Məhkəmə qərarları › İş №1(060)-307/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-307/2022

08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-307/2022 08.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Qusar rayonu, Düztahir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, dəmirçi usta kimi fəaliyyət göstərən, evli, məhkum olunmayan, Qusar rayonu, Düztahir kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixdə saat təxminən 00:30 radələrində ünvan 1-də yaşadıqları evdə Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Təqsirləndirilən şəxs qəsdən stulla Zərərçəkmiş şəxs bədəninə və ayaqlarına zərbələr vurmaqla sonuncuya saö qamış sümüyünü natamam yerdəyişməyən sınığı ilə müşayiət olunan sağ sşıq-baldır oynağı nahiyyəsinin qançırı-şişkinliyi, sağ bazu və saidin sağ dirsək oynağı nahiyyəsini əhatə edən genuş ölçülü qançırı, sağ budun dərialtı hemastoması, sol budun qançırları ilə nəticələnən, zərərçəkmiş şəxsin, yəni Zərərçəkmiş şəxs həyatı üçün təhlüklə olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs kimi ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, 2017-ci ildə Sumqayıt şəhəri sakini Əliayrova (Allahyarova) Mətanət Bağır qızı ilə ailə həyatı qurmudur, rəsmi nikahlarından 2018-ci il təvəllüdlü qızları Həcər dünyaya gəlmişdir. Evləndikdən sonra birlikdə Sumqayıt şəhərinə köçüb, müxtəlif ünvanlarda kirayə qalmışdırlar. Özü fərdi qaydada ev təmir ustası kimi fəaliyyət göstərir. Ər-arvad kimi münasibətləri yaxşı olmuş, arabir ailə daxili küçik söz-söhbətləri yaransa da, bunu ailə daxilində özləri həll etmişlər. 19.01.2022-ci il tarixdə axşam saatlarında evə gəlib yemək yemiş, sonra spirtli içki, araq qəbul etmişdir. Bir neçə saatdan sonra təxminən 20.01.2022ci il tarixdə saat 00:30 radələrində ailə daxili mübahisələri yaranmış, Mətanət ona cavab qaytarmış, o da əsəbiləşib otaqda olan stulu götürərək Mətanətin bədəninə və ayaqlarına vurmuşdur. Bu zaman Mətanət qışqırmış və o özünə gəlib Mətanətdən üzr istəmişdir. Səhər işə getmiş, daha sonra isə Mətanətin ondan şiakyətçi olduğunu bilmişdir. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2017-ci il tarixdə Qusar rayonu, Düztahir kəndi sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur, rəsmi nikahlarından 2018-ci il təvəllüdlü qızları Həcər dünyaya gəlmişdir. Evləndikdən sonra birlikdə Sumqayıt şəhərinə köçüb, müxtəlif ünvanlarda kirayə qalmışdırlar. Qair fərdi qaydada ev təmir ustası kimi fəaliyyət göstərir. Ailə qurduqdan bir müddət sonra Qairlə aralarında ailə daxili müqanişə və mübahisələri yaranmış, Qair onunla əsassız yeri mübahisələr yaratmışdır. 19.01.2022-ci il tarixdə axşam saatlarında Qair evə gəlib yemək yemiş və spirtli içki qəbul etmişdir. Bir neçə saatdan sonra 20.01.2022-ci il tarixdə saat təxminən 00:30 radələrində Qair evdə olan zaman yenə də onunla əsassız yerə mübahisə etməyə, onu və valideynlərini nalayiq ifadələrdə söyməyə başlamışdır. Bu zaman o Qairə iradını və əsəbi olduğunu bildirən zaman Qair otaqda olan stulu götürüb onun qollarına və ayaqlarına zərbələr vuraraq ona xəsarət yetirmiş, bu zaman o ağrılara dözməyib bağırmış və onu polisə şikayət edəcəyini demiş, Qair bunu eşitdikdən sonra sakitləşmişdir. Hadisədən sonra o, Polis Bölməsinə getmək istəsə də, Qair ondan üzr istəyərək onu getməyə qoymamışdır. Səhər gün Qair işə gedikdən sonra Qairin onu döyərək ona xəsarət yetirməsi barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və əşyalarını yığıb, qızını da götürüb, evdən çıxmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Novruzbəy qızı ifadəsində bildirdi ki, zərərçəkmiş şəxs Mətanət onun qızıdır. O, 2017-ci il tarixdə Qusar rayonu, Düztahir kəndi sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur, rəsmi nikahlarından bir qızları dünyaya gəlmişdir. Evləndikdən sonra birlikdə Sumqayıt şəhərinə köçüb, müxtəlif ünvanlarda kirayə qalmışdırlar. Qair fərdi qaydada əməklə məşğul olmuş, buna baxmayaraq maddi durumları pis olduğundan, onlara həmişə maddi köməklik və ev bazarlığı etmişdir. Qaiin evdə Mətanətlə əsassız yerə münaqişə yaratmasını Mətanət ona əvvəllər də bir neçə dəfə demişdir, o bu barədə ailə üzvlərinə bildirməmiş, Mətanətə ona səbrli olmağını, düzələcəyini bildirmişdir. Qairin özünü də, ailəsinə də narahatlıq yaratmamasını, nəyə ehtiyacları olsa ona deməsini xahiş etmişdir. Lakin Qair bir müddətdən sonra yenə də qızı Mətanəti incitmiş, Mətanət boşanmaqla bağlı məhkəməyə ərizə versə də, sonradan Qair onu dilə tutmuş, Mətanət də ərizəsini geri götürmüşdür. 20.01.2022-ci il tarixdə səhər saatlarına Mətanət ona zəng edərək həmin edvə Qairin stulla onun bədəninə zərbələr vurub xəsarətlər yetirdiyini, bununla bağlı polisə şikayət etdiyini, sonra isə Sumqayıtda yaşayan xalasının evinə gedəcəyini demişdir. O, əvvəlcə baş vermiş hadisə ilə bağlı ailə üzvlərinə demək istəməmiş, lakin axşam saatlarında oğlu İlham Qairin ona zəng edərək Mətanət barədə soruşduğunu deyəndə o oğlu İlhama hər şeyi danışmışdır. Ertəsi günü səhər saatlarında onlar Mətanəti xəstəxanaya aparmış, müayinə zamanı Mətanətin bədəni üzərində çoxlu xəsarətlər olduğu məlum olmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründəki ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Bacısı 2017-ci il tarixdə Qusar rayonu, Düztahir kəndi sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur, rəsmi nikahlarından bir qızları dünyaya gəlmişdir. Evləndikdən sonra birlikdə Sumqayıt şəhərinə köçüb, müxtəlif ünvanlarda kirayə qalmışdırlar. Qair fərdi qaydada əməklə məşğul olmuşdur. Qairlə əvvəlcədən münasibətləri soyuq olmuşdur. 20.01.2022-ci il tarixdə axşam saatlarında Qair ona zəng edərək Mətanətin harada olduğunu soruşmuş, o buna cavab olaraq Qairdən nə baş verdiyini soruşmuş, Qair onunla kobud danışdığı üçün əlaqəni kəsmişdir. Sonra anasına Qairin ona zıng etməsi barədə bildirdikdə anası ona Qairin Mətanəti döyərək xəsarət yetirdiyini, Mətanətin hal-hazırda xalasının evində olduğunu, o əsəbiləşməsin deyə bu hadisəni ondan gizlətdiyini, həmçinin Mətanətin də Qairdən polisə şikayıt etdiyini bildirmişdir. Ertəsi günü səhər saatlarında onlar Mətanəti xəstəxanaya aparmış, müayinə zamanı Mətanətin bədəni üzərində çoxslu xəsarətlər olduğu məlum olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 21.01.2022-ci il tarixli 90 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində “sağ qamış sümüyünün natamam yerdəyişməyən sınığı ilə müşayiət olunan sağ aşıq-baldır oynağı nahiyyəsinin qançırı-şişkinliyi, sağ bazu və saidin sağ dirsək oynağı nahiyyəsini əhatə edən geniş ölçülü qançırı, sağ budun dərialtı hemastoması, sol budun qançırları” xəsarətləri aşkar olunmuşdur ki, qeyd olunan xəsarətlər küt əşyanın təsirindən yaranmışdırlar, zərərçəkənin müayinəsindən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, stulla yetirilən zərbələrin təsirindən əmələ gələ bilərdilər və 01 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 02.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon Məhkəməsinin 02.02.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində təqsirli bilinmiş və 02 il islah işləri cəzasına məhkum edilmişdir. 05.07.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti 3 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” PHŞ 2 Nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 22 yanvar 2022-ci il tarixli, 29 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 2 nömrəli ASM-nin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 266 saylı 22 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatı yoxdur. İş materiallarında olan Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, 06.02.2018-ci il təvəvllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 03 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığından barəsində həmin maddə üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. O, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması və əməlindən səmimi peşman olması onun cəzasının yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzanın icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 15.02.2022-ci il tarixli (iş № 1(060)-307/2022) qərarını icra edərək, 16 fevral 2022-ci il tarixli 179 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar