Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-311/2024 16.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs –mülki cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023cü ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən Dəmir yol vağzalının dairəsində hərəkətdə olan ** AE *** dövlət qeydiyyat nişanlı 6 nömrəli sərnişin daşıma avtobusunda olan zaman sərnişinlərin sıxlığından istifadə edərək Zərərçəkmiş şəxs2 yaxınlaşıb sonuncunun çantasına əlini salaraq içərisində 200 manat pul vəsaiti və "xxxx" ASC tərəfindən emissiya edilmiş, 10 manat dəyərində plastik kart olan 10 manat dəyərində pul kisəsini çıxarıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 220 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə 07 dekabr 2023-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dairəsində 2 saylı “Baku Bus” sərnişin daşıma avtobusunda olan zaman sərnişinlərin sıxlığından istifadə edərək Zərərçəkmiş şəxs4 yaxınlaşıb sonuncunun çantasına əlini salaraq içərisində 130 (yüz otuz) manat pul vəsaiti olan 120 manat dəyərində pul kisəsini çıxarıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə 08 dekabr 2023-cü il tarixdə saat təxminən 13:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində 13 saylı “Baku Bus” sərnişin daşıma avtobusunda olan zaman sərnişinlərin sıxlığından istifadə edərək Zərərçəkmiş şəxs3 Tanrıverdi qızına yaxınlaşıb sonuncunun çantasına əlini salaraq içərisində 1040 (bir min qırx) manat pul vəsaiti olan 15 manat dəyərində pul kisəsini çıxarıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 1055 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 13 dekabr 2023-cü il tarixdə saat 15:10 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə, “Sputnik” adlanan ərazidə ** AE *** dövlət nömrə nişanlı 3 nömrəli sərnişin avtobusunda olan zaman sərnişinlərin sıxlığından istifadə edərək, vət. Zərərçəkmiş şəxs1 yaxınlaşıb sonuncunun çantasına əlini salaraq içərisində 1500 manat pul vəsaiti olan 10 manat dəyərində pul kisəsini gizli olaraq talamaqla, sonuncuya ümumilikdə 1510 (bir min beş yüz on) manat dəyərində maddi ziyan vurub oğurluq cinayəti törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs- mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə elan olunan ittihamla ilkin məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, çağırışlardan yayınmamışdır, onu saxlayıb bölməyə aparmışlar. Birinci epizod üzrə pul kisəsi oğurlamış, içərisində pul olmamış, pul kisəsini atmışdır, ikinci epizod üzrə əməli ümumiyyətlə o törətməmişdir, üçüncü epizod üzrə qadının cbindən pul kisəsini oğurlamış, içində pul olmuş, lakin ittihamda göstərilən məbləğdə olmamışdır, dördüncü epizod üzrə isə zərərçəkmişin cibindən 1000 manat pul oğurlamışdır. Sonrakı məhkəmə iclaslarında cinayət işi üzrə sübutlar tədqiq olunduğu zaman Təqsirləndirilən şəxs özünü təqsirli bilərək törətdiyi əməli etiraf etmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmişdir. İkinci qrup gözdən əlildir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, əvvəllər oğurluq, dələduzluq və qanunsuz olaraq narkotik vasitə istifadəsinə görə bir neçə dəfə məhkum olunmuşdur. Subaydır və heç bir işlə məşğul ola bilmir. Maddi ehtiyac içində olduğundan oğurluqla məşğul olur. 12 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən Dəmir yol vağzalının dairəsində hərəkətdə olan ** AE *** dövlət qeydiyyat nişanlı 6 nömrəli sərnişin daşıma avtobusunda olan zaman sərnişinlərin sıxlığından istifadə edərək tanımadığı bir nəfər qadının çiynində əl çantası asdığını və qulağında qulaqcıq olduğunu görmüşdür. O, avtobusdakı sıxlıqdan və qadının diqqətinin yayınmasından istifadə edərək sağ əlini qadının əl çantasının içinə salaraq orada olan pul kisəsini gizlincə götürmüşdür. Daha sonra növbəti dayanacaqda düşüb oradan uzaqlaşmışdır. Pul kisəsinə baxdıqda 200 manat pul vəsaiti və bir neçə sənədlər olduğunu görmüşdür. Həmin pul vəsaitini götürüb qalan sənədləri pul kisəsi ilə birlikdə dəqiq xatırlamadığı ərazidə yolun kənarına atmışdır. Götürdüyü pul vəsaitlərini Bakı şəhərinə gələrək öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, 07 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dairəsində 2 saylı “Baku Bus” sərnişin daşıma avtobusunda olan zaman sərnişinlərin sıxlığından istifadə edərək tanımadığı bir nəfər qadının əlində əl çantası saxladığını və çantanın sepinin açıq olduğunu görmüşdür. Avtobusda olan sıxlıqdan istifadə edərək o həmin qadına yaxınlaşmış və sağ əlini qadının əl çantasının içərisinə salaraq orada olan pul kisəsini götürmüşdür. O, “Heydər Əliyev” mərkəzinin yaxınlığında avtobus dayanacağında avtobusdan düşərək oranı tərk etmişdir. Taksiyə əyləşərək sürücüyə “Xətai” metrostansiyasına sürməsini bildirdmişdir. Yolda pul kisəsinə baxdıqda 130 manat pul vəsaitinin, bir neçə plastik bank kartlarının və şəxsiyyət vəsiqəsi ilə dəqiq xatırlamadığım başqa bir sənəd olduğunu görmüşdür. O, 130 manat pul vəsaitini götürmüş, pul qabını içərisindəki digər sənədlərlə birlikdə “Xətai” metrostansiyasınm yaxınlığında dəqiq xatırlamadığı yerdə atmışdır. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində 13 saylı “Baku Bus” sərnişin daşıma avtobusunda olan zaman sərnişinlərin sıxlığından istifadə edərək tanımadığı 50-55 yaşlarında qadına yaxınlaşmışdır. Qadının diqqətinin yayınıq olduğunu görmüş və bundan istifadə edərək ehtiyatla sağ əlini qadının çantasına salaraq orada olan pul kisəsini götürmüşdür. Daha sonra o, növbəti dayanacaqda avtobusdan düşərək oradan uzaqlaşmışdır. Pul kisəsində baxdıqda orada pul vəsaiti və sənəd olduğunu görmüşdür. O, pul vəsaitini götürdükdən sonra pul kisəsini sənədlə birlikdə dəqiq xatırlamadığı yerdə yolun kənarına atmışdır. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, sonuncu dəfə 13 dekabr 2023-cü il tarixdə saat 15:00 radələrində Sumqayıt şəhəri, “Sputnik” adlanan ərazidə 3 nömrəli avtobusa minmişdir. Həmin vaxt avtobusda xeyli sayda sərnişin olduğu üçün ayaq üstə dayanmışdır. Avtobusdakı sıxlıqdan istifadə edərək yanında dayanmış təxminən 50-55 yaşlarındakı qadının əlində əl çantası saxladığını görmüşdür. Qadına yaxınlaşaraq sağ əlini onun çantasına aparmış, çantanı açıb oradan pul qabını götürmüşdür. Pul kisəsini götürdükdən sonra Sumqayıt dairəsi adlanan ərazidə avtobusdan düşmüşdür. Pul qabını açdıqda içərisində 1500 manat pul, şəxsiyyət vəsiqəsi və bir neçə plastik kart olduğunu görmüşdür. Pulları götürdükdən sonra qalan plastik kartları və şəxsiyyət vəsiqələrini Sumqayıt şəhərinin girişində, “Sumqayıt” yazısının yaxınlığında yerə atmışdır. Daha sonra Bakı şəhərinə gedərək oğurladığı pul vəsaitlərini orada xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Tanrıverdi qızı ifadə verərək bildirdi ki, onkoloji xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən müalicə üçün mütəmadi olaraq ünvan 2 ünvanında yerləşən Onkologiya xəstəxanasında müalicə almağa gəlir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı Tovuz rayonu Dondarquşçu kəndindən Bakı şəhərinə gəlmişdir. Müayinə olunduqdan sonra təxminən saat 12 radələrində xəstəxanadan çıxaraq, Q.Qarayev metrosunun yaxınlığında yerləşən aptekdən dərman almaq üçün Bakı şəhəri Nəsimi rayonu, H.Əliyev küçəsi, X10rşısından 13 saylı Bakıbus xət marşurut avtobusuna minib avtobusun ön salonunda olan oturacaqda əyləşən bir sərnişin xanımın yanında əyləşmişdir. Əyləşən zaman əl çantası sol çiynindən asılı vəziyyətdə olmuşdur. Həmin vaxt tanımadığı 50-55 yaşlarında olan bir kişi onun sol tərəfində ayaq üstə dayanıb əlində olan sellofon paketlə onun əl çantasının üstünü örtmüşdür. O, həmin vaxt buna fikir verməmişdir. Bir qədər sonra həmin şəxs növbəti dayanacaqda düşmüşdür. O, Bakı metropoliteninin “Koroğlu” stansiyasının yanında avtobusdan düşmüşdür. Metroya daxil olan zaman metro kartına pul köçürmək üçün əl çantasından pul kisəsini axtarmış, lakin pul kisəsinin çantasında olmadığını, pul kisəsinin oğurlandığını görmüşdür. Həmin vaxt onun pul qabında 1040 (bir min qırx) manat pul vəsaiti və əri X13 aid veteran kartı olmuşdur. O, həmin pul qabını bir neçə gün öncə yaşadığı Tovuz rayonundan 15 manata almışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir, şikayətçidir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs3 Tanrıverdi qızı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024cü il tarixli ərizədən görünür ki, şikayətçi olduğu şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir, bundan sonrakı məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə o, H.Zeynalabdin qəsəbəsi, Şirvan dəmir yolu, yaşayış massivi ərazisində yaşayan qohumunun evinə getmək üçün evi tərk etmişdir. Saat 15:00 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən “Sputnik” adlanan ərazidən 3 nömrəli marşuruta minmişdir. Avtobusda həmin vaxt sərnişinlər çox olmuşdur. O, avtobusa minərək sürücünün arxa tərəfində ayaq üstündə dayanmışdır. Bu zaman əl çantasını sağ əlində saxlamışdır. H.Zeynalabdin qəsəbəsi, Şirvan dəmir yol yaşayış massivi ərazisinə çatdıqda avtobusdan düşmüşdür. Bu zaman əl çantasının sepinin açıq olduğunu aşkarlamışdır. Çantasına nəzər saldıqda içərisində ümumilikdə 1500 manat pul vəsaiti, özünə məxsus şəxsiyyət vəsiqəsi, "xxxx" ASC-yə aid təqaüd kartı, "xxxx" ASC-yə aid debet kartı, həyat yoldaşı X9 məxsus "xxxx" ASC-yə aid təqaüd kartı, oğlu X12 məxsus "xxxx" ASC-yə aid maaş kartı, digər oğlu X14 məxsus "xxxx" ASC-yə məxsus pensiya kartı olan pul qabının oğurlandığını müəyyən etmişdir. Dərhal DİN-in “102” xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Oğurlanmış pul qabını bir neçə gün öncə 10 manat dəyərində almışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir, şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Mülki iddianı müdafiə edir və təmin edilməsini xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri dairəsindən 2 saylı şərnişin avtobusuna minərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 Mail” ticarət mərkəzinə getmə niyyətində olmuşdur. O, saat 14:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli 94 küçəsində Heydər Əliyev sarayının yan tərəfində yerləşən dayanacaqda avtobusdan düşmüşdür. O, avtobusdan düşdükdən sonra çiynindən asdığı əl çantasının ağzının açıq olduğunu görmüşdür. Əl çantasına nəzər saldıqda içərisində 130 manat pul vəsaiti, özü və övladı Sofiya Babazadəyə məxsus şəxsiyyət vəsiqələri, "xxxx" ASC tərəfindən ödənişsiz emissiya edilmiş 1 ədəd plastik bank kartı, sürücülük vəsiqəsi, VÖEN şəhadətnaməsi olan pul kisəsinin oğurlandığını aşkar etmişdir. Dərhal bu barədə polisə müraciət etmiş və avtobusda olan zaman yanında dayanmış orta yaşlı, gözdən əlil şəxsdən şübhələndiyini bildirmiş, onun yanında dayanan zaman həmin şəxsin bir neçə dəfə ona toxunduğunu bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, oğurlanmış pul qabını bir neçə gün öncə Bakı şəhərindən mağazaların birindən 120 manat dəyərində almışdır. Kart hesablarında pul vəsaiti olmamışdır. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, şikayətçidir. Məhkəmə iclasında iştirakı olmadan baxılmasına etiraz etmir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhəri Stansiya Sumqayıt qaçqın şəhərciyində ailəsilə birlikdə yaşayır. Ailəli olmaqla iki azyaşlı övladı vardır. Belə ki, böyük övladı 2015-ci il təvəlüdlü Nihat Əlizadə və kiçik övladı 2019-cu il təvəllüdlü Murad Əlizadədir. 12 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində 6 saylı marşurut avtobusa minərək Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisinə gedirmiş. Həmin vaxtı çiynindən asdığı əl çantasının içərisində qul qabı olmuşdur. Pul qabının içərisində iki ədəd 100 manatlıq əskinazlardan ibarət iki yüz manat pul, azyaşlı uşaqlarının şəxsiyyət vəsiqələri, özünə məxsus şəxsiyyət vəsiqəsi və ABB və Kapital banklara aid plastik kartlar olmuşdur. Sumqayıt şəhəri Dəmiryolu vağzalı dairəsində olan zaman saat 17 radələrində çantasına baxan zaman pul qabının yerində olmadığını görmüşdür. O, bu barədə avtobusun sürücüsünə məlumat vermişdir. Bundan sonra avtobusu tərk etmişdir. O, dərhal DİN-nin 102 xidməti mərkəzinə zəng edərək hadisə barədə məlumat vermiş və ** AE *** dövlət qeydiyyat nişanlı avtobusda olan zaman pul kisəsinin oğurlandığını bildirmişdir. Daha sonra bu haqda Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 ifadəsində pul kisəsini bir neçə gün öncə 10 manata aldığını və "xxxx"ASC tərəfindən emissiya edilmiş plastik kartı 10 manat müqabilində əldə etdiyini və kart hesablarında pul olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhərində xx.xx.2023cü il tarixdə saat 15:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-474/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmiş və ********* saylı statsitik nömrə altında bir icraatda davam etdirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhərində xx.xx.2023cü il tarixdə saat 17:50-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 234.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cl ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 177.1ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətiə azadlıqdan məhrmetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya Qərarının 12.13-cü bəndinə əsasən cəzasının çəkilməmiş 06 ay 08 gün hissəsi yarıyadək azaldılmış, qəti olaraq 03 ay 04 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bundan başqa Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 178.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3, 66.5-ci maddələri tətbiq edilməklə 06 il 06 ay 04 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən azad edilmişdir. Bundan başqa Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-139/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-86/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 Tanrıverdi qızı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmiş və ********* saylı statsitik nömrə altında bir icraatda davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə ünvan 3 ünvanında yerləşən Nizami metrostansiyasının qarşısındakı avtodayanacağa gəlindi. Orada Təqsirləndirilən şəxs bildirdi ki, 07 dekabr 2023-cü il tarixdə saat 14:00 radələrində 2 nömrəli marşurut avtobusuna minərək, avtobusun içərisində sonradan adının X7 olduğu bildiyi şəxsin çantasının içərisində olan pul kisəsini oğurlamışdır. Daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə Nəsimi rayonu Ş.Bədəlbəyli 94 ünvanında yerləşən avtodayanacağa gəlindi. Orada Təqsirləndirilən şəxs avtobusdan düşüb, Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsi istiqamətində getdiyini bildirmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(060)- 474/2023 nömrəli qərarı nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “DVD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, 1 ədəd DVD disk Nəsimi RPİ-nin İŞ-nin fəaliyyət göstərdiyi “302” nömrəli xidməti otaqda olan “HP” markalı kompyuterdə disk oxuducuda açıldıqda müəyyən edildi ki, DVD diskdə 02 ədəd “video 1” və “video 2” adlı video fayllar vardır. “Video 1” adlı video görüntüyə baxış zamanı müəyyən edildi ki, video görüntü 19 saniyə davam edir. Həmin videogörüntüdə müəyyən olunur ki, video çəkiliş xx.xx.2023-cü il saat 14:05-də **-JU-*** dövlər qeydiyyat nömrə nişanlı 2 nömrəli marçurut xəttində hərəkət edən avtobusda qeydə alınıb. Videogörüntüdə avtobusa bir neçə şəxsin daxil olması görsənir. “Video 2” adlı videogörüntüyə baxış zamanı müəyyən edildi ki, videoörüntü 09 saniyə davam edir. Həmin videogörüntüdən müəyyən olunur ki, 1 nəfər əynində boynu açıq rəngli qara gödəkcə,başında qara rəngli idman papağı olan şəxs qaçaraq yoldan keçən dövlət qeydiyyat nömrə nişanı görünməyən mavi rəngli taksini əli iə saxlatmaq istəyir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan avtobusa daxil olan şəxslərdən əynində boynu açıq rəngli qara gödəkcə, başında qara rəngli idman papağı və əlində qara rəngli pul kisəsi olan şəxsin özü olduğunu, oğurluq əməlini həmin avtobusda törətdiyini, habelə digər videoda qaçaraq yoldan keçən mavi rəngli taksini saxlatmaq üçün əl işarəsi edən şəxsin də özü olduğunu bildirdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “DVD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin DVD diskə Sumqayıt ŞPİ-nin İŞ-nin inzibati binasınsın 1-ci mərtəbəsində yerləşən MSY-yə aid “dindirmə otağı” da otaq şəraitində baxış keçirilmişdir. Baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcıllıqla göstərilir: işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən VİD- 20231214-WA0006 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 02 dəqiqə 40 saniyədən ibarətdir. Görüntünün ilk saniyələrində minik avtobusunda sərnişinlərin sıx şəkildə dayanması, Zərərçəkmiş şəxs1 avtobus ön hissəsində ayaqüstə dayanması görünür. Həmin vaxt Zərərçəkmiş şəxs1 sağ tərəfində başında qara rəngli papaq olan və əynində boğaz hissəsi ağ rəngli olmaqla qara rəngli dəri gödəkcə geyinmiş şəxsin dayandığı görünür. Bir qədər sonra həmin şəxs sol əlində qara rəngli pul kisəsini önə doğru tutub, sağ əlini ağ rəngli sellofan paketin altında gizlədərək yanında dayanmış Zərərçəkmiş şəxs1 əl çantasına doğru hərəkət etdirir. Binyət Binyətov avtobusda olan sıxlıqdan istifadə edərək Zərərçəkmiş şəxs1 əl çantasındakı pul qabını oradan çıxarır və sağ əlini örtdüyü sellofon paketə bükərək pencəyinin iç tərəfinə yerləşdirir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “DVD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin DVD diskə Sumqayıt ŞPİ-nin İŞ-nin inzibati binasınsın 1-ci mərtəbəsində yerləşən MSY-yə aid “dindirmə otağı” da otaq şəraitində baxış keçirdilmişdir. Baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcıhqla göstərilir: işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən WhatsApp Video 2023-09-15 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 58 saniyədən ibarətdir. Görüntünün ilk saniyələrində minik avtobusunda sərnişinlərin sıx şəkildə dayanması, Zərərçəkmiş şəxs2 avtobus ön hissəsində ayaqüstə dayanması görünür. Həmin vaxt Zərərçəkmiş şəxs2 sağ tərəfində əynində ağ rəngli qısa qol köynək olan şəxsin dayandığı görünür. Həmin şəxsin sol əli ilə avtobusun yuxarı hissəsindən tutaraq sağ qolunun üzərini geyim əşyası ilə örtdüyü görünür. Avtobusdakı sıxlıqdan istifadə edən həmin şəxs mümkün qədər sol tərəfində dayanmış Zərərçəkmiş şəxs2 yaxınlaşır. Növbəti dayanacaqda həmin şəxs avtobusu tərk edir. Avtobusda olan sərnişinlərdən biri Zərərçəkmiş şəxs2 əl çantasının ağzının açıq olduğunu bildirir. Zərərçəkmiş şəxs2 həmin vaxt əl çantasını yoxlayaraq pul kisəsinin oğurlandığını görür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etdiyi oğurluq əməllərinin video görüntülərini özündə əks etdirən 03 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsindən həmin məcəllənin 177. 2.2-ci və 177.2.5-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə elan olunmuş ittihama əlavələr və dəyişikliklər edilməklə ona həmin məcəllənin 177.2.2 və 177.2.5-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 180.1 və 326.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1,2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs etdiyi oğurluq əməllərinin video görüntülərini özündə əks etdirən 03 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024cü il tarixli məktubundan görünür ki, X4 polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə Sumqayıt şəhər məhkəməsinin məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı göstərilən xüsusat təsdiqini tapmadığından material üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nın 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Səflər oğlu, 13 dekabr 2023-cü il tarixdə, saat 15:00 radələrində Sumqayıt şəhəri, Sputnik adlanan ərazidə **-AE-*** d.q.n 3 nömrəli sərnişin avtobusunda olan zaman sərnişinlərin sıxlığından istifadə edərək ona yaxınlaşıb çantasına əlini salaraq, içərisində 1500 (bir min beş yüz) manat pul vəsaiti olan 10 manat dəyərində pul kisəsini gizli olaraq talamaqla ona ümumilikdə 1510 (bir min beş yüz on) manat miqdarında maddi zərər vurmuşdur. Təqsirləndirilən şəxs onun xeyrinə 1510 (bir min beş yüz on) manat miqdarında maddi zərərin əvəzinin və ödənimiş 35.10 manat dövlət rüsumunun tutulub ona ödənilməsinə dair qətnamə qət edilməsini xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, videogörüntülər və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verilmiş ilkin ifadəsini hər bir halda yoxlayıb tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ilkin ifadə özünümüdafiə xarakteri daşıyır, öz ifadəsindən başqa onun tərəfindən qeyd edilən hallar hər hansı yanakı sübutla təsdiqini tapmır, ibtidai isitintaq zamanı və daha sonra məhkəmədə ifadəsini dəyişərək elan edilmiş ittihamı qəbul etməsi, ittihamda qeyd olunan hallar üzrə üst-üstə düşdüyündən sübuta yetirilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər talama cinayətinə görə məhkum edilməsi, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi onun əvvəlki cinayətə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının məhkumun tərbiyələndirilməsinə, yeni cinayətin törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığına və hazırda cinayətin residivi hesab edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törəildikdə, zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 03 (üç) ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)- 311/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli, 390/2024 saylı orderə əsasən vəkil X11 onun vəkili təyin etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək vəkil X8 hüquqlarını müdafiə etməsindən imtina etmiş, hüquqlarının Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən müdafiə olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-311/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 dəvət edilmişdir. X1 məhkəmə iclasında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 03 (üç) saat, müdafiəçi X5 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına, 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmişdir. Mülki iddia barədə ərizəyə əsasən Təqsirləndirilən şəxs 1510 (bir min beş yüz on) manat miqdarında maddi zərərin əvəzi və ödənimiş 35.10 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 mülki iddiada qeyd edilən miqdarda, yəni 1510 (bir min beş yüz on) manat maddi ziyan vurulması təsdiq edilmişdir. Buna görə də iş materiallarında kifayət qədər sübutlar olduğu üçün mülki iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 03 (üç) ədəd disk cinayət işində saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 1510 (bir min beş yüz on) manat miqdarında maddi zərərin əvəzi və ödənimiş 35.10 manat dövlət rüsumu, ümumilikdə 1545,10 manat tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8 göstərdiyi 03 (üç) saat hüquqi yardıma görə 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-311/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-311/2024
16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver