Məhkəmə qərarları › İş №1(060)-314/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-314/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-314/2022 28.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1984-ci il təvəllüdlü Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1975-ci il təvəllüdlü Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İİ dərəcəli əlilliyi olan, işsiz, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən ərzaq mağazasına müştəri kimi gələrək orada satıcı işləyən Şahid diqqətini qəsdən yayındırdığı zaman Təqsirləndirilən şəxs1 dükana gələrək, müştərilərin azad giriş-çıxışını istisna edən və işçilərin satış fəaliyyətini həyata keçirməsi üçün nəzərdə tutulmuş taxta materialla əhatələnmiş saxlanc yeri hesab edilən piştaxtanın arxasına qanunsuz daxil olaraq oradan pulların saxlanılması üçün nəzərdə tutulmuş karton qulunun qapağını açıb 1000 (bir min) manat məbləğində nağd pulu gizli talayaraq Zərərçəkmiş şəxs ümümilikdə 1000 (bir min) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən ərzaq dükanına gələrək, dükanda müştərilərin azad giriş-çıxışını istisna edən və işçilərin satış fəaliyyətini həyata keçirməsi üçün nəzərdə tutulmuş taxta materialla əhatələnmiş saxlanc yeri hesab edilən piştaxtanın arxasına qanunsuz daxil olaraq oradan pulların saxlanılması üçün nəzərdə tutulmuş karton qutunun qapağını açıb 1000 (bir min) manat məbləğində nağd pulu gizli talayaraq Zərərçəkmiş şəxs ümümilikdə 1000 (bir min) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində gedən zaman Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yolun kənarında yerləşən ərzaq mağazasından oğurluq etmək qərarına gəlmişlər. Buna görə də, aralarında əvvəlcədən olan razılaşmaya əsasən Anar çöldə dayanmış, o isə mağazanın içərisinə girərək sağ tərəfdə heyvan yemləri satılan tərəfə keçmiş, satıcını söhbətə tutaraq onun diqqətini qəsdən yayındırmış, həmin vaxt isə Təqsirləndirilən şəxs1 mağazaya müştəri kimi daxil olmuş, piştaxtanın arasındakı rəfdə içərsində pullar olan karton qutunun içərsindən bir ovuc kağız pul oğurlamış və sonra da o, satıcı ilə söhbəti bitirdikdən sonra mağazadan çölə çıxmışdır. O, Anar Allahbverdiyevin yanına getmiş, yolda gedən zaman mağazadan oğurladığı pulların 400 (dörd yüz) manat pul olduğunu bilmiş və həmin pulun yarısını, yəni 200 (iki yüz) manat məbləğində pulu Anar ona vermiş, sonra isə əldə etdikləri pulu şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus mağazadan bildiyinə görə 400 (dörd yüz) manat məbləğində pulları oğurlamışdır. Əməlindən peşmandır. Ona ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər də Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş, ikinci dərcəli əlil olduğu üçün heç bir yerdə işləyə bilmədiyi üçün maddi vəziyyəti aşağı olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində tanışı Rəşadla Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində gedən zaman Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yolun kənarında yerləşən ərzaq mağazasından oğurluq etmək qərarına gəlmişlər. Buna görə də, o, çöldə dayanmış, Rəşad isə mağazanın içərisndə girərək, sağ tərəfdə heyvan yemi satılan tərəfə keçimiş və qəsdən satıcını söhbətə tutaraq onun diqətini yayndırmış, o isə həmin vaxt mağazaya müştəri kimi daxil olmuş, piştaxtanın arasındakı rəfdə içərisində pullar olan karton qutda bir ovuc kağız pul oğurlamış və sonra dərhal mağazadan çölə çıxmışdır. Rəşad da bir necə dəqiqə sonra mağazadan çıxaraq onun yanına gəlmiş, onlar yolda gedən zaman mağazadan oğurladığı pulları sayan zaman ümümlikdə 400 (dörd yüz) manat pul olduğunu bilmişlər və həmin pulun yarısını, yəni 200 (iki yüz) manat məbləğində pulu Rəşada vermişdir. Sonra isə əldə etdiyi pulu şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs dedikləri ilə razı olmadığını və həmin vaxt mağazdan 400 (dörd yüz) manat məbləğində nağd pul oğurladığını demişdir. Azərbaycan Respublikasının müdafiəsində yaralanmış və ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək gələcək məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 49-cıı məhəllə ərazisində yaşadığı evin yaxınlığnda özünə məxsus ərzaq mağazası işlədir. xx.xx.2021-ci il tarixdə onun işləri olduğu üçün qardaşı Şahid müvəqqəti olaraq mağazaya nəzarət edirmiş, həmin tarixdə saat 20:00 radələrində Kənan mağazada olarkən orada kassa kimi istifadə etdikləri karton qabda saxladığı pulların olmadığını aşkar etmiş, mağazda qurlaşdırılmış müşahidə kameralarında olan görüntülərə baxan zaman ona məlum olmuşdur ki, həmin gün təxminən 19:00 radələrində tanımadıqları bir nəfər cavan oğlan müştəri kimi mağazaya gələrək, mağazanın yem məhsulları satılan hissəsinə keçib yem məhsulları ilə maraqlanmışdır. Qardaşı Kənan həmin şəxsin yanına gedərək onunla söhbət edən zaman digər bir nəfər cavan oğlan da müştəri kimi mağazaya daxil olaraq Kənanın birinci müştəri ilə söhbəti etməsindən istifadə edərək ərzaq malları satılan tərəfdə olan karton qutuda olan əvvəldən oraya saxlamış pulları, yəni 1000 (bir min) manat məbləğində nağd pulu oğurlamışdır. Həmin video görüntüyə baxdıqda müəyyən olunur ki, orada olan müştəri digər mağazağa daxil olan şəxsə oğurluq etmək üçün şərait yaratmaq məqsədi ilə qardaşı Kənanaıın başını söhbətə qatmışdır. O, mağazanı təhvil verəkən kassa kimi istifadə etdikləri karobkaya 1000 (bir min) manat məbləğində nağd pulu mağazaya yeni malların alınması üçün qoymuşdur. Ona görə də, həmin oğurluq əməlini törədən şəxs Təqsirləndirilən şəxs1 dedikləri ilə razı olmamışdır. Baş vermiş oğruluq zamanı mağazadan yalnız 1000 (bir min) manat məbləğində nağd pul oğrulanmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəyən ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur və gələcək məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilmisini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi tədqiq edilərək elan edilmiş şahid X1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində qardaşı Zərərçəkmiş şəxs məxsus ərzaq mağazası işlədir. O9.11.2021-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs vacib işləri olduğu üçün həmin mağazda onun yerində malların satışı ilə məşğul olmaığını xahiş etmişdir. Qardaşı Zərərçəkmiş şəxs mağazanı ona təhvil verdikdə, orada olan kassa kimi istifadə etdikləri karton karobkada 1000 (bir min) manat məbləğində nağd pulları ona təhvil vermişdir. O da qeyd olunan məbləğdə pulu həmin karton karobkada piştaxtanın içərisində gizlətmişdir. Qardaşı həmin 1000 (bir min) manatı pulu mağazaya ərzaq gəldikdə şirkətin işçilərinə verməyini demişdir. Həmin gün saat təxminən 19:00 radələrində tanımadığı bir şəxs (sarı saclı) əvvələr onu şəhərdə tez-tez gördüyü adını sonra bildiyi Rəşad adlı şəxs mağazaya keçərək, həmin mağazada yem aldığını demiş və nətcədə ona məxsus cücələr öldüyünü demiş, həmçinin öldüyü çüçələri bura gətirəcəyini demişdir. Bir müddət sonra isə mağazanı həmin şəxs tərk edib getmişdir. Təxminən 20 dəqiqə sonra o mağazada həmin karton qabda 1000 (bir min) manat pulun olmadığını görmüşdür. O dərhal mağazada quraşdırılmış kameralara baxmış və ona məlum olmuşdur ki, həmin vaxt aldığı buğda ilə bağlı guya şikayət etdiyi ilə bağlı daxil olmuş şəxs onun başını qarışdırmaq üçün və kassadan qırağa çəkmək məqsədi ilə onu söhbətə tutmuş və diqqətini yayındırmışdır. Həmin vaxt isə kameraya baxdıqda mağazanın yaxınlığında yaşayan əlil olan Anar adlı şəxsi görmüş, həmin vaxt onun diqqətini qəsdən yayındıran zaman mağazya daxil olan Anar gizli olaraq piştaxtaların arxasına keçir və kassa kimi istifdə eldikləri karton qabdan pulu oğurluyub getdiyi görünür. Həmin vaxt o digər otaqda olduğu üçün və onun başını qarışdıran adını sonradan bildiyi Rəşad adlı şəxslə söhbət etmiş və Anarın necə oğurluq etdiyini görməmişdir. Ona görə də, bu barədə qardaşı Sumqayıt ŞPİ-nə ərizə ilə müraciət edərək ona məxsus mağazadan oğurluq olmasını və həmin mağazadan oğurluğu Anar və Rəşad adlı şəxslər tərəfindən törədildiyi barədə məlumat verilmişdir. Həmçinin mağazada qurlaşdırılmış kameralarda olan və oğurluq anını qeyd edən video görüntü də polis əməkdaşlarına təhvil verilmişdir. İş materiallarında olan diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə çəkilmiş 01 dəqiqqə 29 saniyyə davam edən video çəkilişə baxdıqda video görüntüdə bir nələr adı istintaqa məlum olan Təqsirləndirilən şəxs2 mağazaya əlində torba ilə daxil olduğunu və sonradan onun yanına şəxsiyəti istintaqa məlum olan Kənan Dolxuanzadənin yaxınlaşıdığı görünür. Həmin vaxt Təqsirləndirilən şəxs2 və orada satıcı kimi işləyən Şahid söhbət etdikləri görünür və həmin zaman arxa planda şəxsiyyəti istintaqa məlum olan Təqsirləndirilən şəxs1 mağazaya daxil olduğunu görmək olur. Daha sonra Təqsirləndirilən şəxs1 mağazada piştaxtanın arxasına keçdiyi və orada saxlanc yeri kimi istifadə edilən qutudan nağd kağız pulları oğurluyub getdiyi görünür. Həmin vaxt orada satıcı kimi işləyən Kanan Dolxunzadənin diqqəti Təqsirləndirilən şəxs2 qarışdığını görmək olur və Anar Alalhverdiyevin tərəfindən oğurluq edilməsini görmədiyi müəyyən edilir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, video görüntüdə mağazaya əlində torba olan şəxs özüdü və orada satıcı kimi işləyən adını sonradan bilən Şahid diqqətini qəsdən yayındımışdır ki, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 piştaxtanın arxasına keçsin və orada olan pulları oğurlasın. İş materiallarında olan 20 noyabr 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə tutulmuş, xx.xx.2021ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-314/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarına gəlmədikləri üçün barələrində həbssiz axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin 329-6634-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saxlanılmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin 329-6758-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saxlanılmışdır. İş materiallarında olan 8 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarında olan 19 saylı MKS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan 19 saylı MKS tərəfindən verilmiş 1139 nömrəli, xx.xx.2021-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir və himayəsində 01 (bir) azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının müdafiəsində yaralanmış və ona İİ qrup əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.5 və 180-ci maddələrinin tərkib əlamətləri olmadığından onların barələrində CM-nin həmin maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, səmimi etirafını və əməlindən peşman olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, Azərbaycan Respublikasının müdafiəsində yaralanmasını və ona İİ qrup əlillik dərəcəsi verilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbayan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək və xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək və xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 03 (üç) müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 41, mənzil 26 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar