Məhkəmə qərarları › İş №1(060)-315/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-315/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-315/2024 08.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 01 mart 2017-ci il tarixdən başlayaraq 27 iyun 2005-ci il təvəllüdlü X2 və 16 iyun 2007-ci il təvəllüdlü Həmidov Kamran Əliövsət oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, bir uşağa 50,00 manat, iki uşağa cəmi 100,00 manat, 21 aprel 2022-ci il tarixdən isə artırılaraq əvvəli 13 iyun 2022-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 150,00 manat, iki uşağa cəmi 300,00 manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 mart 2017-ci il tarixli, 2(060)-4285/2017 saylı və 21 aprel 2022-ci il tarixli, 2(060)-2314/2022 saylı qətnamələrinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 16 yanvar 2020-ci il tarixli, 3(060)-211/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün və 16 dekabr 2022-ci il tarixli, 3(060)-3170/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktlarının icra edilməsi ilə əlaqədar ona 29 dekabr 2022-ci il, 13 aprel 2023-cü il, 14 avqust 2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 27 oktyabr 2023-cü il tarixədək şəxsi maraq niyəti ilə cəmi 7920,00 manat aliment borcunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, mebel ustası işləyərək fərdi əmək fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs ilə 2004-cü ildə evlənmiş, birgə nikahlarından X5 və Həmidov Kamran Əliövsət oğlu doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2017-ci ildə Zərərçəkmiş şəxs ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Sumqayıt Şəhər Məhkəməsində qaldrdığı iddia 01 mart 2017-ci il tarixli qətnamə ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş və 01 mart 2017-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 50,00 manat, iki uşağa cəmi 100,00 manat sabit pul məbləğində aliment ondan ovladlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmurları qətnamənin icrasını tələb etməsinə baxmayaraq alimenti ödəməmiş, 2022-ci ildə Zərərçəkmiş şəxs alimentin artırılması üçün həmin məhkəmədə iddia qaldırmış, məhkəmənin 21 aprel 2022-ci il tarixli, 2(060)-2314/2022 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq əvvəli 13 iyun 2022-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 150,00 manat, iki uşağa cəmi 300,00 manat sabit pul məbləğində müəyyən edilmiş, sonuncu qətnamənin icrası da Sumqayıt şəhəri üzrə icra idarəsinə həvalə edilmişdir. Maddi imkanı yüksək olmadığından məhkəmə aktlarını icra etməmiş, icra məmuru alimenti ödəməməsinin səbəbləri ilə Sumqayıt şəhər məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün və 16 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətlərində həbs edilmiş, bundan sonra icra məmuru məhkəmə aktlarının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq aliment borcunu ödəməmişdir. Hazırda ittihamda qeyd olunmuş aliment borcunu tam şəkildə zərərçəkmiş şəxsə ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs borclu olduğu 7920 manat aliment borcunu tam ödəmişdir. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2004-cü ildə evlənmiş, birgə nikahlarından Günel və Kamran adlı uşqaları vardır. Münasibətləri pisləşdiyindən 2017-ci ildə ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş, övladları onun himayəsinə verildiyi üçün əvvəli 01 mart 2017-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 50,00 manat, iki uşağa cəmi 100,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs alimenti ödəməkdən yayınmış, 2022-ci ildə alimentin artırılmasına dair həmin məhkəmədə yenidən iddia qaldırmış, məhkəmənin 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq əvvəli 13 iyun 2022-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 150,00 manat, iki uşağa cəmi 300,00 manat sabit pul məbləğində müəyyən olunmuş, qətnamənin icrası Sumqayıt şəhəri üzrə icra idarəsinə həvalə edilmişdir. O, alimenti ödəməkdən bir mənalı imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün 2020-ci ildə məhkəmənin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün və 16 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətlərində inzibati həbs edilmişdir. İcra məmuru alimentin ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməməklə məhkəmə aktlarının icrasından qərəzli olaraq yayınmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona olan aliment borcu tam şəkildə ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu 7920 manat aliment pulunu tam olaraq ona ödəmişdir. Ondan heç bir iddia və tələbi yoxdur. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs əvvəli 01 mart 2017-ci il tarixdən başlayaraq, hər ay, bir uşağa 50,00 manat, iki uşağa cəmi 100,00 manat sabit pul məbləğində aliment tutularaq 27 iyun 2005-ci il təvəllüdlü X2 və 16 iyun 2007-ci il təvəllüdlü Həmidov Kamran Əliövsət oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 mart 2017-ci il tarixli, 2(060)-4285/2017 saylı qətnaməsi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək 07 mart 2017-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, tələbin könüllü icra müddətində təmin edilməsi üçün Təqsirləndirilən şəxs bildiriş təqdim edilməsinə baxmayaraq o, alimenti ödəməmiş, 2022-ci ildə alimentin məbləği artırılaraq əvvəli 13 iyun 2022ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 150,00 manat, iki uşağa cəmi 300,00 manat sabit pul məbləğində müəyyən olunmasına dair həmin məhkəmənin qanuni qüvvəyə minmiş 21 aprel 2022-ci il tarixli, 2(060)-2314/2022 saylı qətnaməsi icra edilməsi məqsədilə Sumqayıt şəhəri üzrə icra idarəsinə həvalə edilmiş, sonuncu icra sənədi üzrə eyni qaydada icraata başlanma haqqında qərar qəbul edilmiş, alimentin ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, idarəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Təqsirləndirilən şəxs izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin 16 yanvar 2020-ci il tarixli, 3(060)-211/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün və 16 dekabr 2022-ci il tarixli, 3(060)-3170/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətlərində inzibati həbs edilmiş, qətnamələri icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətsizliyini davam etdirməklə məhkəmə aktlarını qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4285/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən 01 mart 2017-ci il tarixdən etibarən xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü Həmidov Kamran Əlövsət oğlunun saxlanılması üçün Təqsirləndirilən şəxs hər uşaq üçün 50 manat, ümumilikdə 100 manat pul tutularaq X8 ödənilməlidir. Qeyd olunan qətnamə icraya yönəldilərək, icra vərəqəsi xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. 07 mart 2017-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 4285/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilərək, qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. Bundan sonra Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 2314/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan qətnamə icraya yönəldilərək, icra vərəqəsi xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. 14 iyun 2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 tərəfindən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2314/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilərək, qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-2488/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardaına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-211/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-3170/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-315/2024) qərarını icra edərək xx.xx.2024-cü il tarixli, 413/2024 saylı orderə əsasən vəkil X7 onun vəkili təyin etmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ilə müqavilə bağlamışdır. Müdafiəçi X9 məhkəmə iclasında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 03 (üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir.. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 göstərdiyi 03 (üç) saat hüquqi yardıma görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar