Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-306/2022 25.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 16, otaq 33-də qeydiyyatda olan, ünvan 1də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını açıq talama məqsədilə 06 noyabr 2021-ci il tarixdə saat 14 radələrində, Sumqayıt şəhəri, H.Əliyev prospekti ərazisindəki parkda yerləşən “Salam-i” restoranının yaxınlığında Zərərçəkmiş şəxs yaxınlaşıb, 1000,00 (bir min) manat dəyərində 01 (bir) ədəd “Samsung” markalı, “SM-G988BDS” (S20 Ultra 5G) modelli 128 GB yaddaşlı mobil telefonu sonuncunun əlindən dartıb alaraq, hadisə yerindən qaçmaqla zərərçəkmişə məxsus mobil telefondan ibarət əmlakı açıq yolla talamaqla soyğunçuluq etməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə, yəni Zərərçəkmiş şəxs ətrafdakı şəxsləri köməyə çağırması və təsadüfən orada olan Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid1 onun (Təqsirləndirilən şəxs) qaçıb getməsinə imkan verməyərək tutması səbəbindən əməlini başa çatdıra bilməmişdir. İstintaq orqanı verdiyi ittihama görə Təqsirləndirilən şəxs özgə əmlakını açıq yolla talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 12:00 radələrində, yaşadığı evdə bir qədər spirtli içki araq qəbul etdikdən sonra, 3 nömrəli marşurut avtobusu ilə Sumqayıt şəhərinə yola düşmüş, Sumqayıt şəhəri, H.Əliyev prospekti ərazisində marşurut avtobusundan enib, H.Əliyev prospektindəki parkda yerləşən “Salam-i” restoranına tərəf getmişdir. Təxminən saat 14 radələrində sözügedən parkda olan zaman, 1 nəfər tanımadığı, təxminən 50-55 yaşlarında kişinin parkda piyada hərəkət edərək mobil telefonla danışdığını görmüş və həmin şəxsin mobil telefonunu əlindən dartıb alaraq qaçmaq qərarına gəlmişdir. Sonra astaca arxadan həmin kişiyə yaxınlaşaraq, telefonu həmin şəxsin əlindən zorla dartıb almış və həmin ərazidən uzaqlaşmaq üçün, 36-cı məhəllə ərazisinə, “Azza” şirniyat evinin arxasındakı məhəlləyə, yaşayış binalarına tərəf qaçmışdır. Telefonunu əlindən zorla dartıb aldığı şəxs onun arxasınca qaçaraq, onun dayanmasını və telefonu qaytarmasını tələb etsə də, ona çata bilməmişdir. Ancaq həmin şəxsin, onu saxlaması üçün qışqıraraq ətrafdakı şəxslərdən kömək istəməsini eşidən, onun tanımadığı bir nəfər kişi məhəllə ərazisində onu saxlayaraq, polis əməkdaşı olduğunu bildirmiş, az müddətdən sonra digər mülki geyimli şəxslər də, ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmiş və onu polis bölməsinə aparmışlar. Onun götürdüyü telefonu gizlətməyə, kiməsə verməyə imkanı olmamış, polis bölməsində törətdiyi cinayət əməlini etiraf edərək, hadisənin təfərüatları ilə bağlı izahat vermiş və götürüb qaçdığı “Samsung” markalı, “SM-G988BDS” (S20 Ultra 5G) modelli mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, “Samsung” markalı, “SM-G988BDS” (S20 Ultra 5G) modelli mobil telefonununun qaçırdığı şəxs Zərərçəkmiş şəxsdur. Törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 14də Sumqayıt şəhəri, H.Əliyev prospektindəki parkda yerləşən “Salam-i” restoranının yaxınlığında, ona məxsus “Samsung” markalı, “SM-G988BDS” (S20 Ultra 5G) modelli mobil telefonla danışaraq piyada hərəkət etdiyi zaman, tanımadığı bir nəfər təxminən 40- 45 yaşlarında olan kişi ona yaxınlaşıb, onun danışdığı sözügedən mobil telefonundan tutub dartaraq onun əlindən almağa çalışmış, o, telefonunu daha da bərk sıxaraq, həmin şəxsin telefonu onun əlindən dartıb almasına mane olmaq istəsə də, buna nail ola bilməmiş və həmin şəxs telefonu zorla onun əlindən dartıb alaraq qaçmağa başlamışdır. O, mobil telefonu onun əlindən dartıb alaraq qaçan həmin şəxsin arxasınca qaçaraq mobil telefonu qaytarmasını tələb etsə də, həmin şəxs onun tələbinə heç bir məhəl qoymamış və daha surətlə qaçaraq uzaqlaşmışdır. Belə olan halda o, uca səslə qışqırıb ətrafda olan şəxslərdən kömək etmələrini, onun telefonunu əlindən zorla alıb qaçan həmin şəxsi saxlamalarını xahiş etmişdir. Bu zaman tanımadığı bir nəfər kişi ona yaxınlaşıb, nə baş verdiyini soruşduqda o, telefonu onun əlindən alıb qaçan şəxsi göstərərək, həmin şəxsi saxlamasını xahiş etmişdir. Həmin şəxs, telefonu onun əlindən dartıb alaraq qaçan şəxsin arxasınca qaçaraq Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “Azza” şirniyat evinin arxasındakı məhəllədə, yaşayış binalarının yaxınlığında, telefonu onun əlindən alıb qaçan şəxsi saxlamışdır. Bundan sonra ona məlum olmuşdur ki, onun telefonunu talayan şəxsi tutub saxlayan şəxs Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı, polis serjantı Şahid1dir. Şahid1 digər polis əməkdaşlarına da, zəng edərək, həmin əraziyə çağırmış, polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu və eləcə də, onun telefonunu əlindən dartıb alaraq qaçan şəxsi inzibati ərazi aidiyyəti üzrə 3-cü Polis Bölməsinə dəvət etmişlər. Onlar heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 3-cü polis bölməsinə getmiş, bölmədə o, şikayət ərizəsi ilə müraciət edərək, mobil telefonu onun əlindən zorla dartıb alaraq talayan şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bölmədə ona məlum olmuşdur ki, mobil telefonunu onun əlindən zorla dartıb alaraq talayan şəxs Təqsirləndirilən şəxsdur. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində hadisə baş verən zaman ətrafda tanımadığı bir neçə şəxs şəxs olsa da, o, həmin şəxsləri tanımadığını, mobil telefonunu onun əlindən dartıb alaraq qaçan şəxsin, yəni Təqsirləndirilən şəxs əlində hər hansı bir silah və ya silah qismində istifadə olunan əşya olmadığını Təqsirləndirilən şəxs onun əlindən dartıb almaqla açıq yolla taladığı ona məxsus “Samsung” markalı, “SM-G988BDS” (S20 Ultra 5G) modelli mobil telefonun qara rəngli, işlək və saz vəziyyətdə olduğunu, 8 ay əvvəl 2200(iki min iki yüz) manata alaraq həmin vaxtdan da, istifadə etdiyini, telefonun hazırkı dəyərinin 2000(iki min) manat olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi 07 aprel 2022-ci il tarixli ərizəsində göstərmişdir ki, mobil telefonu ona qaytarılmışdır, şikayətçidir, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi 28 iyun 2022-ci il tarixli ərizəsində isə göstərmişdir ki, mobil telefonu ona qaytarılmışdır, cəza məsələsini məhkəmənin öhdəsinə buraxır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru vəzifəsində xidmət edir, xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində idarə etdiyi avtomobillə, mülki geyimdə Sumqayıt şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman, prospektdə yerləşən parkda, “Salami” restoranının yaxınlığında bir nəfər təxminən 50-55 yaşlarında olan kişinin uca səslə qışqırıb “kömək edin” “onu saxlayın” deyərək, qaçdığını görmüş, o, dərhal avtomobilini dayandırıb, kömək istəyən həmin şəxsin yanına gedib nə baş verdiyini, nə üçün qışqırıb kömək istədiyini soruşduqda, həmin şəxs, bir qədər öndə qaçan bir nəfər orta yaşlı kişini göstərərək, qaçan kişinin həmin şəxsin əlindən mobil telefonunu zorla dartıb alaraq, qaçdığını bildirmişdir. O, həmin şəxsin göstərdiyi, bir qədər öndə qaçan şəxsin arxasınca qaçıb, Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “Azza” şirniyat evinin arxasındakı yaşayış binalarının yanında sözügedən şəxsi tutub saxlamış və özünü təqdim edərək, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşı Rafayıl Musayev olduğumu bildirib, saxladığı şəxsdən də, özünü təqdim etməsini xahiş etmiş, tutub saxladığı şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Az sonra mobil telefonunun talandığını bildirən və ondan kömək istəyən həmin şəxs, yəni vətəndaş Zərərçəkmiş şəxs da, onların yanına yaxınlaşmışdır. O, Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs mobil telefonunu açıq yolla talayıb qaçdığını soruşduqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindən mobil telefonu dartıb alaraq qaçdığını, həmin mobil telefonun Təqsirləndirilən şəxs əlində olduğunu bildirib, telefonu ona göstərmişdir. Sonra o, ərazidə xidmətdə olan Sumqayıt ŞPİ-nin CAŞ-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 zəng edib, soyğunçuluq cinayəti törətməkdə şüphəli olan şəxsi saxladığını bildirib, Şahid2 də, olduğu yerə çağırmışdır. Qısa müddət ərzində Şahid2, Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektoru, polis serjantı Şahid3la birlikdə onun yanına getmişlər və hər ikisi xidməti vəsiqələrini Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs göstərib özlərini təqdim etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs və eləcə də, Zərərçəkmiş şəxs onlarla birlikdə inzibati ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə getmələrini təklif etmiş, hər iki vətəndaş etiraz etməyib onlarla birlikdə Polis Bölməsinə getmişlər. Polis Bölməsinə çatdıqdan sonra o, hadisə barədə bölmə rəhbərliyinə raportla məruzə etmiş, bölmədə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsun əlindən mobil telefonu tamah məqsədi ilə zorla dartıb alaraq, hadisə yerindən qaçdığını, yəni Zərərçəkmiş şəxsun əmlakını açıq yolla taladığını etiraf edərək, həmin “Samsung” markalı, “SM-G988BDS” (S20 Ultra 5G) modelli markalı mobil telefonu təhqiqatçıya təqdim etmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində Şahid1 dediklərini təsdiqləyərək eyni məzmunlu ifadə verdi. Şahid3 istintaq zamanı verdiyi ifadəsində Şahid1 dediklərini təsdiq etmiş, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 06 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2021-ci il tarixdə, saat 20:30-da tutulmuşdur. (i.v. 29-30) İş materiallarında olan 08 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və 08 noyabr 2021-ci il tarixdə, saat 09:30-da MSY-dən azad edilmişdir. (i.v. 61-63) İş materiallarında olan baxış keçirilməsi haqqında 06 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 (bir) ədəd “Samsung” markalı, “SM- G988BDS” (S20 Ultra 5G) modelli 128 GB yaddaşlı mobil telefon götürülmüş, Zərərçəkmiş şəxs məxsus olan həmin telefona baxış keçirilmiş, Zərərçəkmiş şəxs təqdim edilən telefonun onun olduğunu bildirmişdir. (i.v. 11-12) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1; 180.2.4-cü maddələrinə əsasən 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (i.v. 71-73) İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/8108 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı, “SM-G988BDS” (S20 Ultra 5G) modelli 128 GB yaddaşlı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessarların olmamasınə və istifadədə olduğunu nəzərə alaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 1000,00 manat müəyyən olunur. (i.v. 83-85) İş materiallarında olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung” markalı, “SM-G988BDS” (S20 Ultra 5G) modelli 128 GB yaddaşlı mobil telefon cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. (i.v. 86-87) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər.” Həmin Qərarın 7-ci bəndində göstərilmişdir ki, “Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir....” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Amma onun əməli Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin əməlini tövsif edərkən “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarındakı hüquqi mövqeyi də nəzərə alır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs 06 noyabr 2021-ci il tarixdə saat 14 radələrində, Sumqayıt şəhəri, H.Əliyev prospekti ərazisindəki parkda yerləşən “Salam-i” restoranının yaxınlığında Zərərçəkmiş şəxs yaxınlaşıb, onun “Samsung” markalı, “SM-G988BDS” (S20 Ultra 5G) modelli 128 GB yaddaşlı mobil telefonunu əlindən dartıb alaraq, hadisə yerindən qaçmaq istəmiş, bununla zərərçəkmişə məxsus mobil telefondan ibarət əmlakı açıq yolla talamaqla soyğunçuluq etməyə cəhd etmiş, lakin Zərərçəkmiş şəxs səs-küy salmış, qışqıraraq ətrafdakı şəxsləri köməyə çağırmış, onu təqib etmiş, gözdən itməyə imkan verməmiş, təsadüfən orada olan və səsküyə görə Zərərçəkmiş şəxs yaxınlaşan Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid1 Təqsirləndirilən şəxs arxasınca qaçaraq onu tutmuş, qaçıb getməsinə imkan verməmiş, polis əməkdaşlarını hadisə yerinə çağırmışdır. Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan həmin səbəblərə görə əməlini başa çatdıra bilməmiş, onun talamaq istədiyi əmlakla bağlı sərəncam vermək imkanı olmamışdır. Ona görə də, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29, 180.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilirlər. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Vaqif oğluna cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29, 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs Vaqif oğluna bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung” markalı, “SM-G988BDS” (S20 Ultra 5G) modelli 128 GB yaddaşlı mobil telefonun saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınaraq sahibinə qaytarılmış hesab edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş, 25 (iyirmi beş) saat vaxt sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul ödənilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2021-ci il tarixdə, saat 20:30-da tutulmuş, 08 noyabr 2021-ci il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və 08 noyabr 2021-ci il tarixdə, saat 09:30-da MSY-dən azad edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 180.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 noyabr 2021-ci il tarixdən 08 noyabr 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE********************saylı hesabına (VÖEN **********) köçürülsün. Maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung” markalı, “SM-G988BDS” (S20 Ultra 5G) modelli 128 GB yaddaşlı mobil telefonun saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-306/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-306/2022
25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver