Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-310/2022 09.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx"Nəqliyyat İdarəsi 1 saylı Texnoloji Nəqliyyat Departamenti 1 Ağır Xüsusi Texnikalar Sahəsinin texnika dəstəsində avtoqüllə və avtohidroqaldırıcı maşinist vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə acıq məhkəmə içlasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 07:45 radələrində BC00272 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi "xxxx" Şirkətinin Nəqliyyat İdarəsinə məxsus «İsuzu E6C NPR» markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Quba yolunun 45-ci kilometrliyində Sumqayıt şəhəri, H.Z.Tağyev qəsəbəsindən Bakı şəhəri istiqamətində 60 km/saat surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsizlik şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaklarına zərər vurmamalı olduğu halda buna riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq avtomobilin qabaq sağ hissəsi ilə qarşısında eyni istiqamət üzrə eyni hərəkət zolağı ilə hərəkətdə olub sonradan yolun sağ kənar hissəsində dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi «Opel Zafira» markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə ehtiyyatsızlığından toqquşması nəticəsində sonuncu avtomobildə olan sürücü Zərərçəkmiş şəxs3 boynun və sol baldırın qançırından ibarət sağlamlığa zərərvurmayan, həmin avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs5 boyun nahiyyəsinin yumşaq toxumalarının şişkilik fonunda əziyindən ibarət sağlamlığa zərərvurmayan, Zərərçəkmiş şəxs6 sağ təpə nahiyyəsinin yarasından ibarət sağlamlığa yüngül zərərvurmaya aid, Zərərçəkmiş şəxs4 QKBT, baş beyin silkələnməsi, ənsə nahiyyəsinin əzilmiş yarasından ibarət sağlamlığa yüngül zərərvurmaya aid, X3 burun sümüyünün tam yerdəyişən sınığı, döş qəfəsinin əziyindən ibarət sağlamlığa az ağır zərərvurmaya aid, Zərərçəkmiş şəxs1 sağ sirkə kasası damının sınığı, sağ budun başının travmatik qeyri stabil çıxığı, hər iki qasıq və oturaq sümüklərinin qapalı yerdəyişən sınığı, çanaq həlqəsinin pozulması, onurğanın küt travması, hər iki aşağı ətrafda damar dəstənin travmatik sıxılması, sol diz oynağının ön səthinin əzmil-kəsilmiş yarası, sağ diz oynağının yumşaq toxumalarının əziyi, sol aşıq baldır oynağı və pəncənin sıxılması, V daraq sümüyünün qapalı yerdəyişən sınığı, döş qəfəsinin küt travması, iki tərəfli pnevmohemotoraks, travmatik şok İİ-İİİ dərəcəsindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, yol nəqliyyat hadisəsi törətmiş, eyni zamanda həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs3 məxsus 1997-ci il buraxılışlı mühərrik həcmi 2200 kub.sm «Opel Zafira» markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyyatsızlığından təxmnən 3850 (üç min səkkiz yüz əlli) manat və idarə etdiyi "xxxx" Şirkətinin Nəqliyyat İdarəsinə məxsus olan «İsuzu E6C NPR» markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 5120 (beş min yüz iyirmi) manat ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 1996-cı ildən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" nəqliyyat İdarəsində avtoqaldırıcı maşinist kimi işləyir. xx.xx.2021-ci il tarixdə təxminən saat 07:45 radələrində "xxxx"a məxsus **-JZ-*** dövlət qeydiyyat nişanlı «İsuzu E6C NPR» yük avtomobili ilə Bakı-Quba yolunun 45-ci km-də yolun sağdan 1-ci hərəkət zolağı ilə təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən, qarşısında hərəkətdə olub sonradan yolun sağ kənar hissəsində dayanmış avtomobilin arxa hissəsi ilə toqquşmaqla yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə avtomobilnin qabaq sağ hissəsinin qarşı avtomobilin arxa sol hissəsindən toqquşması nəticəsində baş vermişdir. Hadisə vaxtı avtomobildə tək olmuş və heç bir xəsarət almamş, lakin qarşı avtomobildə olan sərnişinlərdən xəsarət alanlar olmuşdur. Hadisə hərəkətdə olduğu zaman diqqətsizliyi səbəbindən baş vermişdir. Hadisədən öncə spirtli içki qəbul etməmiş, hadisə zamanı avtomobilinə xeyli maddi ziyan dəymişdir. O həmin yolla hərəkətdə olduğu zaman qarşıda yolun sağ kənarında artıq dayınmış vəziyyətdə olan Opel-Zafıra markalı avtomobili görən vaxtı onların aralarında təxminən 20-30 metr ara məsafəsi olmuşdur. Həmin vaxt o həmin hərəkət zolağı ilə hərəkətini davam etdirmiş, lakin qarşı avtomobil qəflətən sola doğru meyl etməklə yolun hərəkət hissəsinə çıxan an tormoz əyləcinə təzyiq göstərmiş, buna baxmayaraq avtomobilinin qabaq hissəsi həmin avtomobilin arxa hissəsi ilə toqquşmuş, qarşı avtomobilin yolun sol hissəsinə çıxdığı an onların aralarında 20-30 metr ara məsafəsi olmuş, həmin anda o təhlükəni hiss etmiş, avtomobildə əlavə yük və ya sərnişin olmamış, lakin maşının özünün 05 (beş) ton ağırlıq olmuşdur. Zərərçəkmiş şəxs1 müalicəsi üçün 28000 (iyirmi səkkiz min) manat pul xərclədiyini bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 07:30 radələrində yaşadığı evdən çıxaraq Bakı şəhərinə getmək üçün Bakı Quba yolunun kənarın çıxaraq oradan 01 (bir) manatliq taksi gözləyərkən «Opel Zafıra» markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlayaraq Bakı şəhərinə gedib getməməsini soruşmuş və o Bakı şəhərinə gedəcəyini demiş və avtomobilin orta sırasında qapı tərəfindən əyləşmiş, həmin vaxtı avtomobildə sürücü ilə birlikdə 6-7 nəfər sərnişin olmuşdur. Bakı-Quba yolunun 45-ci kilometrliyində, yəni Sumqayıt şəhərinin çıxacaqında olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinə çatmalarına az qalmış sərnişinlərdən biri düşəcəyini dediyi üçün sürücü avtomobili yolun sağ kənarına çəkərək saxlamışdır. Sərnişin avtomobildən düşən kimi arxadan gələn "xxxx" Şirkətinin Nəqliyyat İdarəsinə məxsus «İsuzu E6C NPR» markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili qabaq sağ hissəsi ilə onların avtomobili ilə toqquşmuş və o huşunu itirmiş, oyandıqda isə artıq xəstəxanaya yerləşdirildiyini görmüşdür. Hadisə xx.xx.2021-ci il tarixdə saat 07:30 radələrində Bakı-Quba yolunun 45-ci kilometrliyində, yəni Sumqayıt şəhərinin çıxacaqında olan “Azpetrol” yanacaqdoldurma məntəqəsində çatmalarına az qalmış baş vermiş və hadisə zamanı bədəninin bir çox yerindən xəsarət almışdır. Sərnişin düşdükdən sonra onların sərnişin olduqları nəqliyyat vasitəsi hərəkətə balamamış və qəfildən arxadan gələn "xxxx" Şirkətinin Nəqliyyat İdarəsinə məxsus «İsuzu E6C NPR» markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili qabaq sağ hissəsi ilə onların avtomobili ilə toqquşmuş, hadisə zamanı onların nəqliyyat vasitələri hərəkətə başlamamışdır. Hadisənin törədilməsində günahkar olan sürücülər ona tam şəkildə ilkin yardım göstərməmişlər. Təqsirləndirilən şəxs tərəfindən onu müalicəsinə 15000 (on beş min) manat pul vermiş, bundan əlavə o müalicəsinə 35000 (otuz beş min) manat pul xərcləmişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməmişdir. Ona görə də, onun barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 07:30 radələrində yaşadığı evdən çıxaraq Bakı şəhərinə getmək üçün Bakı Quba yolunun kənarın çıxaraq oradan 01 (bir) manatlıq taksi gözləyirərkən «Opel-Zafira» markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlayaraq Bakı şəhərinə gedib-getməməsini soruşmuş və o, Bakı şəhərinə gedəcəyini demiş və avtomobilin ən son orta oturacaqına əyləşmişdir. Həmin vaxtı avtomobildə sürücü ilə birlikdə 6-7 nəfər sərnişin olmuşdur. Bakı-Quba yolunun 45-ci kilometrliyində, yəni Sumqayıt şəhərinin çıxacaqında olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinə çatmalarına az qalmış sərnişinlərdən biri düşəcəyini demiş və sürücü avtomobili yolun sağ kənarına çəkərək saxlamışdır. Sərnişin avtomobildən düşən kimi arxadan gələn "xxxx" Şirkətinin Nəqliyyat İdarəsinə məxsus «İsuzu E6C NPR» markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili qabaq sağ hissəsi ilə onların avtomobili ilə toqquşmuş və sərnişinlərin bir qismi özünü, huşunu itirsə də, o, yaxşı olmuş, sürücülərdən hər biri hadisə yerində görmüşdür. Bundan sonra onları Sumqayıt şəhər TTY xəstəxanasına yerləşdirmişlər. Hadisə xx.xx.2021-ci il tarixdə saat 07:30 radələrində Bakı-Quba yolunun 45-ci kilometrliyində, yəni Sumqayıt şəhərinin çıxacaqında olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinə çatmalarına az qalmış baş vermiş və hadisə zamanı başından xəsarət almışdır. Sərnişin düşdükdən sonra onların sərnişin olduqları nəqliyyat vasitəsi hərəkətə balamamış və qəfildən arxadan gələn "xxxx" Şirkətinin Nəqliyyat İdarəsinə məxsus «İsuzu E6C NPR» markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili qabaq sağ hissəsi ilə onların avtomobillə toqquşmuşdur. Hadisə zamanı onların nəqliyyat vasitələri hərəkətə başlamamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan ödənilmşdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan ödənilmşdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 07:30 radələrində yaşadığı evdən çıxaraq Bakı şəhərinə getmək üçün Bakı Quba yolunun kənarın çıxaraq oradan 01 (bir) manatlıq taksi gözləyirərkən «Opel-Zafira» markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlayaraq Bakı şəhərinə gedib-getməməsini soruşmuş və o, Bakı şəhərinə gedəcəyini demiş və avtomobilin ən son orta oturacaqına əyləşmişdir. Həmin vaxtı avtomobildə sürücü ilə birlikdə 6-7 nəfər sərnişin olmuşdur. Bakı-Quba yolunun 45-ci kilometrliyində, yəni Sumqayıt şəhərinin çıxacaqında olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinə çatmalarına az qalmış sərnişinlərdən biri düşəcəyini demiş və sürücü avtomobili yolun sağ kənarına çəkərək saxlamışdır. Sərnişin avtomobildən düşən kimi arxadan gələn "xxxx" Şirkətinin Nəqliyyat İdarəsinə məxsus «İsuzu E6C NPR» markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili qabaq sağ hissəsi ilə onların avtomobili ilə toqquşmuş və o, huşunu itirmiş, oyandıqda isə Sumqayıt şəhər TTY xəstəxanasının reanimasiya şöbəsində olduğunu görmüşdür. Hadisə xx.xx.2021-ci il tarixdə saat 07:30 radələrində Bakı-Quba yolunun 45-ci kilometrliyində, yəni Sumqayıt şəhərinin çıxacaqında olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinə çatmalarına az qalmış baş verib və hadisə zamanı baş beyin silkələnməsi və onurğa sümüyümün əziyi kimi xəsarətlər almış, hadisənin onun sərnişin olduğu «Opel-Zafira» markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətə başlamasından sonra, yoxsa avtomobilin dayandığı an baş verməsini kəllə beyin travması aldığından yaddaşı silindiyindən konkret olaraq deyə bilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs4 oğlu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, Socar-Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqdliyyat İdarəsində əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin rəis müavini vəzifəsində işləyir. Onlara məxsus qarajlarda müxtəlif növ avtomobillər olmuş, o cümlədən «İsuzu E6C NRP» markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili də onlara məxsus olmuşdur. Təqsirləndirilən şəxs isə onların qarajının sürücüsü olmuş və həmin avtomobil ona təhkim olunmuşdur. xx.xx.2021-ci il tarixdə saat 07:30 radələrində Təqsirləndirilən şəxs idarəetməni itirirək «İsuzu E6C NRP» markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobil Bakı-Quba yolunun kənarında dayanan «Opel Zafira» markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toquşmuş və nəticədə hər iki avtomobilə zərər dəymişdir. Onlara bu barədə məlumat həmin gün daxil olmuşdur. Hadisə zamanı avtomobilə 6-7000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən onlara dəyən maddi ziyan ödənilməmiş və onlar tərəfindən dəymiş maddi ziyanla bağlı mülki iddia verilməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-310/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Şahid1 barəsində məcburi gətirilmə verilmiş, lakin məhkəmədə iştirakları təmin olunmamışdır. Məhkəmə Azərbaycan Respublikasının CPMnin 315.2-ci maddəsini rəhbər tutub zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 07:30 radələrində yaşadığı evdən çıxaraq Bakı şəhərinə getmək üçün Bakı Quba yolunun kənarın çıxaraq oradan 01 (bir) manatliq taksi gözləmiş və bu zaman «Opel-Zafıra» markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlayaraq Bakı şəhərinə gedib-getməməsini soruşmuş və o, Bakı şəhərinə gedəcəyini demiş və avtomobilin orta sırasında qapı tərəfindən əyləşmiş, həmin vaxtı avtomobildə sürücü ilə birlikdə 6-7 nəfər sərnişin olmuş, Bakı-Quba yolunun 45-ci kilometrliyində, yəni Sumqayıt şəhərinin çıxacaqında olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinə çatmalarına az qalmış sərnişinlərdən biri düşəcəyini demiş və sürücü avtomobili yolun sağ kənarına çəkərək saxlamışdır. Sərnişin avtomobildən düşən kimi arxadan gələn "xxxx" Şirkətinin Nəqliyyat İdarəsinə məxsus «İsuzu E6C NPR» markalı, **- JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili qabaq sağ hissəsi ilə onların avtomobi ilə toqquşmuş və sərnişinlərin bir qismin özünü və huşunu itirsə də o, yaxşı olmuşdur. Sürücülərdən biri, yəni “Zafıra” markalı avtomobilin sürücüsü hadisə yerində olsa da digər sürücünü görməmişdir. Bundan sonra onları Sumqayıt şəhər TTY xəstəxanasına yerləşdirmişlər. Hadisə xx.xx.2021-ci il tarixdə saat 07:30 radələrində Bakı-Quba yolunun 45-ci kilometrliyində yəni, Sumqayıt şəhərinin çıxacaqında olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinə çatmalarına az qalmış baş verib və hadisə zamanı başından xəsarət almışdır. Sərnişin düşdükdən sonra onların olduqları nəqliyyat vasitəsi hərəkətə başlamamış və qəfildən arxadan gələn "xxxx" Şirkətinin Nəqliyyat İdarəsinə məxsus «İsuzu E6C NPR» markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili qabaq sağ hissəsi ilə onların avtomobili ilə toqquşmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən bir ildir Bakı şəhərinə işə gedən zaman yol üstü Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi ərazisindən müştəriləri götürüb Bakı şəhərinə aparır. xx.xx.2021-ci il tarixdə səhər saatlarında H.Z.Tağıyev qəsəbəsində müştərilər avtomobilinə əyləşdikdən sonra Bakı-Quba yolu ilə Bakı şəhəri istiqamətində hərəkətə başlamış, həmin gün təxminən saat 07:45 radələrində Bakı-Quba yolunun 45-ci km-də, yolun sağdan 1-ci hərəkət zolağı ilə hərəkətdə olduqdan sonra qabaq oturacaqda əyləşmiş müştəri mənzil başına çatdığı üçün avtomobilin dayanma siqnalını yandıraraq avtomobili yolun sağ kənarına çəkib dayandırmış, müştəri maşından düşüb yolu əks tərəfə keçdikdən sonra avtomobili hələ dayanıqlı vəziyyətdə olduğu an qəflətən arxadan eyni istiqamət üzrə eyni hərəkət zolağı ilə sürətlə hərəkət edən “İsuzu” markalı yük avtomobili gəldiyi sürətlə avtomobilinin arxa sol hissəsindən toqquşmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə vaxta avtomobilinində sərnişin qismində əyləşmiş şəxslər, həmçinin özü müxtəlif dərəcəli xəsarətlər almış, hadisədən öncə spirtli içki qəbul etməmiş, hadisə zamanı avtomobilinə xeyli maddi ziyan dəymişdir. Maşını yolun sağ kənarında saxlayıb müştərilərdən birini düşürdükdən təxminən 01 (bir) dəqiqə sonra avtomobili dayanıqlı olduğu vəziyyətdə arxadan hərəkət edən “İsuzu” markalı yük avtomobili avtomobilinin arxa hissəsindən toqquşmuşdur. Hadisədən əvvəl o, maşını hərəkətə gətirməyə çalışmış, yəni bunun üçün avtomobilin əl tormoz əyləcini aşağı salarkən toqquşma baş vermişdir. O, maşını yolun sağ kənarına çəkib saxlayan zaman “İsuzu” markalı avtomobili görməmiş, lakin onun qarşısında eyni istiqamət üzrə hərəkət edən digər maşını görürmüş və həmin avtomobil ondan təxminən 50 metr ara məsafəliyində olmuş, o maşını saxladıqdan sonra həmin markasını xatırlamadığı avtomobil onun yanından keçib getmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 07:45 radələrində yaşadığı evdən çıxaraq Bakı şəhərinə getmək üçün Bakı Quba yolunun kənarına çıxaraq oradan 01 (bir) manatlıq taksi gözləyərkən «Opel-Zafira» markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlayaraq Bakı şəhərinə gedib-getməməsini soruşmuş və o, Bakı şəhərinə gedəcəyini demiş və avtomobilin ən son orta oturacaqına əyləşmişdir. Həmin vaxtı avtomobildə sürücü ilə birlikdə 6-7 nəfər sərnişin olmuşdur. Bakı-Quba yolunun 45-ci kilometrliyində, yəni Sumqayıt şəhərinin çıxacaqında olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinə çatmalarına az qalmış sərnişinlərdən biri düşəcəyini demiş və sürücü avtomobili yolun sağ kənarına çəkərək saxlamışdır. Sərnişin avtomobildən düşən kimi arxadan gələn "xxxx" Şirkətinin Nəqliyyat İdarəsinə məxsus «İsuzu E6C NPR» markalı, **- JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili qabaq sağ hissəsi ilə onların avtomobili ilə toqquşmuş və o huşunu itirmiş, oyandıqda isə Sumqayıt şəhər TTY xəstəxanasının reanimasiya şöbəsində olduğunu görmüşdür. Hadisə xx.xx.2021-ci il tarixdə saat 07:45 radələrində Bakı-Quba yolunun 45-ci kilometrliyində, yəni Sumqayıt şəhərinin çıxacaqında olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinə çatmalarına az qalmış baş verib və hadisə zamanı boyun və bədənin müxtəlif nahiyyələrindən xəsarətlər almış, hadisə onun sərnişin olduğu nəqliyyat vasitəsinin dayandığı zaman baş vermiş və o, bundan sonra huşunu itirmişdir. Sərnişin olduğu nəqliyyat vasitəsinin sürücüsündən şikayəti olmamış, lakin "xxxx" Şirkətinin Nəqliyyat İdarəsinə məxsus «İsuzu E6C NPR» markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsündən şikayətçidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-310/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs Socar- Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqdliyyat İdarəsinin nümayəndəsi Nümayəndə zərərçəkmiş şəxs qismində iştiraklarına xitam verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 07:45 radələrində ximətdə olan zaman Bakı-Quba yolunun 45-ci km-nin Sumqayıt şəhəri ərazisində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olduğu üçün, o hadisə yerinə getmiş və orada ona məlum olmuşdur ki, bir az əvvəl Bakı-Quba yolunun 45-ci kilometrliyində Sumqayıt şəhəri, H.Z.Tağyev qəsəbəsindən Bakı şəhəri istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi "xxxx" Şirkətinin Nəqliyyat İdarəsinə məxsus «İsuzu E6C NPR» markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili qabaq sağ hissəsi ilə qarşısında eyni istiqamət üzrə eyni hərəkət zolağı ilə hərəkətdə olub sonradan yolun sağ kənar hissəsində dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi «Opel-Zafıra» markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmaqla yol nəqliyyat hadisəsi baş vermiş və hadisə nəticəsində sonuncu avtomobildə sərnişin qismində əyləşmiş sərnişinlər, eləcə də həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hər iki avtomobilin sürücüləri hadisə yerində olmuşlar və hadisə yerini tərk etməmişlər və onların iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə vaxtı xəsarət almış şəxslər hadisə yerinə gəlmiş təcili-tibbi yardım maşını ilə Sumqayıt şəhər TTYX-na aparılmışlar. Hər iki maşina ziyan vurulmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-il tarixli 1569 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Müştərək travma. Sağ sirkə kasası damının sınığı. Sağ budun başının travmatik qeyri stabil çıxığı. Hər iki qasıq və oturaq sümüklərinin qapalı yerdəyişən sınığı. Çanaq həlqəsinin pozulması.Onurğanın küt travması. Hər iki aşağı ətrafda damar dəstənin travmatik sıxılması. Sol diz oynağının ön səthinin əzmil-kəsilmiş yarası. Sağ diz oynağının yumşaq toxumalarının əziyi. Sol aşıq baldır oynağı və pəncənin sıxılması.V daraq sümüyünün qapalı yerdəyişən sınığı. Döş qəfəsinin küt travması. İki tərəfli pnevmohemotoraks. Travmatik şok İİ-İİİ dərəcə. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların), təsirindən yaranmışdırlar, tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 27.09.21-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-il tarixli 1283 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:boynun və sol baldırın qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyar hadisəsi zamanı əmələ gələ bilər,müddəti müayinədən 1 günə qədər olmaqla xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-il tarixli 1413 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədəni üzərində aşağıdakı xəsarət vardır:Boyun nahiyyəsinin yumşaq toxumalarının şişkilik fonunda əziyi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nm zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 27.09.21-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni, YNH-si zamanı əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-il tarixli 1412 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ təpə nahiyyəsinin yarası. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nm zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 27.09.21-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni, YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-il tarixli 1407 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində aşağıdakı xəsarətlər vardır:QKBT.Baş beyin silkələnməsi. Ənsə nahiyyəsinin əzilmiş yarası. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 27.09.21 -ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-il tarixli 14 saylı rəyindən görünür ki, X2 bədəni üzərində burun sümüyünün tam yerdəyişən sınığı, döş qəfəsinin əziyindən ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən yaranmışdırlar, tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxta və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-il tarixli 18 saylı rəyindən görünür ki, Şahid1 bədəni üzərində xəsarət aşkar olunmadı. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/2859 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən İsuzu E6C NPR markalı 99JZ227 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Opel Zafira” markalı, **- RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli, 7704 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin xx.xx.2021-ci il tarixli, 302-6983-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülükdən məhrum edilənlər siyahısında yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus BC 002792 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyası üzrə sürücülük hüququ vardır. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Modern” Hospitala ödənilmiş çeklərdən və “Modern” Hospital tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 əməliyyat olunması və müayinəsi üçün klinikaya ödənilən məbləğ 9304 (doqquz min üç yüz dörd) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186, 187 və 264-cü maddələrinin tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddələsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün səmimi etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərcəkmiş şəxslərin ifadəsi, ekspertiza rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmcinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ücün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, əməlini səmimi eriraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs Socar-Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqdliyyat İdarəsinin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 200.00 (iki yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 77, mənzil 23 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs Socar-Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqdliyyat İdarəsinin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən, elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-310/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-310/2022
09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver