Məhkəmə qərarları › İş №1(060)-308/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-308/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-308/2023 14.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 1(012)-394/2022 saylı, xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi, fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,270 qram narkotik vasitə heroini, 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,506 qram və 0,278 qram, ümumi təmiz çəkisi 0,784 qram psixotrop maddə metamfetamini, şəxsi istehlak miqdarında 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,140 qram, 0,340 qram, 0,263 qram, ümumi təmiz çəkisi 0,743 qram və 01 (bir) ədəd siqaret formasında düzəldilmiş kağız borucuqda təmiz çəkisi 0,120 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 01 (ədəd) elektron tərəzini əldə edib üzərində daşıyaraq saxlamış, 22 oktyabr 2022-ci il tarixdə saat 14:00 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Bakı-Quba magistral yolunun Bakı şəhəri istiqamətində Sumqayıt şəhər ərazisində yerləşən “Sərin Su” kafesinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildikdən sonra üzərində aparılan şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,270 qram narkotik vasitə heroin, 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,506 qram və 0,278 qram, ümumi təmiz çəkisi 0,784 qram psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarında 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,140 qram, 0,340 qram, 0,263 qram, ümumi təmiz çəkisi 0,743 qram və 01 (bir) ədəd siqaret formasında düzəldilmiş kağız borucuqda təmiz çəkisi 0,120 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi əynində olan gödəkcənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 22 oktyabr 2022-ci il tarixdə saat 14:00 radələrində dostu Asif ilə birlikdə Bakı-Quba magistral yolunun Bakı şəhəri istiqamətində Sumqayıt şəhər ərazisində yerləşən “Sərin Su” kafesinin yaxınlığında olan zaman bir neçə şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmələrini demişlər, o da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. O heç kimə narkotik vasitə satmamış və ya pulsuz verməmişdir. Polis Bölməsinə aparılarkən onun üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu, elektron tərəzi olmadığını bildirmişdir. Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən ona qarşı psixi təzyiq olunmuş və ona görə də, videoçəkiliş zamanı narkotik vasitənin və elektron tərəzinin ona məxsus olduğunu demişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun həmin maddə ilə özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivində fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Uzun müddətdir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, instaqram sosial şəbəkəsində bir şəxslə tanış olmuşdur. O həmin şəxsi indiyə kimi görməmişdir. Lakin həmin şəxsdən mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə almışdır. Aldığı narkotik vasitələrin və psixotrop maddələrin pulunu isə həmin şəxs kart hesabını ona göndərmiş və o, da həmin hesaba pulu göndərmişdir. Bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə və psixotrop maddə almaq qərarına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 02 (iki) gün əvvəl yenidən həmin şəxslə əlaqə saxlayıb, ondan narkotik vasitə və psixotrop maddə istəmişdir. Bundan sonra həmin şəxs ona kart hesab nömrəsi göndərmiş və o, da həmin hesaba 70 (yetmş) manat pul vurduqdan sonra həmin şəxsin dediyi yerdən Abşeron rayonu, Xırdalan şəhərindən narkotik vasitə və psixotrop maddəni götürmüşdür. 22 oktyabr 2022-ci il tarixdə saat 14:00 radələrində dostu Asif ilə birlikdə Bakı-Quba magistral yolunun Bakı şəhəri istiqamətində Sumqayıt şəhər ərazisində yerləşən “Sərin Su” kafesinin yaxınlığında olan zaman bir neçə şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmələrini bildirmişlər. Onlarda etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişlər. Orada xidməti otaqda onları ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o da üzərində əynində olan qara rəngli qolsuz gödəkcənin sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd sarımtıl rəngli kağız bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində ayrı-ayrılıqda 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddələr, 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddə, 03 (üç) ədəd sarımtıl rəngli kağıza bükülmüş, 01 (bir) ədəd qəhvəyi rəngli üzərində “smoke” yazıları olan boru formalı qatlanmış kağıza doldurulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütləsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı təqdim etdiyi bitki kütləsinin “marixuana”, ağ rəngli kristal şəkilli maddənin “metamfetamin”, qəhvəyi rəngli maddənin isə “kakos” olduğunu, həmin maddələri polis əməkdaşları tərəfindən saxlanılmamışdan 02 (iki) gün qabaq tanımadığı şəxsin hesab nömrəsinə ümumilikdə 70 (yetmiş) manat pul yüklədiyini, daha sonra həmin narkotik vasitələri və psixotrop maddələri Xırdalan şəhəri ərazisindən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd “Redmi” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra isə gödəkcənin sol yan cibindən 01 (bir) ədəd qara rəngli elektron tərəzi aşkar olunmuşdur. Həmin elektron tərəzini zərgər işlədiyi vaxt aldığını, elektron tərəzinin ona məxsus olduğunu, bir müddət əvvəl dostuna verdiyini, sonradan ondan geri alaraq üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 21 (iyirmi bir) manat pul ona geri qaytarılmışdır. Üzərindən aşkar olunaraq götürülmüş kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlələr ona məxsusdur və öz istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 22 oktyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi, fərdi yaşayış evində yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, qəbulu və üzərində gəzdirməsi, satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı idarə rəhbərliyinə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunda onunla yanaşı polis əməkdaşı Şahid2 iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Quba magistral yolunun Bakı şəhər istiqamətində Sumqayıt şəhər ərazisində yerləşən “Sərin Su” kafesinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Sumqayıt ŞPİ-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçi Mehdi Cəlalzadənin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs də əynində olan gödəkcəsinin sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd sarımtıl rəngli kağız bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində 02 (iki) ədəd psixotrop maddə olan metamfetaminə bənzər maddə, 01 (bir) ədəd narkotik vasitə heroinə bənzər maddə, 03 (üç) ədəd bükümdə və 01 (bir) ədəd üzərində smoke yazıları olan boru formalı kağıza doldurulmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sol yan cibindən 01 (bir) ədəd elektron tərəzi, sağ yan cibindən isə “Redmi” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, üzərindən aşkar olunaraq götürülmüş maddələri saxlanılmamışdan 02 (iki) gün qabaq tanımadığı şəxsin hesab nömrəsinə 70 (yetmiş) manat pul yüklədiyini, daha sonra həmin maddələri Xırdalan şəhərindən şəxsi istifadəsi üçün əldə etdiyini, elektron tərəzini isə əvvəllər zərgər işlədiyini, bir müddət əvvəl dostuna verdiyini, daha sonra dostundan aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələr, narkotik vasitə heroinə bənzər maddə, psixotrop maddə metamfetaminə bənzər maddələr, elektron tərəzi qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin inzibati binasında, xidməti otaqların birində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əyninda olan qara rəngli qolsuz gödəkçənin sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd sarımtıl rəngli kağız bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində ayrı-ayrılıqda 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddələr, 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddə, 03 (üç) ədəd sarımtıl rəngli kağıza bükülmüş, 01 (bir) ədəd qəhvəyi rəngli üzərində “smoke” yazıları olan boru formalı qatlanmış kağıza doldurulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütləsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bitki kütləsinin “marixuana”, ağ rəngli kristal şəkilli maddənin “metamfetamin”, qəhvəyi rəngli maddənin isə “kakos” olduğunu, həmin maddələri srağagün tanımadığı şəxsin hesab nömrəsinə ümumilikdə 70 (yetmiş) manat pul yüklədiyini, daha sonra həmin narkotik vasitələri Xırdalan şəhəri ərazisindən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd “Redmi” markalı mobil telefon aşkar olunaraq götürülmüş, gödəkcənin sol yan cibindən 01 (bir) ədəd qara rəngli elektron tərəzi aşkar olunmuş, sonuncu əvvəllər zərgər işlədiyini, elektron tərəzinin ona məxsus olduğunu, bir müddət əvvəl dostuna verdiyini, sonradan ondan geri alaraq üzərində gəzdirdiyini bildirmiş, həmin elektron tərəzi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış davam etdirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 21 (iyirmi bir) manat pul əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və madda aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 (üç) ədəd bükümdə olan yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütlələri hər biri ayrı-ayrılıqda elektron tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütlələrinin çəkisinin 0,27 qram, 0,40 qram, 0,56 qram, 01 (bir) ədəd qəhvəyi rəngli üzərində “smoke” yazıları olan boru formalı qatlanmış kağıza doldurulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütləsi elektron tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin çəkisinin 0,71 qram, aşkar edilmiş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütlələri hamısı birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütlələrinin ümumi çəkisinin 1,95 qram, 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddələr hər biri ayrı-ayrılıqda elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 0,41 qram, 0,60 qram 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddələr hamısı birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 1,03 qram, 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,44 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr və bitki kütləsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 23 oktyabr 2022-ci il tarixli, 6/6142 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124”-li dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr və bir ədəd tərəzi, iki imza: Təhqiqatçı: Z.Cəfərovimza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi -0,270 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir, 02 (iki) ədəd bükümlərdəki təmiz çəkisi 0,506 qram, 0,278 qram, ümumi təmiz çəkisi 0,784 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamamindir: 01 ədəd elektron tərəzinin üzərində heroinin metamfetaminin izləri vardır. İz şəkilində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) metamfetamin - “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İİ siyahısına daxildirlər. Qeyd: Heroinin təmiz çəkisi - 0,270 qram, tədqiqata sərf edildi - 0,02 qram, qalıq - 0,250 qram. Metamfetaminin ümumi təmiz çəkisi -0,784 qram, tədqiqata sərf edildi -0,04 qram ( hər birindən -0.02 qram), qahq-0,744 qram. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 23 oktyabr 2022-ci il tarixli, 7/1210 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...” yazı və imzalar olan zərfdə 3 ədəd kağız bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,140 qr, 0,340 qr, 0,263 qram olmaqla, ümum çəkisi 0,743 qram və 1 ədəd siqaret formasında düzəldilmiş kağız borucuqda tütün və təmiz çəkisi 0,120 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanııabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar eyni tərkibli olub, ümumi çəkisi 0,863 qramdır. Qeyd: Marixuananın ümumi çəkisi - 0, 863 qram, tədqiqata sərf edilən ümumi miqdar -0,2 qram, qalıq - 0,663 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X6" tərəfindən verilmiş məhkəmə-narkoloji ekpsertizasının 26 oktyabr 2022-ci il tarixli, 6350 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələr və digər psixoaktiv maddələr qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,270 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,250 qram narkotik vasitə olan heroin, 0,784 qram psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,744 qram psixotrop maddə metamfetamin və 0,863 qram marixuanadan tədqiqatdan sonra qalıq qalmış 0,663 qram marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağı vardır (xx.xx.2010-cu il təvəllüdlü X1). İş materiallarında olan 16 saylı MKS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkar edilməsini özündə əks etdirən 01 (bir) ədəd DVD Compact disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Abşeron Rayon Məhkəməsinin 1(012)-394/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-394/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. O, məhkumluğu olan şəxsdir şəxsdir, lakin ona təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından cinayətlərin residivi kimi qiymətləndirilmir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 5402 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-394/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. O xx.xx.2023-cü il tarixədək cəzasının 04 (dörd) ay 08 (səkkiz) gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 02 (iki) il 07 (yeddi) ay 20 (iyirmi) gün təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, onun cinayət əməlini törətməsi şahid ifadələri və iş materiallarında olan digər sübutlarla təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla Abşeron Rayon Məhkəməsinin 1(012)-394/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 07 (yeddi) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 03 (üç) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkar edilməsini özündə əks etdirən 01 (bir) ədəd DVD Compact disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,270 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,250 qram narkotik vasitə olan heroin, 0,784 qram psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,744 qram psixotrop maddə metamfetamin və 0,863 qram marixuanadan tədqiqatdan sonra qalıq qalmış 0,663 qram marixuana məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 180,00 (bir yüz səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla Abşeron Rayon Məhkəməsinin 1(012)-394/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 07 (yeddi) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 03 (üç) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkiləri 0,250 qram narkotik vasitə olan heroin, 0,744 qram psixotrop maddə metamfetamin və 0,663 qram marixuana məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkar edilməsini özündə əks etdirən 01 (bir) ədəd DVD Compact disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 180,00 (bir yüz səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar