Məhkəmə qərarları › İş №1(060)-312/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-312/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-312/2023 07.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Məhərrəm oğlunun, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, 10 aprel 1984-cü ildə Cəbrayıl rayonu, Mehdili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, hazırda məhməhkumluğu olmayan, evli, orta təhsilli, işləməyən, Cəbrayıl rayonu, Mehdili kəndində qeydiyyatda olan, faktiki olaraq Sumqayıt şəhəri, Beton zavod ərazi dairəsi, fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Məhərrəm oğlunun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İş üzrə Təqsirləndirilən şəxs Məhərrəm oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,235 qram, 0,236 qram, ümumi təmiz çəkiləri 0,471 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd bükümdə təmiz çəkisi 0,663 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 21.00 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Məhərrəm oğlu yaşadığı Sumqayıt şəhəri, 12- ci mikrorayonda yerləşən Qaçqınlar şəhərciyinin girişində küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3- cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən iki ədəd şəffaf rəngli sellofan bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,235 qram, 0,236 qram, ümumi təmiz çəkiləri 0,471 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,663 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Məhərrəm oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Məhərrəm oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, bir neçə ildir ki, narkotikdən istifadə edirmiş və bir neçə dəfədə məhkum olunub. Belə ki, o, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Z.Hacıyev küçəsi, 6-ci mikrorayon ərazisində hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınıaşmış və polis əməkdaşları olduğunu bildirib, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu və üzərində saxlaması üçün saxladıqlarını bildirib onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. İdarədə xidməti otaqların birində vəkilin iştirakı ilə, vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və baxışdan əvvəl üzərində hər hansı bir əşya varsa təqdim etməyi təklif edilmişdir. Bundan sonra o, gödəkçəsinin cibində olan 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bağlamanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan soruşarkən təqdim etdiyi bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. O, həmin narkotiki Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata aldığını və şəxsi istfadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitə xüsusi qaydada qablaşdırılmışdır. Hazırda o, etdiyi əməldən peşman olduğunu, ailəli olmaqla himayəsində 8 aylıq bir azyaşlı uşağının olmasının nəzərə alaraq barəsində həbslə baölı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Məhərrəm oğlunun qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və saxlaması barədə məlumat daxil olmuş və əməliyyat məlumatını yoxlamaq məqsədi ilə o, CAŞ-nin inspektoru, Şahid1lə birlikdə qrup təşkil edərək əməliyyat keçirtmişlər. Əməliyyat tədbiri zamanı təxminən saat 17:00 radələrində Təqsirləndirilən şəxs Məhərrəm oğlu Sumqayıt şəhəri, Z.Hacıyev küçəsi, 6-ci mikrorayon ərazisində saxlanılmış və ona özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və saxlamasında şübhəli olduğu bildirilərək, üzərində şəxsi axtarış aparılması üçün Sumqayıt ŞPİ-nə dəvət olunmuşdur. İdarədə xidməti otaqların birində videoçəkiliş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. Axtarış aparılmamışdan öncə isə ona üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuş və o, əynində olan gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd qızılı rəngli siqaret kağız bükülünü təqdim etmişdir. Həmin bükülü açılan zaman içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlənin olduğu aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs Məhərrəm oğlu üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin olduğunu, tutulmamışdan əvvəl Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata aldığını və şəxsi istfadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Məhərrəm oğlunun üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə tərəziyə qoyulub çəkilmiş və müfaviq qaydada qablaşdırılaraq, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 10.12.022-ci il tarixli 6/6987 saylı rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N124” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...“ sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,983 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 21 dekabr 2022-ci il tarixli 7732 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Məhərrəm oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Məhərrəm oğlu hazırki cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Məhərrəm oğlunun törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs Məhərrəm oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,235 qram, 0,236 qram, ümumi təmiz çəkiləri 0,471 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd bükümdə təmiz çəkisi 0,663 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 21.00 radələrində Sumqayıt ŞPİnin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Məhərrəm oğlu yaşadığı Sumqayıt şəhəri, 12- ci mikrorayonda yerləşən Qaçqınlar şəhərciyinin girişində küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3- cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən iki ədəd şəffaf rəngli sellofan bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,235 qram, 0,236 qram, ümumi təmiz çəkiləri 0,471 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,663 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs Məhərrəm oğlunun öz əməlini səmimi etiraf etməsini və himayəsində bir az yaşlı uşağının olmasının məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Məhərrəm oğluna təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Məhərrəm oğlunun 09 dekabr 2022-ci il tarixdən 11 dekabr 2022-ci il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs Məhərrəm oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı onun məhkəmə iclas zalından həbsə alındığı tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,933 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 55 (əlli beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs Məhərrəm oğlunun üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Məhərrəm oğlunun barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs Məhərrəm oğluna ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Məhərrəm oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına, həmçinin 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Məhərrəm oğlu Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Məhərrəm oğlunun 09 dekabr 2022-ci il tarixdən 11 dekabr 2022-ci il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun tutulduğu 07 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Məhərrəm oğlunun barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,933 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 55 (əlli beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs Məhərrəm oğlunun üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs Məhərrəm oğluna ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ********************, VÖEN:**********) hesabına, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin Sumqayıt filialı, № AZ 03TURA********************, VÖEN:**********) hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar