qayalı market tərəfindən verilmiş bonus və endirim kartı, 1 ədəd Hiper market tərəfindən verilmiş bonus və hədiyyə kartı, 1 ədəd “Rovastat”, 1 ədəd “Nebilet”, 1 ədəd “kaptopril” dərman həbi kanvalyutları maddi sübut kimi tanınaraq zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır. (i.v. 133) İş materiallarında olan “qəbz”dən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus olan pul qabını, dərman həbləri kanvalyutarlarını, 54 manat pulu, 1 ədəd təqaüd kartını, 2 ədəd hədiyyə və endirim kartlarını, şəxsiyyət vəsiqəsini, dərman reseptlərini təhvil almışdır. (i.v. 186) AR DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v.124-131) Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə çəkilməmiş cəzası 01 il 10 ay 07 gün təşkil edir. “sübutların qiymətləndirilməsi haqqında” 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 180.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 180.2.4, 181, 234.2, 326-cı maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə sonuncunun üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 0.538 qram, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.478 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. ( i.v.170-180); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama- üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2005-ci il tarixli qərarının 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Həmin Qərarın 7-ci bəndinə görə Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı AR Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya əsasən heroinin 0.15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdardan artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 180.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır Məhkəmə Təqsirləndirilən şəxs əməllərindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs himayəsində övladının olduğunu bildirsə də, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışda sonuncunn subay olduğu və himayəsində uşağın olmadığı qeyd olunmuş, həmçinin Təqsirləndirilən şəxs bu faktı təsdiq edə biləcək rəsmi sənədi məhkəməyə təqdim edə bilməmişdir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs tərəfindən törədilən hər bir əmələ fərdi yanaşır, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisinin 0.538 qram olmasını, zərərçəkmiş şəxsin mövqeyini, cəzasını yüngülləşdirən hallar, ağırlaşdıran halların olmamasının, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, AR CM-in 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. Ona əvvəlki cinayətinə görə qeyd olunan cəza təyin olunmuş, lakin o, həmin cəza ilə islah olunmamış, yenidən qəsdən az ağır cinayət törətmişdir. Göründüyü kimi onun narkotik maddələrdən asılılığı vardır. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(060)- 292/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 10 ay 07 gün bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən sonuncu tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 09 dekabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.478 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut- 54 manat pul, 1 ədəd pul qabı, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd plastik təqaüd kartı, 1 ədəd Qayalı market tərəfindən verilmiş bonus və endirim kartı, 1 ədəd Hiper market tərəfindən verilmiş bonus və hədiyyə kartı, 1 ədəd “Rovastat”, 1 ədəd “Nebilet”, 1 ədəd “kaptopril” dərman həbi kanvalyutlarının Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, yəni 01 il 10 ay 07 gün azadlığın məhdudlaşdırılması cəzası 11 ay 03 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 09 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.478 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut 54 manat pul, 1 ədəd pul qabı, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd plastik təqaüd kartı, 1 ədəd Qayalı market tərəfindən verilmiş bonus və endirim kartı, 1 ədəd Hiper market tərəfindən verilmiş bonus və hədiyyə kartı, 1 ədəd “Rovastat”, 1 ədəd “Nebilet”, 1 ədəd “kaptopril” dərman həbi kanvalyutlarının Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-302/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-302/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver