Məhkəmə qərarları › İş №1(060)-304/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-304/2022

05.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-304/2022 05.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs , istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,176 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 15 noyabr 2021-ci il tarixdə saat 19:12-də Sumqayıt şəhəri, 5-ci mikrorayon, 30 saylı binanın yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Want” markalı siqaret qutusunun içərisində olan 01 ədəd bükümdə təmiz çəkisi 0,176 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və daxilində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd sınıq ampula aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 il yaxındır ki, arabir narkotik vasitə istifadəçilərinin “kakos” adlandırdığı heroin və “nəşə” adlandırdığı marixuana istifadə edir. 15 noyabr 2021-ci il tarixdə saat 19:10 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon, 30 saylı binanın yaxınlığında olarkən 2 nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşıb onu saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxladıqlarını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PByə dəvət etmiş, o etiraz etmədən polis əməkdaşları ilə birlikdə PB-yə getmişdir. 3-cü PB-də xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşov özünü təqdim etmiş, sonra onu saxlayan 2 nəfər polis əməkdaşı və o özlərini təqdim etmişlər. Daha sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanıldığı ona bildirilmişdir. Ona hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmiş, üzərində narkotik vasitə və qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif edildikdə üzərində olan qara rəngli gödəkçənin sol yan cibindən “Viceroy” markalı siqaret və alışqan, həmin gödəkçənin sol iç cibindən 1 manat pul, gödəkçənin sağ yan cibindən “Want” markalı siqaret qutusunu çıxararaq təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə baxış keçirildikdə içərisindən bir ədəd ağız hissəsi sınmış dərman ampulası, bir ədəd ağız hissəsi kəsilmiş limon duzu və 1 ədəd siqaretin qara rəngli kağızına bükülmüş büküm aşkar olunmuşdur. Həmin büküm açıldıqda içərisində narkotik vasitə-heroinə bənzər maddə aşkar olunmuşdur. Ona ünvanlanan suallara cavab olaraq həmin maddənin “kakos” adlanan narkotik olduğunu, dünən günorta saat 14 radələrində Bakı şəhəri, 20 yanvar dairəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, narkotik vasitənin üzərindən istifadə etdiyini, aşkar olunmuş ampulanın içərisində olan qalıntıların həmin istifadə etdiyi heroinin qalıntılarının oluğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,69 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş içərisində siqaret dənələri olan “Viceroy” markalı siqaret qutusu və alışqan ona geri qaytarılmışdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs oğlunun qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, saxlaması və üzərində gəzdirməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə 15 noyabr 2021-ci il tarixdə saat 19:12-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon, 30 saylı binanın yaxınlığında saxlanılmış və Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs 3-cü PB-yə gətirildikdən sonra xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşov özünü təqdim etmiş, sonra o, Təqsirləndirilən şəxs saxlayan digər əməliyyat müvəkkili Şahid1 və Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanıldığı izah edilmiş, ona tutulması ilə bağlı tərtib olunmuş protokol tanış olması üçün təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri və təqdim edilmiş vəkillərin siyahısından seçdiyi müdafiəçi X1 təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçiyə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl üzərində narkotik vasitə və qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edildikdə üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən “Want” markalı siqaret qutusunu çıxararaq təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə baxış keçirildikdə içərisindən bir ədəd ağız hissəsi sınmış dərman ampulası, bir ədəd ağız hissəsi kəsilmiş limon duzu və 1 ədəd siqaretin qara rəngli kağızına bükülmüş büküm aşkar olunmuşdur. Həmin büküm açıldıqda içərisində narkotik vasitə-heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin maddənin “kakos” adlanan narkotik olduğunu, bir gün əvvəl günorta saat 14 radələrində Bakı şəhəri, 20 yanvar dairəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, narkotik vasitənin üzərindən istifadə etdiyini, aşkar olunmuş ampulanın içərisində olan qalıntıların həmin istifadə etdiyi heroinin qalıntılarının olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,69 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş 1 ədəd büküm və ampula qablaşdırılmış, üzəri saxlanılan şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Günay Cəfərova tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Müdafiəçi Günay Cəfərovanın suallarına cavab olaraq saxlanılan şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmadığını, tutulması barədə ailə üzvlərinə məlumat verildiyini bildirmişdir. Videoçəkiliş təhqiqatçı Səbuhi Dadaşovun yekun məruzəsi ilə yekunlaşmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o da öz növbəsində protokola imza etmişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclas zalında elan edilmiş Sumqayıt ŞPİ-nin 3-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsindən görünür ki, o da Şahid2 ilə oxşar məzmunlu ifadələr vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 16.11.2021-ci il tarixli, 6/5061 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərində... sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,176 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Bir ədəd sınıq ampulanın daxilində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 15.12.2021-ci il tarixli, 6/5439 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərində... sözləri olan zərfdəki bir ədəd paketdə təmiz çəkisi 11,750 qram ağ rəngli kristalşəkilli maddə narkotik vasitə, psixotrop maddə, zəhərli və güclü təsir edən maddələrə aid olmayan kimon turşusudur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 14.01.2022-ci il tarixli 193 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqisi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan şəxsi axtarış keçirilməsi barədə 15.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində qara göy rəngli qış gödəkçənin sağ yan cibindən vant adlanan siqaret qutusunu çıxarıb təqdim etmiş, həmin qutunun içərisinə baxılan zaman onun içərisindən bir ədəd 5 ml qramlıq, ağız hissəsi sınmış vəziyyətdə olan ampula, 15 qramlıq, ağız hissəsi açılmış vəziyyətdə olan limon duzu və 1 ədəd büküm aşkar olunmuşdur və verilən suallara cavab olaraq 1 ədəd bükümün içərisində kakos olduğunu bildirmişdir. Həmin bükümün içərisində baxılan zaman qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddə, ampulanın içərisində isə maddənin qalıqları aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan 1 bükümdə olan heroini 14.11.2021-ci il tarixdə, günorta saatlarında olan zaman Bakı şəhəri, 20 Yanvar dairəsində olan zaman tanımadığı şxəsdəb 10 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Eyni zamanda Təqsirləndirilən şəxsü zərinə şxəsi axtarış keçirilən zaman üzərindən viceroy adlanan 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan və 1 manat pul aşkar olunmuş və əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, lakin 15 qramlıq, ağız hissəsu açılmış vəziyyətdə olan limon duzu əhəmiyyət kəsb etdiyindən götürülmüş və tərtib olunmuş protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddə elektron tərəzidə çəkilmiş, 1 ədəd bükümdə olan heroinə bənzər maddənin kağız ilə birlikdə çəkisi 0,69 qram olmuşdur. Cinayət işi materaillarından görünür ki, Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin cinayətaxtarışı üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs cinayət başında yaxalanılması üçün 15 noyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində təxirəsalınmaz əməliyyat-axtarş tədbirləri həyata keçirilməsi barədə qərar qəbul etmiş və həmin qərarın qəbul edilməsi Sumqayıt şəhər məhkəməsinin 5(060)-817/2021 saylı 19 noyabr 2021-ci il tarixli qərarı ilə qanunauyğun hesab edilmişdir. Cinayət işinin materiallarından görünür ki, ********* nömrəli cinayət işi Sumqayıt ŞPİnin İŞ-nin müstəntiqi, polis kapitanı Qənimət Muradlı tərəfindən tərəfindən 16 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. İş materiallarında olan 15 noyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2021-ci il tarixində saat 19:12-də Sumqayıt şəhəri, 5-ci mikrorayon, 30 saylı evin (binanın) qarşısında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur və eyni tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,126 qram narkotik vasitə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 7 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 04.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən təqsirəndirilən şəxsin əvvəllər məhkum olunmaması və ilk dəfə az ağır cinayət törətməsini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15-17 noyabr 2021-ci il tarxilərində 02 (iki) gün Sumqayıt ŞPİ-nin MSY-də saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs MSY-də qaldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,126 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81,82 və 88,70 manat, ümumilkdə 170,52 (yüz yetmiş manat əlli iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt 1 Saylı Vəkil Bürosunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 08.02.2022-ci il tarixli (iş № 1(060)-304/2022) qərarını icra edərək, 12.02.2022-ci il tarixli 152 saylı orderə əsasən vəkil Müdafiəçi oğlunu onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11( on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Ərazi Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,126 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 170,52 (yüz yetmiş manat əlli iki qəpik) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 Saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar