Məhkəmə qərarları › İş №1(060)-31/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-31/2022

25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-31/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilər-Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 03.06.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş və üzərində Füzuli Hərbi Məhkəməsinin 27.10.2017-ci il tarixli hökmü ilə müəyyən edilmiş 200 manat cərimə cəzasının ödənilməmiş 100 manat hissəsi həmin hökmlə birləşdirilmiş və üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 06 ay müddətə islah işləri cəzası və 100 manat məbləğində cərimə cəzası saxlanılmış, 08.12.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərara əsasən “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8 və 2.11-ci bəndlərinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədilə Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 işlətdiyi Sumqayıt şəhəri, 6-cı mikrorayon, C.Məmmədquluzadə küçəsində yerləşən köşkə Təqsirləndirilən şəxs1 giriş qapısının şüşəsini yerdən götürdüyü daşla sındırdıqdan sonra qanunsuz daxil olaraq köşkdən bir qutusu 3,50 manat 265 qutusu 927 manat olan “Kent” markalı siqaretləri, bir qutusu 3,90 manat,133 qutusu 518 manat olan «Sobranie» markalı siqaretləri, bir qutusu 3,60 manat, 64 qutusu 230 manat olan «Davıdoff» markalı siqaretləri, bir qutusu 2 manat, 88 qutusu 176 manat olan «Magna» markalı siqareti, bir qutusu 2,50 manat, 22 qutusu 55 manat olan «West» markalı siqareti,bir qutusu 2 manat, 127 qutusu 254 manat olan «Want» markalı siqareti, bir qutusu 3,40 manat, 85 qutusu 289 manat olan «Winston» markalı siqaretləri,bir qutusu 2,50 manat, 131 qutusu 327,5 manat olan «Winchestr» markalı siqaretləri, bir qutusu 2,30 manat, 127 qutusu 292,10 manat olan «Palmall» markalı siqaretləri və 25 manat nağd pulu gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 3093,60 manat məbləğinda ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmə məqsədi ilə 23.01.2021-ci il tarixdə təxminən saat 07:25 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində yolun kənarında yerləşən Zərərçəkmiş şəxs2 satıcı işlədiyi köşkə müştəri qismində gələrək danışmaq adı ilə ondan 714 manata aldığı “Xiaomi Note 9S” markalı telefonu, eyni zamanda köşkdən alacağı ümumilikdə 10 manat dəyərində siqaret və ərzaq məhsulları sifariş verib bütöv 100 manatlıq əskinaz verəcəyini deyib öncədən 90 manat qalıq pulu və 1 qutu 3 manat 30 qəpik dəyərində “Winstone XS” markalı siqareti açıq yolla talayıb, satıcı Zərərçəkmiş şəxs2 köşkün içərisində başının qarışıq olmasından istifadə edərək getmiş və zərərçəkmişə ümumilikdə 807 manat 30 qəpik məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə 05.02.2021-ci il tarixdə təxminən saat 02:30 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində yolun kənarında yerləşən Sadiq Mais oğlunun icarə əsasında işlətdiyi köşkə müştəri qismində gələrək özünə məxsus mobil telefonun satışa qoymaq üçün sonuncudan telefonun fotoşəkilini çəkərək onun nömrəsinə atmasını xahiş edib Sadiq Mais oğlundan çəkdiyi fotoşəkilə baxmaq adı ilə içərisində 24 manat dəyərində ***-***-**-** saylı SİM, 50 manat dəyərində ***-***-**-** saylı CİN mobil nömrələr, 10 manat dəyərində 16 gb tutumlu mikrokart olan 300 manata aldığı “Samsung Galaxy A10” markalı telefonu, eyni zamanda 1 qutu 3 manat 30 qəpik dəyərində “Winstone XS” markalı və 1 qutu 3 manat 50 qəpik dəyərində “Kent 4” markalı siqareti açıq yolla talayıb, Sadiq Mais oğlunun köşkün içərisində başının qarışıq olmasından istifadə edərək getmiş və zərərçəkmişə ümumilikdə 390 manat 80 qəpik məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə digər şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 fevral 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs4 oğlunun işlətdiyi Sumqayıt şəhəri, 9-cı mikrorayonda “Xan bağı” restoranının yaxınlığında yerləşən köşkə giriş qapısını sındırmaqla qanunsuz daxil olaraq köşkün içərisindən 215 nağd pulu, bir qutusu 1,80 manat, 15 qutusu 27 manat olan «Prima» markalı siqareti, bir qutusu 2,2 manat, 27 qutusu 59,40 manat olan «Classik» markalı siqareti,bir qutusu 2,10 manat, 18 qutusu 37,80 manat olan «Viceroy» markalı siqareti,bir qutusu 1,80 manat, 10 qutusu 18 manat olan «Argo» markalı siqareti,bir qutusu 2,30 manat 50 qutusu 115 manat olan «Rothmans» markalı siqareti, bir qutusu 3,60 manat, 13 qutusu 46,80 manat olan «Davıdoff» markalı siqareti, bir qutusu 2 manat, 53 qutusu 106 manat olan «Magna» markalı siqareti, bir qutusu 2,50 manat, 10 qutusu 25 manat olan «West» markalı siqareti,bir qutusu 2 manat, 30 qutusu 60 manat olan «Want» markalı siqareti,bir qutusu 2,10 manat, 25 qutusu 52,50 manat olan «X-line» markalı siqareti,bir qutusu 3,40 manat, 34 qutusu 115,60 manat olan «Winston» markalı siqareti,bir qutusu 2,50 manat, 50 qutusu 125 manat olan «Winchestr» markalı siqareti,bir qutusu 3,90 manat, 45 qutusu 175,50 manat olan «Sobranie» markalı siqareti,bir qutusu 3 manat, 12 qutusu 36 manat olan «LD» markalı siqareti,bir qutusu 3 manat, 10 qutusu 30 manat olan kompakt qutuda «LD» markalı siqareti,bir qutusu 3,50 manat, 53 qutusu 186 manat olan «Kent»» markalı siqareti,bir qutusu 2,30 manat, 57 qutusu 131,10 manat olan «Palmal» markalı siqareti,bir qutusu 1,70 manat, 15 qutusu 25,60 manat olan «Kingston» markalı siqareti, ümumi dəyəri 96 manat təşkil edən hər birinin içərisində 24 ədəd enerji içkisi olan 04 kaset «Full» enerji içkisini, biri 1,5 manat olan, ikisi 3 manat olan rulet, biri 1,25 manat 10-nu 12,50 manat olan oreo, biri 1,70 manat ikisi 3,40 manat coco şiniyyatları, cəmi 4 manat dəyərində olan «Xiomi Mi A1» mobil telefon üçün 02 ədəd telefon cərəyanı (adapteri) gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs4 1706,20 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə özgənin əmlakını talama məqsədilə digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 mart 2021ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs6 Hidayət oğlunun işlətdiyi Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Hidayət“ marketinə giriş qapısının şüşəsi sındıraraq qanunsuz daxil olub oradan 1 ədəd 1,50 manat dəyərində olan, ümumilikdə 72 manat dəyərində “GO” enerji içkilərini, bir qutusu 1,80 manat, 10 qutusu 18 manat olan «Prima» markalı siqareti, bir qutusu 2,2 manat, 30 qutusu 66 manat olan «Classik» markalı siqareti,bir qutusu 2,10 manat, 20 qutusu 42 manat olan «Viceroy» markalı siqareti,bir qutusu 1,80 manat, 20 qutusu 36 manat olan «Argo» markalı siqareti,bir qutusu 2,30 manat 60 qutusu 138 manat olan «Rothmans» markalı siqareti, bir qutusu 3,60 manat, 20 qutusu 72 manat olan «Davıdoff» markalı siqareti, bir qutusu 2 manat, 70 qutusu 140 manat olan «Magna» markalı siqareti, bir qutusu 2,50 manat, 20 qutusu 50 manat olan «West» markalı siqareti, bir qutusu 3,90 manat, 30 qutusu 117 manat olan «Sobranie» markalı siqareti,bir qutusu 3 manat, 20 qutusu 60 manat olan «LD» markalı siqareti,bir qutusu 3 manat, 30 qutusu 90 manat olan kompakt qutuda «LD» markalı siqareti,bir qutusu 3,50 manat, 60 qutusu 210 manat olan «Kent»» markalı siqareti,gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs6 1111 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə 21.03.2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi Sumqayıt şəhəri, 6-cı mikrorayon, C.Məmmədquluzadə küçəsində yerləşən köşkə giriş qapısının şüşəsini sındırmaqla qanunsuz daxil olaraq köşkün içərisindən 130 manat dəyərində konturları, 142 manat nağd pulu, 10,50 manat dəyərində 30 ml elektron qəlyan şirəsini, 8 manat dəyərində 10 ml elektron qəlyan şirəsini, 6 manat dəyərində “Zorro” markalı qara qutuda maye alışqan üçün maye qazı, 90 manat dəyərində siqaret trubkasını, 30 manat dəyərində müştüyü, 9 manat dəyərində 3 ədəd üzərində star və zorro yazıları olan alışqan ləvazimatı üçün çaxmağı, bir qutusu 3,50 manat 270 qutusu 945 manat olan “Kent” markalı siqaretləri, bir qutusu 3,90 manat,150 qutusu 585 manat olan «Sobranie» markalı siqaretləri, bir qutusu 3,60 manat, 80 qutusu 288 manat olan «Davıdoff» markalı siqaretləri, bir qutusu 2 manat, 110 qutusu 220 manat olan «Magna» markalı siqaretləri, bir qutusu 2,50 manat, 50 qutusu 125 manat olan «West» markalı siqareti,bir qutusu 2 manat, 150 qutusu 300 manat olan «Want» markalı siqaretləri, bir qutusu 3,40 manat, 105 qutusu 357 manat olan «Winston» markalı siqaretləri,bir qutusu 2,50 manat, 164 qutusu 410 manat olan «Winchestr» markalı siqaretləri, bir qutusu 2,30 manat, 144 qutusu 331,20 manat olan «Palmall» markalı siqaretləri, bir qutusu 1,80 manat, 30 qutusu 54 manat olan «Prima» markalı siqaretləri, bir qutusu 2,20 manat, 43 qutusu 94,60 manat olan «Classik» markalı siqaretləri,bir qutusu 2,10 manat, 67 qutusu 140,70 manat olan «Viceroy» markalı siqaretləri,bir qutusu 1,80 manat, 58 qutusu 104 manat olan «Argo» markalı siqaretləri,bir qutusu 2,30 manat 82 qutusu 188 manat olan «Rothmans» markalı siqaretləri, bir qutusu 3,60 manat, 62 qutusu 223,20 manat olan «Davıdoff» markalı siqaretləri, bir qutusu 2 manat, 71 qutusu 142 manat olan «Magna» markalı siqaretləri oğurlayaraq ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 4933,20 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 28 mart 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi Sumqayıt şəhəri, 6-cı mikrorayon, C.Məmmədquluzadə küçəsində yerləşən köşkə giriş qapısının şüşəsini yerdən götürdüyü daşla sındırmaqla qanunsuz daxil olaraq köşkün içərisindən bir qutusu 3,90 manat, 20 qutusu 78 manat olan «Sobranie» markalı siqareti, 300 manat dəyərində kişi qol saatını və 20 manat nağd pulu gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 398 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə 02 aprel 2021ci il tarixdə saat 05:00 radələrində Sumqayıt şəhəri, 2-cı mikrorayon, C.Cabbarlı küçəsi, 40/16 saylı binanın arxasında yerləşən Zərərçəkmiş şəxs5 Namiq oğlunun işlətdiyi köşkün, qapısının sol hissəsində yerləşən şüşəni yerdən götürdüyü daşla sındırıb qanunsuz içəri daxil olaraq, oradan bir qutusu 3,50 manat, 10 qutusu 35 manat olan “Kent-8” markalı siqareti, bir qutusu 3,50 manat, 20 qutusu 70 manat olan “Kent-4” markalı siqareti, bir qutusu 3,50 manat, 80 qutusu 280 manat olan “Kent-4” markalı siqareti, bir qutusu 3,50 manat 60 qutusu 210 manat olan “Kent-1” markalı siqareti, bir qutusu 3,50 manat, 60 qutusu 210 manat olan “Kent-mentol” markalı siqareti, bir qutusu 2,50 manat 80 qutusu 200 manat olan “Palma” markalı, boz qutuda nazik qilzli siqareti, bir qutusu 2,50 manat, 20 qutusu 50 manat olan “Palma” markalı, göy qutuda nazik qilzli siqareti, bir qutusu 2,50 manat, 20 qutusu 50 manat olan “Palma” markalı, ağ qutuda nazik qilzli siqareti, bir qutusu 2,50 manat, 80 qutusu 200 manat olan “Palma –mentol” markalı, nazik qilzli siqareti, bir qutusu 2,60 manat, 60 qutusu 156 manat olan “Rotmans” markalı, kompakt boz qutuda siqareti, bir qutusu 2,60 manat, 40 qutusu 104 manat olan “Rotmans” markalı, kompakt göy qutuda siqareti, bir qutusu 2,30 manat, 30 qutusu 69 manat olan, “Rotmans” markalı, sarı qutuda siqareti, bir qutusu 2,30 manat, 20 qutusu 46 manat olan “Rotmans” markalı, mentol giləmeyvə qutuda siqareti, bir qutusu 2,30 manat, 20 qutusu 46 manat olan “Rotmans” markalı, mentol qarpız qutuda siqareti, bir qutusu 2,50 manat, 8 qutusu 20 manat “Palma” markalı, kompakt göy qutuda siqareti, bir qutusu 2,50 manat, 8 qutusu 20 manat “Palma” markalı, kompakt boz qutuda siqareti, bir qutusu 2,50 manat, 10 qutusu 25 manat olan “Palma” markalı, boz qutuda qalın qilzli siqareti, bir qutusu 2,50 manat, 10 qutusu 25 manat olan “Palma” markalı, göy qutuda qalın qilzli siqareti, 1 qutusu 2 manat, 100 qutusu 200 manat olan “Magna” markalı boz qutuda nazik qilzli siqareti, 1 qutusu 2 manat, 30 qutusu 60 manat olan “Magna” markalı qara qutuda nazik qilzli siqareti, 1 qutusu 2 manat, 50 qutusu 100 manat olan “Magna” markalı ağ qutuda nazik qilzli siqareti, 1 qutusu 2 manat, 15 qutusu 30 manat olan ”Vincester” markalı boz qutuda nazik qilzli siqareti, 1 qutusu 2 manat, 10 qutusu 20 manat olan “Vincester” markalı göy qutuda nazik qilzli siqareti, bir qutusu 2,50 manat, 8 qutusu 20 manat olan “Vincester” markalı kompakt göy qutuda siqareti, bir qutusu 2,50 manat, 8 qutusu 20 manat olan “Vincester” markalı kompakt boz qutuda siqareti, bir qutusu 2,50 manat, 12 qutusu 30 manat olan “Vincester” markalı mentol-qarpız nazik qilzli siqareti, bir qutusu 1,80 manat, 10 qutusu 18 manat olan “Argo” markalı, göy qutuda qalın qilzli siqareti, bir qutusu 1,80 manat, 10 qutusu 18 manat olan “Argo” markalı, qırmızı qutuda qalın qilzli siqareti, bir qutusu 2,50 manat, 5 qutusu 12,50 manat olan “Vincester” markalı göy qutuda qalın qilzli siqareti, bir qutusu 1,80 manat, 10 qutusu 18 manat olan “Prima” markalı göy qutuda qalın qilzli siqareti, bir qutusu 2,50 manat , 10 qutusu 25 manat olan “Vest” markalı, qalın qilzli siqareti, bir qutusu 1,80 manat, 5 qutusu 9 manat olan “Veqas” markalı, boz qutuda nazik uzun qilzli siqareti, bir qutusu 2,50 manat, 12 qutusu 30 manat olan “Vincester” markalı mentol nazik qilzli siqareti gizli yolla talayıb, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs5 2426,50 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 04 aprel 2021-ci il tarixdə saat 07 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 işlətdiyi Sumqayıt şəhəri, 6-cı mikrorayon, C.Məmmədquluzadə küçəsində yerləşən köşkə giriş qapısının şüşəsini yerdən götürdüyü daşla sındırmaqla qanunsuz daxil olaraq köşkün bir qutusu 3,50 manat 265 qutusu 927 manat olan “Kent” markalı siqaretləri, bir qutusu 3,90 manat,133 qutusu 518 manat olan «Sobranie» markalı siqaretləri, bir qutusu 3,60 manat, 64 qutusu 230 manat olan «Davıdoff» markalı siqaretləri, bir qutusu 2 manat, 88 qutusu 176 manat olan «Magna» markalı siqareti, bir qutusu 2,50 manat, 22 qutusu 55 manat olan «West» markalı siqareti,bir qutusu 2 manat, 127 qutusu 254 manat olan «Want» markalı siqareti, bir qutusu 3,40 manat, 85 qutusu 289 manat olan «Winston» markalı siqaretləri,bir qutusu 2,50 manat, 131 qutusu 327,5 manat olan «Winchestr» markalı siqaretləri, bir qutusu 2,30 manat, 127 qutusu 292,10 manat olan «Palmall» markalı siqaretləri və 25 manat nağd pulu gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 3093,60 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, heç bir yerdə işləmədiyinə görə pula ehtiyacı yaranmışdır. 03 aprel 2021-ci il tarixdə axşam saat 23 radələrində çoxdan tanıdığı Vüsalla görüşmüşdür. Vüsal Sumqayıt şəhəri 2-ci mikrorayonda yaşayır, o, da əvvəllər Sumqayıt şəhəri 2-ci mikrayonda 39/16A saylı binada yaşamışdır. Vüsalla qonşu olmuşlar. Münasibətləri 2-ci mikrorayonda yaşadığı vaxtlardan yaranmışdır. Münasibətləri normal olmuş, aralarında ədavət olmamış, aralarında qohumluq əlaqəsi yoxdur. 03 aprel 2021-ci il tarixdə, saat 23 radələrində Vüsalla görüşəndə ona pula ehtiyacının olduğunu, pulsuz olduğunu demişdir. Vüsalla birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Şərab evi” dən oğurluq etmək qərarına gəlmişdirlər. O və Vüsal bu məqsədlə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində, yolun kənarında yerləşən köşkün qarşısına gəlmişlər. Buna qədər də bir neçə yerə baxsalar da, baxdıqları yerlərə daxil olmağın çətin olduğunu və ətrafda adamların olduğunu görüb həmin yerlərdən oğurluq etməkdən imtina etmişlər. Bir qədər də havanın qaralmasını və küçənin tam boşalmasını gözləmişlər. Vüsalın göstərdiyi köşkə daxil olmaq asan olmuş və buna görə oradan oğurluq etmək qərarına gəlmişlər. Köşkün qabağında olanda səhər saat 07 radələri olmuşdur. Razılaşmaya görə o, köşkün yaxınlığında gözləyib kimsə gələcəyi təqdirdə xəbər etməli olmuş, Vüsal isə köşkə daxil olmalı olmuşdur. Vüsal giriş qapısının yanında olan şüşəni sındırıb içəri keçmiş və bir qədər sonra şüşəni sındırdığı yerdən ona 2 ədəd içərisi siqaretlə dolu selofan torba vermişdir. O, selofan torbaları götürüb köşkdən uzaqlaşmış və Vüsalın gəlməyini gözləmişdir. Bir qədər sonra Vüsal özü də əlində 2 ədəd selofan torba ilə gəlmiş və oradan uzaqlaşmışlar. Yoldan keçən bir taksiyə əyləşib Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən “Nurlan” şadlıq sarayının yanına gəlmişlər. Bir qədər keçəndən sonra yol kənarında bir çayxanaya daxil olmuş və çayxanada kabinetlərin birində əyləşib siqaretləri ayırmağa başlamışlar. Vüsal siqaretləri ayırandan sonra onları satmağa aparacağını deyib çayxanadan çıxmış və demişdir ki, onu çayxanada gözləsin. Bir az sonra Vüsal gəlmiş və siqaretləri satdığını deyib ona 100 manat pul vermişdir. Vüsal köşkdən əlavə olaraq 14 manat nağd pul da oğurlamışdı. Bundan sonra onlar aralanmışlar. Axşam Vüsalla yenidən görüşmüş və həmin vaxt Vüsal ona əlavə olaraq 50 manat pul verib bildirmişdir ki, siqaretləri alan şəxs pulu tam verməmişdir, indi pulu tam verdiyindən ona əlavə olaraq 50 manat pul düşür. O, həmin pulu alandan sonra Vüsaldan aralanmışdır. Bir neçə gün sonra isə o, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılmış və bölməyə dəvət olunmuşdur. O, nəyə görə bölməyə gətirildiyini başa düşüb törətdiyi oğurluğu etiraf etmişdir. Təqsirləndirilən şəxs2 törədiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin özünə aid hissəsini tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 , 177.2.3 və 180.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 23.01.2021-ci il tarixdə saat 07 radələridə o, səhər yaşadığı evdən çıxıb 1-ci mikrorayon ərazisi istiqamətində gedərkən Sülh küçəsində yolun kənarında yerləşən açıq köşk görmüş, köşkün içərisindəki satıcının yaşının az olduğunu da hiss etmişdir. O, satıcının əlində telefon görmüş və borcu olduğu üçün onun telefonunun aldadıb ələ keçirmək qərarına gəlmişdir. Bu səbəbdən o köşkə yaxınlaşmış, adını sonradan bildiyi Zərərçəkmiş şəxs2la təxminən 2-3 dəqiqə söhbət etmişdir. Daha sonra ondan 6688 taksi xidmətinə zəng etmək üçün telefonunu istəmişdir. Zərərçəkmiş şəxs2 da özünə məxsus Xiaomi Note 9S markalı mobil telefonu ona vermişdir. O ilk öncə yalandan taksi şirkətinə zəng edib danışmış və Fərruxu inandırmaq üçün telefonu qaytarmışdır. Təxminən 2 dəqiqə keçdikdən sonra o yenidən Fərruxdan zəng etmək üçün mobil telefonunu istəmiş, Fərrux da telefonunu ona vermiş, o yenə yalandan zəng edib telefonla danışaraq Fərruxa ona ümumilikdə 10 manat məbləğində 1 qutu “Winstone XS” markalı siqaret, “Bizon” içkisi, meyvə şirəsi və şirniyyat istəmiş və ona 100 manat iri pulunun olduğunu deyib ondan 90 manat qalıq pul istəmişdir. Fərrux da ona 100 manat pulu verəcəyini düşünüb ona 90 manat qalıq pul və 1 qutu “Winstone XS” markalı siqaret vermiş, daha sonra o, digər dediklərini vermək üçün köşkün içərisində arxaya fırlananda o Zərərçəkmiş şəxs2 məxsus Xiaomi Note 9S markalı mobil telefonu və 1 qutu “Winstone XS” markalı siqareti götürüb yenidən 1-ci mikrorayon istiqamətində qaçmışdır. O telefonun parametrlərinə baxıb görmüşdür ki, telefon 128 gb yaddaş tutumludur və telefonun üzərində 1 dənə nömrə var. O, nömrəni telefondan çıxardıb qırıb tullamışdır. Telefonu isə götürüb evə getmişdir. O, Fərruxdan götürdüyü 90 manatı öz borcuna qaytarmış, həmin pul qurtardıqdan sonra 25.01.2021-ci il tarixdə təxminən saat 14-15 radələrində o Zərərçəkmiş şəxs2 götürdüyü Xiaomi Note 9S markalı mobil telefonu Sumqayıt şəhəri 2-ci mikrorayonda yerləşən Şahid2 işlətdiyi telefon dükanında şəxsiyyət vəsiqəsi ilə 200 manata telefonu ona satmışdır. O, Raufa telefonu satanda telefonun özünə məxsus olduğunu demişdir. Həmin pulu da öz borcuna qaytarmışdır. Bundan başqa o, borcunu tam ödəyib qurtarmadığı üçün yenə eyni üsulla pul əldə etmək fikrinə düşmüş və 05.02.2021-ci il tarixdə saat 00:30 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində Sülh küçəsində olan yolun kənarındakı köşkdə yenə yaşının az olduğunu hiss etdiyi bir nəfər oğlan və onun əlində telefon görüb onun da telefonunu eyni üsulla ələ keçirmək qərarına gəlmişdir. Bu səbəbdən o həmin köşkə yaxınlaşmış və sonradan bilmişdir ki, həmin köşkü işlədən satıcı Sadiq Mais oğludur. O ilk öncə ondan taksi şirkətinə zəng etmək üçün mobil telefonunu istəmiş, o, isə ona telefonunda kontur olmadığını deyib telefonunu ona verməmişdir. Bundan sonra o, 2-3 dəfə köşkə gəlib 20-30 qəpik dəyərində tum, şirniyyat almış, hər dəfəsində də satıcı ilə ünsiyyət qurmuşdur. Təxminən saat 02:30 radələrində o yenidən həmin köşkə getmişdir ki, onun telefonunu ələ keçirsin. Bu səbəbdən o satıcıya yalandan demişdir ki, telefonunu satmaq istəyir, öz telefonu ilə onun telefonunun şəkilini çəkib onun nömrəsinə atsın. O, da öz telefonu ilə onun mobil telefonunun şəklini çəkmişdir. O mobil telefonunun şəklini çəkdikdən sonra ondan şəkilə baxmaq adı ilə telefonu istəmiş, Sadiq də ona inanıb özünə məxsus “Samsung A10” markalı mobil telefonunu ona vermişdir. O telefonun şəklinə baxarkən onun başını qatmaq üçün ondan 1 qutu “Kent 4” markalı və 1 qutu “Winstone XS” markalı siqaret verməsini istəmiş, Sadiq də ona siqaretləri vermiş, lakin həmin ərəfədə o, qaçıb gedə bilməmişdir. Bu səbəbdən o yenə Sadiqdən kontur verməsini demiş, Sadiq köşkün içərisində aşağı rəfdən kontur götürmək üçün əyildikdə o sürətlə onun telefonunu və siqaretləri götürüb qaçıb küçənin tinindən dönüb həyətə girmişdir. Daha sonra isə o Sadiqin telefonunu parametrlərinə baxanda telefonun 32 gb yaddaş tutumlu olduğunu və telefonun üzərində 2 ədəd mobil nömrə olduğunu və 1 ədəd 16 gb tutumlu mikrokart olduğunu görmüşdür. O mobil nömrələri Sumqayıt şəhəri Cavid ticarət mərkəzi yaxınlığında telefonun içərisindən çıxardaraq qırıb atmış və yaşadığı evə getmişdir. Həmin gün, yəni 05.02.2021-ci il tarixdə saat 14-15 radələrində o Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində yerləşən telefon dükanlarından birinə Qismət adlı telefon dükanı işlədən şəxsə öz şəxsiyyət vəsiqəsi ilə 90 manata satmışdır. O telefonu satarkən telefonun özünə məxsus olduğunu demiş və bu barədə şəxsiyyət vəsiqəsinin surətini üzərində yazmışdır. Həmin pulu da yenə borcuna qaytarmışdır. Qeyd etdiyi əməlləri törədərkən heç kəslə əlbir olmamış, həmin əməlləri özü tək etmişdir. Sadiq və Fərruxdan başqa heç kimi aldatmamış, əmlakı ələ keçirtməmişdir. Bundan başqa 28 fevral 2021-ci il tarixdə saat 03 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Xan bağı” restoranının qarşısında olan dayanacaqdakı köşkdən oğurluq etmişdir. Həmin oğurluğu məhlədən tanıdığı X4 ilə birlikdə törətmişdir. Belə ki, öz aralarında razılaşıb qeyd olunan ünvanadakı köşkə getmiş, həmin vaxt köşkə gələndə görmüşdür ki, köşkdə və ətrafında heç kim yoxdur. Razılaşmaya görə Teymur onu çöldə gözləyib kimsə gəlsə xəbər etməli, o, isə köşkə daxil olub içərisindəki siqaretləri oğurlamaq qərarına gəlmiş, həmin köşkə köşkün plastik qapısını sındırıb içəri daxil olmuşdur. Köşkün içərisindən müxtəlif markalı siqaretlər, bir neçə enerji içkisi, şirniyyat, mobil telefon üçün enerji cihazı olan adaptır və hazırda xatırlamadığı qədər nağd pul oğurlayıb köşkdən çıxmışdır. Köşkdən oğurladığı siqaret və enerji içkilərini özü ilə gətirdiyi sellofan torbalara yığıb köşkdən çıxmışdır. Bir qədər aralıda oğurladıqları əşyaları Teymurla bölmüşdür. Sonra onlar aralanmışlar. Oğurladığı şirniyyat, enerji içkilərini özü istifadə etmişdir, nağd pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Siqaretləri isə Bakı şəhərində hazırda xatılamadığı ünvanda yerləşən kiçik ərzaq mağasına satmışdır. Siqaretləri firma qiymətindən bir qədər ucuz satmış və alan adama demişdir ki, siqaretlər işlətdiyi dükanın bağlanmasından sonra artıq qalan siqaretlərdir. Bundan başqa 19 mart 2021-ci il tarixdə qonşusu Teymurla Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində görüşmüş və onunla söhbət zamanı pula ehtiyacının olduğunu deyəndə, o da ona pul lazım olduğunu bildirmişdir. Öz aralarında razılaşmışlar ki, oğurluq etsinlər. Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Hidayət” marketdən oğurluq etmək qərarına gəlmişlər. Belə ki, həmin marketin gözətçisi olmamış və bu səbəbdən oradan oğurluq etməyin nisbətən rahat olduğunu fikirləşmişlər. 20 mart 2021-ci il tarixdə saat 02 radələrində Teymurla yaşadığı evin yanında görüşüb piyada Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Hidayət” marketin yanına gəlmişlər. Bir qədər gözləyib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra razılaşmaya görə Teymur kənarda dayanıb kimsə gəlsə ona xəbər etməli, o, isə marketə daxil olmalı olmuçdur. Belə də edib o, marketə yaxınlaşmış və qolu ilə marketin qapısının şüşəsini sındırıb içəri daxil olmuşdur. İçəridə olan müxtəlif markalı siqaretləri və “GO” markalı enerji içkilərini özü ilə gətirdiyi sellofan torbalara yığıb marketdən çıxmışdır. Marketdən bir qədər aralandıqdan sonra sellofan torbalarda siqaretləri Teymurla öz aralarında bölmüşlər. Siqaretlərin böyük hissəsini Teymur özünə götürmüşdür. Qalan siqaret və enerji içkilərini o, özünə götürmüş və özü istifadə etmişdir. Bundan başqa 02 aprel 2021-ci il tarixdə saat 05 radələrində yaşadığı həyətdən çıxıb piyada “Pioner” market istiqamətində getmişdir. “Pioner” marketin sağ tərəfindən keçəndə orada köşk görmüş və oğurluq etmək qərarına gəlmişdir. Ətrafa nəzər yetirmiş və heç kimin olmadığına əmin olduqdan sonra köşkə yaxınlaşmışdır. Köşkün qapısının şüşəsini sındırıb içəri daxil olmuş və içəridə sol tərəfdə piştaxtada olan müxtəlif markalı siqaretləri sellofan torbalara yığmağa başlamışdır. Siqaretlər, “Kent” markalı, “Vincester” markalı, “Palma”, Rotmans” və digər markalı siqaretlər olmuşdur. Bundan başqa qutularda da siqaretlər olmuşdur. O, siqaretləri qutularla birlikdə götürmüşdür. Siqaretləri götürüb köşkdən çıxmışdır. Saat 06 radələrində yaşadığı evə tərəf gələndə həyətdə Teymurla rastlaşmışdır. Teymur əlindəki torbalarda və qutuda nə olduğunu soruşanda, o, qutuda və torbada siqaret olduğunu, onları oğurladığını və satmaq istədiyini demişdir. Teymur siqaretləri sata biləcəyini deyəndən sonra o, siqaretləri, təxminən 40 blok siqareti Teymura vermişdir ki, aparıb satsın. Həmin gün günorta Teymurla görüşmüşdür. Teymur siqaretləri ümumilikdə 430 manata satdığını demiş, o, siqaretləri kimə satdığını soruşmamış, sadəcə 430 manat pulu alıb ona cəmi 50 manat pul vermişdir. Həmin oğurluğu tək törətmiş, Teymur yalnız sonradan ona siqaretlərin satılmasında köməklik etmişdir. Bundan başqa 03 aprel 2021-ci il tarixdə axşam saat 23 radələrində çoxdan tanıdığı Namiqlə Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən “Çay evi”nin qarşısında görüşmüşlər. Namiq əvvəllər Sumqayıt şəhəri 2-ci mikrorayonda yaşamış, o, da artıq neçə illərdir ki, Sumqayıt şəhəri 2-ci mikrayonda ev 2/30, mənzil 14də yaşayır. Namiqlə qonşu olmuşdur. Münasibətləri Namiq 2-ci mikrorayonda yaşadığı vaxtlardan yaranmışdır. Münasibətləri normal olmuşdur. 03 aprel 2021-ci il tarixdə, saat 23 radələrində Namiqlə görüşəndə Namiq pula ehtiyacının olduğunu, pulsuz olduğunu bildirmişdir. O, Namiqə təklif etmişdir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Şərab evi” vardır, oradan oğurluq etsinlər. Namiq təkliflə razılaşıb onunla birlikdə oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə dediyi yerə, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində, yolun kənarında yerləşən köşkün qarşısına gəlmişlər. Buna qədər də bir neçə yerə baxsalar da, baxdıqları yerlərə daxil olmağın çətin olduğunu və ətrafda adamların olduğunu görüb həmin yerlərdən oğurluq etməkdən imtina etmişlər. Bir qədər də havanın qaralmasını və küçənin tam boşalmasını gözləmiş, göstərdiyi köşkə daxil olmaq asan olmuş və buna görə oradan oğurluq etmək qərarına gəlmişlər. Buna qədər 2 dəfə 2021-ci ilin mart ayında həmin köşkə daxil olub oradan siqaret oğurlamışdır. Onlar köşkün qabağında olanda səhər saat 07 radələri olmuşdur. Aralarında olan razılaşmaya görə Namiq köşkün yaxınlığında gözləyib kimsə gələcəyi təqdirdə ona xəbər etməli, o, isə köşkə daxil olmalı olmuş, bir qədər sonra köşkün giriş qapısının yanında olan şüşəni sındırıb içəri keçmiş və içəri daxil olan kimi solda yerləşən vitrindən siqaret qutularını götürüb, içəridən götürdüyü selofan torbalara yığmış və 4 ədəd içərisi siqaret dolu selofan torbasını Namiqin köməkliyi ilə köşkdən çıxarıb oradan uzaqlaşmışdır. Bundan başqa köşkdən 10 manat qəpik əskinazlarda pul da götürmüşdür. Köşkdən uzaqlaşıb yoldan keçən bir taksiyə əyləşib Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən “Nurlan” şadlıq sarayının yanına gəlmişlər. Bir qədər keçəndən sonra yol kənarında bir çayxanaya daxil olmuş və çayxanada kabinetlərin birində əyləşib siqaretləri ayırmağa başlamışlar. Siqaretləri ayırandan sonra onları satmağa aparacağını deyib çayxanadan çıxmış və Namiqdən xahiş etmişdir ki, onu çayxanada gözləsin. Oğurladığı siqaretləri Sumqayıt şəhəri 1-ci mikrorayonda siqaret satışı ilə məşğul olan “RRR” adlı köşkü işlədən Ceyhun adlı şəxsə satmış və Ceyhun siqaretlərin satışından cəmi ona 450 manat pul vermişdir. Ceyhun həmin pulu hissə-hissə ona vermişdir. Belə ki, o, birinci dəfə ona 250 manat, ikinci dəfə isə 200 manat pul vermişdir. Bundan əvvəl də köşkdən oğurladığı siqaretləri də Ceyhuna satmışdır. Siqaretlərin satışından əldə etdiyi 450 manat puldan Namiqə 150 manat vermişdir. Ceyhun pulu 2 dəfə verdiyindən, o, da Namiqə pulu 100 və 50 manat olmaqla 2 dəfəyə vermişdir. Bundan sonra Namiqlə görüşməmişdir. Bir neçə gün sonra isə o, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılmış və bölməyə dəvət olunmuşdur. O, nəyə görə bölməyə gətirildiyini başa düşüb törətdiyi oğurluğu etiraf etmişdir. O, əvvəl 2 dəfə həmin köşkə eyni üsulla daxil olmuş, lakin həmin oğurluqları tək törətmiş, əvvəlki oğurluqlarda da, oradan siqaret oğurlamışdır. Həmin oğurluqları saat 03 radələrində törətmişdir. Təqsirləndirilən şəxs1 törədiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxs Sadiq Mais oğluna məxsus telefonun onun özünə qaytarıldığını, digər zərərçəkmiş şəxslərə isə vurmuş olduğu maddi zərəri ödəməyə imkanının olmadığını bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 oğlu ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində yolun kənarında yerləşən köşkdə satıcı işləyən qohumu X5 imtahanı olması ilə bağlı onun işlədiyi yerdə onu bir neçə saatlıq əvəz etmək üçün 23.01.2021-ci il tarixdə saat 05:15 radələrində onun köşkünə gəlmişdir. O, köşgə gəldikdən sonra qohumu Uğur Məmmədov çıxıb getmişdir. Təxminən saat 07:25 radələrində o köşkdə olarkən bir nəfər üzü saqqallı, orta boylu, arıq bədən quruluşlu, qaraşın bir nəfər müştəri köşkə yaxınlaşıb ondan sərnişin avtobuslarının işləyib işləmədiyini soruşmuş, o da şənbə-bazar olduğu üçün avtobusların işləmədiyini ona demişdir. Həmin şəxs də avtobusun gəlmədiyi təqdirdə 5 dəqiqə sonra taksiyə zəng etmək üçün telefonu ona verməyi xahiş etmiş, o da etiraz etməmişdir. Təxminən 5 dəqiqə sonra həmin şəxs ondan taksiyə zəng etmək üçün telefonunu istəyib 6688 taksi xidmətinə zəng etməsini xahiş etmişdir. O da 6688 taksi xidmətinə zəng edib özünə məxsus X12 9S markalı mobil telefonunu ona vermişdir. Həmin şəxs danışıb telefonunu geri qaytarmışdır. O bir neçə müştəri yola saldıqdan sonra həmin şəxs ondan yenə taksiyə zəng etmək üçün telefonunu istəmiş, o da ona telefonunu vermişdir. Həmin şəxs onun telefonu ilə danışa danışa 1 qutu “Winstone XS” markalı siqaret, 2 ədəd böyük “bizon” içkisi, 2 ədəd kiçik “bizon” içkisi, 2 ədəd “Cappy” meyvə şirəsi istəyib üzərində yalnız 100 manatlıq pul əskinası olduğunu, qalıq pulu qaytarmasını demişdir. O da ona 1 qutu “Winstone XS” markalı siqareti və sifariş etdiyi məhsulların dəyərini yəni 10 manat çıxıb qalıq 90 manat pulu ona vermişdir. Daha sonra isə köşkün içərisindən onun sifarış etdiyi digər içkiləri də ona vermək üçün çevrilib içkiləri ona vermək üçün yenidən ona tərəf çönəndə görmüşdür ki, həmin şəxs artıq ona məxsus X12 9S markalı mobil telefonunu, 1 qutu “Winstone XS” markalı siqareti və 100 manatı vermədən 90 manat qalıq pulu götürüb qaçmışdır. O, köşkdən çıxıb ətrafa baxmış, lakin həmin adamın artıq yaxınlıqda olmadığını görmüşdür. O, DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Özünə məxsus X12 9S markalı mobil telefonu 14.10.2020-ci il tarixdə “Kontakt home” mağazasından 12 aylıq kreditlə ilkin ödəniş vermədən aylıq 60 manat 40 qəpik ödəməklə 714 manata almış və artıq həmin telefonun 3 aylıq ödənişini etmişdir. Ona məxsus X12 9S markalı mobil telefon boz rəngli 6GB RAM və 128GB yaddaş tutumlu olmuş, İMEİ kodu isə **********70475 və **********70483 nömrəli olmuş, eyni zamanda ona məxsus telefonun üstündə ***-***-**-** saylı SİM mobil kartı da olmuşdur. Həmin nömrəni 20 manata almışdır. O sonradan bilmişdir ki, həmin əməli törədən şəxs Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs1dur. Qalıq qaytardığı 90 manat pulu köşkün kassasından qaytarmış, lakin sonra özündən həmin 90 manat pulu və 1 qutu “Winstone XS” markalı siqaretin pulunu, yəni 3 manat 30 qəpik pulu kassaya qaytarıb qoymuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 827 manat 30 qəpik maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, bir neçə ildir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, C.Məmmədquluzadə küçəsində yerləşən müxtəlif markalı siqaretlərin və şirələrin satıldığı köşk işlədir. Adətən köşkü səhər saat 09 radələrində açıb, axşam saat 23 radələrində bağlayır. Köşkü tək işlədir. 21 mart 2021-ci il tarixdə səhər saat 10 radələrində köşkə gələndə görmüşdür ki, köşkün giriş qapısının şüşəsi sındırılmışdır. Köşkdən oğurluq olduğunu görüb dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları gəlmiş və onunla birlikdə köşkə baxış keçirmiş, əl-barmaq izləri götürmüşlər. Həmin vaxt köşkdən 4300 manat dəyərində müxtəlif markalı siqaretlər, 130 manat dəyərində danışıq kartları və təxminən 142 manat nağd pul oğurlanmışdır. Ümumilikdə həmin oğurluq nəticəsində ona 4600 manat maddi ziyan dəymişdir. Bu hadisədən 1 həftə sonra, yəni 28 mart 2021-ci il tarixdə səhər saat 10 radələrində köşkə gələndə görmüşdür ki, yenə köşkün giriş qapısının şüşəsi sındırılmışdır. Köşkdən oğurluq olduğunu görüb dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə Sumqayıt ŞPİnin 3-cü PB-nin əməkdaşları gəlmiş və onunla birlikdə köşkə baxış keçirib, əl-barmaq izləri götürmüşlər. Həmin oğurluq zamanı köşkdən ona məxsus 300 manat dəyərində, markasını bilmədiyi qol saatı, 20 manat nağd pul və 60 manat dəyərində müxtəlif markalı 15 ədəd siqaret oğurlanmışdır. Bu hadisədən yenə 1 həftə sonra, yəni 04 aprel 2021-ci il tarixdə səhər saat 10 radələrində köşkə gələndə görmüşdür ki, yenə köşkün giriş qapısının şüşəsi sındırılmışdır. Köşkdən oğurluq olduğunu görüb yenə DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları gəlmiş və onunla birlikdə köşkə baxış keçirmiş, əl-barmaq izləri götürmüşlər. Həmin oğurluq zamanı köşkdən 2900 manat dəyərində müxtəlif markalı siqaretlər və 25 manat nağd pul oğurlanmışdı. Hər bir hadisə ilə bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-də ərizə yazıb izahat vermişdir. Sonradan isə ona məlum olmuşdur ki, həmin oğuqluları eyni adam törətmişdir. Lakin o, həmin şəxsi tanımamışdır. 21 martda baş vermiş oğurluq zamanı köşkdən 270 qutu “Kent” markalı siqaretlər, 150 qutu «Sobranie» markalı siqaretlər, 80 qutu «Davıdoff» markalı siqaretlər, 110 qutu «Magna» markalı siqaretlər, 50 qutu «West» markalı siqaretlər, 150 qutu «Want» markalı siqaretlər, bir qutusu 3,40 manat, 105 qutusu 357 manat olan «Winston» markalı siqaretləri, 164 qutusu «Winchestr» markalı siqaretlər, 144 qutu «Palmall» markalı siqaretlər, 30 qutu «Prima» markalı siqaretlər, 43 qutu «Classik» markalı siqaretlər, 67 qutu «Viceroy» markalı siqaretlər, 58 qutu «Argo» markalı siqaretlər, 82 qutu «Rothmans» markalı siqaretlər, 62 qutu «Davıdoff» markalı siqaretlər, 71 qutusu «Magna» markalı siqaretlər, 28 martda baş vermiş oğurluq zamanı 20 qutu «Sobranie» markalı siqaretlər, 04 aprel 2021-ci il tarixdə baş vermiş oğurluq zamanı 265 qutu “Kent” markalı siqaretlər, 133 qutu «Sobranie» markalı siqaretlər, 64 qutu «Davıdoff» markalı siqaretlər, 88 qutu «Magna» markalı siqaretlər, 22 qutu «West» markalı siqaretlər, 127 qutu «Want» markalı siqaretlər, 85 qutu «Winston» markalı siqaretlər, 131 qutu «Winchestr»markalı siqaretlər və 127 qutu «Palmall» markalı siqaretlər oğurlanmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 ona vurulmuş maddi zərəri ödədiyindən Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncuya yüngül cəza verilməsini, digər Təqsirləndirilən şəxs1 tərəfindən isə ona vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək sonuncunun barəsidə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Hidayət” market ona məxsusdur. 15 ildir ki, həmin marketi açmışdır və marketdə müxtəlif çeşiddə ərzaq, içkilər və siqaretlərin satışı ilə məşğul olur. Hər gün səhər saat 04 radələrində marketə gəlib nəzərdən keçirir, hər hansı problemin olub-olmamasını yoxlayır. 20 mart 2021-ci il tarixdə səhər saat 04 radələrində həmişəki kimi yenə də marketi yoxlamağa gəlmiş, marketə yaxınlaşanda plastik yan qapısının şüşəsinin sındırıldığını aşkar etmişdir. Marketə daxil olduqda marketin içərsinin dağınıq vəziyyətdə olduğunu görüb marketdən oğurluq edildiyini başa düşmüş və bu səbəbdən DİN “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmiş, marketə baxış keçirib müayinə aparmışlar. Sonradan marketdən nələrin oğurlanmasını müəyyən edən zaman, oğurluq nəticəsində marketdən 72 manat dəyərində “GO” enerji içkilərinin və 1028 manat dəyərində müxtəlif markalı siqaretlərin oğurlandığını aşkar etmişdir. Ümumilikdə oğurluq nəticəsində ona 1100 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs tərərfindən ona vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 28.02.2021-ci il tarixdə saat 02:15 radələrinədək işlədiyi Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən «Xan bağı» adlanan restoranın qarşısında olan dayanacaq köşkündə olmuş, qapını bağlayıb evinə getmişdir. Həmin gün saat 08 radələrində gələrkən həmin köşkün plastik qapısının sındırıldığını, köşkün içərisindən oğurluq olduğunu aşkar etmişdir. Köşkdən 215 manat nağd pul, bir qutusu 2 manat, 15 qutusu 30 manat olan «Prima» markalı siqaret, bir qutusu 2,2 manat, 27 qutusu 59,40 manat olan «Classik» markalı siqaret,bir qutusu 2 manat, 18 qutusu 36 manat olan «Viceroy» markalı siqaret,bir qutusu 1,70 manat, 10 qutusu 17 manat olan «Argo» markalı siqaret,bir qutusu 2,40 manat 50 qutusu 120 manat olan «Rothmans» markalı siqaret, bir qutusu 3,50 manat, 13 qutusu 46 manat olan «Davıdoff» markalı siqaret, bir qutusu 2 manat, 53 qutusu 106 manat olan «Magna» markalı siqaret, bir qutusu 2,20 manat, 10 qutusu 22 manat olan «West» markalı siqaret,bir qutusu 2 manat, 30 qutusu 60 manat olan «Want» markalı siqaret,bir qutusu 2,20 manat, 25 qutusu 55 manat olan «X-line» markalı siqaret, bir qutusu 3,30 manat, 34 qutusu 112 manat olan «Winston» markalı siqaret, bir qutusu 2,40manat, 50 qutusu 122 manat olan «Winchestr» markalı siqaret, bir qutusu 3,90 manat, 45 qutusu 175,50 manat olan «Sobranie» markalı siqaret, bir qutusu 2,70 manat, 12 qutusu 32,40 manat olan «LD» markalı siqaret, bir qutusu 2,90 manat, 10 qutusu 29 manat olan «LD» markalı siqaret, bir qutusu 3,50 manat, 53 qutusu 186 manat olan «Kent»» markalı siqaret, bir qutusu 2,40 manat, 57 qutusu 137 manat olan «Palmal» markalı siqaret, bir qutusu 1,70 manat, 15 qutusu 25,60 manat olan «Kingston» markalı siqaret, ümumi dəyəri 115 manat təşkil edən hər birinin içərisində 24 ədəd enerji içkisi olan 04 kaset «Full» enerji içkisini, 25 manat dəyərində şirniyyatları, yəni biri 1,5 manat olan, ikisi 3 manat olan rulet, biri 2 manat 10-nu 20 manat olan oreo, biri 80 qəpik ikisi 1,60 qəpik coco şiniyyatları, cəmi 60 manat dəyərində olan «Xiomi Mi A1» mobil telefon üçün 02 ədəd telefon cərəyanı (adapteri) oğurlanmışdır. Mən hadisə barədə DİN-in 102 xidmətinə zəng vurub məlumat verdim. Oğurluq nəticəsində ümumilikdə ona 1786 manat maddi ziyan vurulmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, C.Cabbarlı küçəsi, ev-40/16-ın arxasında yerləşən köşkü işlədir. 01.04.2021-ci il tarixdən 02.04.2021-ci il tarixə keçən gecə gecə naməlum şəxs və ya şəxslər ona məxsus olan köşkün qapısının sol hissəsində yerləşən şüşəni sındıraraq içəriyə daxil olub oradan 1 blok “Kent 8”, 2blok “Kent 4” qalın, 8blok “Kent 4” nazik, 6 blok “Kent 1”, 6 blok “Kent mentol”,8 blok “Palma” nazik boz, 2blok “Palma” nazik göy, 2 blok “Palma” nazik ağ, 8 blok “Palma” nazik mentol, 3 blok “Rotmans” mentol sarı, 6 blok “Rotmans” kompakt boz, 4 blok “Rotmans” kompakt göy, 2 blok “Rotmans” mentol giləmeyvə, 2 blok “Rotmans” mentol qarpız, 8 qutu “Palma”kompakt göy, 8 qutu “Palma”kompakt boz, 1 blok “Palma” qalın boz, 1 blok “Palma” qalın göy, 10 blok “Maqna” nazik boz, 3 blok “Maqna” nazik qara, 5 blok “Maqna” nazik ağ, 15 qutu “Vinçester” nazik göy, 10 paçka “Vinçester” nazik göy, 8 qutu “Vinçester” kompakt göy, 8 qutu “Vinçester” kompakt boz, 12 qutu “Vinçester” nazik mentol qarpız, 1 blok “Arqo” göy qalın, 1 blok “Arqo” qalınqızmızı,5 qutu “Vinçester”qalın göy, 1 blok “Prima” göy qalın, 1 blok “Vest qalın”, 5 qutu “Veqas ” nazik uzun boz, 12qutu “Vinçester nazik mentool oğurlamışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2688 manat 80 qəpik maddi ziyan dəymişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs5 oğlu təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs3 teleqramla məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində Sülh küçəsində yolun kənarında icarə əsasında köşk işlədir. O köşkü 24 saat ərzində işlədir, çox vaxt köşkdə gecə növbəsində olur. 05.02.2021-ci il tarixdə saat 00:30 radələrində adını sonradan bildiyi Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs1 onun işlətdiyi köşkə yaxınlaşıb mobil telefonunun enerjisinin qurtardığını deyib taksi şirkətinə zəng etmək üçün ondan mobil telefon istəmişdir. Lakin onun danışıq üçün konturu olmadığ üçün ona mobil telefonunu verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 2-3 dəfə gəlib 20-30 qəpiyə köşkdən tum və kökə almış, onunla ünsiyyət yaratmışdır. Təxminən saat 02:40 radələrinə o, yenə köşkə gəlib ondan 1 qutu “Kent 4” markalı və 1 qutu “Winstone XS” markalı siqaret istəyib telefonunu satmaq istədiyini deyib telefonunun şəklini çəkmək üçün onun telefonunu istəmiş, o da öz telefonu ilə onun mobil telefonunun şəklini çəkmişdir. O, isə ondan şəkilə baxmaq üçün telefonu istəmiş, o da telefonu ona vermişdir. O telefonu verdikdən sonra Vüsal ondan yenə kontur istəmiş, o da köşkdə olan aşağı rəfdən kontur götürmək üçün əyiləndə köşkün şüşəsindən görmüşdür ki, Təqsirləndirilən şəxs1 ona verdiyi siqaretləri və ona məxsus “Samsung A10 markalı” telefonu götürüb qaçıb getmişdir. Köşkdən çıxana kimi o, artıq qaçıb gedərək köşkdən uzaqlaşmışdır. Ona çata bilməyəcəyini düşünüb onun arxasınca getməmiş və Köşkün yanında olan tanımadığı şəxsin mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər və özü də polis bölməsinə gedib baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Ona məxsus Samsung A10 markalı 32 GB yaddaş tutumu olan mobil telefonu təxminən 1 aydır ki, işlənmiş vəziyyətdə 300 manata almış, həmin telefonun üzərində 24 manata adlığı ***-***-**-** və 50 manata aldığı ***-***-**-** saylı SİM və CİN nömrələr, eyni zamanda 10 manata aldığı 16 GB tutumlu mikrokart olmuşdur, Təqsirləndirilən şəxs1 həmçinin köşkdən 3.5 manat dəyərində 1 qutu “Kent 4” markalı və 3.3 manat dəyərində 1 qutu “Winstone XS” markalı siqaret də götürüb pulunu verməmişdir. Həmin siqaretlər köşkə aid olduğu üçün onların pullarını özündən köşkə qaytarmışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 390 manat məbləğində ziyan dəymişdir. Təhqiqata verdiyi izahatında Təqsirləndirilən şəxs1 ona məxsus mobil telefonu götürüb qaçarkən arxasınca çıxıb “qaçma, dayan” deyib qışqıraraq köşkdən çıxması barədə göstərdiyi xüsusatlar barədə bildirmişdir ki, Vüsalın arxsınca çıxanda o, artıq qaçıb getmişdir, köşkdən çıxıb görmüşdür ki, o, artıq küçənin tinindən dönür. Bu səbəbdən düşünmüşdür ki, onun arxasınca qaçıb qışqırıb çağırmaq məntiqsizdir, çünki ona çata bilməyəcəkdi və köşkdə heç kəs olmayacaqdır. Ona görə də onun arxasınca qaçıb onu dayanması üçün səsləməmişdir. Məhkəmədə iclasında Şahid2 ifadəsində göstərdi ki, o Sumqayıt şəhəri Sülh küçəsində 2-ci mikrorayon ərasində yerləşən “Bakcell Telecom” adlı telefon dükanı işlədir. 25.01.2021-ci il tarixdə günorta saat 15-16 radələrində işdə olarkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 onun işlədiyi telefon dükanına gələrək özünə məxsus işlənmiş “Redmi Note 9S” markalı 6/128 GB yaddaş tutumlu mobil telefon satdığını demişdir. O da ondan mobil telefonu götürüb baxmış və telefona 200 manat pul verə biləcəyini demişdir. Vüsal onunla razılaşmışdır. O Vüsaldan alqı-satqı üçün şəxsiyyət vəsiqəsini istəmiş və ondan telefonun qutusu yanında olmadığı üçün telefonun oğurluq olub olmadığını soruşmuşdur. Vüsal da ona telefonun oğurluq olmadığını, telefonun qutusunun rayonda olduğunu demişdir. O da Vüsaldan telefonunun qalereyasında olan şəkillərə baxmağa icazə istəmiş, o, icazə verdikdən sonra telefonda olan şəkillərə baxıb görmüşdür ki, həqiqətən də telefonda onun özünə məxsus şəkillər var. Bundan sonra o telefonun ona məxsus olduğuna inanmışdır. O da Vüsaldan şəxsiyyət vəsiqəsini götürüb surətini çıxartmış və vərəqin üzərinə həminki günün tarixini, telefonun imei kodunu və Təqsirləndirilən şəxs1 nömrəsini qeyd etmişdir. Bundan sonra o Vüsala 200 manat pul vermiş, o, da pulu götürüb çıxıb getmişdir. Telefonu alandan təxminən 2-3 gün sonra o işdə olmadığı vaxt, dükanda telefon təmiri ilə məşğul olan X6 həmin telefonu tanımadıqları müştəriyə 250 manata satmış və həmin müştərinin heç bir məlumatını götürməmişdir. Nahid hazırda işdən çıxmış, onun harada yaşadığını, işlədiyini və mobil telefon nömrəsini bilməmişdir. 01.02.2021-ci il tarixdə o işdə olarkən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları işlədiyi telefon dükanına gəlmişlər və ondan Təqsirləndirilən şəxs1 dükana “Redmi Note 9S” markalı telefon satıb satmadığını soruşmuşlar. O da aldığı telefonların siyahısına baxıb görmüşdür ki, həmin telefonu alıbdır. O polis əməkdaşları ilə polis bölməsinə gedib izahat vermiş və Təqsirləndirilən şəxs1 telefonu alarkən ona təqdim etdiyi vəsiqəsinin surətini polis əməkdaşlarına təqdim etmişdir. O Təqsirləndirilən şəxs1 ona satdığı “Redmi Note 9S” markalı telefonun oğurluq olduğunu bilməmiş, o bu barədə ondan soruşmuş, Vüsal da telefonun özünə məxsus olduğunu demişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, o Sumqayıt şəhəri Sülh küçəsində 34-cü məhəllə ərasində yerləşən “Elegant Telecom” adlı telefon dükanı işlədir. 05.02.2021-ci il tarixdə saat 17 radələrində işdə olarkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 işlədiyi telefon dükanına gələrək özünə məxsus işlənmiş “Samsung A10” markalı 32 GB yaddaş tutumlu mobil telefon satdığını demişdir. O da Vüsaldan mobil telefonu götürüb baxmış və telefona 90 manat pul verə biləcəyini demişdir. O, da razılaşmışdır. O Vüsaldan alqı-satqı üçün şəxsiyyət vəsiqəsini istəmiş və ondan telefonun qutusu yanında olmadığı üçün telefonun oğurluq olub olmadığını soruşmuşdur. Vüsal da ona telefonun oğurluq olmadığını demiş, telefonun qutusunun evdə olduğunu, sabah telefon qutusunu da gətirəcəyini demişdir. O Vüsaldan şəxsiyyət vəsiqəsini götürüb surətini çıxartmış və onun öz xətti ilə telefonun onun özünə məxsus olması barədə həmin vəsiqəsinin surəti olan kağıza yazı yazdırmışdır. Vüsal da telefonun özünə məxsus olmasını vəsiqəsinin surətinin üstünə yazmış və imzası ilə təsdiq etmişdir. Bundan sonra o Vüsala 90 manat pul vermiş, o, da pulu götürüb çıxıb getmişdir. Sabahısı gün, yəni 06.02.2021-ci il tarixdə saat 11-12 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları o işlədiyi telefon dükanına gəlib ondan Təqsirləndirilən şəxs1 dünən dükana “Samsung A10” markalı telefon satıb satmadığını soruşmuşlar. O da polis əməkdaşlarına olduğu kimi hər şeyi demiş və könüllü surətdə Təqsirləndirilən şəxs1 ona satdığı “Samsung A10” markalı telefonu, eyni zamanda onun üzərində öz xətti ilə yazısı olan şəxsiyyət vəsiqəsinin surətini polis əməkdaşlarına təqdim etmişdir. O, Təqsirləndirilən şəxs1 ona satdığı “Samsung A10” markalı telefonun oğurluq olduğunu bilməmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq eskpertizasının 10.03.2021-ci il tarixli, 9/702 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 03 adda malların 2021-ci ilin yanvar ayına olan orta bahar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 407,20 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 5 adda malların 2021-ci ilin fevral ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 19,70 manat, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsunq Galaxy A 10” markalı, “SM-A10SF/DS” modelli mobil telefonun istifadədə olması və satış üçün kompletləndirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla təxminən 160 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq eskpertizasının 05.06.2021-ci il tarixli, 9/4176 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən (təqdim edilməyən mallar nəzəri qaydada) malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 194,65 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 1 ədəd “Prima” markalı siqaret 1,80 manat, 1 ədəd uzun qutularda “Classik” markalı siqaret 2,20 manat, 1 ədəd kompakt qutularda “Classik” markalı siqaret 2,20 manat, 1 ədəd qalın qutuda “More” markalı siqaret 2 manat, 1 ədəd qalın qutuda “Bakı” markalı siqaret 1,80 manat, 1 ədəd qutu “Viceroy” markalı siqaret 2,10 manat 1 ədəd qalın qırmızı qutuda, kompakt qutuda və nazik qutuda “Argo” markalı siqaretlər 1,80 manat, 1 ədəd “Rotmans” markalı siqaret 2,30 manat 1 ədəd ağ nazik, uzun və kompakt qutularda “Davidoff” markalı siqaretlər 3,60 manat, 1 ədəd kompakt və nazik qutularda “Magna” markalı siqaret 2 manat, 1 ədəd “West” markalı siqaret 2,50 manat, 1 ədəd kompakt qutuda“Want” markalı siqaret 2 manat, 1 ədəd qalın və nazik qutularda “Want” markalı siqaretlər 2,20 manat, 1 ədəd “Xline” markalı siqaret 2,10 manat, 1 ədəd kompakt boz, kompakt göy, slim, qalın göy qutularda “Winston” markalı, siqaretlər 3,40 manat, 1 ədəd “Wincester” markalı siqaret 2,50 manat, 1 ədəd göy nazik, ağ nazik,qara nazik, kompakt, göy qalın, ağ qalın, qara qalın qutularda “Sobranie” markalı siqaretlər- 3,90 manat, 1 ədəd nazik qutuda“LD” markalı siqaret – 3 manat, 1 ədəd kompakt qutuda “LD” markalı siqaret- 3 manat, 1 ədəd göy kompakt qutuda “Rotmans” markalı siqaret-2,60 manat, 1 ədəd “Rotmans-mentol sarı” və “Rotmans mentol giləmeyvə” markalı siqaretlər-2,30 manat, 1 ədəd “Rotmans mentol qarpız”markalı siqaret -2,30 manat, 1 ədəd kompakt göy qutuda və kompakt boz qutuda “Palmall” markalı siqaretlər -2,30 manat, 1 ədəd qalın boz qutuda və qalın göy qutuda “Palma” markalı siqaretlər-2,50 manat, 1 ədəd nazik qara və nazik ağ qutuda “Magna” markalı siqaretlər-2 manat, 1 ədəd nazik boz və nazik göy qutularda “Vincester “ markalı siqaretlər-2 manat, 1 ədəd kompakt göy qutuda, kompakt boz qutuda və nazik mentol qarpız, nazik mentol və qalın göy qutularda “Vincester” markalı siqaretlər-2,50 manat, 1 ədəd göy qalın və qırmızı qalın qutularda “Argo” markalı siqaretlər-1,80 manat, 1 ədəd göy qalın qutuda “Prima” markalı siqaretlər-1,80 manat, 1 ədəd qalın qırmızı “Vest” markalı siqaret-2,40 manat, 1 ədəd nazik uzun boz qutularda “Vegas” markalı siqaret – 1,80 manat, 1 ədəd 05 litrlik “Full” markalı enerji içkisi -1 manat, 1 ədəd “Oreo” markalı peçenye-1,25 manat, 1 ədəd “Coco” markalı şiriniyat-1,70 manat, “X13” mobil telefon üçün 02 ədəd adaptır-4 manat, 01 ədəd 0,5 litrlik “GO” markalı enerji içkisi-1,50 manat, təqdim edilən 30 ml elektron qəlyan şirəsi-10,50 manat, təqdim edilən 10 ml elektron qəlyan şirəsi – 8 manat, təqdim edilən “Zorro” markalı qara qutuda maye alışqan üçün maye qaz-6 manat, təqdim edilən 3 ədəd kompakt “Silver Vincester” markalı siqaret – 7,50 manat, təqdim edilən 3 ədəd üzərində star və zorro yazıları olan alışqan ləvazimatı üçün çaxmaq 9 manat. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 7 ədəd “Liqi” markalı elektron qəlyan şirəsi, 1 ədəd “Zorro” markalı yanacaq mayesi və 3 ədəd alışqan üçün nəzərdə tutulmuş ləvazimat, X2 aşkar edilərək götürülmüş siqaretlər saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Şahid1 istintaqa təqdim etdiyi 01 ədəd “Samsung Galaxy A10” markalı, «SM-A10SF/DS» modelli telefon və 23.01.2021-ci il tarixdə baş vermiş cinayətin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD maddi sübut kimi tanınmış, 01 ədəd “Samsung Galaxy A10” markalı, «SM-A10SF/DS» modelli telefon saxlanılması üçün Zərərçəkmiş şəxs3na təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 12 iyun 2021-ci il tarixli Sübutların qiymətləndirilməsi barədə qərarın surətindən görünür ki, X4 barəsində cinayət işinin ayrılması barədə qərar qəbul edilmişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi zərərin ödənildiyini və onun sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlilikləri təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 21.04.2021-ci il tarixli arayışdan (tələbnamədən), Sumqayıt Şəhər Məhkəməsinin 27.11.2018-ci il tarixli qərarının, Sumqayıt Şəhər Məhkəməsinin 03.06.2020-ci il tarixli hökmünün, Sumqayıt Şəhər Probasiya Şöbəsinin 20.04.2021-ci il tarixli məktubundan və 08.12.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 27.11.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 03.06.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, üzərində Füzuli Hərbi Məhkəməsinin 27.10.2017-ci il tarixli hökmü ilə müəyyən edilmiş 200 manat cərimə cəzasının ödənilməmiş 100 manat hissəsi həmin hökmlə birləşdirilmiş və üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 06 ay müddətə islah işləri cəzası və 100 manat məbləğində cərimə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs1 islah işləri cəzasından cəkməmiş və 100 manat məbləğində cəriməni dövlət büdcəsinə ödəməmiş, 08.12.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərara əsasən “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8 və 2.11-ci bəndlərinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 03.06.2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni islah işləri və cərimə cəzasına məhkum olunduğu üçün onun residivliyi nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və Zərərçəkmiş şəxs3na vurmuş olduğu maddi zərəri aradan qaldırdığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 21.04.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə vurmuş olduğu maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə 14.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 16.04.2021-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 14.04.2021-ci ildən hesablanmaqla 3 ay müddətinə, yəni 14 iyul 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, eyni məhkəmənin 09.07.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti 15 gün müddətinə, yəni 29 iyul 2021-ci il tarixədək uzadılmış, eyni məhkəmənin 27 iyul 2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə 12.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 aprel 2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Sumqayıt şəhər Məhkəməsinin hazırlıq iclasının 27 iyul 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 14 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 12.04.2021-ci il tarixdən 14.04.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökm üzrə təyin edilmiş cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 7 ədəd “Liqi” markalı elektron qəlyan şirəsi, 1 ədəd “Zorro” markalı yanacaq mayesi və 3 ədəd alışqan üçün nəzərdə tutulmuş ləvazimatlar, X2 aşkar edilərək götürülmüş siqaretlər hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə qaytarılmaıdır. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “Samsung Galaxy A10” markalı, «SM- A10SF/DS» modelli telefonun Zərərçəkmiş şəxs3 sərəncamına verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan 23.01.2021-ci il tarixdə baş vermiş cinayətin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 120 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2021-ci il tarixli (iş № 1(060)-529/2021) qərarını icra edərək, 17 iyul 2021-ci il tarixli 800 və 801 saylı orderlərə əsasən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 müvafiq olaraq onların vəkili təyin etmişdir. Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər biri 20 saat olmaqla cəmi 40 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 240 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 12.04.2021-ci il tarixdən 14.04.2021-ci il tarixədək şübhəli şəxs kimi tutulub saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, Abşeron rayonunun, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 7 ədəd “Liqi” markalı elektron qəlyan şirəsi, 1 ədəd “Zorro” markalı yanacaq mayesi və 3 ədəd alışqan üçün nəzərdə tutulmuş ləvazimatlar, X3 aşkar edilərək götürülmüş siqaretlər hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə qaytarılsın. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “Samsung Galaxy A10” markalı, «SM- A10SF/DS» modelli telefonun Zərərçəkmiş şəxs3 sərəncamına verilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan 23.01.2021-ci il tarixdə baş vermiş cinayətin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 120 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 göstərdikləri 20 saat hüquqi yardıma görə hər birinə 120 manat olmaqla, cəmi 240 manat məbləğində pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar