Məhkəmə qərarları › İş №1(060)-310/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-310/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-310/2021 03.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 08 avqust 1990-cı ildə Ağsu rayonu Qaraqaşlı kəndində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı övladı 29.11.2014-cü il təvəllüdlü X2 və 29.10.2016-cı il təvəllüdlü X3 olan, orta təhsilli, “xxxx” MMC-də sürücü işləyən, məhkumluğu olmayan, Ağsu rayonu Pirhəsənli ərazi dairəsi Qaraqaşlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri 30-cu Məhəllə ev 90/30 mənzil 32-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu 30 dekabr 2020-ci il tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri Betonzavod ərazisində yerləşən fərdi yaşayış evinin qarşısında atası Şahid3 qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs tərəfindən yaşadıqları evlərin arasında kərpicdən inşa edilmiş hasarın sökülməsinə etirazını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruq və təpiklə Zərərçəkmiş şəxs sinə nahiyəsinə vuraraq, ona döş qəfəsinin sağ yarısında Xİ qabırğanın distal ucunun yerdəyişən sınığı, döş qəfəsinin qançırı kimi xəsarətlər yetirib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs 2020-ci ilin iyun və ya iyul aylarından tanımış, həmin ərəfədə atası Şahid3 Ehdiramın qonşuluğunda yerləşən mənzili satın alaraq, həmin mənzilə köçüb orda ailə üzvüləri ilə yaşamağa başlamış, onlar arasında əvvəllər hər hansı ədavət və ya pis münasibətləri olmamışdır. 30.12.2020-ci il tarixdə bacısı Cəmilənin ad günü olduğundan atası və digər ailə üzvləri ilə birlikdə bacısı gilə qonaq getmiş, bacısıgilin evində olarkən atasına zəng gəlmiş, atası Elşadın telefonda danışdığı şəxslə mübahisə etdiyini görüb ondan kiminlə danışdığını soruşduqda o, qonşuluğunda yaşayan Ehdiramın ona zəng vuraraq niyə yaşadıqları evin arasında olan kərpicdən hördüyü hasarı sökməsinin səbəbini soruşaraq, onu həmin hasarı bərpa etməsi üçün yanına dəvət etdiyini bildirmişdir. Bundan sonra atası Elşad Ehdiramla görüşmək üçün onun yaşadığı evə getdiyindən kürəkəni Aqillə onun arxası ilə getmişlər, atasının yaşadığı evlə Ehdiramın yaşadığı ev arasında yerləşən, sökülmüş hasarın yanına çatarkən Ehdiramın atasının əynindəki geyimin yaxasından yapışaraq onunla əlbəyaxa olduğunu görmüş və əli ilə Ehtiramın sinəsindən vurub onu kənara itələmişdir, kürəkəni Aqil araya girib onu ordan uzaqlaşdırmaq istədikdə, Ehdiram ünvanına nalayiq ifadələr işlətmiş, bundan sonra eyni qaydada ona cavab vermiş, daha sonra oraya Ehdiramın ailə üzvüləri də gəlmiş, Ehdiram zəng vurub hadisə yerinə polis əməkdaşları dəvət etmişdir. Hadisə atası Elşadla Ehdiramın yaşadığı evlərin arasında yerləşən boş sahədə baş vermiş, təxminən 10-15 dəqiqə davam etmiş, orda atası Elşad, kürəkəni Aqil, Ehdiram, onun həyat yoldaşı olmuş, sonradan oraya bacısı Cəmilə və anası Vahidə də gəlmişDİR. hadisə vaxtı ancaq Ehdiramın sinəsindən əli ilə vuraraq onu itələyib atasından kənarlaşdırmış, bundan başqa hadisə zamanı nə Aqil, nə bacısı, nə də atası Ehdiramı döyərək ona hər hansı bədən xəsarəti yetirməmişlər. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Şahid3 və ailə üzvülərini hadisədən təxminən beş ay əvvəl tanımış, Elşad yaşadığı evin qonşuluğunda yerləşən fərdi yaşayış evini alaraq həmin evdə həyat yoldaşı və qızı ilə birlikdə yaşamağa başlamışdır. Elşad yaşadığı evlə qonşuluqda yerləşən evə köçərkən evlərinin arasında olan hasar yarımçıq olmuş, bu səbəbdən evlərinin arasındakı yarımçıq hasarın üstünü hörüb, təxminən on kərpic hündürlükdə hasar çəkmişdir. 30.12.2020-ci il tarixdə həyat yoldaşı Aytən zəng vurub qonşuluqda yaşayan Elşadın hördüyü hasarı sökdüyünü bildirmişdir. Həmin gün saat təxminən 19 radələrində yaşadığı evə gələrək Elşadın mobil telefonuna zəng vurub hasarın sökülməsi barədə Elşaddan soruşmaq istədikdə o, yanına gəldiyini bildirmiş, təxminən 15 dəqiqə keçməmiş Elşad, arvadı, qızı və yeznəsi Aqil oraya gəlmişlər. Onlar gəldikdən sonra həyətlərinin öz tərəflərində dayanmışlar, Elşaddan niyə ona məlumat vermədən çəkdiyi hasarı sökməsinin səbəbini soruşmuş, Elşad isə ilk əvvəl onu tanıyıb tanımaması barədə sual vermiş, cavabında onu tanıyıb tanımamağının hasarı sökməyə heç bir aidiyyatı olmadığını bildirmiş, bu sözlərindən sonra Elşadın yeznəsi Aqil ona məxsus evin həyətyanı sahəsinə daxil olaraq ona yaxınlaşıb əli ilə sinəsindən onu itələmiş, cavabında Aqili sinəsindən geri itələdikdə, Aqillə əlbəyaxa olmuş, həyat yoldaşı və Elşadın ailə üzvüləri araya girib onları ayırmış, bundan sonra Aqil Elşaıdın yaşadığı evin həyətinə qayıtmış və ordan küçəyə çıxmağını tələb etmiş, küçəyə çıxdıqdan sonra Aqil üstünə gəlib sinəsindən tutmuş, onunla yenidən əlbəyaxa olduqda Aqil onu yerə yıxıb yumruq və təpiklə qarın nahiyəsinə bir neçə zərbə vurmuş, bu zaman həyat yoldaşı və Elşadın həyat yoldaşı araya girib onları ayırmış, Elşad və qızı isə üzünə sillə vuraraq, bundan başqa Elşadın qızı başında olan papağı götürüb kənara tullamış, bundan sonra yaşadığı evə qayıtmış, aradan təxminən 20 dəqiqə keçməmiş yaşadığı evin həyətində olarkən Elşadın oğlu oraya gəlib ünvanına nalayiq ifadələr işlətmiş, onun əlində taxta parçası olsa da, ancaq anası və Aqil onun əlindən taxta parçasını alıb Elçini ordan uzaqlaşdırmış, aradan yarım saat keçdikdən sonra yaşadığı evin qarşısında bacısı qızının həyat yoldaşı Raminlə dayanıb söhbət edərkən Elçin yaşadığı evin həyətinə gəlib yaşadığı evin qapısını açaraq içəri daxil olmuş, onun arxası ilə içəri daxil olub nə istədiyini soruşmaq istədikdə Elçin təpiklə ağız nahiyəsinə bir zərbə vurmuş, zərbənin təsirindən ağız nahiyəsi qanamış, daha sonra Elşad və yeznəsi Aqil ora gəlib Elçini sakitləşdirərək özləri ilə götürüb aparmış, təxminən 20 və ya 30 dəqiqə keçdikdən sonra saat 20:30 radələrində yenidən yaşadığı evin qarşısında dayandığı zaman Elçin küçəyə çıxıb ilk əvvəl ünvanına nalayiq ifadələr işlətmiş, eyni qaydada ona cavab verdikdə, Elçin üstünə gələrək təpiklə böyür nahiyəsinə bir zərbə vurmuş, zərbənin təsirindən yerə yıxılsada Elçin bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqda davam etmiş, sonradan Aqildə ora gəlib ona bir neçə zərbə vurmuş, oraya gəlmiş qonşuluqda yaşayan hazırda kim olmasını xatırlamadığı şəxslər onları ayırmış, həyat yoldaşı zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, bundan sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onu polis bölməsinə dəvət etdikdə yaşadığı ərazi üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gedib şikayət ərizəsi yazmış və onu döyüb bədən xəsarəti yetirmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, hadisə yaşadığı evin həyətində və qarşısında müxtəlif aralıqlarla baş vermiş, həmin vaxt orda ailə üzvüləri, Elçin və ailə üzvüləri birdə qonşuluqda yaşayan şəxslər olmuş, tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş alt dodağının yumşaq toxumalarının şişkinlik fonunda əziyi və yarası xəsarətini yaşadığı evin içərisində Elçinin təpiklə ağız nahiyəsinə vuraraq ona yetirmiş, tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş döş qəfəsimin sağ yarısında Xİ qabırğanın distal ucunun yerdəyişən sınığı, döş qəfəsinin qançırı xəsarətlərini isə yaşadığı evin qarşısında Elçin təpiklə vuraraq ona yetirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmədə Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ilin iyun və ya iyul aylarından tanımış, həmin ərəfədə qaynatası Şahid3 Ehdiramın qonşuluğunda yerləşən mənzili satın alaraq, həmin mənzilə köçüb orda ailə üzvüləri ilə yaşamağa başlamış, onlar arasında əvvəllər hər hansı ədavət və ya pis münasibətləri olmamış, sonuncu dəfə 30.12.2020-ci il tarixdə saat təxminən 21 radələrində övladının ad günü olduğundan qaynatası və ailə üzvüləri yaşadığı evə qanaq gəlmiş, onlar yaşadığı olarkən qaynatasına zəng gəlmiş, qaynatası Elşadın telefonda danışdığı şəxslə mübahisə etdiyini görüb, ondan kiminlə danışdığını soruşduqda o, qonşuluğunda yaşayan Ehdiramın ona zəng vuraraq niyə yaşadıqları evin arasında olan kərpicdən hördüyü hasarı sökməsinin səbəbini soruşaraq, onu həmin hasarı bərpa etməsi üçün yanına dəvət etdiyini bildirmiş, bundan sonra qaynatası Elşad Ehdiramla görüşmək üçün onun yaşadığı evə getdiyindən, ilk növbədə onun arxası ilə özü, ondan sonra isə qaynı Elçin ora getmiş, ora gəldikdə qaynatası Elçinlə Ehdiramın əlbəyaxa olduqlarını görmüş və onları ayırmaq istədikdə, qaynı Elçində ora gəlib Ehtiramın atası ilə əlbəyaxa olması səbəbindən onu sinəsindən əli ilə itələyib qaynatası Elşaddan onu kənarlaşdırmış, bundan sonra oraya onun və Ehdiramın ailə üzvüləri də gəlmiş, Ehdiram zəng vurub hadisə yerinə polis məkdaşları dəvət etmiş, polis əməkdaşları hadisə yerinə gəldikdən sonra, polis bölməsinə dəvət edilmiş və polis bölməsində hadisə barədə izahat vermişdir. Hadisə qaynatası Elşadla Ehdiramın yaşadığı evlərin arasında yerləşən boş sahədə baş vermiş, təxminən 10-15 dəqiqə davam etmiş, orda qaynatası Elşad, qaynı Elçin, Ehdiram, həyat yoldaşı olmuş, sonradan oraya həyat yoldaşı Cəmilə və qaynanası Vahidə də gəlmiş, hadisə zamanı nə özü, nədə həyat yoldaşı və qaynatası Ehdiramı döyərək ona hər hansı bədən xəsarəti yetirməmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 22.01.2021-ci il tarixli 36 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: 1. “Alt dodağın yumşaq toxumalarının şişkinlik fonunda əziyi, yarası, döş qəfəsinin sağ yarısında Xİ qabırğanın distal ucunun yerdəyişən sınığı, döş qəfəsinin qançırı”. 2. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, müddəti müayinədən 9-11 gün əvvəl olmaqla 30.12.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. (i.v. 29-31) Əlavə məhkəmə-tibbi ekspertizasının 23.02.2021-ci il tarixli 03/36 əlavə saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: 1. “Alt dodağın yumşaq toxumalarının şişkinlik fonunda əziyi, yarası, döş qəfəsinin sağ yarısında Xİ qabırğanın distal ucunun yerdəyişən sınığı, döş qəfəsinin qançırı”. 2. Qeyd olunan xəsarətlərdən “döş qəfəsinin sağ yarısında Xİ qabırğanın distal ucunun yerdəyişən sınığı, döş qəfəsinin qançırı” dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. “alt dodağın yumşaq toxumalarının şişkinlik fonunda əziyi, yarası” sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. 3. Xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsi inkar olunur. (i.v. 62-64) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (i.v 85) İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, 19.11.2014-cü il və 29.10.2016-cı il təvəllüdlü iki uşağı var. (i.v 86-88) İş materiallarında olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 23.07.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2 və 62-ci maddələri ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum olunmuşdur. Ağsu RİŞ-dən təqdim edilmiş 10.04.2018-ci il tarixli 113 saylı arayışa əsasən cərimə cəzası tam şəkildə ödənilmişdir. (i.v.97-98) Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə məhkəməyədək sadələşdirilmiş icraat məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun himayəsində azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 06 (altı) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs oğlu müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar