Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-303/2021 25.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, 1964-cü il noyabrın 13-də Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, həbs olunana qədər Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 398 nömrəli bağ evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən bir ədəd zavod üsulu ilə istehsal edilmiş 01 ədəd “ПР-1367” markalı, 9 mm kaliberli, «Макаров» (ПМ) konstrukisiyalı, texniki vəziyyətdə nasaz və atəş üçün yarasız tapançanı, 272 ədəd zavod üsullu ilə hazırlanmış, 9x18 mm kalibrli olmaqla, pistonları mərkəzdən alışan, 9 mm kaliberli olmaqla, «Макаров» (ПМ) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən ştat patronları, 61 zavod üsulu ilə hazırlanmış 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan texniki cəhətdən saz və istifadə üçün yararlı «Макаров» (ПМ) konstruksiyalı tapançaların komplekt hissəsi sandıqçaları qanunsuz əldə edib, daşıyaraq saxlamış, 19 yanvar 2021-ci il tarixdə saat 01:00-da DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Sumqayıt şəhəri, Novxanı bağları massivi, 398 nömrəli bağ evinin yaxınlığında saxlanılaraq üzərində şəxsi axtarış aparılması üçün DİN-nin BNMİ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki uzunqol gödəkcənin sağ yan cinindən 03 (üç) ədəd zavod üsullu ilə hazırlanmış, 9x18 mm kalibrli olmaqla, «Макаров» (ПМ) və «Стечкин» (AПС) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən ştat patronlar aşkar edilərək götürülmüş, daha sonra əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 03:30-da Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Novxanı bağları massivi, 398 nömrəli bağ evinə keçirilmiş baxış zamanı evin giriş hissəsində taxta konstruksiyalı pilləkənin alt hissəsində yerləşən 01 (bir) ədəd qara rəngli üzərində “Adidas” sözləri yazılmış torbanın içərisində 01 ədəd “ПР-1367” markalı, 9 mm kalibrli, «Макаров» (ПМ) konstruksiyalı, yarımavtomatik, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş – yivli odlu döyüş silahı olan, texniki vəziyyətdə nasaz və atəş üçün yarasız tapançanı, 269 ədəd zavod üsullu ilə hazırlanmış, 9x18 mm kalibrli olmaqla, «Макаров» («ПМ»), «ПА-63», «П64», «РК58», «61» konstruksiyalı tapançalarda və «Стечкин» (AПС) konstruksiyalı avtomatik tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən ştat patronları, 61 zavod üsulu ilə hazırlanmış 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulluna ilə istehsal edilmiş texniki cəhətdən saz və istifadə üçün yararlı «Макаров» (ПМ) konstruksiyalı tapançaların komplekt hissəsi olan sandıqçalar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 18 yanvar 2021-ci il tarixdən 19 yanvar 2021-ci il tarixə keçən gecə saat 12:00 radələrində yaşadığı Sumqayıt şəhəri, Novxanı bağları massivində yerləşən 398 saylı bağ evində yatarkən küçə qapısının möhkəm döyüldüyünü eşitmişdir. Bununla əlaqədar o, bir neçə dəqiqə ərzində əynini geyinib həyət darvazasının yanına gələrək qapını açmışdır. Bu zaman 4 nəfər tanımadığı şəxsi görmüş və həmin şəxslər polis əməkdaşı olduqlarını deməklə icazəsiz onun həyətinə daxil olmuşlar. Bundan sonra həmin şəxslər onun evinə daxil olaraq axtarış aparmağa başlamış və onun mobil telefonlarını onun əlindən almışlar. O, polis əməkdaşlarından nə axtardıqlarını soruşduqda polis əməkdaşları onun İran İslam Respublikasının vətəndaşı ilə telefon vasitəsiylə danışığı olduğunu bildirdilər və səbəbini soruşdular. O da şəxsi işləriylə əlaqədar danışdığını bildirmişdir. Buna baxmayaraq həmin şəxslər ona evində qanunsuz narkotik vasitələr varsa təqdim etməsini təklif etmiş, əks halda özləri onun evinə 3-4 kiloqram narkotik vasitə qoyub onu tutduracaqlarını bildirmişlər. O, isə ümumiyyətlə narkotik vasitələrdən istifadə etmədiyini, lakin vəfat etmiş atasından istifadəyə yararsız, suvenir kimi saxladığı tapança olduğunu etiraf etmiş və həmin tapançanı döşəklərin arasından çıxararaq onlara təqdim etmişdir. Buna baxmayaraq 4 nəfər mülki geyimli polis əməkdaşları onun evini alt-üst edərək yenə axtarış aparmağa davam eləmişlər. Polis əməkdaşlarından biri az öncə onlara təqdim olunan tapançanı evdən götürdüyü qara rəngli torbaya qoyaraq bayıra çıxdı. Həmin vaxt polis əməkdaşlarından digər biri isə onun evində olan və tanışı Zenfira Əliyevanın ona saxlamaq üçün verdiyi 1500 (min beş yüz) avronu və 5800 (beş min səkkiz yüz) ABŞ dollarını onun evindən götürərək bayıra çıxmışdır. Təxmin saat yarım evdə axtarış aparıldıqdan sonra onun əllərinə qandal vurulmuş və polis əməkdaşları ilə birlikdə evdən bayıra çıxmışdır. Küçəyə çıxararkən qapıda “Mercedes” markalı avtomobil olduğunu görmüşdür. Polis əməkdaşları küçədə bir-iki dəqiqə söhbət etdikdən sonra onu avtomobilə əyləşdirərək Bakı şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xidməti binasına gətirmişlər. Orada xidməti otaqların birində bir saatdan çox saxlanılmış və həmin vaxt polis təhqiqatçısı Nizami Omarov ona bildirmişdir ki, “təkrar sənin evinə gedib baxış keçirəcəyik və sənin evindən tapança üçün nəzərdə tutulmuş sandıqçalar və patronlar aşkar edildiyini video çəkiliş edəcəyik. Sən də çəkiliş edərkən həmin şeylərin özünə məxsus olduğunu etiraf edərsən”. O, buna etiraz etdikdə mülki geyimdə olan polis əməkdaşları ona hədə qorxu gələrək, əks halda onun evindən külli miqdarda narkotik vasitələr çıxmasını rəsmiləşdiriləcəyini və bunun da gələcəkdə ona daha ağır maddə ilə cəzalandırılmasına səbəb olacağını bildirmişlər. Bu səbəbdən polis təhqiqatçısı ona bildirmişdir ki, “sənin evindən silah çıxıbsa artıq sən Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum olunacaqsan. Bu patronlar və sandıqçalar da əlavə olunarsa sənin məhkum olunacağın maddə dəyişmir və səni 3 ilə qədər həbs gözləyir. Yox əgər etiraz etsən səni külli miqdarda narkotik vasitlərin satışı ilə rəsmiləşdirəcəyik və səni 12 ilə qədər həbs gözləyir”. Bundan sonra o, qorxaraq polislərin təklifi ilə razılaşmışdır. Bu zaman təhqiqatçı Nizami Omarov ona bildirmişdir ki, “bir neçə dəqiqədən sonra dövlət hesabına müdafiəçi dəvət olunacaq və sənin üzərinə video çəkiliş vasitəsiylə baxış keçiriləcək və sənə üzərində qanunsuz hər nə varsa təqdim edin deyəcəm. Bundan sonra sən cibindən 3 ədəd tapança üçün nəzərdə tutulmuş patronları çıxarıb masanın üzərinə qoyarsan. O, yenə də təhqiqatçının dediklərindən imtina etmək istəsə də Şahid2 ona hədə qorxu gəlmiş və üzərinə gələrkən Şahid1 araya girərək ona fiziki güc gəlməyə imkan verməmişdir. Bundan sonra polis əməkdaşları həmin 3 ədəd patronu, həmçinin evdən çıxarkən polis əməkdaşlarının ondan aldığı 2 ədəd mobil telefonu və şəxsiyyət vəsiqəsini onun gödəkçəsinin müxtəlif ciblərinə yerləşdirmilər. Bu olanlardan bir neçə dəqiqə sonra bir orta yaşlı kişi içəri daxil olmuş və həmin şəxsin müdafiəçi olduğunu bildirmişlər. Nəhayət həmin otaqda bir nəfər şəxs çəkiliş etməyə başlamış və o, təhqiqatçının ssenarisi üzrə hərəkət edərək qabaqcadan onun cibinə qoyulmuş 3 ədəd patronu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı onun üzərinə baxış keçirmiş və ciblərindən onun şəxsiyyət vəsiqəsini, mobil telefonlarını və evin açarlarını çıxararaq masaya düzmüşdür. Sonra təhqiqatçı ona əvvəlcədən bildirdiyi suallara cavab vermiş və buda video çəkilişlə qeydə alınmışdır. Bundan sonra təhqiqatçı, mülki geyimli polis əməkdaşları və müdafiəçinin iştirakı ilə onun evinə qayıtmışlar. Onun yaşadığı evə qayıdarkən mülki geyimdə olan polis əməkdaşları özləri ilə əllərində gətirdikləri və içərisində tapança, patron və sandıqçalar olan qara torbanı pilləkənlərin altında yerləşdirmişlər. Daha sonra polis təhqiqatçısı Nizami Omarov çəkilişə başlanılacağını və ona həmin qara torbanı pilləkənlərin altından götürərək onlara təqdim etməsini tələb etmişdir. Çəkiliş başlayan kimi o, təhqiqatçının qurduğu ssenari üzrə hərəkət edərək həmin qara torbanı pilləkənlərin altından götürərək təhqiqatçıya təqdim etmiş və təhqiqatçısı Nizami Omarov həmin qara torbanı mətbəxdə olan stolun üstündə açaraq içərisindən tapançanı, tapança üçün nəzərdə tutulmuş sandıqçalar və patronları çıxararaq masanın üzərinə düzmüş, daha sonra yenidən torbaya yığaraq qablaşdırmışlar. Yenə də təhqiqatçı ona əvvəlcədən bildirdiyi sualları o, cavablandırmış və bütün bu olanları mülki geyimli bir polis əməkdaşı video görüntüyə almışdır. Lakin bu çəkiliş yalnız onun evinin daxilində aparıldığından, həmin qara torbanı evə necə gətirilməsi qeydə alınmamışdır. Halbuki, üzərində “Adidas” yazılmış həmin qara torbanı birinci dəfə gecə onun evindən götürərkən içərisində bircə təqdim etdiyi tapança olmuşdur. Həmin torbanın boş olmasını da müdafiəçisi Rubail Səfərov tərəfindən məhkəməyə təqdim olunmuş video görüntülərin 01:11 dəqiqəsində öz əksini tapmışdır. Lakin təhqiqatçı Nizami Omarov mətbəxdə həmin qara torbanı açarkən həmin torbanın ağzına qədər dolu olduğu görsənir. Çəkiliş bitdikdən sonra yenidən onu DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada bir neçə sənədə imza etdirdikdən sonra onu, 20 yanvar 2021-ci il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Polis İdarəsində olarkən müstəntiq tərəfindən ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və yenə də bir neçə sənədə qol çəkdirərək məhkəməyə gətirmişlər və məhkəmə tərəfindən onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. O, polis əməkdaşlarının ona göstərdiyi psixoloji təsirdən qorxaraq məhkəmədə verilmiş ittihamda özünü təqsirli bilmiş və hakimə baş verənlər barədə heç bir söz deməmişdir. Hazırda o, bütün baş verənlərin həm müdafiəçisi tərəfindən məhkəməyə təqdim etdiyi video görüntülərdə, həm də ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş video görüntülərdə sübut olunduğunu bildirərək göstərdi ki, ona qarşı irəli sürülmüş ittiham əvvəlcədən hazırlanmış senaridir və hədə qorxu ilə ona etiraf etdirilmişdir. Hazırda o, qeyd olunan ittiham üzrə özünü təqsirli bilmir, həmin tapança üçün nəzərdə tutulmuş sandıqçaların və patronların ona məxsus olmadığını, yalnız suvenir kimi atasından qalmış tapançanın ona məxsus olduğunu bildirdi. Qeyd olunanları nəzərə alaraq o, barəsində bəraət hökmü çıxarılmasını, həmçinin polis əməkdaşları tərəfindən onun evindən götürülmüş 1500 (min beş yüz) avronun və 5800 (beş min səkkiz yüz) ABŞ dollarının qaytarılması barədə hüquq mühafizə orqanlarına göstəriş verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Əlavə olaraq o, bildirdi ki, daxil olmuş əməliyyat məlumatına əsasən 19 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərkən saat 01:00 radələrində onu yaşadığı evin yaxınlığında küçədə piyada hərəkət edərkən saxlamış və özlərini təqdim edərək ona qanunsuz odlu silah, onun komlekt hissələrini, döyüş sursatları saxlamaqda şübhəli olduğunu bildirərək, onu DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə olarkən müdafiəçinin iştirakı ilə, təhqiqatçı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs üzərində çəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır və axtarış başlamamışdan Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən 3 ədəd odlu silah üçün nəzərdə tutulmuş patronu çıxararaq masanın üzərinə qoymuşdur. Onun üzərinə axtarış keçirilərkən özünə məxsus şəxsiyyət vəsiqəsi, bir neçə dənə açar, təxminən 9 manat və qəpiklərdən ibarət pul və 2 ədəd mobil telefon aşkar edilmişdir. Aşkar olunmuş 3 ədəd patronlar qablaşdırıldıqdan sonra, Təqsirləndirilən şəxs evində tapança, onun komlekt hissələri və patronlar olduğunu bildirərək onları da təqdim edə biləcəyini bildirdi. Daha sonra onların müşayiəti ilə təhqiqatçı, müdafiəçi və Təqsirləndirilən şəxs özü olmaqla onun yaşadığı bağ evinə getmişlər. Bağ evinə çatdıqdan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olundu və video çəkiliş aparılmaqla qanunsuz saxladığı odlu silah və onun komlekt hissələrinin təqdim olunması təklif olundu. Təqsirləndirilən şəxs buna etiraz etmədi və çəkiliş başladıqdan sonra o, evdə olan pilləkənlərin altından üzərində “Adidas” yazılmış qara torba çıxararaq onlara təqdim etmişdir. Torbaya baxış keçirilmiş və içərisində olan bir ədəd “Makarov” tipli tapança, bir neçə ədəd sandıqça və xeyli sayda patron aşkar olunmuşdur. Aşkar olunmuş tapança, sandıqça və patronlar yenidən qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenidən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Məhkəmə iclasında verilən suala cavab olaraq Şahid1 bildirmişdir ki, 19 yanvar 2021-ci il tarixdə gecə saat 00:03 raədələrində Təqsirləndirilən şəxs bağ evində olmadıqlarını, lakin onu yaşadığı evin yaxınlığında təxminən gecə saat 01:00 radələrində küçədə piyada hərəkət edərkən saxlamışlar. Lakin onun üzərinə Baş Narkotiklərlə Mübarizə İdarəsində gecə təxminən 03:00 radələrində baxış keçirmişlər. İkinci dəfə isə müdafiəçinin və təhqiqatçının iştırakı ilə onun evinə getmişlər. Təqsirləndirilən şəxs evinə baxış keçirməyə gedərkən yalnız evdə çəkiliş aparıldığını, həyətə daxil olmalarının görüntüyə alınmasına zərurət olmadığından onu video görüntüyə almadığını bildirdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdi və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında verilən suala cavab olaraq Şahid2 bildirmişdir ki, 19 yanvar 2021-ci il tarixdə gecə saat 00:03 raədələrində Təqsirləndirilən şəxs bağ evində olmadıqlarını, lakin onu yaşadığı evin yaxınlığında təxminən gecə saat 02:00 radələrində küçədə piyada hərəkət edərkən saxlamışlar. Lakin onun üzərinə Baş Narkotiklərlə Mübarizə İdarəsində baxış keçirmişlər. Hazırki iş üzrə əməliyyat tədbiri keçirilərkən Təqsirləndirilən şəxs evində cəmi bir dəfə olduğunu, onu da saxladıqdan sonra, yəni ikinci dəfə müdafiəçinin və təhqiqatçının iştırakı ilə getmişlər. O, Təqsirləndirilən şəxs saxlamamışdan öncə onların qapısını döyməmiş, onların evində olmamış və onu qapılarından aparmamışlar. Ümumiyyətlə o, 19 yanvar 2021-ci il tarixdə gecə saat 00:03 radələrində Təqsirləndirilən şəxs bağ evində olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs evinə baxış keçirməyə gedərkən yalnız evdə çəkiliş aparıldığını, həyətə daxil olarkən video çəkiliş aparılmadığını bildirdi. Məhkəmə iclasında verilən suala cavab olaraq Şahid3 bildirmişdir ki, əməliyyat tədbirində dörd nəfər iştirak etmiş və onlar birinci dəfə əməliyyat tədbiri keçirərkən Təqsirləndirilən şəxs bağ evində olmadıqlarını, lakin onu yaşadığı evin yaxınlığında təxminən gecə saat 03:00 radələrində küçədə piyada hərəkət edərkən saxlamışlar. Lakin onun üzərinə Baş Narkotiklərlə Mübarizə İdarəsində baxış keçirmişlər. Hazırki iş üzrə əməliyyat tədbiri keçirilərkən Təqsirləndirilən şəxs evində cəmi bir dəfə olduğunu, onu da saxladıqdan sonra, yəni ikinci dəfə müdafiəçinin və təhqiqatçının iştırakı ilə getmişlər. O, Təqsirləndirilən şəxs saxlamamlşdan öncə onların qapısını döyməmiş, onların evində olmamış və onu qapılarından aparmamışlar. Bundan başqa Təqsirləndirilən şəxs evinə baxış keçirməyə gedərkən yalnız evdə çəkiliş aparıldığını, həyətə daxil olarkən video çəkiliş aparılmadığını bildirdi. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş video görüntülər təkrar olaraq məhkəmə iclasına dəvət olunmuş Şahid3 göstərildikdən sonra Şahid3 video görüntüdə olan şəxslərdən birinin özü olduğunu etiraf etmiş və suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evə gəldiklərini, qapını döydükdən sonra təqsirləndirilən şəxsin qapını açdığını və evə daxil olduğunu bildirdi. Həyətdə təxminən 15-20 dəqiqə olduqlarını və axtarış apardıqlarını qeyd etdi. Ümumilikdə onlar Təqsirləndirilən şəxs yaşadığı bağ evində iki dəfə axtarış aparmışlar. Onlar birinci dəfə Həmidin bağ evinə daxil olarkən və axtarış apararkən məhkəmə qərarı olmadığını, yalnız Həmidin şifahi razılığına əsasən həyətə daxil olduğunu və axtarış aparıldığını bildirdi. Bundan başqa onlar birinci dəfə Həmidi apararkən qoluna qandal vurulmadığını bildirdi. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş video görüntülər təkrar məhkəmə iclasına dəvət olunan Şahid1 göstərildikdən sonra Şahid1 video görüntüdə olan şəxslərdən birinin özü olduğunu etiraf etmiş və suala cavab olaraq bildirmişdir ki, birinci dəfə Təqsirləndirilən şəxs küçədə deyil, qapılarına gəldiyini və Həmid əynini geyindiyinə görə onun həyətində təxminən 30 dəqiqə gözlədikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Həmidin həyətinə daxil olmalarına və axtarış aparmalarına dair məhkəmə qərarı olmamış, lakin həmidin şifahi razılığına əsasən onun həyətinə daxil olmuşlar. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş video görüntülər təkrar məhkəmə iclasına dəvət olunan Şahid2 göstərildikdən sonra Şahid2 video görüntüdə olan şəxslərdən birinin özü olduğunu etiraf etmiş və suala cavab olaraq bildirmişdir ki, birinci dəfə Təqsirləndirilən şəxs küçədə dedikdə yəni yaşadığı bağ evinin qapısından apardığını nəzərdə tutmuşdur. O, Təqsirləndirilən şəxs həyətində iki dəfə olduğunu, lakin evə ikinci dəfə gələrkən daxil olmuşdur. Birinci dəfə Həmidi apararkən o, həyətdə gözləmişdir. Müdafiəçinin təqdim etdiyi video görüntünün saat 00:23 dəqiqəsində görüntülənən və onun əlində olan və avtomobilin yük yerinə qoyduğu qirmızı sellofan torbanın içərisində Həmidin geyim paltarları olduğunu qeyd etdi. O, birinci dəfə Həmidin evinə daxil olmadığını və pul götürmədiyini bildirdi. Video görüntüdə də o, küçə qapısından çıxarkən pul saymadığını bildirdi. Bundan başqa onların birinci dəfə Təqsirləndirilən şəxs yaşadığı bağ evinə getmələrindən və həyətə daxil olmalarından dövlət hesabına təqdim olunmuş vəkilin məlumatı olmamışdır. Birinci dəfə Həmidin həyətinə daxil olmalarına və axtarış aparmalarına dair məhkəmə qərarı olmamış, lakin Həmidin şifahi razılığına əsasən onun həyətinə daxil olmuşlar. Birinci dəfə Həmidin həyətinə daxil olmaları və onun üzərindən patron aşkar olunmasına dair yerində protokol tərtib edilməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələr arasındakı ziddiyyətlər, müdafiə tərəfinin vəsatəti əsasında təkrar dindirilmiş şahidlərin ifadələri, sübutların ibtidai istintaq zamanı cinayət-prosessual qanunvericiliyinə riayət olunmadan əldə edilməsi Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə ittiham hökmü çıxarılmasına əsas vermir. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatını qanunsuz əldə edib yaşadığı Sumqayıt şəhəri, Novxanı bağları massivi, 398 nömrəli bağ evində, saxlaması və daşıması cinayətini törətməsi sübuta yetirilmir. Bununla bağlı qərəzsiz, inandırıcı və mötəbər sübutlar yoxdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlardan biri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən 19 yanvar 2021ci il tarixdə, saat 01:50-də tərtib edilmiş «Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs odlu silah, onun komlepkt hissələri və döyüş sursatını əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 19 yanvar 2021-ci il tarixdə, saat 01:00 dəqiqədə Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 398 nömrəli bağ evinin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. Qərar şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X2 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlardan biri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən 19 yanvar 2021ci il tarixdə, saat 02:23-də tərtib edilmiş «Şəxsi axtarış və götürülmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah, onun komlket hissələri və döyüş sursatını, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuş və bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkçəsinin sağ yan cibindən 3 ədəd patrona bənzər əşyanı təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun əynində olan qara rəngli uzunqol gödəkçəsinin sağ yan cibindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, həmin gödəkçənin sol yan cibindən 8 ədəd açar, əynində olan şalvarın sağ yan cibindən 9 manat 80 qəpik pul, qara rəngli uzunqol gödəkçənin iç sol cibindən 2 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən çıxarıb təqdim etdiyi 3 ədəd patronun özünə məxsus olduğunu, həmin patronları 2 həftə bundan əvvəl yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 398 nömrəli bağ evinin hasarının uçması nəticəsində hasarın yaxınlığında yerdən tapdığını və 3 ədəd patronu həmin vaxtdan üzərində gəzdirdiyini, yaşadığı bağ evində də odlu silah, onun komlekt hissələri və döyüş sursatı saxladığını, həmin silahı, patronları təqdim edə biləcəyini, bağ evinə baxış keçirilməsinə etirazının olmadığını, ona verilən sualları tam və aydın formada başa düşdüyünü, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Həmin protokol həmin istintaq hərəkətinin keçirilməsində iştirak etmiş şəxslər şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi X2, polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 tərəfindən imza olunmuşdur. Məhkəmə araşdırması zamanı iş materiallarının 26-cı səhifəsinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd video diskə baxış keçirilmiş və yuxarıda sadalanan 19 yanvar 2021-ci il tarixdə, saat 02:23-də tərtib edilmiş «Şəxsi axtarış və götürülmə aparılması haqqında» protokolda göstərilənlər öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlardan biri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən 19 yanvar 2021ci il tarixdə, saat 04:30-da tərtib edilmiş «evə baxış və götürülmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs bağ evində olması ehtimal edilən odlu silahı, onun komlket hissələri və döyüş sursatı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuş və bundan sonra Təqsirləndirilən şəxs həmin bağ evinin giriş hissəsindən sol tərəfdə yerləşən taxta konstruksiyalı pilləkənin alt hissəsində yerləşən saxlanc yerindən 1 ədəd qara rəngli, üzərində “Adidas” sözləri yazılmış torbanı təqdim etdi. Həmin torbaya əlverişli şəraitdə baxış keçirilməsi üçün torba təhqiqatçı tərəfindən götürülmüş və mətbəxdə olan masanın üzərinə qoyulmuşdur. Torbanın içərisinə baxış zamanı içərisindən üzərində “P.26C” yazısı olan qutunun içərisindən 1 ədəd odlu silaha bənzər, makarov tipli, üzərində “PR1767” nömrəli olan 1976-cı il istehsalı olan tapança, 61 ədəd sandıq, 2 ədəd patronların qoyulduğu rezin qab və qara rəngli torbanın içərisindən ümumilikdə 269 ədəd patron aşkar edilərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd odlu silaha bənzər tapança, 61 ədəd sandıq, 2 ədəd patronların qoyulduğu rezin qab və 269 ədəd patron içərisi boş olan qara rəngli torbaya qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş və və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd odlu silaha bənzər tapança, 61 ədəd sandıq, 2 ədəd patronların qoyulduğu rezin qab və 269 ədəd patronun özünə məxsus olduğunu, həmin əşyaları 2 həftə bundan əvvəl yağış yağdığı vaxt yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 398 nömrəli bağ evinin hasarının uçmasını, həmin əşyaları isə torbada hasarın yaxınlığında yerdən tapdığını, özünün əvvəllər məhkum olunmadığını, yaşadığı bağ evində həmin əşyaları saxlaması barədə heç kimin məlumatı olmadığını, ona verilən sualları tam aydın formada başa düşdüyünü, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarının 37-ci səhifəsinə əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı bağ evində axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd video diskə baxış keçirilmiş və yuxarıda sadalanan 19 yanvar 2021-ci il tarixdə, saat 04:30-da tərtib edilmiş «evə baxış və götürülmə aparılması haqqında» protokolda göstərilənlər öz əksini tapmışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 19 yanvar 2021-ci il tarixdə gecə saat 00:03 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 398 nömrəli bağ evinə gəlməsini, onun bağ evinin sol istiqamətində olan qapı qonşusu Fəlah Fəlahovun küçədə quraşdırdığı müşahidə kamerasında qeydə alınmışdır. Həmin müşahidə kamerasından video görüntüləri əks etdirən yaddaş kartı müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş və iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən iş materiallarına əlavə edilərək tədqiq edilmişdir. Həmin yaddaş kartında olan video görüntülərdən məlum olur ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1, Şahid2, Şahid3 və şəxsiyyəti məhkəməyə məlum olmayan dördüncü şəxs 19 yanvar gecə saat 00:03 radələrində “Mercedes” markalı avtomobillə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 398 nömrəli bağ evinə gəlmiş və saat 00:09-a qədər küçə qapısını döydükdən sonra Təqsirləndirilən şəxs qapını açarkən həmin 4 nəfər şəxs içəri daxil olmuşlar. İçəri daxil olan şəxslərdən iki nəfər saat 01:11:34 radələrində küçəyə çıxır və onların birinin əlində torba (yəni təhqiqatçının iştirakı ilə baxış keçirilərkən pilləkənlərin altından götürülmüş və işərisində tapança, sandıqçalar və patronlar olan möhürlənib götürülmüş torba) görünür və həmin torbanı avtomobilin yük yerinə qoyur və yenidən həyətə qayıdırlar. Bundan bir neçə dəqiqə sonra yəni saat 01:14:24 radələrində yenidən iki nəfər qapıdan bayıra çıxır və həmin şəxslərdən başında papaq olan şəxs əlində nəsə sayaraq ayırır və yenə də avtomobilə yaxınlaşır. Saat 01:19:35 radələrində avtomobili Təqsirləndirilən şəxs qapısına hərəkət etdirirlər.Bir nəfər başında papaq olan şəxs saat 01:22:25 radələrində həyətdən küçəyə çıxıb gödəkçəsinin iç hissəsindən bir bağlama çıxararaq avtomobilin yük yerinə qoyur. Saat 01:23:40 radələrində digər bir nəfər başında idman papağı olan şəxs əlində qırmızı sellofan torba çıxararaq avtomobilin yük yerinə qoyur və ardıyca isə Təqsirləndirilən şəxs həmin şəxslərin müşaiyəti ilə qapıdan bayıra çıxır. Nəhayət saat 01:25:45 radələrində Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağına əyləşdirilir və avtomobil oradan uzaqlaşır. Təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxıldı. Proses iştirakçıları və dindirilmiş şahidlər videogörüntüdə olan məlumatları mübahisələndirmədilər. İş materiallarına əlavə olunmuş və yuxarıda sadalanan 19 yanvar 2021-ci il tarixdə, saat 01:50-də tərtib edilmiş «Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci il tarixdə, saat 01:00 dəqiqədə Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 398 nömrəli bağ evinin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. Halbu ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci il tarixdə, saat 01:00 dəqiqədə Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 398 nömrəli bağ evinin yaxınlığında piyada hərəkət edərkən saxlanılması faktı, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim olunmuş yaddaş kartında olan video görüntülərlə tam istisna olunur. Belə ki, istintaq orqanı tərəfindən bütün sübutları özündə əks etdirən sənədlərdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 398 nömrəli bağ evinin yaxınlığında piyada hərəkət edərkən saxlanılması göstərilsə də o, faktiki olaraq 19 yanvar 2021-ci il tarixdə yaşadığı bağ evində olarkən gecə saat 00:03 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri onun yaşadığı evin küçə qapısını döyürlər və saat 00:09 radələrində Təqsirləndirilən şəxs qapını açan zaman həmin şəxslər onun həyətinə daxil olurlar. Baxmayaraq ki, həmin vaxt Təqsirləndirilən şəxs həyətinə daxil olmasında dair nə sonuncunun razılıq ərizəsi, nə də ki, bu barədə məhkəmə qərarı olmamışdır. Bundan başqa həmin vaxt Təqsirləndirilən şəxs müdafiəçi təqdim olunmamış və qeyri qanuni olaraq onun evində bir saatdan çox axtarış və götürmə hərəkətləri aparılmışdır. Beləliklə məhkəmə iclasında ziddiyətli ifadələr verən və iş üzrə əməliyyat tədbirinin keçirilməsində iştirak etmiş şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 19 yanvar 2021-ci il tarixdə gecə saat 01:00 radələrində, Şahid2 gecə saat 02:00 radələrində və sonuncu Şahid3 isə gecə saat 03:00 radələrində Təqsirləndirilən şəxs küçədə hərəkət edərkən saxlanıldığını, lakin Baş Narkotiklərlə Mübarizə İdarəsində üzərinə axtarış baxış keçirildiyini qeyd etmişdir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci il tarixdə gecə saat 01:00 radələrində yaşadığı bağ evinin yaxınlığında küçədə hərəkət edərkən deyil, 19 yanvar 2021-ci il tarixdə yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 398 nömrəli bağ evində olarkən şəxsiyyəti məhkəməyə məlum olan Şahid1, Şahid2, Şahid3 və şəxsiyyəti məhkəməyə məlum olmayan bir nəfər şəxs tərəfindən gecə saat 00:09 radələrində saxlanılmışdır. Bu zaman onun yaşadığı mənzilə axtarış və baxış keçirilməsi barədə məhkəmə qərarı və ya onun razılıq ərizəsi olmadan daxil olmuşlar. Həmin vaxt onun müdafiə hüququ pozulmuş və o, müəyyən psixoloji təsirlərə məruz qalaraq etirafedici ifadə vermişdir. Bu fakt təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı verdiyi ifadə ilə yanaşı, müdafiə tərəfinin təqdim etdiyi görüntülərlə də sübuta yetir. Belə ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən 19 yanvar 2021-ci il tarixdə evə baxış və götürülmə aparılmasını əks etdirən 01 ədəd video diskə baxış keçirərkən aşkar olunmuş üzərində “Adidas” sözləri yazılmış qara torba, bu tədbir keçirilməmişdən öncə Təqsirləndirilən şəxs evinə daxil olmuş şəxsiyyəti məhkəməyə məlum olan Baş Narkotiklə Mübarizə İdarəsinin baş əməlliyat müvəkkiləri Şahid1, Şahid2, Şahid3 və şəxsiyyəti məhkəməyə məlum olmayan bir nəfər şəxslərdən biri gecə saat 01:11:34 radələrində həmin evdən çıxarılaraq “Mercedes” markalı avtomobilin yük yerinə qoyulur. Həmin görüntüdə torbanın aparıldığı və tam dolu olmadığı görünsə də, 19 yanvar 2021-ci il tarixdə evə baxış və götürülmə aparılmasını əks etdirən 01 ədəd video diskə baxış keçirərkən həmin torbanın evin daxilində olan taxta konstruksiyalı pilləkənlərin altından çıxarılması və torbanın tam dolu olması öz əksini tapır. Bundan başqa istintaq orqanı tərəfindən həyətə daxil olarkən hansı səbəbdən çəkiliş aparılmaması əsaslı şübhələr yaradır. Məhkəmə iş üzrə toplanmış sübutları, şahidlərin ifadələri arasındakı ziddiyyətləri, həm ittiham tərəfinin, həm də müdafiə tərəfinin təqdim etdiyi görüntüləri müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən tərtib olunmuş yuxarıda sadalanan sənədlər formal olaraq tərtib olunmuş, həqiqəti əks etdirmirlər. Azərbaycan Respublikası CPM-nin 242.1 və 242.3-cü maddələrinə əsasən əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə müstəntiq axtarış apara bilər. Toplanmış sübutlarla və ya əməliyyat-axtarış fəaliyyətinin materialları ilə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin kimdə və harada olması müəyyən edildikdə müstəntiq həmin əşya və sənədləri götürə bilər. Azərbaycan Respublikası CPM-nin 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Həmin Məcəllənin 246.2.1-246.2.3-cü maddələrində şəxsi axtarışın və götürmənin məhkəmənin qərarı olmadan aparılması əsasları müəyyən edilmişdir ki, bunlar da, şübhəli şəxsin tutulması, polis və ya digər hüquq mühafizə orqanına gətirilməsi, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi, axtarış və götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsasların olması kimi hallardır. Azərbaycan Respublikası CPM-nin 247.1-ci maddəsinə görə, axtarış və ya götürmə keçirildikdən sonra bu istintaq hərəkətlərinə dair axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd; hal şahidlərinin hər birinin şübhəli və təqsirləndirilən şəxslərlə qarşılıqlı münasibəti haqqında məlumat və sair halları əks etdirən protokol tərtib edilir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol Təqsirləndirilən şəxs saxlanıldığı zaman dərhal deyil, saxlanıldığı evdən kənarda, təxminən 2 saat 7 dəqiqə sonra, yəni saat 02:10-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında keçirilmişdir. Baxmayaraq ki, Təqsirləndirilən şəxs əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında saxlanılması iddia edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə baxışın keçirilməsi arasında 2 saat 7 dəqiqə vaxtın keçməsi həmin sübut növünün qəbul edilməsinin mümkünsüzlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan dərhal sonra onun yaşadığı evdə və ya onun şəxsi üzərində baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 147.6-cı maddəsinə görə tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs, tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində dəvət edilmiş vəkil tərəfindən imzalanır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və toplanmış sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci il tarixdə, saat 00:03 radələrində Azərbaycan Respublikası CPM-nin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş şübhəli şəxsin tutulması əsasları olmadan yaşadığı evdə saxlanılaraq 1 saat 23 dəqiqə axtarış və götürmə aparılmış və saxlanıldığı andan müdafiəçi ilə təmin olunmamış, CPMnin 153-cü maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmiş, hüquq, vəzifələri və məsuliyyəti dərhal izah edilməmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair əsaslandırılmış qərarın məhkəmə tərəfindən qəbul edilməsi barədə sənəd təqdim edilməmişdir. Daha sonra o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və yenə də 1 saatdan çox orada saxlanılaraq ona psixoloji təsirlər göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12.02.2015-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-nin tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş 19 yanvar 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və 19 yanvar 2021-ci il tarixli «evə baxış və götürmə aparılması haqqında» protokol mümkün olmayan sübut kimi qiymətləndirilərək CPM-nin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. CPM-nin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı”şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı”şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa Məhkəməsi “Radçikov Rusiya Federasiyasına qarşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünün yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarilə– məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə - məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (“Bratyakin Rusiya Federasiyasına qarşı”şikayətlə bağlı qərar). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə, onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan sui-istifadə imkanının təhlükəli olması hazırkı şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduqları halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə vasitəsinə müraciət etmişlər. Bu işlə bağlı Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. Beləliklə, bu işdə Avropa Məhkəməsi hesab etmişdir ki, şikayətçinin işi üzrə bəraət hökmünün ləğv edilməsi məhkəmə səhvinin və ya ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yol verilən səhvin aradan qaldırılması məqsədini daşımamış, sadəcə, təkrar məhkəmə araşdırması və işin yenidən baxılması məqsədi üçün istifadə edilmişdir. “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 10 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, şəxsin əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala rayon Polis şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 398 nömrəli bağ evinə ilkin baxış və götürülmə ilə bağlı istintaq hərəkətləri məhkəmə qərarı olmadan, həmçinin Təqsirləndirilən şəxs razlıq ərizəsi olmadan və qanunun tələblərinin kobud surətdə pozulması ilə aparılmış, müdafiə hüququ təmin olunmamış, onun üzərinə baxış və götürmə saxlanıldığı yerdə deyil, 2 saatdan artıq müddət sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında keçirilmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, polis əməkdaşları Azərbaycan Respublikası CPM-nin və “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməməklə Təqsirləndirilən şəxs üzərində və yaşadığı bağ evində axtarış aparmışlar. Tərtib edilmiş sənədlər isə öz hərəkətlərinin prosessual qaydalara uyğun olması barədə görüntü yaratmaq məqsədi daşımışdır. Çünki məsələlərə ittihamda göstərilən kimi yanaşılsa belə polis əməkdaşları Təqsirləndirilən şəxs yolda saxlayarkən, həmçinin ikinci dəfə onun yaşadığı evə gedərkən həyətə daxil olmamışdan öncə və daxil olarkən Azərbaycan Respublikası CPM-nin və “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməmiş, video çəkiliş aparmamış, hal şahidlərini dəvət etməmişlər. Təqsirləndirilən şəxs mənzilinə qanunsuz müdaxilə olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutma protokolu tərtib edilməmiş və saxlanıldığı an onun hüquq, vəzifələri və məsuliyyəti real olaraq izah və təmin edilməmişdir. Eyni zamanda, iş üzrə şahidlər Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə məhkəmə iclasında təkrar verdikləri ifadələri arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər mövcuddur, bütün bunlar isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217 A (İİİ) nömrəli qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 9-cu maddəsinə görə, heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiəsi üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüquq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir” (“Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı). Bu baxımdan məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Azərbaycan Respublikası CPM-in 350.1 və 350.2-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, müttəhimin cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti etməkdə ittiham olunursa və bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetmirsə, məhkəmə hökmün təsviri hissəsində müttəhimin müəyyən cinayətlərlə təqsirli hesab olunmasının, başqa cinayətlərə görə olan ittiham üzrə isə ona bəraət verilməsinin əsaslarını göstərir, hökmün nəticəsi hissəsində isə müttəhimin müəyyən maddələr üzrə təqsirli hesab edilməsi və başqa maddələr üzrə bəraət qazanması göstərilir. Azərbaycan Respublikası CPM-nin 42.1.2 və 42.1.4-cü maddələrinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə; əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırılması zamanı toplanmış sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittihamın sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübut olunmur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarının 18-ci bəndində qeyd olunur ki, odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin istifadəyə yararsız olan hissələrini əldə etmə, saxlama, daşıma, satma, başqasına vermə və ya gəzdirmə, əgər onların təmir etməyə niyyət yoxdursa, törədildikdə, CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaratmır. Məhkəmə iş üzrə 01 ədəd “ПР-1367” markalı, 9 mm kaliberli, «Макаров» (ПМ) konstrukisiyalı yarımavtomatik tapança, texniki vəziyyətdə nasaz və atəş üçün yarasız olduğundan və təqsirləndirilən şəxsin ondan suvenir kimi istifadə etməsini və onun təmir etdirilməsi niyyətinin olmamasını nəzərə alaraq hesab edir ki, bu epizod üzrə onun əməlində cinayət tərkibi mövcud deyildir. Təqsirləndirilən şəxs həmin silahdan istifadə etmə və onun təmir etdirilməsi niyyəti barədə heç bir sübut yoxdur. Bu hissədə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməlidir. Eyni zamanda “döyüş sursatı olan və zavod üsulu isə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 61 ədəd daraq, zavod üsulu ilə keçmiş SSR dövlətində istehsal olunmuş 9x18 mm kalibrli 272 ədəd patron”lar olan epizod üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunan ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün ittihamın həmin hissəsi ilə bağlı da ona bəraət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə zalından azad edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 06 iyun 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1964-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 19 yanvar 2021-ci il tarixli, 21/50R nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş 01 ədəd ПР – 1367 N-li silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1976-ci ildə istehsal olunmuş 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı, tapançadır, yivli odlu silahdır. Yuxarda göstərilən səbəbə görə silah texniki cəhtədən nasazdır və atəş üçün yararsızıdır. - Tədqiqata təqdim edilmiş 61 ədəd daraqlar zavod üsulu isə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-daraqlarıdır, texniki cəhdətdən sazdır və istifadə üçün yararlıdılar. - Tədqiqata təqdim edilmiş 272 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 kalibirli olamqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş susrastı hesab olunur və atəş üçün yararldırlar. Qeyd: Təqdim edilmiş 272 ədəd 9x18 mm kalibrli patronlardan 10 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş Məhkəmə-Balistik ekspertizanın 22 fevraı 2021-ci il tarxili 3/158 nömrəli rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 1976-ci ildə, İjevsk mexaniki zavodunda istehsal olunmuş, 9 mm kalibirli, «Макаров» («ПМ») konstruksiyalı, ПР 1367 №-li, yarımavtomatik tapançadır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir -yivli odlu döyüş silahı hesab edilir, üzərində vurucu iynə olmadığından ondan atəş açmaq mümükün deyil, hazırkı vəziyyətdə nasazdır və istifadəyə (atəş açamq üçün) yarasızdır. Silahın üzərində funksional əhəmiyyət daşıyan vurucu iynə üzərində olmadığından nasaz olduğu üçün döyüş vəziyyətinə gətirib tətiyini çəkməkdən ondan özözünə atəş açılıb-açılmamasını müəyyən etmək mümükün olmamışdır. - Tədiqata təqdim edilmiş 61 (altmış bir) ədəd sandıqça «Макаров» («ПМ») konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olamqla, 8 (səkkiz) ədəd 9x18 mm kalibirli patron tutmuna malik olan, zavod üsullu ilə istehsal edilmiş sandıqçalardır, təyinatı üzrə istifadəyə yararlıdılar, Üzərində istehsal illinə və yerinə dair hər hansı işarə olmadığı üçün onların istehsal ilini və istehsaı yerini müəyyən etmək mümkün olmamışdır. - Tədqiqata təqdim edilmiş 262 (iki yüz altmış iki) ədəd patron zavod üsulu isə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibirli olmaqla, həmin kalibirə malik «Макаров» («ПМ»), («ПА-63V), («ПК-64»), («РК59»), «П61», konstruksiyalı tapançalarda, Стечкин, («АПС») konstruksiyalı avtomatik tapançalarda və s yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır- döyüş sursatdıdlar, kalibrlərinə və təyinatlarına uyğun olaraq, tədqiqata təqdim edilmiş 9 mm kalibirli, «Макаров» («ПМ») konstruksiyalı, ПР 1367 N-li tapançada da istifadə oluna bilər, pistonlarında atəş prosesində odlu silahın vurucusundan yaranmış izlər yoxdur, onlardan 260 (iki yüz altmış) ədədi istifadəyə (atəşə) yaralıdır, 2 (iki) ədəd patron isə nəmşlik şəraitdə saxlanma nətəicəsində intensiv korroziya uğrayaraq pas qatı ilə örtüldüklərinə, gövdələri və pistonları çürdüyünə, bu səbəbdən də patronların hermetikliyi pozuldğuna görə, onların səthi təmizləndikdə də, təyinatı üzrə istifadəyə (atəşə) yarasızdırlar. Təqdim edilmiş cəmi 262 (iki yüz altmış iki) ədəd patronlar keçmiş SSRİ-də, 10 (on) ədədi “270-E” hərf və rəqəmlərlə işarələnmiş patronlar 1954-cü il tarixdə X1, digər 252 (iki yüz əlli iki) ədədi isə X3 9 (doqquz) əədi 1964-cü ildə, 13 (on üç) ədədi 1967-ci ildə, 5 (beş) ədədi 1973-ci ldə 73 (yetmiş üç ədədi 1968-ci ildə və 142 (yüz qırx iki) ədədi 1977 –ci ildə istehsal edilmişdir. -Tədqiqata təqdim edilmiş silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, 9 mm kalibilri «Макаров» («ПМ») konstruksiyalı, ПР 1367 N-li tapançadan atəş(lər) açılmışdır, lakin müfaviq elçi metodika olmadığına görə atəşin vaxtını müəyyən etmək mümükün olmamışdır. Məhkəmə araşdırması zamanı sənədlərin formal yazılmasını təsdiq edən və tarixlər arasında fərqlilik təşkil edən iki qərar da müəyyən edilmişdir. Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin İstintqa Şöbəsinin müstəntiqi polis baş leytenantı Əli Məmmədov tərəfindən tərtib edilmiş “Maddi sübut kimi tanınma haqqında” qərar 19 mart 2021-ci ildə tərtib edilsə də, ondan bir gün öncə yəni 18 mart 2021-ci il tarixdə həmin müstəntiq tərəfindən tərtib edilmiş 18 mart 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərarın nəticə hissəsinin 4-cü abzasında cinayət işi üzrə təyin edilmiş məhkəmə-ballistik ekspertizasının 22 fevral 2021-ci il tarixli ekspertiza tədqiqatından sonra qalıq qalmış, 61 ədəd sandıqça, 01 ədəd “Makarov” tapançası, 252 ədəd patron, 2 ədəd taxta lövhə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanındığını və saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin İTŞ-nə təhvil verildiyini nəzərə almışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi polis baş leytenantı Əli Məmmədovun 19 mart 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd “Makarov” tapançası, 61 ədəd sandıqça, 252 ədəd patron, 2 ədəd taxta lövhə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və maddi sübut saxlanılması üçün Sumqayıt ŞPİ-nin İTŞ-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra döyüş sursatı olan və zavod üsulu isə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 61 ədəd daraqların, həmçinin zavod üsulu ilə keçmiş SSR dövlətində istehsal olunmuş 9x18 mm kalibrli 272 ədəd patronların əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Həmçinin iş üzrə maddi sübut - döyüş sursatı olan və zavod üsulu isə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 61 ədəd daraqlar, həmçinin zavod üsulu ilə keçmiş SSR dövlətində istehsal olunmuş 9x18 mm kalibrli 272 ədəd patronların əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsi həll edilənədək onlar Sumqayıt Şəhər Polis İdarəsində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “PR-1367” markalı, 9 mm kalibrli, «Makarov» (PM) konstruksiyalı, yarımavtomatik, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş – yivli odlu döyüş silahı olan, texniki vəziyyətdə nasaz və atəş üçün yarasız tapança Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinin tələbinə görə müsadirə edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk və müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş 1 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə məhkəmə-ballistik ekspertizası keçirilməsi ilə əlaqədar 128 manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2, 42.1.4, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut - döyüş sursatı olan və zavod üsulu isə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 61 ədəd daraqlar, həmçinin zavod üsulu ilə keçmiş SSR dövlətində istehsal olunmuş 9x18 mm kalibrli 272 ədəd patronların əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsi həll edilənədək onlar Sumqayıt Şəhər Polis İdarəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra döyüş sursatı olan və zavod üsulu isə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 61 ədəd daraqların, həmçinin zavod üsulu ilə keçmiş SSR dövlətində istehsal olunmuş 9x18 mm kalibrli 272 ədəd patronların əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut - 01 ədəd “PR-1367” markalı, 9 mm kalibrli, «Makarov» (PM) konstruksiyalı, yarımavtomatik, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş – yivli odlu döyüş silahı olan, texniki vəziyyətdə nasaz və atəş üçün yarasız tapança Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk və müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş 1 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri-128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-303/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-303/2021
25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver