Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-309/2025 16.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 385 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş “marixuana” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında 01 fevral 2025-ci il tarixdə saat 12:22-də həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivi ilə üzbəüz yerləşən qəbiristanlığın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq orada üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının arxa qayış hissəsində saxladığı 01 (bir) ədəd ağ rəngli sellofan torbanın içərisindən şəffaf rəngli yapışqan sellofana bükülmüş vəziyyətdə olan çəkisi 385 qram olan həmin narkotik vasitə qurudulmuş “marixuana” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə şəxsi işi ilə bağlı Bakı şəhəri, 20 yanvar adlanan əraziyə getmişdir. Orada olan zaman axşam saatlarında təsadüfən rastlaşdığı, üzdən tanımadığı, şəxsiyyəti ona məlum olmayan adını bilmədiyi şəxslə söhbət edərkən sonuncunun narkotik vasitə istifadəçisi olduğunu başa düşüb ona yaxınlaşmış, o da özü istifadə etmək məqsədi ilə həmin şəxsdən ucuz olduğuna görə 150 (bir yüz əlli) manat pul müqabilində 01 (bir) ədəd bağlamada narkotik vasitə “qurudulmuş marixuana” alıb öz istifadəsi üçün əynində olan qara rəngli cins şalvarının arxa kəmər hissəsinə yerləşdirib həmin tarixdə Sumqayıt şəhərinə gəlmiş, bağlamanı evə apara bilməyib Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivi ilə üzbəüz yerləşən qəbiristanlığın yanında kolun dibində bir yerdə gizlətmişdi ki, növbəti gün səhər gəlib götürsün. xx.xx.2025-ci il tarixdə saat 12:20 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivi ilə üzbəüz yerləşən qəbiristanlığın yanında narkotik vasitə bağlamasını gizlətdiyi yerdən götürüb əynində olan qara rəngli cins şalvarının arxa kəmər hissəsinə qoyub dəmir yolu reyslərinin üzərində piyada hərəkət edən zaman 4 (dörd) nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb onu yaxalamışlar, özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin 2-ci Polis Bölməsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Həmin polis əməkdaşlarından biri tutulduğu andan əlində mobil telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. Onlar dəmir yolu reyslərinin üzərindən kənara çəkilmişlər. Daha sonra polis əməkdaşları ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini bildirib üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirəcəklərini dedikdə üzərində olan bağlamanı çıxardıb polis əməkdaşına təqdim etmiş, polis əməkdaşları bağlamanı çəkisini çəkmiş, qablaşdırmış, qablaşdırılmış və 2-ci Polis Bölməsinin inzibati binasına aparılmışdır. PB-ya çatdıqdan sonra xidməti otaqların birində hüquqlarının müdafiəsi məqsədi ilə onun seçdiyi vəkil təqdim edilmişdir. Vəkilin iştirakı ilə yenidən video çəkiliş aparılmaqla üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə “qurudulmuş marixuana”-ya bənzər kütlənin qoyulduğu zərfə baxış və üzərinə yenidən bölmədə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və yetkinlik yaşına çatmayan iki övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ 2-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 2-ci PB-ya əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında 01 fevral 2025-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivi ilə üzbəüz yerləşən qəbiristanlığın yaxınlığında “pusqu” qurmuş və ətraf ərazini müşahidə altına götürmüşlər. Bir qədər sonra video çəkiliş aparılmalqa dəmir yolu xəttinin üzərində piyada hərəkətdə olarkən Təqsirləndirilən şəxs saxlamışlar. Özünü təqdim edərək Təqsirləndirilən şəxs saxlanmasının səbəbini, yəni, narkotik vasitələrin qanunusuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli olduğu üçün saxlanıldığını bildirib sonuncudan da özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, saxlanılmasının səbəbini izah etdikdə sonuncuya qara rəngli cins şalvarının arxa qayış hissəsində saxladığı ağ rəngli sellofan torbanı çıxardıb təqdim etmişdir. Daha sonra aşkar olunmuş bağlama büküldüyü sellofan kəsiyi ilə birlikdə tərəfindən elektron tərəzi vasitəsi ilə ölçülərkən çəksinin 435 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin bağlama xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş, 2-ci Polis Bölməsinə gətirilmiş, vəkil dəvət edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış, sonra təhqiqatçı tərəflərindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bağlamaya baxış keçirməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 məhkəmə iclasında Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 və Şahid4 oğlunun ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 89-93-cü vərəqəsində olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)- 29/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16-2-7/213 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” yazıları və imzalar olan sellofan bağlamadakı təmiz çəkisi-385 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 0,385 qram olmuş, tədqiqata 0,2 qram sərf edilmiş, 0,384.8 qram qalıq qalmışdır. Cinayət işinin 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 94-95-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,384.8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 138-139-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3-Narkoloji Tibbi Yoxlama ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1174 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs oğu xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 10-11, 30-31 və 49-51-ci vərəqələrində olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” protokollar və diskə baxış keçirilməsi haqında protokoldan müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ 2-ci PB-nin əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivi ilə üzbəüz yerləşən qəbiristanlığın yaxınlığında saxlanılması və orada üzərinə şəxsi axtarış keçirilməsi müəyyən olunur. Ona hüquq və vəzifələrini izah edir, ona təhqiqat və istintaq dövründə vəkil ilə təmin olunacağını bildirir. Şübhəli şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu bildirib şəxsi axtarış zamanı vəkilə ehtiyacının və heç bir etirazının olmadığını deyir. Bundan sonra Rəis müavini Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, yaxud narkotik vasitə, psixotrop maddə vardırsa könüllü təqdim etməsini deyir, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa qayış hissəsində saxladığı ağ rəngli sellofan torbanının içərisində olan şəffaf rəngli yapışqan sellofana bükülmüş vəziyyətdə olan 01 (bir) ədəd bağlamanı çıxardıb Şahid1 təqdim edir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baş əməliyyat müvəkkili Şahid2 tərəfindən şəxsi axtarışı davam etdirilir, sonuncunun əynində olan qış gödəkçəsinin sağ yan cibindən 01 (bir) qutu “Rothmans” markalı siqaret aşkar olunur, şəxsi davam etdirilir, lakin sonradan sonuncunun üzərindən əlavə heç bir əşya, predmet aşkar olunmur. Sonra Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bağlamanı açdıqda, içərisində bitki mənşəli yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunur. Şahid1 şübhəli şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, büküldüyü sellofan torba ilə birlikdə Çin istehsalı olan elektron tərəziyə qoyub çəkisini ölçüldükdə çəkisinin 0,435 kiloqram olması müəyyən edilir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş yaşıl rəngli bitki mənzəli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırır, qablaşdırılmış zərfin üstü möhürlənir, daha sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs Şahid1 suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunmuş yaşıl rəngli bitki mənşəli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni 31.01,2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 yanvar adlanan ərazidə üzdən tanımadığı, adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 150 (bir yüz əlli) manata aldığını, onu H.Zeynalabdin qəsəbəsində qəbiristanlığın yanında kolun dibində gizlətdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs 2-ci polis bölməsində, xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilməsi və əməliyyat müvəkkli tərəfindən təqdim olunan bağlamanın götürülməsi müəyyən olunur. Bundan sonra təhqiqatçı T.Abdullayev şübhəli şəxs Təqsirləndirilən şəxs bölmənin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, saxlanlıması və üzərində gəzdirilməsində şübhəli olduğunu üçün saxlanılıb bölməyə gədirdiklərini deyib yanında dayana şəxslərin həmin əməkdaşlar olub-olmadığını soruşur, şübhəli şəxs onu saxlayan polis əməkdaşlarının hazırda yanında dayanan şəxslər olduğunu deyir. Daha sonra təhqiqatçı rəis müavini Şahid1 tərəfindən təqdim edilmiş bağlamanı göstərib şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bağlamanın həmin bağlama olubolmadığını soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bağlamanın məhz həmin bağlama olduğunu deyib onu şəxsi istifadəsi üçün xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 yanvar adlanan ərazidə üzdən tanımadığı, adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 150 (bir yüz əlli) manata, ucuz olduğu üçün aldığını, onu Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində qəbiristanlığın yaxınlığında kolun dibində gizlətdiyini, götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs şullar verərək əvvələr məhkum olunub-olunmadığını soruşur, narkotik vasitələrdən nə qədər müddət istifadə etdiyini soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs məhkum olunduğunu deyib üzərində broslet olduğunu və xeyli müddət nəyşə çəkdiyini deyir. Sonra təhqiqatçı T.Abdullayev şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bağlamanı açdıqda, içərisində bitki mənşəli yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunur. Təhqiqatçı T.Abdullayev şübhəli şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, büküldüyü ağ rəngli kağız və yağışqan sellofanla birlikdə Çin istehsalı olan elektron tərəziyə qoyub çəkisini ölçüldükdə çəkisinin 0,460 kiloqram olması müəyyən edilir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş yaşıl rəngli bitki mənzəli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırır, qablaşdırılmış zərfin üstü DİN-in 126 nömrəli möhürü ilə möhürlənir, daha sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs, vəkil Tahir Abbasov və digər iştirakçılar tərəfindən imzalanır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı T.Abdullayev tərəfindən şəxsi axtarışı davam etdirilir, sonuncunun əynində olan qış gödəkçəsinin sol yan cibindən 01 (bir) qutu “Rothmans” markalı siqaret aşkar olunur, şəxsi davam etdirilir, lakin sonradan sonuncunun üzərindən əlavə heç bir əşya, predmet aşkar olunmur. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı T.Abdullayevin və vəkilin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunmuş yaşıl rəngli bitki mənşəli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 yanvar adlanan ərazidə üzdən tanımadığı, adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 150 (bir yüz əlli) manata aldığını bildirir. Bundan sonra video çəkiliş dayandırılır. Cinayət işinin 123-124-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 126-132-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 06 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt şəhər Məhkməsinin 1(060)-816/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzasının 01 (bir) il 21 (iyirmi bir) gününü çəkmiş, onun çəkilməmiş cəzası 01 (bir) il 05 (beş) ay 10 (on) gün təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsi, səmimi peşmançılığı və ailəli olmaqla himayəsində yetkinlik yaşına çaymayan iki uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu və çəkilməmiş cəzası olsa da, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çəkilməmiş cəzası azadlığın məhdudlaşdırılması növündə cəza ilə bağlıdır. Bu səbəbdən də onun əməlində cinayətlərin residivi yaranmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmün icrası üzrə xx.xx.2023-cü ildə Sumqayıt Şəhər Probasiya Şöbəsində qeydiyyata düşmüş, xx.xx.2025-ci il tarixədək cəzasından 01 il 16 gününü çəkmiş, çəkilməmiş cəzası isə 01 (bir) il 05 (beş) ay 10 (on) gün təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və bu günə qədər çəkilməmiş 01 (bir) il 05 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablamalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3-Narkoloji Tibbi Yoxlama ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1174 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və Sumqayıt Şəhər Narkoloji Mərkəzdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,384.8 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 78 (yetmiş səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 05 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun. Sumqayıt Şəhər Narkoloji Mərkəzdə qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 384,8 qram narkotik vasitə olan qurudulmuş marixuananı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-309/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-309/2025
16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver