Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-312/2021 22.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1988-ci ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs öz xidməti vəzifələrini həyata keçirmələri ilə əlaqədar hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etmişdir. Belə ki, o, 28 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisindən keçərkən əvvəlcədən tanımadığı borclu Şahid2 Sumqayıt şəhər məhkəməsinin 01.03.2017-ci il tarixli, 2(060)-4285/2017 saylı qətnaməsinin icrasını həyata keçirməməsi və bildiriş göndərilməsinə baxmayaraq çağırışlara gəlməyərək qeyd olunan qətnamə ilə övladları 2007-ci il təvəllüdlü Kamran Həmidov və 2005-ci il təvəllüdlü Günel Həmidovanın saxlanması üçün nəzərdə tutulmuş hər ay ümumilikdə 100 manat məbləğində alimenti ödəməməsi ilə əlaqədar borclunun işlədiyi mebel təmiri sexinin yerləşdiyi həmin əraziyə qətnamənin icrasından yayınmasının üzrlü səbəblərlə əlaqəli olub-olmamasının müəyyən edilməsi üçün izahat verməyə görə Sumqayıt şəhəri üzrə İcra idarəsinə dəvət etmək məqsədi ilə gələn Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Zərərçəkmiş şəxs3 ilə, habelə alimenti ödəməkdən və Sumqayıt şəhəri üzrə icra idarəsinə getməkdən imtina etdiyini bildirməsi və bu zəmində Zərərçəkmiş şəxs3lə, habelə sonuncu ilə birlikdə ora gəlmiş icra məmuru Şahid1 ilə mübahisə etməyə başlaması ilə əlaqədar sonradan ora profilaktik söhbət aparmaqla izahat verməyə görə Sumqayıt şəhəri üzrə İcra idarəsinə getməyə razı salmaq üçün yaxınlaşmış Sumqayıt şəhəri üzrə İcra İdarəsinin digər icra məmurları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə mübahisə etdiyini, mübahisə bitdikdən sonra isə artıq Sumqayıt şəhəri üzrə İcra idarəsinə getməyə razılıq verdiyini kənardan müşahidə etdiyi halda oradan uzaqlaşmağa başlayan həmin icra məmurlarının qarşısını kəsərək kobud formada Şahid2 Sumqayıt şəhəri üzrə İcra İdarəsinə çağırılmasına etiraz etmiş, bununla əlaqədar icra məmuru Zərərçəkmiş şəxs1 ona öz iradını bildirdikdə icra məmurları ilə mübahisə etməyə başlamış, mübahisə zamanı yumruq və təpiklə Zərərçəkmiş şəxs3 dərəcəsinə görə sağlamlığa zərər vurmayan sağ baldırın sıyrıqları, sol budun, sağ bazunun qançırı, Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığa zərər vurmayan sol saidin, qarnın, sağ baldırın aşağı 1/3-nin qançırı xəsarətləri və Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığa zərər vurmayan sağ gözün bayır bucağının, üst dodağın sol yarısının, sağ dirsək oynağının, sol baldırın qançırı xəsarətləri yetirmiş, bununla da öz xidməti vəzifələrini həyata keçirmələri ilə əlaqədar hakimiyyət nümayəndəsi hesab edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurları Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlıqlarına zərər vurmayan xəsarətlər yetirməklə zor tətbiq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, atası 1-ci Qarabağ müharibəsində şəhid olduğundan ailəsini dolandırmaq üçün əvvəllər Rusiya Federasiyasına işləmək üçün getmiş, 2014-cü ildə Azərbaycan Respublikasına qayıdıb Sumqayıt şəhərində anası ilə yaşamışdır. Əlövsət Həmidovu əvvəllər tanımamış, heç bir münasibəti yoxdur, lakin sonradan öyrənmişdir ki, sonuncu onunla eyni mikrorayonda yaşayır. 28 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində evə gedərkən tanımadığı 4 nəfər icra məmurunun Şahid2 Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yumruq və təpiklə döydüklərini görmüş, həmin vaxt ora çoxlu sayda şəxslər toplaşmışdılar. O, həmin icra məmurlarına yaxınlaşaraq 102 xidmətinə zəng vurmalarını tələb etmiş, bu zaman sonradan adının Toğrul olduğunu öyrəndiyi icra məmuru heç bir səbəb göstərmədən onun yaxasından tutub itələmiş və Orxan adlı icra məmuru ilə birgə onu döyməyə başlamışlar, Bəxtiyar isə arxadan onu əlləri ilə tutmuşdur. Digər icra məmuru Ramil isə onu vurmamışdır. Orxanla Toğrul onu yumruq və təpiklə vurmuşlar. Mübahisə zamanı həmçinin Toğrul ona stul atmış və stul onun sol ayağına və qarnına dəymişdir. Təxminən 6-7 dəqiqə həmin şəxslər onu döydükdən sonra avtomobilə salıb aparmaq istəmişlər, lakin o, həmin icra məmurlarının əlindən qaçmağı bacarmış, daha sonra DİN-in 102 xidmətinə zəng edərək döyülməyi ilə bağlı şikayət etmişdir. O, mübahisə vaxtı ola bilsin ki, özünü müdafiə etdiyi vaxt icra məmurlarına xəsarət yetirmiş, lakin bunu bilərəkdən etməmişdir. Belə ki, o, icra məmurlarının zərbələrinə qarşılıq olaraq əl-qol hərəkətləri və ayaq zərbələri atmış, lakin həmin zərbələrin icra məmurlarına dəyib xəsarət yetirib-yetirməməsini xatırlamır. O, həmin vaxt heç bir icra məmurunu vurmaq, ümumiyyətlə heç kəsə zor tətbiq etmək niyyətində olmamış, sadəcə icra məmurlarından DİN-in 102 xidmətinə zəng etmələrini, Əlövsəti vurmamalarını tələb etmişdir. Hadisə vaxtı içkili olmamış, idmançıdır, narkotik vasitə qəbul etmir. Adlarını sadaladığı icra məmurlarından başqa digər hər hansı şəxs tərəfindən ona xəsarət yetirilməmişdir. Mübahisə vaxtı neçə nəfər şəxsin toplaşmasını xatırlamır, mübahisə təxminən 5-6 dəqiqə davam etmiş, o, söyüş söyməmişdir. Hadisənin şahidlərini kimlərin olmasını xatırlamır, ona görə də konkret ad çəkə bilmir. O, icra məmurlarına yaxınlaşarkən həmin şəxslərin icra məmurları olduğunu əvvəlcədən bilmiş, çünki həmin icra məmurları onu vurmamışdan təxminən bir neçə dəqiqə əvvəl artıq orada olmuş, onların Əliövsətlə danışıqlarını eşitmiş və söhbətin məzmununun nədən ibarət olduğunu başa düşmüş, belə başa düşmüşdür ki, icra məmurları Əliövsəti aliment ödəmədəyinə görə İcra idarəsinə aparmaq istəmişlər. İcra məmurları Zərərçəkmiş şəxs3, Şahid1, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin vaxt xidməti formada olmuşlar. Mübahisə vaxtı icra məmurlarının aldığı xəsarətləri hansı şəraitdə almalarını bilmir, güman edir ki, həmin xəsarətlər Əliövsətlə aralarında mübahisə zamanı yaranmışdır. Öz bədəni üzərində aşkar edilmiş xəsarətləri isə ona icra məmurları yetirmişdir. Çünki onun tək 3-4 nəfər icra məmurunu döyməsi inandırıcı deyildir. Buna baxmayaraq Təqsirləndirilən şəxs icra məmurlarının işinə müdaxilə etdiyinə görə səmimi peşman olduğunu və zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, atasının İ Qarabağ müharibəsində şəhid olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanımır və ilk dəfə hadisə günü görmüşdür. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4285\2017 saylı, 01.03.2017-ci il tarixli qətnaməsinə əsasən X3 uşağın yetkinlik yaşına çatana kimi hər uşağa görə 50 manat olmaqla 100 manat sabit pul məbləğində aliment tutulub tələbkar X6 verilməsi qət edilmiş, həmin qətnamənin icrası ona həvalə edilmişdir. Şahid2 alimentə görə 3000 manatdan çox borcu yığılmış, tələbkar Günay Həmidova tərəfindən isə alimentin ödənilməməsi ilə bağlı çoxlu sayda şikayətlər daxil olmuşdur. Bundan öncə müxtəlif tarixlərdə Şahid2 iş yerinə gedilmiş və idarəyə dəvət edilmiş, eyni zamanda «Elektron icra» informasiya sistemi vasitəsilə sms göndərilmiş, mobil telefon vasitəsilə xəbərdarlıq edilmiş, lakin üzrlü səbəb göstərmədən o, çağırışlara gəlməmiş, son günlərdə isə ümumiyyətlə telefonlara cavab verməmişdir. Buna görə də o, 28 oktyabr 2020-ci il tarixdə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Şahid2 iş yerinə getməklə sonuncunun hansı səbəbdən alimenti ödəməməsini və çağırışlara gəlməməsini öyrənmək, habelə alimentin ödənilməsini tələb etmək istəmişdir. İcra sənədinin icrası ilə əlaqədar iş yoldaşı Şahid1la birlikdə borclu X4 işlədiyi Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən adı olmayan mebel təmir yerinə getmişlər. Ora çatdıqdan sonra Şahid2 ondan əl çəkmələrini, əvvəllər aliment ödədiyini, hazırda ödəməyə imkanı olmadığını bildirərək tələbkarın və onların ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt orada həmçinin Əliövsətin qardaşı da olsa da Əliövsəti sakitləşdirə bilməmişdir. Bu zaman məhəllədə yerləşən sakinlər səsküyə toplaşmışlar. Əliövsət onların üzərinə hücum etməyə cəhd göstərmiş və mübahisə etmişdir. O, bu barədə iş yoldaşı icra məmuru Zərərçəkmiş şəxs2 məlumat verdikdə sonuncu digər icra məmuru Zərərçəkmiş şəxs1la birgə həmin yerə gəlmişlər. Onların uzun təkidlərindən sonra Şahid2 sakitləşdirə bilmişlər və sonuncu onlarla birlikdə alimenti ödəməməsinin səbəbini aydınlaşdırmaq məqsədi ilə Sumqayıt şəhəri üzrə İcra idarəsinə getməyə razılıq vermişdir. Onlar artıq oradan birlikdə çıxıb getməyə hazırlaşarkən ora toplaşan şəxslərdən biri, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndikləri şəxs həmin vaxt irəli çıxıb onların qarşısını kəsərək borclunun nə səbəbə idarəyə çağırıldığını soruşmuş, kobud şəkildə onlara iradını bildirmişdir. Bu zaman Şahid1 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onların işinə müdaxilə etməməsini tələb etdikdə Təqsirləndirilən şəxs Şahid1 sinəsindən kənara itələmiş, Zərərçəkmiş şəxs1 onu kənara itələdikdə bu vaxt Zərərçəkmiş şəxs1 yumruq vurmuş, daha sonra isə Ramil əynindəki köynəyi çıxararaq yerə qoymuş və üzərlərinə gəlmişdir. Ramil ona, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yumruq və təpik ataraq xəsarətlər yetirmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs ora polis əməkdaşlarının gələcəyini bildiyindən qaçaraq ərazini tərk etmişdir. Hadisə 28 oktyabr 2020-ci il tarixdə, günorta saat təxminən 15 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində “Bazarstore” marketin arxasındakı məhəllədə baş vermişdir. Mübahisənin dəqiq olaraq nə qədər davam etməsini xatırlamışdır. Münaqişə zamanı Təqsirləndirilən şəxs ona bir neçə dəfə təpik vurmuş, nəticədə sağ baldırın sıyrıqları, sol budun, sağ bazunun qançırı xəsarətləri almışdır. Münaqişə zamanı Təqsirləndirilən şəxs onun, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə zərbələr endirmişdir. Nə o, nə də digər icra məmurları Təqsirləndirilən şəxs və Şahid2 fiziki xəsarətlər yetirməmiş, ola bilsin ki, Təqsirləndirilən şəxs onlar özlərini qoruyarkən və sonuncu onlara fiziki zor tətbiq edərkən xəsarət almışdır. Əlövsət Həmidov ona və digər icra məmurlarına qarşı hər hansı zor tətbiq etməmiş, sadəcə səs-küy salaraq alimenti ödəməyəcəyini bildirmiş onlara etiraz etmişdir. Hadisə vaxtı əynində xidməti forması olmuşdur. Forması hadisə nəticəsində zədələnməmişdir. Zərərçəkmiş şəxs3 hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 da Zərərçəkmiş şəxs3 ifadəsinə uyğun ifadələr verərək göstərilənləri təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru vəzifəsində işləyir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4285\2017 saylı, 01.03.2017-ci il tarixli qətnaməsinə əsasən X3 uşağın yetkinlik yaşına çatana kimi hər uşağa görə 50 manat olmaqla 100 manat sabit pul məbləğində aliment tutulub tələbkar X6 verilməsi qət edilmiş, icra sənədinin icrası ilə əlaqədar iş yoldaşı Zərərçəkmiş şəxs3 ilə birlikdə borclu X4 işlədiyi Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən adı olmayan mebel təmir yerinə getmişlər, çünki vətəndaş Günay Həmidova tərəfindən alimentin ödənilməməsi ilə bağlı çoxlu sayda şikayət daxil olmuş və Şahid2 çağırışlara gəlmirmiş, habelə son bir neçə gündə Zərərçəkmiş şəxs3 telefonlarına cavab verməmişdir. Zərərçəkmiş şəxs3lə birgə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Şahid2 iş yerinə getməklə sonuncunun hansı səbəbdən alimenti ödəməməsini və çağırışlara gəlməməsini öyrənmək istəmişlər. Şahid2 iş yerinə çatdıqdan sonra sonuncu özündən çıxaraq tələbkarın və onların ünvanına nalayiq söyüşlər söymüş, onların üzərinə hücum etməyə cəhd göstərmiş və mübahisə etmişdir. Bu zaman məhəllədə yerləşən sakinlər səs-küyə toplaşmışlar. Bu barədə Zərərçəkmiş şəxs3 məlumat verdikdə digər icra məmurları Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 həmin yerə gəlmişlər. Onlar uzun təkidlərdən sonra Şahid2 sakitləşdirə bilmişlər və sonuncu onlarla birlikdə alimenti ödəməməsinin səbəbini aydınlaşdırmaq məqsədi ilə Sumqayıt şəhəri üzrə İcra idarəsinə getməyə razılıq vermişdir. Onlar artıq oradan birlikdə çıxıb getməyə hazırlaşarkən ora toplaşan şəxslərdən biri, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndikləri şəxs həmin vaxt irəli çıxıb onların qarşısını kəsərək borclunun nə səbəbə idarəyə çağırıldığını soruşmuş, kobud şəkildə və yüksək tonda onlara iradını bildirmişdir. Bu zaman o və Zərərçəkmiş şəxs1 həmin şəxsdən onların işinə müdaxilə etməməsini tələb etdikdə Təqsirləndirilən şəxs onun sinəsinə yumruq atmış, Toğrul Ramilin qarşınısı almaq üçün kənara itələdikdə bu vaxt Toğrula yumruq vurmuş, eyni zamanda nümayişkaranə şəkildə əynindəki gödəkçə və köynəyi çıxararaq yerə qoymuş və üzərlərinə gəlmişdir. Ramil ona, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 yumruq və təpik ataraq dalaşmışdır. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs ora polis əməkdaşlarının gələcəyini bildiyindən qaçaraq ərazini tərk etmişdir. Hadisə 28 oktyabr 2020-ci il tarixdə, günorta saat təxminən 15 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində “Bazarstore” marketin arxasındakı məhəllədə baş vermişdir. Münaqişə zamanı Təqsirləndirilən şəxs onun, Zərərçəkmiş şəxs3, Şahid1 və Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə zərbələr endirmişdir. Şahid1 bildirir ki, nə o, nə də digər icra məmurları Təqsirləndirilən şəxs fiziki xəsarətlər yetirməmişlər, lakin ola bilsin ki, onlar özlərini qoruyarkən və Ramil onlara fiziki zor tətbiq edərkən xəsarət almışdır. Həmçinin onlar Əliövsəti də vurmamışlar, sonuncuya qarşı heç bir fiziki zor tətbiq etməmişlər, Şahid2 ona və digər icra məmurlarına qarşı hər hansı zor tətbiq etməmiş, sadəcə o səs-küy salaraq alimenti ödəməyəcəyini bildirərək onlara etiraz etmişdir. Buna baxmayaraq onlar artıq Əlövsət Həmidovu sakitləşdirmiş və sonuncu, artıq onlarla birgə icra idarəsinə getməyə razılaşmış, lakin Təqsirləndirilən şəxs onların qarşısını kəsərək Əlövsətin onlarla getməsinə etirazını bildirmiş və icra məmurlarına qarşı zor tətbiq etmişdir. Hadisə vaxtı əynində xidməti forması olmuşdur. Forması hadisə nəticəsində zədələnməmiş və o xəsarət almamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30 oktyabr 2020-ci il tarixli, 1358 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol saidin, qarnın, sağ baldırın aşağı 1/3-nin qançır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla 28.10.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Qərarın 2-ci bəndində qoyulmuş sual (qarşılıqlı mübarizəyə xarakterik) məhkəmə tibbi ekspertinin səlahiyyətində olmadığı üçün həmin suala cavab verilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30 oktyabr 2020-ci il tarixli, 1357 rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ gözün bayır bucağının, üst dodağın sol yarısının, sağ dirsək oynağının, sol baldırın qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla 28.10.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Qərarın 2-ci bəndində qoyulmuş sual (qarşılıqlı mübarizəyə xarakterik) məhkəmə tibbi ekspertinin səlahiyyətində olmadığı üçün həmin suala cavab verilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30 oktyabr 2020-ci il tarixli, 1356 rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ baldırın sıyrıqları, sol budun, sağ bazunun qançırı, Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla 28.10.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Qərarın 2-ci bəndində qoyulmuş sual (qarşılıqlı mübarizəyə xarakterik) məhkəmə tibbi ekspertinin səlahiyyətində olmadığı üçün həmin suala cavab verilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 noyabr 2020-ci il tarixli 1432 nömrəli eksperti rəyindən görünür ki, X4 bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-psixoloji ekspertizasının 04 dekabr 2020-ci il 2400 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ünsiyyətçillik, qıcığa qarşı həssaslıq, hövsələsizlik, özünə məxsus mövqe və prinsiplərə məxsus olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malik olduğu müəyyən edilmiş, həmin xüsusiyyətlər cinayət hadisəsi baş verən zaman özünü biruzə vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmamışdır. O, cinayət hadisəsi baş verən zaman psixi-emosional halında hirslilik yaranmış, lakin həmin an o, qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti keçirməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməli 16.01.2021-ci ildə CM-nin 288.3-cü maddəsindən 315-ci maddəsinə tövsif edilərək həmin tarixdə də ona qeyd edilən maddə ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07.12.2020-ci il tarixli tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-153/2020 saylı 11 iyun 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 10 ay müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər probasiya şöbəsinin 21.12.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs rəsmi iş yeri olmadığından ona təyin edilmiş 10 ay müddətinə islah işləri cəzası çəkilməmiş qalmışdır. İş materiallarında olan 27.03.2007-ci il tarixdən etibarlı olan 025932 nömrəli vəsiqənin surətindən görünür ki, X7 “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il Azərbaycan Respublikası qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İş materiallarında olan AZ-İİİ seryalı 947813 nömrəli 22 mart 1988-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci ildə doğulmuş Təqsirləndirilən şəxs anası X9r. İş materiallarında olan AA seryalı 119311 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan olan məcburi köçkündür. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, atasının İ qarabağ müharibəsində şəhid olmasını və məcburi köçkün olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs müddətinin əvvəli 18 noyabr 2020-ci il tarixdən hesablanmaqla 12 fevral 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 21.01.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur və Sumqayıt şəhər prokurorluğunun müstəntiqi H.Mustafayevin 12.02.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 153/2020 saylı 11 iyun 2020-ci il tarixli hökmü ilə qazancıından dövlət nəfinə 15 % pul tutulmaqla 10 ay müddətə islah işləri cəzasının çəkilməyən 10 ayı CM-nin 68.3.1-ci madddəsinə əsasən 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla həmin cəza hökmlərin məcmusu qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 18.11.2020-ci il tarixdən 12.02.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 2 (iki) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 160 (bir yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-153/2020 saylı 11 iyun 2020-ci il tarixli hökmü ilə qazancından dövlət nəfinə 15 % pul tutulmaqla 10 ay müddətə islah işləri cəzasının çəkilməyən 10 ayı CM-nin 68.3.1-ci madddəsinə əsasən 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilib, ona 02 (iki) il 01 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18.11.2020-ci il tarixdən 12.02.2021-ci il tarixədək həbsdə və ev dustaqlğında olduğu 2 (iki) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 05 (beş) ay 18 (on səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:30-dan növbəti gün saat 06:30-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 160 (bir yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-312/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-312/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver