Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-303/2023 25.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər-“Şimal” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1998-ci ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində hazırki iş üzrə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və CM-nin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(060)-92/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli talamaq məqsədi ilə 2022-ci ilin avqust ayının əvvəllərində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi 28 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-nin həyətinə qanunsuz olaraq hasardan aşma yolu ilə daxil olub MMC-nin həyətindən 600 manat qiymətində 2.5x3 metr ölçüdə 01 ədəd anbar darvazasını, bir ədədinin qiyməti 150 manat ümumi qiyməti 600 manat olan 04 ədəd dəmir barmaqlıq, 1 ədədinin qiyməti 80 manat ümumi qiyməti 240 manat olan 4 ədəd 1x2 metr ölçüdə filtr qapılar, 1 ədədinin qiyməti 140 manat ümumi qiyməti 280 manat olan 02 ədəd 1.5x1.5 metr ölçüdə aliminium pəncərələr, 2280 manat qiymətində 120 metr uzunluğunda 100-lük təzə profili gizli talayaraq zərərçəkmiş “AZMET-61" MMC-yə ümumilikdə 4120 (dörd min yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə aralarında rolların bölgüsünü apararaq, birgə icraçı qismində əldə edəcəkləri vəsaiti bölüşdürmək şərtilə razılaşıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən 30 avqust 2022-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi 28 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-nin həyətinə qanunsuz olaraq hasardan aşma yolu ilə daxil olub MMC-nin həyətindən 1 ədədinin qiyməti 250 manat ümumilikdə 500 manat olan 02 ədəd aliminium qapılar, 2500 manat qiymətində alimunium metaldan avtomat qapı reduktoru, 1500 manat qiymətində işlək vəziyyətdə 01 tonluq tərəzi, 1 metrinin uzunluğu 300 manat ümumi qiyməti 2100 manat olan 7 metr 57 mm-lik dəmir boru, 1 ədədinin qiyməti 120 manat ümumi qiyməti 240 manat olan 1,5x1,5 ölçüdə aliminum pəncərələri gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs MMC- yə ümumilikdə 6840 (altı min səkkiz yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs2 2022-ci ilin avqust ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq talama məqsədi ilə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi 28 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-nin həyətinə daxil olduqdan sonra oradan oğurlanmış 600 manat qiymətində 2.5x3 metr ölçüdə 01 ədəd anbar darvazasını, bir ədədinin qiyməti 150 manat ümumi qiyməti 600 manat olan 04 ədəd dəmir barmaqlıq, 1 ədədinin qiyməti 80 manat ümumi qiyməti 240 manat olan 4 ədəd 1x2 metr ölçüdə filtr qapılar, 1 ədədinin qiyməti 140 manat ümumi qiyməti 280 manat olan 02 ədəd 1.5x1.5 metr ölçüdə alüminium pəncərələr, 2280 manat qiymətində 120 metr uzunluğunda 100-lük təzə profili hadisə yerindən metal qəbulunu həyata keçirən obyektə aparmaq üçün qabaqcadan vəd verdiyi VAZ 2109 markalı avtomobilini təşkil edərək Təqsirləndirilən şəxs1 özgə əmlakını talamağa köməklik etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə aralarında rolların bölgüsünü apararaq, birgə icraçı qismində əldə edəcəkləri vəsaiti bölüşdürmək şərtilə razılaşıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən 30 avqust 2022-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri. Kimyaçılar qəsəbəsi 28 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-nin həyətinə qanunsuz olaraq hasardan aşma yolu ilə daxil olub MMC-nin həyətindən 1 ədədinin qiyməti 250 manat ümumilikdə 500 manat olan 02 ədəd aliminium qapılar, 2500 manat qiymətində alimunium metaldan avtomat qapı reduktoru, 1500 manat qiymətində işlək vəziyyətdə 01 tonluq tərəzi. 1 metrinin uzunluğu 300 manat ümumi qiyməti 2100 manat olan 7 metr 57 mm-lik dəmir boru, 1 ədədinin qiyməti 120 manat ümumi qiyməti 240 manat olan 1,5x1,5 ölçüdə aliminum pəncərələri gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 6840 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, İİ Qarabağ müharibəsinin iştirakçısıdır və “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Avtomobil təkər ustası olduğu üçün müharibədən qayıtdıqdan sonra Sumqayıt şəhər ərazisində təkər təmiri sexi açmışdır. O, ara-sıra narkotik vasitələrin və psixotrop maddələri qəbulu ilə məşğul olmuşdur. O, Təqsirləndirilən şəxs2 ilə işlədiyi sexdə tanış olmuşdur. Belə ki, Seymur tez-tez VAZ 2109 markalı 50 DU-867 dövlət qeydiyyat nişanlı avtomobilin təkərlərini yoxlatdırmaq üçün onun yanına gətirmiş, onların belə münasibətləri dostluğa çevrilmişdir. Təkər təmiri sexində olan zaman Seymurla maddi vəziyyətlərinin aşağı olduğunu bir birilərinə demişlər. Bundan təxminən 10 gün sonra dostu Seymurla birlikdə Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən sahibsiz zavodun həyətindən atılmış metalları oğurlayıb satıb qazanc əldə etmək qərarina gəlmişlər. 2022-ci ilin avqust ayının birinci on günlüyündə, dəqiq xatırlamadığı tarixdə sexdə olan zaman Seymura onunla birlikdə gedərək metal yığaraq satmağı təklif etmişdir. Seymur onun təklifindən imtina etmiş və sexdə qalaraq yatacağını bildirmişdir. O, isə lazım olacağı halda maşın ilə onu götürə biləcəyini soruşmuşdur. Seymur ona maşının özündə olmadığını, maşını lazım olduğu üçün qohumu Xəyala verdiyini demiş və ehtiyac halında Xəyalın onun arxası ilə gələ biləcəyini qeyd etmişdir. O, sonra sexi Seymura tapşırıb getmişdir. Sonra axşam saatlarında Metalluruq küçəsi ərazisinə gəlmişdir və orada olan sahibsiz zavodun yanına çatdıqda daş hasardan düşərək zavoda daxil olmuşdur, orada olan 1 ədəd matorun üz örtüyünü daş hasardan çölə atmış, həmin yerdən təxminə 1 metrə yaxın olan 1 ədəd dəmir boru və xirda yerdə olan dəmir toplayaraq daş hasardan çölə atmışdır. Topladığı metalın ümumi çəkisi təxminən 70 kq dəmir olmuşdur. Bundan sonra Xəyalın gəlib onu götürməsi üçün Seymurla əlaqə saxlamışdır. Seymura olduğu yeri izah etmişdir. Bir neçə dəqiqədən sonra Xəyal olduğu yerə gəlmişdir. Sonra həmin metalları Xəyalın gəldiyi maşına yığmışdır. Xəyala hər hansı bir metal qəbulu sexinə getməyi demiş, bir az hərəkət etdikdən sonra metal qəbulu sexi qarşılarına çıxmışdır. Xəyal maşını saxlamış və o, yığdığı metalları maşından yerə düşürmüşdür. Metal qəbulu sexinə yaxnlaşmış və həmin metalların özünə məxsus olduğunu, yaşadığı bağdan gətirdiyini deyib 32 manata satmışdır. Bundan sonra maşına 10 manatlıq benzin vurmuş və sonra Xəyalla sağollaşıb ayrılmışdır. Xəyal metalların oğurluq olmasını bilməmişdir. Qalan 22 manatı isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Seymurla işlədiyi təkər təmiri sexində olan zaman Seymur bir müddət haqqında danışdığı zavoddan metal oğurlayaraq satıb gəlir əldə etməyi ona təklif etmişdir. Onun maddi vəziyyəti aşağı olduğu üçün o da Seymurla razılaşmışdır. Bundan sonra, Seymurun Vaz 2109 markalı **-DU-*** dövlət qeydiyyat nişanli avtomobili ilə həmin zavodun yanına gəlmişlər və daş hasardan düşərək orda heç kim olmadığından həyətdə olan 1 ədəd alminium qapı və yerdə olan 4-5 dəmir boru və xırda dəmir qırıntıları toplayıb daş hasarda çölə atmışlar. Sonra Seymur həmin yığdıqları dəmir boruları və qapını Vaz 2109 markalı 50- DU-867 dövlət qeydiyyat nişanli avtomobilə yükləmiş və sonra, kiminsə gələ biləcəyini fikirləşib oradan uzaqlaşmışlar. Sonra onun tanışı olan metal qəbulunda işləyən Raminə zəng vuraraq dəmir gətirdiyini, işlədiyi yerə gələrək satmasını bildirmişdir. Ramildə onunla razılaşmışaraq gəlib dəmirə baxmış və ondan dəmirlərin oğurluq olub olmamasını soruşmuş, o, dəmiri bağdan gətirdiyini bildirmişdir. O, aliminium qapını əzmiş və qapı taxminə 4 kq və dəmir 28 kq olmuşdur. Ramil ona 22 manat pul vermiş, həmin puldan 10 manatı o, özü götürmüş qalan 12 manat pulu Seymura vermişdir. Təqsirləndirilən şəxs1 hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin İİ Qrabağ müharibəsi iştirakçısı olduğunu və həmin müharibədə iştirak etdiyinə görə bir neçə medalla təltif olunduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, Şahları onun işlədiyi təkər təmiri sexindən tanıyır. Şahlarla tanışlığı sonradan dostluq münasibətinə çevrilmişdir. Təkər təmiri sexində olan zaman Şahlarla maddi vəziyyətinin aşağı olduğunu bir birilərinə demişlər. Bundan təxminən 10 gün sonra dostu Şahlarla birlikdə Sumqayıt şəhəri, Metallurq küçasində yerləşən sahibsiz zavodun həyətindən atılmış metalları oğurlamaq və satıb qazanc əldə etmək qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Şahlarla işlədiyi təkər təmiri sexində olan zaman Şahlarla bir müddət haqqında danışdıqları zavoddan metal oğurlayaraq satıb gəlir əldə etməyi təklif etmişdir. Onun və Şahların maddi vəziyyətinin aşağı olduğu üçün razılaşmışdır. Bundan sonra onun Vaz 2109 markalı 50- DU-867 dövlət qeydiyyat nişanli avtomobili ilə həmin zavodunun yanına gəlmişlər və daş hasardan düşərək orda heç kim olmadığından həyətdə olan 1 ədəd alminium qapı və yerdə olan 4-5 dəmir boru və xırda dəmir qırıntıları toplayıb daş hasardan çölə atmışlar. Sonra o, həmin yığdıqları dəmir boruları və qapını Vaz 2109 markalı **-DU-*** dövlət qeydiyyat nişanli avtomobilə yükləmiş və sonra kiminsə gələ biləcəyini fikirləşib oradan uzaqlaşmışlar. Sonra Şahlar tanışı olan metal qəbulunda işləyən Ramilə zəng vuraraq dəmir gətirdiyini bildirmişdir. Ramildə Şahlarla razılaşmışdır. Gəlib dəmirə baxmış və Şahlardan dəmirin oğurluq olub olmamasını soruşmuşdur. Şahlar dəmiri bağdan gətirdiyini bildirmişdir. Şahlar aliminium qapını əzmiş və qapı təxminən 4 kq və dəmir 28 kq olmuşdur. Ramil Şahlara 22 manat pul vermiş, həmin puldan 10 manatı Şahlar özü götürmüş, qalan 12 manat pulu ona vermişdir. Şahların həmin zavoddan birinci dəfə etdiyi oğurluqla bağlı isə onu deyə bilər ki, təkər təmiri sexində olan zaman Şahlarla maddi vəziyyətlərinin aşağı olduğunu bir birilərinə demişlər. Bundan təxminən 10 gün sonra Şahlarla birlikdə Sumqayıt şəhəri, Metallurq küçasində yerləşən sahibsiz zavodun həyətindən atılmış metalları oğurlamaq və satıb qazanc əldə etmək qərarina gəlmişlər. 2022-ci ilin avqust ayının birinci on günlüyündə, dəqiq xatırlamadığı tarixdə sexdə olan zaman Şahlar onunla birlikdə gedərək metal yığaraq satmağı təklif etmişdir. O, Şahların təklifindən imtina etmiş və sexdə qalaraq yatacağını bildirmişdir. Şahlar isə ondan lazım olacağı halda maşın ilə onu götürə biləcəyini soruşmuşdur. O, isə Şahlara maşının özündə olmadığını, maşını lazım olduğu üçün qohumu Xəyala verdiyini demiş və ehtiyac halında Xəyalın onun arxası ilə gələ biləcəyini qeyd etmişdir. Şahlar bundan sonra sexi ona tapşırıb getmişdir. Bundan sonra o, sexdə yorğun olduğu üçün yatmışdır.Təqsirləndirilən şəxs2 hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş və mülki iddiaçı hüquqi şəxsin nümayəndəsi və vəkili Qanuni nümayəndə ifadəsində göstərdi ki, o, iş üzrə zərərçəkmiş hüquqi şəxs olan Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsidir. Zərərçəkmiş şəxs MMC-nin həyətyanı sahəsindən oğurluq hallarının baş verməsi ilə bağlı MMC-nin direktoru Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti sisteminə məlumat vermişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə MMC-nin əməkdaşı Şahid3 102 xidmətinə zəng edərək MMC-nin həyətyanı sahəsindən avadanlıqların oğurlanması ilə bağlı məlumat vermiş, MMC-nin direktoru isə bununla bağlı Sumqayıt ŞPİ-nin 4-cü PB- nə ərizə və izahat yazmışdır. MMCnin həyətindən artıq 2 dəfə oğurluq hadisəsi baş vermiş, baş vermiş oğurluq hadisələri nəticəsində MMC-yə 11470 (on bir min dörd yüz yetmiş) manat dəyərində maddi ziyan dəymişdir. Oğrulanmış əmlakın bəzilərinin alınmasına dair elektron qaimələr olmuşdur. Zərərçəkmiş və mülki iddiaçı hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş və mülki iddiaçı hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə vurulmuş maddi zərərin tam olaraq ödəndiyini, tərəflər arasında barışıq əldə olunduğunu, sonunculara qarşı şikayətləri, tələbləri və iddiaları olmadığını bildirərək sonuncuların barəsində qərar qəbul olunarkən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şahid1 məhkəmə iclasına gəlməmiş, lakin teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən Zərərçəkmiş şəxs MMC-nin direktor vəzifəsində çalışır. Avqust ayininin müxtəlif vaxtlarında, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə olmaqla 2 dəfə MMC-dən oğurluq olmuşdur və bununla bağlı hər dəfə DİN-nin 102 xidmətinə məlumat verilmişdir. Birinci dəfə baş vermiş oğurluq hadisəsi zamanı dəmir metaldan olan 01 ədəd 2,5x3 metr ölçüdə 700 manat dəyərində ambar darvazası, bir ədədinin dəyəri 150 manat olan 04 ədəd reşotka, dəmir metaldan olan bir ədədinin dəyəri 80 manat olan 04 ədəd filtr qapılar, bir ədədinin dəyəri 150 manat olan 1x2 metr ölçüdə 02 ədəd aliminium qapılar, dəyəri 250 manat olan 1,5x1,5 metr ölçüdə 01 ədəd aliminium pəncərə, metri 19 manat olan 120 metr uzunluğunda 100-lük təzə profil oğurlanmış və MMC-yə ümumilikdə 4370 manat dəyərində maddi ziyan dəymişdir. İkinci dəfə avqust ayının 30-da bir ədədinin qiyməti 250 manat olan 02 ədəd aliminium qapılar, dəyəri 2500 manat olan 01 ədəd aliminium metaldan olan avtomat qapı reduktoru, 1500 manat dəyərində işlək vəziyyətdə 01 ədəd 01 tonluq tərəzi, metri 300 manat olan 7 metr uzunluğunda 57 mm-lik dəmir boru, 01 ədədinin dəyəri 250 manat olan 02 ədəd 1,5x1,5 ölçüdə aliminium pəncərələr oğurlanmış və MMC-ə 7100 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmədə iclasında Şahid2 ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, Zərərçəkmiş şəxs MMC-nin anbardarı vəzifəsində çalışır. Avqust ayininin müxtəlif vaxtlarında, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə olmaqla 2 dəfə MMC-dən oğurluq olmuşdur və bununla bağlı hər dəfə DİN-nin 102 xidmətinə məlumat verilmişdir. Birinci dəfə baş vermiş oğurluq hadisəsi zamanı dəmir metaldan olan 01 ədəd 2,5x3 metr ölçüdə 700 manat dəyərində ambar darvazası, bir ədədinin dəyəri 150 manat olan 04 ədəd reşotka, dəmir metaldan olan bir ədədinin dəyəri 80 manat olan 04 ədəd filtr qapılar, bir ədədinin dəyəri 150 manat olan 1x2 metr ölçüdə 02 ədəd aliminium qapılar, dəyəri 250 manat olan 1,5x1,5 metr ölçüdə 01 ədəd aliminium pəncərə, metri 19 manat olan 120 metr uzunluğunda 100-lük təzə profil oğurlanmış və MMC-yə ümumilikdə 4370 manat dəyərində maddi ziyan dəymişdir. İkinci dəfə avqust ayının 30-da bir ədədinin qiyməti 250 manat olan 02 ədəd aliminium qapılar, dəyəri 2500 manat olan 01 ədəd aliminium metaldan olan avtomat qapı reduktoru, 1500 manat dəyərində işlək vəziyyətdə 01 ədəd 01 tonluq tərəzi, metri 300 manat olan 7 metr uzunluğunda 57 mm-lik dəmir boru, 01 ədədinin dəyəri 250 manat olan 02 ədəd 1,5x1,5 ölçüdə aliminium pəncərələr oğurlanmış və MMCə 7100 manat dəyərində maddi ziyan dəymişdir Məhkəmədə şahidlər X2 və Şahid4 oğlu Şahid2 ifadəsinə uyğun ifadə verdilər. İbtidai istintaq zamanı keçirilmiş iş materiallarında olan məhkəmə-əmtəəşünaslıq eskpertizasının 1613 oktyabr 2022-ci il tarixli 9/6474 saylı rəyindən görünür ki, ekpsertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən malların 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: Sıra Ümumi Bir Ümumi №- miqdarı ədədini qiyməti Malların adı və markalanma göstəriciləri si n (manat) qiyməti İstifadədə olmuş dəmir metaldan olan 2.5x3 metr 01 ədəd 1 600 600 ölçüdə anbar darvazası İstifadədə olmuş reşotkalar 04 ədəd Aydın 2 0 deyil 3 İstifadədə olmuş dəmir metaldan olan filtr qapılar 04 ədəd Aydın 0 deyil 4 İstifadədə olmuş 1x2 metr ölçüdə alüminium 05 ədəd 140 280 qapılar 5 İstifadədə olmuş 1.5x1.5 metr ölçüdə alüminium 1 ədəd 120 120 pəncərə 120 metr uzunluğunda 100-1 ük təzə prolll 120 metr Aydın 6 0 deyil 7 İstifadədə olmuş alüminium qapılar 02 ədəd Aydın 0 deyil İstifadədə olmuş alüminium metaldan olan 1 ədəd Aydın 8 0 avtomat qapı reduktoru deyil 9 İstifadədə olmuş işlək vəziyyətdə 01 tonluq tərəzi 01 ədəd Avdın 0 deyil İstifadədə olmuş 7 metr uzunluğunda 57mm-lik 7 metr Aydın 10 0 dəmir boru deyil İstifadədə olmuş 1,5x1,5 ölçüdə alüminium 02 ədəd 240 11 120 pəncərələr CƏMİ 1240.» Ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 04 adda malların 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1240,0 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəvin tədqiqi hissəsində göstərilmişdir. Digər qərarın təsviri hissəsində göstərilən 07 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istismar müddəti, istehsal yeri, istehsal ili, ölçüləri, çəkisi, əmtəə görünüşü, texniki vəziyyəti və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü və Təqsirləndirilən şəxs2 32.5,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlilikləri təqsirləndirilən şəxslərin qismən etiraf edici ifadələri ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədən zaman məhkum olunmamışdır. İş materiallarında olan medalların surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını və zərərçəkmiş hüquqi şəxsə vurmuş olduğu maddi zərərin tam olaraq ödənməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, barışıq əldə etməsini, İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla, Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını və zərərçəkmiş hüquqi şəxsə vurmuş olduğu maddi zərəri tam olaraq ödəməsini, barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla MSYdən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(060)-92/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə həbs müddətinin başlanığıcı xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla MSYdən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən CM-nin 32.5, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun əməlindən peşiman olması, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi zərəri tam olaraq ödəməsi və İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunması nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun əməlindən peşman olması, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi zərəri tam olaraq ödəməsi və barışıq əldə etməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin 02 gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət hazırki hökmlə onlara təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökm üzrə təyin edilmiş cəzanın icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. İş üzrə mülki iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş zərərçəkmiş və mülki iddiaçı hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş və mülki iddiaçı hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə vurulmuş maddi zərəri tam olaraq ödənilmişdir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri 50 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilə Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkillər Müdafiəçi1 və Müdafiəçi2 Soltan oğlunu müvafiq olaraq onların vəkili təyin etmişdir. Müdafiəçilər məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər biri 20 saat olmaqla cəmi 40 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 240 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 02 (iki) gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddətə bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanın tərk etməmək, Bakı şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın icrası yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 02 (iki) gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddətə bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 49-cu məhəllə, ev 244 ünvanın tərk etməmək, Bakı şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanın icrası yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri 50 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 “Regional” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 göstərdikləri 20 saat, cəmi 40 saat hüquqi yardıma görə hər birinə 120 manat olmaqla, cəmi 240 manat məbləğində pul dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-303/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-303/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver