Məhkəmə qərarları › İş №1(060)-308/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-308/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-308/2022 05.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçilər: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1994-cü il tarixində Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən Köhnə Mebel sexinin inzibati binasında məskunlaşan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü 234.2-ci maddələri, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Bakı çəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 10 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza müddətini çəkib qurtarmış, məhkumluğu olan, Sumqayıt şəhəri, Qubadlı rayonu, Aşağı Cibikli kəndində qeydiyyatda olmaqla, ünvan 4də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri, xx.xx.2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Sumqayıt şəhəri, yataqxana-1, məhəllə-41, ev-133 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özgənin əmlakını talama məqsədi ilə qabaqcadan əlbir olaraq, birlikdə xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri Yaşıl Dərə bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evinə pəncərəni sıxıb açmaq yolu ilə daxil olaraq orada dolabdan asılmış Zərərçəkmiş şəxs məxsus gödəkçənin iç cibində olan, sonuncuya məxsus 3000 manat pulu gizli talayıb, zərərçəkmiş şəxsə 3000 (üç min) manat ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini və psixatrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 01 noyabr 2021-ci il tarixdə, saat 19:15-də Sumqayıt ŞPİ-nin 4-cü PBnin və NMB-nin əməkdaşlarının Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində “Moxito” kafesinin arxasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman qara rəngli gödəkçənin sol iç cibində saxlamış olduğu yaşıl rəngli plastik qutunun içərisindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni 02 ədəd şəffaf rəngli sellofana bükülmüş və 05 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 07 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,243 qram, 0,453 qram, 0,034 qram, 0,027 qram, 0,020 qram, 0,027 qram, 0,020 qram ümumilikdə 0,824 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni 02 ədəd şəffaf rəngli sellofana bükülmüş, 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş, 04 ədəd gümüşü rəngli kağıza bükülmüş 07 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,178 qram, 0,146 qram, 0,050 qram, 0,038 qram, 0,025 qram, 0,026 qram, 0,032 qram ümumilikdə 0,495 qram çəkidə ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.2-ci maddəsi ilə qismən təqsirli bilərək göstərdi ki, 28 oktyabr 2021-ci il tarixdə Fərid ayaqqabısı cırıldığından ona zəng edib demişdir ki, “ayaqqabısı cırılıb, əgər əlavə ayaqqabısı varsa ona versin”. O ona əlavə ayaqqabısının olduğunu deyəndən sonra onlara getmişdir, Fəridlə onunla tanışlığı 2-ci Qarabağ müharibəsində şəhid olmuş qardaşı Nurlana görə olmuşdur. X21 birlikdə məşqə getmişlər, o ayaqqabını Fəridə verəndən bir qədər sonra yolla gedən zaman qonşuluqda yaşayan Təhmini görmüş, Təhminlə biraz söhbət etmiş, həmin vaxt Fərid və Rəşad isə kənarda dayanmışlar. Onlar söhbət etdikdən sonra Təhmin öz icarə əsasında idarə etdiyi avtomobilə əyləşib çıxıb getmiş, sonra onlar öz aralarında razılaşmışlar ki, Təhmin adlı şəxsin evinə girib nə tapsalar oğurlasınlar. Üçü birlikdə Təhmin adlı şəxsin yaşadığı evin qarşısına getmişlər. Rəşad evin qarşısında gözləmiş, onunla Fərid birlikdə evin zirzəmisinin pəncərəsindən içəri daxil olmuşlar, Fərid ilə birlikdə birinci mərtəbənin otaqlarını axtarmışlar, orada köhnə şüşə qablar, çarpayı, stol olmuşdur. Bir qədər sonra Rəşad da içəri daxil olmuş, oranı axtarmışlar, heç nə tapa bilməmişlər və birlikdə evdən gəldikləri yerdən çıxaraq uzaqlaşmışlar. Sonradan polis əməkdaşları həmin evə daxil olan şəxslərin onlar olduğunu müəyyən etmişlər. Fərid və Rəşadın valideynləri ev sahibinə dəymiş ziyanı ödəmişlər. Ev sahibi Zərərçəkmiş şəxs evindən 3000 (üç min) manat pul oğurlandığını bildirməsi barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, evdən pul oğurlamamış, Rəşad və Fərid adlı şəxslərin həmin evdən nəsə oğurluyuboğurlamaması barədə dəqiq məlumatı olmamış, hər ikisi ona evdən heç nə oğurlamadıqlarını bildirmişdilər. Onlar bundan başqa hər hansısa ünvana daxil olmamışlar, oradan oğurluq etməmişlər, ilk dəfə idi ki, belə bir hadisə törətmişlər. Zərərçəkmiş şəxs məxsus evə oğurluq etmək məqsədi ilə daxil olmuşlar, o düşünmüşdür ki, evdə 300-500 manat pul olar götürərlər. xx.xx.2021-ci il tarixdə, təxminən saat 19:15 radələrində Sumqayıt şəhəri, 30- cu məhəllə ərazisində yerləşən “Moxito” kafesinin arxasında olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər, PBdə olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X10 təqdim olunmuş, daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü əynində olan qara rəngli gödəkcənin sol iç cibində saxlamış olduğu yaşıl rəngli plastik qutunun içərisindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş və 05 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ümumilikdə 07 ədəd bükümdə narkotik vasit olan heroini, 02 ədəd şəffaf rəngli sellofana bükülmüş, 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş, 04 ədəd gümüşü rəngli kağıza bükülmüş ümumilikdə 07 ədəd nükümdə psixatrop maddə olan metamfetamini təqdim etmiş, həmin bükümlər polis əməkdaşı tərəfindən açılmış bükümlərdə spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin, ağ kristalşəkilli formada psixatrop maddə olan metamfetaminə bənzər kütlənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı o aşkar olunan maddələrin "heroin” və “metamfetamin” olduğunu, aşkar olunmuş həmin maddələri Sumqayıt şəhəri ərazisində olan “Evlər idarəsi”nin yaxınlığında əvvəllər məcburi köçkünlərin yaşadığı boş evlər olan ərazidən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilən kütlələr ekspert tədqiqatına göndərilməsi üçün elektron tərəzidə çəkilmiş, xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş, onlar tərtib edilmiş protokola imza etmişlər. Üzərindən aşkar olunan narkotik vasitə olan heroini və psixatrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamış və həmin narkotik vasitədən heç kimə satmamış və ya hədiyyə verməmişdir. Narkotik vasitələrin və psixatrop maddələrin satışı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə və polis bölməsinə gətirildiyi zaman şəxsi axtarış keçirməmişdirlər. X1 “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsini və 2020-ci ilin oktyabr ayında Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmasını, valideynlərinin hər iksinin bundan sonra dərdə dözməyərək ölmələrini, mövcud ağır ailə vəziyyətini, ilk dəfə məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını nəzərə almağı xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, artıq xeyli müddətdir ki, heç bir yerdə işləmir. xx.xx.2021-ci il tarixdə tanışı Elşən adlı şəxslə Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində görüşmüşlər, bir qədər sonra Fərid adlı şəxs ayaqqabı götürmək üçün Elşənin yanına gəlmiş, Elşən ona ayaqqabı vermişdir. Bir qədər küçədə dayandıqdan sonra Elşənin tanışı Təhmin adlı şəxs gəlmiş, Elşən onunla təkbətək söhbət etmişdir. Həmin vaxt o və Fərid isə kənarda dayanmışlar, onlar söhbət etdikdən sonra Təhmin öz icarə əsasında idarə etdiyi avtomobilə əyləşib çıxıb getdikdən sonra onlar öz aralarında razılaşmışlar ki, Təhmin adlı şəxsin evinə girib, nə tapsalar oğurlasınlar. Üçü birlikdə Təhmin adlı şəxsin yaşadığı evin qarşısına gedib evin qarşısında gözləmiş, Fərid ilə Elşən birlikdə evin zirzəmisinin pəncərəsindən içəri daxil olmuşdur. O onları bir qədər gözləmiş, gəlmədiklərini gördükdə o da evin pəncərəsindən içəri daxil olmuş, otaqları bir qədər gəzmişlər, heç nə tapmamış və evdən çölə çıxmışlar. Sonradan polis əməkdaşları Fəridi müəyyən edərək, polis bölməsinə dəvət etmişlər, sonradan o da Polis İdarəsinə getmiş, onun və Fəridin valideynləri ev sahibinə dəymiş ziyanı ödəmişlər. Evdən pul oğurlamamış, Fərid və Elşən adlı şəxslərin həmin evdən nəsə oğurluyub-oğurlamaması barədə dəqiq məlumatı olmamış, hər ikisi ona evdən heç nə oğurlamadıqlarını bildirmişdirlər. Onlar bundan başqa hər hansısa ünvana daxil olmamışlar, oradan oğurluq etməmişlər, ilk dəfədir ki, belə bir hadisə törətmişlər. Evə oğurluq etmək məqsədi ilə daxil olmuşlar, o düşünmüşdür ki, evdə 300-400 manat pul olar götürərlər. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, artıq xeyli müddətdir ki, heç bir yerdə işləmir, əvvəllər isə avtoyuma məntəqəsində yuyucu işləmiş, lakin səhhətində nasazlıq olduğundan işdən ayrılmalı olmuşdur. 28 oktyabr 2021-ci il tarixdə ayaqqabısı cırıldığından tanışı Elşənə zəng edib demişdir ki, ayaqqabısı cırılıb, əgər əlavə ayaqqabısı varsa ona versin. Elşən onda əlavə ayaqqabının olduğunu deyəndən sonra o onun yaşadığı evə getmişdir. Onunla Elşənin tanışlığı Elşənin 2-ci Qarabağ müharibəsində şəhid olmuş qardaşı Nuralana görə olmuş, Nurlanla o birlikdə məşqə getmişlər. O Elşənin evinə getmiş və orada elə Elşənə görə tanıdığı tanışı Rəşadı görmüş, Elşən ayaqqabını ona verəndən bir qədər sonra onunla qonşuluqda yaşayan Təhminlə görüşmüş, Elşən onunla təkbətək söhbət etmişdir. Həmin vaxt o və Rəşad isə kənarda dayanmışlar. Onlar söhbət etdikdən sonra Təhminə öz icarə əsasında idarə etdiyi avtomobilə əyləşib çıxıb getmiş, sonra onlar öz aralarında razılaşmışlar ki, Təhmin adlı şəxsin evinə girək nə tapsalar oğurlasınlar. Üçü birlikdə Təhmin adlı şəxsin yaşadığı evin qarşısına getmişlər. Rəşad evin qarşısında gözləmiş, onunla Elşən birlikdə evin zirzəmisinin pəncərəsindən içəri daxil olmuşlar. Elşən ilə birlikdə birinci mərtəbənin otaqlarını axtarmışlar, orada köhnə şüşə qablar, çarpayı, stol var idi. Oranı axtarmışlar, oradan o heç nə tapa bilməmiş və birlikdə evdən gəldikləri yerdən çıxaraq uzaqlaşmışlar. Sonradan polis əməkdaşları onu müəyyən edərək, polis bölməsinə dəvət etmişlər, o orada baş verən hadisəni danışmışdır. Sonradan onun və Rəşadın valideynləri ev sahibinə dəymiş ziyanı ödəmişlər. Evdən pul oğurlamamış, Rəşad və Elşən adlı şəxslərin həmin evdən nəsə oğurluyub-oğurlamaması barədə dəqiq məlumatı olmamış, hər ikisi ona evdən heç nə oğurlamadıqlarını bildirmişdirlər. Onlar bundan başqa hər hansısa ünvana daxil olmamışlar, oradan oğurluq etməmişlər, ilk dəfə idi ki, belə bir hadisə törətmişlər. Evə oğurluq etmək məqsədi ilə daxil olmuşlar, o düşünmüşdür ki, evdə 200-300 manat pul olar götürsünlər. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Sumqayıt şəhəri Yaşıl Dərə bağlar massivi ərazisində yerləşən evdə ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə o Abşeron rayonu Saray qəsəbəsinə öz işi ilə əlaqədar olaraq getmiş, həmin vaxt həyat yoldaşı da işdə olmuş, oğlu Təhmin isə evdə olmamış və yaşadıqları evdə heç kim olmamışdır. Həmin gün saat 19 radələrində həyat yoldaşı ilə hər ikisi evə gedərək bir başa ikinci mərtəbəyə qalxmışlar. Bir qədər sonra oğlu Təhmin evə gəlmiş və onunla münasibəti yaxşı olmadığından həyat yoldaşına “get gör haralarda olub” sözünü demişdir. Bir qədər sonra oğlu və həyat yoldaşı onu çağırmışlar və evin birinci mərtəbəsində pəncərənin açıq olduğu və əşyaların bir qədər fərqli şəkildə yığıldığını bildirmişlər. Onlar bir daha evə baxmışlar, həmin vaxt o evin birinci mərtəbəsində olan dolaba asdığı iş paltarlarının cibinə qoyduğu 3000 manat pulunun oğurlanıb-oğurlanmadığını düşünüb həmin paltarı ciblərinə baxdıqda orada qoyduğu ona məxsus 3000 (üç min) manat pulunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Sonradan yaxınlıqda yaşayan qonşusunun evinə qurduğu təhlükəsizlik kameralarına baxdıqda üç nəfər şəxsin onların yaşadıqları evə daxil olduqlarını görmüşdür. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilkdə ona 3000 (üç min) manat maddi ziyan dəymişdir, yaşadığı evdə başqa hər hansısa əmlak oğurlanmamışdır. Həmin pulları ailə üzvlərindən də gizlətmiş və buna görə də evin ikinci mərtəbəsində deyil, birinci mərtəbəsində yerləşən dolabda olan iş paltarlarının cibinə qoymuşdur. Oğurluq hadisəsi xx.xx.2021-ci il tarixdə baş verdiyi halda bu barədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə xx.xx.2021-ci il tarixdə müraciət etməsi barədə bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Şirvan şəhərinə qonaq gedəcəyi üçün həmin vaxt şikayət etməmişdir ki, nəvəsinin ad günündən sonra şikayət edər. Şirvana gedib gəldikdən sonra qonşudan evlərinə üç nəfər şəxsin daxil olmasını əks etdirən görüntüləri də əldə etdikdən sonra bu barədə Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə müraciət etmişdir. Polis Bölməsində ilkin müraciəti zamanı oğurluq hadisəsinin xx.xx.2021-ci il tarixdə baş verdiyini dəqiq qeyd etməmiş, oğurluq hadisəsindən bir gün sonra rayona getmişlər, buna görə də dəqiq xatırlamışdır ki, hadisə xx.xx.2021-ci il tarixdə günorta saatlarında baş vermişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, onlara yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, onlara yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt şəhər 8-ci mikrorayon ərazisində köhnə mebel fabrikində yaşayan Təqsirləndirilən şəxs1 mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 01 noyabr 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa o başçılıq etmiş, idarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvləri Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü xx.xx.2021-ci il tarixdə, təxminən saat 19:15 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən “Moxito” kafesinin arxasında piyada hərəkət etdiyini müşahidə etmiş, bundan sonra qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmişlər. Sonra özünü ona təqdim edib üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparılacağını ona bildirmişlər. Bundan sonra o, müqavimət göstərmədən avtomobilə mindikdən sonra ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs1 X12 tərəfindən şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elşad İsayev və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. X12 saxlanılan Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs1 heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxlamış olduğu yaşıl rəngli plastik qutunun içərisindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş və 05 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ümumilikdə 07 ədəd bükümdə narkotik vasitə olan heroini, 02 ədəd şəffaf rəngli sellofana bükülmüş, 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş, 04 ədəd gümüşü rəngli kağıza bükülmüş ümumilikdə 07 ədəd bükümdə psixatrop maddə olan metamfetamini təqdim etdi, həmin bükümlər təhqiqatçı tərəfindən açıldı bükümlərdə spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin, ağ kristalşəkilli formada psixatrop maddə olan metamfetaminə bənzər kütlənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunan maddələrin "heroin” və “metamfetamin” olduğunu, aşkar olunmuş həmin maddələri Sumqayıt şəhəri ərazisində olan “Evlər idarəsi”nin yaxınlığında əvvəllər məcburi köçkünlərin yaşadığı boş evlər olan ərazidən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilən kütlələr ekspert tədqiqatına göndərilməsi üçün elektron tərəzidə çəkilmiş, həmin vaxt heroin bükümlərinin ümumi çəkisi 1.22 qram, metamfetamin bükümlərinin ümumi çəkisi isə 0.99 qram olması müəyyən edilmiş və qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs1 polis bölməsinə gətirdikləri zaman onun üzərinə baxış keçirməmişlər. Şəxsi axtarış zamanı onun özündən soruşduqda o, Sumqayıt şəhəri, evlər idarəsinin yaxınlığında köhnə yaşayış olmayan tikilər olan ərazidə yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 bildirdiklərinin düzgün olub-olmamasının yoxlanılması üçün tərəflərindən əməliyyat axtarış tədbirləri davam etdirilir. Onun narkotik vasitələrin satışı ilə məşğul olmasından şübhələnsələr də hələ ki, onun dəqiq olaraq hər hansısa şəxsə narkotik vasitə satması barədə heç bir məlumat daxil olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili polis mayoru Şahid4 Şahid3la eyni məzmunlu ifadə vermişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atası olmaqla, eyni ünvanda yaşayırlar. xx.xx.2021-ci il tarixdə atası Abşeron rayonu Saray qəsəbəsinə öz işi ilə əlaqədar olaraq getmiş, həmin vaxt anası da işdə olmuş, Sumqayıt şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olduğundan evdə heç kim olmamış, həmin gün saat 19 radələrində atası ilə anası və təxminən 20 radələrində isə özü işdən evə gəlmiş, təxminən 20 dəqiqə sonra siqaret çəkmək üçün evin birinci mərtəbəsinə düşmüş və evin birinci mərtəbəsində yerləşən, zirzəmi və mətbəx kimi istifadə etdikləri yerin dağınıq halda olduğunu və əşyaların həmişəki kimi düzülmədiyini görmüş, bu zaman anasının da birinci mərtəbəyə düşdüyünü görüb ondan nə üçün həmin əşyaların dağınıq halda olduğunu soruşmuş və anası bu hadisədən bixəbər olduğunu, əşyaları onun dağınıq hala salmadığını demiş, o həmin otağa hər hansısa şəxsin daxil olduğunu düşünmüş və həmin zirzəminin çölə baxan otağına tərəf getmiş və həqiqətən də çölə olan pəncərənin açıldığını görmüş və düşünmüşdür ki, hər hansısa şəxs zirzəmiyə daxil olmuşdur. Anası ilə baxdıqda heç bir əşyanın oğurlanmadığını görmüşlər və anası atasını da aşağı çağırmış və atası da həmin zirzəmiyə baxış keçirmiş və sonra atası dolaba baxdıqda oraya qoyduğu iş paltarının cibində olan 3000 (üç min) manat pulunun yerində olmadığını, hər hansısa şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin vaxt atasıgil Şirvan rayonuna getməli olduğundan həmin vaxt bu barədə Polisə məlumat verməmişlər, sonra isə atası qonşuluqda yerləşən təhlükəsizlik kameralarına baxdıqda üç nəfər şəxsin onların evə pəncərədən daxil olduğunu demiş və ona da Vatsap vasitəsilə həmin görüntüləri atmışdır. O görüntülərə baxdıqda həmin şəxslərin Fərid, Rəşad və Elşən adlı şəxslər olduğunu görüb tanıdığını bildirmişdir. Onlar polisə bu barədə məlumat verdikdə həmin şəxslərin Fərid, Elşən və Rəşad adlı şəxslər olduğundan şübhələndiklərini demişlər və polis həqiqətən də həmin şəxslərin olduğunu bildirmişlər. Baş vermiş oğurluq hadisəsi zamanı atasına məxsus 3000 (üç min) manat maddi ziyan dəymişdir, yaşadıqları evdən başqa hər hansısa əmlak oğurlanmamışdır. Rəşad, Fərid və Elşən adlı şəxsləri əvvəlcədən tanımış, Fərid və Elşən adlı şəxslər əvvəllər qonaq kimi onların evlərinə gəlib getmişlər, lakin o evdə olmadan onun icazəsi ilə heç vaxt evlərinə gəlməmişlər. Hadisə baş verdiyi gün saat 15-16 radələri olardı o “Leyla” mebel salonunun yaxınlığında hər üç şəxsi görüb görüşmüş, onlar 42-ci məhəllə istiqamətində, özü isə 41-ci məhəllə istiqamətində hərəkət etmiş, düşünmüşdür ki, onlar həmin vaxt onların evləri istiqamətində gedərək evlərinə daxil olaraq oğurluq etmişlər, çünki atası və anasının evdə olmadığını bilmişlər. Onların belə bir iş görəcəyini düşünməmiş, münasibtələri yaxşı olmuş, aralarında heç bir ədavət mübahisə olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Manafova X7 Manafovla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: baxış keçirilən yer Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Ev 2 mərtəbədən ibarətdir. 1-ci mərtəbə zirzəmi tiplidir. Həyətin giriş qapısından sağda küçəyə zirzəminin bir otağının plastik qapısı və pəncərəsi açılır. Evin giriş qapısının altında zirzəminin giriş qapısı vardır. İçəri daxil olduqda sol tərəfdə 3 otaq, sağ tərəfdə 2 otaq və qarşıda 1 otaq vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 14:00-dan 18:30-dək olan müddətdə evdə heç kim olmadığı vaxt naməlum şəxslər zirzəminin küçəyə açılan pəncərəsini sıxıb açma yolu ilə ora daxil olaraq iş paltarları olan dolabdakı qara gödəkçənin sol iç cibindən 3000 manat pulu oğurlamışlar. Hadisədən sonra otaqlarda olan dağınıqlığı səliqəyə saldığını demişdir. Baxış zamanı hadisə yerindən yararlı əl izləri götürmək mümkün olmamışdır.(i.v 12-15 İ cild) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı demiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs dediklərini qismən təsdiq edərək, evə oğurluq məqsədi ilə daxil olduğunu, lakin evdən heç nə oğurlamadığını bildirmişdir.(i.v 39-40 İ cild) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı demiş, Təqsirləndirilən şəxs3 isə Zərərçəkmiş şəxs dediklərini qismən təsdiq edərək, evə oğurluq məqsədi ilə daxil olduğunu, lakin evdən heç nə oğurlamadığını bildirmişdir.(i.v 41- 42 İ cild) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs dediklərini qismən təsdiq edərək, evə oğurluq məqsədi ilə daxil olduğunu, lakin evdən heç nə oğurlamadığını bildirmişdir.(i.v 126-127 İ cild) İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 18:45-də tutulmuşdur.(i.v 51-52 İ cild) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v 113-114 İ cild) İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci il tarixdə saat 20:15-də tutulmuşdur.(i.v 70-71 İ cild) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v 110-111 İ cild) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən (və hökmün surətindən) görünür ki, Təqsirləndirilən şəxs3 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti müəyyən olunmaqla cəza şərti olaraq tətbiq edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzanı çəkib qurtardığından Sumqayıt Şəhər Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. (i.v 148-149 İ cild) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3cü maddələri ilə Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 10 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(i.v 150-161 İ cild) İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin 73460/21 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixə çəkilməmiş cəzası 05 gün təşkil edir.(i.v 162 İ cild) Təqdim olunmuş Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “8 Noyabr- Zəfər Günü” ilə bağlı verilmiş xx.xx.2021-ci il tarixli amnistiya aktı tətbiq edilmiş və xx.xx.2021-ci il tarixə 01 il 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzadan 01 il hissəsi azaldılmış, qalan cəza müddətini çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə saat 19:15-də Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən “Moxito” kafesinin arxasında tutulmuşdur.(i.v 194 İ cild) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-578/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v 231-232 İ cild) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-654/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair təqsirləndirilən şəxsin müdafiəçisi X5 vəsatəti təmin olunmamışdır.(i.v 240-242 İ cild) İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 4(105)-149/2021 saylı, xx.xx.2021-cil tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)- 654/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs1 barəsində 01 noyabr 2021-ci il tarixdən seçilmiş 3 aylıq həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir.(i.v 246-250 İ cild) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokollardan və məhkəmə iclasına nümayiş olunan bir ədəd diskdəki görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili X10 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 özü əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxlamış olduğu yaşıl rəngli plastik qutunu təqdim etmişdir. Həmin qutu açılmış, qutunun içərisində 2 ədəd şəffaf rəngli sellofana, 1 ədəd ağ rəngli siqaret kağızına, 4ədəd gümüşü rəngli kağıza bükülmüşağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin, 2 ədəd şəffaf rəngli sellofana bükülmüş, 5 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş ağ rəngli kristal şəkilli maddələrin şüşə olduğunu, qəhvəyi rəngli spesifik iyə malik olan maddələrin kakos olduğunu, aşkar olunmuş həmin maddələri dünən yəni xx.xx.2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən yaşayış olmayan yataqxanadan tapmış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 2 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 0,30 qram və 0,52 qram, 5 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 0,08 qram, 0,10 qram, 0,07 qram, 0,08 qram, 0,08 qram aşkar olunmuş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddələr birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 1,23 qram olduğu, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 2 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 0,27 qram və 0,24 qram, 1 ədəd ağ rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,23 qram, 4 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metemafetaminə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 0,04 qram, 0,05 qram, 0,04 qram, 0,06 qram aşkar olunmuş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələr birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 0,93 qram olduğu müəyyən olunmuş və həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir.(i.v 192-193 İ cild, 7-8 İİ cild)) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4856 saylı rəyindən görünür ki, tədqiqata üzərində «Azərbaycan Respublikası DİN-nin zərflər üçün №128» dairəvi möhür əksi olan «Vət.Təqsirləndirilən şəxs1 üzərindən…» sözləri, ad, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd plastik qabda içərisində 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,243 qram, 0,453 qram, 0,034 qram, 0,027 qram, 0,020 qram, 0,027 qram, 0,020 qram ümumi təmiz çəkisi 0,824 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 7 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,178 qram, 0,146 qram, 0,050 qram, 0,038 qram, 0,025 qram, 0,026 qram, 0,032 qram ümumi təmiz çəkisi 0,495 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir.(i.v 198-203 İ cild) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,789 qram heroin və 0,460 qram metamfetamin maddə sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir.(i.v 233 İ cild) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır.(i.v 16-17 İİ cild) İş materiallarında olan “Diskə baxış keçirilməsi və götürmə haqqında” 01.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi bir ədəd DVD diskə baxış keçirilərək götürülmüş və həmin görüntülərdən görünür ki, videogörüntülər iki hissədən ibarətdir, həmin görüntülərdən biri 57 saniyə, digəri isə 2 dəqiqə 50 saniyə davam edir. Birinci görüntüdə 3 nəfər şəxsin Zərərçəkmiş şəxs məxsus ev istiqamətində hərəkət edərək yaxınlaşdıqları görünür. Bundan sonra həmin şəxslər yaxın məsafədə olduqları həmin şəxslərdən 2 nəfərin evin ön hissəsinə yaxınlaşaraq oradan pəncərədən içəri daxil olduqları görünür ilk video burada bitir. Digər ikinci videogörüntüdə isə həmin üç nəfər şəxsin evin pəncərəsindən çıxaraq oradan uzaqlaşdığı görünür. Diskə baxış keçirildiyi zaman Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 görüntülərə baxdıqdan sonra hər üçü özünü görüntüdə tanıyaraq çöldə dayanaraq sonradan içəri daxil olan şəxsin Təqsirləndirilən şəxs2, əvvəlcədən içəri daxil olan iki nəfər şəxsin isə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 olduqlarını bildirdilər.(i.v 23-24 İİ cild) İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin birinci mərtəbəsinə haradan daxil olduqlarını, evin birinci mərtəbəsində haraları axtardıqlarını, Rəşadın onları əvvəlcədən harada gözlədiyini göstərərək törətmiş olduqları cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, xx.xx.2021-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir.(i.v 25-30 İİ cild) İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin birinci mərtəbəsinə haradan daxil olduqlarını, evin birinci mərtəbəsində haraları axtardıqlarını, Rəşadın onları əvvəlcədən harada gözlədiyini göstərərək törətmiş olduqları cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, xx.xx.2021-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir.(i.v 31-36 İİ cild) İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin birinci mərtəbəsinə haradan daxil olduqlarını, evin birinci mərtəbəsində haraları axtardıqlarını, törətmiş olduqları cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, xx.xx.2021-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir.(i.v 37-42 İİ cild) İş materiallarında olan 8 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 69 İİ cild) İş materiallarında olan 1 saylı MKS-nin 130 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 71 İİ cild) İş materiallarında olan 2 saylı Abşeron Rayon MKS-nin 118 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 72 İİ cild) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 206 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin, kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.(i.v 74-75 İİ cild) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsi əks etdirən 01 ədəd DVD-R formatlı disk, eləcə də oğurluq hadisəsinin videogörüntüsünü əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmışdır.(i.v 77-86 İİ cild) Təqdim olunmuş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı X13 “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Təqdim olunmuş, Sumqayıt ŞİH-nin MKTİB-nin 8 saylı MKS-nin xx.xx.2022-ci il tarixli, 1412 saylı arayışından görünür ki, X2 Elşən Tofiq oğlunun qardaşıdır və 2020-ci ilin oktyabr ayında Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Təqdim olunmuş “Ölüm haqqında şəhadətnamələrin” surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı X13 xx.xx.2020-ci il tarixdə Füzuli rayonunda hərbi əməliyyatlar zamanı törənmiş zədələnmələrdən, anası X4 01.2021-ci il tarixdə dəqiqləşdirilməmiş pnevmaniyadan, atası X9 xx.xx.2021-ci il tarixdə travmatik subaraxnoidal qansızmadan vəfat etmişdir. Təqdim olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 1 azyaşlı (xx.xx.2022-ci il təvəllüdlü X17 oğlu adlı) uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur və məhkəmə bunlara əməl edərək iş üzrə sübutları qiymətləndirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə toplanmış sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, həqiqətən Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır, amma bu satış məqsədi ilə edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etməsini, saxlamasını və daşımasını satış məqsədi ilə etməsini təsdiq edən hər hansı bir mötəbər sübut məhkəmə istintaqında müəyyən edilmədi, ibtidai istintaq da belə sübut əldə etməmişdir. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin olması ona dəlalət edir ki, o, satış məqsədi ilə deyil, istifadə etmək üçün narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə ədalətsiz olmaqla yolverilməzdir. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs1 satış məqsədi ilə narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması müəyyən olunmadı. Başqa sözlə məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şəxsi mülahizələrə, ehtimal və şübhələrə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs1 bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə verilən ittihamla bağlı da məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, bu hissədə təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli və hər biri müvafiq olaraq həmin maddələr ilə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətini yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsi, X1 “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsi və 2020-ci ilin oktyabr ayında Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olması, valideynlərinin hər iksinin ölməsi nəticəsində mövcud olan ağır ailə vəziyyəti, ilk dəfə məsuliyyətə cəlb edilməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşdə olan məlumatlara əsasən Təqsirləndirilən şəxs2 ödənilməyən məhkumluğu azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza ilə bağlıdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətini yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətini yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində azyaşlı uşağının olması və əməlindən peşman olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, işin hallarını və Təqsirləndirilən şəxs1 bir il müddətində həbsdə və ev dustaqlığında olmasını nəzərə alır və hesab edir ki, o artıq islah yolundadır, azadlıqdan məhrum edilmədən də islah olunması mümkündür, bütün bu hallara ümumilikdə qiymət verilərək Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci, 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs1 01 noyabr 2021-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək tutularaq həbsdə və ev dustaqlığında saxlandığı 11 ay 4 gün müddət bir günə 2 gün hesablanmaqla ona təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs2 13 noyabr 2021-ci il tarixdən 15 noyabr 2021-ci il tarixədək tutularaq həbsdə saxlandığı 2 gün müddət bir günə iki gün hesablanmaqla təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs3 13 noyabr 2021-ci il tarixdən 15 noyabr 2021-ci il tarixədək tutularaq həbsdə saxlandığı 2 gün müddət bir günə iki gün hesablanmaqla təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, 0,789 qram heroin və 0,460 qram metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi və baş vermiş oğurluq hadisəsini özündə əks etdirən disklər iş materiallarında saxlanmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dövlət büdcəsi hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosundan müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 hüquqlarının müadfiəsi üçün Müdafiəçi3 və Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün isə Müdafiəçi1 tərəfindən hər biri ayrılıqda 22 (iyirmi iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 132 (bir yüz otuz iki) manat, Müdafiəçi3 132 (bir yüz otuz iki) manat və Müdafiəçi1 132 (bir yüz otuz iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 03 (üç ) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01 noyabr 2021-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək tutularaq həbsdə və ev dustaqlığında saxlandığı 11 ay 4 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 04 (dörd) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən Köhnə Mebel sexinin inzibati binasındakı mənzilini tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 13 noyabr 2021-ci il tarixdən 15 noyabr 2021-ci il tarixədək tutularaq həbsdə saxlandığı iki gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, yataqxana-1, məhəllə-41, ev-133 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2in 13 noyabr 2021-ci il tarixdən 15 noyabr 2021-ci il tarixədək tutularaq həbsdə saxlandığı iki gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2in cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübutlar-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, 0,789 qram heroin və 0,460 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi və baş vermiş oğurluq hadisəsini özündə əks etdirən disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsinlər. Vəkillər Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən göstərilmiş hüquqi yardıma görə hər birinə 132 (bir yüz otuz iki) manat olmaqla, cəmi 396 (üç yüz doxsan altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar