Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-309/2023 01.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər X5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, MəZərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1993-cü ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ucar rayonu Müsüslü ərazi dairəsi Təzə Şilyan kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Abşeron ray., Binəqədi qəsəbəsi, Söyüdlər ərazisi, fərdi yaşayış evi ünvanında yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmə məqsədilə tanışı Şahid5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib 16 may 2021-ci il tarixdə “Maksim” taksi şirkətinə verdiyi sifariş əsasında göndərilən sürücü Zərərçəkmiş şəxs12 özünü Şəmkir rayon Uşaq xəstəxanasında xəstə olaraq müalicə alan “Çinarə” adlı şəxs kimi təqdim edib, Gəncə şəhər Beynəlxalq xəstəxanasından Şəmkir rayon Uşaq xəstəxanasına arayış gətiriləcəyini və arayışlar üçün ödəniləcək məbləği özünün ödəməsini, ödəyəcəyi məbləğin qarşılığında əlavə pul veriləcəyini bildirib cinayətkar qrupun digər üzvü Şahid5 Gəncə şəhər Beynəlxalq xəstəxananın həkimi kimi təqdim edərək Zərərçəkmiş şəxs12 onun mobil telefon nömrəsini verdikdən sonra Zərərçəkmiş şəxs12 Şahid5 ilə əlaqə saxladığı zaman sonuncu özünün Gəncə şəhər Beynəlxalq xəstəxanasında həkim işlədiyini deyərək ona "xxxx" ASC-yə məxsus hesab nömrəsi verib arayışlar üçün 38 manat pul köçürməsini tələb etməsinin ardınca Zərərçəkmiş şəxs12 həmin tarixdə saat 17:44 dəqiqədə Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “İl” marketin qarşısında yerləşən “Milliön” elektron ödəmə sistemindən 38 manat pulu həmin hesab nömrəsinə göndərmiş, Təqsirləndirilən şəxs istəyi ilə əlavə olaraq tibbi aparatlar üçün saat 19:37 dəqiqədə Göygöl rayonu Sabir küçəsində yerləşən “3 Balmart” mağazasının qarşısında olan “Milliön” elektron ödəmə sistemi vasitəsilə eyni hesab nömrəsinə 246 manat pul ödəmiş, Şahid5 isə yenidən Zərərçəkmiş şəxs12 ilə telefon əlaqəsi saxlayıb əlavə sifariş olaraq Tovuz rayonuna da tibbi aparatların göndərilməli olduğunu deyərək 1150 manat pulu "xxxx" ASC-yə məxsus hesab nömrəsinə göndərməsini istəyib həmin məbləğin qarşılığında əlavə pul ödəniləcəyi barədə yalan vədlər verib sonuncunu inandırmış, Zərərçəkmiş şəxs12 həmin tarixdə saat 21:30 dəqiqədə Göygöl rayonu Sabir küçəsində yerləşən “3 Balmart” mağazasının qarşısında olan “Milliön” elektron ödəmə sistemi vasitəsilə qeyd edilən məbləğdə pulu göndərməsindən sonra vədinə əməl etməyərək Zərərçəkmiş şəxs12 əldə etdikləri ümumilikdə 1434 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı Şahid5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 13 iyun 2022-ci il tarixdə Şahid5 “2121” taksi xidmətinə zəng edərək taksi sifariş vermiş, sifariş əsasında göndərilən Zərərçəkmiş şəxs9 ilə telefonla əlaqə saxlayaraq törətdiyi cinayət əməlini pərdələmək məqsədilə ona özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının yüksək rütbəli zabiti kimi təqdim edərək Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən DİNnin Hospitalında Akademiyanın kursantlarının tibbi sənədləri olduğunu, həmin sənədlərin ödənişinin Akademiya tərəfindən ayrıldığını, xəstəxananın “Nərgiz” adlı həkiminə ümumilikdə 1943 manat pul ödəyərək sənədləri Polis Akademiyasına gətirəcəyi təqdirdə ödədiyi pulu, gediş haqqını və sənədlər üçün əlavə kuryer haqqı da ödəyəcəyi barədə yalan vədlər verib inandıraraq onu aldatmış, Zərərçəkmiş şəxs9 verilmiş vədə inanıb əlavə gəlir qazanmaq məqsədilə Şahid5 xəstəxananın “Nərgiz” adlı həkimi kimi təqdim etdiyi Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və sonuncunun göndərdiyi kart hesabına həmin tarixdə Nərimanov rayonu F.Yusifov küçəsində yerləşən “Rahat” marketdə quraşdırılmış ödəmə terminalından 42 manat pul göndərmiş, daha sonra Şahid5 göndərdiyi hesab nömrəsinə Zərərçəkmiş şəxs9 istifadəsində olan “Birbank” mobil tətbiqi vasitəsilə onlayn köçürmə yolu ilə 713 manat və 1188 manat pulu göndərdikdən sonra vədinə əməl etməyərək Təqsirləndirilən şəxs Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs9 ümumilikdə 1943 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirmişlər. Bundan başqa, o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı Şahid5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 25 iyul 2021-ci il tarixdə Şahid5 “189” taksi xidmətinə zəng edərək taksi sifariş vermiş, sifariş əsasında göndərilən Zərərçəkmiş şəxs2 ilə telefonla əlaqə saxlayaraq törətdiyi cinayət əməlini pərdələmək məqsədilə ona özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının vəzifəli şəxsi kimi təqdim edərək Sumqayıt şəhəri ərazisində yerləşən 1 saylı poliklinikadan özünün və məktəbin kursantlarının tibbi sənədləri olduğunu, həmin sənədlərin ödənişinin Akademiya tərəfindən ayrıldığını, xəstəxananın “Könül Qasımova” adlı həkiminə ümumilikdə 1560 manat ödəyərək sənədləri Polis Akademiyasına gətirəcəyi təqdirdə ödədiyi pulu, gediş haqqını və sənədlər üçün əlavə kuryer haqqı da ödəyəcəyini yalandan bildirərək onu aldatmış, Zərərçəkmiş şəxs2 verilmiş vədə inanıb əlavə gəlir qazanmaq məqsədilə Şahid5 verdiyi özünü xəstəxananın həkimi “Könül” adı ilə təqdim edən qrupun digər üzvü Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və sonuncunun göndərdiyi kart hesabına həmin tarixdə saat 00:11-dəqiqədə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi 24 ünvanında fəaliyyət göstərən “Araz” marketdə quraşdırılmış “E-manat” ödəniş terminalından 760 manat, saat 00:30 dəqiqədə həmin terminaldan 800 manat ümumilikdə 1560 manat pulu göndərdikdən sonra Təqsirləndirilən şəxs Şahid5 ilə Zərərçəkmiş şəxs2 ümumilikdə 1560 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirmişlər. Bundan başqa, o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı Şahid5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 07 avqust 2021-ci il tarixdə Şahid5 “*1050” taksi xidmətinə zəng edərək taksi sifariş vermiş, sifariş əsasında göndərilən Zərərçəkmiş şəxs3 ilə telefonla əlaqə saxlayaraq törətdiyi cinayət əməlini pərdələmək məqsədilə ona özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının yüksək vəzifəli zabiti kimi təqdim edərək Sumqayıt şəhəri ərazisində yerləşən 1 saylı poliklinikadan özünün və Akademiyanın kursantlarının tibbi sənədləri olduğunu, həmin sənədlərin ödənişinin Akademiya tərəfindən ayrıldığını, xəstəxananın “Nərgiz” adlı həkiminə ümumilikdə 1381 manat ödəyərək sənədləri Polis Akademiyasına gətirəcəyi təqdirdə ödədiyi pulu, gediş haqqını və sənədlər üçün əlavə kuryer haqqı da ödəyəcəyini yalandan bildirərək onu aldatmış, Zərərçəkmiş şəxs3 verilmiş vədə inanıb əlavə gəlir qazanmaq məqsədilə Şahid5 verdiyi özünü xəstəxananın həkimi “Nərgiz” adı ilə təqdim edən qrupun digər üzvü Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və sonuncunun göndərdiyi kart hesabına həmin tarixdə saat 22:34 dəqiqədə ünvan 2 ünvanında fəaliyyət göstərən “Araz” Supermarketdə quraşdırılmış “Expresspay” ödəniş terminalından 553 manat, saat 23:02 dəqiqədə həmin terminaldan 828 manat, ümumilikdə 1381 manat pulu Şahid5 adına olan kart hesabına göndərdikdən sonra Təqsirləndirilən şəxs və Şahid5 Zərərçəkmiş şəxs3 ümumilikdə 1381 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirmişlər. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı Şahid5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 02 oktyabr 2021-ci il tarixdə Şahid5 *1050” taksi xidmətinə zəng edərək taksi sifariş vermiş, sifariş əsasında göndərilən Zərərçəkmiş şəxs4 ilə telefonla əlaqə saxlayaraq törətdiyi cinayət əməlini pərdələmək məqsədilə ona özünü “Rəşad” adı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbinin müəllimi kimi təqdim edərək Sumqayıt şəhəri ərazisində yerləşən “Modul” tipli xəstəxanadan özünün və məktəbin kursantlarının tibbi sənədləri olduğunu, həmin sənədlərin ödənişinin Məktəb tərəfindən ayrıldığını, klinikanın “Rəna” adlı həkiminə ümumilikdə 750 manat ödəyərək sənədləri Ali Hərbi Məktəbə gətirəcəyi təqdirdə ödədiyi pulu, gediş haqqını və sənədlər üçün əlavə kuryer haqqı da ödəyəcəyini yalandan bildirərək onu aldatmış, Zərərçəkmiş şəxs4 verilmiş vədə inanıb əlavə gəlir qazanmaq məqsədilə Şahid5 verdiyi özünü xəstəxananın həkimi “Rəna” adı ilə təqdim edən qrupun digər üzvü Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və sonuncunun göndərdiyi kart hesabına həmin tarixdə saat 19:36-dəqiqədə Sumqayıt şəhəri, H.Əliyev prospekti 40 Planet məişət ünvanında quraşdırılmış “Milliön” ödəniş terminalından 50 manat, saat 20:10 dəqiqədə həmin ödəniş terminalından 700 manat ümumilikdə 750 manat pul göndərdikdən sonra Təqsirləndirilən şəxs və Şahid5 Zərərçəkmiş şəxs4 ümumilikdə 750 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirmişlər. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı Şahid5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 04 oktyabr 2021-ci il tarixdə Şahid5 “Mil” taksi şirkətinə zəng edərək taksi sifariş vermiş, sifariş əsasında göndərilən Zərərçəkmiş şəxs5 ilə telefonla əlaqə saxlayaraq törətdiyi cinayət əməlini pərdələmək məqsədilə ona özünü “Rəşad” adı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının yüksək rütbəli vəzifəli şəxsi kimi təqdim edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 25 saylı xəstəxanada özünün və akademiyanın kursantlarının tibbi sənədləri olduğunu, həmin sənədlərin ödənişinin Akademiya tərəfindən ayrıldığını, xəstəxananın “Rəna” adlı həkiminə ümumilikdə 824 manat ödəyərək sənədləri Polis Akademiyasına gətirəcəyi təqdirdə ödədiyi pulu, gediş haqqını və sənədlər üçün əlavə kuryer haqqı da ödəyəcəyini yalandan bildirərək onu aldatmış, Zərərçəkmiş şəxs5 verilmiş vədə inanıb ələvə gəlir qazanmaq məqsədilə Şahid5 verdiyi özünü xəstəxananın həkimi “Rəna” adı ilə təqdim edən qrupun digər üzvü Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və sonuncunun göndərdiyi kart hesabına özü Bakı şəhəri Binəqədi rayonu ərazisində Azərbaycan Beynəlxalq Bankına məxsus “İBAM” mobil tətbiqindən istifadə etməklə 120 manat, arvadı Mətanət Muradova isə Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsində fəaliyyət göstərən “X46”də quraşdırılmış “Milliön” ödəniş terminalından 704 manat pulu göndərdikdən sonra Təqsirləndirilən şəxs və Şahid5 Zərərçəkmiş şəxs5 ümumilikdə 824 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirmişlər. Bundan başqa, o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı Şahid5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 10 oktyabr 2021-ci il tarixdə Şahid5 “*9933” taksi xidmətinə zəng edərək taksi sifariş vermiş, sifariş əsasında göndərilən X21 ilə telefonla əlaqə saxlayaraq törətdiyi cinayət əməlini pərdələmək məqsədilə ona özünü “Nicat” adı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbinin müəllimi kimi təqdim edərək ünvan 4 ünvanında fəaliyyət göstərən “Euromed" klinikasında özünün və məktəbin kursantlarının tibbi sənədləri olduğunu, həmin sənədlərin ödənişinin Məktəb tərəfindən ayrıldığını, klinikanın “Nərgiz” adlı həkiminə ümumilikdə 843 manat ödəyərək sənədləri Ali Hərbi Məktəbə gətirəcəyi təqdirdə ödədiyi pulu, gediş haqqını və sənədlər üçün əlavə kuryer haqqı da ödəyəcəyini yalandan bildirərək onu aldatmış, Zərərçəkmiş şəxs1 verilmiş vədə inanıb əlavə gəlir qazanmaq məqsədilə “Euromed" klinikasının qarşısına gələrək Şahid5 verdiyi özünü klinikanın həkimi “Nərgiz” adı ilə təqdim edən qrupun digər üzvü Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və sonuncunun göndərdiyi kart hesabına həmin tarixdə saat 11:09-da ünvan 5 ünvanda fəaliyyət göstərən “Arko” marketdən yerləşən “Milliön” ödəniş terminalından 55 manat, saat 11:16 dəqiqədə 88 manat olmaqla ümumilikdə 143 manat, həmin tarixdə saat 11:35 dəqiqədə qohumu X8 isə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində qurlaşdırılmış “Milliön” ödəniş terminalından 700 manat pulu göndərdikdən sonra Təqsirləndirilən şəxs və Şahid5 Zərərçəkmiş şəxs1 ümumilikdə 843 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirmişlər. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı Şahid5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 17 oktyabr 2021-ci il tarixdə Şahid5 “Maksim” taksi xidmətinə zəng edərək taksi sifariş vermiş, sifariş əsasında göndərilən Zərərçəkmiş şəxs6 ilə telefonla əlaqə saxlayaraq törətdiyi cinayət əməlini pərdələmək məqsədilə ona özünü “Rəşad” adı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi liseyin müəllimi kimi təqdim edərək Sumqayıt şəhəri ərazisində yerləşən “Hospitalda” özünün və məktəbin kursantlarının tibbi sənədləri olduğunu, həmin sənədlərin ödənişinin Lisey tərəfindən ayrıldığını, xəstəxananın “Rəna” adlı həkiminə ümumilikdə 620 manat ödəyərək sənədləri Hərbi Liseyə gətirəcəyi təqdirdə ödədiyi pulu, gediş haqqını və sənədlər üçün əlavə kuryer haqqı da ödəyəcəyini yalandan bildirərək onu aldatmış, Zərərçəkmiş şəxs6 verilmiş vədə inanıb ələvə gəlir qazanmaq məqsədilə Şahid5 verdiyi özünü xəstəxananın həkimi “Rəna” adı ilə təqdim edən qrupun digər üzvü Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və sonuncunun göndərdiyi kart hesabına həmin tarixdə saat 09:26-dəqiqədə Sumqayıt şəhəri, Sülh küçəsi, “Laçın” studionun yanında quraşdırılmış “Milliön” ödəniş terminalından 40 manat, saat 10:58-dəqiqədə Sumqayıt şəhəri, Bakı-Quba şossesinin 30-cu kilometrliyində yerləşən Azpetrol YDM-də quraşdırılmış “Milliön” ödəniş terminalından 380 manat və ünvan 6 ünvanında fəaliyyət göstərən Sumqayıt Hospitalının qarşısından isə özünə məxsus kart hesabından online qaydada 200 manat göndərdikdən sonra Təqsirləndirilən şəxs və Şahid5 Zərərçəkmiş şəxs6 ümumilikdə 620 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirmişlər. Bundan başqa, o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı Şahid5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 18 oktyabr 2021-ci il tarixdə Şahid5 “*2111” taksi xidmətinə zəng edərək taksi sifariş vermiş, sifariş əsasında göndərilən Zərərçəkmiş şəxs8 ilə telefonla əlaqə saxlayaraq törətdiyi cinayət əməlini pərdələmək məqsədilə ona özünü “Rəşad” adı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbinin müəllimi kimi təqdim edərək Xızı rayon Mərkəzi xəstəxanasında özünün və məktəbin kursantlarının tibbi sənədləri olduğunu, həmin sənədlərin ödənişinin Məktəb tərəfindən ayrıldığını, klinikanın “Nərgiz” adlı həkiminə ümumilikdə 730 manat ödəyərək sənədləri Ali Hərbi Məktəbə gətirəcəyi təqdirdə ödədiyi pulu, gediş haqqını və sənədlər üçün əlavə kuryer haqqı da ödəyəcəyini yalandan bildirərək onu aldatmış, Zərərçəkmiş şəxs8 verilmiş vədə inanıb əlavə gəlir qazanmaq məqsədilə Xızı rayonu Giləzi qəsəbəsində yerləşən Supermarketdə quraşdırılmış “Milliön” ödəmə terminalıdan Şahid5 ona göndərdiyi kart hesabına 40 manat pul göndərərək Xızı rayon Mərkəzi xəstəxanasının qarşısında gəlmiş, daha sonra həmin ünvanda istifadəsində olan “Birbank” mobil tətbiqi vasitəsilə 690 manat pulu onlayn köçürmə yolu ilə Şahid5 ona verdiyi kart hesabına göndərdikdən sonra Təqsirləndirilən şəxs və Şahid5 Zərərçəkmiş şəxs8 ümumilikdə 730 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirmişlər. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmə məqsədilə tanışı Şahid5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 25 oktyabr 2021-ci il tarixdə Şahid5 “Maksim” taksi şirkətinə verdiyi sifariş əsasında göndərilən sürücü Zərərçəkmiş şəxs11 özünü Rəşad adı ilə təqdim edərək Təqsirləndirilən şəxs Gəncə Memorial Xəstəxanasının “Nərgiz” adlı həkimi kimi təqdim edərək sonuncu ilə əlaqə saxlamasını tapşırdıqdan sonra Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqda sonuncu xəstəxanada olan sənədlərin pulunu özünün ödəyərək Şəmkir rayonunda yerləşən hərbi şəhərciyə aparmasını, ödəyəcəyi məbləğin qarşılığında əlavə pul veriləcəyini bildirib ona "xxxx" ASC-yə məxsus hesab nömrəsi verib sənədlər üçün 790 manat pul köçürməsini bildirməsinin ardınca Zərərçəkmiş şəxs11 həmin tarixdə saat 09:23-dən 09:41-dəqiqədəyək olan müddət ərzində Gəncə şəhəri Kəpəz rayonu X43 prospektində yerləşən 113 nömrəli “Bazarstore” mağazalar şəbəkəsində quraşdırılmış Emanat ödəniş terminalı vasitəsilə 4 dəfəyə olmaqla 790 manat pulu göndərməsindən sonra vədinə əməl etməyərək Təqsirləndirilən şəxs və Şahid5 Zərərçəkmiş şəxs11 ümumilikdə 790 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirmişlər. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmə məqsədilə tanışı Şahid5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Şahid5 01 noyabr 2021-ci il tarixdə “Bolt” taksi şirkətinə verdiyi sifariş əsasında göndərilən sürücü Zərərçəkmiş şəxs7 özünü Şəmkir rayonunda yerləşən Hərbi Hospitalın yüksək rütbəli zabiti kimi təqdim edərək Təqsirləndirilən şəxs Göygöl rayon mərkəzi xəstəxanasının “Nərgiz” adlı həkimi kimi təqdim edərək Göygöl rayon mərkəzi xəstəxanasından Şəmkir rayonunda yerləşən Hərbi Hospitala arayış gətiriləcəyini və arayışlar üçün ödəniləcək məbləği özünün ödəməsini, ödəyəcəyi məbləğin qarşılığında əlavə pul veriləcəyini bildirib Təqsirləndirilən şəxs mobil telefon nömrəsini verdikdən sonra Zərərçəkmiş şəxs7 verilmiş vədə inanıb əlavə gəlir qazanmaq məqsədilə Təqsirləndirilən şəxs ilə əlaqə saxladığı zaman sonuncu özünü Göygöl rayon mərkəzi xəstəxanasında həkim işlədiyini deyərək ona "xxxx" ASC-yə məxsus hesab nömrəsi verib arayışlar üçün 40 manat pul köçürməsini bildirməsinin ardınca Zərərçəkmiş şəxs7 həmin tarixdə saat 07:57-dəqiqədə ünvan 9 ünvanında yerəşən “Oba” marketdə quraşdırılmış e-Manat ödəmə terminalından 40 manat pulu həmin hesab nömrəsinə göndərmiş, daha sonra cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs istəyi ilə əlavə olaraq saat 08:21 dəqiqədə ünvan 10 ünvanında yerləşən “Al” marketdə quraşdırılmış e-Manat ödəmə terminalından 330 manat, saat 08:40 dəqiqədə həmin ünvandan 462 manat, saat 08:56 dəqiqədə ünvan 11n “Leyla” marketdə quraşdırılmış e-Manat ödəmə terminalından 300 pul göndərməsindən sonra vədinə əməl etməyərək Təqsirləndirilən şəxs və Şahid5 Zərərçəkmiş şəxs7 əldə etdikləri ümumilikdə 1132 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmə məqsədilə tanışı Şahid5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Şahid5 04 noyabr 2021-ci il tarixdə “2244” taksi şirkətinə verdiyi sifariş əsasında göndərilən sürücü Zərərçəkmiş şəxs10 özünü Şəmkir rayonunda yerləşən Hərbi Hospitalın yüksək rütbəli zabiti kimi təqdim edərək Təqsirləndirilən şəxs Gəncə şəhər Beynəlxalq xəstəxanasının “Nərgiz” adlı həkimi kimi təqdim edərək həmin xəstəxanadan Şəmkir rayonunda yerləşən Hərbi Hospitala arayış gətiriləcəyini və arayışlar üçün ödəniləcək məbləği özünün ödəməsini, ödəyəcəyi məbləğin qarşılığında əlavə pul veriləcəyini bildirib Təqsirləndirilən şəxs mobil telefon nömrəsini verdikdən sonra Zərərçəkmiş şəxs10 verilmiş vədə inanıb əlavə gəlir qazanmaq məqsədilə Təqsirləndirilən şəxs ilə əlaqə saxladığı zaman sonuncu özünü Gəncə şəhər Beynəlxalq xəstəxanasında həkim işlədiyini deyərək ona "xxxx" ASCyə məxsus hesab nömrəsi verib arayışlar üçün 48 manat pul köçürməsini bildirməsinin ardınca Zərərçəkmiş şəxs10 həmin tarixdə saat 03:12-dəqiqədə Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Xanımın mağazası”nıda quraşdırılmış “Milliön” ödəmə terminalından 48 manat pulu həmin hesab nömrəsinə göndərmiş, daha sonra cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs istəyi ilə əlavə olaraq saat 04:21 dəqiqədə həmin ünvanda yerləşən terminaldan 800 pul göndərməsindən sonra vədinə əməl etməyərək Təqsirləndirilən şəxs və Şahid5 Zərərçəkmiş şəxs10 əldə etdikləri ümumilikdə 848 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsili bilərək bildirdi ki, heç bir fiziki və psixi qüsuru yoxdur. Hər hansı bir psixarik dispanserdə qeydiyyatda deyil. 2014-cu ildə Bakı şəhər sakini Fərid Feyzullayev ilə ailə həyatı qurmuşdur. Bu nigahdan 2017-ci ildə Əziz adlı oğlu dünyaya gəlmişdir. 2019-cu ildə Fəriddən ayrılmışdır. 2019-cu ilin axırlarında Tovuz rayonun İbrahim Hacılı kənd sakini Şahid5 ilə tanış olmuşdur. Həmin vaxtdan sonra Elnurla qeyri-rəsmi nigah münasibətində Bakı şəhəri Əhmədli qəsəbəsi Sarayevo küçəsində bir yerdə yaşamışlar. Elnur əvvəllər mobil telefon ustası işləmişdir. Elnur ilə tanış olduqdan bir müddət sonra təxminən 2020-ci ilin əvvəllərindən Elnur “Topaz” mərc oyununa qurşanmış və qazandığı pulları həmin mərc oyununda uduzurmuş. Təxminən 2021-ci ilin əvvəllərindən isə Elnur “Fast Loto” mobil telefon tətbiqinə qoşularaq həmin saytda müxtəlif növ qumar oyunları oynamışdır. Elnur deməsindən ona məlum olmuşdur ki, “Fast Loto” mobil tətbiqi hesaba pul daxil etmək üçün Elnura müxtəlif şəxslərə məxsus kart hesabları verir və Elnur həmin hesablara onlayn və ya ödəmə terminalı vasitəsi ilə pul qoyuluşu edib oyun oynayır. Həmin qumar oyunlarına aludəçilik yarandığından Elnur qazandığı pulların hamısını qumarda uduzurmuş. Ona görə də ona vətəndaşları aldadaraq pullarını ələ keçirəcəcəyini bildirmişdir. Elnur bununla bağlı ona köməklik göstərməli olduğunu bildirmişdir. Elnurla birlikdə qeyri-rəsmi nigahda yaşadığına görə ona etiraz edə bilməmişdir. Elnurdan bunu necə edəcəklərini soruşduqda ona izah etmişdir ki, əvvəllər Rusiya Federasiyasında olan zaman bir nəfər tanışı ona izah etmişdir ki, telefon vasitəsi ilə vətəndaşları aldadaraq açdığı müxtəlif bank hesablarına müxtəlif məbləğlərdə pullar köçürtdürür və daha sonra həmin pulları özünə məxsus kartlara köçürür. Bunu necə edəcəklərini soruşduqda Elnur izah etmişdir ki, o, özü telefon vasitəsi ilə taksi sifariş edərək taksi sürücülərinə özünü Polis Akademiyası və ya Hərbi Akademiyanın zabiti kimi təqdim edib Bakı və Sumqayıt şəhəri ərazisində yerləşən xəstəxanalara yönəltməklə guya akademiyada təhsil alan kursantların test nəticələrini götürmək lazım olduğunu, bunun üçün xəstəxananın qadın həkimi ilə telefonla əlaqə saxlayıb onun dediyi hesaba hər bir arayışa görə 11 manat pul köçürüb daha sonra həmin arayışları akademiyaya gətirib ona verəcəyi təqdirdə hər bir test nəticəsinə görə əlavə 4 manat kuryer haqqı kimi verəcəyini öhdəsinə götürməklə həmin şəxsləri inandıracağını bildirmişdir. Elnur telefon satışı mağazalarından bir neçə müxtəlif şəxslərin adlarına olan telefon nömrələri alaraq bir hissəsini ona verib qalan hissəsini özündə saxlayacağını demişdir. Özünün ona necə köməklik edəcəyini soruşduqda izah etmişdir ki, aldadacağı adamlara onu xəstəxananın həkimi kimi təqdim edib onun mobil telefonuna yönəldəcəyini, ona zəng vuran şəxslərə özünü həkim kimi təqdim edərək Elnurun dediklərini təsdiq edəcəyini tapşırmışdır. Elnura etiraz etməyərək onun qurduğu bu sxemdə iştirak edəcəyinə razılıq vermişdir. İlk dəfə 16 may 2021-ci il tarixdə Elnurla vətəndaşları aldadaraq pullarını ələ keçirməklə bağlı razılıqları olmuşdur. Razılığa gəldikdən sonra saat 17 radələrində “Maksim” taksi şirkətinə sifariş vermişdir. Sifarişi qəbul edən sonradan adını bildiyi Aqil adlı taksi sürücüsünə özünü “Çinarə” adı ilə Şəmkir rayon Uşaq xəstəxanasında müalicə alan şəxs kimi təqdim edərək Gəncə şəhər Beynəlxalq xəstəxanasından arayış gətirməli olduğunu, arayış üçün 38 manat da ödəniş etməsini deyərək Elnuru həmin arayışı verən şəxs olaraq Gəncə şəhər Beynəlxalq xəstəxanasının həkimi kimi təqdim etmişdir. “Maksim” taksi şirkətindən sifariş verdikdən sonra ona ***-***-**-** saylı nömrədən zəng edən taksi sürücüsü ilə danışdıqdan sonra Elnurun istifadə etdiyi ***-***-**-** nömrəni sürücüyə verərək onunla əlaqə saxlamasını demişdir. Həmin Aqil adlı şəxs Elnura zəng edərək Şəmkir uşaq xəstəxanasına arayış aparmalı olduğunu dedikdə Elnur ona arayış üçün 38 manat pul ödəməli olduğunu və Şəmkir rayonuna arayışı çatdırdıqdan sonra əlavə kuryer haqqı ilə bərabər pul alacağını demişdir. Həmin sürücü də ona etdikləri vədə şirniklənərək inanmışdır. Elnur Şahid1 Elbrus oğlunun adına olan 4169-7413-6303-0246 saylı hesab nömrəsini Aqil adlı sürücüyə vermişdir. Həmin taksi sürücüsü 38 manat pulu ödədikdən sonra ödənişin qəbzini ona “Vatsap” vasitəsilə atdıqdan sonra onunla yenidən əlaqə saxlayaraq əlavə olaraq 6 ədəd hər biri 41 manat dəyərindən tibbi aparatların da lazım olduğunu, hər bir aparat üçün isə ona əlavə olaraq 19 manat, yəni hər bir aparat üçün 60 manat pul ödəyəcəyimi dedim. Həmin taksi sürücüsü yenidən Elnurla əlaqə saxladıqda Elnur ona eyni hesab nömrəsinə pulu ödəməsini bildirmişdir. Taksi sürücüsü 246 manat pulu da həmin hesab nömrəsinə ödədikdən sonra, Elnura zəng edərək pulu ödədiyini bildirmişdir. Bundan sonra Elnur taksi sürücüsünə Tovuz rayonuna da tibbi aparatlar aparmaq lazım olduğunu, ona görə də əlavə pul ödəyəcəyini, özünün də onunla birlikdə Tovuz rayonuna gedəcəyini demişdir. Elnur Aqil adlı taksi sürücüsünə 1150 manat pul ödəməsini bildirmişdir. Taksi sürücüsü o qədər pul tapa bilməyəcəyini dedikdə Elnur ona əlavə olaraq pul ödəyəcəyini deyərək onu inandırmışdır. Taksi sürücüsü bir müddət sonra Elnura zəng edərək pulu tapdığını və 5-10 dəqiqəyə göndərəcəyini demişdir. Bundan sonra Elnur öz tanışına zəng edərək onun kartına pul göndəriləcəyini bildirmişdir. Bundan sonra Aqil adlı taksi sürücüsü Elnurun ona verdiyi tanışına məxsus hesab nömrəsinə 1150 manat pulu köçürmüşdür. Aqil adlı sürücü pulu göndərdikdən sonra Elnurun tapşırığı ilə telefonlarını söndürmüşlər. Zərərçəkmiş şəxs12 adlı sürücünü tanımamışdır. Aqil adlı sürücüdən ələ keçirdikləri pulun bir hissəsini Elnurla öz şəxsi ehtiyaclarına xərcləmişlər. Pulun qalan hisəssini isə Elnur “Fast Loto” oyununda uduzmuşdur. Sonradan Aqil adlı sürücünün Göygöl şəhər sakini Zərərçəkmiş şəxs12 olmasını bilmişdir. Bundan sonra 13 iyun 2022-ci il tarixdə Elnur “2111” taksi şirkətinə sifariş vermişdir. Elnur istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Telman kimi təqdim edən sürücüyə özünü Polis Akademiyasının zabiti Rəşad Əliyev adı ilə təqdim edərək DİN-in Hospitalında Nərgiz adlı həkimə yaxınlaşaraq həmin qadından akademiyanın kursantlarına aid arayışlar götürüb Mərdəkan qəsəbəsində yerləşən Polis Akademiyasına aparmalı olduğunu demişdir. Elnur Telman adlı sürücüyə aparacağı hər bir arayışa görə ona əlavə kuryer haqqı olaraq 4 manat olmaqla cəmi 289 manat pul verəcəyini bildirmişdir. Sürücü onunla razılaşdığına görə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni sürücüyə verərək həmin nömrə ilə əlaqə saxlamağını bildirmişdir. Bundan sonra Telman adlı sürücü onun mobil nömrəsinə zəng eləmişdir. Həmin vaxtı özü də Elnurun yanında olmuşdur. Telmana özünü DİN-nin Hospitalında işləyən “Nərgiz” adlı həkim kimi təqdim edərək verdiyim kart hesabına 42 manat pul vurmasını, ona arayışlar verdikdən sonra isə həmin arayışları Polis Akademiyasına çatdırmalı olduğunu demişdir. Bundan sonra Telman adlı sürücü ona verdiyi kod hesabına 42 manat pul köçürmüşdür. Pulu köçürdükdən sonra sürücü Telman arayışları almaq üçün DİN-nin Hospitalının yanına gələrək ona zəng etdikdə ona Polis Akademiyasına çatmalı sənədlər olduğunu və həmin sənədlərin pulunu ödəyəyəcəyi təqdirdə Akademiyada ona əlavə olaraq kuryer pulu da veriləcəyini demişdir. Telman Elnura zəng edərək onun ona dedikləri ilə bağlı maraqlandıqda o da Nərgizin dediklərini təsdiq edərək ödəyəcəyi hər arayışın puluna görə ona əlavə 4 manat kuryer haqqı veriləcəyini bildirmişdir. Elnur Telman adlı sürücüyə 472 494 252 *** **** saylı kart hesabı verərək pulu ora göndərməyini bildirdiyindən Telman adlı sürücü 713 manat və 1188 manat pulu ona göndərdiyi hesaba göndərmişdir. Pulu köçürdükdən sonra Teymur Elnura zəng edərək 1901 manat pulu köçürdüyünü demişdir. Bundan sonra Elnurla birlikdə telefonlarını söndürmüşlər. Daha sonra Telman adlı sürücüdən ələ keçirdikləri pulu öz şəxsi ehtiyaclarına xərcləmişlər. Həbs olunduqdan sonra Telman adlı sürücünün Bakı şəhər sakini Zərərçəkmiş şəxs9 olmasını bilmişdir. Bundan sonra 25 iyul 2021-ci il tarixdə Elnur öz istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə “189” taksi şirkətinə zəng vuraraq taksi sifariş vermiş və həmin şirkət Elnuru Zərərçəkmiş şəxs2 adlı taksi sürücüsü ilə çalaşdırdıqda Elnur ona özünü “Polis Akademiyasının” vəzifəli şəxsi kimi təqdim edərək ünvan 13liklinikadan 141 nəfər kursantın Covid-19 testlərinin nəticələrini həkimdən götürüb Mərdəkan qəsəbəsinə gətirib ona çatdırmalı olduğunu, əgər üstündə pul varsa hər bir sənədə görə 11 manat həkimin hesabına köçürüb daha sonra ondan üstündə hər birinə görə 4 manat əlavə pulla geri götürə biləcəyini bildirdikdə həmin sürücü Elnurla razılaşaraq həkimlə necə əlaqə saxlaya biləcəyini soruşmuşdur. Elnur da sürücü Elgünə onu həkim “Könül Qasımova” kimi təqdim edib onun istifadə etdiyi ***-***-**-** saylı telefon nömrəsini Elgün adlı sürücüyə vermişdir. Həmin vaxtı Elgün adlı sürücü ona zəng vuraraq “Könül Qasımova” olub-olmadığını və kursantlara məxsus 141 ədəd test nəticələrinin olduğunu, həmin sənədlərə görə pulu haraya köçürə biləcəyini soruşduqda həqiqətən də özünün həkim “Könül Qasımova” olduğunu və Elnurun sürücüyə dediklərini təsdiq edərək əvvəlcədən ona vermiş olduğu və Tovuz rayonu İbrahim-Hacılar kəndində yaşayan qohumu X6 məxsus "xxxx" bankına aid hesab nömrəsini Elgün adlı sürücüyə vermişdir. Elgün adlı şəxs inanaraq təxminən 10-15 dəqiqə vaxtla “eManat” ödəmə terminalı vasitəsi ilə həmin hesaba iki dəfəyə cəmi 1560 manat pul köçürmüşdür. Bundan sonra Elnurla telefonlarımızı söndürdük və Elgün adlı şəxslə əlaqəmizi kəsdik. Bundan sonra Elnur qohumu Seymurdan onun hesabına köçmüş pulu özünə məxsus "xxxx" ASC-nə aid kart hesabına köçürməyi xahiş etmiş və pul onun hesabına köçmüşdür. Sonradan Elgün adlı sürücünün Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 Məhəmməd oğlu olmasını bilmişdir. Bundan sonra 07 avqust 2021-ci il tarixdə birlikdə evdə olduqları zaman Elnur "1050" taksi şirkətinə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisindən Şüvəlan qəsəbəsinə müştərini götürüb ünvana çatdırma barədə sifariş vermişdir. Bir neçə dəqiqə sonra özünü Həşim kimi təqdim edən taksi sürücüsü Elnura məxsus ***-***-**-** saylı nömrəyə zəng vurub sifariş verdiyi ünvanda olduğunu demişdir. Elnur ona da özünü Polis Akademiyasının “Rəşad” adlı zabiti kimi təqdim edərək Sumqayıt şəhəri ərazisində yerləşən 1 saylı poliklinikaya gedib oradan kursantlara məxsus Covid 19-la bağlı arayışları alaraq Mərdəkan qəsəbəsinə, "Polis Akademiyasının" inzibati binasına gətirməli olduğunu, həmin xəstəxanada “Nərgiz” adlı həkimlə əlaqə saxlamağını bildirmişdir. Elnur “Nərgiz” həkim kimi təqdim etdiyi onun istifadə etdiyi ***-***-**-** saylı nömrəni sürücü Həşimə verərək Nərgizlə danışmasını tapşırmışdır. Az sonra Həşim adlı sürücü istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng vuraraq ona sənədlərin veriləcəyini soruşduqda sürücüyə sənədlərin olmasını təsdiq edərək əlavə olaraq bildirmişdir ki, Polis Akademiyasının 140 kursantının arayışlarının xəstəxanada hazır olduğunu, 108 sənədə görə 11 manat, 32 sənədə görə isə 23 manatdan rüsum köçürülməklə təcili olaraq həmin arayışların akademiyaya çatdırılmalı olduğunu bildirərək hər sənədə görə əlavə 3 manat kuryer haqqı veriləcəyini bildirmişdir. Bundan sonra Həşim adlı sürücü Elnura zəng edərək ona dedikləri barədə maraqlandıqda Elnur da onun dediklərinin doğru olmasını, əgər üstündə pulu varsa sənədlərə görə pulu ödəyib gətirməsini bildirmişdir. Az sonra Həşim adlı sürücü Elnura zəng edərək pulu hansı ünvana köçürməli olduğunu soruşduqda Elnur ona özünə məxsus olan "xxxx" ASC-na aid olan kart hesabınin nömrəsini demişdir. Həşim adlı sürücü iki dəfəyə olmaqla cəmi 1381 manat pulu həmin hesab köçürmüşdür. Bundan sonra sürücü ödədiyi pulun çekini vatsap vasitəsilə Elnura göndərmişdir. Bundan sonra Elnurla hər ikisi telefonlarını söndürmüşlər. Sonradan Həşim adlı sürücünün Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs3 olmasını bilmişdir.Bundan sonra 02 oktyabr 2021-ci il tarixdə Elnur yenə də “1050” taksi şirkətinə sifariş verərək Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən modul tipli xəstəxanadan Heydər Əliyev adına ali hərbi məktəbə getmək barədə sifariş vermişdir. Az sonra özünü Zərərçəkmiş şəxs4 kimi təqdim edən sürücü Elnurun istifadə etdiyi ***-***-**- ** mobil nömrəsinə zəng vurmuşdur. Elnur sürücüyə özünü Heydər Əliyev adına ali hərbi məktəbin Rəşad adlı zabiti kimi təqdim etmişdir. Elnur Ceyhun adlı sürücüyə istifadə etdiyi ***-***-**-** mobil nömrəsini verib gedəcəyi modul tipli xəstəxanada işləyən “Rəna” adlı həkimin nömrəsi olduğunu və onunla əlaqə saxlayaraq sənədi götürüb gətirməyini bildirmişdir. Həmin vaxtı Elnurla bir yerdə olmuşlar. Az sonra Ceyhun adlı sürücü ona zəng etmişdir. Ceyhun onunla əlaqə saxlayaraq çatmalı sənəd olduğunu demişdir. Ceyhuna sənədi götürmək üçün 34 manat ödənişi etməli olduğunu demişdir. Bundan sonra sürücü Ceyhun Elnura zəng vurub həmin sənədi götürməyi üçün 34 manat pul ödəməli olduğunu soruşmuşdur. Elnur da Ceyhuna həmin pulu ödəməyini, Ali Hərbi məktəbə gəldikdən sonra gediş haqqı ilə birlikdə həmin pulu ona verəcəyini demişdir. Bundan sonra Ceyhun yenə də ona zəng eləmişdir. Ceyhuna kart hesabı demişdir. Ceyhun həmin kart hesabına 50 manat pul göndərmişdir. Bundan sonra Ceyhuna vatsapla səsli mesaj göndərərək Ali Hərbi məktəbin kursantlarının həmin xəstəxanada sənədləri olduğunu, həmin sənədlərin birinin qiyməti 11 manat pul ödəməli olduğunu, kuryer haqqı olaraq hər sənədin üzərində 4 manat əlavə pul veriləcəyini demişdir. Elnur Ceyhuna 72 ədəd sənəd olduğunu və 1080 manat pul ödəməli olduğunu demişdir. Bundan sonra Ceyhun ona zəng vurmuşdur. Ceyhun ona sənədlər barədə zəng etdikdə pulu ödəmək üçün ona kart hesab nömrəsi vermişdir. Ceyhun onun verdiyi həmin hesaba 700 manat pul köçürmüşdür. Bundan sonra Ceyhun ödəniş çeklərini şəklini çəkib vatsapla ona göndərmişdir. Bundan sonra telefonlarını söndürmüşlər. Sonradan Ceyhun adlı sürücünün Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs4 olmasını bilmişdir. Bundan sonra 04 oktyabr 2021-ci il tarixdə Elnur “MİL” taksi şirkətinə zəng vurub taksi sifariş vermişdir. Bundan sonra onunla əlaqə saxlayan Mətləb adlı sürücüyə özünü “Polis Akademiyasının” Rəşad adlı vəzifəli şəxsi kimi təqdim edərək ondan əvvəlki qaydada 72 nəfər kursanta məxsus Covid-19 testinin nəticələrini gətirib çatdırmasını xahiş edib onu “Rəna” həkim kimi təqdim edib istifadə etdiyi ***-***-**-** saylı telefon nömrəsini verib onu Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən 25 saylı xəstəxananın həkimi kimi təqdim etmişdir. Bundan sonra X39 məxsus hesab kartını Mətləbə Vatsap vasitəsi ilə göndərərək həmin karta pasportları götürmək üçün ilkin olaraq 120 manat sonra isə 704 manat pul göndərməyini həmin pulları o pasportları ona çatdırdığında veriləcəyini bildirmişdir. Bundan sonra Mətləb 824 manat pulu ona göndərdiyi hesaba köçürərək Elnura bu barədə məlumat vermişdir. Bundan sonra Elnurla birlikdə mobil telefonlarını söndürmüşlər. Elnur Mətləbdən ələ keçirdiyi 824 manat pulu onun göndərdiyi hesabdan öz şəxsi hesabına köçürmüşdür. Sonradan Mətləb adlı sürücünün Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs5 olmasını bilmişdir. Bundan sonra Elnur 10 oktyabr 2021-ci il tarixdə *9933 taksi şirkətinə zəng edərək taksi sifariş etmişdir. Elnur sifariş üzrə yönləndirilən Caməddinə özünü Hərbi Akademiyanın zabiti kimi təqdim edərək akademiyadan çıxa bilmədiyini, Avromed klinikasında analiz nəticələri qaldığını, həmin sənədləri Hərbi Akademiyaya ona çatdıracağı halda analizlərin klinika hesabına ediləcəyini ödənişi də və yol haqqını da ona çatdıracağını demişdir. X29 razılaşmış və ona 55 manat Avromed klinikasında hesaba ödəməsini demişdir. Bundan sonra Elnur onun vatsap tətbiqi olan nömrəsini Caməddinə verib onu Nərgiz həkim kimi təqdim edərək onunla əlaqə saxlayaraq terminaldan kart hesabına ödədiyini çekinin şəklini ona göndərməsini demişdir. Bundan sonra sürücü Elnurla danışıb 55 manat pulu ödədikdən sonra çekin şəklini çəkib ona və Elnura mesajla göndərmişdir. Bundan sonra Elnur sürücü Caməddinə 72 nəfər kursantın da analiz sənədlərinin Avromed klinikasında olduğunu, həmin sənədləri də götürüb gətirəcəyi halda hər bir sənəd üçün ona əlavə 3 manat pul veriləcəyini demişdir. Bundan sonra sürücü Caməddin həmin kart hesabına əvvəlcə 88 manat, bir neçə dəqiqə sonra isə 700 manat pul ödəmişdir. Ümumilikdə Caməddin həmin hesablara 843 manat pul ödəmişdir. Bundan sonra Elnur da mobil telefonlarını söndürmüşlər. Sonradan Caməddin adlı sürücünün Bakı şəhər sakini X9 olmasını bilmişdir.Bundan sonra 17 oktyabr 2021-ci il tarixdə Elnur yenə də “Maxsim” taksi şirkətinə zəng vurub sürücü Sərxan adlı şəxsə özünü Naxçıvanski adına hərbi litseyin vəzifəli şəxsi kimi təqdim edərək Sumqayıt hospitalında Rəna adlı həkim olduğunu, Rəna ilə əlaqə saxlayaraq ondan arayışlar alıb Naxçıvanski adına hərbi litseyə gətirməyini sifariş vermişdir. Elnur onu “Rəna” kimi təqdim edərək ***-***-**-** saylı mobil nömrənin Rəna həkimə məxsus olmasını bildirərək Sərxana Rəna ilə əlaqə saxlamasını bldirmişdir. Bundan sonra Sərxan adlı sürücü ona zəng etmişdir. O da Sərxan adlı sürücüyə özünü Sumqayıt hospitalının həkimi Rəna xanım kimi təqdim edərək hospitalda hərbi litseyin 53 nəfər kursantına aid arayışlar olduğunu və həmin arayışlar üçün 620 manat pul ödədikdən sonra hər arayışa görə sürücüyə əlavə 4 manat pul veriləcəyini bildirmişdir. X35 zəng edərək bu barədə soruşduqda Elnur da onun dediklərini təsdiq etmişdir. Bundan sonra Sərxana vatsap vasitəsilə kart hesabı göndərmişdir. Sərxan bir neçə dəqiqə ərzində 620 manat pulu ona göndərdiyi kart hesablarına göndərmişdir. Daha sonra Sərxan 620 manat pul ödəniş etməsi ilə bağlı həm ona, həm də Elnura məlumat vermişdir. Ona Sumqayıt Hospitalının inzibati binasına gəlməyini tapşırmışdır. Bundan sonra ikisi də telefonlarını söndürmüşlər. Sonradan Sərxan adlı sürücünün Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs6 olmasını bilmişdir.Bundan sonra 18 oktyabr 2021-ci il tarixdə Elnur 2111 taksi şirkətinə zəng edərək Xızı şəhərindən Bakı şəhərində yerləşən Ali Hərbi Məktəbə sifariş vermişdir. Az sonra Elvar kimi təqdim edən sürücü Elnura zəng etmişdir. Elnur ona özünü Ali Hərbi Məktəbin Rəşad adlı zabiti kimi təqdim edərək Xızı rayonuna gedərək Rəna adlı həkimlə əlaqə saxlayaraq ondan hərbi bilet götürərək Rənaya 40 manat pul ödəməsini, geri qayıdan zaman həmin 40 manat pulu və yol pulunu verəcəyini bildirmişdir. Sürücüyə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni verərək həmin nömrə ilə əlaqə saxlamağını tapşırmışdır. Bundan sonra sürücü Elvar onun mobil nömrəsinə zəng edərək hərbi bilet götürməli olduğunu soruşduqda ona Xızı rayon Mərkəzi Xəstəxanasına gəlməsini, içəridə sənədləri hazırladığımı demişdir. Elvar onun sözü ilə razılaşmışdır. Elnur Elvarla əlaqə saxlayaraq ödəyəcəyi 40 manat pulu kart hesabına yükləməyini xahiş edərək Elvara kart hesabı demişdirş. Elvar da həmin hesaba 40 manat pul yükləmişdir. Bir qədər sonra Elvar Elnura zəng edərək Xızı RMX-na çatdığını demişdir. Elnur da Xızı RMXda Ali Hərbi Məktəbin 72 nəfər kursantına məxsus sənədlər olduğunu, həmin sənədlərin hər birinin qiyməti 11 manat olduğunu deyərək üzərində pulu varsa həmin sənədləri götürməsini, Ali Hərbi Məktəbə həmin sənədləri gətirən zaman ona hər sənədə görə əlavə 4 manat kuryer pulu verəcəyini bildirmişdir. Bundan başqa xəstəxanada zabitlərə aid 40 ədəd də sənəd olduğunu və həmin sənədlərə görə 15 manat ödəməyini bildirmişdir. Elvar adlı sürücü həmin məbləğdə pul olmayacağını bildirdikdə Elnur ona üzərində nə qədər varsa ödəməyini, onsuz da sənədləri gətirdikdən sonra ona əlavə pul verəcəyini demişdir. Az sonra Elvar adlı sürücü Elnurla əlaqə saxlayaraq 550 manat pulu tapdığını deyərək hara köçürməli olduğunu soruşmuşdur. Elnur da ona kart hesabı verərək pulu həmin ünvana köçürməyini tapşırmışdır. Elvar Elnurla əlaqə saxlayaraq 550 manat pulu ona göndərdiyi hesaba yüklədiyini deyərək əlavə 140 manat pulu olduğunu demişdir. Elnur Elvara həmin pulu da ona göndərdiyi hesaba yükləməsini bildirmişdir. Az sonra Elvar adlı sürücü Elnurla əlaqə saxladıqda Elnur ona xəstəxananın qarşısında gözləməyini, Rəna həkimin düşəcəyini demişdir. Daha sonra Elnurla birlikdə telefonlarını söndürmüşlər. Sonradan Elvar adlı sürücünün Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs8 olmasını bilmişdir.Bundan sonra 25 oktyabr 2021-ci il tarixdə Elnur yenə də Maksim taksi şirkətinə sifariş vermişdir. Az sonra özünü Azər adı ilə təqdim edən sürücü Elnura zəng etmişdir. Elnur sürücüyə özünü Rəşad kimi təqdim edərək Gəncə Memorial xəstəxanasından işləyən Nərgiz adlı həkimlə əlaqə saxlayaraq onda olan sənədləri alıb Şəmkir rayonunda yerləşən hərbi şəhərciyə aparmasını bildirmişdir. Elnur Rəşad adlı sürücüyə Nərgiz kimi təqdim etdiyi onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamasını bildirmişdir. Bundan sonra Azər adlı sürücü onun mobil nömrəsinə zəng edərək sifariş barədə dedikdə ona Gəncə Memorial xəstəxanasında 70 ədəd arayış olduğunu, həmin arayışların hər birinə görə 11 manat pul ödəməli olduğunu və Şəmkir rayonuna apardıqdan sonra yol pulundan əlavə hər sənədə görə 4 manat pul veriləcəyini demişdir. Sürücü Azər onunla danışdıqdan sonra Elnura zəng edərək ona dediklərini bildirdikdə Elnur da onun dediklərini təsdiq edərək həqiqətən də hər sənədə görə ona əlavə 4 manat pul ödəyəcəyini demişdir. Bundan sonra Azər adlı sürücü onunla əlaqə saxladıqda mən ona müxtəlif şəxslərə məxsus hesab nömrələri dedim. Azər adlı sürücü həmin hesablara ümümikdə 790 manat pul göndərdərək bu barədə ona və Elnura məlumat vermişdir. Bundan sonra hər ikisi telefonlarını söndürmüşlər. Sonradan Azər adlı sürücünün Gəncə şəhər sakini Zərərçəkmiş şəxs11 olmasını bilmişdir. Bundan sonra 01 noyabr 2021-ci il tarixdə Elnur səhər saatlarında “Bolt” taksi şirkətinə sifariş edərək Göygöl şəhərindən Şəmkir rayonuna sifariş vermişdir. Elnur yönləndirilən sürücü ilə əlaqə saxlayaraq Şəmkir rayonunda yerləşən Hərbi Hospitalın Rəşad adlı zabiti kimi özünü təqdim edərək Göygöl rayon xəstəxanasında işləyən “Nərgiz” adlı həkimdən arayışlar götürüb Şəmkir rayonunda yerləşən Hərbi Hospitala gətirməyini demiş və whatsapp sosial şəbəkəsi vasitəsi ilə ***-***- **-** saylı mobil nömrəni göndərərək onu “Nərgiz” həkim kimi təqdim edərək onunla əlaqə saxlamağını tapşırmışdır. Asəf adlı sürücü ona zəng etdikdə arayışa görə 40 manat ödəniş etməli olduğunu bildirmişdir. Bundan sonra Asəf Elnura zəng edərək onun 40 manat ödəniş edilməli olduğu barədə dediyini bildirdikdə Elnur ona 40 manatı ödəməyini, arayışı gətirən zaman ona 70 manat verəcəyini bildirmişdir. Bundan sonra Asəf onunla əlaqə saxlayaraq ödəniş edəcəyini bildirmişdir. Whatsapp proqramı vasitəsilə Asəf adlı sürücüyə hesab nömrəsi göndərərək pulu ora köçürməsini demişdir. Az sonra Asəf adlı sürücü həmin hesaba 40 manat pul köçürməsi barədə ona və Elnura məlumat vermişdir. Asəf adlı sürücüyə Şəmkir rayonunda yerləşən Hərbi Hospitala çatacaq 72 ədəd arayış olduğunu, hər bir arayış üçün 11 AZN ödəniş edərsə Şəmkir rayonunda isə hər bir arayış üçün ona 15 manat pul veriləcəyini demişdir. Bundan sonra Asəf adlı sürücü Elnura zəng edərək ona dedikləri barədə məlumat vermişdir. Elnur da onun dediklərini təsdiq edərək həmin pulu ödəməyini Şəmkir rayonuna gəldikdən sonra ona hər sənədə görə əlavə 4 manat veriləcəyini təsdiqləmişdir. Asəf adlı sürücü də razılaşmışdır. Bundan sonra Asəf adlı sürücü ona zəng edərək 330 manat pul tapdığını və 30 ədəd arayışın pulunu ödəyəcəyini dedi. Mən Asəf adlı sürücüyə kart hesabı dedim və Asəf həmin hesaba 330 manat pulu göndərərək çekini Elnura göndərmişdir. Elnur Asəfə zəng edərək əlavə pul taparaq 42 arayışa görə 462 manat pulu da ödəməyini və ona əlavə pul veriləcəyini demişdir. Az sonra sürücü ona zəng edərək 462 manat pul göndərdiyini deyərək çekin şəklini Elnura və ona göndərmişdir. Sürücüyə Göygöl rayon xəstəxanasının qarşına gəlməyini demişdir. Elnur sürücüyə zəng edərək 20 ədəd zabitlərin sənədinin olduğunu deyərək həmin sənədlərə görə 15 manat pul ödəməyini, sənədləri Şəmkir rayonuna gətirdikdən sonra isə hər birinə görə 20 manat ödəniş olunacağını bildirmişdir. Sürücü Asəf 300 manat pulu Nərminənin ona dediyi hesaba göndərək çekin şəklini Elnura və ona göndərmişdir. Bundan sonra Elnurla birlikdə telefonlarını söndürmüşlər. Sonradan Asəf adlı sürücünün Göygöl şəhər sakini Zərərçəkmiş şəxs7 olmasını bilmişdir.Bundan sonra 04 noyabr 2021ci il tarixdə Elnur Gəncə şəhəri Beynəlxalq xəstəxanadan Şəmkir rayonuna taksi sifarişi vermişdir. Elnur ona yönləndirilən sürücü ilə 055- 815-13-41 saylı mobil nömrəsi əlaqə saxlayaraq Şəmkir rayonunda yerləşən Hərbi Hospitalın Rəşad adlı zabiti kimi özünü təqdim edərək Gəncə Beynəlxalq xəstəxanasında işləyən Nərgiz adlı həkimdən arayışlar götürüb Şəmkir rayonunda yerləşən Hərbi Hospitala gətirməyini demiş və whatsapp sosial şəbəkəsi vasitəsi ilə ***-***-**-** saylı mobil nömrəni göndərərək onu Nərgiz həkim kimi təqdim edərək onunla əlaqə saxlamağını demişdir. Ruslan adlı sürücü ona zəng etdikdə arayışa görə 48 manat ödəniş etməli olduğunu bildirmişdir. Bundan sonra Ruslan Elnura zəng edərək onun 48 manat ödəniş edilməli olduğunu barədə dediklərini bildirdikdə Elnur ona 48 manatı ödəməyini, arayışı gətirən zaman ona artıqlaması ilə pul veriləcəyini bildirmişdir. Bundan sonra Ruslan onunla əlaqə saxlayaraq ödəniş edəcəyini bildirmişdir. whatsapp proqramı vasitəsilə Ruslan adlı sürücüyə hesab nömrəsi göndərərək pulu ora köçürməsini demişdir. Az sonra Ruslan adlı sürücü həmin hesaba 48 manat pul köçürməsi barədə ona və Elnura məlumat vermişdir. Ruslan adlı sürücüyə Şəmkir rayonunda yerləşən Hərbi Hospitala çatacaq arayışlar olduğunu, hər bir arayış üçün 11 AZN ödəniş edərsə Şəmkir rayonunda isə hər bir arayış üçün ona 15 manat pul veriləcəyini demişdir. Bundan sonra Ruslan adlı sürücü Elnura zəng edərək onun dedikləri barədə məlumat vermişdir. Elnur da dediklərini təsdiq edərək həmin pulu ödəməyini Şəmkir rayonuna gəldikdən sonra ona hər sənədə görə əlavə 4 manat pul veriləcəyini təsdiqləmişdir. Ruslan adlı sürücü də razılaşmışdır. Bundan sonra Ruslan adlı sürücü ona zəng edərək 800 manat pul tapdığını bildirmişdir. Ruslan adlı sürücüyə kart hesabı demiş və Ruslan həmin hesaba 800 manat pulu göndərərək çekini Elnura göndərmişdir. X22 xəstəxanasının qarşısına gəlməyini demişdir. Bundan sonra telefonlarını söndürmüşlər. Sonradan Azər adlı sürücünün Gəncə şəhər sakini Zərərçəkmiş şəxs10 olmasını bilmişdir. Bu hadisədən bir müddət sonra Elnur törətdikləri həmin cinayət əməllərinə görə həbs olunduğunu bilmişdir. Hesablarına pul köçürdükləri şəxslərin onların törətdikləri cinayətlərdən məlumatları olmamışdır. Həmin cinayətlərin törədilməsində Elnurla ikisi iştirak etmişdir. Başqa heç kim onlara köməklik etməmişdir. Hazırda zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 dəymiş ziyan ödənilmiş, qeyd olunan zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Digər zərərçəkmiş şəxslər X10 maddi ziyan olaraq dəymiş 843 manat puldan 643 manat, Zərərçəkmiş şəxs4 maddi ziyan olaraq dəymiş 750 manat puldan 500 manat, Zərərçəkmiş şəxs7 maddi ziyan olaraq dəymiş 1132 manat puldan 800 manat, Zərərçəkmiş şəxs9 maddi ziyan olaraq dəymiş 1943 manat puldan 691 manat, Zərərçəkmiş şəxs10 maddi ziyan olaraq dəymiş 848 manat puldan 500 manat ödənilmiş, Zərərçəkmiş şəxs11 maddi ziyan olaraq vurulmuş 790 manat puldan və Zərərçəkmiş şəxs12 maddi ziyan olaraq dəymiş 1434 manat puldan ödəniş edilə bilməmişdir. Əməlindən çox peşmandır, himayəsində bir azyaşlı övladı var, lakin hələ uşağın doğum haqqında şəhadətnaməsini əldə edə bilməmişdir.Hazırda iki aylıq hamilədir. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X21 ifadəsində göstərmişdir ki, 10 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində “Salam Taksi” adlı “9933” taksi xidmətinə aid olan **-PK-*** dövlət qeydiyyat nişanlı “Daevo Ravon” markalı avtomobil ilə taksi kimi fəaliyyətdə olduğu zaman müştəri Nicat kimi özünü təqdim edən şəxs şirkətdən taksi sifariş edərək Əcəmi Metro stansiyası yaxınlığından Xətai rayonu Naximov küçəsində yerləşən Ali Hərbi Məktəbə gedəcəyini bildirmişdir. Taksi xidməti sifarişi icra etmək üçün ona yönləndirmişdir. Müştəri ilə telefonda danışan zaman adının Nicat olduğunu deyən şəxs telefonla danışa bilmədiyini deyib ondan vhatsapp tətbiqi işlətdiyi nömrəsini istəyərək danışacağını demişdir. O da istifadəsində olan ***-***-**-** mobil nömrəsinin vhatsapp tətbiqindən Nicatla danışmışdır. Nicat ona Ali Hərbi Məktəbdə müəllim işlədiyini və işdən çıxa bilmədiyini bildirmişdir. Nicat ona Əcəmi deyilən ərazidə Avromed klinikasında analizinin nəticəsinə dair sənədləri götürüb gəlməyini xahiş edərək klinikada Nərgiz adlı xanım olduğunu, onun nömrəsi ilə əlaqə saxlayıb onun dediyi kart hesabına 55 manat pul ödəməsini demişdir. Analizin sənədlərini Ali Hərbi Məktəbin qarşısında Nicatla görüşüb ona verdikdə 55 manat pulunu və 5 manat 60 qəpik yol haqqını ödəyəcəyini bildirmişdir. Nicatin verdiyi mobil nömrə ilə əlaqə saxladıqda Nərgiz kimi özünü təqdim edən şəxs ona Avromed klinikasının arxa tərəfində Arko markete yaxınlaşaraq e-manat terminalı ilə hesaba 55 manat pulu ödəməsini demişdir. Nərgizin dediyi kimi terminalla onun verdiyi Kapital bank kart hesabına 55 manat pul yükləmişdir. Çeki götürüb şəklini çəkib Nərgizə göndərmişdir. Nərgiz beş dəqiqə gözləməsini analizin sənədlərini gətirəcəyini bildirmişdir. Gözləyən zaman Nicat adlı şəxs ona vhatsapp tətbiqi ilə səs ataraq ona onsuzda sənədləri gətirdiyini, Euromed klinikasında Ali Hərbi Məktəbin kursantlarından 77 nəfərin analizlərinin nəticəsinin orada olduğunu, onların hər birinin pul ödənişlərinin Ali Hərbi Məktəbdə kassadan ayrıldığını demişdir. Nicat ona ödədiyi hər bir şəxsə görə ödənişlərə əlavə olaraq 4 manat kuryer pulu ödəniləcəyini bildirdiyindən üzərində olan 88 manat pulu Nərgiz adlı qadının ona dediyi bank hesabına həmin marketde e-manat terminalından ödəmişdir. Bundan sonra çeki götürüb şəklini çəkib həm Nicata, hem de Nərgiz adlı qadına göndərmişdir. Bundan sonra Nicat ona onsuzda Ali Hərbi Məktəbə gələcəyini və pulunun veriləcəyini, digər 70 nəfərin də analiz sənədlərini götürüb ödənişi eləməyini, nəticədə ona pulu verəcəyini demişdir. Bundan sonra qohumu X8 ilə danışraq 700 manat pul lazım olduğunu bildirmişdir. Nüsrəddin də ona verdiyi kart hesab nömrəsinə Sabunçu rayonu Balaxanı qəsəbəsindəki marketlərin birində Milliön terminalından 700 manat pul ödəmişdir. Çekin şəklini çəkib ona atmışdır. Həmin çekin şəklini Nərgizə və Nicata göndərmişdir. Nicat ona bir qədər gözləməyini, Nərgizin sənədləri gǝtirib ona verəcəyini bildirmişdir. Sonra Nərgiz mesaj yazdıqda mesaj çatmamışdır. Zəng etdikdə yenə cavab olmamışdır. Sonra Nicata zəng etdikdə o da zəngə cavab verməmişdir. Bundan sonra Nicatin da nömrəsinə zəng çatmamışdır. Başa düşmüşdür ki, Nicat və Nərgiz kimi özünü təqdim edən şəxslər onu aldadaraq pulunu ələ keçirmişlər. Sonra Avromed klinikasına yaxınlaşdıqda orada heç kimin olmadığını və klinikanın bağlı olmasını müəyyən etmişdir. Hazırda ona dəymiş 843 manatdan 543 manat ödənilmiş, qalıq qalmış 200 manat isə ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir, yerdə qalan məbləğin ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş izahatından görünür ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ev 10, mənzil 21-də ailəsi ilə birlikdə yaşayır. Onun Hyundai-Elantra markalı, **-OZ-*** nömrə nişanlı avtomobilim var. Həmin avtomobil ilə Bakı və Sumqayıt şəhərləri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 24 iyul 2021-ci il tarixdə, saat 22-14 radələrində özünə məxsus "Hyundai-Elantra" markalı, **-OZ-*** nömrə nişanlı avtomaşınla Sumqayıt şəhəri ərazisində olarkən işlədiyi "189" taksi şirkətindən Novxanı yolunda yerləşən "Amor" restoranından müştərini götürüb ünvana çatdırma barədə sifariş gəlmişdir. O, "Amor" restoranına çatdıqda ona ***-***-**-** saylı "Vhatsap" nömrəsindən bir kişi zəng vuraraq özünün X16 Fərəcov adlı vəzifəli şəxsi olduğunu, ünvanın ona səhv göndərildiyini, ünvan 13liklinikaya gedib oradan 18 ədəd polis akademiyası tələbələrinə məxsus "Covid-19" testini götürüb Mərdəkan qəsəbəsinə, "Polis Akademiyasının" inzibati binasına gətirmək lazım olduğunu, həmin xəstəxanada Könül Qasımova adlı həkimin işlədiyini, onun nömrəsinin ***-***-**-** olduğunu, xəstəxanaya çatdıqda həmin nömrəyə zəng vurub Könül xanımla danışıb Səlim Fərəcov tərəfindən göndərildiyini bildirdikdə onun həmin testlərin nəticəsini gətirib ona verəcəyini bildirmişdir. Bundan sonra o, avtomaşınını 9-cu mikrorayon 1 saylı poliklinikanın qarşısına sürmüş və ***-***-**-** saylı telefon nömrəsinə zəng vurmuşdur. Onun zənginə bir qadın cavab vermiş və o, Səlim Fərəcov tərəfindən göndərildiyini və ona sənədlərin veriləcəyini bildirmişdir. Könül adlı qadın sənədlərin olmasını təsdiq edərək əlavə olaraq bildirmişdir ki, "Həmin akademiyanın ümumilikdə əlavə olaraq 141 tələbəsinin də sənədləri xəstəxanada hazırdır, hər sənədə görə 11 manat rüsum köçürülməklə təcili sənədlər akademiyaya çatdırılmalıdır, lakin onların kuryerinin qohumu öldüyünə görə sənədləri çatdıra bilmirlər, ǝgǝr üzərində pul varsa qeyd olunan 141 sənədə görə 11 manatdan pul köçürsün və sənədləri akademiyaya çatdırsın, əlavə hər sənədə görə 3 manat pul alacaqdır". O, hesablamışdır ki, hər apardığı sənədə görə 3 manat əlavə pul alsa, ümumilikdə 423 manat pul qazanacaqdır. Bu səbəbdən özünü Səlim kimi təqdim edən şəxsə məxsus ***-***-**-** saylı telefona zəng vurub Könül adlı qadının ona dediklərinin doğru olub-olmamasını soruşmuşdur. Səlim ona cavabında həqiqətən hər sənədin çatdırılması üçün akademiyanın büdcəsindən əlavə 3 manat pul ayrıldığını, ǝyǝr 18 pulu köçürülmüş sənəddən başqa 141 ədəd sənədi də onlara çatdırsa, hər sənədə görə ona 3 manat pul veriləcəyini təsdiqləmişdir. Həmin vaxt onun üstündə başqasına çatdırılmalı olduğu 2000 manat pul olmuş və o, 1 saat ərzində pulu üstündə 423 manat xeyirlə geri qaytaracağını düşünüb hər sənədə görə 11 manat pul köçürməyi qərara almış və Səlim adlı şəxsə telefonla bu barədə bildirib hansı formada pulu köçürməli olduğunu soruşmuşdur. Səlim adlı şəxs ona ödəmə terminalı vasitəsi ilə X3 "xxxx" ASC-nə aid olan kart hesabına ümumilikdə 1553 manat pul göndərməli olduğunu bildirib həmin kartın son səkkiz rəqəmini ona demişdir. O, 9-cu mikrorayon ərazisində yerləşən "Araz market" mağazasına gəlib orada olan "E manat ödəmə terminalı vasitəsi ilə saat 00-11-dən, saat 00-30-dək olan müddətdə iki dəfəyə ümumilikdə 1553 manat pulu qeyd olunan kart hesabına göndərmiş və çeklərini terminaldan götürmüşdür. Lakin bundan sonra o, zəng vurub pulu köçürməyi barədə məlumat vermək istədikdə həmin özünü Səlim kimi təqdim edən şəxsin, həm də Könül adlı şəxsin telefonlarının söndürüldüyünü müəyyən edib aldadıldığını başa düşmüşdür. Bu səbəbdən o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə müraciət edərək hadisə haqqında məlumat vermişdir. Bu hadisədən bir müddət keçdikdən sonra bir nəfər şəxs onunla əlaqə saxlayaraq, onun pulunu ələ keçirən şəxsin vəkili olduğunu bildirmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, onu aldadan şəxs Tovuz rayon sakini Şahid5 olmuş və ondan başqa müxtəlif şəxsləri eyni üsulla aldadaraq pullarını ələ keçirmişdir. Həmin vaxt vəkil Şahid5 tərəfindən ona vurulmuş maddi ziyanı tam ödəmişdir. O, da bununla bağlı notarial qayada da ərizə vermişdir. Hal hazırda Şahid5 adlı həmin şəxsə və özünü ona Könül kimi təqdim edən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona 1553 manat maddi ziyan dəymişdir. O, Emanat terminalı vasitəsilə 796 manat və 757 manat olmaqla iki dəfə pul göndərmişdir. O, Şahid5 və özünü Könül kimi təqdim edən şəxslərlə mobil telefonda danışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 76-cı məhəllə ev 5\5-də ailəsi ilə birlikdə yaşayır. Onun özünə məxsus "Toyota-Corolla" markalı, **-BZ-*** nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 07 avqust 2021-ci il tarixdə, saat 21-30 radələrində "Toyota-Corolla" markalı, **-BZ-*** nömrə nişanlı avtomobil ilə Sumqayıt şəhəri ərazisində olarkən işlədiyi "1050" taksi şirkətindən Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisindən Şüvəlan qəsəbəsinə müştərini götürüb ünvana çatdırma barədə sifariş gəlmişdir. O, həmin ünvana gedərək sifarişçiyə məxsus 055-276-24 09 saylı nömrəyə zəng vurub ünvanda olduğunu bildirdikdə həmin şəxs özünü X17 adlı yüksək rütbəli vəzifəli şəxsi olduğunu, Sumqayıt şəhəri ərazisində yerləşən 1 saylı poliklinikaya gedib oradan kursantlara məxsus Covid 19-la bağlı arayışları alaraq Mərdəkan qəsəbəsinə, "Polis Akademiyasının" inzibati binasına gətirmək lazım olduğunu, həmin xəstəxanada Nərgiz adlı həkimin işlədiyini, onun nömrəsinin 051-391-48 50 olduğunu, onunla danışdıqdan sonra Nərgizin sənədləri ona verəcəyini bildirmişdir. Bundan sonra o, ***-***-**-** saylı telefon nömrəsinə zəng vurmuşdur. Onun zənginə bir qadın cavab vermiş və o, Polis Akademiyasının əməkdaşı Rəşad müəllim tərəfindən göndərildiyini və ona sənədlərin veriləcəyini bildirmişdir. Nərgiz adlı qadın sənədlərin olmasını təsdiq edərək əlavə olaraq bildirmişdir ki, "həmin akademiyanın ümumilikdə 140 kursantın arayışlarının xəstəxanada hazır olduğunu, 108 sənədə görə 11 manat, 32 sənədə görə isə 23 manatdan rüsum köçürülməklə təcili olaraq həmin arayışların akademiyaya çatdırılmalı olduğunu, lakin kuryerlərinin qohumu öldüyünə görə sənədləri çatdıra bilmədiklərini demişdir. Həmin Nərgiz adlı həkim ona ǝgǝr üstündə pulu varsa qeyd olunan 108 arayışa görə 11 manatdan, 32 sənədə görə isə 23 manatdan pul köçürməyini və sənədləri akademiyaya çatdırdığı halda əlavə hər sənədə görə 3 manat pul alacağını demişdir. O, Nərgiz adlı qadının təklifindən sonra hesablamışdır ki, hər apardığı arayışa görə 3 manat əlavə pul alsa, ümumilikdə 420 manat pul qazanacaqdır. Bu səbəbdən özünü akademiyanın müəllimi kimi təqdim edən Rəşad adlı şəxsə məxsus ***-***-**-** saylı telefona zəng vurub Nərgiz adlı qadının ona dediklərinin doğru olub-olmamasını soruşmuşdur. Həmin şəxs ona cavabında həqiqətən hər sənədin çatdırılması, üçün akademiyanın büdcəsindən əlavə 3 manat pul ayrıldığını, ǝgǝr 140 ədəd sənədi də onlara çatdırsa, hər sənədə görə ona 3 manat pul veriləcəyini təsdiqləmişdir. Həmin vaxt onun üstündə pul az olduğundan qardaşı Elnur ilə əlaqə saxlayıb 1400 manat borc pul istəyərək 1 saat ərzində pulu üstündə 400 manat xeyirlə geri qaytaracağını düşünüb hər sənədə görə 11 manat pul köçürməyi qərara almış və həmin şəxsə telefonla bu barədə bildirib hansı formada pulu köçürməli olduğunu soruşmuşdur. Həmin şəxs ona ödəmə terminalı vasitəsi ilə Şahid5 "xxxx" ASC-na aid olan kart hesabına ümumilikdə 1381 manat pul göndərməli olduğumu bildirib həmin kartın İD nömrəsi olan 725419 rəqəmlərini ona bildirmişdir. O, ünvan 14 ünvanında yerləşən Araz Supermarketində yerləşən “Exspresspay" ödəmə terminalı vasitəsi ilə saat 22-34-də 553 manat, saat 23:02 dəqiqədə isə 828 manat olmaqla cəmi 1381 manat pulu qeyd olunan hesaba göndərmiş və çeklərini terminaldan götürüb şəklini çəkərək Rəşad adlı şəxsə göndərmişdir. Lakin bundan sonra o, zəng vurub pulu köçürməyi barədə məlumat vermək istədikdə özünü Rəşad kimi təqdim edən şəxsin, həm də Nərgiz adlı qadının telefonlarının söndürüldüyünü müəyyən edib aldadıldığını başa düşmüşdüt. Bu səbəbdən o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə müraciət edərək hadisə haqqında məlumat vermişdir. Bu hadisədən bir müddət keçdikdən sonra bir nəfər şəxs onunla əlaqə saxlayaraq onun pulunu ələ keçirən şəxsin vəkili olduğunu bildirmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, onu aldadan şəxs Tovuz rayon sakini X24 olmuşdur və ondan başqa müxtəlif şəxsləri eyni üsulla aldadaraq pullarını ələ keçirmişdir. Həmin vaxtı vəkil Şahid5 tərəfindən ona vurulmuş maddi ziyan tam ödənmişdir. O, da bununla bağlı notarial qayadada ərizə vermişdir. Hal hazırda Şahid5 adlı həmin şəxsə və özünü ona Nərgiz kimi təqdim edən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona 1381 manat maddi ziyan dəymişdir. O, “Exspresspay" ödəmə terminalı vasitəsi ilə saat 22-34-də 553 manat, saat 23:02 dəqiqədə isə 828 manat olmaqla cəmi 1381 manat pul göndərmişdir. O, Şahid5 və Könül adlı şəxslərlə mobil telefonda danışmış və onların heç birini bu günədək görməmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki,sonuncuya dəymiş maddi ziyan ödənilmiş, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Sumqayıt şəhəri 30-cu məhəllə ev 5/13 mənzil 35-də ailəsi ilə birlikdə yaşayır. X45 markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobil ilə *1050 taksi şirkətinə qoşulub taksi fəaliyyəti ilə məşğul olur. 02 oktyabr 2021-ci il tarixdə, saat 19:30-da Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən modul tipli xəstəxanadan Heydər Əliyev adına ali hərbi məktəbə sifariş almışdır. Sifarişdə göstərilən 051 550 75-32 mobil nömrəsinə zəng vurmuş, telefona cavab verən və özünü Heydər Əliyev adına ali hərbi məktəbin kursantı kimi təqdim edən Rəşad adlı şəxs ona 051 *** ** ** mobil nömrəsini verib gedəcəyi modul tipli xəstəxanada işləyən Rəna adlı həkimlə əlaqə saxlamağını və ona çatacaq sənədi götürüb gətirməyi xahiş etmişdir. Bundan sonra o, həmin nömrə ilə əlaqə saxladıqda özünü Rəna adı ilə təqdim edən xanıma nömrəni Rəşadın verdiyini və ona çatmalı sənəd olduğunu demişdir. Həmin xanım onun sözlərini təsdiq edərək bildirmişdir ki, Rəşadın həmin sənədi götürməsi üçün 34 manat ödənişi qalıb. O, yenidən Rəşada zəng vurub ona həmin sənədi götürməyi üçün 34 manat pul ödəməli olduğunu demişdir. Rəşad adlı şəxs də heç bir problem olmadığını deyərək ondan həmin pulu ödəməyini, Ali Hərbi məktəbə çatanda gediş haqqı ilə birlikdə həmin pulu ona verəcəyini demişdir. O, razılığını bildirib, həmin xanımla yenidən əlaqə saxlamış, özünü Rəna adı ilə təqdim edən həmin xanım ona telefonda kart nömrəsi demiş və o, həmin vaxt 40-cı məhəllə ərazisində quraşdırılan "Million" terminalinin, qarşısında olduğundan həmin nömrəni "Kapitalbank" hesab artırılması bölməsindən yığıb xırda pulu olmadığından 50 manatlıq əskinasla göndərib ödəmişdir. Rəna adlı qadın demişdir ki, pulu işdən çıxanda ona qaytaracaqdır. Bundan sonra o, yenidən Rəşad adli şəxsə zəng vurub 50 manat pulu ödədiyini bildirmişdir. Rəşad ona narahat olmamağı, gələndə pulunu verəcəyini demişdir. Bir neçə dəqiqə sonra Rəşad ona votsapla səsli mesaj göndərib bildirmişdir ki, Ali Hərbi məktəbin kursantlarının həmin xəstəxanada sənədləri var, həmin sənədlərin birinin qiyməti 11 manatdır. O sənədləri alıb gətirsə kuryer haqqı olaraq hər sənədin üzərində 4 manat əlavə pul verəcəkdir. Bundan əlavə həmin şəxs ona demişdir ki, nə qədər sənəd götürə bilirsə ödəniş eləsin gətirsin və hər bir sənədin üzərində əlavə 4 manat pul qazansın. Sonuncunun bu təklifi ona maraqlı və inandırıcı gəldiyindən o, həmin şəxsə inanmışdır. Rəşad adlı şəxs ona bildirmişdir ki, 72 ədəd sənəd var, 1080 manat pul edir. Əgər ödəyə bilsə sənədləri götürüb gətirsin. O, evə gedib evdən 700 manat pulunun olduğunu və bu pula 63 ədəd sənǝd alıb gətirəcəyini Rəşada demiş, sonuncuda ona çatacaq pulun hazır olduğunu, narahatçılığa heç bir əsas olmadığını demişdir. O, yenidən 40-cı məhəllə ərazisində yerləşən Modul tipli xəstəxananın yaxınlığında quraşdırılan "Million” terminalının qarşısına gəlib yenidən Rəna adlı qadına zəng vurmuşdur. Bundan öncə isə sənəd barədə Rəna adlı qadına zəng vuranda Rəna demişdir ki, bu barədə məlumatı var, 72 ədəd sənəd götürülməlidir. Rəna adlı qadın həmin sənədlərə görə pulu ödəmək üçün ona bu dəfə başqa bir kart hesab nömrəsi demiş və o, həmin hesaba bu dəfə 700 manat pul köçürmüşdür. Pulu köçürdükdən sonra ondan ödəniş çeklərinin şəklini çəkib danışdığı nömrənin votsapına atmağını istəmişdir. O, çeklərin şəkillərini çəkib 051 *** ** ** nömrəsinin votsapına göndərmişdir. Sonra isə Rəşada zəng vurub pulu ödədiyini bildirmişdir. Sonuncu da demişdir ki, indi Rana xanımla əlaqə saxlayıb sənədləri götürüb gəlsin. O, da 40-cı məhəllədə yerləşən Modul tipli xəstəxananın qabağına getmişdir. 051 *** ** ** mobil nömrəsinə zəng vurmuş özünü Rəna kimi təqdim edən qadın ona bildirmişdir ki, 15 dəqiqəyə xəstəxanadan çıxır. 15 dəqiqə gözləmiş, gəlmədiyinə görə ona yenidən zəng vurmuşdur. Rəna ona demişdir sistemi söndürüb 5 dəqiqəyə çıxacaqdır. Beş dəqiqə gözləyəndən sonra yenidən həmin nömrǝyǝ zang vurduqda nömrə artıq söndürülmüşdür. Buna görə tez Rəşad adlı şəxslə danışdığı nömrəyə zəng vurmuş, lakin həmin nömrəyə də zəng çatmamışdır. O, artıq həmin şəxslər tərəfindən aldadılaraq 750 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyini başa düşmüşdür. Buna görə də Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gəlib ərizə ilə müraciət etmişdir. Sonradan araşdırma aparılan zaman ona məlum olmuşdur ki, Rəşad adı ilə özünü ona təqdim edən şəxs Tovuz rayon sakini Şahid5 olmuşdur. Elnur onu aldadan Rəna adlı qadınla birlikdə eyni üsulla başqa bir neçə nəfər şəxsləri də aldadaraq pullarını ələ keçirmişlər. Sonradan eşitmişdir ki, Elnur adlı şəxs BMCMİ-də aparılan cinayət işi üzrə həbsə alsalar da sonradan buraxılmışdır. Araşdırma aparılan zaman Elnurun vəkili tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. O, da bununla bağlı notarial qaydada ərizə vermişdir. O, Şahid5 onunla telefonda danışdırdığı Rəna adlı qadının göndərdiyi iki ayrı hesaba 50 manat və 700 manat olmaqla cəmi 750 manat pul göndərmişdir. Lakin qeyd etdiyi kimi sonradan Şahid5 tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir. O, Şahid5 və özünü Rəna kimi təqdim edən şəxslərlə mobil telefonda danışmış, onların heç birini bu günədək görməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, belə ki, ona maddi ziyan olaraq dəymiş 750 manat puldan 500 manat qaytarılmış, qalan məbləğ olan 250 manatı tələb edir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, Sumqayıt şəhəri 17-ci mikrorayon bina 41, mənzil 69-da ailəsi ilə birlikdə yaşayır. Mənim “Toyoto Prius" markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil Bakı şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olub öz ailəsini dolandırır. 04 oktyabr 2021-ci il tarixdə təxminən saat 12:15 radələrində qoşulduğu “MİL” adlı taksi şirkətindən ***-***-**-** nömrəsindən sifariş qəbul edib Bakı şəhəri Binəqədi rayon ərazisində yerləşən 25 saylı xəstəxananın qarşısına getmişdir. Bundan sonra o, sifariş verən ***-***-**-** saylı nömrəsi ilə əlaqə saxlamış və xəstəxananın qarşısında olduğunu bildirmişdir. Bu zaman həmin qeyd etdiyi nömrənin sahibi adını Rəşad kimi bildirərək Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən Polis Akademiyasında" kapitan rütbəsində olduğunu, həmin akademiyada müəllim işlədiyini və 25 saylı xəstəxanadan Rəna adlı həkimdən kursantların 72 ədəd, Covid 19" pasportunu götürəcəyini və ona çatdıracağını bildirmişdir. Bu zaman sonuncu Kapital Banka məxsus **********639418 nömrəli X25 adına olan hesab kartını ona Vatcap vasitəsi ilə göndərərək həmin karta pasportları götürmək üçün ilkin olaraq 120 manat sonra isə 704 manat pul göndərməyini və həmin pulların passportları sonuncuya çatdırdıqdan sonra ona veriləcəyini bildirmişdir. Sonra o, Bakı şəhəri Binəqədi rayon ərazisində olduğu zaman 120 manat pulu özünə məxsus "Tam kart" vasitəsilə onlayn şəkildə mobil telefonumda olan İBA proqramı vasitəsi ilə həmin karta ödəmiş, lakin kartında başqa pul olmadığına görə o, həyat yoldaşı Mətanət Muradovanın mobil telefonuna zəng vuraraq “Kapital Banka" maxsus **********639418 nömrəli X25 adına olan hesab kartının şəkilini mobil telefonuna göndərdiyini və həmin karta 704 manat pul vurmasını xahiş etmişdir. Bu zaman həyat yoldaşı Mətanət Muradova da yaşadığı evdə olan ona məxsus 704 manat pulu götürərək Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən "Ucuz" marketin daxilində olan "eManat" terminalı vasitəsilə həmin kartın hesabına 704 manat pulu göndərmişdir. Bundan sonra o, Rəna həkim adı ilə ona verilmiş ***-***-**-** saylı mobil nömrə ilə və Rəşad Əliyev kimi təqdim edən şəxsə məxsus 051 ***-**-** saylı mobil nömrəsi ilə əlaqə yarada bilməmiş və başa düşmüşdür ki, həmin şəxs onu aldadaraq ona qarşı dələduzluq hərəkəti etmişdirlər. Bundan sonra o, bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə gedərək hadisə haqqında ərizə yazmışdır. Sonradan araşdırma aparılan zaman ona məlum olmuşdur ki, Rəşad adı ilə özünü ona təqdim edən şəxs Tovuz rayon sakini Şahid5 olmuşdur. Elnur onu aldadan Rəna adlı qadınla birlikdə eyni üsulla başqa bir neçə nəfər şəxsləri də aldadaraq pullarını ələ keçirmişlər. Sonradan eşitmişdir ki, Elnur adlı şəxs BMCMİ-də aparılan cinayət işi üzrə həbsə alsalar da sonradan buraxılmışdır. Araşdırma aparılan zaman Elnurun vəkili tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. O, da bununla bağlı notarial qaydada ərizə vermişdir. O, Şahid5 ona göndəriyi kart hesabına mobil telefonunda olan İBA proqramı vasitəsilə 120 manat pul göndərmişdir. Qalan 704 manat pulu isə yoldaşı Sumqayıt şəhərində Emanat terminalından Şahid5 ona göndəriyi hesaba göndərmişdir. Ümumlikdə ona Şahid5 tərəfindən 824 manat ziyan vurulsa da sonradan geri qaytarılmışdır. O, Şahid5 və Rəna adlı şəxslərlə mobil telefonda danışmışdır. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, sonuncuya dəymiş maddi ziyan ödənilmiş, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 34-cü məhəllə ev 16/14 mənzil 5-də yaşayır. Özünə məxsus "Azsamand" markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil ilə taksi sürücüsü fəaliyyəti ilə məşğul olur. Belə ki, “Maxsim” taksi şirkətinə qoşulmuşdur. Şirkətdən ona yönləndirilən sifarişləri icra edərək müştəriləri daşıyır. 17 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində ***-***-**-** nomrəli telefonla zəng edən müştəri özünü C.Naxçivanski adına hərbi liseyin müəllimi Rəşad Əliyev kimi təqdim edərək ona ***-***-**-** mobil nömrəni verib həmin şəxsin Sumqayit Hospitalında işləyən Rəna adlı həkim olduğunu bildirmişdir. Rəşad adlı şəxs Rəna həkim ilə telefon əlaqəsi saxlamağını, Rənanın ona sənədlər verəcəyini və həmin sənədləri Bakı şəhərinə Naxçivanski adına Hərbi Liseyə aparıb ona çatdırmağını bildirib sifariş vermişdir. Həmin şəxsin ona verdiyi ***-***-**-** mobil nömrəyə zəng edən zaman telefona bir qadın cavab verib Rəna həkim olduğunu və Sumqayit Hospitalında işlədiyini bildirmişdir. Söhbət zamanı Rəna adlı həkim ondan sənədlərin pulunu ödəyibödəməməyini soruşanda ona hansı sənəd olmasından məlumatı olmadığını bildirmişdir. Həmin vaxtı Rəna həkim ona Hospitalda 53 ədəd kursantlar üçün hazırladığı arayışlar olduğunu, lakin həmin arayışlar üçün əvvəlcə onun göndərəcəyi hesab nömrəsinə 620 manat onlayın ödəniş etməyini bildirərək həmin pulu ödədikdən sonra hər bir arayış üçün ona 4 manat əlavə ödəniləcəyini bildirmişdir. Rəna həmin pulu sənədləri Naxçıvanski adına hərbi liseyə çatdırdıqdan sonra Rəşad Əliyev tərəfindən ödəniləcəyini bildirmişdir. Rəna adlı qadın ona Whatsapp proqramı vasitəsi ilə X27 və X41 adlı şəxslərin adına olan hesab nomrələri göndərərək pulu həmin hesab nömrələrinə göndərməyini bildirmişdir. Rəna adlı qadının dedikləri ilə bağlı Rəşad adlı şəxs zəng edərək bildirdikdə Rəşad da Rənanın dediklərini təsdiq etmişdir. Ona görə də onların dediklərinə inanmışdır. Həmin gün saat 09:26 dəqiqədə Sumqayıt şəhəri Sülh küçəsində yerləşən Laçın studionun yaxınlığında olan “Milliön” elektron ödəmə sistemi vasitəsilə Rəna adlı qadının ona verdiyi hesab nömrəsinə 40 manat pul göndərmişdir. Bundan bir qədər sonra saat 11 radələrində Sumqayıt şəhəri ərazisində Bakı-Quba yolunun 30-cu kilometrliyində yerləşən Azpetrol yanacaq doldurma məntəqəsinin həyətində quraşdırdılmış “eManat” ödəmə terminalı vasitəsilə Rəna adlı qadının ona verdiyi hesab nömrəsinə əlavə 380 manat da pul göndərmişdir. Rəna adlı qadının ona göndərdiyi hesab nömrələrinə pul köçürməyi ilə bağlı olan çeklərin şəkillərini çəkib Rəşad adlı şəxsə və Rəna adlı qadının mobil telefonuna göndərmişdir. Bundan sonra Sumqayıt Hospitalının qarşısına gəlmişdir. Sumqayıt Hospitalının qarşısında onlayn üsulla 200 manat pulu Rənanın ona göndərdiyi hesab nömrəsinə göndərmişdir. Bundan sonra Rəna adlı qadına bu barədə məlumat vermişdir. Rəna adlı qadın 5 dəqiqə müddətində Hospitalın həyətinə düşüb sənədləri ona verəcəyini bildirmişdir. Bundan sonra Hospitalın həyətində gözləmişdir. Gözləsə də Rəna adlı həkimin gəlmədiyini görmüşdür. Ona görə də ona məxsus mobil nömrəyə zəng edən zaman zəng çatmadığını görmüşdür. Bundan sonra Rəşad adlı şəxsin mobil telefonuna zəng edən zaman onun da telefonunun bağlı olmasını görmüşdür. Bundan sonra Sumqayıt Hospitalının inzibati binasına daxil olub Rəna həkim haqqinda maraqlandıqda ona məlum olmuşdur ki, Hospitalda Rəna adlı həkim işləmir. Həmin şəxslərin onu aldadaraq pulunu ələ keçirmişlər. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra isə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Bu hadisədən bir müddət keçdikdən sonra bir nəfər şəxs onunla əlaqə saxlayaraq pulunu ələ keçirən şəxsin vəkili olduğunu bildirmişdir. Həmin vaxt məlum olmuşdur ki, onu aldadan şəxs Tovuz rayon sakini X24 olmuş və ondan başqa müxtəlif şəxsləri eyni üsulla aldadaraq pularını ələ keçirmişdir. Həmin vaxtı vəkil Şahid5 tərəfindən ona vurulmuş maddi ziyanının 400 manatını ödəmişdir. Sonradan ona məlum olmuşdur ki, Elnur adlı şəxsi DİN-nin BMCMİ-də istintaq olunan cinayət işi üzrə həbsə alsalar da sonradan həbsdən buraxılmışdır. O da bununla bağlı notarial qayadada ərizə vermişdir. Hal-hazırda Şahid5 adlı həmin şəxsə və özünü ona Rəna kimi təqdim edən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur.Hadisə nəticəsində ona 620 manat maddi ziyan dəymişdir. Elektron ödəmə sistemi vasitəsilə 40 manat və 380 manat olmaqla ümumilikdə 420 manat, onlayn qaydada isə 200 manat pulu Rəna adlı qadının ona verdiyi hesab nömrəsinə göndərmişdir. Şahid5 və özünü ona Rəna kimi təqdim edən şəxsi görməmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Göygöl şəhəri 130 mənzillik məcburi köçkünlər şəhərciyində ailəsi ilə birlikdə yaşayır. Kəlbəcər rayonu 111 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Boş vaxtlarında "Bolt" taksi şirkətində sürücü işləyir. Özünə məxsus "Hyundai Sonata" markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 01 noyabr 2021-ci il tarixdə saat 07:35-də işlədiyi şirkətə məxsus tətbiqdən Göygöl şəhərindən Şəmkir rayonuna müştəri aparılması sifarişi gəlmişdir. O, sifarişi qəbul etmiş və sifariş verən şəxs sifarişi qəbul etdikdən təxminən 3 dəqiqə sonra 055 ***-**-** saylı mobil nömrə ilə ona məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq özünü Şəmkir rayonunda yerləşən Hərbi Hospitalda zabit olduğunu, adının isə Rəşad olduğunu bildirmişdir. Söhbət zamanı Rəşad adlı şəxs Göygöl rayon xəstəxanasında işləyən Nərgiz adlı həkimdən arayışlar götürüb Şəmkir rayonunda yerləşən Hərbi Hospitala gətirməyini demiş və whatsapp sosial şəbəkəsi vasitəsi ilə ***-***- **-** saylı mobil nömrəni göndərərək Nərgiz adlı həkimə məxsus olduğunu bildirmişdir. Nərgiz adlı şəxsə zəng etmiş və danışıq zamanı arayışa görə 40 manat ödəniş etməli olduğunu bildirmişdir. O, Rəşad adlı şəxsə zəng edib Nərgiz adlı şəxsin 40 manat ödəniş edilməli olduğunu dediyini bildirmişdir. Rəşad adlı şəxs ona 40 manatı ödəməyini, arayışı ona verəndə 70 manatı verəcəyini bildirmişdir. O, Rəşadla razılaşmışdır. O, Nərgiz adlı şəxsə məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edib, Göygöl rayon xəstəxanasına gəlib ödənişi edib arayışı götürəcəyini bildirmişdir. Nərgiz adlı şəxsdə cavab olaraq pulu kart hesab nömrəsinə göndərməyini bildirmiş və whatsapp sosial şəbəkəsi vasitəsi ilə Kapital banka məxsus X11 adına olan 4169-7413-9008-4117 saylı hesab nömrəsi göndərmişdir. O, da həmin tarixdə saat 07:57-də ünvan 9 ünvanında yerləşən "OBA" marketdə olan "E-manat" ödəniş terminalı vasitəsi ilə 40 manat pul göndərmiş və ödəmə etməyi ilə bağlı çekin şəklini Nərgiz adlı şəxsə göndərmişdir. O, Nərgiz adlı şəxsə zəng edib ödəniş etdiyini, arayışı gəlib götürəcəyini demişdir. Nərgiz adlı qadın ona Şəmkir rayonunda yerləşən Hərbi Hospitala çatacaq 72 ədəd arayış olduğunu, hər bir arayış üçün 11 AZN ödəniş edilməli olduğunu, Şəmkir rayonunda isə hər bir arayış üçün ona 15 AZN veriləcəyini demişdir. O, Nərgiz adlı şəxsə pulunun olmadığını, kimdənsə borc alıb verə biləcəyini demişdir. O, Rəşad adlı şəxsə zəng etmişdir. Rəşad adlı şəxs ona 72 ədəd arayışın pulunun hamısını ödəməyini, Şəmkir rayonuna çatan kimi ona həmin pulun ödəniləcəyini demişdir. O, Rəşad adlı şəxsə pulunun olmadığını, kimdənsə borc alıb verə biləcəyini bildirmişdir. Daha sonra isə Göygöl şəhərində yaşayan qohumu Füzulidən 330 manat borc pul alıb Nərgiz adlı şəxsə zəng edərək 30 ədəd arayışın pulunu ödəyə biləcəyini demiş, Nərgiz də onunla razılaşmışdır. O, Nərgiz adlı şəxsin göndərdiyi X11 adına olan 4169-7413-9008-4117 kart hesabına saat 08:21-də ünvan 10 ünvanında yerləşən "Al" marketdə olan "E manat" ödəniş terminalı vasitəsi ilə 330 manat pul göndərmiş və ödəmə etməyi ilə bağlı çekin şəklini Nərgiz adlı şəxsə göndərmişdir. Nərgiz adlı şəxsə zəng edən zaman sonuncu ona onsuz da "Şəmkir rayonuna gedirsən, yerdə qalan arayışın pulunuda tapıb ödə, üzərində artıq pul verəcəklər" demişdir. Bundan sonra Rəşad ona zəng edib yerdə qalan 42 arayışa görə 462 manat pulu tapmağı, Şəmkir rayonuna çatan kimi üzərində əlavə pul ilə veriləcəyini demişdir. O, da Rəşadla razılaşmış və qonşuluqda yaşayan qohumu Nizami adlı şəxsdən borc olaraq 462 AZN pul alıb, Nərgiz adlı şəxsin göndərdiyi X11 adına olan 4169-7413-9008-4117 kart hesabına saat 08:40-da ünvan 10 ünvanında yerləşən "Al" marketdə olan "E-manat" ödəniş terminalı vasitəsi ilə 462 manat pul göndərmiş və ödəmə etməyi ilə bağlı çekin şəklini Nərgiz adlı şəxsə göndərmişdir. O, Nərgiz adlı şəxsə zəng edərək ödəniş etdiyini demiş və arayışları hardan gəlib götürə biləcəyini soruşmuşdur. Nərgiz adlı şəxs onu Göygöl rayon xəstəxanasının qarşına çağırmışdır. O, xəstəxanaya gedərkən Rəşad adlı şəxs özü ona zəng edib 20 ədəd zabitlərin sənədinin olduğunu demişdir. Hər bir arayışa görə 15 manat ödəməyini, Şəmkirdə arayışları verən kimi hər bir arayışa görə 20 manat ona verəcəyini bildirmişdir. O, da Rəşadla razılaşmış, yenidən qohumu Nizami adlı şəxsdən 300 AZN borc olaraq pul alıb, Nərgiz adlı şəxsin göndərdiyi 4169-7413-9008-4117 kart hesabına saat 08:56-da ünvan 11n "Leyla" marketdə olan "E-manat" ödəniş terminalı vasitəsi ilə 300 manat pul göndərmiş və ödəmə etməyi ilə bağlı çekin şəklini Nərgiz adlı şəxsə göndərmişdir. O, Nərgiz adlı şəxsə zəng edərək ödəniş etdiyini deyib xəstəxananın qarşısına gəldiyini bildirmişdir. O, Göygöl rayon mərkəzi xəstəxananın qarşısında olarkən Nərgiz adlı şəxsə məxsus mobil nömrəyə zəng etsədə zəng çatmamışdır. Rəşad adlı şəxsə də zəng edən zaman onun da mobil telefon nömrəsinə zəng çatmamışdır. Başa düşmüşdür ki, həmin şəxslər onu aldadıblar. Ona görə də DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra da Göygöl rayon polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, özünü Şəmkir rayonunda yerləşən hərbi hospitalın rütbəli şəxsi kimi təqdim edən şəxs Tovuz rayon sakini Şahid5 olmuşdur. Elnur adlı şəxs və özünü ona Nərgiz kimi təqdim edən şəxs ondan başqa bir neçə nəfər şəxsləri də eyni üsulla aldadaraq pullarını ələ keçirmişdir. Sonradan eşitmişdir ki, Elnur adlı şəxs BMCMİ-də aparılan cinayət işi üzrə həbsə alsalar da sonradan buraxılmışdır. Araşdırma aparılan zaman Elnurun vəkili tərəfindən ona vurulmuş maddi ziyanın 800 manat hissəsi ödənilmişdir. O, da bununla bağlı notarial qaydada ərizə vermişdir. O, əvvəlcə Nərgiz adlı şəxsin ona dediyi kart hesabına 40 manat, daha sonra 330 manat, sonra 462 manat, sonra isə 300 manat olmaqla cəmi 1132 manat pul göndərmişdir. O, Şahid5 və özünü Nərgiz kimi təqdim edən şəxslərlə mobil telefonda danışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, belə ki, ona maddi ziyan olaraq dəymiş 1132 manat puldan 800 manat qaytarılmış, qalan məbləğ olan 332 manatı tələb edir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs8 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş izahatından görünür ki, hal-hazırda Astara rayonun Siyakü kəndində ailəsi ilə birlikdə yaşayır. Əvvəllər Bakı şəhəri Nəsimi rayonu Memar Əcəmi metrostansiyasının yaxınlığında Cavadxan küçəsi 18 mənzil 7-də yaşamışdır. Həmin vaxtı arenda əsasında "Honda insight" markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 2111" taksi xidmətinə qoşularaq taksi fəaliyyəti ilə məşğul olmuşdur. 18 oktyabr 2021-ci il tarixdə, 18:37-də şirkətdən ona Xızı şəhər mərkəzindən Bakı şəhərində yerləşən Ali Hərbi Məktəbə müştəri sifarişi gəlmişdir. Həmin vaxt Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində olmuşdur. Həmin vaxtı təsadüfən yolda xüsusi təyinatlı hərbiçi ona əl edərək Yaşma qəsəbəsinə aparmağını bildirmişdir. O, da onunla razılaşmışdır. Ona görə də şirkətdən ona sifariş gələrkən Yaşma ilə Xızı rayonu yaxın olduğuna görə həmin sifarişi qəbul etmişdir. Şirkətdən ona yönləndirilən müştərinin ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamışdıt. Müştəri danışıq zamanı özünü Rəşad kimi tanıdıb Bakı şəhərində yerləşən Ali Hərbi Məktəbin yüksək rütbəli zabiti kimi təqdim edərək Xızı rayonuna gedərək ***-***-**-** saylı mobil nömrə sahibinin sahibi Rəna xanımla əlaqə saxlamağını və həmin şəxsdən hərbi bilet götürərək həmin şəxsə 40 (qırx) manat pul verməyini, geri qayıdan zaman həmin pulu və yol haqqını ona ödəyəcəyini bildirmişdir. O, müştəri ilə danışandan sonra onun verdiyi mobil nömrəyə zəng etmişdir. Telefona bir qız cavab vermişdir. Həmin qıza bildirmişdir ki, nömrəsini ona veriblər ki, ondan hərbi bilet götürsün. Qız ondan nömrəni Rəşad müəllimin verdiyini soruşduqda o, nömrənin Rəşad tərəfindən ona verildiyini bildirmişdir. Bu zaman həmin qız ona Xızı rayon Mərkəzi Xəstəxanasına gəlməsini, özü də içəridə sənədləri hazırladığını demişdir. O, da onunla razılaşmışdır. Yolda təkrar Rəşad adlı şəxs onunla telefon əlaqəsi saxlayıb ödəyəcəyi 40 (qirx) manatı kart hesabına yükləməyini xahiş etmişdir. O, da razılaşmışdır. Həmin vaxt artıq Giləzi qəsəbəsinə çatmışdır. Qəsəbə ərazisindəki mağazalardan birinə girib Rəşad adlı şəxsin telefonda ona dediyi, hazırda xatırlamadığı bank kart hesabına 40 (qırx) manat pulu yükləmişdir. Daha sonra sürüb Xızı şəhərinə rayon mərkəzi xəstəxanasının yaxınlığına getmişdir. Oradan yenidən Rəşad adlı şəxsə zəng edib çatdığını demiş və danışıq zamanı sonuncu ona bildirmişdir ki, orada Ali Hərbi Məktəbin 72 kursantina məxsus sənədlər var, həmin sənədlərin hər birinin qiyməti 11 (on bir) manatdır. Rəşad ona bildirmişdir ki, adətən kuryerlər həmin sənədləri gətirir və hər birindən 4 (dörd) manat özünə qalır. Rəşad ondan xahiş etmişdir ki, həmin sənədləri götürüb və ödənişi etsin, qayıdanda həm ona ödədiyi pulu qaytaracaqlar, həm də hər bir sənəddən kuryer haqqı kimi 4 (dörd) manat ona veriləcəkdir. O, hesablayıb görmüşdür ki, ümumi məbləğ 792 (yeddi doxsan iki) manat edir. Üstəlik Rəşadın qeyd etdiyi kimi ki, orada əlavə olaraq zabitlərə aid 40 ədəd də sənəd olmuş və onların hər birinin qiyməti isə 15 (on beş) manat olduğundan hesablayıb, həmin şəxsə bildirmişdir ki, o qədər pulu yoxdur. Bu zaman Rəşad bildirmişdir ki, nə qədər pulu çatırsa, o qədər sənədi götür gəlsin. O, da razılıq vermişdir. Özündə pul olmadığına görə dostu Fəqan Məhərrəmova, qardaşı Seymur Zahirzadəyə və qohumum Nadirə zəng edərək onlardan xahiş etmişdir ki, özü istifadə etdiyi və həyat yoldaşı Şahanə Şəkərovaya məxsus Kapital Bankin 4169 7413 1195 0529 nömrəli debet kart hesabına pul göndərsinlər. Bir neçə dəqiqə ərzində dostu Fəqan 500 (beş yüz) manat, qardaşı Seymur 50 (əlli) manat pul göndərmişlər. İlkin olaraq dostu Fəqan və qardaşı Seymurun göndərdiyi ümumi 550 (beş yüz əlli) manat kartına yükləndiyindən sonra o, Rəşad adlı müştəri ilə telefon əlaqəsi saxlayıb hazırda 550 (beş yüz əlli) manat pulu olduğunu deyib hara göndərəcəyini soruşmuşdur. Bu zaman həmin şəxs ona 5103 0714 8308 1531 nömrəli "xxxx" hesabı göndərib pulu həmin karta yükləməyini bildirmişdir. O, da smartfon telefonunda olan "Birbank" mobil tətbiqi vasitəsilə öz hesabından yuxarıda qeyd olunan hesaba 550 (beş yüz alli) manat pul göndərərək bu barədə Rəşada bildirmişdir. Həmin vaxtı qohumu Nadir də kart hesabına 140 manat pul göndərmişdir. Qohumu Nadir də pulu hesabına yatırandan sonra da Rəşadla təkrar əlaqə saxlayıb daha 140 (yüz qırx) manat pulu olduğunu bildirmişdir. Bu zaman Rəşad ondan xahiş etmişdir ki, pulu digər 4169 7413 9455 2788 nömrəli "xxxx" hesabına göndərsin. O, da eyni qaydada "Birbank" mobil tətbiqi vasitəsilə öz hesabından Rəşadın ona verdiyi hesaba 140 (yüz qırx) manat göndərmişdir. Pulu göndərəndən sonra Rəşad adlı şəxslə telefon əlaqəsi saxlayıb bu barədə ona məlumat vermişdir. Bu zaman Rəşad ona demişdir ki, orada gözləsin Rəna xanım xəstəxanadan çıxıb sənədləri ona verəcəkdir. Daha sonra ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayıb Rəna xanıma 140 (yüz qırx) manat da ödədiyini demişdir. Bu zaman Rəna xanım ondan maşının nömrəsini xəbər alıb xəstəxanadan çıxdığını demişdir. Rəna adlı qadının danışığından şübhələnmişdir. İki dəqiqə keçməmiş yenidən Rənanın istifadə etdiyi ***-***- **-** saylı mobil nömrə ilə əlaqə saxlamış, lakin artıq telefon söndürülmüşdür. Elə həmin an Rəşad adlı şəxsin ***-***-**-** sayli mobil nömrəsi ilə əlaqə saxlamışdır. Danışıq zamanı qızın telefonu söndürdüyünü ona bildirmişdir. Rəşad isə ona demişdir ki, qız telefonu söndürüb çıxır. Danışığı bitirəndən sonra "whatsapp'a daxil olub görmüşdür ki, Rəşad adlı şəxs onun nömrəsini qara siyahıya salıb. Bundan sonra nə qədər onun telefonuna zəng etsə də, zəng çatmamışdır. O, da DİN-in "102" xidmətinə zəng edib şikayət etmişdir. Daha sonra Xızı rayon polis şöbəsinə gedərək baş verənlər haqqında ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında aparılan araşdırma ilə əlaqədar olaraq izahat yazmışdır. Rəşad adlı şəxsin ona dediyi bank hesabına yüklədiyi 40 manat pulun da qəbzini təqdim etmişdimr Bu hadisədən bir neçə ay keçdikdən sonra, BMCM-dən zəng edərək onu həmin idarəyə çağırmışlar. Həmin idarəyə getdikdən sonra ona məlum olmuşdur ki, onu aldadan şəxs Tovuz rayon sakini Şahid5 olmuşdur və ondan başqa müxtəlif şəxsləri eyni üsulla aldadadaq pullarını ələ keçirmişdir. Həmin vaxt müstəntiq Şahid5 qohumları tərəfindən ona dəymiş ziyanın ödənildiyini bildirərək həmin 730 manat pulu ona təqdim etmişdir. O, da pulu aldıqdan sonra həmin idarəni tərk etmişdir. Hal hazırda Şahid5 adlı həmin şəxsə və özünü ona Rəna kimi təqdim edən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. O, əvvəlcə sonradan adını bildiyi Şahid5 adlı şəxsin ona dediyi kart hesabına 40 manat pul göndərmişdir. Daha sonra isə mobil telefonunda olan Birbank tətbiqi vasitəsilə Elnurun ona vatsap proqramı vasitəsilə göndərdiyi kart hesabına əvvəlcə 550 manat, daha sonra isə onun göndərdiyi digər kart hesabına 140 manat olmaqla cəmi 730 manat pul köçürmüşdür. O, Şahid5 və Rəna adlı şəxslərlə mobil telefonda danışmış, onların heç birini bu günədək görməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. O, özünə məxsus Daevo Centra markalı ** LY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi sürücüsü fəaliyyəti ilə məşğul olur. Belə ki, Bakı şəhərində fəaliyyət göstərən bir neçə taksi şirkətinə qoşulmuş və həmin şirkətdən mobil telefonla müştəri sifarişi qəbul edir. 2021-ci ilin payız aylarında 2111 taksi sifarişi şirkətinə qoşulmuşdur. 13 iyun 2022-ci il tarixdə saat 19:25 dəqiqədə 2111 taksi şirkətindən ona sifariş verilmişdir. Həmin vaxtı Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən DİN-in Hospitalının qarşısında olarkən, istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəsinə 051 ***-**-** saylı mobil nömrəsindən sifariş gəlmiş və özünü Polis Akademiyasının yüksək rütbəli zabiti Rəşad Əliyev kimi təqdim etmiş şəxs ona bildirmişdir ki, DİN-in Hospitalında Nərgiz adlı həkimə yaxınlaşaraq həmin qadından hazırda xatırlamadığı sayda arayışlar götürüb Mərdəkan qəsəbəsində yerləşən Polis Akademiyasına aparmalıdır. Rəşad ona aparacağı hər bir arayışa görə əlavə kuriyer haqqı olaraq 4 manat olmaqla cəmi 289 manat pul verəcəyini bildirmişdir. O, Rəşadın təklifi ilə razılaşdığından sonuncu Nərgiz adlı qadının istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni ona verərək həmin nömrə ilə əlaqə saxlamağını bildirmişdir. O, bundan sonra həmin nömrə ilə əlaqə saxladıqda Nərgiz kimi özünü təqdim edən qadın ona bildirmişdir ki, ona kart hesabı verəcək və həmin kart hesabına 42 manat pul vurmalıdır. Arayışlar ona verildikdən sonra isə həmin arayışları Polis Akademiyasına çatdırmalıdır. Daha sonra Nərgiz ona demişdir ki, Emanat aparatı yanında olan zaman ona zəng vursun və ona kod deyəcəkdir. Ona görə də o, Nərimanov rayonu F.Yusifov küçəsində yerləşən Rahat marketə gedərək orada Nərgiz kimi təqdim etmiş şəxsə zəng vurmuşdur. Nərgiz adlı qadın ona verdiyi Xandadaş Əsgərov adlı şəxsin adına olan 4****5819 saylı hesabına 42 manat pulu köçürmə etmişdir. Yenidən o, DİN-in Hospitalının yanına gəlmişdir ki, Nərgiz adlı şəxs ona arayışları versin. O, DİN-in Hospitalı yanında olarkən Nərgiz adlı şəxsin istifadə etdiyi mobil nömrəyə zəng vurduqda Nərgiz ona bildirmişdir ki, digər sənədlərdə var, həmin sənədlərdə Polis Akademiyasına çatmalıdır, əgər istəyirsə onların da pulunu ödəsin həmin yerdə onun pulu veriləcəkdir. Ona görə də o, yenidən özünü Rəşad kimi təqdim edən şəxslə əlaqə saxlamışdır. Həmin vaxt Rəşad da bir daha onu arxayın edərək ödəyəcəyi hər arayışın puluna görə ona əlavə 4 manat kuryer haqqı verəcəyini bildirmişdir. Rəşad ona 472 494 252 *** **** saylı kart hesabı verərək pulu ora göndərməyini bildirmişdir. O, birinci 713 manat, ardınca isə 1188 manat pulu öz istifadəsində olan Birbank proqramı vasitəsilə həmin kart hesabına göndərmişdir. Pulu köçürdükdən sonra Rəşada zəng edərək 1901 manat pulu köçürdüyünü bildirmiş, Rəşad ona Nərgizlə əlaqə saxlayıb arayışları götürüb Polis Akademiyasına gətirməyini demişdir. Bundan sonra o, Nərgizə zəng edərək DİN-nin Hospitalının qarşısında gözlədiyini demiş, Nərgiz adlı qadın 5 dəqiqə ərzində düşəcəyini və arayışları gətirib ona verəcəyini bildirmişdir. Bundan sonra o, bir qədər gözləyib Rəşada zəng edən zaman sonuncunun nömrəsinə zəng çatmamışdır. Nərgiz adlı qadına da zəng etdikdə onun nömrəsinə də zəng çatmamışdır. Başa düşmüşdür ki, həmin şəxslər onu aldadaraq pulumu ələ keçiriblər. Ona görə də DİN-nin 102 xidmətinə zəng edərək hadisə haqqında məlumat vermişdir. Bundan sonra Nərimanov RPİ-nin 17-ci polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Sonradan araşdırma aparılan zaman ona məlum olmuşdur ki, özünü Rəşad adı ilə ona təqdim edən şəxs Tovuz rayon sakini Şahid5 olmuşdur. Elnur onu aldadan Nərgiz adlı qadınla birlikdə eyni üsulla başqa bir neçə nəfər şəxsləri də aldadaraq pullarını ələ keçirmişlər. Sonradan eşitmişdir ki, Elnur adlı şəxs BMCMİ-də aparılan cinayət işi üzrə həbsə alsalar da sonradan buraxılmışdır. Araşdırma aparılan zaman Elnurun valideynləri ona dəymiş ziyanı ödəyəcəklərini bildirsələr də bu günədək ona 90 manat pul qaytarmışlar. Nərgiz adlı qadının ona dediyi kart hesabına əvvəlcə 42 manat pul ödəmişdir. Sonra isə Şahid5 ona dediyi kart hesabına mobil telefonunda olan BirBank proqramı vasitəsilə əvvəlcə 713 manat, ardınca isə 1188 manat pul ödəmişdir. Ümumlikdə Elnur və Nərgiz kimi özünü təqdim edən qadın tərəfindən ona 1943 manat maddi ziyan vurulmuşdur. O, həmin şəxslərlə mobil telefonda danışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, belə ki, ona maddi ziyan olaraq dəymiş 1943 manat puldan 691 manat qaytarılmış, qalan məbləğ olan 1252 manatı tələb edir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri 38 saylı hərbi şəhərcikdə 14-cu xətt ev 3-də ailəsi ilə birlikdə yaşayır. Onun VAZ-2107 markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil ilə “2244” taksi şirkətinə qoşulmuş və şirkətdən ona yönləndirilən müştəriləri daşımaqla taksi sürücüsü fəaliyyəti ilə məşğul olur. 04 noyabr 2021-ci il tarixdə saat 03 radələrində işlədiyi şirkətə məxsus tətbiqdən Gəncə şəhər Beynəlxalq xəstəxanasından Şəmkir rayonuna müştəri aparılması sifarişi gəlmişdir. O, sifarişi qəbul etmiş və sifariş verən şəxs sifarişi qəbul etdikdən bir neçə dəqiqə sonra 055 815-13-41 saylı mobil nömrə ilə ona məxsus ***-***-**- ** saylı mobil nömrə ilə əlaqə saxlayaraq özünü Şəmkir rayonunda yerləşən Hərbi Hospitalda zabit olduğunu, adının isə Rəşad olduğunu bildirmişdir. Söhbət zamanı Rəşad adlı şəxs Gəncə şəhər Beynəlxalq xəstəxanasında işləyən Nərgiz adlı həkimdən arayışlar götürüb Şəmkir rayonunda yerləşən Hərbi Hospitala gətirməyini demiş və whatsapp sosial şəbəkəsi vasitəsi ilə ***-***-**-** saylı mobil nömrəni göndərərək Nərgiz adlı həkimə məxsus olduğunu bildirmişdir. O, Nərgiz adlı şəxsə zəng etmiş və danışıq zamanı sonuncu ona arayışa görə 48 manat ödəniş etməli olduğunu bildirmişdir. O, da Rəşad adlı şəxsə zəng edib Nərgiz adlı şəxsin ona 48 manat ödəniş edilməli olduğunu dediyini bildirmişdir. Rəşad adlı şəxs ona 48 manatı ödəməyini, o, arayışı ona verəndə 70 manat verəcəyini bildirmişdir. O, da Rəşadla razılaşmışdır. O, da Nərgiz adlı şəxsə məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edib, Gəncə şəhər Beynəlxalq xəstəxanasına gəlib ödənişi edib arayışı götürəcəyini bildirmişdir. Nərgiz adlı şəxs də cavab olaraq pulu kart hesab nömrəsinə göndərməyini bildirmiş və whatsapp sosial şəbəkəsi vasitəsi ilə Kapital banka məxsus X12 adına olan hesab nömrəsi göndərmişdir. O, da həmin tarixdə saat 03:12 dəqiqədə Gəncə şəhəri Xətai prospektində yerləşən Xanımın mağazasında olan “Milliön” ödəniş terminalı vasitəsi ilə 48 manat pul göndərmiş və ödəmə etməyi ilə bağlı çekin şəklini Nərgiz adlı şəxsə göndərmişdir. O, Nərgiz adlı şəxsə zəng edib ödəniş etdiyini, arayışı gəlib götürməyini demişdir. Nərgiz adlı qadın ona Şəmkir rayonunda yerləşən Hərbi Hospitala çatacaq 72 ədəd arayışlar olduğunu, hər bir arayış üçün 11 AZN ödəniş edilməli olduğunu, Şəmkir rayonunda isə hər bir arayış üçün ona 15 AZN veriləcəyini demişdir. O, Nərgiz adlı şəxsə pulunun olmadığını, kimdənsə borc alıb verə biləcəyini demişdir. O, Rəşad adlı şəxsə zəng etmiş, Rəşad adlı şəxs ona pulu varsa 72 ədəd arayışların pulunun hamısını ödəməyini, Şəmkir rayonuna çatan kimi həmin pulun ona ödəniləcəyini demişdir. O, Rəşad adlı şəxsə pulunun olmadığını, kimdənsə borc alıb verə biləcəyimi bildirmişdir. Nərgiz və Rəşadın etdiyi təklifə görə o, əlavə qazanc əldə edəcəyini fikirləşdiyindən yaxınlıqda olan evinə gedərək evdən 800 manat pul götürmüşdür. Nərgizə və Rəşada arayışların pullarını ödəyəcəyini bildirmişdir. O, Nərgiz adlı şəxsin dediyi həmin hesab nömrəsinə Xanımın mağazasında olan Milliön ödəmə terminalından 800 AZN pul göndərmiş və ödəmə etməyi ilə bağlı çekin şəklini Nərgiz adlı şəxsə göndərmişdir. O, Nərgiz adlı şəxsə zəng edərək ödəniş etdiyini demişdir. Bundan sonra Gəncə şəhər Beynəlxalq xəstəxanasının qarşısına gələrək Nərgiz adlı şəxsə məxsus mobil nömrəyə zəng etsədə zəng çatmamışdır. Rəşad adlı şəxsə də zəng edən zaman onun da mobil telefon nömrəsinə zəng çatmamışdır. Başa düşmüşdür ki, həmin şəxslər onu aldatmışdırlar. Ona görə də Gəncə ŞBPİ-nin Kəpəz RPİ-nə gələrək hadisə barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, özünü Şəmkir rayonunda yerləşən hərbi hospitalın rütbəli şəxsi kimi təqdim edən şəxs Tovuz rayon sakini Şahid5 olmuşdur. Elnur adlı şəxs və özünü ona Nərgiz kimi təqdim edən şəxs ondan başqa bir neçə nəfər şəxsləri də eyni üsulla aldadaraq pullarını ələ keçirmişdirlər. Sonradan eşitmişdir ki, Elnur adlı şəxs BMCMİ-də aparılan cinayət işi üzrə həbsə alsalar da sonradan buraxılmışdır. Araşdırma aparılan zaman Elnurun vəkili tərəfindən ona vurulmuş maddi ziyanın 500 manat hissəsi ödənmişdir. O, da bununla bağlı notarial qaydada ərizə vermişdir. O, əvvəlcə Nərgiz adlı şəxsin ona dediyi kart hesabına 48 manat, daha sonra 800 manat olmaqla cəmi 848 manat pul göndərmişdir. O, Şahid5 və özünü Nərgiz kimi təqdim edən şəxsləə mobil telefonda danışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, belə ki, ona maddi ziyan olaraq dəymiş 848 manat puldan 500 manat qaytarılmış, qalan məbləğ olan 348 manatı tələb edir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Arayış”dan görünür ki, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs11 nümayəndəsi Nümayəndə bildirmişdir ki, hazırda qardaşı Zərərçəkmiş şəxs11 Rusiya Federasiyasındadır və məhkəmədə onu təmsil etmək üçün etibarnamə vermişdir. Bildirir ki, onlara dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş izahatından görünür ki, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi bina 3 mənzil 34-də yaşayır. Zərərçəkmiş şəxs11 doğma qardaşıdır. Azər ilə bir evdə yaşamışdır. Azər bir neçə aydır ki, işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə gedib və hal-hazırda orda yaşayır. Azər Gəncə şəhərində yaşadığı müddətdə özünə məxsus Mersedes-Benz 230 markalı, ** EC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi sürücüsü fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, Azər “Maxim” taksi şirkətinə qoşularaq şirkətdən ona yönləndirilən müştəriləri aparırmış. 25 oktyabr 2021-ci il tarixdə Azər evə gələrək tanımadığı şəxslərin onu aldadaraq 790 manat pulunu ələ keçirdiklərini bildirmişdir. Azərdən nə baş verməsini soruşan zaman onun danışığından məlum olmuşdur ki, həmin tarixdə saat təxminən 09 radələrində işlədiyi taksi şirkətindən Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən X18 Şəmkir rayonunda yerləşən Hərbi şəhərciyə getmək üçün Azərin mobil telefonuna sifariş daxil olmuşdur. Azər həmin sifarişi qəbul etdikdən sonra sifariş verən şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxladıqda həmin müştəri ona adının Rəşad Əliyev olduğunu, Gəncə şəhəri Xətai prospektində yerləşən X23 sənədlər olduğunu, həmin sənədləri götürmək üçün X23 həkim işləyən Nərgiz adlı şəxslə əlaqə saxlamağını bildirərək Nəgiz adlı həkimin istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəni ona vermişdir. Azər Nərgiz adlı şəxsə zəng edib danışan zaman Nərgiz kart hesab nömrəsi verəcəyini və həmin karta 70 ədəd sənədlərə görə hər sənəd üçün 11 manat pul göndərməyini, Şəmkir rayonunda yerləşən Hərbi şəhərciyə gedən zaman isə Rəşadın hər sənədə görə ona 15 manat pul verəcəyini bildirmişdir. Azər də Nərgiz adlı şəxs ilə danışdıqdan sonra Rəşad adlı şəxsin istifadəsində olan mobil nömrəyə zəng etdikdə Rəşad da Nərgiz adlı qadının sözünü təsdiq etdiyi üçün Azər onların vədinə inanıb Nagriz adlı qadının ona göndərdiyi X1 və X14 adlarına olan Kapital banka məxsus kart hesablarını verərək həmin hesablara pul göndərməsini bildirmişdir. Azər də Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Bazarstore” mağazasının içərisində olan "eManat" ödəmə terminalı vasitəsi 40 manat, 220 manat, 330 manat və 200 manat olmaqla ümümulikdə 790 manat pulu həmin hesablara göndərmişdir. Azər pulu göndərdikdən sonra Nərgiz və Rəşad adları ilə özlərini təqdim etmiş şəxslərin istifadəsində olan mobil nömrələrə zəng etsə də həmin şəxslərin telefonu bağlı olmuş və onlara zəng çatmamışdır. Azər aldadıldığını başa düşdüyündən 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra isə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon polis idarəsinə gedərək ərizə ilə mnüraciət etmişdir. Bu hadisədən bir müddət sonra Azərin deməsindən ona məlum olmuşdur ki, özünü Rəşad adı ilə ona təqdim edən şəxs Tovuz rayon sakini Şahid5 olmuşdur. Elnur Azəri aldadan Nərgiz adlı qadınla birlikdə eyni üsulla başqa bir neçə nəfər şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Arayış”dan görünür ki, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs12 hüquqi varisi X31 bildirmişdir ki, onlara dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş izahatından görünür ki, Göygöl şəhəri Vidadi küçəsi ev 79-da ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq “Maksim” taksi şirkətində sürücü işləyir. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində işlədiyi şirkətə məxsus tətbiqdən ona Gəncə şəhəri Beynəlxalq xəstəxanadan Şəmkir rayonu X19 arayış aparılması sifarişi gəlmişdir. O, sifarişi qəbul etmiş və sifariş verən şəxsə məxsus ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamışdır. Əlaqə vaxtı sifariş verən şəxs adını Çinarə kimi təqdim edərək, Şəmkir rayon X13 xəstə kimi müalicə aldığını, Gəncə şəhəri Beynəlxalq xəstəxanadan arayış gətirəcəyini bildirmiş, arayış üçün lazım olan 38 manat pulu onun ödəməsini istəyərək, həmin pulu Şəmkirdə ona verəcəyini demiş və ona ***-***-**-** saylı mobil nömrə verərək Gəncə şəhəri Beynəlxalq xəstəxanasında işləyən həkimin olduğunu demişdir. O, ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamış və Şəmkir rayonu Uşaq xəstəxanasına arayış aparmalı olduğunu demişdir. Həkim olaraq bildiyi həmin şəxs də ona arayış üçün 38 manat pul ödəməli olduğunu demişdir. Həkim ona telefonda 4169-7413-6303-0246 saylı Kapital Banka məxsus kart nömrəsi demiş və o, həmin 38 manatı Gəncə şəhərində “Milli ön” ödəmə terminalından ödəmişdir. Arayış üçün 38 manatı ödədikdən sonra zəng edərək Çinarəyə bu barədə məlumat vermiş və çekin şəklini “Whatsapp” vasitəsi ilə Çinarənin nömrəsinə göndərmişdir. Bundan sonra Çinarə ondan biri 41 manat olmaqla 6 ədəd tibbi aparat da alıb gətirməsini və hər aparat üçün ona 60 manat ödəyəcəyini bildirmişdir. O, nə aparatı olduğunu soruşduqda həkimin bildiyini demişdir. Çinarəyə pulu olmadığını bildirdikdə Çinarə ondan pul tapmasını xahiş etmiş və yenə də həmin pulları Şəmkirdə ona ödəyəcəyini bildirmişdir. Bundan sonra o, pul üçün yaşadığı Göygöl rayonuna gəlmişdir. Göygöldə dostundan 246 manat borc pul almışdır. Pulu aldıqdan sonra həkimə məxsus ***-***-**-** saylı nömrəyə zəng etmiş və pulu köçürmək üçün kart nömrəsi istəmişdir. Həkim ona yenidən 4169-7413-6303-0246 saylı Kapital Banka məxsus kart nömrəsi demiş və 246 manat pulu Göygöl şəhərində “Balmart” marketin qarşısında yerləşən “Milliön” ödəmə terminalından həmin hesaba göndərmişdir. Pulu göndərdikdən sonra zəng edib həkimə məlumat vermişdir. Həkim pulun ödənildiyini deyərək aparatları götürüb çıxacağını demişdir. O, Gəncə şəhəri Beynəlxalq xəstəxananın qarşısına getmişdir. Təxminən iki saat Beynəlxalq xəstəxananın qarşısında gözləmişdir. Həkimə zəng edəndə həkim aparatları sənədləşdirdiyini demişdir. Gözləyən vaxt həkim ona zəng edərək Tovuz rayonuna da başqa aparatların göndərilməli olduğunu demiş, özünün də onunla gedəcəyini, həmin aparatlar üçün 1150 manat pul ödəməsini istəmiş və Tovuz rayonunda ona aparatların pulundan başqa əlavə də pul ödəniləcəyini demişdir. O, 1150 manat pulu tapmaq üçün yenidən Göygöl rayonuna qayıtmış və yenə də dostlarından borca 1150 manat pulalaraq həkimə zəng edib pulu tapdığını demişdir. Bu zaman həkim telefonda ona 16 rəqəmli kart nömrəsi demiş və o, Göygöl şəhərində “Balmart” mağazasının qarşısında olan Milliön ödəmə terminalından 1150 manat pulu həkimin telefonda dediyi kart nömrəsinə göndərmişdir. Pulu göndərdikdən sonra həkimə zəng edib pulun köçüb-köçmədiyini soruşduqda həkim pulun köçdüyünü demişdir. O, avtomobillə Gəncə şəhəri Beynəlxalq xəstəxanasınnı qarşsıına gedərək həkimə zəng edib TTY avtomobillərinin yanında gözlədiyini demişdir. Həkim ona aparatları hazırlayıb düşəcəyini demişdir. Bundan sonra nə qədər gözləsə də həkim gəlməmiş, həkimə zəng etsə də həkim zənglərini açmamışdır. Bu zaman aldadıldığını başa düşərək AR DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, özünü Çinarə adı ilə təqdim edən qadın və Beynəlxalq xəstəxanada həkim işlədiyini deyən şəxslərin kimliyi barədə onun ümumiyyətlə heç bir məlumatı olmamışdır. O, həmin şəxsləri tanımamış, yalnız hesab nömrələrinə pul köçürdükdən sonra onların adlarını ödəniş qəbzlərində görmüşdür. xx.xx.2021-ci il tarixdən sonra həmin şəxslərlə əlaqə saxlamağa çalışsa da, heç vaxt zənglərinə cavab verməmişlər, sonradan isə həmin mobil nömrələrə ümumiyyətlə zəng çatmamışdır. O, xx.xx.2021-ci il tarixdə gün ərzində əvvəl 38 manat, sonra 246 manat, ardınca isə 1150 manat pulu özünü həkim olaraq təqdim edən şəxsin dediyi hesablara köçürmüş və ona ümumilikdə 1434 (min dörd yüz otuz dörd) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsi ilə iştirak edən Şahid2 bildirdi ki, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Hikmət onun dostudur və hazırda Ağcabədi rayonu Xocavənd kəndində yaşayır. 2021-ci ilin may ayının əvvəllərində Ağcabədi şəhərində “Dostluq” kafesində Hikmət ilə olan zaman o, ona Bakı şəhərində “Rent a Car” açdığını deyib kirayəyə verəcəyi avtomobillər üçün ödənişlərlə bağlı bir neçə kart hesabı lazım olacağını və onun adına da kart açdırıb istifadə edib-edə bilməyəcəyini soruşmuşdur. O, Hikmətə etiraz etməmişdir. xx.xx.2021-ci il tarixdə Hikmətə zəng edərək nömrə almaq istədiyini demişdir. Həmin gün günorta saatlarında atası Ənvərə məxsus mağazanın qarşısında yeznəsi Loğman ilə dayandığı zaman Hikmət dostu Əli ilə Əliyə məxsus VAZ 2106 markalı, sarı rəngli dövlət nömrə nişanını xatırlamadığı avtomobil ilə yanlarına gəlmişlər. O, nömrə almağa gedəndə Loğmana da onlarla getməsini təklif etmişdir. Yolda olanda Hikmət kart açdırmaq məsələsini xatırlatmış və yeznəsi Loğmanın adına kart açdıra bilib-bilməyəcəyini soruşmuşdur. O, Loğmandan bu barədə soruşduqda Loğman buna etiraz etməmiş və avtomobil ilə Loğmangilə gedib Loğmanın şəxsiyyət vəsiqəsini götürmüşlər. Ağcabədi şəhərində yerləşən Asan Xidmət mərkəzinə getmişlər. Asan xidmətdə yerləşən Kapital Bank filialında onun və Loğmanın adına hesab kartı açdıraraq Hikmətə vermişlər. Bundan sonra yenə də Əliyə məxsus avtomobillə atasının mağazasının qarşısına gəlmişlər, ikisi də avtomobildən düşmüş və Hikmətgildə çıxıb getmişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda Hikmət və Əli ilə görüşərək çay filan içmişlər. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Hikmət ona zəng edərək Loğmanın adına olan karta pul köçdüyünü deyib Loğmanın onlarla birlikdə Kapital Banka gedib oradan pulu çıxardıb onlara verməsini xahiş etmişdir. Həmin vaxt işdə olduğu üçün o, Loğmana zəng edib Hikmətin xahişini demiş və Loğman ona etiraz etməmişdir. Bir qədər keçdikdən sonra Hikmətə zəng edərək pulu götürübgötürmədiklərini soruşmuşdur. Hikmət işlərini həll etdiklərini demişdir. Əlavə olaraq bildirmişdir ki, o, Şahid3 ilə dost kimi münasibəti vardır. Onun əvvəllər hansı fəaliyyətlə məşğul olmasını bilməmiş, lakin ondan və yeznəsi Loğmandan öz adlarına "xxxx" ASC-də hesab açdırıb kartı ona vermələrini istədiyi zaman Bakı şəhərində açdığı “Rent a Car”-da kirayəyə verəcəyi avtomobillər üçün ediləcək ödənişlərdə istifadə edəcəyini bildirmişdir. O, həmin şəxsləri, nə də Zərərçəkmiş şəxs12 tanımadığını, lakin həmin kartı Loğmanın özünün istifadə etmədiyini, "xxxx" ASC-də onun və Loğmanın adına açılan hesab kartlarını dostu Hikmətə verdiyini bildirmişdir. İş üzrə Şahid1 Elbrus oğlu məhkəməyə teleqram ilə müraciət edərək hazırda Ağcabədi rayonunda yaşadığını maddi imkanı olmadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 Elbrus oğlunun ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, özü rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. "xxxx" ASC tərəfindən verilmiş 4169-7413-6303-0246 saylı kart onun adına rəsmiləşdirilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı evə yaxın qaynı Ənvərə məxsus mağazanın qarşısında dayanmışdır. Həmin vaxt Ənvərin oğlu Əli də yanında olmuşdur. Bu zaman VAZ 2106 markalı, sarı rəngli dövlət nömrə nişanını xatırlamadığı avtomobil ilə iki nəfər cavan oğlan yanlarına gəlmiş, avtomobildən düşüb gəlib Əli ilə görüşmüşlər. Əlidən həmin iki nəfər şəxsin kim olduğunu soruşduqda Əli iki nəfərin dostları olduğunu demişdir. Həmin iki nəfər tanımadığım şəxs Əli ilə birlikdə gəldikləri VAZ 2106 markalı avtomobilə əyləşmişlər. Təxminən 5 dəqiqə sonra Əli onu avtomobilə tərəf çağırmış və həmin iki nəfər dostunun avtomobil alqı-satqısı ilə məşğul olduğunu, ödənişlər üçün onlara plastik kart lazım olduğunu demiş və ondan öz adına kart hesabı açdırıb dostlarına verməsini xahiş etmişdir. Əlidən nəsə problemli iş olubolmadığını soruşduqda Əli ona özünün də öz adına kart açdırıb həmin dostlarına verəcəyini demiş və narahatçılıq olmadığını bildirmişdir. Bundan sonra həmin iki nəfər şəxsin gəldiyi VAZ 2106 markal avtomobil ilə yaşadığı evə getmişlər, evdən şəxsiyyət vəsiqəsini götürmüş və birlikdə Ağcabədi şəhərində yerləşən ASAN Xidmət mərkəzinə getmişlər. Orada Əlinin yanında olan iki nəfərdən biri hər bir kart üçün səkkiz manat olmaqla ümumilikdə 16 manat rüsum ödəmişdir. Təxminən yarım saatdan sonra Əliyə və ona "xxxx" ASC-yə məxsus plastik kart vermişlər və hər ikisi kartları Əlinin dostuna vermişlər. Asan Xidmətdən çıxdıqdan sonra Əli ilə birlikdə onu Ənvərin mağazasının qarşısına düşürüb çıxıb getmişlər. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Əli ona zəng edərək həmin dostlarının atası Ənvərin mağazasının yanına gəldiklərini deyib, adına açdırdıqları karta pul köçdüyünü bildirmişdir. Ondan həmin iki nəfər ilə birlikdə Kapital Banka gedib oradan pulu çıxardıb onlara verməsini xahiş etmişdir. Bundan sonra o, piyada Ənvərin mağazasına tərəf getmişdir. Ənvərin mağazasına çatdıqda həmin iki nəfər şəxsin ağ rəngli, Xəzər markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobil ilə onu gözlədiklərini görmüşdür. Həmin iki nəfər şəxsin yanında bir nəfər avtomobilin sürücüsü də olmuşdur. Onlar birlikdə Ağcabədi şəhərində yerləşən Kapital Bankın filialına getmişlər. Filialın qarşısında avtomobilin sürücüsü onunla birlikdə filiala girmiş, Əlinin dostları isə avtomobildə əyləşmişlər. Filiala girdikdən sonra yanında olan sürücü Kapital Bankın işçisi ilə söhbət edən zaman həmin kişi Kapital bankın işçisindən kartı bağlamasını xahiş etmişdir. Kapital Bankın işçisi növbəti gün bu karta 300 manat da pul köçə biləcəyini demişdir. Bu zaman həmin kişi pul köçərsə sabah da onu narahat edə biləcəyini demişdir. Bundan sonra kassadan şəxsiyyət vəsiqəsi ilə adına olan hesaba köçürülmüş 2680 (iki min altı yüz səksən) manat pulu götürüb həmin ağ rəngli Xəzər markalı avtomobili idarə edən şəxsə vermişdir. Həmin sürücü pulu saymış və cibinə qoymuşdur. Daha sonra onlar onu gətirib Ənvərin mağazasının qarşısında düşürüb çıxıb getmişlər. Əlavə olaraq göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə özünü Gəncə şəhər Beynəlxalq xəstəxananın həkimi kimi və özünü Çinarə adı ilə təqdim edən həmin şəxsləri, nə də Zərərçəkmiş şəxs12 tanımır. Həmin kartı özü istifadə etməmişdir, o, kartı qaynı Ənvərin oğlu Əlinin xahişi ilə öz adına açdırdıqdan sonra onun dostları, sonradan adları ona məlum olan Hikmət və Əli adlı şəxslərə vermişdir. O, qaynı Ənvərin oğlu Şahid2 vasitəsilə həmin şəxsləri görüb tanımış, onlarla heç bir münasibəti olmamışdır. Əlinin dostları olan həmin şəxslər onun adına kart hesabı açdıran zaman Bakı şəhərində avtomobil alqı-satıqısı ilə məşğul olduqlarını və həmin kartdan avtomobillər üçün ediləcək ödənişlərdə istifadə edəcəklərini bildirmişdirlər. O, 2680 (iki min altı yüz səksən) manat pulu "xxxx"dan götürüb Xəzər markalı avtomobili idarə edən həmin şəxsə verən zaman həmin şəxs pulu sayıb öz cibinə qoymuş, ancaq həmin pulun kim tərəfindən və hansı məqsədlə göndərilməsi barədə ona heç bir məlumat verməmişlər.Onun Xəzər markalı avtomobili idarə edən həmin şəxsin kimliyi barədə heç bir məlumatı olmamışdır, lakin onlar Kapital Banka girən zaman o, ondan haralı olmasını soruşanda ona Ağcabədi rayonu Səməd Vurğun kəndindən olduğunu demişdir. Lakin bunun da doğru olub-olmadığını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə verdi İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 noyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (İ cild i.v. 152); “cinayət işinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 07 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi əməl Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.2-ci maddələrinə tövsif edilmişdir. (İ cild, i.v. 94-95) 17 sentyabr 2022-ci il tarixdə Şahid5 təqsirləndirilməsinə dair ********* saylı cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmişdir. ( V cild, i.v. 48-52) “ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında” 17 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsı tutulması üçün barəsində axtarış elan edilmişdir. ( V cild, i.v. 55-60) “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim olunana qədər ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. ( V cild, i.v. 63-67) Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:40 radələrində Sumqayıt Şəhər Məhkəməsinin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-ə təhvil verilmişdir. (i.v. 83- 84) “cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. ( V cild, i.v. 85-89) 10 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham Təqsirləndirilən şəxs elan edilmişdir. ( V cild, i.v. 53) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 10 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır ( V cild, i.v. 117-124); 10 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti rədd edilmişdir. ( V cild, i.v. 125-138) təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 10 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X20 dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. ( V cild, i.v. 139-146); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil. ( V cild, i.v. 149); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.( V cild, i.v 152). İş materiallarına əlavə edilmiş “Ultrs-səs müayinəsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 5 həftə 1 günlük hamilədir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən ərizədən görünür ki, sonuncu qeydiyyat ünvanının ünvan 15on rayonu, Binəqədi qəs., Söyüdlər adlanan ərazi fərdi ev ünvanında yaşayır, bundan sonrada təxminən bir il orada yaşayacaqdır. “sübutların qiymətləndirilməsi haqqında” 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Şahid1 Elbrus oğlu, Şahid2, Şahid3, X15, Şahid4 və qeyrilərinin barəsində AR CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilərək bu barədə material ayrılaraq qeydiyyata alınıb saxlanması üçün şəhər prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisələrinin bir daha təkrar olunmaması və digər şəxslər tərəfindən törədilməməsi üçün onun yaşadığı ərazidə yaşayan əhali arasında profilaktik tədbirlər keçirilməsi, hüquqi mövzuda söhbətlər aparılması sahəsində müvafiq işlər görülməsinin təmin olunması üçün Ucar RİHB-nin Təzə Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təqdimat göndərilməsi qərara alınmışdır ( V cild, i.v. 153-195); Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum 11 iyun 2015-ci il tarixli qərarına görə Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Həmin qərara əsasən şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin Maddənin 31-ci bəndinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı övladının olmasını, hazırda hamilə olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini, CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları xüsusəndə himayəsində azyaşlı övladının olmasını, hazırda iki aylıq hamilə olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini,, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 08 dekabr 2022-ci il tarixdən 10 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində- Bakı şəhəri, Binəqədi ray., Binəqədi qəsəbəsi, Söyüdlər ərazisi, nömrəsiz fərdi yaşayış evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu və Bakı şəhərini hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxslərdən X10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 hüquqi varisi X26 onlara dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsnun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx manat) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarixdən 10 dekabr 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Binəqədi ray., Binəqədi qəsəbəsi, Söyüdlər ərazisi, nömrəsiz fərdi yaşayış evini tərk etməmək, Abşeron rayonu və Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə zərərçəkmiş şəxslər X10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 hüquqi varisi X26 onlara dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Cinayət işi üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx manat) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-309/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-309/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver