Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-312/2022 24.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı Əhmədov Hüseyn Nizami oğlunun xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı Əhmədov Hüseyn Nizami oğlu xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 148 və 148-1-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 21 noyabr 2021-ci ilin tarixdə saat 15:40 radələrində Əhmədov Hüseyn Nizami oğluna məxsus mağazaya gələrək işçilərin yanında hanı o qəhbə, petux hardadı sikim onun varyoxun ifadəsini publik şəkildə bildirərək mağazada olan işçiləri döymüş və onları da təhqir etmişdir. Bu hadisənin səhərisi gündən bu günədək o instaqram sosial şəbəkəsində “sikim o peysər Qusinin qeyrətini”, kim ki bura nəsə artıq əskik yazırsa deməli o da peysər Hüseynin tayıdır, bilən də bilməyən də boynunun dalına atıb yazır, bunu polisə göndərən Peysər Hüseyndi, o peysər Hüseyn var qusi peysər iş verib qəhbə bicbalalarına pul istəyir, sikim onun qeyrətini, o artıq yazan anası qəhbə elə sənin bacıvı sikərəm də, Əli peysər (onun qardaşı Əlini nəzərədə tutur) də dil vurur bunu bütün Bakı bilir, Əli də Hüseyn də Peysərə atıb yaşayır, atın peysərə yaşayın, bunu paylaşan Qusinin qeyrətini sikim, bunu yazan Peysər Hüseyndi polislərə işləyir, özünü döydürüb pul alır, məndən 20 min istəyir, qəhbə polisə işləyir, qeyrətsizin biridi. X3 yuxarıda qeyd olunan ifadələri İnstaqram sosial şəbəkəsində işlədərək onun və ailəsinin şərəf və ləyaqətini hər kəsin görə biləcəyi formada qəsdən alçaltmışdır. Bundan əlavə o, təkrarən TİK-TOK sosial şəbəkəsində Gimnaziya Nizaminin (Qeyd: atası Nizami Əhmədov Sumqayıtda yerləşən X4 gimnaziyanın direktorudur) peysər oğlanlarını hamı tanıyır. X6, petux Qusi Əhmədov peysər Hüseyn polislərə işləyir, məndən 20 min pul istəyir, kim artıq əskik yazar onun qeyrətini sikim, peysərlər ağıllı olun, sikim o peysər Qusinin qeyrətini, peysər Hüseyn dilvuranın biridir, petuxdu, Bir peysər var Sumqayıtda peysər Qusi qəhbə polislərə işləyir, qeyrətsizin biridir, şərəfsiz məni şərləyib tutdurmaq istəyir, məndən 20 min manat pul istəyib, işçisi də 5 min manat, bunu edən şərəfsiz Hüseyn Nizami oğludur, qırmızı şalvar geyinən Hüseyin işverəndi, hamını şərləyib pulunu alır, hətta birinə maşın da aldırıb, bu şərəfsizi hamı tanısın. Sumqayıtda ZOZAN paltar dükanını işlədir. İnstaqram və Tik-Tok sosial şəbəkələrində hər kəsin görə biləcəyi şəraitdə Əhmədov Hüseyn Nizami oğlunu cinayətdə ittiham etməklə böhtan atdığına və internet informasiya ehtiyatında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığına görə - 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci, 148-ci və 148-1-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən, məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. İş materiallarından görünür ki, xüsusi ittihamçı şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini və digər dəlilləri təsdiq edən sübutları şikayətdə hansı sənədlərlə, habelə hansı digər dəlillərlə təsdiq edən sübutlar əlavə etməmişdir. Buna görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.7-ci maddələrinin tələblərini pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci, 148-ci və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı Əhmədov Hüseyn Nizami oğlunun xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci, 148-ci və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı Əhmədov Hüseyn Nizami oğlunun xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-312/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-312/2022
24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver