Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-314/2023 07.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs:Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxx 1992-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, halhazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 5, mənzil 32 ünvanı olmaqla yaşadıqları mənzildə ailə-məişət münasibətləri zəminində baş verən mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs baş və ayaq nahiyyələrinə təpik və yumruq zərbələri ilə qəsdən bir neçə zərbə vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, təxminən 1 ilə yaxındır ki, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən bir oğlan övladları dünyaya gəlmişdir. Son vaxtlarda Şxıyeva Ülviyyə ilə aralarında anlaşılmazlıq baş verdiyi üçün tez-tez mübahisələr baş vermişdir. Sonuncudəfə xx.xx.2023-cü ildə təxminən saat 01 radələrində yaşadığı mənzilə spirtli içki olan araq içərək gəlmişdir və bu zaman aralarında baş verən anlaşılmazlıq nəticəsində Zərərçəkmiş şəxs təpik ilə ayaq nahiyyəsindən və sillə zərbələri ilə baş nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Bundan sonra həyat yoldaşı Zərərçəkmiş şəxs vurduğuna görə pis olub evdən çıxmış və bir müddət çöldə gəzdikdən sonra təxminən yarım saatdan sonra evə qayıtmışdır. Açar ilə mənzilin giriş qapısını açmaq istədikdə həyat yoldaşı içəridən qapını bağladığı üçün mənzilə daxil ola bilmədiyini görüb həmin yerdə bir neçə dəqiqə gözlədikdən sonra oraya polis əməkdaşları gələrək, həyat yoldaşı Şıxyeva Ülviyyənin onun barəsində polisə şikayət etdiyini və onlarla aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getməli olduğunu bildirmişlər və o da onlara etiraz etməyərək onlarla getmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, təxminən 1 il olar ki, Təqsirləndirilən şəxs ilə ailə həyatıı qurmuşdur. Son vaxtlara kimi M.Toğrul ilə aralarında söz-söhbət olmurdu, lakin son vaxtlar M.Toğrul içki qəbul edərək evdə onu döyür və nalayiq ifadələrlə təhqir edir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində təkrar Toğrul içkili vəziyyətdə evə gəlmiş və evdə uşaqların yatmasına baxmayaraq səs-küy salmışdır. Bundan sonra o Toğrulu sakitləşdirmək istəyərkən onu təpiklə və yumruq zərbələri ilə vurmuşdur. Sonra Toğrul evi dağıtmış və o Toğrulun evi tərk etməsini istəmişdir. Bundan sonra o evdən çıxıb getmiş və təxminən yarım saatdan sonra evə qayıtmış, evin kilidini qırdığı üçün evə də daxil ola bilməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan “Sərxoşluq hallarının Tibbi müayinəsi”nin A/66 saylı, xx.xx.2023-cü il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu mövcud olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 46 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır:sol aşıq baldır oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudlığı ilə müşayiət olunan yumşaq toxumaların şişkinlik fonunda əziyi, sol gicgah-təpə nahiyyəsinin şişkinlik fonunda əziyi, sol baldırın aşağı 1/3-nin bayır səthinin qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir günə qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Sumqayıt Narkoloji Dispanserinin 157 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan 22 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X2 1 nömrəli şəhər xəstəxanasının 22 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 8 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-314/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-314/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver