Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-311/2022 04.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 04.02.2022-ci ıl tarixdə, saat 23:00 radələrində ünvan 1 ünvanında yaşayan rəsmi nikahda olduğu həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı o, Zərərçəkmiş şəxs qaşarası nayihənin burun kökünü əhatə edən qançırı, sol təpə nahiyəsinin dərialtı hematoması xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun rəsmi nikahda olduğu həyat yoldaşıdır. Belə ki, o onunla 1997-ci ildə rəsmi ailə həyatı qurmuş, birgə nikahlarından 1998-ci ildə X1 adında oğlan övladları, 2006-cı ildə X3 adında qız övladları, 2010-cu ildə X4 adında oğlan övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə evliliklərinin ilk vaxtlarından münasibətləri normal olsa da, son zamanlar ailə məişət problemlərinə görə münaqişələr baş vermişdir. 04.02.2022-ci il tarixdə təxminən saat 22:00 radələrində yaşadıqları ünvanda olan zaman onların arasında ailə məişət problemlərinə görə münaqişə yaranmışdır. Münaqişə zamanı Elnarə onun və dünyasını dəyişmiş valideynlərinin ünvanına nalayiq ifadələr səsləndirməyə başlamışdır. O Elnarədən bu kimi ifadələr deməməsini tələb etmiş, lakin Elnarə onun sözlərinə məhəl qoymamış, o da onun bu hərəkətlərindən əsəbiləşərək onu və valideynlərini söyüb təhqir etmişdir. Bu zamanı onların arasında olan münaqişə daha da dərinləşməyə davam etmişdir. O özünü sakitləşdirib, Elnarədən sakit durmasını tələb etsə də, o yenə də qışqırmağa evdə nalayiq ifadələr səsləndirməyə başlamışdır. Bu zaman o əsəbiləşərək evdə olan plastik oturacağı əlinə alıb Elnarəni sakitləşdirmək üçün onun baş nahiyəsinə vurmuşdur. Elnarə bundan sonra mətbəxə tərəf keçmiş və əlinə mətbəx tavası alaraq onun üzərinə hücüm çəkməyə başlamışdır. O isə Elnarənin onu həmin tava ilə vuracağından ehtiyyat etdiyi üçün onun qarşısına keçmiş, tavanı onun əlindən alaraq sifət nahiyəsinə vurmuşdur. Bundan sonra yaşadığı ünvandan çıxıb getmişdir. Sonradan məlumat almışdır ki, Elnarə onun barəsində PB-nə şikayət ərizəsi yazmışdır. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, şikayətçi olduğu Təqsirləndirilən şəxs onun rəsmi nikahda olduğu həyat yoldaşıdır. Belə ki, o onunla 1997-ci ildə rəsmi ailə həyatı qurmuş, birgə nikahlarından 1998-ci ildə X1 adında oğlan övladları, 2006-cı ildə X3 adında qız övladları, 2010-cu ildə X4 adında oğlan övladları dünyaya gəlmişdir. Evliliklərinin ilk vaxtlarından onların arasında tez-tez məişət problemləri ilə əlaqədar söz-söhbətlər olmuşdur. Lakin o ilk vaxtlar İlhamdan şikayətçi olmamış, son zamanlar onun etdiyi hərəkətlərdən bezdiyi üçün PB-nə ərizə ilə bir dəfə müraciət etmişdir. Buna baxmayaraq İlham öz hərəkətlərinə davam etmiş, özündə heç bir dönüş yaratmamışdır. 04.02.2022-ci il tarixdə təxminən saat 22:00 radələrində yaşadıqları ünvanda olan zaman İlham heç bir səbəb olmadan evdə münaqişə yaratmağa və onun valideynlərini təhqir etməyə başlamışdır. O isə onun bu hərəkətlərinə, sözlərinə öz etirazını bildirmiş, valideynlərini təhqir etməməsini ondan tələb etmişdir. Bu zaman İlham yaşadıqları ünvanda onun üzərinə hücüm çəkmiş, evdə olan stulu onun başına vurmuş, daha sonra isə tava ilə burun nahiyəsinə vurmuş və nəticədə onun burnundan qan gəlməyə başlamışdır. O da bu səbəbdən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq İlham tərəfindən döyülməyi barədə məlumat vermiş, həmin vaxt İlham evdən çıxıb getmişdir. Hal-hazırda onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının 05.02.2022-ci il tarixli, 180 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər qaşarası nayihənin burun kökünü əhatə edən qançırı, sol təpə nayihəsinin dərialtı hematoması vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən 04.02.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-311/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-311/2022
04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver