Məhkəmə qərarları › İş №1(060)-31/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-31/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-31/2023 14.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə Sübhan qızının və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1980-ci ildə Ağsu rayonu Ərəbmehdibəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-141/2020 saylı, 17 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağlar massivində yeləşən evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə, saat 12:00-13:00 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə 3 saylı binanın arxasında aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əl zərbəsi ilə vuraraq sonuncuya sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması, sağ bazunun, qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 42-ci məhəllədən keçərkən 3 saylı binanın arxa tərəfində qızı 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və keçmiş həyat yoldaşının xalası Rəsmiyyə xanımı görmüşdür. “Rəsmiyyə xanım ona “oğlum, səni olar?” demiş, o da “baş üstə” deyərək onun yanına gəlmişdir. Rəsmiyyə xanım ona iki gün öncə Nurlana ilə aralarında nə mübahisə olduğunu soruşmuş, o, Nurlananın gecə vaxtı çöldə olduğunu bildirib ona qarşı iradlarını bildirdiyini, Nurlananın isə ona cavab qaytardığı üçün sonuncuya şillə vurduğunu bildirmişdir. Hadisəni danışan zaman Rəsmiyyə Nurlanaya günahın onda olduğunu demiş, bu zaman Nurlana ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. O, qızına xəbərdarlıq etməsinə baxmayaraq qızı davam etmiş, bu zaman o da əsəbləşib Nurlanaya şillə atmış, lakin qızı geri çəkildiyindən şillə ona dəyməmişdir. Bundan sonra Nurlana evə qaçmışdır. Hadisə zamanı orada o, qızı Nurlana, keçmiş həyat yoldaşının xalası Rəsmiyyə, Ceyhun və Nəsimi adlı iki dostu olmuşdur. Ceyhun və Nəsimi onlardan 100-150 metr məsafədə olmuşdur. Barəsində verilmiş ittihamla razı deyil, o, həmin gün Nurlananı vurmamışdır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə günorta radələrində onlara qonaq gələn anasının xalası Şahid ilə birlikdə evdən çıxıb dərman almaq üçün yaxınlıqda yerləşən aptekə yollanmışlar. 42-ci məhəllə, 3 saylı binanın arxasından keçərkən orada atası Sübhan ilə rastlaşmışlar və anasının xalası Rəsmiyyə ilə görüşərək bir-birinin hal əhvalını tutub söhbət etməyə başlamışlar. Onlar söhbət edərkən o, atası Sübhana bildirmişdir ki, “məni dünən də vurmusan”, atası Sübhan isə ona “vurmuşam və yenə vuracam” sözlərini deyib əl və yumruqla onun boynunun arxasından vurmuşdur. İkinci dəfə onu vurmaq istəyərkən anasının xalası Rəsmiyyə qoymamışdır. Onu vurduqdan sonra o, ağlayaağlaya evə getmiş, anası Könülə atasının onu döydüyünü demiş, anası da bu barədə 102 xidmətinə məlumat vermişdir. Atasının onu daha öncə vurması barədə heç yerə şikayət etməmişdir. Hadisə zamanı yanlarında və ətrafda kənar şəxslər olmamışdır. Hazırda anası ilə başqa ünvanda yaşayır. Məhkəmədən qanunauyğun tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Şahid bildirdi ki, xx.xx.2022-ci il tarixdə bacısı X1 ünvan 3 ünvanına qonaq gəlmişdir. Evdə bacısı ona onların evində qalmasını, Könülün onu müalicə etməsini bildirmişdir. O da bacısı nəvəsi 2007-ci il təvəllüdlü Nurlananı dərman almaq üçün aptekə göndərmək istəmiş, lakin Nurlana ona atasından qorxduğu üçün tək getmək istəmədiyini, əvvəlki gün atasının onu vurduğunu demişdir. O, Nurlananı götürüb yaxınlıqda yerləşən aptekə dərman almağa getmişdir. Sumqayıt şəhəri, 42-ci məhəllə, 3 saylı evin arxasında Nurlananın atası Təqsirləndirilən şəxs görmüşlər. Sübhan onlara yaxınlaşmış, görüşmüş, hal-əhval tutmuşlar. Onlar qızı ilə münaqişə barədə söhbət edən zaman Nurlana atasının yalan dediyini bildirmiş, bu zaman Sübhan Nurlananın baş nahiyəsindən bir şillə vurmuşdur. O, onları ayırmışdır. Nurlana isə evə tərəf qaçmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə uşaqlıqdan dostdurlar. Hər həftənin bazar günü birlikdə kafedə yemək yeyirlər. Həmin gün o, Nəsimi və Sübhala kafeyə gedən zaman yolda Nurlana ilə Rəsmiyyə xanımın getdiyini görmüşlər. Sübhanla Rəsmiyyə söhbət etmək istəmiş, onlara söhbət edib gələcəyini bildirmiş, onlar da kənarda dayanıb gözləmişlər. Sübhanla onların nə danışdıqlarını eşitməmiş, Sübhanın Nurlanaya şillə atdığını, lakin şillənin ona dəymədiyini görmüşdür. Sonra Nurlana çıxıb evə getmişdir. Sübhanla Rəsmiyyə xanım da orada dayanıb söhbət etmiş, birlikdə aptekə getmiş, daha sonra Sübhanın əsəbi şəkildə telefonla danışdığını görmüşdür. Həmin vaxt onun yanında Nəsimi adlı şəxs də olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş X7 ifadəsində bildirdi ki, 2022-ci ilin iyun ayında o, Sübhan və Ceyhun onların evinin arxasında görüşmüşlər. Nahar vaxtı olduğundan 22-ci məhəlləyə kafeyə nahar etmək üçün gedirmişlər. Bu zaman Sübhan yolda qızı Nurlananı görmüş, onun yanında başı bağlı bir xanım da olmuşdur. Onlar Sübhan ilə təxminən 80-100 metr məsafədə dayanmışlar. Sübhanın arxası, Nurlananın üzü onlara tərəf olmuşdur. Sübhan əsasən başı bağlı xanımla söhbət etmiş, arada əl-qol hərəkətləri edərək danışmış və qızına barmaq silkələmişdir. Bu zaman Sübhan Nurlanaya şillə atmış, lakin şillə ona dəyməmiş, Nurlana qaçıb getmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 766 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması, sağ bazunun qançırı” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, vət.Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Sumqayıt şəhəri 42-ci məhəllə 3 saylı binanın arxasında xəsarətləndirməsi, yəni həmin hadisənin ictimai yerdə baş verməməsi Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibini istisna etdiyindən fakt üzrə toplanmış materialda vət.Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan sonuncunun əməli CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə yetkinlik yaşına çatmayan qızı xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2362 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X9 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 330 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 1 nömrəli şəhər xəstəxananın poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş 608 saylı, xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs “ünvan 4 ünvanında qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli amnistiya qərarına əsasən azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 326.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş və məhkəmə iclas zalında azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-570/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə məhkəməxətşünaslıq ekspertizası təyin olunmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 4/1213 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 36-cı vərəqində olan 16 iyun 2022-ci il tarixli Əməli törətmiş şəxsə vəkillər siyanıhısının təqdim edilməsi haqqında protokolda “Əməli törətmiş şəxs:” qrafasındakı imza; 37-ci vərəqində olan 16 iyun 2022-ci il tarixli Əməli törətmiş şəxsə vəkilin təqdim edilməsi haqqında protokolda “Əməli törətmiş şəxs:” qrafasındakı imza; 42ci vərəqində olan Əməli törətmiş şəxsin Azərbaycan Respublikası CPM-nin 91-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə bildirişdə “Bildirişi aldım Şübhəli şəxs:” qrafasındakı imza; 43-cü vərəqində olan 16 iyun 2022-ci il tarixli Əməli törətmiş şəxsin hüquq və vəzifələrinə dair yazılı bildirişin təqdim edilməsi barədə protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 44-cü vərəqində olan 16 iyun 2022-ci il tarixli Əməli törətmiş şəxsin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında bildirişdə “Əməli törətmiş şəxs:” qrafasındakı imza; 45-ci vərəqində olan 16 iyun 2022-ci il tarixli Əməli törətmiş şəxsə etiraz hüququnun izah edilməsi haqqında protokolda “Əməli törətmiş şəxs:” qrafasındakı imza; 46-cı vərəqində olan xx.xx.2022-ci il tarixli Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin protokolunda “İmza:” qrafasındakı imza və 47-ci vərəqində olan 16 iyun 2022-ci il tarixli Ekpert rəyinin cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə elan edilməsi haqqında protokolda “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2735/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-570/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə məhkəməxətşünaslıq ekspertizası təyin olunmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 4/1709 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 56-cı vərəqdində olan 17 iyun 2022-ci il tarixli Təhqiqatın qurtarmasını cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə elan etmək və məhkəməyədək sadələşmiş icraatın materiallarını təqdim etmək haqqında protokolun sonunda “Təqsirləndirilən şəxs” yazıların önündəki imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs qızı Nurlanaya şillə atmasına baxmayaraq, sonuncuya dəyməməsinə dair ifadəsi işdə toplanan sübutlarla uzlaşmır, əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspert rəyi və materiallarda olan digər sənədlərlə tam sübuta yetirilir. Müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər X3 və X4 təqsirləndirilən şəxsin ifadəsinə uyğun verdikləri ifadəyə gəldikdə, məhkəmə, Təqsirləndirilən şəxs ilə şahidlərin dostluq münasibətində olduqlarını nəzərə alır və onların ifadələrini sonuncunun cinayət məsuliyyətindən yayındırma məqsədi daşıması kimi qiymətləndirir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiya həddinə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarından göründüyü kimi, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, lakin hazırki cinayət əməlini törədən zaman məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən həm də Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin belə bir müddəasını rəhbər tutur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Hazırkı cinayət işinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzadan nisbətən az ciddi cəza növünün tətbiqi cəzanın məqsədlərini təmin edə bilər Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən cinayət təqibinin həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş vəzifələrlə yanaşı, məişət zorakılığı barədə məlumat təsdiqləndikdən sonra məişət zorakılığının yaranmasına səbəb olan halları aşkar etmək və onların qarşısını almaq istiqamətində tədbirlər görməlidir. Məhkəmə, cinayət əməlinin törədilməsinə səbəb kimi məişət zəminində fiziki zorakılıq oluduğunu, yəni təqsirləndirilən şəxsin öz qızına qarşı fiziki zorakılıq törətdiyini, bu cür zorakılığın ilk dəfə olmadığını zərərçəkmiş şəxslə yanaşı təqsirləndirilən şəxs tərəfindən təsdiq edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, məhkumun islah olunması və gələcəkdə belə hərəkətlərə yol verilməsinin qarşısının alınması üçün ona əlavə vəzifə olaraq Zərərçəkmiş şəxs olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanların çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə və təhsil aldığı məktəbə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Təqsirləndirilən şəxs qadağan edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. İş üzrə aparılmış məhkəmə-xətşünaslıq ekspertizalarının dəyəri ümumilikdə 250,00 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-570/2022) qərarını icra edərək xx.xx.2022-ci il tarixli, 1056 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 ilə müqavilə bağlamışdır. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Xəzər bağlar massivi, bağ evini tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Eyni zamanda Zərərçəkmiş şəxs olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə və təhsil aldığı məktəbə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Təqsirləndirilən şəxs qadağan edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə-xətşünaslıq ekspertizaları tədqiqatının dəyəri ümumilikdə 250,00 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs göstərdiyi 12 saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar