Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-313/2021 26.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, X15, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16 Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs onun qanuni nümayəndəsi X1, Müdafiəçi - Sumqayıt Regional vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, XX.XX.2004-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, 15-ci məhəllə, Qəhrəmanov küçəsi, ev 1 A, yataqxana 3, otaq 7-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 19 avqust 2020-ci il tarixdə, saat 14:01 radələrində, Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospektində, köməkçi yolun kənarında yerləşən Zərərçəkmiş şəxs1 məxsus «Tahiroğlu» mebel mağazasının içərisində heç kimin olmadığından istifadə edərək, mağazaya daxil olub, orada olan və saxlanc yeri hesab edilən masanın birinci siyirməsini dartıb sındıraraq, içərisindən 2730 (iki min yeddi yüz otuz) manat pulu gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 2730 (iki min yeddi yüz otuz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 05 sentyabr 2020-ci il tarixdə, saat 17:40 radələrində, Sumqayıt şəhəri, Koroğlu prospekti, Betonzavod ərazisində yerləşən Zərərçəkmiş şəxs3 məxsus "xxxx" avtomobil ehtiyat hissələri mağazasının içərisində heç kimin olmadığından istifadə edərək, mağazaya daxil olub, orada olan piştaxtanın üzərindəki kitabçanın arasından 1200 (bir min iki yüz) manat pulu gizli yolla talayıb, Zərərçəkmiş şəxs3 1200 (bir min iki yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 13 sentyabr 2020-ci il tarixdə, saat 13:00 radələrində, Sumqayıt şəhəri, 39-cu məhəllə ərazisində yerləşən təmir-tikinti anbarının içərisində heç kimin olmadığından istifadə edərək, həmin anbarın mühasibat otağına daxil olub, orada olan və saxlanc yeri hesab edilən sənədlər üçün nəzərdə tutulan dolabın siyirməsini dartıb sındıraraq, içindən, həmin mühasibat otağının məsul şəxsi olan Zərərçəkmiş şəxs2 4000 (dörd min) manat pulunu gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 19 sentyabr 2020-ci il tarixdə, saat 01:20 radələrində, Sumqayıt şəhəri, Sülh prospekti, 30-cu məhəllə ərazisində, 11/1 nömrəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus «Zeytun-22» aptekin alüminium giriş qapısını özündə olan vintaçanla sıxıb açaraq, aptekə qanunsuz daxil olub, orada olan və saxlanc yeri hesab edilən kassanın içərisindən 525 (beş yüz iyirmi beş) manat pulu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs4 525 (beş yüz iyirmi beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 19 sentyabr 2020-ci il tarixdə, saat 02:40 radələrində, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 22/57 nömrəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, Zərərçəkmiş şəxs5 Qiyamət oğlunun filial müdiri olduğu "xxxx" lombardın plastik giriş qapısını özündə olan vintaçanla sıxıb açaraq, lombarda qanunsuz daxil olub, orada olan və saxlanc yeri hesab edilən taxta dolabın siyirməsindən 140 (yüz qırx) manat pulu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs5 Qiyamət oğluna 140 (yüz qırx) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 24 sentyabr 2020-ci il tarixdə, saat 14:00 radələrində, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən, Zərərçəkmiş şəxs6 icarəyə götürüb işlətdiyi «Batabat» inşaat materialları mağazasına müştəri qismində daxil olaraq, mağazada heç kimin olmadığından istifadə edib, orada olan və saxlanc yeri hesab edilən kassanın içərisindən 1200 (bir min iki yüz) manat pulu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs6 1200 (bir min iki yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 05 oktyabr 2020-ci il tarixdə, saat 11:30 radələrində, Sumqayıt şəhəri, Koroğlu prospekti, Betonzavod ərazisində yerləşən, Zərərçəkmiş şəxs7 icarəyə götürüb işlətdiyi kafenin içərisində heç kimin olmadığından istifadə edərək, kafeyə daxil olub, mətbəx kimi istifadə olunan hisəsində olan və saxlanc yeri hesab edilən taxta dolabın qapısının üzərindəki qıfılın bərkidildiyi dəmir künclüyün şruplarını həmin yerdən tapdığı vintaçanla açıb, dolabın içərisindəki mavi rəngli plastik qutunun içindən 425 (dörd yüz iyirmi beş) manat pulu və balaca sellofanın içərisindən 225 (iki yüz iyirmi beş) manat dəyərində, 583/585 əyarlı, 3 qram çəkidə 01 ədəd qızıl boyunbağını, 189 (yüz səksən doqquz) manat dəyərində, 583/585 əyarlı, 2,52 qram çəkidə 01 ədəd qızıl kulonla birlikdə, 410 (dörd yüz on) manat dəyərində, 583/585 əyarlı, 5,55 qram çəkidə 01 ədəd qızıl üzüyü və 208 (iki yüz səkkiz) manat dəyərində, 583 əyarlı, 2,77 qram çəkidə 01 ədəd qızıl qolbağı gizli yolla talayaraq, Zərərçəkmiş şəxs7 ümumilikdə 1457 (bir min dörd yüz əllə yeddi ) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 11 oktyabr 2020-ci il tarixdə, saat 16:00 radələrində, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən, Zərərçəkmiş şəxs9 icarəyə götürüb işlətdiyi «Azərşop» ərzaq mağazasına müştəri qismində daxil olaraq, satıcının diqqətinin yayındığından istifadə edib, vitrinin arxasına keçərək, orada olan qutunun içindən 1500 (bir min beş yüz) manat pulu gizli yolla talayıb, Zərərçəkmiş şəxs9 1500 (bir min beş yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 15 oktyabr 2020-ci il tarixdə, saat 08:52-də, Sumqayıt şəhəri, 6-cı mikrorayon, «Dörd Qardaş» şadlıq sarayının yaxınlığında yerləşən «Tocoil» yanacaq doldurma məntəqəsinin ofisində heç kimin olmadığından istifadə edərək, həmin ofisə daxil olub, orada olan masanın siyirməsindən, «Tocoil» yanacaq doldurma məntəqəsinin icraçı direktoru olan Zərərçəkmiş şəxs8 2598 (iki min beş yüz doxsan səkkiz) manat pulunu gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 18 oktyabr 2020-ci il tarixdə, saat 08:45 radələrində, Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən, Zərərçəkmiş şəxs10 icarəyə götürüb işlətdiyi «Səba» gündəlik tələbatlar malları mağazasının içərisində heç kimin olmadığından istifadə edərək, mağazaya daxil olub, orada olan piştaxtanın arxasındakı dolabın siyirməsindən 2200 (iki min iki yüz) manat pulu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs10 2200 (iki min iki yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 08 noyabr 2020-ci il tarixdə, saat 13:10 radələrində, Sumqayıt şəhəri, “Əşya Bazarı” ərazisində yerləşən, Zərərçəkmiş şəxs11 işlətdiyi «Volqa-Qazel» ehtiyyat hissələri mağazasının içərisində heç kimin olmadığından istifadə edərək, mağazaya daxil olub, orada olan dolabın siyirməsindən 700 (yeddi yüz) manat pulu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs11 700 (yeddi yüz) manat məbləqğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 20 noyabr 2020-ci il tarixdə, saat 10:40 radələrində Sumqayıt şəhəri, “Əşya Bazarı” ərazisində yerləşən, Zərərçəkmiş şəxs12 icarəyə götürüb işlətdiyi «Honkong» mağazasının içərisində heç kimin olmadığından istifadə edərək, mağazaya daxil olub orada olan dolabın üzərindəki kitabın arasından 800 (səkkiz yüz) manat pulu gizli yolla talayaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs12 400 (dörd yüz) manat, X8 400 (dörd üz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 30 dekabr 2020-ci il tarixdə, saat 09:40 radələrində, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yolun kənarında yerləşən Zərərçəkmiş şəxs14 icarəyə işlətdiyi telefon alqı-satqısı mağazasının içərisində heç kimin olmadığından istifadə edərək, mağazaya daxil olub, orada olan masanın siyirməsindən milli valyuta ilə 17000 (on yeddi min) manat ekvivalentində 10000 (on min) ABŞ dolları və 5500 (beş min beş yüz) manat pulu gizli yolla talayıb, Zərərçəkmiş şəxs14 ümumilikdə 22500 (iyirmi iki min beş yüz) manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 24 yanvar 2021-ci il tarixdə saat 10:31-də Sumqayıt şəhəri 39-cu məhəllə, Bakı küçəsi 126 ünvanında yerləşən Zərərçəkmiş şəxs15 məxsus “Orion” avtoservisin ehtiyyat hissələri dükanının açıq olmasından istifadə edib içəri daxil olaraq iş masasının siyirməsindən 845 (səkkiz yüz qırx beş) manat pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs15 845 (səkkiz yüz qırx beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 07 fevral 2021-ci il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri 39-cu məhəllə, Bakı küçəsi 126 ünvanında yerləşən Zərərçəkmiş şəxs15 məxsus “Orion” avtoservisin ehtiyyat hissələri dükanının plastik qapısını özü ilə gətirdiyi vintaçanla sıxıb açma yolu dükana qanunsuz daxil olub orada olan iş masasının üzərində olan dəmir qabdan 74 (yetmiş dörd) manat və masanın siyirməsindən 1100 (min yüz) manat pulu götürüb servisdən qaçıb getmək istəyərkən, orada gözətçi işləyən Zərərçəkmiş şəxs16 servisin həyətində onun qarşısına çıxıb ondan servisdə nə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirib və götürdüyü həmin əmlakı əldə saxlamaq üçün Zərərçəkmiş şəxs16 itələyib yerə yıxaraq sol saidin arxa səthinin qançırından ibarət sağlamlığına zərərvurmayan xəsarət yetirərib sonuncuya zor tətbiq etməklə ümumilikdə, Zərərçəkmiş şəxs15 1174 (min yüz yetmiş dörd) manat pulunu açıq talayaraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ona pul lazım olduğu üçün, 2018-ci ilin yay mövsümü başlayanda, nəzarətsiz olan obyektlərdən pul oğurlamaq qərarına gəlmiş, Sumqayıt şəhəri ərazisində bir neçə oğurluq etdiyinə görə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində barəmdə cinayət işi olmuş və 2018-ci ilin avqust ayının ortalarında Sumqayıt şəhər Məhkəməsində 300 (üç yüz) manat cərimə edilmişdir. Bundan sonra, 2020-ci ilin yay aylarında o Sumqayıt şəhərində bir neçə oğurluq etdiyinə görə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində yenədə barəsində cinayət işi olmuş, iş Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və hal-hazırda məhkəmə istintaqı davam edir. Bunlara baxmayaraq, ona pul lazım olduğundan, 2020-ci ilin avqust ayından başlayaraq, 2020-ci ilin fevral ayına qədər olan müddət ərzindədə barəsində Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsində cinayət işi olmasına baxmayaraq yenə bir neçə mağazalardan və obyektlərdən oğurluq etmişdir. Belə ki, 19 avqust 2020-ci il tarixdə, saat 14:00 radələrində, o Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospektində köməkçi yolun kənarı ilə piyada gəzə-gəzə gedən zaman yolun kənarında yerləşən «Tahiroğlu» mebel mağazasının içində heç kimin olmadığını, qarşısında, çöl tərəfində isə mağazanın işçisinin başının qarışıq olduğunu görmüş və həmin mağazadan pul oğurlamaq qərarına gəlmişdir. Həmin vaxt o gizlincə «Tahiroğlu» mağazasına açıq olan qapısından daxil olaraq, mağazanın ofis otağını axtarmağa başlamış və mağazanın birinci mərtəbəsində ofis otağını görmədiyi üçün, mağazanın ikinci mərtəbəsinə qalxıb, orada yerləşən ofis otağını tapmışdır. O mağazanın ofis otağında olan masanın birinci siyirtməsini açmaq istəyərkən, siyirtmə açıq olmadığından, onu dartıb sındırmışdır. Siyirtmənin içərisində pul olduğunu görərək, həmin pulların bir qismini götürmüş, lakin, həmin vaxt pilləkənlərlə kiminsə qalxdığını eşidərək, pullarının hamısını götürə bilməmiş və qaçıb, çölə çıxaraq, oradan uzaqlaşmışdır. «Tahiroğlu» mebel mağazasından oğurladığı pulları sayıb, onların 950 (doqquz yüz əlli) manat təşkil etdiyini bilmiş və həmin pulları özündə saxlamışdır ki, 21 avqust 2020-ci il tarixdə məhkəmədəki işi ilə bağlı zərərçəkmişlərə ödəniş etsin. Lakin, 21 avqust 2020-ci il tarixdə, gecə saatlarında o Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən «Karvan» Ticarət Mərkəzinin yanında saxlanılaraq, bölməyə gətirilmiş və «Tahiroğlu» mebel mağazasından oğurluq etdiyini etiraf etmişdir. Lakin, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində o, qorxusundan «Tahiroğlu» mebel mağazasından 950 (doqquz yüz əlli) manat yox, 360 (üç yüz altmış) manat pul oğurladığımı bildirmiş və belə də izahat vermişdir. Bundan sonra, 05 sentyabr 2020-ci il tarixdə, saat 17:40 radələrində, Sumqayıt şəhəri, Koroğlu prospekti, Betonzavod ərazisi ilə yolun kənarı ilə gedən zaman orada olan "xxxx" şirkətinə məxsus avtomobil ehtiyyat hissələri mağazasının içində heç kimin olmadığını görüb, həmin mağazadan oğurluq etmək qərarına gəlmiş və mağazaya açıq olan qapısından daxil olmuşdur. O mağazanın içində olan piştaxtanın alt hissəsinə qoyulmuş kitabçaya (alver dəftərinə) nəzər yetirdikdə, onun arasında pul əskinazlarının olduğunu görərək, həmin pulları götürmüş və mağazanı tərk edib, oradan getmişdir. Sonra, "xxxx" mağazasından oğurladığı pulları sayaraq, onların 1200 (bir min iki yüz) manat pul təşkil etdiyini bilmişdir. Oğurladığı həmin 1200 (bir min iki yüz) manat pulun 180 (yüz səksən) manatını tanıdığı Şahid1 vermişdir, çünki, həmin vaxt Rövşən ona 100 – 200 (yüz – iki yüz) manat pul lazım olduğunu bildirmişdi. Oğurladığı pulun yerdə qalan hissəsini isə özünə paltar almış və tanış uşaqlarla yeyib-içməyə xərcləmişdir. Bundan sonra, 13 sentyabr 2020-ci il tarixdə, saat 13:00 radələrində, o Sumqayıt şəhəri, 39-cu məhəllə ərazisində, Koroğlu prospektinin köməkçi yolunun kənarında oturacaqda oturub, tum çırtlayan zaman orada yerləşən təmir-tikinti anbarının 2 nəfər işçisinin öz aralarında danışaraq, birinin o birisinə, anbarın arxa qapısını bağladığını, qabaq qapısını açıq saxladığını, anbarın mühasibat otağındakı dolabın siyirtməsinin içində əmanət olduğunu dediyini eşitmiş və o da həmin anbarın mühasibat otağındakı dolabın siyirtməsinin içindən həmin pulları oğurlamaq fikiri yaranmışdır. Təmir-tikinti anbarının həmin 2 nəfər işçilərindən biri ağ rəngli «Ford» markalı avtomobilə oturub, harasa getdi digəri isə anbarın içərisinə keçmişdir. Birinci anbarın mühasibat otağı olduğu üçün və mühasibat otağı çöldə olduğu üçün, nəzarətsiz qalmış və o mühasibat otağının açıq qapısından içərisinə daxil olmuşdur. O anbarın mühasibat otağındakı dolabın siyirtməsini açmaq istədikdə, siyirtmə açıq olmadığından, onu dartıb sındırmışdır. Siyirtmənin içərisində 100 manatlıq əskinazlarla çox pul olduğunu görərək, həmin pulların hamısını götürüb, anbarın mühasibat otağından çölə çıxmış və oradan uzaqlaşmışdır. Sonra, oğurladığı həmin pulları sayaraq, onların 4000 (dörd min) manat təşkil etdiyini bilmişdir. Sonradan, təmir-tikinti anbarının mühasibat otağından oğurladığım həmin 4000 (dörd min) manat pulun bir hissəsini öz ehtiyaclarına xərcləmiş, digər hissəsini isə onunla təxminən eyni yaşda olan, lakin, telefon nömrələrini və anket məlumatlarını bilmədiyi tanış uşaqlarla, Faiq, Elvin və İsmayılla birlikdə Quba rayonunda yeyib-içməyə xərcləmişdir. Həmin oğurluqdan təxminən 15 – 20 gün sonra, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları yaşadığı evə gələrək, Sumqayıt şəhəri, 39-cu məhəllə ərazisində yerləşən təmir-tikinti anbarının mühasibat otağından oğurluq edib-etmədiyini soruşduqda, o da onların bu barədə məlumatı olduğunu başa düşüb, hər şeyi olduğu kimi etiraf edərək, Sumqayıt şəhəri, 39-cu məhəllə ərazisində yerləşən təmir-tikinti anbarının mühasibat otağından həqiqətəndə 4000 (dörd min) manat pul oğurladığımı bildirmişdir. Sonradan bilmişdir ki, oğurluq etdiyi yerdə quraşdırılmış kameranın görüntüsünə düşmüşdür. Bundan sonra, 19 sentyabr 2020-ci il tarixdə, gecə saat 00:30 radələrində təxminən mənimlə eyni yaşda olan tanışı İsmayılla birlikdə Sumqayıt şəhəri, Sülh prospekti, 30-cu məhəllə ərazisində gəzişərkən, 11/1 nömrəli yaşayış binasının birinci mərtəbəsində olan «Zeytun-22» aptekinin alüminiumdan olan giriş qapısının üzərində adi kilid olduğunu görüb, pulu olmadığı üçün, həmin aptekdən pul oğurlamaq qərarına gəlmiş və İsmayılı aparıb, Sumqayıt şəhəri, 3-cü mikrorayondakı yaşadığı evə yola salaraq, oradan öz yaşadığım evə keçib, evdən vintaçan (otvertka) götürərək, saat 01:20 radələrində Sumqayıt şəhəri, Sülh prospekti, 30-cu məhəllə ərazisində, 11/1 nömrəli yaşayış binasının birinci mərtəbəsində yerləşən «Zeytun-22» apteki olan yerə qayıtmışdır. O ətrafda heç kimin olmadığına əmin olandan sonra, özü ilə götürdüyü vitaçanla aptekin alüminiumdan olan giriş qapısını sıxıb açaraq, içəri daxil olmuş və aptekin içərisini nəzərindən keçirərək, aptekin giriş qapısının sol tərəfində siyirtməli piştaxtanı görüb, ora pul qoyulduğunu ehtimal etmişdir. O həmin piştaxtanın üst siyirtməsini çəkib açaraq, siyirtmənin içində müxtəlif əskinazlarla pul olduğunu görüb, həmin pulları götürərək, aptekdən çıxmış və həmin yerdən uzaqlaşaraq, yaşadığı evə tərəf getmişdir. Həmin gecə, yəni, 19 sentyabr 2020-ci il tarixdə, saat 02:40 radələrində, evinə getdiyim zaman o Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 22/57 nömrəli yaşayış binasının birinci mərtəbəsində olan "xxxx" lombardın alüminium qapısının üzərində adi kilid olduğunu görüb, həmin lombarddanda pul oğurlamaq qərarına gəlmişdir. O ətrafda heç kimin olmadığına əmin olandan sonra, lombardın plastikdən olan giriş qapısının çöl hissəsində videkamera quraşdırıldığını görüb, üzü videoçəkilişə düşməsin diyə kameranın istiqamətini əli ilə dəyişmiş və özündə olan vitaçanla lombardın giriş qapısını sıxıb açaraq, içəri daxil olmuşdur. Sonra, lombardın içərisini nəzərindən keçirərək, lombardın giriş qapısı ilə üzbəüz taxtadan olan siyirtməli dolaba oxşar masanı görüb, ora pul qoyulduğunu ehtimal etmiş və həmin dolabın sol hissəsindəki siyirtməni çəkib açaraq, siyirtmənin içində bir ədəd 100 manatlıq və iki ədəd 20 manatlıq əskinazları görüb, həmin pulları götürərək, lombarddan çıxmış və həmin yerdən uzaqlaşaraq, yaşadığı evə getmişdir. Evdə «Zeytun-22» aptekindən oğurladığı pulları sayaraq, həmin pulların 525 (beş yüz iyirmi beş) manat pul təşkil etdiyini və "xxxx" lombarddan oğurladığım pullarla birlikdə həmin gecə oğurladığı pulların ümumi məbləqinin 665 (altı yüz altmış beş) manat təşkil etdiyini bilmişdir. Həmin gecənin səhərisi isə oğurladığı 665 (altı yüz altmış beş) manat pulu öz tələbatlarına xərcləmişdir. Bundan sonra, 24 sentyabr 2020-ci il tarixdə, saat 14:00 radələrində, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində gəzişdiyi zaman, «Səda Store» marketin yaxınlığında yerləşən «Batabat» inşaat materialları mağazasının işçisinin çöldə sement satdığını, mağazanın şüşəsindən isə, içində heç kimin olmadığını görüb, həmin mağazadan pul oğurlamaq qərarına gəlmişdir. O həmin inşaat materialları mağazasına, qapısı açıq olduğundan, müştəri qismində daxil olaraq, mağazanın ortasında olan pul kassasına yaxınlaşmış və kassanın gözü açıq olduğu üçün, orada 100 manatlaq və 50 manatlıq əskinazlarla olan pulları götürüb, mağazadan çölə çıxmış və həmin yerdən uzaqlaşmışdır. Bundan sonra, «Batabat» inşaat materialları mağazasından oğurladığı pulları sayaraq, oğurladığı məbləqin 1200 (bir min iki yüz) manat pul təşkil etdiyini bilmiş və həmin gün oğurladığı həmin 1200 (bir min iki yüz) manat pulu özünə paltar almağa və digər ehtiyaclarına xərcləmişdir. Bundan sonra, 05 oktyabr 2020-ci il tarixdə, saat 11:30 radələrində o Sumqayıt şəhəri, Koroğlu prospektinin yolun kənarı ilə Betonzavod ərazisində gəzişərkən, pulu olmadığından, pul oğurlamağa yer axtarmış və həmin zaman həmin ərazidə yerləşən «Original» avtoservislə üzbəüz olan kafenin içində heç kimin olmadığını görərək, həmin kafedən pul oğurlamaq qərarına gəlmişdir. O həmin kafeyə, qapısı açıq oludundan, daxil olaraq, kafenin mətbəx kimi istifadə olunan hissəsinə keçmişdir. Orada olan piştaxtanın arxasına keçərək, piştaxtanın arxa hissəsində pul axtarmağa başlamış və orada pul tapmadığı üçün, piştaxtanın üstündəki taxtadan olan dolaba gözü çarpmışdır. Həmin dolabın üzərində bağlı qıfıl olduğu üçün, o piştaxtanın siyirtməsinin içindən tapdığı vintaçanla (otvertka) həmin qıfılın bərkidildiyi dəmir künclüyün şruplarını açaraq, dolabın balaca qapısını açmış və dolabın içərisində mavi rəngli plastik qutu görmüşdür. Həmin qutunun ağzını açaraq, içərisində üç ədəd 100 manatlıq, iki ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq və bir ədəd 5 manatlıq əskinazlardan ibarət 425 (dörd yüz iyirmi beş) manat pul və balaca sellofanın içində bir neçə qızıl-zinət əşyalarının olduğunu görüb, ümumilikdə 425 (dörd yüz iyirmi beş) manat pulu və balaca sellofanı, içində olan qızıl-zinət əşyaları ilə birlikdə götürüb, çölə çıxmış və həmin yerdən uzaqlaşmışdır. Kafedən oğurladığı 425 (dörd yüz iyirmi beş) manat pulu həmin gün öz tələbatlarına və yeməyə xərcləmiş, oğurladığı qızıl-zinət əşyalarını – 01 ədəd boyunbağını, üzərində kulonla birlikdə, 01 ədəd qolbağı və 01 ədəd qızıl üzüyü isə yaşadığı evə apararaq, özünə məxsus çantasının içinə qoymuşdur ki, anası görməsin və sonra onları kiməsə satıb, pul əldə edər. Lakin, bundan bir neçə gün sonra, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları yaşadığı evə, yəni, yataqxanaya gələrək, Sumqayıt şəhəri, Koroğlu prospektinin yolun kənarında, Betonzavod ərazisində yerləşən kafedən oğurluq edib-etmədiyini soruşduqda, o onların bu barədə məlumatı olduğunu başa düşüb, hər şeyi olduğu kimi etiraf edərək, həqiqətəndə Sumqayıt şəhəri, Koroğlu prospektinin yolun kənarıda, Betonzavod ərazisində yerləşən kafedən 425 (dörd yüz iyirmi beş) manat pul və qızıl-zinət əşyalarını oğurladığını bildirmişdir. Bundan başqa, o təkrarən oğurluq etmək məqsədi ilə 11 oktyabr 2020-ci il tarixdə, saat 16:00 radələrində «Azərşop» ərzaq mağazasına müştəri qismində daxil olaraq, satıcının diqqətinin yayındığından istifadə edib, vitrinin arxasına keçib, orada olan 1500 manat pulu oğurlamışdır. Daha sonra o 01 ədəd günəbəxan yağı və 01 qutu siqaret alıb oradan çıxıb getmişdir. Oğurladığı pulu özünə sərf etmişdir. Bundan əlavə, o 15 oktyabr 2020-ci il tarixdə, saat 08:55 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon, «Dörd Qardaş» şadlıq sarayının yaxınlığında yerləşən «Tocoil» yanacaq doldurma məntəqəsinin ofisində heç kimin olmadığından istifadə edərək, həmin ofisə daxil olub, orada olan masanın siyirtməsindən 2598 manat pulu oğurlamışdır. Həmin puldan təxminən 500 manatını şəxsi tələbatına sərf etmişdir. İlkin izahatımda o məsuliyyətdən qorxduğu üçün yalandan 2598 manat deyil, 2500 manat pul oğurladığımı göstərmişdir. Daha sonra polis əməkdaşları tərəifndən saxlanıldığından həmin 2500 manat pulu polislərə təqdim etmişdir. Bundan başqa, o 18 oktyabr 2020-ci il tarixdə, saat 08:45 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən «Səba» gündəlik tələbatlar malları mağazasının yanından keçərkən bir nəfər şəxsin maşının qarşısında avtomaşın yuduğunu, mağazada heç kimin olmadığını həmin şəxsin də fikrinin yayındığını görüb mağazanın içərisində heç kimin olmadığından istifadə edərək, mağazaya daxil olub, orada olan piştaxtanın arxasındakı dolabın siyirtməsindən 2200 manat pulu oğurlamışdır. Həmin pulu özünə sərf etmişdir. Bundan başqa, o yenidən oğurluq etmək məqsədi ilə 08.11.2020-ci il tarixdə saat 13:10 radələrində Sumqayıt şəhəri Betonzavod ərazisində yerləşən avtomobillərin ehtiyyat hissəslərinin satış mağazasına içəridə heç kim olmamasından istfiadə edərək içəriyə daxil olub, şkafın siyitrməsində olan 700 manat pulu görütürüb oğurlayaraq çıxıb oradan uzaqlaşıb getmişdir. Həmin pulu da özünə sərf etmişdir. Bundan başqa, o təkrarən oğurluq etmək məqsədi ilə 20.11.2020-ci il tarixdə saat 10:40 radələrində Sumqayıt şəhəri «Əşya bazarı» ərazisində yerləşən «Honkonq» mağazasına müştəri qismində daxil olaraq, içəridə olan işçilərin başının qarışmasından istifadə edərək mağazada dolabın üzərindəki kitabın arasında olan 800 manat pulu oğurlayaraq, mağazadan çıxıb getmişdir. Həmin pulu özünə sərf etmişdir. Bundan başqa, 30.12.2020-ci il tarixdə təxminən saat 09:40 radələrində o Sumqayıt şəhəri 36-cı məhəllə 3-cü mikrorayondan keçirmiş, 3-cü mikrorayonda yerləşən adını sonradan bildiyi Zərərçəkmiş şəxs14 valyuta dəyişmə məntəqəsinin qarşısından keçərkən obyektin qapısının açıq olduğunu görmüşdür. Həmin obyektdə eyni zamanda telefon aksesuarlarının satışı ilə də məşğul olurlar. O obyektdə heç kəsin olmadığını görüb həmin obyektə girib pulu oğurlamaq qərarına gəlmişdir. O obyektə girib içəridə olan stolun siyirməsini dartıb açmış, siyirmədə olan bir bağlama dollar və 100-50 manatlıq əskinazlarla olan pulları götürüb cibinə qoymuşdur. O obyektdən çıxanda Zərərçəkmiş şəxs14la obyektdə rastlaşmış, o, ondan dükanda nə etdiyini soruşmuş, o da ona telefonuna kobura almaq istədiyini, gedib telefonunu götürüb gəlməyini deyib obyektdən çıxandan sonra 2-ci mikrorayon istiqamətində qaçıb getmişdir. O Sumqayıt şəhəri 2-ci mikrorayonda yerləşən binalarının birinin blokunda oğurladığı pulları saymış və oğurladığı pulların məbləğinin 9000 ABŞ dolları və 2900 manat pul olduğunu görmüşdür. O həmin pulu üzərində gəzdirirmişdir ki, anası evdə pulu tapmasın. 30.12.2020-ci il tarixdə təxminən saat 13 radələrində o Sumqayıt şəhəri 9-cu mikrorayonda yaşayan dostu Vasifin yanına getmişdir. O, özünə məxsus VAZ 2107 markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmışdır. O da ona avtomobili almaq istədiyini demişdir. O onunla razılaşıb 4000 ABŞ dollarına avtomobili ondan almışdır. O ona pulu oğurladığını deməmiş, ona verdiyi 4000 ABŞ dolları pulu oğurluq olduğunu bilməmişdir. O ondan avtomobili götürüb demişdir ki, bir nəfər böyük adam tapıb avtomobili həmin şəxsin adına keçirəcək. Vasif onun yetkinlik yaşına çatmayan şəxs olduğunu bilmiş, elə bu səbəbdən avtomobilin sənədlərinin onun özündə saxlamasını demişdir. O avtomobili alandan sonra Sumqayıt şəhəri Betonzavod ərazisinə dostlarının yanına gedərək avtomobili orada dayanacağa qoymuşdur. O 9000 ABŞ dollarından qalıq qalan 5000 ABŞ dolları məbləğində pulu üzərində saxlamış, qalan 2900 manat pulu isə xərcləmişdir. 01.01.2021-ci il tarixdə Rövşən adlı tanışı ona zəng edib demişdir ki, onu polis axtarır. Ondan nə baş verdiyini soruşub, o da ona etdiyi oğurluq barədə demiş və peşman olub pulu geri qaytarmaq istədiyini bildirmişdir. Rövşən də ona demişdir ki, gedək pulun sahibi ilə görüşək, avtomobili və qalan pulu sahibinə qaytaraq ki, şikayət etməsin. O da 01.01.2021-ci il tarixdə 19 radələrində Rövşənlə Sumqayıt şəhəri Betonzavod ərazisində görüşmüşlər və birlikdə Əli Cəfərovun yanına getmişlər. Onlar Nərimanov adına klubun yanında ona 5000 ABŞ dolları və 4000 ABŞ dollarına aldığı VAZ 2107 markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili vermişdir. Zərərçəkmiş şəxs14 da ondan şikayət etməyəcəyini demişdir. 03.01.2021-ci il tarixdə təxminən saat 16 radələrində Zərərçəkmiş şəxs14 onun nömrəsinə zəng edərək onun öz işlədiyi yerə çağırmış, o da onun işlədiyi yerə getmiş, Əli də onu saxlayaraq polisləri çağırmış və polis əməkdaşları gəlib onu bölməyə aparmışlar. O da polis bölməsində hər şeyi olduğu kimi demişdir. Lakin o Zərərçəkmiş şəxs14 əsəbi olduğu üçün bölmədə verdiyi izahatımda ona 5000 ABŞ dollarından əlavə də 2700 manat pul da verdiyini yalandan demişdir. Bundan başqa o, 24 yanvar 2021-ci il tarixdə təxminən saat 12-13 radələrində Sumqayıt şəhəri 39-cu məhəllədə yerləşən “Orion” avtomobil servisinin həyətinə getmişdir. Həmin servisdə ehtiyyat hissələri dükanı da var. O həmin dükanın qarşısında dayanmış və dükanda heç kəsin olmamasını görüb oradan oğurluq etmək qərarına gəlmiş və dükanın içərisinə girib dükanda olan balaca şkafın siyirməsindən bir koma pul götürüb dükandan qaçıb getmişdir. O qaçıb gedəndən sonra həmin pulları sayıb görmüşdür ki, dükandan 300 manat pul oğurlamışdır. O həmin pulları öz tələbatına xərcləmişdir. Bundan sonra 07.02.2021-ci il tarixdə onun pulu olmadığı üçün yenə “Orion” avtoservisindən oğurluq etmək qərarına gəlmiş və təxminən saat 20 radələrində o həmin avtoservisin qarşısına gəlmişdir. O bilirdi ki, həmin avoservis axşam saat 18 radələrində iş fəaliyyətini dayandırıb obyekti bağlayır. O obyektə yaxınlaşıb görmüşdür ki, obyektin giriş qapısının yanında olan gözətçi otağında bir nəfər kişi var. Bu səbəbdən o hasardan keçib servisin həyətinə keçmiş, o gözətçi otağının qarşısından əyilib keçmişdir ki, gözətçi onu görməsin. O gözətçi otağını keçəndən sonra ehtiyyat hissələri dükanının giriş qapısına yaxınlaşmışdır. O öncədən üzərində qapını açmaq üçün otvyorka götürmüşdür. O otvyorka ilə qapını sıxıb açmış və ehtiyyat hissələri dükanına girmişdir. O yenə əvvəl oğurluq etdiyi siyirmədən təxminən 130 manat, masanın üzərində olan dəmir qabın içərisindən isə 70 manat pul oğurlayıb dükandan çıxmışdır. O dükandan çıxanda baxıb görmüşdür ki, gözətçi çöldə pişiyə yemək verir, o da həmin fürsətdən istifadə edib qaçıb getmişdir. O oğurladığı 200 manat pulu da öz tələbatına xərcləmişdir. Zərərçəkmiş şəxs14 obyektindən oğurluq əməlini tək etmiş, heç kəslə əlbir olmamışdır. Zərərçəkmiş şəxs14 ifadəsində obyektindən 10000 ABŞ dolları və 5500 manat məbləğində nağd pul oğurlaması barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, onun obyektindən 9000 ABŞ dolları və 2900 manat məbləğində pul oğurlamış, hamısını ona qaytarmış, cəmi 200 manat pul özünə xərcləmişdir. “Orion” servisdə gözətçi işləyən Zərərçəkmiş şəxs16 ifadəsində pişiklərə yemək verib geri gözətçi otağına qayıdarkən, otağın arxasından onun qarşısına çıxması, onu itələyib yerə yıxıb qaçıb getməsi barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, onu itələməmiş, ümumiyyətlə onunla oğurluq etdikdən sonra rastlaşmamışdır. Cinayət işinə əlavə olunmuş videogörüntüdə19 sentyabr 2020-ci il tarixdə, saat 02:40 radələrində, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 22/57 nömrəli yaşayış binasının birinci mərtəbəsində olan "xxxx" lombarda oğurluq etmək üçün girən vaxt onun arxasınca bir nəfər naməlum şəxsin gəlib ətrafa nəzarət etməsi barədə bildirmişdir ki, həmin videogörüntü ilə tanış olmuşdur. Həmin şəxsi tanımamış, lombarda tək girib oğurluq etmiş, heç kəslə əlbir olmamış, yəqin həmin şəxs yoldan keçənlərdən biri olmuşdur.Sözügedən bütün oğurluqları özü tək etmiş, onları etməkdə ona heç kim köməklik etməmiş, həmin oğurluqlardan başqa cinayət törətməmiş və heç bir yerdən heç nə oğurlamamışdır. Həmin oğurluqları da ona pul lazım olduğundan törətmişdir.Hazırda törətdiyi əməldən peşmandır. Cəza təyin olunarkən nəzərə alınmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun Sumqayıt şəhəri 12-ci mikrorayon, Koroğlu prospektində köməkçi yolun kənarında yerləşən “Tahiroğlu” mebel mağazası var. Həmin mağazanı gündəlik olaraq saat 10 radələrində açıb saat 19-20 radələrində bağlayırlar. Mağazada tez-tez əmisi oğlu X2 da olur. 19.08.2020-ci il tarixdə təxminən saat 14 radələrində əmimoğlu Rahib mağazanın çölündə ola vaxt adını sonradan bildiyi Təqsirləndirilən şəxs mağazada heç kəsin olmadığını görüb mağazanın digər girişindən içəri daxil olub, mağazanın ikinci mərtəbəsinə qalxıb, ikinci mərtəbədə olan ofis otağına girib və otaqda olan masanın birinci siyirməsini dartıb sındıraraq siyirmədən ümumilikdə 2730 manat pulu oğurlayıb çıxıb getmişdir. Təqsirləndirilən şəxs mağazaya daxil olub oğurluq etməsinin videogörüntüsü də var, həmin videogörüntünü də təhqiqat zamanı təqdim etmişdir. Təqsirləndirilən şəxs “Tahiroğlu” mebel mağazasında 2730 manat məbləğində puldan başqa hər hansı bir əmlakını oğurlamamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 Mahir oğlu ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Koroğlu prospekti, «Əşya Bazarı»-nın yaxınlığında yerləşən "xxxx" MMC-nə məxsus avtomobil ehtiyat hissələri mağazasını icarəyə götürüb işlədir və mağazanın dövriyyəsində olan pullar ona məxsusdur. İşlətdiyi avtomobil ehtiyat hissələri mağazasının bir girişi vardır, həmin girişi açılıb-bağlanan dəmir caluzdan ibarətdir və caluzun qıfılının açarı onun özündə olur, çünki, mağazada alqı-satqınıda özü edir. 05 sentyabr 2020-ci il tarixdə, saat 15:15 radələrində o Sumqayıt şəhəri, Koroğlu prospekti, «Əşya Bazarı»-nın yaxınlığında yerləşən "xxxx" MMC-nə məxsus icarəyə götürüb işlətdiyi avtomobil ehtiyat hissələri mağazasının girişində dəmirdən olan caluzini açıq vəziyyətdə saxlayıb, özünə məxsus «Opel Vektra» markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilimdə bir müştəriyə avtomobili üçün bəzi ehtiyat hissələri aparıb, saat 16:00 radələrində yenidən mağazaya qayıtmışdır. Mağazaya qayıtdıqda, o mağazanın içində müştərilərə xidmət etmiş, hərdəndə çölə çıxıb, yenədə mağazaya qayıtmışdır. Təxminən saat 17:40 radələrində ona pul lazım olduğu üçün, mağazadakı piştaxtanın üzərindəki hesabat kitabçasının arasına qoyduğu 1200 (bir min iki yüz) manat pulu götürmək istəyərkən, həmin 1200 (bir min iki yüz) manat pulun kitabçanın arasında qoyduğu yerdə olmadığını görmüş və o da mağazadan oğurluq baş verdiyindən şübhə yaranmışdır. Ona görə də, o mağazanın çölündə və içərisində quraşdırılmış kamera görüntülərinə baxaraq, mağazadakı piştaxtanın üzərindəki hesabat kitabçasının arasından, ora qoyduğu özünə məxsus 1200 (bir min iki yüz) manat pulu azyaşlı uşağın oğurladığını bilmişdir. Kamera görüntülərində açıq-aydın görünmüşdür ki, 05 sentyabr 2020-ci il tarixdə, saat 15:31-də, 15–16 yaşlı oğlan uşağı mağazanın qapısının açıq olduğundan və mağazada heç kimin olmadığından istifadə edərək, mağazaya sərbəst daxil olub, içərisini axtarmış və mağazadakı piştaxtanın üzərindəki hesabat kitabçasını açıb, arasından ora qoyduğu 1200 (bir min iki yüz) manat pulu görüb, götürərək, saat 15:35-də mağadan çıxıb getmişdir. Görüntülərə baxandan sonra, o özünə məxsus ***-***-**-** SİM nömrəli mobil telefonundan DİN-nin «102» xidmətinə zəng edərək, mağazasından 1300 (bir min üç yüz) manat pulun oğurlandığı barədə məlumat vermiş və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları işlətdiyi mağazaya gələrək, hadisə yerini müayinə etmişlər. Belə ki, DİN-nin «102» xidmətinə zəng edərkən, o mağazasındakı piştaxtanın üzərindəki hesabat kitabçasının arasına 1300 (bir min üç yüz) manat pul qoyduğunu bilmiş, sonradan isə, alver etdiyi məbləqi hesablayıb, kitabçanın arasına 1200 (bir min iki yüz) manat pul qoyduğunu və həmin 1200 (bir min iki yüz) manat pulun oğurlandığını bilmişdir. Həmçinin, o polis əməkdaşlarına kamera görüntülərini göstərmiş, onlar, həmin görüntülərə baxaraq, mağazadakı piştaxtanın üzərindəki hesabat kitabçasının arasından ona məxsus 1200 (bir min iki yüz) manat pulu oğurlayan azyaşlı uşağı tanıyaraq, onun adının Hüseyn olduğunu bildirmişdir. 05 sentyabr 2020-ci il tarixdə, saat 15:31-dən, saat 15:35-ə qədər olan müddət ərzində, Sumqayıt şəhəri, Koroğlu prospekti, «Əşya Bazarı»-nın yaxınlığında yerləşən "xxxx" MMC-nə məxsus icarəyə götürüb işlətdiyi avtomobil ehtiyat hissələri mağazasından ona məxsus 1200 (bir min iki yüz) manat puldan başqa heç nə oğurlanmamışdır.Həmçinin zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın ödənilmədiyini bildirərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o «Ximekspress 2000» tikinti şirkətinin Sumqayıt şəhəri, 39-cu məhəllə ərazisində yerləşən təmir-tikinti materiallarının qəbul məntəqəsində anbardar vəzifəsində işləyir. Anbardar vəzifəsində işlədiyi, Sumqayıt şəhəri, 39-cu məhəllə ərazisində yerləşən təmir-tikinti materiallarının qəbul məntəqəsinin mühasibat otağının iki giriş qapısı vardır, çox vaxt özü, mühasibat otağının qabağındakı əsas qapısını özündə olan «VAZ» açarı ilə bağlayıb, yan tərəfindəki köməkçi qapısını açıq saxlayır və özü ilə işçilər yan qapıdan istifadə edirlər. 13 sentyabr 2020-ci il tarixdə, saat 12:45 radələrində o anbardar vəzifəsində işlədiyi, Sumqayıt şəhəri, 39-cu məhəllə ərazisində yerləşən təmir-tikinti materiallarının qəbul məntəqəsinin mühasibat otağının qabağındakı əsas dəmirdən olan qapısını özündə olan «VAZ» açarı ilə bağlayıb, yan tərəfindəki plastik köməkçi qapısını isə örtüb, lakin, açarla bağlamayaraq, öz işiinn dalınca getmişdir. Həmin gün həftənin bazar günü olduğu üçün, ondan başqa işdə yalnız anbarın sürücüsü vəzifəsində işləyən Şahid3 olmuş və o, İlqara, anbarı tapşıraraq, özü çıxıb getmişdir. Lakin anbarın mühasibat otağına girməyə ondan başqa heç kimin icazəsi yoxdur və bütün işçilər buna riayət edirlər. Ona görə də, həmin gün, yəni, 13 sentyabr 2020-ci il tarixdə, saat 13:06 radələrində, anbarın mühasibat otağındakı sənədlər üçün nəzərdə tutulan dolabın balaca açarla bağlı olan siyirtməsindən ona məxsus 4000 (dörd min) manat pulun oğurlandığını o həmin gün bilməmişdir. Belə ki, 14 sentyabr 2020-ci il tarixdə, saat 09:00 radələrində, o anbarın mühasibat otağının qabaq hissəsindəki dəmirdən olan giriş qapısını özündə olan «VAZ» açarı ilə açıb, içəriyə daxil olaraq, özünə məxsus 4000 (dörd min) manat pulu qoyduğu sənədlər üçün nəzərdə tutulan dolabın siyirtməsinin kilidinin sındırıldığını və açıq vəziyyətdə olduğunu görmüşdür. O dolabın siyirtməsinin içərisinə baxdıqda, ora qoyduğu 4000 (dörd min) manat pulun yerində olmadığını və oğurlandığını aşkar etmişdir. O həmişə anbarın mühasibat otağındakı dolabın siyirtməsinin içərisində özünə məxsus müxtəlif məbləqlərdə pullar saxladığı üçün və həmişə pullar yerində olduğu üçün, anbarın işçilərindən heç bir şübhəsi yaranmamışdır və o mühasibat otağında quraşdırılmış kamera görüntülərinə baxaraq, dolabın siyirtməsinin içərisindən ona məxsus 4000 (dörd min) manat pulu azyaşlı uşağın oğurladığını bilmişdir. Kamera görüntülərində açıq-aydın görünmüşdür ki, 13 sentyabr 2020-ci il tarixdə, saat 13:06 radələrində, 15 – 16 yaşlı oğlan uşağı anbarda sürücü vəzifəsində işləyən İlqarın, həmin vaxt orada olmadığından istifadə edərək, anbarın mühasibat otağının yan tərəfdəki örtülü, lakin, bağlı oqlmayan köməkçi otağından içəriyə daxil olaraq, sənədlər üçün nəzərdə tutulmuş dolabın balaca açarla bağlanmış siyirtməsini dartıb sındıraraq, oradan 4000 (dörd min) manat pulu götürüb, mühasibat otağının əsas dəmirdən olan qapısının cəftəsini açıb, oradan çıxıb getmişdir. Görüntülərə baxandan sonra, o özünə məxsus ya ***-***-**-** NAR, ya da, ***-***-**-** SİM nömrəli mobil telefonumdan DİN-nin «102» xidmətinə zəng edərək, anbarın mühasibat otağından ona məxsus 4000 (dörd min) manat pulun oğurlandığı barədə məlumat vermiş və Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları işlədiyim anbara gələrək, hadisə yerini müayinə etmşlər. Həmçinin, o polis əməkdaşlarına kamera görüntülərini göstərmiş, onlar, həmin görüntülərə baxaraq, anbarın mühasibat otağındakı dolabın siyirtməsinin içindən ona məxsus 4000 (dörd min) manat pulu oğurlayan azyaşlı uşağı tanıyaraq, onun adının Hüseyn olduğunu bildirmişlər. Sonradan isə o, anbarın sürücüsü vəzifəsində işləyən İlqardan bilmişdlir ki, həmin oğurluq hadisəsi baş verən zaman o, anbarın arxa hissəsində olan sexinə keçmişdir.13 sentyabr 2020-ci il tarixdə, saat 13:06 radələrində, anbardar vəzifəsində işlədiyi, Sumqayıt şəhəri, 39-cu məhəllə ərazisində yerləşən təmir-tikinti materiallarının qəbul məntəqəsinin mühasibat otağından ona məxsus 4000 (dörd min) manat puldan başqa heç nə oğurlanmamışdır.Həmçinin Zərərçəkmiş şəxs2 ona dəymiş maddi ziyanın ödənilmədiyini bildirərək təqsirləndirilən şəxsdən şikayətçi olmasına dair ərizəni məhkəməyə təqdim etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Asif oğlu ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 39-cu məhəllə ərazisində yerləşən təmir-tikinti materiallarının qəbul məntəqəsinin mühasibat otağının iki giriş qapısı vardır. 13 sentyabr 2020-ci il tarixdə, saat 12:45 radələrində Zərərçəkmiş şəxs2 işlədiyimiz Sumqayıt şəhərəi 39-cu məhəllə ərazisində yerləşən təmir-tikinti materiallarının qəbul məntəqsinin mühasibat otağının qabağında əsas dəmirdən olan qapısını özündə olan “VAZ” açarı ilə bağlayıb, yan tərəfindən plastik köməkçi qapısını isə örtüb, lakin açarla bağlamayaraq öz işinin dalınca getmişdir. Həmin gün həftəinin bazar günü olduğu üçün biz yalnız ikimiz işdə olmuşdur və Qalib mənə anbarı tapşıraraq özü çıxıb getmişdir. Lakin qeyd etmək istəyirəm ki, anbarın mühasibat otağına girməyə Qalibdən başqa heçkimin icazəsi yoxdur və bütün işçilər, eyni zamanda mən özümdə buna riayət edirik. Ona görə həmin gün 13 sentyabr 2020-ci il tarixdə, saat 13:06 radələrində anbarın mühasibat otağındakı sənədlər üçün nəzərdə tutulan dolabın balaca açarla bağlı olan siyirməsindən Qalibə məxsus 4000(dörd min) manat pulun oğurlandığını nə mən nə də Qalib həmin gün bilməmişik. Belə ki, 14 sentyabr 2020-ci il tarixdə, saat 09:00 radələrində işə gələrkən Qalib anbarın mühasibat otağının abaq hissəsindəki dəmirdən olan giriş qapısını özündə olan “VAZ” açarı ilə açıb, içəriyə daxil olaraq özünə məxsus 4000(dörd min) manar pulu qoyduğu sənədlər üçün nəzərdə tutulan dolabın siyirtməsinin klidinin sındırıldığını və açıq vəziyyətdə olduğunu, 4000(dörd) manat pulu oğurladığını görmüş və mənə bu barədə demişdir. Biz mühasibat otağında quraşdırılmış kamera görüntülərində açıq-aydın görünürdü ki, 13 sentyabr 2020ci il tarixdə, saat 13:06 radələrində, 15-16 yaşlı oğlan uşağı mənim, həmin vaxt anbarın arxasında yerləşən sexi iş görmək üçün, 15-20 dəqiqəlik keçdiiymdən istifadə edərək, anbarın mühasibat otağının yan tərəfindəki örtülü, lakin bağlı olmayan köməkçi otağından içəriyə daxil olaraq sənədlər üçün nəzərdə tutulmuş dolabın balaca açarla bağlanmış siyirtməsini dartıb sındıraraq, oradan 4000( dörd min) manat pulu götürüb, mühasibat otağının əsas dəmirdən olan qapısının cəftəsini açıb, oradan çıxıb gedir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Sülh prospekti, 30-cu məhəllə ərazisində, 11/1 nömrəli yaşayış binasının birinci mərtəbəsində yerləşən «Zeytun 22» aptekini icarəyə götürüb işlədir və aptekin dövriyyəsində olan pullar ona məxsusdur. X12 aptekdə satıcı kimi fəaliyyət göstərir. icarəyə götürüb işlətdiyi «Zeytun 22» aptekinin alüminiumdan olan giriş qapısının kilidinin «VAZ» açarı onda və satıcı Vəfa Rzayevada olur və hər səhər saat 08:00 radələrində apteki açıb, işlədərək, gecə, saat 00:00 radələrində apteki bağlayıb, evə getmişlər, «karonovirus» pandemiyası başlayandan isə apteki axşam saat 20:30 radələrində bağlayıb gedirlər. 19 sentyabr 2020-ci il tarixdə, saat 08:00 radələrində o yaşadığı evdə olan zaman işlətdiyi «Zeytun 22» aptekində satıcı işləyən X12 aptekdə işlətdikləri ***-***-**-** NAR nömrəli mobil telefondan onun istifadəsində olan ***-***-**-** NAR nömrəli mobil telefonuna zəng edərək, aptekə gələrkən, aptekin qapısının açıq vəziyyətdə olduğunu və aptekin kassasından pul oğurlandığını gördüyünü bildirmişdir. O dərhal evdən çıxıb, özünə məxsus «Mersedes Bens B» markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək, işlətdiyi «Zeytun 22» aptekinə gəlmiş və yolda mobil telefonumdan DİN-nin «102» xidmətinə zəng edərək, işlətdiyi aptekdən oğurluq baş verdiyi barədə məlumat vermişdir. Aptekə gələn kimi o aptekin kassasına baxıb, oradan 525 (beş yüz iyirmi beş) manat pul oğurlandığını görmüş və aptekin çölündə, giriş qapısının yuxarısında və aptekin içində olan kameralardakı görüntülərə baxmışdır. Kameralardakı görüntülərdə görmüşdür ki, 19 sentyabr 2020-ci il tarixdə, saat 01:20 radələrində, təxminən 15 – 16 yaşlı azyaşlı oğlan aptekin alüminiumdan olan qapısını əlindəki alətlə sıxıb açaraq, içəriyə daxil olur və aptekin kassasına yaxınlaşıb, kassanın siyirtməsini çəkib açaraq, oradan pul əskinazlarını götürüb, 5 – 10 saniyə nə isə axtararaq, aptekin qapısndan çıxıb gedir və qapını açıq qoyur. O satıcı Vəfa xanımla birlikdə bir gün əvvəl alver etdikləri pulları hesablayaraq, aptekin kassasından 525 (beş yüz iyirmi beş) manat pulun oğurlandığını müəyyən etmişlər. Həmin vaxt Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarıda işlətdiyi «Zeytun 22» aptekinə gələrək, hadisə yerini müayinə etmişlər. Həmçinin, o polis əməkdaşlarına kamera görüntülərini göstərmiş, onlar, həmin görüntülərə baxaraq, aptekin kassasından ona məxsus 525 (beş yüz iyirmi beş) manat pulu oğurlayan azyaşlı uşağı tanıyaraq, onun adının Hüseyn olduğunu bildirmişlər və o kamera görüntülərini diskə köçürərək, diski bölmənin əməkdaşlarına təqdim etmişdir. 19 sentyabr 2020-ci il tarixdə, saat 01:20 radələrində, Sumqayıt şəhəri, Sülh prospekti, 30cu məhəllə ərazisində, 11/1 nömrəli yaşayış binasının birinci mərtəbəsində yerləşən icarəyə götürüb işlətdiyi «Zeytun 22» aptekindən 525 (beş yüz iyirmi beş) manat puldan başqa heç nə oğurlanmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş X12 da Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar ifadə vermişdir.Həmçinin Zərərçəkmiş şəxs4 ona dəymiş maddi ziyan ödənilməsə də ona dəymiş maddi ziyanı tələb etmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirərək bununla bağlı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 01.10.2019-cu ild tarixdən hal-hazıradək Sumqayıt şəhəri 2-ci mikrorayon, 22/57 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən "xxxx" MMC kredit təşkilatının lombardında filial müdiri vəzifəsində işləyir. 19.09.2020-ci il tarixdə işlədiyi lombarda gəldiyi zaman lombardın giriş qapısının açıq olduğunu, loibardın işçisi Şahid5 ilə içəriyə keçdikdə isə lombardda pul saxladığımız taxta dolabın syirtməsinin də açıq olduğunu görüb, bir gün əvvəl ora qoyduğum 140 manat pulun yerində olmadığını oğurlandığını aşkar etmişlər. Bundan sonra DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məluma vermişdir. Lombardın içərisinə və həyətinə quraşdırılmış videokamelara baxdıqda müəyyən etmişdir ki, 19.09.2020-ci il tarixdə saat 02:40 radədərində iki nəfər şəxs lombardın giriş qapısına yaxınlaşırlar, onlardan biri qapını açaraq içəriyə keçmiş, digəri isə kənarda müşahidə aparmışdır. Lakin həmin şəxsin oğurluq edən şəxslə əlbir olub olmaması dəqiq aydın deyil, kənardan keçən şəxs də ola bilər.Həmçinin Zərərçəkmiş şəxs5 ona dəymiş ziyan ödənilməsə də təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirərək bununla bağlı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 Kəmaləddin qızı ifadəsində göstərdi ki, 01.10,2019-cu il tarixdən hal-hazıradək Sumqayıt şəhəri, 2-ci mkr, ev 22/57 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən "xxxx" MMC kredit təşkilatının lombardında xəzinadar işləyirəm 19.09.2020-ci il tarixdə, saat 09 radələrində işlədiyim lombarda gəldiyim zaman lombardın giriş qapısının açıq oludğunu, lombard müdiri Zərərçəkmiş şəxs5 da yanımda idi, biz içəriyə keçdikdə lombardda pul saxladığımız taxta dolabın siyirtməsinin açıq olduğunu görüb, bir gün əvvəl ora qoyduğumuz 140 manat pulun yerində olmadığını oğurlandığını aşkar etdik. Bundan sonra Azər Din 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdim. Lombardın içərisinə və həyətinə quraşdırılmış video kameralara baxdıqda müəyyən etdim ki, 19.09.2020-ci il tarixdə, saat 02:40 radələrində iki nəfər şəxs lombardın giriş qqapısına yaxınlaşırlar, onlardan biri qapını açaraq içəriyə keçir, digəri isə kənarda müşahidə aaprır. Lakin həmin şəxsin oğurluq edən şəxslə əlbir olub olmaması dəqiq aydın deyil, kənardan keçən şəxsdə ola bilər. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 24.09.2020-ci il tarixdə saat 14 radələrində bir nəfər şəxs onun işlətdiyi Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən “Batabat” inşaat materialları mağazasına daxil olaraq, mağazada olan satıcının başının qarışıq olmasından istifadə edərək kassaya tərəf keçərək oradan olan ona məxsus 1200 manat pulu oğurlayaraq mağazadan çıxıb getmişdir. Hadisə barədə Dİn-in 102 xidmətinə məlumat vermişdir.Həmçinin Zərərçəkmiş şəxs6 ona dəymiş maddi ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək bununla bağlı ərizəsini Məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, təxminən 8 ildir ki, Sumqayıt şəhəri Əşya Bazarı “Original” avtoservis ilə üzbəüz yerləşən kafeni işlədir. 05.10.2020-ci il tarixdə işlədiyi kafeyə gələn zaman özünə məxsus qızılları və 425 manat nağd pulu piştaxtanın üst dolabında olan plastik qutuların içərisinə qoyub qıfılla kilidləmişdir. Saat 11:40 radələrindən 12 radələrinədək olan müddət ərzində o yaxınlıqda olan servisə çay aparıb qayıdan zaman qıfılın sınmış olduğun və içərisində olan 425 manat pulun qızıl-zinət əşyaların yerində olmadığını oğurlandığını aşkar etmişdir. Bu səbəbdən Dİn-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1925 manat ziyan vurulmuşdur.Həmçinin Zərərçəkmiş şəxs7 ona dəymiş maddi ziyanın 425 manatının ödənilmədiyini və bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi, həmçinin bununla bağlı ərizəsini Məhkəməyə təqdim etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən “Azərşop” mağazasını icarəyə göütürb işlədir. 11.10.2020-ci il tarixdə həmin mağazada satıcı işləyən Şahid6 onunla əlaqə saxlayaraq müştəri qismində mağazaya daxil olan bir nəfər şəxsin vitrin arxasına keçərək satışdan ələd edilmiş 1500 manat pulu oğurladığını bildirmişdir. Daha sonrra özüdə gəlib müşahidə kameralarına baxdıqda müəyyən etmişdir ki, həmin gün saat 16:00-da bir nəfər 15-16 yaşlarında şəxs “Azərşop” ərzaq mağazasına daxil olub əyilib gizlənərək vitrinin arxasına keçir və qutuduan pulları götürüb vitrinin arxasından çıxdıqdan sonra satıcıya pul ödəyərək 01 paket günəbaxan tumu və 01 qutu siqaret alıb mağazanı tərk edir. Bu səbəbədn DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir.Həmçinin Zərərçəkmiş şəxs9 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək buna baxmayaraq təqsirləndirilən şəxsdən şikayətçi olmadığı bildirərək bununla bağlı ərizəsini Məhkəməyə təqdim etdi. Məhkəmədə şahid qismində difadə vermiş Şahid6 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 18-ci mkr ərazisində yerləşən “Azərşop” mağazasında satıcı işləyirəm . Həmin mağazanı Zərərçəkmiş şəxs9 icarə götürüb işlədir. 11.10.2020-ci il tarixdə, saat 16:10 radələrində bir nəfər onun ilişdiyi dükana daxil olaraq 01 manat ödəyərək 01 ədəd siqaret və 01 ədəd günəbaxan tumu alıb çıxıb getdi. Ondan sonra başqa bir tanımadığım müştəri dükana gələrək 100 manat verib 1 qutu siqaret aldı, mən onun pulu xırdalamaq üçün vitrinin arxasına keçib müştəriyə xırdasını qaytarmaq istəyərkən pulları yığdığım qutunun boş olduğunu və malların satışından yığılan 1500 manat pulun yerində olmadığını oğurlandığını aşkar etdim. Bu zaman mən başa düşdüm ki, bitr az əvvəl dükana gedən 15-20 yaşlı müştəri mənim diqqətimin yayınmasından istifadə edərək vitrin arxasına keçib 1500 manat pulu oğurlanmışdır. Beə ki, həmin müştəri mağazaya daxil olanda mən mağazanın giriş qapısı ilə üzbə-üz olan vitrini bəzi malları yığırdım. Mən arxaya çevrilib həmin müştərini görəndə o su soyuducusunun yanında idi, tez mənə yaxınlaşaraq 01 ədəd siqaret və 01 ədəd günəbaxan tumu aldı. Daha sonra mən hadis barədə zəng edib Afiqə dedim, Afiqə dedim, Afiqdə bir neçə dəqiqədən sonra dükana gəldi. O mağazaya gəlib müşahidə kameralarına baxdıqda müəyyən etdi ki, həmin gün saatb16:00-da bir nəfər 15-16 yaşlarında şəxs “Azərşop” ərzaq mağazasına daxil olub əyilib gizlənəərk vitrinin arxasına keçir və qutudan pulları götürüb vitrinin arxasından çıxdıqdan sonra satıcıya pul ödəyəərk 01 paket günəbaxan tumu və 01 qutu siqaret alıb mağazanı tərk edir. Bu səbəbdən Afiq DİN 102 xidmətinə zəng edəərk hadisə barədə məlumat verdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, «Dörd Qardaş» şadlıq sarayının yaxınlığında yerləşən «Tocoil» yanacaq doldurma məntəqəsinin icraçı direktoru vəzifəsində işləyir, «Tocoil» yanacaq doldurma məntəqəsini özü işlədir, belə ki, yanacaq doldurma məntəqəsinin dövriyyəsində olan pul vəsaiti özünündür və lazım olanda, Azərbaycan Beynəlxalq Bankındanda kreditə müxtəlif məbləqlərdə pul götürür. 15 oktyabr 2020-ci il tarixdə, saat 08:50 radələrində, «Tocoil» yanacaq doldurma məntəqəsinə gəlməmiş, həmin zaman yanacaq doldurma məntəqəsində operator X13 olmuş, alverdən 2714 (iki min yeddi yüz on dörd) manat pul yığılmış və Qalib həmin məbləqi yanacaq doldurma məntəqəsinin ofisindəki masanın siyirtməsinə yığmışdır ki, o gələndə, ona versin. Həmin gün o yanacaq doldurma məntəqəsinə işə saat 09:10 radələrində gəlmiş və Qalib ona alverdən 2714 (iki min yeddi yüz on dörd) manat pul yığıldığını bildirmişdir. Onlar ofisə keçib, masanın siyirtməsini açdıqda, orada cəmi 116 (yüz on altı) manat pul olduğunu görüb, yerdə qalan 2598 (iki min beş yüz doxsan səkkiz) manat pulun oğurlandığını başa düşmüşlər. Ona görə də, yanacaq doldurma məntəqəsində quraşdırılmış kamera görüntülərinə baxdıq və görmüşlər ki, saat 08:52-də tanımadıqları qırmızı rəngli caketdə olan təxminən 15-16 yaşlı cavan oğlan Qalibin, müştərilərə başı qarışdığından istifadə edərək, gizlincə ofisə daxil olub, masanın siyirtməsini dartıb açaraq, oradan pulları götürüb gedir. Bundan sonra, Qalib, istifadəsində olan ***-***-**-** CİN nömrəli mobil telefonu ilə DİN-nin «102» xidmətinə zəng edərək, yanacaq doldurma məntəqəsinin ofisindən oğurluq baş verdiyini bildirmiş və Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları işlədikləri «Tocoil» yanacaq doldurma məntəqəsinə gələrək, hadisə yerini müayinə etmişlər. Bundan sonra, «Tocoil» yanacaq doldurma məntəqəsini o işlətdiyi üçün, özü bölməyə ərizə ilə müraciət etmiş və izahat vermişdir. 15 oktyabr 2020-ci il tarixdə, saat 08:52-də, icraçı direktoru olduğu, Sumqayıt şəhəri, 6-cı mikrorayon, «Dörd Qardaş» şadlıq sarayının yaxınlığında yerləşən «Tocoil» yanacaq doldurma məntəqəsindən 2598 (iki min beş yüz doxsan səkkiz) manat puldan başqa heç nə oğurlanmamışdır.Zərərçəkmiş şəxs8 ona dəymiş maddi ziyanın 598 manatının ödənilmədiyini və bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək bununla bağlı ərizəsini Məhkəməyə təqdim etdi. Məhkəmədə şahid qismində ifadə vermiş X6 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 34-cü məhəllədə yerləşən “Səba” gündəlik tələbat malları mağazasında anam ilə birlikdə çalışıram. Mən 18.10.2020-ci il tarixdə saat 07:30 radələrində yaşadığımız ünvandan çıxıb iş yerinə getdim. Kassada 2200 manat pul var idi. Həmin gün saat 10:30 radələrində mən anama zəng edərək bir neç ədəqiqəlik mağazanın qarşısına çıxdığım zaman naməlum şəxsin mağazaya açıq olan giriş qapısından daxil olduğunu və mağazadan piştaxtanın arxasında yerləşən taxta dolabın siyirtməsində saxladığım 2200 manat pulun oğurlandığını bildirdim. Daha sonra anamda mağazya gəldi və hadisə barədə mən DİN-in 102 xidmətinə hadisə barədə məlumat verdim. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş X3 ifadəsində göstərdi ki, təxminən 6 ildir ki, sumqayıt şəhəri 34-cü məhəllədə yerləşən “Səba” gündəlik tələbat malları mağazasında oğlu Şahid2 İsrfail oğlu ilə birlikdə çalışır. Oğlu Şahid2 18.10.2020-ci il tarixdə saat 07:30 radələrində yaşadıqları ünvandan çıxıb iş yerinə getmişdir. Hər zaman o hər iş vaxtı bitdiyinə görə evə gətirdikdəoi kassa aparatını, xırda qəpik pulları və şhabelə 3 gün ərzində etdikləri satışın pulu olan 2200 manat pulu vermişdir. Həmin gün saat 10:30 radələrində oğlu Azər ona zəng edərək bir neç ədəqiqəlik mağazanın qarşısına çıxdığı zaman naməlum şəxsin mağazaya açıq olan giriş qapısından daxil olduğunu və mağazadan piştaxtanın arxasında yerləşən taxta dolabın siyirtməsində saxladığı 2200 manat pulun oğurlandığını bildirmişdir. Daha sonra özü də mağazya gəlmiş və hadisə barədə oğlu Azər DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermişdir.Zərərçəkmiş şəxs10 ona dəymişq maddi ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək bununla bağlı ərizəsini Məhkəməyə təqdim etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, 2011-ci ildən hal-hazıradək Sumqayıt şəhəri Betonzavod ərazisində yerləşən avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olan mağazada işləyir. Həmin mağazanı saat 09 radələrində açaraq, saat 19 radələrində bağlamışdır. 08.11.2020-ci il tarixdə saat 13:10 radələrində mağazanı açıq qoyaraq yaxınlıqda olan sexə gedib qayıtdıqdan sonra mağazanın içərisində olan şkafın syirtməsinə baxdıqda içərisində özünə məxsus 700 manat pulun olmadığını oğurlandığını aşkar etmişdir. Həmçinin Zərərçəkmiş şəxs11 ona dəymiş maddi ziyanın yarsının ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirərək bununla bağlı ərizəsini Məhkəməyə təqdim etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərdi ki, 20.11.2020-ci itl tarixdə saat 10:30 radələrindən 10:50 radələrinədək olan müddət ərzində işlədiyi Sumqayıt şəhəri Əşya bazarı ərazisində yerləşən “Honkonq” mağazasına bir nəfər 15-16 yaşında oğlanın müştəri qismində daxil olaraq dolabın üzərindəki kitabın arasında saxladıqları 800 manat pulu oğurlamışdır. Həmin pulun 400 manatı özünə, digər 400 manat isə mağazada onunla şərikinə işləyən X9 məxus olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona 400 manat ziyan vurulmuşdur. Həmçinin Zərərçəkmiş şəxs12 ona dəymiş maddi ziyanın ödənildiyini bildirərək təqsirləndirilən şəxsdən şikayətçi olmamasına dair ərizəni də Məhkəməyə təqdim etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş X15 ifadəsində göstərdi ki, 20.11.2020-ci itl tarixdə saat 10:30 radələrindən 10:50 radələrinədək olan müddət ərzində işlədiyi Sumqayıt şəhəri Əşya bazarı ərazisində yerləşən “Honkonq” mağazasına bir nəfər 15-16 yaşında oğlanın müştəri qismində daxil olaraq dolabın üzərindəki kitabın arasında saxladıqları 800 manat pulu oğurlamışdır. Həmin pulun 400 manatı özünə, digər 400 manat isə mağazada onunla şərikinə işləyən Zərərçəkmiş şəxs12luna məxus olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona 400 manat ziyan vurulmuşdur.Zərərçəkmiş şəxs Nəzərov Elbrus ona dəymiş maddi ziyanın ödənildiyini və bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirərək bununla bağlı ərizəsini Məhkəməyə təqdim etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 3-cü mikrorayon ərazisində icarəyə dükan işlədir. Həmin dükanda telefon-alqı satqısı ilə məşğul olur. Eyni zamanda maşın alveri ilə də məşğul olur. 30.12.2020-ci il tarixdə təxminən saat 09:30 radələrində o, Sumqayıt şəhəri, Sülh küçəsi, 3-cü mikrorayon ərazisində yerləşən dükanını açmışdır. O maşın almaq üçün də evdən çıxanda üstündə 10000 ABŞ dolları və 5500 manat nağd pul götürmüşdür. O dükana gələndə həmin pulu masanın açarla bağlanan siyərməsinə qoyub açarla da siyirməni bağlamışdır. O 5-10 dəqiqə dükanda oturub, iş olmadığı üçün dükandan çölə çıxmışdır. Bir neçə dəqiqə çöldə qaldıqdan sonra dükana girəndə görmüşdür ki, dükanda bir nəfər 15-16 yaşlı oğlan uşağı var. Ondan nə istədiyini soruşduqda, həmin oğlan ondaq telefon aksesuarı istəmiş, o da onda telefon aksesuarı olduğunu demişdir. Həmin oğlan isə ona gedib telefonu götürüb gələcəyini demiş və dükandan çıxıb qaçıb getmişdir. O dükanda olan masaya yaxınlaşmış və masının açarla bağlanan siyirməsinin açıq olduğunu görmüş, siyirməyə baxıb görmüşdür ki, ora qoyduğu 10000 ABŞ dolları və 5500 manat nağd pul oğurlanıbdır. Həmin pulu dükana girən uşağın oğurlamasından şübhələnmişdir. Bu barədə oğluna zəng edib demişdir. Daha sonra isə oğlu onun yanına gəlmişdir və oğurluq olduğunu görüb DİN-nin 102 xidmətinə zəng edib pul oğurlandığını demişdir. 5-10 dəqiqə keçdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər, hadisə yerini müayinə etmiqşlər. O polis əməkdaşlarına uşağın əlamətləri barədə demiş, polis əməkdaşları da həmin uşağın Təqsirləndirilən şəxs ola biləcəyini demişlər. 01.01.2021-ci il tarixdə adını sonradan bildiyi Rövşən adlı şəxs onun mobil nömrəsinə zəng eləyib oğurluq edən şəxsin onun pulunu qaytarmaq istədiyini, Nərimanov dairəsinin yanında gəlməsini orada görüşmələrini demişdir. O da tanışı Vasif Geyziyevlə birlikdə həmin ünvana getmişlər və Rövşənin Təqsirləndirilən şəxs və tanımadıqları bir nəfər uşaqla olduğunu görmüşlər. Təqsirləndirilən şəxs ona ilkin olaraq demişdir ki, dükandan 9000 ABŞ dolları və 2000 manat pul oğurlayıbdır. O da ona orada olan şəxslərin yanında ona dükanından 10000 ABŞ dolları və 5500 manat pul oğlurladığını demişdir. Hüseyn də oğurladığı manatın məbləğini qaldıraraq 2900 manat oğurladığını etiraf etmişdir. Hüseyn həmin vaxt demişdir ki, oğurladığı puldan 5000 ABŞ dollarını saxlayıb, 4000 ABŞ dollara isə 2011-ci il istehsalı VAZ 21074 markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili tanışı Vasifdən alıbdır. Daha sonra isə həmin avtomobil üçün 100 ABŞ dolları və 50 manat pul verdiyini də demişdir. Həmin vaxt Hüseyn orada ona 5000 ABŞ dolları və Vasifdən aldığı avtomobili ona vermişdir. Hazırda həmin avtomobil və avtomobilin qeydiyyat şəhadətnaməsi ondadır. Hüseyn ondan xahiş etmişdir ki, şikayət etməsin, ərizəni geri götürsün, ona borclu olduğu qalan pulu da hissə-hissə verəcək. O da onunla razılaşmayıb oğurladığı pulları geri qaytarmasını demişdir. Sabahısı gün o Rövşənə zəng edib Hüseyni götürüb onun işlədiyi yerə gətirməsini demişdir. O ondan pulunu qaytarıb qaytarmayacağını soruşmaq istəmişdir. Hüseyn də onun dükanına gəlmiş, Hüseyn onun dükanında olanda polis əməkdaşları gəlib onu tutub aparmışlar.Zərərçəkmiş şəxs14 ona dəymiş maddi ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 39-cu məhəllə Bakı küçəsi 126 ünvanında yerləşən “Orion” servis ona məxsusdur. Həmin servisdə o, 2006-cı ildən işləyir. Həmin servisin içərisində avtomobil ehtiyyat hissələri dükanı da var. 07.02.2021-ci il tarixdə təxminən saat 20:30 radələrində oğlu Sədi Hüseynov ona zəng edərək servisdən oğurluq olduğunu demişdir. O da təxminən saat 22-23 radələrində servisə gəlmişdir. Servisə gəlib ehtiyyat hissələri dükanına girib görmüşdür ki, dükanda olan iş stolunun üzərindən və siyərməsindən ümumilikdə 1174 manat pul oğurlanmışdır. O servisdə olanda gözətçi işləyən Zərərçəkmiş şəxs16 ona demişdir ki, təxminən saat 20:00 radələrində bir nəfər təxminən 18 yaşlı, əynində uzun kurtkası olan cavan oğlan ehtiyyat hissələri dükanın plastik qapısını özü ilə gətirdiyi otvyorka ilə aralayıb açıb dükandan pul oğurlayıb qaçmaq istəyərkən o, həmin oğlanın qarşısına çıxıb, ona dayanmasını deyib, lakin həmin oğlan onu itələyib yerə yıxaraq qaçıb getmişdir. O bunu biləndən sonra kamera görüntüsünə baxmış və görmüşdür ki, həqiqətən də bir nəfər uzun kurtkada olan oğlan atvyorka ilə ehtiyyat hissələri dükanının qapısını açıb dükana girmişdir. Dükana girən şəxs otvyorkanı da dükanın içərisində masanın üzərində qoyub getmişdir. O da hamıya heç nəyə əl vurmamalarını demiş və her şeyi olduğu kimi saxlamış və ərizə ilə aidiyyəti üzrə Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə müraciət etmişdir. 24 yanvar 2021-ci il tarixdə də ona məxsus servisin ehtiyyat hissələri dükanından ümumilikdə 845 manat pul da həmin uzun kurtkalı şəxs tərəfdindən oğurlanmışdır. Belə ki, 24 yanvar 2021-ci il tarixdə onun dükanından 845 manat pul əskik gəlmişdir. O da həmin vaxt kamera görüntüsünə baxıb görmüşdür ki, həmin uzun kurtkalı oğlan dükanda heç kəsin olmadığı vaxt dükana girir və bir müddət sonra dükandan çıxıb gedir. O işlərinin çoxluğundan həmin vaxt polisə şikayət edə bilməmişdir. Həmin videogörüntünü o həmin vaxt telefonuna çəkmişdir. Bölmədə olarkən sonradan bilmişdir ki, onun ehtiyyat hissələri dükanından oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Hər iki oğurluq hadisəsi nəticəsində Təqsirləndirilən şəxs ehtiyyat hissələri dükanından ancaq pul oğurlamış, başqa əmlakını oğurlamamışdır. Vintaçanı hadisədən sonra hara qoyulduğunu bilmədiyi üçün onu istintaqa təqdim edə bilməmişdir.Həmçinin zərərçəkmiş şəxs ona dəymiş maddi ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs16 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2019-cu ildən Sumqayıt şəhəri 39-cu məhəllə Bakı küçəsi 126 ünvanında yerləşən “Orion” servisdə gözətçi işləyir. Həmin servisin içərisində avtomobil ehtiyyat hissələri dükanı da var. 07.02.2021-ci il tarixdə saat 20:00 radələrində o servisin girişində olan nəzarət otağında olmuşdur. Çöldən pişik səsi eşidib nəzarət otağından çölə çıxmışdır. Pişiklərə yemək verən vaxt qəflətən nəzarət otağının arxasından servisdən bir nəfər təxminən 18 yaşlı, əynində uzun kurtakası olan cavan oğlanın çıxdığını görüb ondan kim olduğunu soruşanda həmin şəxs onu itələyib yerə yıxmış, o da arxası üstə yerə yerə yıxılmış, həmin şəxs qaçıb getmişdir. O arxası üstə yerə yıxılanda sol qolunun üstünə düşdüyü üçün sol qolundan xəsarət almışdır. O durub onun arxasınca çıxanda, həmin şəxs artıq qaçıb getmişdir. O tez servisə girib görmüşdür ki, ehtiyyat hissələri dükanın plastik qapısı açıqdır. O bu barədə servisin müdiri Hafizin oğluna demiş, sonra Hafizlə oğlu təxminən saat 22-23 radələrində servisə gəlmişlər. Onlar kamera görüntüsünə baxıb görmüşlər ki, həqiqətən də bir nəfər uzun kurtkada olan oğlan atvyorka ilə ehtiyyat hissələri dükanının qapısını açıb dükana girib və dükanda olan 1174 manat pulu oğurlamışdır. Dükana girən şəxs otvyorkanı da dükanın içərisində masanın üzərində qoyub getmişdir. Sonra Hafiz ərizə ilə aidiyyəti üzrə Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə müraciət etmişdir. Bundan başqa 24 yanvar 2021-ci il tarixdə də servisin ehtiyyat hissələri dükanından ümumilikdə 845 manat pul da həmin uzun kurtkalı şəxs tərəfdindən oğurlanmışdır. Belə ki, 24 yanvar 2021-ci il tarixdə dükandan 845 manat pul əskik gəlmişdir. Hafiz də həmin vaxt kamera görüntüsünə baxıb görmüşdür ki, həmin uzun kurtkalı oğlan dükanda heç kəsin olmadığı vaxt dükana girir və bir müddət sonra dükandan çıxıb gedir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs16 eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxsin onu itələməddiyini, onun üzərinə doğru gələn zaman arxaya hərəkət edən zaman yerə yıxıldığını, lakin qolunda dəqiq olaraq hər hansı bir xəsarət olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin tibbi eksperti Faiq Məmmədov Zərərçəkmiş şəxs16 məhkəmə tibbi ekspertizası zamanı ekspert qarşısında qərarda qoyulmuş suallara cavab verildiyini, zərərçəkmiş şəxsin qol nahiyyəsində aşkar edilmiş xəsarətin bərk küt əşyanın təsirindən törəndiyini, müddətinin müayinədən 5-7 gün əvvəl olmaqla 07 fevral 2021-ci il tarixinə uyğun gəldiyini, özü özünə yetirilməsinin inkar edildiyini, şəxsin məhkəmə tibb müayinəsi zamanı tanımadığı bir nəfər şəxsin mağazadan oğurluq etdiyini və daha sonra onu itələyərək qaçdığını və bunun da nəticəsində yıxılaraq xəsarət aldığını deməsini göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Tural Əhmədli, Zərərçəkmiş şəxs16 istintaq zamanı ifadə verərkən Təqsirləndirilən şəxs onun mühafiəzə etdiyi obyektdən çıxarkən gördüyünü, oğurluq etdiyini anlayaraq onu tutmaq istərkən Hüseynin onun itələyərək yıxdığını və bu zamanı xəsarət aldığını bildirdiyini və bunu təqsirləndirilən şəxs Nurəliyev Hüsyenlə üzləşdirmə istintaq hərəkəti zamanı onun üzünə qarşı dediyini, hətta üzləşmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxsin qanuni nümayəndəsi olan anası tərəfindən Zərərçəkmiş şəxs16 xitabən «yekə kişisən, Hüseyn səni nə zaman itələyib yıxıb» dediyini göstərmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan olunmuş Şahid4 ifadəsindən görünür ki, göstərdi ki, özünə məxsus VAZ 21074 markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilimlə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, onunla münasibəti normal olmuş, heç bir ədavət-düşmənçiliyikləri olmamışdır. Onunla aralarında müştəri münasibətləri olmuşdur. Belə ki, Hüseyni dəfələrlə müxtəlif yerlərə taksi kimi aparmışdır. VAZ 21074 markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuş, o həmin avtomobili baş etibarnamə ilə idarə etmişdir. Onun borcu olduğu üçün 2020-ci ilin dekabr ayında avtomobilini satmaq qərarına gəlmiş və bu barədə ətrafı bilmişdir. 30.12.2020-ci il tarixdə təxminən saat 11 radələrində Hüseyn ona zəng edərək onu taksi kimi çağırmış və ona demişdir ki, onların yaşadıqları ünvana gəlsin, o da həmin ünvana getmişdir. Hüseyn ona demişdir ki, gedək biraz fırlanaq benzini tökəcək. O da onunla razılaşmış, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində avtomobilə 5 manat dəyərində benzin vurdurmuş və onlar Sumqayıt şəhərində gəzməyə başlamışlar. O, avtomobildə olarkən ondan avtomobili satmasını soruşmuş, o da avtomobili 7500 manata TURBO.AZ saytına elana qoyduğunu demişdir. Hüseyn də ondan avtomobili ona ucuz sata biləcəyini soruşmuşdur. O da ona qiymətində endirim edə biləcəyini demişdir. Hüseyn ona Sumqayıt şəhəri Naxalstroy deyilən əraziyə getməyini dediyi üçün onu həmin ünvana aparmışdır. Hüseyn avtomobildən düşüb Tovuz kafe tərəfə getmiş, ona gözləməyini demişdir. O isə avtomobildən düşüb onu gözləmişdir. Hüseyn təxminən 10-15 dəqiqə sonra onun yanına adını sonradan bildiyi Elnur adlı şəxslə gəlmişdir. Hüseyn ona demişdir ki, onun 40 dənə 100 ABŞ dolları, yəni 4000 ABŞ dollar pulu var. Ondan avtomobili həmin qiymətə ona satmasını istəmişdir. O da onunla razılaşmışdır. Ondan pulu hardan əldə etdiyini soruşmuş, Hüseyn də ona pulu evdən gətirdiyini demişdir. O onun yetkinlik yaşına çatmadığını bilmişdir. Bu səbəbdən avtomobilin sənədləşməsini hansı formada olacağını soruşmuş, Hüseyn də ondan 3 gün vaxt istəyib, avtomobili ya anasının ya da ki, dayısının adına keçirəcəyini, avtomobili sürməyəcəyini, öz həyətlərində saxlayacağını demişdir. O da Hüseynə inanmış və 4000 ABŞ dolları pulu ondan götürüb avtomobili heç bir sənədsiz ona vermişdir. O ondan pulu götürüb gedəndə isə o, əlavə ona 50 manat pul vermiş, o da pulu götürüb evə getmişdir. O 4000 ABŞ dolları evə gəlib anasına vermiş və avtomobilini satdığımı demişdir. Anası da avtomobilin pulunu özündə saxlamışdır. Həmin gün axşam Hüseynin Elnur adlı tanışı ona zəng edib ona satdığı avtomobilin pulunun oğurluq olduğunu və Hüseynin avtomobili vurub Sumqayıt şəhəri Əşya Bazarı adlanan ərazidə olan avtomobil dayanacağına qoyduğunu demişdir. O da evdən çıxıb həmin dayanacağa getmiş və avtomobili oradan götürüb öz yaşadığı həyətə gətirmişdir. 31.12.2020-ci il tarixdə Hüseynlə onun dostlarını Corat qəsəbəsində Abidənin dairəsindən götürmüş və Sumqayıt şəhəri ASAN xidmətin yanına gətirmişdir. O Hüseynə demişdir ki, anası və ya hansısa böyüyü gəlmədən ona nə avtomobili nə də ki, pulu verməyəcək. Hüseyn də ona demişdir ki, o anasını razı salacaq, avtomobili ona versin, avtomobili aparıb məhləyə qoyacacak ki, anası avtomobili görsün. O, onun yanımda “Whatsapp” proqramı ilə anası ilə danışıb anasını razı salmışdır ki, oğurladığı pulun qalığını gizlətdiyi yerdən götürüb avtomobillə birlikdə oğurluq etdiyi şəxsə təhvil verəcək. Anası da onunla razılaşmış, o da avtomobili Hüseynə vermişdir. O Hüseynlə “Whatsapp” proqramı ilə danışanda ona yalandan demişdir ki, avtomobili zaloq qoyub pul götürübdür, ona lazımdır. Bu səbəbdən Hüseyn ondan avtomobili geri götürəndə o, ona 100 ABŞ dolları pul da vermişdir. O ondan 100 ABŞ dolları pulu götürmüşdür, Hüseyn də avtomobili götürüb çıxıb getmişdir. O sonradan bilmişdir ki, Hüseyn pul oğurladığı şəxslə görüşüb ona ondan aldığı avtomobili və 5000 ABŞ dolları pulu veribdir. Təxminən 2-3 gün keçəndən sonra Hüseynin oğurluq etdiyi şəxs, yəni Zərərçəkmiş şəxs14 onunla əlaqə saxlayıb görüşmək istədiyini demişdir. O da onunla görüşmüş, ondan Hüseynin ona avtomobilinin əvəzinə verdiyi 4000 ABŞ dolları pulu istəmiş, o da ona Hüseynin ona 4100 ABŞ dolları və 50 manat pul verdiyini, lakin həmin puldan borclarına xərclədiyini demişdir. Bir qisminə isə özünə maşın alacaq. O da borclarını verdikdən sonra Hüseynin ona verdiyi 4000 ABŞ dolları məbıləğində puldan onun əliinə 3000 manat pul qalmışdır, həmin pula da o 8 yanvar 2020-ci il tarixdə özünə VAZ 2107 markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobili kreditlə almışdır. Həmin avtomobili ümumilikdə 7300 manata razılaşmış, 3000 manat ilkin ödəniş vermiş, qalan hissəsini isə hər ay ödəməklə verməlidir. Hüseyn onun avtomobilini vurduğu üçün o da oğurlanmış 4000 ABŞ dolları pulu geri qaytarmamışdır. Sonra isə Hüseyn onun avtomobilini oğurluq etdiyi şəxsə verdiyini bildikdən sonra həmin puldan borclarına ödəmiş və özünə yeni avtomobil ödəmişdir. Hüseyn maşını ondan alarkən verdiyi həmin pulun oğurluq olduğunu ona deməmiş, ona bu barədə onun dostu Elnur həmin gün, yəni Hüseynə avtomobili satdığı gün demişdir. Məhkəmədə Şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs14 tanımamış, onun Sumqayıt şəhəri 36-cı məhəllə 3-cü mikrorayonda yerləşən valyuta dəyişmə məntəqəsindən 30.12.2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs tərəfindən 10.000 ABŞ dolları və 5500 manat nağd pulunun oğurlanması barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. 01.01.2021-ci il tarixdə polislər Hüseyni axtardığı üçün o polislərin ona deməsindən bilmişdir ki, o oradan oğurluq edibdir. Həmin gün o Hüseynə zəng edib demişdir ki, onu polis axtarır. Hüseyn də telefonda ona danışmışdır ki, həmin yerdən həqiqətəndə pul oğurlayıbdır, pulun bir qisminə də maşın alıbdır. O la ona demişdir ki, gedək pulun sahibi ilə görüşək, avtomobili və qalan pulu sahibinə qaytaraq ki, şikayət etməsin. Daha sonra həmin gün saat 19 radələrində o Hüseynlə Sumqayıt şəhəri Betonzavod ərazisində görüşüb birlikdə Əli Cəfərovun yanına getmişlər. Orada olarkən Təqsirləndirilən şəxs Əliyə demişdir ki, dükandan 9000 ABŞ dolları və 2000 manat pul oğurlayıbdır. Əli də ona demişdir ki, dükandan 10000 ABŞ dolları və 5500 manat pul oğlurlanıbdır. Hüseyn də oğurladığı manatın məbləğini qaldıraraq 2900 manat oğurladığını etiraf etmişdir. Hüseyn həmin vaxt demişdir ki, oğurladığı puldan 5000 ABŞ dollarını saxlayıb, 4000 ABŞ dollara isə 2011-ci il istehsalı VAZ 21074 markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili tanışı Vasifdən alıbdır. Daha sonra isə həmin avtomobil üçün 100 ABŞ dolları və 50 manat pul verdiyini də demişdir. Həmin vaxt Hüseyn orada Əliyə 5000 ABŞ dolları və Vasifdən aldığı avtomobili vermişdir. Hüseyn Əlidən xahiş etmişdir ki, şikayət etməsin, ərizəsini geri götürsün, ona borclu olduğu qalan pulu da hissə-hissə verəcək. Əli isə onunla razılaşmayıb oğurladığı pulları geri qaytarmasını demişdir. Əli onların mobil telefon nömrələrini də götürmüşdür. Səhərisi günü Əli ona zəng edib Hüseyni də götürüb işlədiyi yerə gətirməsini demişdir. Daha sonra o Hüseynlə birlikdə Əlinin dükanına getmişlər. Orada olarkən Əli polis çağırdığı üçün polis əməkdaşları gələrək Hüseyni tutub aparmışlar. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs14 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs14 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunun onun obyektindən 10.000 ABŞ dolları və 5500 manat məbləğində nağd pulunu oğurladığını bildirmiş, Təqsirləndirilən şəxs də onun dediklərini təkzib edərək obyektdən 10.000 ABŞ dolları və 5500 manat deyil, 9000 ABŞ dolları və 2900 manat pul oğurladığını bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs16 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, Zərərçəkmiş şəxs16 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunun «Orion» avtoservisin ehtiyyat hissələri dükanından 1174 manat pulu oğurlayaraq, onu yerə yıxıb qaçdığını bildirmiş, Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs16 dediklərini təkzib edərək dükandan 1174 manat deyil, 200 manat pul oğurladığını, həmin vaxt Zərərçəkmiş şəxs16 onun qarşısına çıxmadığını, onu itələmədiyini, yerə yıxmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 19.08.2020-ci il tarixli haqqında protokoldan görünür ki, 19.08.2020-ci il tarixdə saat 13:59-də Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən «Tahiroğlu» mebel mağazasına bitişik olan digər mağazaya bir nəfər 16-18 yaşlarında oğlan daxil olub ikinci mərtəbəyə qalxaraq qeyd olunan mebel mağazasının ofisinə daxil olmuş və sonra isə həmin ofisdə bir dəqiqəyə kimi qalaraq oradan çıxıb, daxil olduğu qapıdan saat 14:02-də getmişdir. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 05 sentyabr 2020-ci il tarixdə, saat 15:31-də, 15–16 yaşlı oğlan uşağı Sumqayıt şəhəri, Koroğlu prospekti, «Əşya Bazarı»-nın yaxınlığında yerləşən "xxxx" MMC-nə məxsus Zərərçəkmiş şəxs3 icarəyə götürüb işlətdiyi avtomobil ehtiyat hissələri mağazasının qapısının açıq olduğundan və mağazada heç kimin olmadığından istifadə edərək, mağazaya sərbəst daxil olub, içərisini axtarmış və mağazadakı piştaxtanın üzərindəki hesabat kitabçasını açıb, arasından 1200 (bir min iki yüz) manat pulu görüb, götürərək, saat 15:35-də mağadan çıxıb getmişdir. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 14.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 39-cu məhəllədə yerləşən tikinti anbarının mühasibat otağının yan tərəfindəki köməkçi qapsınıdan keçərək içəriyə daxil olmuşdur. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 19.09.2020-ci il tarixli protokoldan görünür ki, 19.09.2020-ci il tarixdə saat 01:20-də Sumqayıt şəhəri, Sülh prospekti, 30-cu məhəllə ərazisində, 11/1 nömrəli yaşayış binasının birinci mərtəbəsində yerləşən «Zeytun 22» aptekə saat 01:20 radələrində təxminən 15 – 16 yaşlı azyaşlı oğlan aptekin alüminiumdan olan qapısını əlindəki alətlə sıxıb açaraq, içəriyə daxil olur və aptekin kassasına yaxınlaşıb, kassanın siyirtməsini çəkib açaraq, oradan pul əskinazlarını götürüb, 5 – 10 saniyə nə isə axtararaq, aptekin qapısndan çıxıb gedir və qapını açıq qoyur. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 19.09.2020-ci il tarixli protokoldan görünür ki, 19.09.2020-ci il tarixdə 2 nəfər naməlum şəxs sumqayıt şəhəri 2-ci mikrorayon, ev 22/57 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən "xxxx" MMC kredit təşkilatının lombardının qarşısına gəlir, həmin şəxslərdən biri kənara çəkilir, digəri isə lombardın giriş qapısına yaxınlaşaraq saat 02:36-da müşahidə kamerasının istiqamətini dəyişir, 02:39-da lombardın içərisinə daxil olur, lombardın giriş qapısı ilə üzbəüz yerləşən kompüter olan masanın yanında yerləşən taxta dolabda axtarış edərək nə isə götürür və saat 02:41-də lombarda daxil olduğu giriş qapısından çıxıb gedir. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 08.10.2020-ci il tarixli protokoldan görünür ki, 24.09.2020-ci il tarixdə saat 14 radələrində bir nəfər şəxs Zərərçəkmiş şəxs6 işlətdiyi Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən “Batabat” inşaat materialları mağazasına müştəri qismində daxil olur və satıcının başının qarışıq olmasından istifadə edərək, kassaya yaxınlaşıb oradan 1200 manat pulu götürüb çıxıb gedir.Cinayət işinin materiallarında olan təqdim etmə və götürmə haqqında 08.10.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.10.2020-ci il tarixdə kafedən oğurladığı Zərərçəkmiş şəxs7 məxsus 01 ədəd qızıl üzük, 01 ədəd qızıl sep, 01 ədəd qızıl bilərziyi Sumqayıt ŞPİ-nin 4-cü PB-yə təqdim etmişdir. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 11.10.2020-ci il tarixli protokoldan görünür ki, 11.10.2020-ci il tarixdə saat 16:00-da bir nəfər 15-16 yaşlarında şəxs “Azərşop” ərzaq mağazasına daxil olub əyilib gizlənərək vitrinin arxasına keçir və qutuduan pulları götürüb vitrinin arxasından çıxdıqdan sonra satıcıya pul ödəyərək 01 paket günəbaxan tumu və 01 qutu siqaret alıb mağazanı tərk edir. Cinayət işinin materiallarında olan təqdim etmə və götürmə haqqında 15.10.2020-ci il tarixli protokoldan görünür ki, X7 15.10.2020-ci il tarixdə “Tocil” YDM-dən oğurladığı 2598 manat puldan 2000 manatı Sumqayıt ŞPİ-nin 3-cü PB-yə təqdim etmişdir. Cinayət işinin materiallarında olan diskə baxış keçiriməsi haqqında 13.02.2021-ci il tarixli protokoldan görünür ki, 24.01.2021-ci il tarixdə saat 10:31-də bir nəfər uzun kurtkada olan oğlan otvertka ilə «Orion» servis ehtiyyat hissələri dükanının qapısını sıxmaqla açıb dükana girir və bir neçə dəqiqədən sonra oradan çıxıb gedir. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 15.10.2020-ci il tarixdə saat 08:52-də bir nəfər qırmızı rəngli jaketdə olan təxminən 15-16 yaşlı cavan oğlan «Tocoil» yanacaq doldurma məntəqəsinin ofisinə daxil olub, masanın siyirtməsini dartıb açaraq, oradan pulları götürüb çıxıb gedir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21.10.2020-ci il tarixli, 6/2174-9/4320 saylı rəyindən görünür ki, tədqiaqat təqdim edilmiş:1)5,55 qram kütləli, iç tərəfində 585 damğası olan, halqası deformasiyaya uğramış sarı rəngli üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır;2)2,52 qram kütləli, dördkünc formalı üzərində ərəb və ya fars mənşəli yazılar olan, qırmızımtıl-sarı rəngli kulon 583/585 əyarlı qızıldan hazırlanmışdır;3)2,77 qram kütləli, qulaqcığında 583 damğası olan, qırmızımtıl-sarı rəngli qolbaq 583/584 əyarlı qızıldan hazırlanmışdır;4)3,00 qram kütləli, qulaqcığında «*» damğası olan qırmızımtıl-sarı rəngli boyunbağı 583/585 əyarlı qızıldan hazırlanmışdır. Təqdim edilmiş məmulatların hər biri kustar üsulla (sex üsulu) ilə hazırlanmışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, təqdim olunmuş əşyaların 05.10.2020-ci il tarinə olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 1032 manat müəyyən edilirg.Həmin əşyalardan:1)5,5 qram kütləli üzük-410 manat;2)2,52 qram kütləli kulon- 189 manat;3)2,777 qram kütləli qolbaq- 208 manat;4)3,00 qram kütləli boyunbağı- 225 manat dəyərindədir. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 08.12.2020-ci tl tarixli, 2428 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyn əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməllər dövründə öz hərəkətinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli intelektula imkanları normaya uyğundur. Məsuliyyətsizlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, eqosentrizm, laqeyidlik kimi fərd-psixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət hadisələrini törədərkən fizioloci affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundun, onun inkişafında gerilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs əqli və psixi inkişfa xüsusiyyətləri normaya uyğun olduğundan, belə qanaətə gəlinir ki, o törətdiyi əməl dövründə öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillik əlamətləri aşkar edilmədi. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13.02.2021-ci il tarixli, 183 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs16 bədəni üzərində sol saidin arxa səthinin qançırından ibarət xəsarət aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın tə\sviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən itələyərkən yıxılması zamanı əmələ gələ bilər, müddəti müayinədən 5-7 gün əvvəl olmaqla 07.02.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınmış 2000 manat nağd pul saxlanılması üçün X4, 5,5 qram kütləli üzük, 2,52 qram kütləli kulon, 2,777 qram kütləli qolbaq, 3,00 qram kütləli boyunbağı saxlanılması üçün Zərərçəkmiş şəxs7 təhvil verilmiş, sözügedən oğurluq hadisələrinin videogörüntüsünü özündə əks etdirən 09 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Sumqayıt şəhər məhkəməsinin hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 16.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək AzərbaycanRespublikası CM-in 62.1-ci maddəsi tətbiq edilməklə, CM-in 85.2-ci maddəsinə əsasən 300 manat cərimə cəzasına məhkum edilmiş və 15.10.2018-ci ildə cəriməni tam ödəmişdir. Bundan başqa, Sumqayıt şəhər məhkəməsinin 16.03.2021-ci il tarixli hökmdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhludlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların tətbiq olunduğu cinayətlər residvin müəyyən olunması zamanı nəzərə alınmır. Cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi 11 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-cü maddələri ilə başlanmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2021-ci il tarixdə saat 18:00-da Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs olaraq tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2021-ci il tarixində Azərbaycan Respublikası CM-nin 177.1,180.2.2,180.2.3 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi üzrə 11 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan cinayət işlərinin bir icraatda birləşdirilməsinə dair 13 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Cinayət işlərinin bir icraatda birləşdirilməsinə dair 13 fevral 2021-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində 09 yanvar 2021-ci il tarixində CM-nin 177.2.4-cü maddəsi ilə başlanılmış olan ********** saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2,180.2.3 və 180.2.4-cü maddələrinə tövsif edilərək istintaq ********* saylı nömrə altında davam etdirilmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmiş və barəsində valideynin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində 01 noyabr 2020-ci il tarixində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2020-ci il tarixdə saat 09 radələrində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq polis bölməsinə təhvil verilmişdir. Həmin tarixdə o, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3,177.2.4, 180.2.2,180.2.3 və 180.2.4-cü maddləri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin 13 fevral 2021-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 11 fevral 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarından görünür ki, 23 mart 2021-ci il tarixində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3,177.2.4,180.2.2,180.2.3 və 180.2.4-cü maddələri ilə yeni ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3605 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. 22 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Beləliklə, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2, 180.2.3, 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri və digər sübutlarla tam sübuta yetirilir.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2,180.2.3 və 180.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsində özünü təqsirli bilməməsi Zərərçəkmiş şəxs16 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsi, onun təqsirləndirilən şəxslə üzləşdirilməsi zamanı dedikləri, Məhkəmə tibbi ekspertizasının rəyi və cinayət işinin digər materialları ilə təkzib olunduğundan həmin hissədə ifadəsi özünümüdafiə kimi qiymətləndirilməlidir. Həmçinin Zərərçəkmiş şəxs16 Məhkəmə iclasında təqsirləndirilən şəxsin onu itələyib yıxmamasına, özünün yıxılması və xəsarət almamasına dair dedikləri məhkəmə tibbi eksprerti Faiq Məmmədov ifadəsi və sonuncu tərəfindən verilmiş məhkəmə tibbi ekspertizasının rəyi, müstəntiq Tural Əhmədlinin məhkəmə iclasında verdiyi ifadəsi və cinayət işinin digər materialları ilə təkzib olunur. Odur ki, Zərərçəkmiş şəxs16 məhkəmə iclasında verdiyi ifadəsi onun təqsirləndirilən şəxsə rəhm etməsi, onunla barışıq əldə edib şikayətçi olmaması mövqeyindən irəli gələn hal kimi qiymətləndirilməklə, sonuncunun ifadəsi həmin hissədə sübut kimi qiymətləndirilməməlidir. Zərərçəkmiş şəxs16 ibtidai istintaqda vermiş olduğu ifadə işin faktiki halları ilə halları ilə tam təsdiq olduğundan həmin ifadə tam olaraq sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2, 180.2.3, 180.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Nurəliyev Zakir Hüseyn oğlunun cəzasını yüngülləşdirən hal Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsi, 59.1.14-cü maddəsinə əsasən zərərçəkmişlərə dəymiş maddi ziyanı qismən ödəməsidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs olması cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər də Azərbaycan Respublikası CMnin 177-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli bilinərək barəsində azadlığın məzdudlaşdırılması cəzası müəyyən edildiyini, bundan sonra Təqsirləndirilən şəxs yenidən CM-nin 177 və 180-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun islah olunmadığını göstərir. Odur ki, Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2, 180.2.3, 180.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını, iş üzrə yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası minimum həddə yaxın təyin edilməli və ona təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmalıdır. Sumqayıt şəhər Probasiya şöbəsindən daxil olmuş 26 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ona Sumqayıt şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü ilə üzərində müəyyən edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 90 (doxsan) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2000 manat nağd pul saxlanılması üçün X4, 5,5 qram kütləli üzük, 2,52 qram kütləli kulon, 2,777 qram kütləli qolbaq, 3,00 qram kütləli boyunbağı saxlanılması üçün Zərərçəkmiş şəxs7 təhvil verilməsi nəzərə alınmalıdır. Oğurluq hadisələrinin videogörüntüsünü özündə əks etdirən 09 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2, 180.2.3, 180.2.4-cü maddələri təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 06 aprel 2021-cu il tarixli (iş № 1(060)-313/2021) qərarını icra edərək, 08 aprel 2021-ci il tarixli 285/2021 saylı orderə əsasən vəkil X10 onun vəkili təyin etmişdir. Müdafiəçi X10 məhkəmə hazırlıq iclasında iştirak etmiş və cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 (altı) saat vaxt sərf etmişdir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2, 180.2.3, 180.2.4-cü maddələri təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 05 may 2021-cu il tarixli (iş № 1(060)-313/2021) qərarını icra edərək, 05 may 2021-ci il tarixli 486/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun Kapitalbank ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. Göstərilən hüquqi yardıma görə cəmi 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun Turanbank ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. "xxxx" ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, X15, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16 hökm qanuni qüvvəsini aldıqdan sonra mülki iddia qaydasında Sumqayıt şəhər Məhkəməsinə müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4cü maddələri ilə 02 (iki) il, Cinayət Məcəlləsinin 180.2.2, 180.2.3, 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli 1 (060)-40/2021-ci il tarixli hökmü ilə onun üzərində müəyyən edilmiş və çəkilməmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ona hazırki hökmlə müəyyən edilmiş cəza ilə Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla qismən toplanaraq üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli tərbiyyə müəssisəsində çəksin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 90 (doxsan) manat Nurəliyev Hüseyn Zakir oğlundan Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2000 manat nağd pul saxlanılması üçün X4, 5,5 qram kütləli üzük, 2,52 qram kütləli kulon, 2,777 qram kütləli qolbaq, 3,00 qram kütləli boyunbağı saxlanılması üçün Zərərçəkmiş şəxs7 təhvil verilməsi nəzərə alınsın. Oğurluq hadisələrinin videogörüntüsünü özündə əks etdirən 09 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, X15, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16 hökm qanuni qüvvəsini aldıqdan sonra mülki iddia qaydasında Sumqayıt şəhər Məhkəməsinə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 göstərdiyi 06 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 30 (otuz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: "xxxx" ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-313/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-313/2021
26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver