Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-305/2022 17.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2002-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, st.Sumqayıt qəsəbəsi, yeni yaşayış massivi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədilə 21.06.2021ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, St.Sumqayıt ərazisində yerləşən nömrəsiz fərdi evinin əvvəlcə həyətyanı sahəsinə hasardan tullanaraq keçmiş, sonra isə evin açıq vəziyyətdə olan giriş qapısından içəri qanunsuz daxil olaraq içəridə dəhlizdə yerdə olan pul kisəsindən 2146 manat pulu gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 2146 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli talama məqsədilə 12.10.2021-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus yaşadığı Sumqayıt şəhəri, Dəmiryol yük həyəti adlanan ərazidə yerləşən yaşayış olmayan nömrəsiz fərdi evinin həyətyanı sahəsinə darvaza yerinə qoyulmuş dəmir torun üstündən tullanaraq keçmiş, evin giriş hissəsinin sağ tərəfində olan saxlanc otağının plastik pencərəsinin dəmir barmaqlığını özü ilə gətirdiyi çapacaqla yerindən çıxardaraq plastik pencərəni sıxıb açma yolu ilə içəri qanunsuz daxil olaraq içəridən 7 top hər birinin dəyəri 40 manat cəmi dəyəri 280 manat olan “Maktel Kablo” markalı 100 metrlik 4 mm-lik alüminum kabelləri, 4 top hər birinin dəyəri 30 manat cəmi dəyəri 120 manat olan “Maktel Kablo” markalı 100 metrlik 2,5 mm-lik alüminum kabelləri, 1 ədəd dəyəri 80 manat olan Rusiya istehsalı olan laqondanı, 1 ədəd dəyəri 60 manat olan Rusiya istehsalı olan dreli gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 540 (beş yüz qırx) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli talama məqsədilə 14.10.2021-ci il tarixdə saat 21.30 radələrində Zərərçəkmiş şəxs2 məxsus yaşadığı Sumqayıt şəhəri, Sumqayıtçay ərazisində yerləşən nömrəsiz fərdi evinin açıq vəziyyətdə olan darvazasından əvvəlcə evin həyətinə sonra isə evin açıq vəziyyətdə olan giriş qapısından içəri qanunsuz daxil olaraq evin yataq otağındakı masanın üzərindəki əl çantasının içindən bir ədəd cəmi dəyəri 850 manat olan Rusiya istehsalı 10 qram çəkidə 585 əyarlı üzərində 3 ədəd sadə qaşları olan qızıl üzüyü, bir ədəd cəmi dəyəri 680 manat olan Rusiya istehsalı kiçik romb (paxlava şəkilli) formalı hissələrdən hörmə 8 qram çəkidə 585 əyarlı qızıl boyunbağını, 115 manat pulu gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1645 (min altı yüz qırx beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, st.Sumqayıt qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamışdır. Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, Sumqayıtçay ərazisində yerləşən nömrəsiz fərdi evə oğurluq məqsədilə daxil olmuşdur. 21.06.2021-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində yaşayan qardaşı Tərlanın yanına getməyə hazırlaşmış, həmin gün dostları ilə yemək yeyib spirtli içki qəbul etmişdir. Qardaşının yaşadığı evə getmiş, saat təxminən 23 radələrində qardaşının evindən çıxıb gedərkən yolda bir az ləngimiş, sonra isə qardaşı ilə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı evin yanından keçərkən həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Həqiqət qardaşı ilə qonşuluqda yaşadığı üçün onu tanımışdır. 22.06.2021-ci il tarixdə gecə saat 01 radələrində həmin evin həyətinə hasardan tullanaraq daxil olmuş, evə yaxınlaşmış, evin işıqları yanmış, evdən televizor səsi gəlmiş, evin pencərəsindən baxıb görmüşdür ki, Həqiqət uzanıb televizora baxır. Sonra evin qapısına yaxınlaşmış, qapını yoxlamış, görmüşdür ki, kilidi açıqdır, evin qapısını sakit açıb evə daxil olmuşdur. O, dəhlizdə yerdə çanta və yanında pul qabı olduğunu görmüş, pul qabı açıq vəziyyətdə olmuş, içərisindən pullar görünmüş, pul qabında olan ümumilikdə 130 manat pulu götürüb cibinə qoymuş, sonra isə otaqdan səs gəldiyini eşidib tez həyətə çıxmış və həyətin hasarından aşaraq oranı tərk etmişdir. Həmin vaxt Həqiqət evdə olsa da onu görməmişdir. Oğurluqdan əldə etdiyi pulu şəxsi tələbatına xərcləmiş, törətdiyi hadisə barədə heç kimə xəbər verməmişdir. İstintaq vaxtı adının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxsə məxsus Sumqayıt şəhəri, X4 həyəti adlanan ərazidə yerləşən yaşayış olmayan hasarı yarımçıq olan dəmir darvazası olmayan evin həyətinə 2021-ci ilin 12 oktyabrında gecə 01 radələrində darvaza əvəzi qoyulmuş dəmir tellərin üstündən tullanaraq daxil olmuşdur. Həyətin giriş hissəsinin sağ tərəfində olan balaca otağın dəmir barmaqlığını özü ilə gətirdiyi çapacaqla yerindən çıxardaraq plastik pencərəni sıxıb açma yolu ilə içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra evin içini axtarmış, içəridə olan on bir top göy və qırmızı rəngli elektrik naqillərini pəncərədən həyətə atmış, daha sonra həmin naqilləri hissə hissə Sumqayıt şəhəri, X4 həyəti ərazisində “Çay Kənarı” adlanan əraziyə gətirmişdir. Elektrik naqillərini sellofan paketi alışdıraraq yandırmışdır. Daha sonra mislərin üstünü torpaqla örtüb oradan getmişdir. Səhəri gün gələrək misin bir hissəsini götürərək metal qəbul edən “Vaz 21024” markalı avtomobili idarə edən tanımadığı şəxsə 40 manata satmışdır. Həmin evdən 11 top naqillərdən başqa heç nə oğurlamamışdır. Oğurluq etdiyi gün günorta saatlarında həmin evin qarşısından keçərkən hasarının yarımçıq olduğunu, darvazasının olmadığını və evin boş olduğunu görmüş və bilmişdir ki, orada yaşayış yoxdur. Oğurluq hadisəsini törədərkən tək olmuş, kömək edən kimsə olmamış, həmin evə təsadüfən daxil olmuş, evin sahibini də tanımamışdır. Oğurladığı əşyalardan əldə etdiyi 40 manat pulu özü üçün xərcləmişdir. 14.10.2021-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, St.Sumqayıt ərazisində yerləşən nömrəsiz fərdi evə oğurluq məqsədilə daxil olmuşdur. Həmin evin qarşısından keçərkən, evin həyət darvazasının açıq olduğunu, evin işıqlarının yanmadığını görmüşdür. Buna görə də evə daxil olub oğurluq etmək qərarına gəlmişdir. Açıq darvazadan həyətə keçdikdən sonra, evin də qapısının açıq olmasını görüb evə daxil olub, yataq otağına girmiş və yataq otağında, kiçik masanın üstündəki, üzəri pələng dərisi şəkilli olan qadın əl çantasını oğurlayaraq, evi tərk etmiş və oradan uzaqlaşmışdır. Bir qədər kənarlaşdıqdan sonra, qonşuluqda yaşayan İrfan adlı şəxsin evinin yaxınlığında, Həlmətin evindən oğurladığı həmin əl çantasını açmış, çantanın içərisində 1 ədəd qara rəngli, 1 ədəd üzəri pələng dərisi şəkilli pul qabları olmuşdur. Qara rəngli pul qabını, eləcədə, içərisindəki təxminən 15 manat xırda pulları, pələng dərisi şəkilli pul qabının içərisindən isə 1 ədəd qızıl üzüyü və 1 ədəd qızıl boyunbağını götürüb, bank kartları, Covid-19 vaksinasiya sənədlərini, şəxsiyyət vəsiqələrini həmçinin pələng dərisi şəkilli pul qabını və əl çantasını həmin əraziyə atmışdır. Səhəri gün 15.10.2021-ci il tarixdə, günorta saatlarında, Həlimətin evindən oğurladığı sözügedən qızıl üzüyü və qızıl boyunbağını satmaq üçün Sumqayıt şəhəri, “Cavid” ticarət mərkəzinin qarşısında yerləşən qızıl alışverişi məntəqəsinə getmişdir. Həlmətin evindən oğurladığı qızıl üzük və qızıl boyunbağını qızıl məntəqəsinin işçisinə göstərib, valideyinlərinə məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. Qızıl aşış-veriş məntəqəsinin işçisi Fərasət adlı şəxs üzüyün qızıl olduğunu, boyunbağının isə qızıl olmasından əmin olmadığını deyərək, hər iki zinyət əşyasına ümumilikdə 130 manat ödəyə biləcəyini bildirmişdir. Razılaşıb hər iki zinyət əşyasını 130 manata ona satmışdır. Həmçinin atasına məxsus şəxsiyyət vəsiqəsinin surətini də vermişdir. Həlmətin evindən etdiyi oğurluq nəticəsində əldə etdiyi pulları öz ehtiyacları üçün xərcləmişdir. Həlmətin evindən oğurladığı əl çantasının içərisində 15 manat xırda pullardan əlavə pul olmamışdır. Həmin oğurluq hadisəsini tək törətmiş, ona heç kim köməklik etməmiş, evdə başqa yeri axtarmamışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunun, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərəri ödəməyə imkanının olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 08.10.2021-ci tarixdən 16.10.2021-ci il tarixədək olan müddət ərzində ona məxsus Sumqayıt şəhəri, X4 həyəti adlanan ərazidə yerləşən yaşayış olmayan fərdi həyət evindən oğurluq edilmişdir. Həmin evin saxlanc yerinin dəmir barmaqlıqlarını sındıraraq plastik pəncərəni çıxarıb sıxıb açma yolu ilə içəri daxil olmaqla “Maktel Kablo” markalı 7 top, 100 metrlik, 4-mm-lik alüminium elektrik naqillərini, “Maktel Kablo” markalı 4 top 100 metrlik 2,5 mm-lik alüminium elektrik naqillərini, bir ədəd laqonda və bir ədəd direli oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsini 16.10.2021-ci il tarixdə aşkar etmiş və bu barədə əvvəlcə DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə, daha sonra Sumqayıt ŞPİ-nin 5-ci PB-nə məlumat vermişdir. 7 top 100 metrlik 4 mm-lik elektrik naqillərinin hər birini 55 manat, 4 top 100 metrlik 2,5 mm-lik elektrik naqillərinin hər hər birini 45 manat, bir ədəd markasını bilmədiyi Rusiya istehsalı olan laqondanı 50 manat, bir ədəd markasını bilmədiyi, Rusiya istehsalı olan direli 40 manat olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 655 manat maddi ziyan dəymişdir. İstintaq zamanı ona məlum olmuşdur ki, oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək sonuncunun barəsində qanuna müvafiq qərar qəbul olunmasını xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Sumqayıtçay deyilən ərazidə yerləşən nömrəsiz fərdi evdə qızı Cananə ilə birlikdə yaşayır. Həmin evdən 14.10.2021-ci il tarixdə ona məxsus əmlakın oğurlanması ilə əlaqədar Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə yazmışdır. Həmin həyət evinin dört tərəfi mişar daşı ilə hasara alınmışdır. Həyətyanı sahədə yaşadığı 3 otaqlı evdən əlavə, ayrı-ayrılıqda 1 otaqlı mətbəx və hamam otağı inşa edilmişdir. 14.10.2021-ci il tarixdə saat 19-20 radələrində yaşadığı evin həyətyanı sahəsindəki evdən təxminən 4-5 metr kənarda inşa edilmiş mətbəxə getmişdir. Saat 22:00-dək mətbəxdə işlərini yekunlaşdırıb evə qayıtmış, yataq otağına keçdikdə, hər zaman yataq otağındakı kiçik masanın üzərinə qoyduğu və içərisində şəxsiyyət vəsiqəsi, Covid-19 virusuna qarşı vaksinasiya olunmağı ilə bağlı sənəd, Beynalxalq Bank tərəfindən verilmiş təqaüd kartı, eləcə də, qızı X1 bank tərəfindən verilmiş əlillik təqaüd kartı, Covid-19 virusuna qarşı vaksinasiya olunmağı ilə bağlı sənəd, şəxsiyyət vəsiqəsi, ona məxsus 1 ədəd 10 qram çəkidə, 585 problu, qızıl üzük, 1 ədəd hörmə formalı, 8 qram çəkidə, 585 problu qızıl boyunbağı, 100 manatlıq əskinaz, qəpik və kağız pullarla birlikdə ümumilkdə 15 manat pul, 2 ədəd kiçik ölçülü-biri pələng dərisi şəklli, digəri qara rəngli pul qabları olan, üzəri pələng dərisi şəkilli əl çantanın masanın üzərində olmadığını aşkar etmişdir. Sözügedən əl çantanın içərisindəki şeylərlə birlikdə, masanın üzərində olmamasını aşkar etdikdə, həmin vaxt digər otaqda yatan qızı Cananəni çağırıb əl çantanın yerini bilib-bilmədiyini soruşmuşdur. Cananə əl çantasını görmədiyini, çantanın harada olması barədə məlumatı olmadığını bildirmişdir. Evin hər tərəfinə baxsa da, əl çantanı tapa bilməmişdir. Səhəri gün, yəni 15.10.2021-ci il tarixdə, saat 07:30 radələrində qonşu İrfan yaşadığı evə gəlib, sözügedən həmin pələng dərisi şəklli əl çantanı ona göstərib, yaxınlıqda, yolun kənarından tapdığını bildirmişdir. Şəxsiyyət vəsiqəsi, Covid-19 virusuna qarşı vaksinasiya olunmağı ilə bağlı sənəd, Beynalxalq Bank tərəfindən verilmiş təqaüd kartı, eləcə də, qızı X1 bank tərəfindən verilmiş əlillik təqaüd kartı, Covid-19 virusuna qarşı vaksinasiya olunmağı ilə bağlı sənəd, şəxsiyyət vəsiqəsi, pələng dərisi şəkilli pul qabı əl çantasının içərisində olsa da, digər şeylər-qızıl üzüyü, qızıl boyun bağı, 115 manat pulu, qara rəngli pul qabısı-əl çantanın içərisində olmamışdır. İrfan bildirmişdir ki, əl çantasını tapanda çantanın içərisində yuxarıda sadaladığı qızıl, pul və pul qabı olmamışdır. Belə olan halda başa düşmüşdür ki, 14.10.2021-ci il tarixdə saat 19:30-dan saat 22:00-dək o mətbəxdə olan zaman naməlum şəxs həyətin darvazasının və evinin qapısının açıq olmasından istifadə edərək yataq otağına daxil olmuş, sözügedən əl çantanı oğurlamış, çantanın içərisindəki qiymətli şeyləri götürdükdən sonra, digər sənədləri əl çantası ilə birlikdə yolun kənarına atmışdır və səhəri gün İrfan həmin şeyləri tapıb ona gətirmişdir. Sonradan bilmişdir ki, oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Oğurlanan 1 ədəd 10 qram çəkidə, 585 problu, üzərində 3 ədəd sadə qaşları olan qızıl üzüyün hazırkı dəyəri 600 manat, 1 ədəd, kiçik romb (paxlava şəkilli) formalı hissələrdən hörmə, 8 qram çəkidə, 585 problu qızıl boyunbağının dəyəri 480 manat, qara rəngli pul qabının maddi dəyəri olmadığından, qızıl-zinət əşyaları və 115 manat pulla birlikdə ona 1195 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək sonuncunun barəsində qanuna müvafiq qərar qəbul olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə və telefon əlaqəsi saxlanılmasına baxmayaraq Zərərçəkmiş şəxs3 məhkəmə iclaslarına gəlməmiş və məhkəmə iclasında iştirak etmək istəmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsii təsdiq etdiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, Sumqayıt şəhəri, Sumqayıtçay qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə tək yaşamışdır. 21.06.2021-ci il tarixdə axşam saat 21.30-da yaşadığı evə gəlmiş, evin darvazasının qapısını açarla açıb həyətə girmiş, sonra isə evin qapısını açarla açıb evə daxil olmuşdur. Evin qapısını əli ilə çəkib bağlamış və qonaq otağına keçmişdir. Çiynindəki çantanı dəhlizdə yerə qoyub paltarını dəyişmək üçün otağa keçmişdir. Bundan sonra çantanı götürüb içərisindəki əşyaları yerə tökmüş, sonra əşyaları və çantada olan 146 manat pulu səliqəli şəkildə yığmışdır. Xırda ticarətlə məşğul olduğu üçün qazandığı pulları çantaya yığıb axşam evə gəldikdən sonra sayırmış. Həmin pulu çantada olan ağ rəngli pul kisəsində saxladığı özünə məxsus 2000 manat pulun üstünə qoymuşdur. Sonra pul kisəsini dəhlizdə qoyub televizora baxmaq üçün otağa keçmişdir. Televizora baxarkən evin qapısının üstündə olan açarın səsini eşitmişdir. Sonra durub mətbəxə keçmiş, həyətdə olan işığın söndürüldüyünü görmüşdür. Həyətə çıxmış, yenidən evə qayıdanda dəhlizdə pul kisəsinin boş olduğunu görmüşdür. Bundan sonra evə kiminsə daxil olub pul kisəsindən pullarını oğurladığını anlamışdır. Bundan sonra tez çölə çıxmış, küçədə kiminsə qaçdığını, yəni ayaq səslərini eşitmişdir. Buna görə də hadisə barədə polisə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona cəmi 2146 manat maddi ziyan dəymişdir. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yaşayır. Təqribən 10 il müddətdir ki, qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşqul olur. 15.10.2021-ci il tarixdə günorta saatlarında, əvvəlcədən tanımadığı Tural adlı şəxs, (sonradan tam adının Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir) Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində “Cavid” ticarət mərkəzinin qarşısında yerləşən ona məxsus qızıl-zinyət əşyalarının alqısatqı məntəqəsinə gələrək, özünə məxsus 1 ədəd qızıl üzüyü və 1 ədəd qızıl boyunbağını satmaq istədiyini bildirmişdir. Onun gətirdiyi üzük və boyunbağına baxıb yoxladıqda həmin qızıl üzüyün 585 əyarlı, 1,9 qram çəkidə olduğunu müəyyən etmişdir. Boyunbağının isə üzərində əyyar göstəricisi olmamış və qızıla bənzəməmişdir. Bu səbəbdən də, o, qızıl üzüyü 130 manata alacağını, boyunbağının isə dəyəri olmadığını, daha dəqiq yoxladıqdan sonra boyunbağının tərkibində qızıl olmasını müyyən etsə boyunbağıya görə sonradan əlavə ödəniş edəcəyini bildirmişdir. Tural onunla razılaşmış, üzüyü və boyunbağını Turaldan alıb ona 130 manat ödəniş etmişdir. Ancaq sonradan daha dəqiq yoxladıqda sözügedən boyunbağının tərkibində qızıl olmadığını müəyyən etmişdir. Təqsirləndirilən şəxs aldığı 1 ədəd üzük 585 əyyarlı, üzərində 3 ədəd sadə qaşları olan, 1,9 qram çəkidə qızıl üzük, boyunbağı isə kiçik romb (paxlava şəkilli) formalı hissələrdən hörmə, 8 qram çəkidə, latun materialdan olan adi bujiteriya olmuşdur. Təqsirləndirilən şəxs ona satdığı üzük və boyunbağının özünə, daha dəqiqi isə ailəsinə məxsus olduğunu, maddi problemləri olduğu üçün satdığını bildirmişdir. Tural öz atasının şəxsiyyət vəsiqəsinin surətini ona təqdim edərək, sənədin surətinin üzərinə “şəxsi qızılımı satdım” sözlərini yazıb imza etmişdir. Təqsirləndirilən şəxs atası X2 şəxsiyyət vəsiqəsinin surətini izahat verərkən təhqiqatçıya təqdim etmişdir. Lakin sonradan izahat vermək üçün polis bölməsinə dəvət ediləndə Təqsirləndirilən şəxs ona satdığı üzük və boyunbağının oğurluq yolu ilə əldə edildiyini öyrənmişdir. Həmin qızıl üzüyü, qızıl əşyaların topdan alışı ilə məşqul olan onun iş yerinə gələn şəxslərdən birinə 150 manata satmışdır. Ancaq həmin şəxsin adını bilməmiş və hal hazırda onunla heç bir əlaqəsi yoxdur. Turaldan aldığı boyun bağının isə heç bir dəyəri olmadğı üçün atmışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 24.12.2021-ci il tarixli 9\8661 saylı rəyindən görünür ki, “Maktel Kablo” markalı 100 metrlik 4 mm-lik 7 top, hər biri 40,0 manat, cəmi 280,0 manat, “Maktel Kablo” markalı 100 metrlik 2,5 mm-lik 4 top, hər biri 30,0 manat, cəmi 120,0 manat, markalanmasına dair heç bir məlumat olmayan Rusiya istehsalı olan laqonda 1 ədəd cəmi dəyəri 80,0 manat, markalanmasına dair heç bir məlumat olmayan Rusiya istehsalı olan direl 1 ədəd cəmi dəyəri 60,0 manat. Ekspertiza təyini haqqında qərarda göstərilən istifadə olmamış malların 2021-ci il oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 540,0 manat müəyyən edilir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 10.01.2022-ci il tarixli 9\9243 saylı rəyindən görünür ki, Rusiya istehsalı 10 qram çəkidə 585 əyarlı, üzərində 3 ədəd sadə qaşları olan qızıl üzük 10 qram (1 qram 85,0 manat) cəmi dəyəri 850,0 manat, Rusiya istehsalı kiçik romb (paxlava şəkilli) formalı hissələrdən hörmə, 8 qram çəkidə 585 əyarlı (problu) qızıl boyunbağı 8 qram (1 qram 85,0 manat) cəmi dəyəri 680,0 manat. Ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl zinət əşyalarının 2021-ci il oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1530,00 manat müəyyən olunur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və törətdiyi əməli səmimi olaraq etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan 15.01.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15.01.2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfrindən tutulmuş və ibtidai istintaq orqanının 17.01.2022-ci il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 03.03.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə icraatından yayınaraq məhkəmə iclasına gəlmədiyindən onun axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin 14.03.2022-ci il tarixdə məhkəməyə daxil olmuş 11.03.2022-ci li tarixli 329-1971-1222 №li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 11.03.2022-ci il tarixdə tutularaq Sumqayıt şəhər polis idarəsinin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun təqsirləndirilən şəxs kimi axtarışa verilib tutulduğu vaxtdan, yəni 11 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan arayışdan görünür ki, iş üzrə maddi sübut qismində tanınan yanmış vəziyyətdə alüminium kabellər zərərçəkmiş Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə qeyd olunan maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs1 verilmiş yanmış vəziyyətdə alüminium kabellər onun sərəncamına verilməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli (iş № 1(060)-305/2022) qərarını icra edərək, 12 fevral 2022-ci il tarixli 154 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 mart 2022-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə qeyd olunan maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs1 verilmiş yanmış vəziyyətdə alüminium kabellərin onun sərəncamına verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-305/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-305/2022
17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver