Məhkəmə qərarları › İş №1(060)-31/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-31/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-31/2021 02.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs və onun nümayəndəsi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 Mənaf oğlunun, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1986-cı ildə Ermənistan, Cermux şəhərində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 3-cü mikrorayon ev 27 mənzil 9-da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs, qardaşı X2 birlikdə 18 yanvar 2020-ci il tarixdə saat 10:30 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən 27 saylı yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs 17 yanvar 2020-ci il tarixdə ataları Şahid1 döyüb, bədən xəsarəti yetirməsinin səbəbini aydınlaşdıran vaxt aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı Sərxan Mehtiyev yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq, ona sağ alt çənə sümüyünün koronoid çıxıntısının xətti sınığı, sağ ənğ sümüyünün, sağ orbitanın aşağı sümük divarının, sağ almacıq qövsünün sınıqları kimi, Təqsirləndirilən şəxs isə yumruqla Zərərçəkmiş şəxs burun nahiyəsinə vuraraq, ona QKBT. baş beyin silkələnməsi, hər iki göz ətrafının dərialtı hematoması, sağ gözün ağlı qişasının bütünlüklə əhatə edən yayılmış qansızması kimi xəsarətlər yetirib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddət əvvəl tanımışdır, aralarında uzaq qohumluq münasibətləri vardır. Sonuncu dəfə 17.01.2020-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı evdə olarkən ona məxsus mobil telefona tanımadığı şəxs zəng vuraraq atası Nazimin yanında olduğunu və onu döyüb xəsarət yetirdiklərini bildirmişdir. Bundan sonra taksiyə əyləşib atası Nazimin yanına getmiş və onu götürüb yaşadığı evə gətirmişdir. Atasından hansı şəraitdə xəsarət almasının səbəbini soruşduqda o, küçədə təsadüfən Elman və onun tanışı Bəxtiyarla qarşılaşdığını, aralarında yaranmış mübahisə zamanı həmin şəxslər tərəfindən döyüldüyünü demişdir. Daha sonra yaşadığı evə gəlmiş qardaşı Sərxanla birlikdə atasının mobil telefonundan Elmanın mobil nömrəsini götürüb ona zəng vurmuşlar. Elman isə ondan səhər danışmağı bildirmişdir. Bundan sonra səhəri gün, yəni 18.01.2020-ci il tarixdə saat təxminən 10 radələrində yenidən qardaşı Sərxanla Elmana zəng vurub onu yaşadıqları evə dəvət etmişlər. Elmanı evə dəvət etməkdə məqsədləri Elmanla atası Nazim arasında yaranmış dava-dalaşın səbəbini aydınlaşdırmaq olmuşdur. Elmanla aralarındakı telefon danışığından təxminən 30 dəqiqə keçmiş o yaşadıqları binanın qarşısına gəlmişdir. Elmanla yaşadığı binanın ikinci mərtəbəsində dəhlizdə qarşılaşdıqda, qardaşı Sərxanla ondan tanışı ilə ataları Nazimi hansı səbəbdən döyüb xəsarət yetirməsinin, eləcə də Bəxtiyar adlı şəxsin kim olmasını soruşduqda, Elman onlarla söyüşlə danışmağa başlamış, Elmanla söhbət etməkdə məqsədləri hadisənin hansı səbəbdən baş verməsini aydınlaşdırmaq, onun atasından üzr istədikdən sonra onları barışdırmaq olsa da, Elmanın onlarla söyüşlə danışması səbəbindən əsəblərini cilovlaya bilməmiş və ilk olaraq yumruqla Elmanın burun nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Sərxan da Elmanın üz nahiyəsinə bir yumruq zərbəsi vurmuş və vurduğu zərbədən sonra Elmanın burnundan qan gəlmişdir. Sərxanın vurduğu yumruq zərbəsindən sonra Elmanın sağ göz nahiyəsində şişkinlik yaranmışdır, sonradan Elman ordan çıxıb getmişdir. Daha sonra isə izahatının alınması üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət olunarkən Elmanın şikayət ərizəsi yazdığını öyrənmiş və bu səbəbdən də atası Nazim də Elman və onun tanışı Bəxtiyar adlı şəxs tərəfindən döyülməsi barədə şikayət ərizəsi yazmışdır. Hadisə yaşadıqları binanın ikinci mərtəbəsində dəhlizdə baş vermişdir, həmin vaxt orda o və qardaşı Sərxandan başqa kənar şəxs olmayıb, hadisə zamanı nə onun, nə də qardaşı Sərxanın əlində hər hansı küt alət olmamışdır. Mübahisə 3-5 dəqiqə davam etmiş, hadisə yerinə kənar şəxslər gəlməmiş və səs küy yaranmamışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Odur ki, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Şahid1 uzun müddət əvvəl tanımışdır. Aralarında uzaq qohumluq münasibətləri vardır, əvvəllər münasibətləri normal olmuşdur. Sonuncu dəfə 17.01.2020ci il tarixdə tanışı Şahid2lə ilə birlikdə “ BMW ” çay evinə istirahət etmək üçün getmişlər və saat 17 radələrinədək çay evində oturmuşlar. Bundan sonra çay evindən çıxıb küçə ilə gedərkən yanılarına Nazim gəlmiş və ilk olaraq onunla, sonra isə Bəxtiyarla görüşüb onlardan bir qədər aralanmış, ancaq birdən o, geri qayıdıb, ünvanına nalayiq ifadələr işlədərək ona əl-qol atmağa başlamış və niyə qohum olmaqlarına baxmayaraq Bəxtiyarla oturub, durduğunu, onunla yoldaşlıq etdiyini demişdir. İlk olaraq Nazimin sərxoş olduğunu görüb onu sakitləşdirməyə çalışmış və yaşadığı evə aparmağı təklif etmiş, Nazim isə əksinə əli ilə vurub başında olan papağı yerə salmışdır. Bundan sonra Nazimin sakitləşmədiyini görüb onu sol əli ilə sağ böyür nahiyəsindən möhkəm itələdikdə o yerə yıxılmış və ona yerdə bir iki dəfə zərbə vurmuşdur. Nazim yerdən qalxaraq bu dəfə əynində olan köynəyin yaxasından yapışıb, dartaraq köynəyini cırmışdır. Orada olan Bəxtiyar araya girib onları ayırdıqdan sonra, oradan çıxıb getmişdir. Sonradan olanlardan məlumatı olmamış, gecə saatlarında Nazimin oğlanları Sərxan və Emin ona məxsus mobil nömrəyə zəng vurub ataları ilə aralarında nə baş verdiyini soruşmuşdur. Gecə olduğundan səhəri gün danışmağı təklif etmişdir və bundan sonra telefonu söndürmüşdür. Səhəri gün Sərxan və Emin yenidən ona zəng vurduqda, ataları Nazimlə birlikdə görüşüb nə baş verdiyini aydınlaşdırmalarını təklif etmiş, bundan sonra Nazimin yaşadığı 3-cü mikrorayon ərazisinə getmiş və Nazimin yaşadığı 27 saylı binanın giriş hissəsində Emini görüb, onunla görüşmək istədikdə Eminin balaca qardaşı Sərxan görmədiyi istiqamətdən ora gəlib, arxa nahiyəsindən ona yaxınlaşaraq, heç bir söz demədən sağ sifət nahiyəsindən ard-arda ona iki zərbə vurmuşdur. Zərbənin təsirindən yerə yıxılsa da sonra ayaxa qalxmış və təxminən 10 metr məsafədə qaçaraq ordan uzaqlaşmaq istəmiş, ancaq kimsə arxadan ona təpik zərbəsi vurduğundan yenidən yerə yıxılmışdır. Başını qaldırdıqda Emin yumruqla sifət nahiyəsinə bir zərbə vurmuşdur. Bundan sonra Emin və qardaşı Sərxan əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq onu dömüşdürlər.. Özünə gəldikdə Emin və Sərxanın anasının orda olduğunu görmüş, o, xəstəxanaya getməyini təklif etsə də, Emin xəstəxaya gedərsə hadisə barədə polisə məlumat verəcəyini bildirmiş, evlərinə gedib əl üzünü yumağını söyləmiş, ancaq bununla razılaşmayıb, ordan çıxıb getmişdir. Səhəri gün isə tibbi yardım almaq üçün Sumqayıt şəhər TTY xəstəxanasına müraciət etmiş, oradan isə polis bölməsinə dəvət olunduqda, oraya gedib hadisə barədə məlumat vermişdir. Hadisə 18.01.2020-ci il tarixdə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən 27 saylı binanın qarşısında baş vermişdir və orda Sərxan və Emin olmuşdur. 17.01.2020-ci il tarixdə Nazimlə aralarında baş vermiş dava-dalaş zamanı hər hansı bədən xəsarəti almamış, ancaq 18.01.2020-ci il tarixdə Sərxan və Emin tərəfindən döyülərkən müxtəlif bədən xəsarətləri alıb, tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş QKBT. Baş beyin silkələnməsi, hər iki göz ətrafının dərialtı hematoması, sağ gözün ağlı qişasının bütünlüklə əhatə edən yayılmış qansızması xəsarətlərini Eminin onu yumruqla həmin nahiyəsinə vurması, tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş sağ alt çənə sümüyünün koronoid çıxıntısının xətti sınığı, sağ əng sümüyünün, sağ orbitanın aşağı sümük divarının, sağ almacıq qövsünün sınıqları xəsarətlərini isə Sərxanın həmin nahiyələrinə vurmaları nəticəsində almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Mübahisə 3-5 dəqiqə davam etmiş, hadisə yerinə kənar şəxslər gəlməmiş və səs küy yaranmamışdır. Ondan şikayətçi deyildir və ona qarşı hər hansı iddiası və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddət əvvəl tanımışdır, aralarında uzaq qohumluq münasibətləri olmuşdur. Əvvəllər münasibətləri normal olmuşdur. Aralarında hər hansı ədavət və ya pis münasibət olmayıb. Sonuncu dəfə 17.01.2020-ci il tarixdə, saat təxminən 17 radələrində Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən “BMW” çay evinin qarşısından keçərkən təsadüfən Elman və onun yanında olan Bəxtiyarla rastlaşmış, bundan sonra Elman və Bəxtiyarla görüşüb zarafatla Elmana müraciət edərək “nə olar adamın pulu olmayanda, adamın pulu olmayanda ondan uzaq gəzərlər, pulum olanda mənimlə yoldaşlıq edirdin, indi pulum yoxdu başqa şəxslərlə yoldaşlıq edirsən” sözlərini demişdir. Elmana müraciətlə dediyi sözləri elə ifadələrlə işlətmişdir ki, Elman Bəxtiyarla dostluq etdikdən sonra, daha onu yada salmadığını başa düşsün, sözlərindən sonra Elman ünvanına nalayiq ifadə işlətdiyindən, bundan sonra aralarında mübahisə yaranmış və əl atıb bir-birinin yaxasından tutaraq əlbəyaxa olmuşlar. Bundan sonra əli ilə Elmanın başındakı papağa yüngül formada toxunaraq “kül başına” niyə söyüş söyürsən demiş, vurduğu zərbənin təsirindən Elmanın başında olan papaq yanlarında olan masanın üzərinə düşmüşdür. Elman isə papağını götürüb başına qoymuş, sonra isə onu yenidən nalayiq ifadə işlətməklə təhqir etmişdir. Bu səbəbdən onun üzərinə gedərək onu təhqir etməsinin səbəbini soruşduqda, Elman onu döyərək xəsarət yetirmişdir. O da hadisədən sonra bu barədə oğlanlarına məlumat vermişdir. Səhəri gün saat təxminən 10 radələrində yaşadığı evdə olarkən oğlanları Emin və Sərxan evə gələrək Elmanın yaşadıqları binanın qarşısına gəldiyini, binanın giriş hissəsində Elmanla rastlaşdıqda, ondan bir gün əvvəl niyə onu döyüb xəsarət yetirmələrinin səbəbini soruşduqda, Elmanın nalayiq ifadələrlə ailə üzvlərini təhqir etdiyini, bu səbəbdən də Elmanı döydüklərini bildirmişdir. Bunu eşitdikdən sonra dərhal yaşadığı evin eyvanına çıxaraq küçəyə baxdıqda Elmanı görmüş və onu səsləyib evə çağırmış, ancaq Elman ona fikir verməyib çıxıb getmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun oğlu, Nazim isə onun əridir. Elmanla uzaq qohumluq münasibətləri vardır. Aralarında indiyə qədər hər hansı ədavət və düşmənçilik olmamışdır. Ev işləri ilə məşğul olarkən birdən qapı bərk şəkildə döyülmüş, qapını açdıqda yoldaşı və Emin içəri daxil olmuş, Nazimin üzü gözü al qanın içində olmuşdur. Elman Nazimi çox pis döymüşdür. Eminin Elmanı döyməsi məsələsinə gələndə hadisə onların binasının blokunun 1-ci və 2ci mərtəbəsinin arasında baş vermişdir. Elman onu təhqir edə edə yaxasından tutaraq itələmiş, o betona dəymiş, Emin də həmin an Elmanın əlindən onu almaq üçün Elmana bir yumruq vurmuşdur. Həmin an Elman içkili idi. Elman aşağı düşərkən Sərxanı da vuraraq getmişdir. Həmçinin Elman aşağı düşərkən həyətdə də ona söyə-söyə çıxıb getmiş başqa heç nə olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirdi ki, Eminlə Elman arasında olan davanı görməmişdir, lakin Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində “BMV” çay evinin qarşısında olan hadisədən xəbəri vardır. Zərərçəkmiş şəxsla “BMV” çay evinin qarşısında dayanıb söhbət edərkən Nazim Mehtiyev onlara yaxınlaşmış, sonradan Nazim Mehtiyevlə Zərərçəkmiş şəxs aralarında mübahisə düşmüş, Zərərçəkmiş şəxs Nazim Mehtiyevin qolundan tutub dartıb itələmiş və Nazim Mehtiyev üzü üstə yerə yıxılmış, əlbəyaxa olmuşlar. Daha sonra isə onları sakitləşdirməyə çalışmışdır. Cinayət işinin materiallarında olan 26 mart 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs bir daha 18.01.2020-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən yaşadığı 27 saylı binanın qarşısında qardaşı X2 və tanımadığı başqa bir şəxslə birlikdə onu döyüb ona bədən xəsarət yetirdiklərini sonuncunun üzünə qarşı deməklə istintaqa verdiyi ilkin ifadəsində göstərilən xüsusatları təsdiq etsə də, Təqsirləndirilən şəxs isə ifadəsində qeyd edilən hadisə zamanı qardaşı X3 Qurbanovun bir gün əvvəl ataları Şahid1 hansı səbəbdən döyüb bədən xəsarəti yetirməsinin səbəbini aydınlaşdırmaq istədikdə Zərərçəkmiş şəxs ünvanlarına nalayiq ifadə işlətməsi səbəbindən ona burun nahiyəsindən bir yumruq zərbəsi vuraraq bədən xəsarəti yetirdiyini etiraf etmiş, ancaq hadisə vaxtı yanlarında kənar şəxs olmadığını, ondan və qardaşı Sərxan Mehtiyevdən başqa Zərərçəkmiş şəxs digər şəxsin xəsarət yetirmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 21.01.2020-ci il tarixli 82 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı “QKBT. Baş beyin silkələnməsi, sağ alt çənə sümüyünün koronoid çıxıntısının xətti sınığı, sağ ənğ sümüyünün, sağ orbitanın aşağı sümük divarının, sağ almacıq qövsünün sınıqları, hər iki göz ətrafının dərialtı hematoması, sağ gözün ağlı qişasının bütünlüklə əhatə edən yayılmış qansızması” xəsarətləri aşkar edilmişdir: Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir gün əvvəl olmaqla, 18.01.2020-ci il tarixdə əmələ gələ bilər, yıxılma nəticəsində əmələ gəlməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işi üzrə təyin edilmiş əlavə məhkəmə-tibb ekspertizasının 26.03.2020-ci il tarixli 13/82 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Nazim oğlunun bədəni üzərində “QKBT. Baş beyin silkələnməsi, sağ alt çənə sümüyünün koronoid çıxıntısının xətti sınığı, sağ ənğ sümüyünün, sağ orbitanın aşağı sümük divarının, sağ almacıq qövsünün sınıqları, hər iki göz ətrafının dərialtı hematoması, sağ gözün ağlı qişasının bütünlüklə əhatə edən yayılmış qansızması” aşağıdakı xəsarətlər vardır. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir gün əvvəl olmaqla, 18.01.2020-ci il tarixdə əmələ gələ bilər, yıxılma nəticəsində əmələ gəlməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs sifət nahiyəsində yara, sıyrıq olmadığına görə, onun almış olduğu xəsarətlərin yumruqla, eləcədə zərərçəkmişin dindirilmə protokolunda göstərdiyi kimi əldə saxlanılmış küt əşya ilə yetirilməsi az inandırıcıdır. Zərərçəkmiş şəxs sifətində olan çoxsaylı sınıqlar, eləcədə digər xəsarətlər əldə saxlanılmış küt əşyaya yumşaq bir materialın bükülməsi nəticəsində, təkrari zərbələr zamanı əmələ gələ bilərdi. Cinayət işinin materiallarında olan baxış keçirilmə və götürmə haqqında 30 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində “BMV” çay evinin qarşısında baxış keçirilmiş, baxış zamanı Şahid2 “BMV” çay evində quraşdırılmış videoçəkiliş kamerasının olduğunu bildirərək həmin çəkilişdən əldə etdiyi videogörüntünü DVD diskdə təqdim etmişdir. Təqdim edilmiş diskə baxıldıqda Şahid2 Zərərçəkmiş şəxsla “BMV” çay evinin qarşısında dayanıb söhbət etmələri, Nazim Mehtiyevin onlara yaxınlaşmaları, sonradan Nazim Mehtiyevlə Zərərçəkmiş şəxs aralarında mübahisə düşməsi, Zərərçəkmiş şəxs Nazim Mehtiyevin qolundan tutub dartıb itələməsi və Nazim Mehtiyevin üzü üstə yerə yıxılması, həmin vaxt yol keçən insanların dayanıb tamaşa etmələri, orada olan Şahid2 onları sakitləşdirməyə çalışması müəyyən edilmişdir. Cinayət işi materiallarında olan diskə baxış keçirilməsi haqqında 30 mart 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 təqdim etdiyi diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmayan şəxsdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti 18 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu yşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan sübutların qiymtləndirilməsinə dair 13.05.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 127.2.3 və 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki. Təqsirləndirilən şəxs 13.05.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 02.02.2021-ci il tarixli və 02.03.2021-ci il tarixli ərizələrindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayətçi deyildir və təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş 03.02.2021-ci il tarixli ərizədən görünür ki, o Zərərçəkmiş şəxs ilə barışmışdır və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilmədir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış üzərində “ARİTA,CD-R” markalanma yazısı olan, yaddaşında isə 01 (bir) ədəd “VİD-20200124-WA000” adlı, 63568 kb həcmində və 12 dəqiqə 44 saniyə davam edən video görüntü olan 01 (bir) ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış üzərində “ARİTA,CD-R” markalanma yazısı olan, yaddaşında isə 01 (bir) ədəd “VİD-20200124-WA000” adlı, 63568 kb həcmində və 12 dəqiqə 44 saniyə davam edən video görüntü olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar