Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-303/2025 01.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1986-cı ildə Qubadlı rayonu, Tatar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Tatar ərazi dairəsi, Tatar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, xx.xx.2025-cü il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs ilə həyat yoldaşı Təqsirləndirilən şəxs arasında yaşadıqları ünvan 1 ünvanında ailə-məişət münasibətləri zəmnində baş verən mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs sol qolundan yumruq zərbəsilə vurmuş, həmçinin xx.xx.2025-ci il tarixdə saat 21 radələrində sonuncu yenidən aralarında ailə-məişət münasibətləri zəminində baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs baş, sol qol, sağ ayaq nahiyyələrinə yumruq zərbəsi ilə qəsdən vuraraq sol bazunun bayır səthinin yuxarı 1/3-nin bazu oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı, başın 2 ədəd şişkinliyi-hematoması, alnın, sağ baldırın qançırı xəsarətləri yetirməklə ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə iclasında təqsirləndirilən şəxs qismidə ifadə verən Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək bildirmişdir ki, qeyd olunan ünvanda ilə üzvləri ilə birgə yaşayır. 2016-cı il tarixdə Zərərçəkmiş şəxs ilə ilə ailə həyatı qurmuş, bu evlilikdən 1 oğul övladı dünyaya gəlmişdir. Evlilik dövründə dəfələrlə aralarında mübahisələr yaranmış, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 05 radələrində işdən evə gəlib yatmış, təxminən saat 10 radələrində yuxudan qalxmışdır. Yuxudan oyandıqdan sonra oğlu 2018-ci il təvəllüdlü Raul Fətəliyevin playstation aparatında oyun oynamasını görmüş, uşağın oyun oynamasına görə özündən asılı olmadan əsəbləşərək ona acıqlanmışdır. Bu zaman həyat yoldaşı Zərərçəkmiş şəxs müdaxilə edərək uşağa acıqlanmağına görə ona iradını bildirmişdir. Bundan sonra o, daha da əsəbləşərək Ayselin sol qolundan tutub sirkələmiş, həmin vaxt Aysel ona nalayiq ifadə işlətmişdir. O, Ayselin dediyini anlayıb özünə gəlməsi üçün qolundan yumruq zərbəsi ilə vurmuşdur. Bundan sonra onu buraxmış, sakitçilik olmuşdur. Təxminən saat 19 radələrində həyatı yoldaşı Zərərçəkmiş şəxs uşağı da götürüb anasıgilə getmişdir. Təxminən 1 saatdan sonra geri qayıtmışdır. Gəldikdən sonra saat 21 radələrində evin səliqəsiz olması ilə bağlı iradlar deyib deyinməyə başlamış, o, da ondan sakit olmasını istəmişdir. Bundan sonra mübahisə yaranmışdır. Həmin vaxt o, Ayselin saçından tutaraq yolmuş və başından yumruq zərbəsi ilə bir neçə dəfə vurmuşdur. Daha sonra Aysel səsini kəsmədiyi üçün, yerə yıxıb sol qolundan və ayaq nahiyyəsindən dəfələrlə sakitləşməsi üçün yumruq zərbələri ilə vurmuşdur. Qeyd edir ki, aralarındakı mübahisə 15-20 dəqiqə davam etmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanı ödədiyini, özünü təqsirli bildiyini qeyd edərək, iş üzrə üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə 2016-cı il tarixdə ailə həyatı qurmuş, bu evlilikdən bir oğlan övladı dünyaya gəlmişdir. Evli olduqları müddət ərzində dəfələrlə Təqsirləndirilən şəxs evdə səbəbsiz mübahisələr yaradaraq söz-söhbət salmışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat təxminən 10 radələrində Təqsirləndirilən şəxs yuxudan oyandıqdan sonra evdə oğlu 2018-ci il təvəllüdlü Raul Fətəliyevin playstation aparatında oyun oynadığını görüb bununla bağlı irad bildirmişdir. O, da bunun haqsız irad olduğunu görüb Elvinə iradını bildirmişdir. Bundan sonra Elvin daha da qəzəblənib onunla mübahisə yaratmış, üzərinə gələrək ilk öncə sol qolundan sərt şəkildə tutmuş və yumruq zərbəsi ilə sol qolundan vurmuşdur. Daha sonra sakitçilik olmuş, təxminən sat 19 radələrində oğlu ilə birlikdə bacısıgilə getmişdir. Təxminən 1 saatdan sonra geri qayıtmışdır. Geri qayıtdıqdan sonra saat 21 radələrində yenidən evdə Elvinlə aralarında mübahisə yaranmışdır. Bu zaman Elvin onun saçından tutaraq yolmuş, sonra başına bir neçə dəfə yumruq zərbəsilə vurmuş, daha sonra onu yerə yıxaraq sağ ayaq nahiyyəsindən dəfələrlə yumruq zərbələri ilə vuraraq ona xəsarət yetirmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, AR SN-nin MTE və PAB X3 xx.xx.2025-ci il tarixli, 275 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol bazunun bayır səthinin yuxarı 1/3-nin bazu oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı, başın 2 ədəd şişkinliyihematoması, alnın, sağ baldırıb qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqla vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddir.(i.v. 12-13). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.14-15) Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 24) AR “Sumqayıt Şəhər Tibb Mərkəzi Sumqayıt 1 nömrəli Şəhər Xəstəxanası poliklinika şöbəsi”nin arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli Şəhər Xəstəxanası poliklinika şöbəsinin psixiatrik kabinetində dispanser və ya ambulator müşahidəsində deyil. (i.v. 21) AR Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 1010 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatı yoxdur.(i.v. 20) Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı mənzil-kommunal sahəsinin xx.xx.2025-ci il tarixli, 283 №-li “Ailə tərkibi haqqında” arayışından görünür ki, ünvan 1 ünvanında yaşayan vətəndaş Təqsirləndirilən şəxs ailə üzvləri aşağıdakılardan ibarətdir: 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs həyat yoldaşı, 2018-ci il təvəllüdlü Raul Fətəliyev isə oğludur. (i.v. 23) DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir. (i.v. 35) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, onun əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarına görə CM 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 07 (yedi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 42 (qırx iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 42 (qırx iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-303/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-303/2025
01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver