Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-305/2023 04.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi- “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 08 noyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X6 oğlunun və xx.xx.2011 -ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, ümumilikdə 340,00 manat sabit pul məbləğində aliment tutulub X2 ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-687/2020 saylı, xx.xx.2020- ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 28 fevral 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 09 gün müddətində inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 15 iyul 2022-ci il tarixə kimi qətnamə üzrə ümumilikdə 5360,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs Hüseynova (Bədəlova) Suğraxanım Fizuli qızına maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Hüseynova (Bədəlova) Suğraxanım Fizuli qızı ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Fərid və Fidan adlı övladları doğulmuş, ilk dövrlərdə münasibətləri normal olsa da, sonradan Zərərçəkmiş şəxs ilə münasibəti pozulduğundan onunla ayrılmış, bu səbəbdən Zərərçəkmiş şəxs 2019-cu ildə məhkəməyə müraciət edərək uşaqların saxlanması üçün ondan aliment tələb etmiş və nəticədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən hər ay hər uşağa görə 170,00 manat olmaqla, ümumilikdə 340,00 manat sabit pul məbləğində aliment ondan tutulub X2 ödənilməsi qət edilmişdir. Onun Zərərçəkmiş şəxs qarşı münasibəti yaxşı olmadığından alimenti ödəməkdən imtina etmiş, barəsində icra qurumu tərəfindən məcburi icra hərəkətləri aparılmış, icra məmuru tərəfindən barəsində üç dəfə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib iki dəfə 10 gün, sonuncu qərar üzrə isə 9 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da yaranmış borcu tam ödəməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən ona xəbərdarlıq edilmişdir. İcra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə borcu 5360,00 manat təşkil etmişdir. Onun barəsində hazırki cinayət işi başlanılan vaxtdan hazırki vaxtadək olan dövrdə o, zərərçəkmiş şəxsə hissə-hissə olmaqla ümumilikkdə 900 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxsə borclu olduğu qalıq məbləği maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini bildirərək, məhkəmədən ona cəza təyin edilərkən qeyd olunan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Fərid və Fidan adlı övladları doğulmuş, ilk dövrdə Təqsirləndirilən şəxsla münasibəti yaxşı olsa da, sonradan münasibətləri pozulmuş və 2019-cu ildə faktiki ayrılaraq uşaqlarla birlikdə valideyinlərinin evinə köçmüş, uşaqların saxlanması üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 08 noyabr 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 170,00 manat olmaqla, ümumilikdə 340,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən aliment ödənilmədiyindən məcburi icra tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs barəsində üç dəfə inzibati protokol tərtib edilmiş və o məhkəmə qərarına əsasən 3 dəfə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra da icra məmuru tərəfindən qətnaməni icra etmək üçün Samirə yenidən müddət verilməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələr gətirərək aliment üzrə yaranmış borcunu ödəməmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək 5360,00 manat aliment borcu ödənilməmiş qalmışdır. Borclu Təqsirləndirilən şəxs dəfələrlə icra məmuruna aliment üzrə ödəniş etməcəyini bildirərək icra məmurunun çağırışlarından yayınmış, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, Sumqayıt şəhərində sərnişindaşıma avtobusunda sürücü kimi işləyib qazanc əldə etməsinə baxmayaraq alimenti ödəməkdən yayınmış, bir ata kimi öz övladları ilə maraqlanmamışdır. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi başlandıqdan sonra o, hissə-hissə olmaqla ona ümumilikdə 900 manat pul ödəmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs ona hazırda ödəməli olduğu aliment məbləği 7000 manatdan artıqdır. Zərərçəkmiş şəxs ona ödənilməli olan aliment borcunun tam olaraq ödənilməsini tələb edərək, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 verilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və həmin tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilərək, könüllü bildirşlə borcluya göndərilmiş, borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş, eyni zamanda tələbin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmiş, borclu Təqsirləndirilən şəxs yaşayış yeri müəyyən edilmədiyi üçün və Sumqayıt şəhəri üzrə İcra idarəsinə çağırışlara gəlmədiyi üçün xx.xx.2020-ci il tarixdə borclunun axtarışı barədə qərar qəbul edilərək icraya yönəlmiş, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən borclu Təqsirləndirilən şəxs yeri müəyyən edilərək İcra idarəsinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə izahatı alınaraq həmin tarixdə barəsində inzibati protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuş və məhkəmənin xx.xx.2020-ci il tarixli inzibati qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmiş. Təqsirləndirilən şəxs inzibati həbsdən sonra da aliment borcunu ödəməmiş və yenidən 2 dəfə İXM-nin 528.1-ci maddəsi ilə inzibati qaydada həbs olunmuşdur. Bundan başqa məcburi icra tədbiri olaraq Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilmiş və Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İnzibati qaydada həbsdən sonra borclu Təqsirləndirilən şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinə dəvət edilmiş borcludan yenidən izahat alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə barəsində cinayət işinin başlanması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq verilmiş, tələbkar Hüseynova (Bədəlova) Suğraxanım Fizuli qızı 08 iyun 2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, borclu Təqsirləndirilən şəxs aliment borcunun olduğunu bildirmiş və sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat verilməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində görülmüş məcburi icra tədbirlərinə baxmayaraq borclunun icra sənədi üzrə 5360,00 manat ödənilməmiş aliment borcu yaranmış, eyni zamanda borclu Təqsirləndirilən şəxs məhkəmə qərarı üzrə tələbin məcburiliyi dəfələrlə şifahi, həmçinin rəsmi xəbərdarlıq formasında nəzərinə çatdırılmasına baxmayaraq, borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-687/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsini icra etməməyə davam etməklə faktiki imkanlarından istifadə etməmiş və bu hərəkətləri ilə qərəzliliyi nümayiş etdirmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə borclu Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, həmin mənzildə borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmədə şahid Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-687/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs iddiaçı X1 xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X6 oğlunun və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur. Qeyd olunan qətnamə 19 iyun 2020-ci il tarixdə icraya yönəldilərək, həmin tarixdə verilmiş icra vərəqəsi 01 iyul 2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. 01 iyul 2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sərvət Ramazanov tərəfindən icraata başlanılması barədə qərar qəbul edilərək, borclu Təqsirləndirilən şəxs icranı 10 gün müddətində könüllü təmin etmək təklif olunmuşdur. Qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsində Təqsirləndirilən şəxs qətnamənin icra olunmaması ilə bağlı izahat alınmasına və qətnamə ilə ondan tutulması qət olunmuş məbləğin könüllü ödənilməsinin təklif olunmasına baxmayaraq, sonuncu məhkəmə qərarının icrası ilə əlaqədar icra sənədi üzrə tələbi könüllü icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə, Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə və Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən Təqsirləndirilən şəxs bildirişlər göndərilərək məhkəmə qətnaməsi üzrə olan borcunu 10 gün müddətində ödəməyi təklif olunmuş və əks halda barəsində toplanmış materialların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün etiraf edici, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə 900 manat ödəniş etməsini və törətdiyi cinayət əməlinin etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsinə dair belə nəticəyə gəlir ki, onun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, vurulmuş maddi ziyanın qismən ödənilməsi, o cümlədən cəzanı ağırlaşdıran halların olmaması, habelə cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınıraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2022-ci il tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı onun həbsə alındığı vaxtdan, yəni 04 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli (iş № 1(060)-305/2023) qərarını icra edərək, 18 yanvar 2023-cü il tarixli 18 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 04 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil Bürosunun vəkili X4 göstərdiyi 10 saat hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-305/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-305/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver