Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-306/2021 19.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, məhəllə 41, yataqxana 14, otaq 67-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 22 mart 2021-ci il tarixdə saat təxminən 20 radələrində aralarında yaranmış mübahisə zamanı Sumqayıt şəhəri, 41-ci məhəllə, 14 saylı yataqxananın qarşısında Zərərçəkmiş şəxs Hidayət oğlunun dodağına yumruqla zərbə vuraraq “üst və alt dodağın örtülü cərrahi tikişə ehtiyyacı olan yarası” sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bacısı X1 Zaur Fərhad oğlu ilə 2007-ci ildə nikaha girmiş və 2021-ci ilin fevralında Sumqayıt şəhər məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Onların birgə nikahlarından 2008-ci il təvəllüdlü X12, 2008-ci il təvəllüdlü X7 və 2010-cu il təvəllüdlü X8 adlarında 3 uşaqları vardır. Qətnaməyə əsasən hər 3 uşağın anası ilə yaşaması qərara alınmışdır. Zərərçəkmiş şəxs 2017-ci il tarixdə alimentin tutulması barədə Sumqayıt şəhər məhkəməsinin qətnaməsi olsa da, o, həmin alimenti mütəmadi olaraq ödəmədiyi üçün 8000 manat aliment borcu yaranmışdır. Zərərçəkmiş şəxs tez-tez bacısı ilə əlaqə saxlayaraq onu təhqir edirdi. 22.03.2021-ci il tarixdə saat 20 radələrində o, bacısı ilə birlikdə yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə, 14 saylı yataqxananın blokunun girişində olan zaman Zərərçəkmiş şəxs gəlməsini görmüş, o, Zaurdan nə üçün bacısını təhqir etməsinin səbəbini soruşduqda, Zərərçəkmiş şəxs ona aqressiv cavab vermişdir. Bu zaman yumruqla əvvəlcə Zaur onun başından və üz nahiyyəsindən vurmuş, o, da Zərərçəkmiş şəxs dodaq nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt orada olan tanımadığı şəxslər onları ayırmışdır. O, Zərərçəkmiş şəxs yerə yıxmamış, onun baş nahiyyəsinə təpiklə vurmamışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışığa cəht etməsini, lakin zərərçəkmiş şəxs onunla barışmadığını, himayəsində iki azyaşlı uşağının olmasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X5 ilə 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. 2017-ci il tarixdə boşanma haqqında razılığa gələrək 2021-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin qətnaməsi ilə rəsmi olaraq boşanmışlar. Birgə nikahdan 2008-ci il təvəllüdlü X12, 2008-ci il təvəllüdlü X7 və 2010-cu il təvəllüdlü X8 adlarında 3 uşaqları vardır. Keçmiş arvadı Samirə Əliyeva ilə 2017-ci il tarixdən ayrı yaşayırlar. 2021-ci il tarixdə Sumqayıt şəhər məhkəməsi tərəfindən qəbul olunmuş qətnaməyə əsasən hər 3 uşaqları Samirə Əliyevanın himayəsinə verilmiş, ona uşaqları ilə ünsiyyətdə olmaq hüququ verilmişdir. O, tez-tez uşaqları ilə ünsiyyətdə olmuş, telefon alaraq uşaqlarına vermişdir ki, onlarla əlaqə saxlasın. 22.03.2021-ci il tarixdə, saat 20 radələrində qızı Zəhraya zəng vuraraq onunla danışan zaman anası Samirə Əliyeva onun əlindən telefonu alaraq danışmasına imkan verməmiş, daha sonra isə ona qızı ilə danışmasını istəməməsini bildirmişdir. O, bundan sonra Samirə Əliyevanın yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə, 14 saylı yataqxanaya nə üçün uşaqları ilə görüşməyini istəməməsini soruşmaq üçün getmək qərarına gəlmişdir. 22.03.2021-ci il tarixdə taksi ilə həmin yataqxananın qarşısına gələn zaman Samirə Əliyeva ilə birgə yaşayan keçmiş qaynı Təqsirləndirilən şəxs ilə yataqxananın blokunda qarşılaşmışdır. Hidayət ona “xeyir olsun ki, sən bura gəlirsən” demiş, o, isə cavab olaraq öz uşaqlarını görmək üçün gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəlcə onun qara rəngli gödəkçəsinin yaxasından tutaraq dartmış, sonra yumruq zərbəsi ilə dodağına zərbə vurmuşdur. O alt və üst dodağından xəsarət almış, dişi sınmış, həmçinin onu yerə yıxaraq təpiklə başına vurmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını bildirərək, sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğlu, Təqsirləndirilən şəxs isə oğlu Zaurun keçmiş qaynıdır. Oğlu Zərərçəkmiş şəxs 2007-ci ildə X5 ilə ailə həyatı qurmuş, bu nikahdan 3 övladları dünyaya gəlmişdir. Samirə evləndikdən sonra onların evində yaşamağa başlamış, sonradan isə onların birlikdə yaşamasını istəməyərək 2016-cı ildən kirayə evə köçmüş, 2017-ci ildən isə oğlundan tamamilə ayrılaraq atasının evinə getmişdir. Oğlu 2021ci il tarixdə S.Əliyevadan Sumqayıt şəhər məhkəməsinin qətnaməsi ilə rəsmi olaraq boşanmış və oğluna uşaqları ilə görüşmək hüququ verilmişdir. 22.03.2021-ci il tarixdə saat 20 radələrində oğlu keçmiş arvadı S.Əliyevanın onu uşaqları ilə görüşməsinə icazə vermədiyini və S.Əliyevanın yaşadığı evə gedərək uşaqlarını görmək istədiyini bildirmiş və evdən çıxmışdır. O, həmin gün təxminən 20:45 radələrində dodağının alt və üst hissələri cırılmış və qanamış vəziyyətdə evə gəlmiş, paltarı tozun içərisində olmuşdur. Oğlu ona keçmiş qaynı Təqsirləndirilən şəxs yataqxananın qarşısında üzərinə hücum edərək yumruqla dodağını partlatmasını dişinə zərbə vuraraq sındırmasını bildirmişdir. Bundan sonra o, oğlunu Sumqayıt şəhər TTYX-na aparmışdır. Orada oğluna ilkin tibbi yardım göstərildikdən sonra onlar birlikdə polisə müraciət etmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 26.03.2021-ci il tarixli, 309 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Üst və alt dodağın sol yarısının qançırı, alt dodağın yarası, üst çənədə İİİ dişin travmatik laxlaması, sağ bazunun sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti 22.03.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” Mərkəzi tərəfindən 29.03.2021-ci il tarixdə tərtib edilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-08.10.2016-cı il təvəllüdlü X3 və 25.09.2017-ci il təvəllüdlü X4 vardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməlidir. Sadələşdirilmiş icraat materiallarında olan təhqiqatçının “cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 27 mart 2021-ci il tarixli qərarından görünür ki, həmin qərarın surəti Zərərçəkmiş şəxs Fərəz oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə göndərilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 07.04.2021-ci il tarixli (iş № 1(060)-306/2021) qərarını icra edərək, 08.04.2021-ci il tarixli 281 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib,1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə cəzası hökm qanuni qüvvəsini aldığı gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-306/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-306/2021
19.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver