Məhkəmə qərarları › İş №1(060)-304/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-304/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-304/2023 27.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon(şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1953-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi X2 X11 Zərərçəkmiş şəxs Terapiya şöbəsində həkim-revmotoloq işləyən, məhkum olunmamış, Sumqayıt şəhəri, məhəllə 3, ev 21/6, mənzil 1* ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3*8.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, *1 sentyabr 1992-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zərərçəkmiş şəxs (*1 aprel 2*21-ci il tarixdən isə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi X2 X11 Zərərçəkmiş şəxs) Terapiya şöbəsinin həkim-revmatoloqu vəzifəsində, *1.*7.2*21-ci ci il tarixdən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi X2 X11 Zərərçəkmiş şəxs baş həkiminin 23.*6.2*21-ci il tarixli 217-K nömrəli əmrinə əsasən, xəstəxananın Terapiya şöbəsinin şöbə müdiri Şahid2 *1.*7.2*21-ci il tarixdən 13.*8.2*21-ci il tarixədək növbəti əmək məzuniyyətinə çıxması ilə bağlı həmin vəzifənin ona həvalə edilməsi ilə əlaqədar şöbə müdiri vəzifəsini icra edərkən, həmin Nazirlik üzrə 19 sentyabr 2*12-ci il tarixli 7* nömrəli əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən, tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərmək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək, diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etmək, orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etmək, öz işini planlaşdırmaq və öz fəaliyyətinin göstəricilərini təhlil etmək, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək, sanitar-maarifləndirmə işini aparmaq, etik davranış qaydalarına riayət etmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak etmək və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlamaq, müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etmək, mütəmadi olaraq öz ixtisasını artırmaq, müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək, daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, sanitariya-epidemioloji rejimə riayət etmək, tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görmək və digər səlahiyyətlərə malik başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etməklə əlaqədar inzibati-təsərrüfat və təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxs yanında saxta nüfuz qazanmaq, eləcə də şəxsin əlilliyə görə düzgün olmayan əsaslarla pul müavinəti almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 2*19- cu ilin yanvar ayında xəstəxananın inzibati binasının əsaslı təmir olunması ilə bağlı Sumqayıt şəhər Səhiyyə İdarəsinin *8 yanvar 2*19-cu il tarixli 3 nömrəli əmrinə əsasən xəstəxananın bütövlükdə keçmiş Sumqayıt dəri-zöhrəvi dispanserinin inzibati binasına, 15 mart 2*21-ci il tarixdə isə Sumqayıt şəhər Göz Xəstəxanasının inzibati binasına köçürülməsinə və faktiki olaraq xəstəxanada stasionar müalicə almaq üçün şərait və xəstələrin yatması üçün çarpayı sayının yetərli olmamasına baxmayaraq, xəstəxananın baş həkimi Şahid1 özünə xəstələrlə bağlı müxtəlif poliklinikaların göndərişlərini qəbul etmək və stasionar müalicəyə yerləşdirmə ilə bağlı vermiş olduğu göstərişə uyğun, verilmiş əlillik dərəcəsinin müddəti bitdiyindən yenidən əlillik dərəcəsi almaq üçün Sumqayıt şəhər 3 saylı poliklinikası tərəfindən 1*.*6.2*21-ci il tarixli göndəriş əsasında xəstəxananın Terapiya şöbəsində stasionar müalicə alması üçün özünə müraciət etmiş xx xxxxxxx 1975-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Şahid5 stasionar qaydada xəstəxanaya yerləşdirərək müayinə və müalicə etməklə yekun nəticəyə gəlməli olduğu halda bunu qəsdən etməyərək, stasionar qaydada müalicə almadığı halda 29.*6.2*21-ci il tarixdə onun adına rəsmi sənəd hesab edilən 3*.12.2*16-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 1** nömrəli əmrlə təsdiq olunmuş *1*5659 saylı xəstəlik tarixini açıb, Şahid5 guya stasionar müalicə almasına dair xəstəlik tarixi verilməsi məqsədilə sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə Sumqayıt şəhəri 52-ci məhəllədə yerləşən Sumqayıt şəhər Göz Xəstəxanasının inzibati binasındakı xidməti otağında Şahid5 barəsində obyektiv, laborator və instrumental müayinələrə əsaslanmadan sonuncunu guya 29.*6.2*21-ci il tarixdən *9.*7.2*21-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* dekabr 2*15-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması Meyarlarına dair Əsasnamə”yə əsasən “xroniki ürək çatmamazlığı İİ dərəcə” diaqnozu əlillik təyininə əsas verdiyindən rəsmi sənəd hesab edilən *1*5659 saylı xəstənin stasionar tibbi kartasından çıxarışa (xəstəlik tarixi) ağırlaşma diaqnozu kimi “xroniki ürək çatmamazlığı İİ dərəcə " kimi bilə-bilə yalan diaqnozları vahid şəxsi niyyətlə *9.*7.2*21-ci il tarixdə qeyd edərək həkim və şöbə müdiri qrafalarında imzalamaqla öz imzası ilə təsdiq edib vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta xəstəlik tarixini Şahid5 təqdim etməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi X2 X11 Zərərçəkmiş şəxs səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən və Terapiya şöbəsinin şöbə müdiri vəzifəsini icra edərkən qeyd edilən səlahiyyətlərə malik inzibati-təsərrüfat və təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxs yanında saxta nüfuz qazanmaq, eləcə də şəxsin əlilliyə görə düzgün olmayan əsaslarla pul müavinəti almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 2*19-cu ilin yanvar ayında xəstəxananın inzibati binasının əsaslı təmir olunması ilə bağlı Sumqayıt şəhər Səhiyyə İdarəsinin *8 yanvar 2*19-cu il tarixli 3 nömrəli əmrinə əsasən xəstəxananın bütövlükdə keçmiş Sumqayıt dəri-zöhrəvi dispanserin inzibati binasına, 15 mart 2*21-ci il tarixdə isə Sumqayıt şəhər Göz Xəstəxanasının inzibati binasına köçürülməsinə və faktiki olaraq xəstəxanada stasionar müalicə almaq üçün şərait və xəstələrin yatması üçün çarpayı sayının yetərli olmamasına baxmayaraq, xəstəxananın baş həkimi Şahid1 özünə xəstələrlə bağlı müxtəlif poliklinikaların göndərişlərini qəbul etmək və stasionar müalicəyə yerləşdirmə ilə bağlı vermiş olduğu göstərişə uyğun, verilmiş əlillik dərəcəsinin müddəti bitdiyindən yenidən əlillik dərəcəsi almaq üçün Sumqayıt şəhər 2 saylı poliklinikası tərəfindən *9.*6.2*21-ci il tarixli göndəriş əsasında xəstəxananın Terapiya şöbəsində stasionar müalicə alması üçün özünə müraciət etmiş xx xxxxxx 1969-cu il təvəllüdlü, Sumqayıt şəhər sakini Şahid6 stasionar qaydada xəstəxanaya yerləşdirərək müayinə və müalicə etməklə yekun nəticəyə gəlməli olduğu halda bunu qəsdən etməyərək, stasionar qaydada müalicə almadığı halda *2.*7.2*21-ci il tarixdə onun adına rəsmi sənəd hesab edilən 3*.12.2*16-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 1** nömrəli əmrlə təsdiq olunmuş *1*5735 saylı xəstəlik tarixini açıb, Şahid6 guya stasionar müalicə almasına dair xəstəlik tarixi verilməsi məqsədilə sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə Sumqayıt şəhəri 52-ci məhəllədə yerləşən Sumqayıt şəhər Göz Xəstəxanasının inzibati binasındakı xidməti otağında Şahid6 barəsində obyektiv, laborator və instrumental müayinələrə əsaslanmadan sonuncunu guya *2.*7.2*21-ci il tarixdən 12.*7.2*21-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* dekabr 2*15-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması Meyarlarına dair Əsasnamə”yə əsasən “xroniki ürək çatmamazlığı İİ dərəcə” diaqnozu əlillik təyininə əsas verdiyindən rəsmi sənəd hesab edilən *1*5735 saylı xəstənin stasionar tibbi kartasından çıxarışa (xəstəlik tarixi) ağırlaşma diaqnozu kimi “xroniki ürək çatmamazlığı İİ dərəcə " kimi bilə-bilə yalan diaqnozları vahid şəxsi niyyətlə 12.*7.2*21-ci il tarixdə qeyd edərək həkim və şöbə müdiri qrafalarında imzalamaqla özünün imzaları ilə təsdiq edib vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta xəstəlik tarixini Şahid6 təqdim etməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi X2 X11 Zərərçəkmiş şəxs səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən və Terapiya şöbəsinin şöbə müdiri vəzifəsini icra edərkən qeyd edilən səlahiyyətlərə malik inzibati-təsərrüfat və təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxs yanında saxta nüfuz qazanmaq, eləcə də şəxsin əlilliyə görə düzgün olmayan əsaslarla pul müavinəti almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 2*19-cu ilin yanvar ayında xəstəxananın inzibati binasının əsaslı təmir olunması ilə bağlı Sumqayıt şəhər Səhiyyə İdarəsinin *8 yanvar 2*19-cu il tarixli 3 nömrəli əmrinə əsasən xəstəxananın bütövlükdə keçmiş Sumqayıt dəri-zöhrəvi dispanserin inzibati binasına, 15 mart 2*21-ci il tarixdə isə Sumqayıt şəhər Göz Xəstəxanasının inzibati binasına köçürülməsinə və faktiki olaraq xəstəxanada stasionar müalicə almaq üçün şərait və xəstələrin yatması üçün çarpayı sayının yetərli olmamasına baxmayaraq, xəstəxananın baş həkimi Şahid1 özünə xəstələrlə bağlı müxtəlif poliklinikaların göndərişlərini qəbul etmək və stasionar müalicəyə yerləşdirmə ilə bağlı vermiş olduğu göstərişə uyğun, verilmiş əlillik dərəcəsinin müddəti bitdiyindən yenidən əlillik dərəcəsi almaq üçün Sumqayıt şəhər 3 saylı poliklinikası tərəfindən *2.*7.2*21-ci il tarixli göndəriş əsasında xəstəxananın Terapiya şöbəsində stasionar müalicə alması üçün özünə müraciət etmiş 25 avqust 1972-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Şahid7 stasionar qaydada xəstəxanaya yerləşdirərək müayinə və müalicə etməklə yekun nəticəyə gəlməli olduğu halda bunu qəsdən etməyərək, stasionar qaydada müalicə almadığı halda *6.*7.2*21-ci il tarixdə onun adına rəsmi sənəd hesab edilən 3*.12.2*16-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 1** nömrəli əmrlə təsdiq olunmuş *1*5776 saylı xəstəlik tarixi açıb, Şahid7 guya stasionar müalicə almasına dair xəstəlik tarixi verilməsi məqsədilə sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən Sumqayıt şəhər Göz Xəstəxanasının inzibati binasındakı xidməti otağında Şahid7 barəsində obyektiv, laborator və instrumental müayinələrə əsaslanmadan sonuncunu guya *6.*7.2*21-ci il tarixdən 15.*7.2*21-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* dekabr 2*15-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması Meyarlarına dair Əsasnamə”yə əsasən “xroniki ürək çatmamazlığı İİ dərəcə” diaqnozu əlillik təyininə əsas verdiyindən rəsmi sənəd hesab edilən *1*5776 saylı xəstənin stasionar tibbi kartasından çıxarışa (xəstəlik tarixi) ağırlaşma diaqnozu kimi “xroniki ürək çatmamazlığı İİ dərəcə" kimi bilə-bilə yalan diaqnozları vahid şəxsi niyyətlə 15.*7.2*21-ci il tarixdə qeyd edərək həkim və şöbə müdiri qrafalarında imzalamaqla özünün imzaları ilə təsdiq edib vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta xəstəlik tarixini Şahid7 təqdim etməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi X2 X11 Zərərçəkmiş şəxs səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3*8.1 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 1992-ci ildən Sumqayıt şəhəri, 2 saylı xəstəxanada terapiya şöbəsində həkim revmatoloq vəzifəsində işləyib. Həkim revmatoloq kimi vəzifəsi şöbədə müalicəsi ona həvalə olunmuş xəstələrə müalicə təyin edərək, onların müalicəsinə nəzarət etməkdən ibarət olmuşdur. Terapiya şöbəsində xəstələrə stasionar müalicə tətbiq olunur. 14.*7.2*17-ci il tarixdən 2*21-ci ilin oktyabr ayının 8-dək Şahid1 Sumqayıt şəhəri, 2 saylı xəstəxananın baş həkimi vəzifəsində işləmişdir. 2*19-cu ilin mart ayında xəstəxananın inzibati binasının əsaslı təmir olunması ilə bağlı Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən xəstəxana əvvəlcə Sumqayıt dəri-zöhrəvi xəstəxanasının inzibati binasında, 2*21-ci ilin iyun ayından 25 iyul 2*22-ci il tarixədək Sumqayıt Göz Xəstəxanasının inzibati binasında, 2*22-ci ilin iyul ayından isə Covid xəstələri üçün tikilmiş Modul tipli xəstəxanada yerləşmişdir. Bundan əvvəlki illərdə xəstəxananın inzibati binasında xəstələrin stasionar müalicə almaları üçün tam şərait olmuşdur. Lakin müvəqqəti olaraq təmir ilə bağlı xəstəxananın yerləşdiyi binada şərait tam əlverişli olmamış və xəstəxana tam gücü ilə fəaliyyət göstərə bilməmişdir. Buna baxmayaraq o və xəstəxananın digər həkimləri müalicə etdikləri xəstələrə müvafiq qaydada nəzərdə tutulmuş tibbi yardımı göstərmişlər. Terapiya şöbəsinin müdiri Şahid2 məzuniyyətdə olduğu dövrlərdə o, baş həkim Şahid1 əmrinə əsasən şöbə müdiri vəzifəsini icra etmişdir. Əlilliyin verilməsi ilə bağlı xəstəxanaya müraciət edən şəxslər ilk növbədə xəstəliyin ixtisası üzrə sahə həkimi tərəfindən qəbul edilir və onun sənədlərinə baxılır. Əgər müraciət edən şəxsin tibbi sənədləri yoxdursa, ona göndəriş verilərək müayinələrdən keçirilir, zərurət olduqda digər klinik xəstəxanalara göndərilir, ambulator və stasionar müalicələr aparılır, əgər xəstəliyi ilə bağlı sənədləri varsa və əlavə müalicəyə ehtiyacı yoxdursa, sənədlər toplanaraq komissiyaya təqdim edilir. Sonra komissiya sənədlərlə birlikdə şəxsi qəbul edir və həqiqətən də onda qeyd olunan xəstəliyin əlamətləri varsa, xəstəliyin əlilliyə səbəb olub-olmaması Nazirlər Kabinetinin 415 nömrəli qərarı ilə qiymətləndirilir. Əgər şəxsin xəstəliyi əlilliyin verilməsi üçün əsasdırsa, barəsində elektron qaydada forma 88 yazılaraq təsdiq olunmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. İşlədiyi xəstəxana təmir və yenidənqurma ilə bağlı başqa inzibati binaya köçürüləndən sonra xəstələri stasionar müalicə etmək üçün şərait pisləşmişdir. Sumqayıt Göz Xəstəxanasının inzibati binasında isə ümumiyyətlə şərait olmamışdır. Yəni xəstəxananın reanimasiya şöbəsi həmin binada yerləşmir, tamamilə başqa binada yerləşir. Buna baxmayaraq, Sumqayıt şəhərində fəaliyyət göstərən poliklinikalardan verilmiş göndərişlər əsasında xəstələr xəstəxanaya müraciət etmişlər. Xəstəxananın qeydiyyat şöbəsində həmin xəstələrin göndərişləri qəbul olunaraq müalicə almaları üçün müvafiq şöbələrə göndərilmişdir. O və şöbənin digər həkimləri xəstələri müayinə edərək, müalicə təyin etmişlər. Xəstəxananın təmirsiz və stasionar müalicə almaları üçün şəraitin olmaması səbəbindən xəstələr gecələr xəstəxanada qalmayaraq yaşadıqları evə getmiş, səhəri gün müalicələrini davam etdirmək üçün yenidən xəstəxanaya gəlmişlər. Ümumiyyətlə xəstələrin vəziyyətinə uyğun olaraq 5- 1* gün müddətində stasionar müalicə edərək, sonrakı dövrdə isə sağlamlıq vəziyyətlərindən asılı olaraq ya ev şəraitində müalicə olunmaları, ya da ki, başqa qərar qəbul etmişlər. X1* Sığorta üzrə Dövlət Agentliyinin tələbinə əsasən xəstələr 1* gündən artıq stasionar müalicə almırlar. Xəstəxanada müalicə almış xəstələrə müvafiq epikriz sənədi verilmişdir. Həmin epikrizlər müalicə həkimi tərəfindən tərtib olunmuş, şöbə müdiri və baş həkimin müavini tərəfindən isə təsdiq olunduqdan sonra vətəndaşlara verilmişdir. 2*21-ci ilin iyun-iyul aylarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən xəstəxanada yoxlama aparılarkən iş saatı bitdiyi üçün o, işdə olmamışdır. Buna görə də, yoxlama zamanı nələrin baş verməsi barədə heç nə deyə bilmir. Lakin xəstəxananın şəraiti olmadığı üçün xəstələr gecələr xəstəxanada qala bilməmişdirlər. Buna baxmayaraq, onlar xəstələri gündüz şəraitində müalicə etmiş və onların müalicəsinə də, nəzarət etmişlər. Xəstəxananın rəhbərliyi bu cür şəraitsiz vəziyyətdə fəaliyyət göstərmələri barədə dəfələrlə Sumqayıt şəhər Səhiyyə İdarəsinə və digər müvafiq qurumlara məlumat verdiklərini bildirmişlər. Xəstəxanada yer olmadığından və şərait olmadığı üçün xəstəxananın qəbul şöbəsi xəstələri qəbul etmədiyi üçün xəstələr Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə xanıma müraciət etmiş, Səkinə xanım həmin xəstələri qəbul edərək yenidən xəstəxanaya göndərmişdir. O, şöbə müdiri vəzifəsini icra etdiyi dövrdə rəhbəri olduğu şöbədə çarpayının sayının az olması ilə əlaqədar xəstəxananın qəbul şöbəsinə və baş həkimə iradlarını bildirsə də, heç bir nəticəsi olmamış, baş həkim Ramiz həkim heç bir narazılıq etməmiş, xəstələri qəbul etməyi bildirmiş, vətəndaşlar şikayət etdikləri üçün qəbul şöbəsində vətəndaşlar qəbul edilərək şöbəyə göndərilmişdir. Terapiya şöbəsində əslində 4* çarpayının olması nəzərdə tutulduğu halda faktiki olaraq 16 çarpayı olmuşdur. Xəstəxananın yerləşdiyi bina istifadəyə tam yararlı olmadığı üçün qeyd etdiyi 16 çarpayı üzrə də, stasionar müalicə alan az olmuşdur. Əsasən xəstələr gün ərzində xəstəxanada olaraq müalicə almış və saat 16:**-da evlərinə getmişdirlər. Şahid2 1 iyul 2*21-ci il tarixdən növbəti əmək məzuniyyətində olmuşdur. O, baş həkimin göstərişinə əsasən Şahid2 vəzifəsini icra etmişdir. O, həkim revmatoloq kimi öz vəzifəsini icra edərək, paralel olaraq şöbə müdiri kimi həkimlərin tərtib etdikləri xəstəlik tarixlərinə də imza etmişdir. Şöbə müdiri vəzifəsini icra etdiyi dövrdə həmçinin 2*21-ci ilin avqust ayında baş həkimin müavini Nümayəndə də məzuniyyətə çıxmışdır. Baş həkim ona Nümayəndə vəzifəsini də icra etməyi həvalə etmişdir. Belə ki, terapiya şöbəsində müalicə almış xəstələrə xəstəlik tarixindən çıxarış sənədlərinin verilməsi üçün bu sənədlər müalicə həkimi tərəfindən tərtib olunmuş, şöbə müdiri tərəfindən yoxlanılaraq imzalanmışdır. O, şöbə müdiri və baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində işlədiyi dövrdə müalicə həkimlərinin tərtib etdikləri xəstəlik tarixlərinə imza etmişdir. O, bu sənədlərə imza edəndən sonra xəstəxananın üçkünc möhürünü baş həkim vurmuşdur. Şahid1 vətəndaşların narazılığının qarşısını almaq üçün şöbə müdirlərinə və həkimlərə xəstələrin narazı olmamaları üçün onların göndərişlərini qəbul edərək müalicəyə qəbul etməyi və xəstəlik tarixləri verməyi demişdir. Xəstələri başqa xəstəxanaya göndərmək istədikdə onlar imtina etmişdirlər. O, Ramiz həkimə xəstələrin müalicəsini ancaq gündüz stasionarına keçirilməsini demiş, lakin səhvi o olmuşdur ki, bunu yazılı formada etməmişdir. Həmçinin həmin sözləri Səkinə xanıma da demiş, lakin heç bir nəticəsi olmamışdır. Şahid7, Şahid5 və Şahid6 adına tərtib olunmuş xəstəlik tarixlərinin blanklarındakı əlyazmalar ona məxsusdur. Eyni zamanda qeyd olunan sənədlərdə «Həkim» və şöbə müdiri qrafasındakı imzalar da, ona məxsusdur. Adları göstərilən xəstələr müalicə etdiyi xəstələr olduqları üçün onların adına olan xəstəlik tarixlərindən çıxarışları da özü tərtib etmişdir. Bütün qeyd olunan xəstələr göndəriş əsasında gəlmişlər və onların adlarına tərtib olunmuş xəstəlik tarixlərində yazılmış diaqnozlar üzrə müalicə almışlar. Adları qeyd olunan xəstələr göstərilən diaqnozlar üzrə xəstəliklərdən əziyyət çəkən adamlardır. Buna görə də onlara müalicə təyin edərək müvafiq epikriz sənədlərini vermişdir. Şahid7 29.*6.2*21-ci il tarixdən 15.*7.2*21-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair *1*5776 saylı xəstəlik tarixi, Şahid6 *2.*7.2*21-ci il tarixdən 12.*7.2*21-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair *1*5735 saylı xəstəlik tarixi, Şahid5 29.*6.2*21-ci il tarixdən *9.*7.2*21-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair *1*5659 saylı xəstəlik tarixi tərtib etmişdir. Şahid7 *6.*7.2*21-ci il tarixdə xəstəxanaya stasionar müalicə olmaq üçün 3 saylı şəhər poliklinkasının göndərişi əsasında göndərilmişdir. Onu ilkin müayinə edib tibbi sənədlərinə baxış keçirmiş və stasionar müalicə təyin edilmişdir. O, 15.*7.2*21-ci il tarixədək Sumqayıt şəhər 2 saylı xəstəxanada "Revmatizm qeyri aktiv. Revmatik kardioskleroz. Mitral və Triskupidal qapaq çatmamazlığı. Xroniki ürək çatmamazlığı İİ dərəcə. Diz oynağının artrozu. Anemiya" diaqnozu ilə stasionar şəraitdə müayinə və müalicə almış və həmin diaqnozlar tərəfindən qoyulmuşdur. Xəstə diz oynağının dağılmasından və ürək xəstəliyindən əziyyət çəkmişdir. Xəstəni gözlə, yəni obyektiv müayinə edərək belə qənaətə gəlmişdir ki, xəstədə “mitral, qan dövranın və ürək çatmamazlığı İİ dərəcə" diaqnozu vardır. Həmçinin xəstənin şikayətlərini dinlədikdə o, hərəkət zamanı tez yorulduğunu, tənginəfəs olduğunu və s. problemləri olduğunu bildirmişdir. O, həmin diaqnozu gözlə müayinə əsasında, yəni obyektiv müayinə, xəstənin şikayətlərinə, anamnezinə əsasən qoymuşdur. Həmin xəstənin stasionar müalicə alan zaman exo kardioqrafiya müayinəsini etməmişdir. Lakin xəstənin bir neçə ay əvvələ, yəni 27.*2.2*21-ci tarixli exokardioqrafiyası olmuşdur. Həmin tibbi sənəddə də ürəyin artım fraksiyası 56 faiz olmuş və normanı göstərmişdir. Qeyd olunan diaqnozları obyektiv (gözlə) baxış və xəstənin şikayətlərinə əsasən qoymuşdur. Bundan sonra Şahid7 stasionar xəstənin tibbi kartasından *1*5776 saylı xəstəlik tarixi (epikriz) verilmişdir. Həmin xəstəlik tarixində olan diaqnozları özü yazmış və diaqnozları qeyd etmişdir. Xəstə həmin çıxarışı götürərək çıxıb getmişdir. Bildiyinə görə həmin şəxsə əlillik verilməmişdir. Şahid7 stasionar müalicə aldığı dövrdə laborator müayinələrdən, instrumental müayinələrdən yalnız elektrokardioqramma müayinəsindən keçmiş, exokardioqrafiya müayinələrdən keçməmişdir. Rentgen müayinəsi olmamışdır. Şahid6 *2.*7.2*21-ci il tarixdə xəstəxanaya stasionar müalicə olmaq üçün 2 saylı şəhər poliklinkasının göndərişi əsasında göndərilmişdir. Onu ilkin müayinə edib tibbi sənədlərinə baxış keçirmiş və stasionar müalicə təyin edilmişdir. O, 12.*7.2*21-ci il tarixədək Sumqayıt şəhər 2 saylı xəstəxanada "Revmatizm, qeyri-aktiv; Revmatik kardiosklerozu; Mitral qapaq çatmamazlığı İ dərəcə; T.Ç İ dərəcə, Xroniki ürək çatmamazlığı İİ dərəcə" diaqnozu ilə stasionar şəraitdə müayinə və müalicə almış və həmin diaqnozlar tərəfindən qoyulmuşdur. Xəstə diz oynağının dağılmasından və ürək xəstəliyindən əziyyət çəkmişdir. Xəstəni gözlə, yəni obyektiv müayinə edərək belə qənaətə gəlmişdir ki, xəstədə “mitral, qan dövranın və ürək çatmamazlığı İİ dərəcə" diaqnozu vardır. Həmçinin xəstənin şikayətlərini dinlədikdə o, hərəkət zamanı tez yorulduğunu, tənginəfəs olduğunu və s. problemləri olduğunu bildirmişdir. O, həmin diaqnozu gözlə müayinə əsasında, yəni obyektiv müayinə, xəstənin şikayətlərinə, anamnezinə əsasən qoymuşdur. Həmin xəstənin stasionar müalicə alan zaman exo kardioqrafiya müayinəsini etməmişdir. Lakin xəstənin bir neçə əy əvvələ yəni 18.*2.2*21-ci tarixli exokardioqrafiyası olmuşdur. Həmin tibbi sənəddə ürəyin artım fraksiyası 58 faiz olmuşdur və normanı göstərmişdir. O, həmin vaxtı exokardioqrafiya etməmiş və qeyd olunan diaqnozları obyektiv (gözlə) baxış və xəstənin şikayətlərinə əsasən qoymuşdur. Bundan sonra Şahid6 stasionar xəstənin tibbi kartasından *1*5735 saylı xəstəlik tarixi (epikriz) verilmişdir. Həmin xəstəlik tarixində olan diaqnozları özü yazmışdır. Xəstə həmin çıxarışı götürərək çıxıb getmişdir. Bildiyinə görə həmin şəxsə əlillik verilməmişdir. Şahid5 tanıyır və onun xəstəsi olmuşdur. O, 29.*6.2*21-ci il tarixdə xəstəxanaya stasionar müalicə olmaq üçün 3 saylı şəhər poliklinikasının göndərişi əsasında göndərilmişdir. Onu ilkin müayinə edib tibbi sənədlərinə baxış keçirmiş və stasionar müalicə təyin edilmişdir. O, *9.*7.2*21- ci il tarixədək Sumqayıt şəhər 2 saylı xəstəxanada "Revmatizm, qeyri-aktiv faza; Revmatik kardioskleroz; Mitral və trikuspidal çatmamazlıq; Xroniki ürək çatmamazlığı İİ dərəcə" diaqnozu ilə stasionar şəraitdə müayinə və müalicə almış və həmin diaqnozlar tərəfindən qoyulmuşdur. Revmatizm və ürək xəstəliyindən əziyyət çəkmişdir. Xəstəni gözlə yəni obyektiv müayinə edərək belə qənaətə gəlmişdir ki, xəstədə “ürək çatmamazlığı İİ dərəcə" diaqnozu vardır. Həmçinin xəstənin şikayətlərini dinlədikdə o, hərəkət zamanı tez yorulduğunu, tənginəfəs olduğunu və s. problemləri olduğunu bildirmişdir. O, həmin diaqnozu gözlə müayinə əsasında yəni obyektiv müayinə, xəstənin şikayətlərinə, anamnezinə əsasən qoymuşdur. Həmin xəstənin stasionar müalicə alan zaman exo kardioqrafiya müayinəsini etməmişdir. Lakin xəstənin 29.*6.2*21-ci tarixli exokardioqrafiyası olmuşdur. Həmin tibbi sənəddə ürəyin artım fraksiyası 56 faiz olmuş və normanı göstərmişdir. Qeyd olunan diaqnozları obyektiv (gözlə) baxış və xəstənin şikayətlərinə əsasən qoymuşdur. Bundan sonra Şahid5 stasionar xəstənin tibbi kartasından *1*5659 saylı xəstəlik tarixi (epikriz) verilmişdir. Həmin xəstəlik tarixində olan diaqnozları özü yazmışdır. Xəstə həmin çıxarışı götürərək çıxıb getmişdir. Bildiyinə görə həmin şəxsə əlillik verilməmişdir. Şahid5 stasionar müalicə aldığı dövrdə labarator və instrumental müayinələrdən keçmişdir. O, terapiya şöbəsinin həkimi işlədiyi və müdiri vəzifəsini icra etdiyi dövrdə hər-hansı vətəndaşdan xəstəlik tarixindən çıxarış sənədinin yazılması üçün pul istəməmiş və heç kim bu məqsədlə ona pul verməmişdir. Heç kim ona hansısa həkim və ya tibb işçisinin pul tələb etməsi barədə müraciət etməmişdir. O, bu halların şahidi olmamışdır. Xəstələr başqa xəstəxanaya getməkdən qəti imtina etmiş və buna xəstəxananın baş həkimi Ramiz həkim də icazə vermişdir. Həmin şəxslər özünün xəstələri olmuş və başqa həkimə müraciət etmək istəməmişdirlər. Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı üzrə özünü təqsirli bildiyini, qalan hissədə özünü təqsirli bilmədiyini qeyd edərək barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o, 2*19-cu ilin yanvar ayından Sumqayıt şəhəri, 2 saylı xəstəxanada baş həkimin müavini vəzifəsini icra edir. Qeyd olunan xəstəxanada hazırda 362 nəfər əməkdaş işləyir. 14.*7.2*17-ci il tarixdən xəstəxanın baş həkimi Şahid1 olmuşdur. Şahid1 *8 oktyabr 2*21-ci il tarixdə ərizəsini yazaraq işdən azad olunmuşdur. Hazırda Sumqayıt şəhər səhiyyə idarəsinin müvafiq əmrinə əsasən xəstəxanada baş həkimin müavini vəzifəsini icra edir. Xəstəxanada terapiya, endekrenologiya, cərrahiyə, şüa-diaqnostika şöbəsi, labaratoriya şöbəsi, funksional diaqnostika şöbəsi, reanimasiya şöbəsi, fizioterapiya şöbəsi fəaliyyət göstərir. 2*19-cu ilin yanvar ayında xəstəxananın inzibati binasının əsaslı təmir olunması ilə bağlı Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən xəstəxana əvvəlcə Sumqayıt dərizöhrəvi xəstəxanasının inzibati binasında, 2*21-ci ilin iyun ayından isə Sumqayıt Göz Xəstəxanasının inzibati binasında yerləşmişdir. Buna görə də, xəstəxananın cərrahiyyə şöbəsi və reanimasiya şöbəsi müvafiq avadanlıqları ilə birlikdə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasında yerləşmişdir və orada faliyyət göstərir. Xəstəxananın şüadiaqnostika şöbəsi Sumqayıt onkoloji xəstəxanada yerləşərək, orada fəaliyyət göstərir. Xəstəxananın kadrlar şöbəsi 2 saylı poliklinikada yerləşir. 2*2*-ci ilin iyun ayının 27-dən 2*21-ci ilin sentyabr ayının 27-nə kimi olan dövr ərzində Sumqayıt şəhərində yerləşən modul tipli xəstəxanada baş həkim vəzifəsini icra etmişdir. O, 2*21-ci ilin iyul ayının əvvəllərində 2 saylı xəstəxanada işə çıxmışdır. Xəstəxananın tam olaraq işləməsi üçün imkan olmamışdır. Xəstəxananın şöbələri müxtəlif binalarda yerləşdiyi, terapiya və endokrinologiya şöbəsində müalicə alan xəstələrin müalicə almaları üçün palataların olmaması, mövcud palatalar isə təmirsiz olduğu üçün xəstəxananın işini tam olaraq təşkil etmək olmur. Buna baxmayaraq vətəndaşlar xəsətxanaya müraciət edərək müalicə almaq istədiklərini qeyd edirlər. Vətəndaşlar xəstəxanaya poliklinikaların və digər tibb müəssisələrinin göndərişləri əsasında müraciət edirlər. O, xəstələri qəbul etmədiyi halda vətəndaşlar rayon icra hakimiyyətinə və digər inzibati orqanlara şikayət edirdilər. Şöbə müdirlərinə xəstələrin narazı olmamaları üçün onların göndərişlərini qəbul edərək müalicə yazmalarını demişdir. Buna görə də, 2*21- ci ilin iyun ayında xəstəxanada yoxlama aparılarkən xəstəxananın terapiya şöbəsində 67 xəstə və endokrinologiya şöbəsində isə 63 xəstənin müalicə almasının qeydiyyata alındığı müəyyən olunmuşdur. Xəstəxananın şəraiti olmadığı üçün həmin xəstələr evlərində gecələmişdirlər. Müalicə həkimləri xəstələrin müalicəsini həyata keçirib, xəstəxanada mövcud olan dərmanlar üzrə xəstələri pulsuz təmin etmişlər. Xəstəxanada mövcud olmayan dərmanlarla bağlı isə müalicə həkimləri müvafiq reseptlər yazmışlar. Xəstəxanaya müraciət edən xəstələrin əksəriyyəti əvvəllər bu xəstəxanada müalicə olunmuş şəxslərdir. Onlar tanıdıqları və etibar etdikləri həkimlər tərəfindən müalicə olunmaq məqsədi ilə xəstəxanaya müraciət etmişlər. Xəstələr faktiki olaraq xəstəxananın təmirsiz olması və gecələr xəstəxanada qalmaları üçün şərait olmadığı üçün öz evlərinə getmişdirlər. Buna baxmayaraq xəstələr gündüz vaxtlarında müalicə olunmuşlar. O, baş həkimin müavini kimi xəstəxanada olduğu müddət ərzində xəstələrə verilən epikrizlərə imza edərək özündə olan xəstəxananın üçkünc möhürünü həkk etmişdir. Bu epikrizlər müalicə həkimləri tərəfindən tərtib olunmuş, şöbə müdirləri tərəfindən yoxlanıldıqdan sonra təqdim olunmuşdur. Xəstəlik tarixlərindən çıxarışları müalicə həkimi tərtib edir, şöbə müdiri imza edir, o, isə baş həkimin müavini olaraq möhürü vuraraq sənədi təsdiq etmişdir. Baş həkimin müavini işlədiyi dövrdə hər-hansı vətəndaş hansısa həkim və ya tibb işçisinin pul tələb etməsi barədə ona müraciət etməmişdir. O, bu halların şahidi olmamışdır. Həmçinin o özü də, heç bir xəstədən pul və ya sair nemət almamışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, 1999-cu ildən Sumqayıt şəhəri, 2 saylı xəstəxanada terapiya şöbəsinin müdiri vəzifəsində işləmişdir. 14.*7.2*17-ci il tarixdən Şahid1 Sumqayıt şəhəri, 2 saylı xəstəxananın baş həkimi vəzifəsində işləmişdir. Şöbə müdiri kimi vəzifəsi terapiya şöbəsində müalicə alan xəstələrə nəzarət etməkdən və sair işlərdən ibarətdir. 2*19-cu ilin yanvar ayında xəstəxananın inzibati binasının əsaslı təmir olunması ilə bağlı Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən xəstəxana əvvəlcə Sumqayıt dəri-zöhrəvi xəstəxanasının inzibati binasında, 2*21-ci ilin iyun ayından isə Sumqayıt Göz Xəstəxanasının inzibati binasında yerləşmişdir. Buna görə də, xəstəxana tam gücü ilə fəaliyyət göstərə bilməmişdir. O, koronavirus xəstələrinin müalicəsi üçün həkim çatışmamazlığı ilə əlaqədar 11 sentyabr 2*21-ci il tarixdən Sumqayıt şəhər səhiyyə şöbəsinin əmrinə əsasən Sumqayıt şəhəri 1 saylı xəstəxananın infeksion şöbəsinə aid olan modul tipli xəstəxanada müalicə həkimi kimi fəaliyyət göstərmişdir. Bununla bağlı 2 saylı xəstəxanada terapiya şöbəsinin müdiri vəzifəsini Təqsirləndirilən şəxs icra etmişdir. Terapiya şöbəsində əslində 4* çarpayının olması nəzərdə tutulduğu halda faktiki olaraq 16 çarpayı var idi. Xəstəxananın yerləşdiyi bina istifadəyə tam yararlı olmadığı üçün qeyd etdiyi 16 çarpayı üzrə də, stasionar müalicə alan az olur. Əsasən xəstələr gün ərzində xəstəxanada olaraq müalicə almış və axşamlar isə öz evlərinə getmişlər. O, 1 iyul 2*21-ci il tarixdən 2*21-ci ilin avqust ayının 23- nə kimi növbəti əmək məzuniyyətində olmuşdur. 2*21-ci ilin iyul ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 2 saylı Xəstəxanada yoxlama aparılarkən məzuniyyətdə olmuş və həmin dövrdə vəzifəsinin icra olunması Təqsirləndirilən şəxs həvalə olunmuşdur. Terapiya şöbəsinin müdiri vəzifəsində işlədiyi dövrdə xəstəxanada müalicə almış xəstələrə xəstəlik tarixindən çıxarış sənədlərinin verilməsi üçün bu sənədlər müalicə həkimi tərəfindən tərtib olunmuşdur. Məzuniyyətdə olduğu dövrdə şöbə müdiri vəzifəsini Təqsirləndirilən şəxs icra etdiyi üçün xəstəlik tarixlərindən çıxarış sənədlərinə də, o imza etmişdir. Məhkəmədə Şahid1* ifadəsində göstərdi ki, 2***-ci ildən hazıradək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Sumqayıt Tibb Mərkəzində hüquqşünas vəzifəsində işləyir. İş fəaliyyəti Mərkəzdə hüquqi məsələlərin həll edilməsi, məhkəmələrdə iştirak etmək və s-dən ibarətdir. *6.*7.2*21-ci il tarixdə saat 16 radələrində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Analitika və Statistika şöbəsinin əməkdaşları Şahid8 və Şahid9 Sumqayıt şəhərində yerləşən Xəstəxanalara baxış keçirmək üçün Sumqayıt şəhərinə gəlmişdirlər. Bu səbəbdən işlədiyi Mərkəzin direktoru Səkinə Sadıqova ona və Mərkəzin Statistika şöbəsinin rəisi Şahid11 həmin əməkdaşlarla birlikdə xəstəxanalara getməyi və baxış keçirməyi tapşırmışdır. İlk olaraq Sumqayıt Təcili Yardım Bölməsinə, daha sonra isə ardıcıllıqla bir neçə digər Xəstəxanalara baxış keçirilmişdir. Həmin xəstəxanalarda hər hansı ciddi nöqsan aşkar edilməmişdir. Daha sonra 2 saylı Sumqayıt Şəhər Xəstəxanasına baxış keçirilmişdir. Agentliyin əməkdaşları sözügedən Xəstəxanada qeydiyyat üzrə 13* xəstənin stasionar müalicədə olduğunu, lakin faktiki olaraq 1 xəstənin Xəstəxanada olduğunu müəyyən etmişdir. Belə ki, xəstəxananın Endokrinologiya şöbəsində qeydiyyatda olan 63 xəstədən yalnız X3 müalicə aldığı, Terapiya şöbəsində isə 67 xəstədən heç birinin müalicə almadığı aşkar edilmişdir. Bundan sonra xəstəxananın baş həkimi Şahid1 Xəstəxanaya dəvət edilmiş və göstərilənlərlə bağlı Baş həkimin, növbətçi həkim Aygün Salahovanın, Sumqayıt Tibb Mərkəzinin Statistika bölməsinin müdiri Şahid11, habelə Agentliyin əməkdaşlarının iştirakı ilə birlikdə Akt tərtib olunmuş və adları çəkilən şəxslər həmin Aktı imzaları ilə təsdiq etmişdir. Sözügedən Xəstəxananın şəraiti həqiqətən pis olmuşdur. Baxış zamanı xəstələrin həyətdə olması və bunun Agentliyin əməkdaşları tərəfindən nəzərə alınmaması düzgün məlumat deyildir. Həmin vaxt xəstələrin həyətdə olmaları ilə bağlı ümumiyyətlə söhbət olmamış, həmçinin Akt tərtib olunduqdan sonra həmin Aktın imzalanması üçün baş həkim Şahid1 hər hansı təzyiq göstərilməmişdir. 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında həqiqətən də faktiki 37 çarpayı olmuş, əmrlə isə 191 çarpayının olması nəzərdə tutulmuşdur. İclasların əksəriyyətində Səkinə Sadıqova 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının rəhbərliyinə çox xəstə qəbul etməməyi, yalnız faktiki çarpayı sayına uyğun xəstələrin qəbul edilməsini tapşırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Sumqayıt Tibb Mərkəzinin Statistika Bölməsinin müdiri vəzifəsində işləyən Şahid11 ifadəsində Şahid1* ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 14.*7.2*17-ci il tarixdən Sumqayıt şəhəri, 2 saylı xəstəxananın baş həkimi vəzifəsində işləmiş, vəzifəsi həmin xəstəxananın fəaliyyətini təşkil edərək, xəstəxanaya rəhbərlik etməkdən və sair işlərdən ibarət olmuşdur. Qeyd olunan xəstəxanada 362 nəfər əməkdaş işləmiş, xəstəxanada baş həkimin 2 müavini Nümayəndə və X7 işləmişdir. Xəstəxanada terapiya, endekrenologiya, cərrahiyə, şüa- diaqnostika şöbəsi, labaratoriya şöbəsi, funksional diaqnostika şöbəsi, reanimasiya şöbəsi, fizioterapiya şöbəsi fəaliyyət göstərir. 2*19-cu ilin yanvar ayında xəstəxananın inzibati binasının əsaslı təmir olunması ilə bağlı Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən xəstəxana əvvəlcə Sumqayıt dəri-zöhrəvi xəstəxanasının inzibati binasında, 2*21-ci ilin iyun ayından isə Sumqayıt Göz Xəstəxanasının inzibati binasında yerləşmişdir. Buna görə də, xəstəxananın cərrahiyyə şöbəsi və reanimasiya şöbəsi müvafiq avadanlıqları ilə birlikdə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasında yerləşmişdir və orada faliyyət göstərmişdir. Xəstəxananın şüa-diaqnostika şöbəsi Sumqayıt onkoloji xəstəxanada yerləşərək, orada fəaliyyət göstərmişdir. Xəstəxananın kadrlar şöbəsi 2 saylı poliklinikada yerləşmişdir. Xəstəxana faktiki olaraq Sumqayıt Göz Xəstəxanasının inzibati binasında yerləşdiyi üçün tam olaraq fəaliyyət göstərə bilməmişdir. Belə ki, həmin vaxt 4* çarpayı mövcud olmuşdur. Lakin əslində xəstəxanada 191 çarpayı olmalıdır. Xəstəxananın şöbələri müxtəlif binalarda yerləşdiyi, terapiya və endokrinologiya şöbəsində müalicə alan xəstələrin müalicə almaları üçün palataların olmaması, mövcud palataların isə təmirsiz olması səbəbindən xəstəxananın işini tam olaraq təşkil edə bilməmişdir. Buna baxmayaraq vətəndaşlar xəsətxanaya müraciət edərək müalicə almaq istədiklərini qeyd etmişlər. Vətəndaşlar xəstəxanaya poliklinikaların göndərişləri əsasında müraciət etmişlər. O, xəstələri qəbul etmədiyi halda vətəndaşlar rayon icra hakimiyyətinə və digər inzibati orqanlara şikayət etmişlər. O, şöbə müdirlərinə xəstələrin narazı olmamaları üçün onların göndərişlərini qəbul edərək müalicə yazmalarını demişdir. Buna görə də, 2*21-ci ilin iyun ayında xəstəxanada yoxlama aparılarkən xəstəxananın terapiya şöbəsində 67 xəstə və endokrinologiya şöbəsində isə 63 xəstənin müalicə almasının qeydiyyata alındığı müəyyən olunmuşdur. Xəstəxananın şəraiti olmadığı üçün həmin xəstələr evlərində gecələmişdirlər. Müalicə həkimləri xəstələrin müalicəsini həyata keçirib, xəstəxanada olan dərmanlar üzrə xəstələri pulsuz təmin etmişlər. Xəstəxanada mövcud olmayan dərmanlarla bağlı isə müalicə həkimləri müvafiq reseptlər yazmışlar. Həmçinin yoxlama saat 16 radələrində gəldikləri üçün həmin vaxt artıq xəstələr müalicə prosedurlarını qəbul etmişdilər. Buna görə də, yoxlama aparan şəxslər xəstələrlə qarşılaşmamışlar. Xəstəxana artıq 2*19-cu ilin yanvar ayından bu cür fəaliyyət göstərir. O, dəfələrlə bu nöqsanlar barədə şəhər səhiyyə idarəsinə şifahi məlumat versə də, heç bir tədbir görülməmişdir. Məcburiyyət qarşısında qalaraq xəstələrin qəbul olunmasına razılıq vermişdir. Xəstəlik tarixlərindən çıxarışları müalicə həkimi tərtib edir, şöbə müdiri imza edir, o isə baş həkim olaraq möhür vuraraq sənədi təsdiq edir. Baş həkim işlədiyi dövrdə hər-hansı vətəndaş hansısa həkim və ya tibb işçisinin pul tələb etməsi barədə ona müraciət etməmişdir. O, bu halların şahidi olmamışdır. Həmçinin özü də, heç bir xəstədən pul və ya sair nemət almamışdır. Məhkəmədə Şahid4 Bəysafa oğlu ifadəsində göstərdi ki, 1995-ci ildən halhazıradək Sumqayıt şəhəri, 2 saylı xəstəxanada qəbul şöbəsinin müdiri işləmiş, 2*22-ci ilin aprel ayından şöbənin adı dəyişdirilərək təxirəsalınmaz təcili tibbi yardım şöbəsi olmuşdur. Onun qəbul şöbəsinin müdiri kimi vəzifəsi xəstəxanaya xəstələrin qəbulunu təşkil etmək olmuşdur. 14.*7.2*17-ci il tarixdən 2*21 -ci ilin oktyabr ayının 8-dək Şahid1 Sumqayıt şəhəri, 2 saylı xəstəxananın baş həkimi vəzifəsində işləmişdir. 2*19-cu ilin mart ayında xəstəxananın inzibati binasının əsaslı təmir olunması ilə bağlı Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən xəstəxana əvvəlcə Sumqayıt dəri-zöhrəvi xəstəxanasının inzibati binasında, 2*21 -ci ilin mart ayından 25 iyul 2*22-ci il tarixədək Sumqayıt Göz Xəstəxanasının inzibati binasında, 2*22-ci ilin iyul ayından isə Covid xəstələri üçün tikilmiş Modul tipli xəstəxanada yerləşmişdir. Bundan əvvəlki illərdə xəstəxananın inzibati binasında xəstələrin stasionar müalicə almaları üçün tam şərait olmuşdur. Lakin müvəqqəti olaraq təmir ilə bağlı xəstəxananın yerləşdiyi binada şərait tam əlverişli olmamış və xəstəxana tam gücü ilə fəaliyyət göstərə bilməmişdir. Buna baxmayaraq xəstəxana xəstələrə müvafiq qaydada nəzərdə tutulmuş tibbi yardım göstərmiş, xəstələr müayinə və müalicə edilmişdir. Xəstəxana təmir və yenidənqurma ilə bağlı başqa inzibati binaya köçürüləndən sonra xəstələri stasionar müalicə etmək üçün şərait pisləşmişdir. Sumqayıt Göz Xəstəxanasının inzibati binasında isə ümumiyyətlə şərait olmamışdır. Yəni xəstəxananın reanimasiya şöbəsi həmin binada yerləşmir, tamamilə başqa binada yerləşir. Buna baxmayaraq Sumqayıt şəhərində fəaliyyət göstərən poliklinikalardan verilmiş göndərişlər əsasında xəstələr xəstəxanaya müraciət etmişlər. Xəstəxananın qəbul şöbəsində həmin xəstələr qəbul edilərkən hər bir xəstənin müalicə həkimi dəvət edilərək konsultasiya edilmiş və həkimlərin razılığı ilə xəstələr xəstəxanaya qəbul edilmişdir. Bundan sonra göndərişlər qəbul olunaraq müalicə almaları üçün müvafiq şöbələrə göndərilmişdir. Şöbənin həkimləri xəstələri müayinə edərək, müalicə təyin etmişdirlər. Xəstəxananın təmirsiz və stasionar müalicə almaları üçün şəraitin olmaması səbəbindən xəstələr gecələr xəstəxanada qalmayaraq yaşadıqları evə getmiş, səhəri gün müalicələrini davam etdirmək üçün yenidən xəstəxanaya gəlmişlər. Həmin göndərişləri poliklinikalar vermiş və qəbul edilmişdir. Xəstəxanada yer olmadığından və şərait olmadığı üçün xəstəxananın qəbul şöbəsi xəstələri qəbul etmədiyi üçün xəstələr Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə xanıma və İcra hakimiyyətinə müraciət etmişdirlər. Səkinə xanım ona müraciət edən xəstələri qəbul edərək onların göndərişinə müayinə və müalicəsinə nəzarət edilsin yazmışdır, yəni ki, xəstə diqqətdə saxlanılsın göstərmişdir. 13* nəfər xəstənin qəbulundan baş həkim Ramiz həkimin hər gün məlumatı olmuşdur. Vətəndaşların narazılıq və xəstəxanaya şikayətlərinin qarşısının alınması üçün o, xəstələri qəbul etməyi bildirmiş, vətəndaşlar şikayət etdikləri üçün qəbul şöbəsində vətəndaşlar qəbul edilərək şöbələrə göndərilmişdir. Terapiya şöbəsində əslində 4* çarpayının olması nəzərdə tutulduğu halda faktiki olaraq 16 çarpayı olmuşdur. Əsasən xəstələr gün ərzində xəstəxanada olaraq müalicə almış və saat 16:**-da evlərinə getmişdirlər. Xəstələr başqa xəstəxanaya getməkdən qəti imtina etmişdirlər. Məhkəmədə Şahid6 ifadəsində göstərdi ki, anadangəlmə ürək xəstəliyindən əziyyət çəkir. 2*11-ci ildə onun xəstəliyi intensivləşdiyi üçün əmək qabiliyyətini qismən itirmişdir. O, 2*11-ci ilin fevral ayında xəstəliyi ilə bağlı əlillik dərəcəsi almaq üçün Tibbisosial ekspert komissiyasına müraciət etmiş, həmin ildə ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Sonradan 2*15 və 2*16-cı illərdə həkim məsləhət komissiyalarından keçmişdir. 2*16-cı ildə ona 5 il müddətinə 2- ci qrup əlillik təyin olunmuş, 2*21-ci ilin may ayında əlilliyinin müddəti bitmişdir. O, yenidən müddətin uzadılması üçün Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin həkim məsləhət komissiyasına müraciət etsə də, ona əlillik təyin olunmasının müddətinin uzadılmasından imtina olunmuşdur. İmtinanın əsası kimi isə əlavə müalicəyə ehtiyacının olması qeyd olunmuşdur. O, həqiqətən də, xəstə olduğu üçün heç kimə pul verməmiş, heç kim bu məqsədlə ondan pul istəməmişdir. Ona aylıq 25* manat pensiya ödənilmişdir. Halhazırda xəstəliyi ilə bağlı ev şəraitində müalicə alır. 2*21-ci ildə növbəti dəfə müalicə olunmaq üçün Sumqayıt şəhəri, 4 saylı xəstəxananın poliklinika şöbəsinin göndərişi əsasında Sumqayıt şəhəri, 2 saylı xəstəxanaya müraciət edərək orada qeydiyyata alınmış və müalicə həkimi Firuza İmanova olmuşdur. *2.*7.2*21-ci ci il tarixdən 12.*7.2*21-ci il tarixədək olan müddət ərzində xəstəxanada gecələr qalmasa da, lakin gün ərzində xəstəxanaya gələrək Firuza İmanovanın nəzarəti altında müalicə almışdır. Firuza İmanova müvafiq dərmanlar, sistemlər yazmışdır. O, həmin dərman və sistemləri xəstəxanada qəbul etmişdir. Ancaq xəstəxananın şəraiti olmadığı üçün gecələr həmin xəstəxanada qalmamışdır. Firuza İmanova müalicə almağına dair xəstəlik tarixindən çıxarış sənədini vermişdir. Adına xəstəlik tarixindən çıxarış sənədinin verilməsi üçün heç kimə o cümlədən də, Təqsirləndirilən şəxs pul verməmişdir. Həqiqətən də, ağır xəstədir, heç bir yerdə işləmir və kiməsə nəsə verməyə maddi imkanı yoxdur. Təqsirləndirilən şəxs və ya başqa şəxs bu məqsədlə ondan pul istəməmişdir. Məhkəmədə Şahid5 ifadəsində göstərdi ki, uşaqlıqdan revmatizm xəstəliyindən əziyyət çəkir. 2*11-ci ildə xəstəliyi intensivləşdiyi üçün əmək qabiliyyətini qismən itirmişdir. O, 2*11-ci ilin avqust ayında xəstəliyi ilə bağlı əlillik dərəcəsi almaq üçün Tibbisosial ekspert komissiyasına müraciət etmiş, həmin ildə ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. *1.*4.2*13-cü il tarixdən Ürəyin digər revmatik xəstəlikləri diaqnozu ilə 1 saylı Sumqayıt şəhər poliklinikasında dispanser qeydiyyata götürülmüş, mütəmadi olaraq müalicələr almışdır. 2*16-cı ildə əlillik müddəti 5 il müddətinə uzadılmış, 2*21-ci ilin may ayında əlilliyinin müddəti bitmişdir. Yenidən müddətin uzadılması üçün Sumqayıt şəhər 3 nömrəli şəhər poliklinikasının göndərişi əsasında Sumqayıt şəhər 2 saylı şəhər xəstəxanasına müraciət etmişdir ki, stasionar müalicə alsın. Lakin xəstəxananın şəraiti pis olduğundan gecələr orada qalmamışdır. Onun stasionar müalicə alma müddəti 29.*6.2*21-ci il tarixdən *9.*7.2*21-ci il tarixədək yazılmışdır. O, bir həftə ərzində hər gün gündüzlər xəstəxanaya getmiş və Firuzə həkim onu müalicə etmişdir. Xəstəxanada ona xroniki ürək çatmamazlığı 2-ci dərəcə diaqnozu qoyulmuşdur. Bundan sonra ona xəstəlik tarixi verilmişdir. Bundan sonra Sumqayıt şəhər 1 nömrəli poliklinikanın həkim məsləhət komissiyasına müraciət etmiş və barəsində tərtib olunmuş forma 88 yenidən TSEK-ə göndərilmiş, 29.*6.2*21-ci il tarixdə ona əlillik təyin olunmasından imtina edilmiş və imtinanın əsası kimi isə əlavə müalicəyə ehtiyacının olması qeyd olunmuşdur. Bildirmişdir ki, sonuncu göndərişində ona komissiya tərəfindən xroniki ürək çatmamazlığı 2 dərəcə diaqnozu deyil xroniki ürək çatmamazlığı ikinci funksional sinif diaqnozu yazılmışdır. Bildiyinə görə həmin diaqnozlar fərqlidir. Xroniki ürək çatmamazlığı 2 dərəcə diaqnozu ağır diaqnozdur və əlillik təyinatı üçün səbəbdir. Lakin komissiya tərəfindən həmin diaqnoz forma 88-də yazılmamışdır. Həmin diaqnoz ona yalnız Sumqayıt 2 saylı xəstəxanada qoyulmuşdur. O, hazırda da ürək xəstəliyindən, zob, revmatizma, skalioz, varikoz və s. xəstəliklərdən əziyyət çəkir. O, həqiqətən də, xəstə olduğu üçün heç kimə pul verməmiş, heç kim bu məqsədlə ondan pul istəməmişdir. Hal-hazırda xəstəliyi ilə bağlı ev şəraitində müalicə alır. Adına xəstəlik tarixindən çıxarış sənədinin verilməsi üçün heç kimə o cümlədən də, Təqsirləndirilən şəxs pul verməmişdir. Təqsirləndirilən şəxs və ya başqa şəxs ondan bu məqsədlə pul istəməmişdir. Məhkəmədə Şahid7 ifadəsində göstərdi ki, o, ailə həyatı qurandan, yəni 1993-cü ildən heç bir yerdə işləməmişdir. Təxminən 1* ildən artıq müddətdir ki, kəskin revamatik diaqnozu xəstəliyindən əziyyət çəkir. 2*15-ci ildə bu xəstəliklə bağlı ona 2-ci qrup əlillik təyin olunmuşdur. O, bu xəstəliklə bağlı Sumqayıt şəhərində yerləşən ayrı-ayrı xəstəxanalarda stasionar müalicə almışdır. Ona əvvəlcə ayda 23* manat, sonradan, yəni son dövrlərdə 26* manat əliliklə bağlı pensiya ödənilmişdir. 2*21-ci ilin mart ayında ona təyin olunan əliliyin müddəti bitmişdir. Bundan sonra onun pensiyası dayandırılmışdır. O, yenidən 2*21-ci ilin aprel ayından əliliyin müddətinin qurtarılması ilə bağlı həkim məsləhət komissiyasına müraciət etsə də, lakin onun əlavə müalicəyə ehtiyacının olmasını əsas gətirərək əlilik təyin olunmasından imtina olunmuşdur. Həqiqətən də, xəstə olduğu üçün heç kimə pul verməmiş, heç kim bu məqsədlə ondan pul istəməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 16 iyul 2*21-ci il tarixli PHŞ/1-2-2*21-15391 saylı məktubundan və həmin məktuba əlavə edilmiş *6.*7.2*21-ci il tarixli Aktdan görünür ki, *6.*7.2*21-ci tarixdə Sumqayıt 2 saylı şəhər xəstəxanasının Endokrinologiya və Terapiya şöbələrində aparılan tibbi statistik uçot və sənədlərlə bağlı yoxlama zamanı saxta əlilliyin təyin edilməsi məqsədilə saxta sənədlərdən istifadə edilməsi ilə bağlı əsaslı şübhələr yaranmışdır. Həyata keçirilən yoxlamalar nəticəsində xəstəxananın Endokrinologiya şöbəsində qeydiyyatda olan 63 xəstədən yalnız X3 xəstəxanada müalicə aldığı, Terapiya şöbəsində isə 67 xəstədən heç birinin müalicə almadığı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Agentliyinin 19 noyabr 2*21-ci il tarixli 2143*299374 saylı məktubuna əlavə edilmiş cədvəldən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Şahid7 *9.*4.2*21-ci il tarixdə Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən *531**3AAKPT saylı göndəriş göndərilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbilə imtina verilmişdir. Həmin göndərişdə ürək çatmamazlığı 2-ci dərəcə diaqnozu qeyd edilməmişdir. Bundan başqa xx.xx.1969-cu il təvəllüdlü Şahid6 29.*4.2*21-ci il tarixdə Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən *53***3AAF7X saylı göndəriş göndərilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbilə imtina verilmişdir. Həmin göndərişdə ürək çatmamazlığı 2-ci dərəcə diaqnozu qeyd edilməmişdir. Bundan başqa xx.xx.1975-ci il təvəllüdlü Şahid5 *2.*8.2*21-ci il tarixdə Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən *529**3AAJJ9 saylı göndəriş göndərilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbilə imtina verilmişdir. Həmin göndərişdə ürək çatmamazlığı İİ dərəcə diaqnozu qeyd edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X5 Ərazi X2 «Sumqayıt Tibb Mərkəzi» X9 11 fevral 2*22-ci il tarixli 232 saylı məktubundan görünür ki, xx.xx.1972- ci il təvəllüdlü Şahid7 adına 2*15 və 2*16-cı illərdə forma 88 nömrəli arayış tərtib olunmuşdur. Həmin forma 88 nömrəli arayışdan görünür ki, Şahid7 göndərişin ağırlaşma diaqnozu qrafasında «ürək çatmamazlığı İİ dərəcə» diaqnozu qeyd olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Tibbi Ərazi X2 X11 Zərərçəkmiş şəxs 28.22.2*22-ci il tarixli 122 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs *1.*4.2*21-ci il tarixdən X11ə çevrilmişdir. Xəstəxana 15.*3.2*21-ci il tarixdən Sumqayıt şəhər Göz xəstəxanasının inzibati binasına köçürülmüşdür. 2*21-ci ilin iyul ayından sonra vətəndaşlar Şahid7 və Şahid6 Forma 88 verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Tibbi Ərazi X2 X11 Zərərçəkmiş şəxs 28.22.2*22-ci il tarixli 122 saylı məktubuna əlavə edilmiş Zərərçəkmiş şəxs əsasnaməsindən görünür ki, xəstəxananın əsas vəzifələri əhaliyə yüksək ixtisaslı məxsusi müalicə profilaktik xidmət göstərilməsi, əhaliyə əsasən ixtisaslaşmış stasionar müalicəsi ilə təmin edilməsi, əhaliyə xidmət işində müasir profilaktika, diaqnostika və müalicə metodlarının tətbiqi, əhaliyə tibbi xidmət, xəstələrə qulluğun forması və üsullarının inkişaf etdirilməsi və yerləşdirilməsi, əhalinin sanitar-gigiyenik maarifləndirilməsi, ictimaiyyətin əhali arasında müalicə-profilaktika tədbirlərinin hazırlanması və keçirilməsi işinə cəlb edilməsindən ibarətdir. İş materiallarında olan AzərbaycanRespublikasının Tibbi Ərazi X2 X11 Zərərçəkmiş şəxs 28.22.2*22-ci il tarixli 122 saylı məktubuna əlavə edilmiş Sumqayıt şəhər Səhiyyə İdarəsinin *8.*1.2*19-cu il tarixli 8 saylı əmrdən görünür ki, Zərərçəkmiş şəxs əsaslı təmiri ilə əlaqədar xəstəxananın qəbul şöbəsi, ümumi terapiya şöbəsi, endokrinologiya şöbəsi, kliniki diaqnostik labaratoriya şöbəsi, funksional diaqnostika şöbəsi Dəri-Zöhrəvi Dispanserin köhnə binasına köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Tibbi Ərazi X2 X11 Zərərçəkmiş şəxs 28.22.2*22-ci il tarixli 122 saylı məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2*12-ci il tarixli 7* nömrəli əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən, həkim revmatoloqun vəzifə öhdəlikləri - tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, müalicəprofilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərmək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək, diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etmək, orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etmək, öz işini planlaşdırmaq və öz fəaliyyətinin göstəricilərini təhlil etmək, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək, sanitar-maarifləndirmə işini aparmaq, etik davranış qaydalarına riayət etmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak etmək və tibbisosial ekspertiza üçün zəruri sənədləri hazırlamaq, müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etmək, mütəmadi olaraq öz ixtisasını artırmaq, müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək, daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, sanitariya-epidemioloji rejimə riayət etmək, tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görmək və digər səlahiyyətlərə malik başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etmək və sairdən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının Tibbi Ərazi X2 X11 Zərərçəkmiş şəxs 14.*6.2*22-ci il tarixli 62 saylı məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2*12-ci il tarixli 7* nömrəli əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən, şöbə müdirinin vəzifə öhdəlikləri - şöbənin (bölmənin) funksiya və vəzifələrinə uyğun olaraq fəaliyyətinə rəhbərliyi həyata keçirmək, müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika və müalicə metodlarını, eləcə də müvafiq sahədə qabaqcıl təcrübəni tətbiq etmək, şöbədə (bölmədə) müalicə-diaqnostika prosesinin keyfiyyət və səmərəliliyinin artırılmasına yönəldilmiş işin təşkilati forma və metodlarını təkmilləşdirmək, tibb heyətinin və pasiyentlərin təhlükəsizliyinin, infeksiyaların qarşısının alınmasının təmin olunması üçün sanitar-gigiyenik və əksepidemik tədbirləri yerinə yetirmək, əhalinin sanitar maarifləndirilməsi üzrə tədbirlər həyata keçirmək, işin forma və metodlarını, şöbənin fəaliyyətinin planlaşdırılmasını, işçilərin iş yerlərində yerləşdirilməsi və onların ixtisaslarına uyğun istifadəsini təmin etmək, səhiyyə müəssisəsinin digər struktur bölmələri ilə şöbənin fəaliyyətini koordinasiya etmək, onların qarşılıqlı əlaqəsini təmin etmək, şöbənin (bölmənin) həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarəti həyata keçirmək, tibb müəssisəsinin növbətçilik cədvəlinin tərtibatında aidiyyəti üzrə iştirak etmək, şöbənin (bölmənin) işçilərinin əmək qanunvericiliyinin və əməyin mühafizəsinin tələblərinə riayət etməsini təmin etmək, şöbənin (bölmənin) işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görmək, şöbənin (bölmənin) iş planını işləyib hazırlamaq, onun yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, şöbənin (bölmənin) rüblük, yarımillik və illik işini təhlil etmək, şöbənin fəaliyyəti barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək, tibbi sənədləşdirmənin aparılmasının keyfiyyətinə nəzarəti həyata keçirmək, şöbənin (bölmənin) işçilərinin peşə hazırlığının artırılmasına imkan yartmaq, qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etmək, mütəmadi olaraq öz ixtisasını artırmaq, müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək və sairdən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının Tibbi Ərazi X2 X11 Zərərçəkmiş şəxs 14.*6.2*22-ci il tarixli 62 saylı məktubuna əlavə edilmiş 26 iyul 2*21 -ci il tarixli *529**3AAJJ9 nömrəli elektron göndərişdən görünür ki, Şahid5 qeyd olunan elektron göndərişində ağırlaşma diaqnozu kimi ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı İİ funksional sinif diaqnozu qeyd olunmuşdur.Həmin göndərişdə əsas və ağırlaşma diaqnozları qrafasında ürək çatmamazlığı İİ dərəcə diaqnozu qeyd edilməmişdir. Həmin göndəriş Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş və Nazirlik yanında Dövlət Tibb Sosial Ekspertiza və Reablitasiya Xidmətində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması cavabı ilə əlillik verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şahid7 adına olan *6.*7.2*21-ci il tarixdən 15.*7.2*21-ci il tarixədək Zərərçəkmiş şəxsnda stasionar müalicə almasına dair *1*5776 saylı xəstəlik tarixindən görünür ki, sonuncuya "Sumqayıt şəhər 2 saylı xəstəxana"da "Revmatizm qeyri aktiv. Revmatik kardioskleroz. Mitral və Triskupidal qapaq çatmamazlığı. Xroniki ürək çatmamazlığı İİ dərəcə. Diz oynağının artrozu. Anemiya" diaqnozu ilə stasionar şəraitdə müayinə və müalicələrdə olduğu qeyd edilmiş, müalicə həkimi və şöbə müdiri əvəzi qrafasının qarşısında Təqsirləndirilən şəxs tərəfindən imza edilmişdir. Bundan başqa, Şahid6 adına olan *2.*7.2*21-ci il tarixdən 12.*7.2*21-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair *1*5735 saylı xəstəlik tarixindən görünür ki, sonuncuya "Sumqayıt şəhər 2 saylı xəstəxana"da "Revmatizm, qeyri-aktiv; Revmatik kardiosklerozu; Mitral qapaq çatmamazlığı İ dərəcə; Tənəffüs çatmamazlığı İ dərəcə Xroniki ürək çatmamazlığı İİ dərəcə" diaqnozu ilə stasionar şəraitdə müayinə və müalicələrdə olduğu qeyd edilmiş, müalicə həkimi və şöbə müdiri əvəzi qrafasının qarşısında Təqsirləndirilən şəxs tərəfindən imza edilmişdir. Bundan başqa, Şahid5 adına olan 29.*6.2*21-ci il tarixdən *9.*7.2*21-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair *1*5659 saylı xəstəlik tarixindən görünür ki, sonuncuya Sumqayıt şəhər 2 saylı xəstəxanada "Revmatizm, qeyri-aktiv faza; Revmatik kardioskleroz; Mitral və trikuspidal çatmamazlıq; Xroniki ürək çatmamazlığı, İİ dərəcə" diaqnozu ilə stasionar şəraitdə müayinə və müalicələrdə olduğu qeyd edilmiş, müalicə həkimi və şöbə müdiri əvəzi qrafasının qarşısında Təqsirləndirilən şəxs tərəfindən imza edilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 11.*1.2*22-ci il tarixli 946.78/KEŞ saylı rəyindən görünür ki, Şahid7 məhkəmə-tibbi ekspertizası zamanı və 13.12.2*21-ci il tarixdə "Ak.C.Abdullayev adına ET Kardiologiya İnstitutu"nun Konsultativpoliklinika şöbəsində aparılmış kliniki, laborator və instrumental müayinələr əsasında onda "Revmatizm qeyri-fəal faza. Mitral qapaq çatmamazlığı İ dərəcə. Trikuspidal qapaq çatışmazlığı İ dərəcə. Arterial hipertoniya İ dərəcə" kimi xəstəliklərinin olduğu müəyyən edildi. Şahid7 *6.*7.2*21- ci il tarixdən 15.*7.2*21-ci il tarixədək "Sumqayıt şəhər 2 saylı xəstəxana"da "Revmatizm qeyri aktiv. Revmatik kardioskleroz. Mitral və Triskupidal qapaq çatmamazlığı. Xroniki ürək çatmamazlığı İİ dərəcə. Diz oynağının artrozu. Anemiya" diaqnozu ilə stasionar şəraitdə müayinə və müalicələrdə olduğu qeyd edilmişdir. Şahid7 "Sumqayıt şəhər 2 saylı xəstəxana"da təyin edilmiş əsas diaqnozun ağırlaşmaları, yəni mitral, qan dövranın və ürək çatmamazlığı İİ dərəcə hazırkı müayinə zamanı öz təsdiqini tapmamışdır. Şahid7 hal-hazırkı müayinəsi ilə qeyd olunan əsas xəstəliyin ağırlaşmaları öz təsdiqini tapmamış, bu da onun əlillik təyinatı üçün əsas vermir, bu Səhiyyə sistemində mövcud olan təlimat pozulması kimi qiymətləndirilir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 23.11.2*22-ci il tarixli 946.83/KEŞ saylı rəyindən görünür ki, Şahid6 *2.*7.2*21-ci il tarixdən 12.*7.2*21-ci il tarixədək "Sumqayıt şəhər 2 saylı xəstəxana"da "Revmatizm, qeyri-aktiv; Revmatik kardiosklerozu; Mitral qapaq çatmamazlığı İ dərəcə; Tənəffüs çatmamazlığı İ dərəcə Xroniki ürək çatmamazlığı İİ dərəcə" diaqnozu ilə stasionar müalicədə olduğu qeyd edilmişdir. Təyin edilmiş diaqnozlardan ağırlaşma qrafasında olan "xroniki ürək çatmamazlığı İİ dərəcə" aparılmış ExoKQ-da öz təsdiqini tapmamışdır. Belə ki, ExoKQ-da artım fraksiyası 58% (norma daxilində) və digər göstəricilərdə nəzərə çarpacaq patoloji dəyişiliklər müəyyən edilmədi. Şahid6 hal-hazırkı müayinəsi ilə qeyd olunan əsas xəstəliyin ağırlaşmaları öz təsdiqini tapmamış, bu da onun əlillik təyinatı üçün əsas vermir, bu Səhiyyə sistemində mövcud olan təlimat pozulması kimi qiymətləndirilir. İş materiallarına əlavə olunmuş məhkəmə tibbi ekspertizasının *8.12.2*22-ci il tarixli 946.1*7/KEŞ saylı rəyindən görünür ki, Şahid5 29.*6.2*21-ci il tarixdən *9.*7.2*21-ci il tarixədək "Sumqayıt şəhər 2 saylı xəstəxana"da "Revmatizm, qeyri-aktiv faza; Revmatik kardioskleroz; Mitral və trikuspidal çatmamazlıq; Xroniki ürək çatmamazlığı, İİ dərəcə" diaqnozu ilə stasionar müalicədə olduğu qeyd edilmişdir. Təyin edilmiş diaqnozlardan ağırlaşma qrafasında olan "xroniki ürək çatmamazlığı, İİ dərəcə" aparılmış ExoKQ-da öz təsdiqini tapmamışdır. Belə ki, ExoKQ-da artım firaksiyası 56% (norma daxilində) və digər göstəricilərdə nəzərə çarpacaq patoloji dəyişikliklər müəyyən edilmədi. Şahid5 hal-hazırkı müayinəsi ilə qeyd olunan əsas xəstəliyin ağırlaşmaları öz təsdiqini tapmamış, bu da onun əlillik təyinatı üçün əsas vermir, bu Səhiyyə sistemində mövcud olan təlimat pozulması kimi qiymətləndirilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Tibbi Ərazi X2 X11 Zərərçəkmiş şəxs 28.22.2*22-ci il tarixli 122 saylı məktubuna əlavə edilmiş *1.*9.1992-ci il tarixli Əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada həkim- revmatoloq vəzifəsinə qəbul edilmişdir. Həmçinin 23.*6.2*21-ci il tarixli 217-K saylı əmrdən görünür ki, ümumi terapiya şöbəsinin şöbə müdiri Şahid2 *1.*7.2*21-ci il tarixdən 13.*8.2*21 -ci il tarixədək növbəti əmək məzuniyyətində olduğu müddət ərzində həmin vəzifə şöbənin həkim revmatoloqu Təqsirləndirilən şəxs həvalə edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də faktiki olaraq öz ifadəsində törətdiyi cinayətləri etiraf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3*8.1 və 313-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsindən daxil olmuş 12 sentyabr 2*22-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun əməlindən peşman olması, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsi və qadın olmaqla yanaşı 7* yaşının olması nəzərə alınmalı və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3*8.1 və 313-cü maddələrinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Şahid6 *2.*7.2*21-ci il tarixdən 12.*7.2*21-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair *1*5735 saylı xəstəlik tarixi, Şahid7 *6.*7.2*21-ci il tarixdən 15.*7.2*21-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair *1*5776 saylı xəstəlik tarixi, Şahid5 29.*6.2*21-ci il tarixdən *9.*7.2*21-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair *1*5659 saylı xəstəlik tarixi cinayət işində saxlanılmalıdır. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3*8.1 və 313cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin qərarını icra edərək, Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 3* saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin *1 fevral 2**1-ci il tarixli 31 saylı qərarına (*3.*5.2*18-ci il tarixli 2*2 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18* manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3*8.1 və 313cü maddələri ilə təqsirli bilinsin, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3*8.1-ci maddəsi ilə 2*** (iki min) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 15** (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 23** (iki min üç yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təyin olunmuş cərimə cəzası hökm qanuni qüvvəsini aldığı gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Sumqayıt Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Şahid6 *2.*7.2*21-ci il tarixdən 12.*7.2*21-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair *1*5735 saylı xəstəlik tarixi, Şahid7 *6.*7.2*21-ci il tarixdən 15.*7.2*21-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair *1*5776 saylı xəstəlik tarixi, Şahid5 29.*6.2*21-ci il tarixdən *9.*7.2*21-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair *1*5659 saylı xəstəlik tarixi cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3*8.1 və 313-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 3* saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18* manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 2* gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar