Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-306/2023 05.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə , xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ov 51 mənzil 35-də qeydiyyatda olan və Abşeron rayonu Saray qəsəbəsi Üzümlük yaşayış massivi, fərdi evdə yaşayan Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə günorta saat 15 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yerləşən fərdi evinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq həyətdə olan 01 ədəd “Adidas" markalı velosipedi gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2022-ci il tarixdə gecə 02 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi 2-ci məhəllə ərazisində yerləşən fərdi evinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq həyətdə olan 01 ədəd “Stark" markalı velosipedi gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş itdihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər də oğurluq cinayəti törətdiyinə görə 2 dəfə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına, sonra azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Amnistiya qərarı ilə cəzası azadılmış, vaxtından əvvəl azad edilmiş, lakin məhkumluğu ödənilməmişdir, O, 2022-ci ilin avqust ayında azadlığa çıxmışdır və 6 ilə yaxındır ki, narkotik vasitələrdən və psixatrop maddələrdən istifadə edir. Ailə üzvləri ona narkotik vasitə və psixatrop maddə almaq üçün pul verməyiblər. Buna görə də o, məcbur olub oğurluq etmək qərarına gəlmişdir. Buna görə də gün ərzində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivini gəzərək kimsənin yaşamadığı evlər axtarmış, xx.xx.2022-ci il tarixdə günorta saat 15 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində gəzən zaman bir evin həyətinə boylanmışdır. Evdə işıqların tam yanmadığına, və heç kimin olmadığına əmin olduqdan sonra həyətə qanunsuz olaraq hasardan tullanıb daxil olmuşdur. Sonra həyətdə Adidas markalı velosipedin olduğunu görmüş, həmin velosipedə minib həyətin çöl qapısını açmış və velosipedi sürərək oradan uzaqlaşmışdır. Həmin velosipedi oğurladıqdan sonra bütün gecəni çöldə qalmışdır. Oğurladığı velosipedi səhəri gün səhər saat 10 radələrində Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən metal qəbulu sexini işlədən Şöhrət adlı şəxsin yanına aparmış, Şöhrətlə görüşdükdən sonra həmin velosipedi 20 manata satmaq istədiyini demişdir. Şöhrət velosipedi yoxladıqdan sonra ona 20 manat pul verib velosipedi ondan almışdır. O, əldə etdiyi 20 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra təkrarən xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində gəzən zaman işıqları yanmayan bir evin həyətinə boylanmışdır. Evdə işıqların yanmadığına, ətrafa baxaraq heç kimin olmadığına əmin olduqdan sonra həyətə qanunsuz olaraq hasardan tullanmaqla daxil olmuşdur. Sonra həyətdə “Stark" markalı velosipedin olduğunu görmüşdür. Həmin velosipedə minib həyətin çöl qapısını açmış və velosipedi sürərək oradan uzaqlaşmışdır. Həmin velosipedi oğurladıqdan sonra bütün gecəni çöldə qalmışdır. Oğurladığı velosipedi səhər saat 09 radələrində Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən metal qəbulu sexini işlədən Şöhrət adlı şəxsin yanına aparmışdır. Şöhrətlə görüşdükdən sonra Şöhrətə həmin velosipedi 30 manata satmaq istədiyini demişdir. Şöhrət velosipedi yoxladıqdan sonra ona 30 manat pul verib velosipedi ondan almış və işlədiyi sexə qoymuşdur. O, əldə etdiyi 30 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Etdiyi əməldən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə, zərərçəkmiş və şahid ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilir. İş üzrə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, gündəlik olaraq hər səhər saat 08 radələrində evdən çıxıraq işə gedir, saat 20 radələrində işdən evə qayıdır. Evdə arvadı X2, iki övladı ilə qalır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, işdən qayıtdıqda evin həyətində saxladığı "Adidas" markalı 29-luq velosipedin yerində olmadığını görmüş, bundan sonra həyəti və evi axtarmış, lakin velosipedi tapa bilməmişdir. Velosipedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bilmişdir. Lakin, işləri ilə əlaqədar olaraq o, həmin günü polisə məlumat verə bilməmişdir. Bir neçə vaxt keçdikdən sonra isə baş verən hadisə ilə bağlı polisə məlumat vermişdir. Həmin velosiped ona məxsusdur. Velosipedi təxminən bir il bundan əvvəl 400 manata almışdır. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur İş üzrə Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə baxışında Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi elan edilmiş ifadəsində göstərmişdir ki, o, gündəlik olaraq hər səhər saat 07 radələrində evdən çıxıraq işə gedir, saat 18 radələrində işdən evə qayıdır. Evdə arvadı Şahid1 tək qalır. xx.xx.2022ci il tarixdə səhər saatlarında arvadı Şahid1 ona zəng edərək evin həyətində saxladığı, özünə məxsus olan “Stark" markalı 27-lik xelosipedin yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlana biləcəyini demişdir. Bundan sonra o, həyat yoldaşı Tünzaləyə ətrafa yaxşı baxmasını tapşırmış, o da öz növbəsində həyəti bütünlüklə axtarmış, lakin velosipedin həyətdə olmadığını müəyyən etmişdir. Yoldaşı Tünzalə baş verən baş verən hadisə ilə bağlı polisə məlumat vermiş, bu səbəbdən polis əməkdaşları yaşadıqları ünvana gələrək hadisə yerinə baxış keçirərək və baş verən hadisə ilə bağlı yoldaşı Tünzalədən ərizə və izahat almışlar. O, həmin velosipedi 2022-ci ilin avqust ayının 12-si ilkin ödəniş etməklə 18 aylıq kreditlə 621 manata almış və hal hazırda həmin velosipedin kreditini ödəyir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, X3 məxsus Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 8-in zirzəmisini icarə əsasında işlədir. İcarə haqqı olaraq Vasifə ayda 100 manat pul verir. Həmin zirzəmini metal qəbulu məntəqəsi olaraq işlədir. Zirzəmi balaca olduğu üçün elə də böyük əşyalar almır. O, Təqsirləndirilən şəxs qısa bir müddətdir ki tanıyır. Təqsirləndirilən şəxs əvəllər plastik və dəmir materialdan olan əşyalar gətirib ona satmış və o da almışdır. 2022-ci ilin oktyabr ayının sonlarına yaxın səhər saatlarında İlkin işlədiyi metal qəbulu yerinə gələrək "Adidas” markalı velosipedinin olduğunu, satdığını bildirmişdir. O. İlkindən neçəyə satdığını soruşduqda İlkin ona dəqiq qiymət deməmişdir. O, İlkindən təkrar olaraq həmin velosipedin özünə məxsus olduğunu, oğurluq olmadığını soruşmuşdur. İlkin təkidlə ona and içərək özünə məxsus olduğunu demişdir. Bundan sonra velosipedə görə 20 manat İlkinə vermiş və İlkin çıxıb getmişdir. Bundan bir neçə gün keçdikdən sonra İlkin yenidən başqa bir velosipedlə gələrək həmin velosipedi də satmaq istədiyini demişdir. O, velosipedin qiymətini soruşmuş, İlkin velosipedi 30 manata satdığını bildirmişdir. İlkindən həmin velosipedin kimə məxsus olmasını soruşmuş və İlkin and içərək özünə məxsus olduğunu demişdir. O. İlkinə inanmış və buna görə İlkinə 30 manat pu vermiş, İlkin pulu alaraq getmişdir. Bir neçə gün sonra işlədiyi yerə polislər gəlmişlər. İlkinin ona satdığı velosipedlərin oğurluq olduğunu deyib aldığı velosipedləri təqdim etməyini istəmişlər. O, həmin velosipedlərdən birini təqdim etmişdir. İkinci velosipedi tanımadığı şəxsə satdığı üçün isə təqdim edə bilməmişdir. Məhkəmə iclasında Şahid3 bildirdi ki, Sumqayıt ŞPİ-nin PPXT-da polis nəfəri vəzifəsində xidmət edir, rütbəsi polis serjantıdır. xx.xx.2022-ci il tarixdə postaçı yoldaşı Şahid4la xidməti ərazidə 9187 çağırışlı avtopatrulla Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində gecə saat 03:10 radələrində xidmətdə olan zaman yaşayış massivində olan xeyir-şər evinin yaxınlığında 1 nəfər şəxsi görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edərək ərazidə baş verən oğurluq hadisələri ilə bağlı onunla profilaktiki söhbət aparmışlar. Verilən suallara qeyri-səmimi cavablar verdiyi üçün Təqsirləndirilən şəxs 5-ci PB-nə dəvət etmişlər, İlkin etiraz etməyərək onlarla birlikdə PBnə gəlmişdir. PB-də həmin şəxsin əvvəllər oğurluq cinayətləri törətmiş, Sumqayıt şəhəri. 17-ci mikrorayon, ev 51, mənzil 35-də qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra həmin şəxs izahatı alınması üçün təhqiqata təqdim edilmiş və bununla bağlı raport tərdib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 28 noyabr 2022-ci il tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 50-51); 30 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v 82-83, 94-95). Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə haqqında axtarış elan edilmiş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt ŞPİ 5-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin 4(060)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə digər cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmışdır İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8708 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş və təqdim edilməyən qərarda göstərilən velosipedlərin 2022-ci ilin oktyabr-noyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri 850.00 manat müəyyən edilir. O cümlədən:
1. 01 ədəd istifadədə olmuş, normal vəziyyətdə, ağ-göy-qara rəngli, “Adidas” markalı, 29 ölçülü velosiped - 350,0 manat;
2. 01 ədəd istifadədə olmuş “Stark” markalı, 29 ölçülü velosiped (orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvaifq olaraq)-500,0 manat. (i.v. 120- 123) İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı polis kapitanı Ramin Əhmədovun tərtib etdiyi hadisə yerinə baxış barədə protokoldan göründüyü kimi, Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.(i.v. 8-9) İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı polis kapitanı Ramin Əhmədovun tərtib etdiyi hadisə yerinə baxış barədə protokoldan göründüyü kimi, Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v.26-29) İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı polis kapitanı Ramin Əhmədovun tərtib etdiyi təqdim etmə və götürmə haqqında protokoldan göründüyü kimi, Şahid2 Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Adidas” markalı velosipedi polisə təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 01 ədəd “Adidas” markalı velosiped zərərçəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən təhvil alınmışdır. sübutların qiymətləndirilməsi haqqında 24 dekabr 2022-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 180.1-ci maddələrinin tərkib əlamətləri müəyyən olunmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şahid2 əməlində AR CM-nin 194-cü maddəsinin tərkib əlanətləri müəyyən olunmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə 01 ədəd “Adidas” markalı velosiped sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə verilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, təqsirləndirilən şəxsin və şahid ifadələri, eləcə də digər istintaq hərəkəti protokolları sübut növü kimi qiymətləndirilmişdir( i.v. 124-128); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxlər şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olması, zərərçəkmiş şəxslərin heç bir şikayətinin olmaması, onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. İş materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 ay 08 gün hissəsi 03 ay 19 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3, 67.1 -ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay 04 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azadılmışdır. Cəzasının sonu xx.xx.2023-cü il tarixə düşən Təqsirləndirilən şəxs Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 ay 11 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Ancaq Təqsirləndirilən şəxs şərti olaraq vaxtından əvvəl azad edildiyi müddət keçməmiş, yəni cəzanın çəkilməmiş hissəsi ərzində yenidən az ağır cinayət törətmişdir. Ona görə də, onun barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona Cinayət Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar cəmi 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut – 01 ədəd “Adidas” markalı velosipedin zərərçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və müsadirə olunması təklif edilən predmet yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 23 (iyirmi üç) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Burosunun vəkili Müdafiəçi 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)-887/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, bu hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 571/2021 saylı, xx.xx.2021-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 03 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 ay 11 gün hissəsi ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 03 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut - 01 ədəd “Adidas” markalı velosipedin zərərçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 138 (bir yüz otuz səkkiz) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Ramiz Quliyev