Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-316/2021 03.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1988-ci ildə Ucar rayonu, Yuxarı Şilyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 24 sentyabr 2020-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral göl adlanan ərazidə qonşusu Zərərçəkmiş şəxs2 yaşadığı fərdi evinin giriş darvazasının qarşısında anası Bahar Mənəfovanın X14nın darvazasının qarşısında olan zibil tulantısının Zərərçəkmiş şəxs2 anası Şahid1 tərəfindən atılmasını bildirdiyindən aralarında mübahisə yaranmış, mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs2 burun nahiyəsindən bir zərbə vuraraq ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi ilə müşayiət olunmuş burun kökü nahiyənin qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurmuş, yumruqla hadisə zamanı orada olan Zərərçəkmiş şəxs1 sağ çənə nahiyəsindən bir zərbə vuraraq ona hərəkət məhdudluğu ilə müşayət olunmuş sağ çənə oynağı nahiyəsinin qançır-şişkinliyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şahid1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə heç bir düşmənçilik ədavətləri yoxdur, onlarla qonşuluqda yaşayır. Həmçinin, X14 da onunla qonşuluqda yaşayır. X14 ilə Bəstigilin evi yanbayandır. 24.09.2020-ci il tarixdə X14 2 azyaşlı övladı xəstələndiyi üçün onları xəstəxanaya aparmış, digər 2 azyaşlı övladlarına baxmaq üçün anası X20 Quliyevanın yaşadığı ünvana gəlmişdir. Eyni tarixdə saat 22 radələrində yaşadığı evdə olarkən küçədən səs-küy gəlməsini eşidərək çölə çıxdıqda X14 ilə Bəstigilin evinin ortasında, küçədə anası Bahar Mənəfovun başında qan izləri ilə yerə yıxılmış vəziyyətdə olduğunu, onu yanında olan Şahid1 əlində mismarlı taxta ilə baş nahiyəsindən vurduğunu, Zərərçəkmiş şəxs1 təpiklə sol onba nahiyəsindən bir neçə zərbə vurduğunu görüb tez onların yanına gedərək Zərərçəkmiş şəxs1 əli ilə itələmiş, nəticədə Zərərçəkmiş şəxs1 yıxılmışdır. Şahid1 taxta parçası ilə yenidən Bahar Mənəfovanı vurmaq istədikdə taxtanın Bahara dəyməməsi üçün əlini taxtanın qabağına verdikdə taxta onun sağ əlinə dəymişdir. Sonra Zərərçəkmiş şəxs1 yerdən dəmir boru götürüb sağ əlinə bir zərbə vurmuş, nəticədə sağ əlinin baş barmağından xəsarət almışdır. X10 ayağa qaldırarkən Zərərçəkmiş şəxs2 barmağı ilə onun ağzından tutub dartmış, buna baxmayaraq Bahar Mənəfovanı ayağa qaldırıb öz evinə aparmışdır. Bahar Mənəfovanın xəsarətlərinin olmasına və özünü pis hiss etdiyinə görə təcili tibbi yardım çağıraraq xəstəxanaya getmişlər. Hadisə X14 və Bəstinin evinin ortasında küçədə baş verib və bitmişdir, hadisə təxminən 10 dəqiqə davam etmişdir, həmin vaxt orada 10-15 nəfər qonşu yığılaraq hadisənin şahidi olmuşdur. O, yalnız Zərərçəkmiş şəxs1 anasından ayırmaq üçün itələmiş, nəticədə Zərərçəkmiş şəxs1 arxası üstə yerə yıxılmış, başqa heç kimi vurmamışdır. Hadisə yerinə gəldikdən sonra anası X9 Abbasova, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurduğunu görməmişdir. Həmçinin hadisə zamanı Şahid1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bədəni üzərində heç bir xəsarət görməmişdir. O, Zərərçəkmiş şəxs2 vurmamış, ona heç bir xəsarət yetirməmişdir. O, yalnız Zərərçəkmiş şəxs1 itələmiş, Zərərçəkmiş şəxs1 da yerə yıxılmışdır. Lakin Zərərçəkmiş şəxs1 yumruqla vurmamış, boğazını tutub sıxmamışdır. Təqsirləndirilən şəxs heç bir təqsirinin olmadığını, belə ki, o, mübahisə zamanıZərərçəkmiş şəxs1 anasından ayırmaq üçün itələdiyini, nəticədə Zərərçəkmiş şəxs1 arxası üstə yerə yıxıldığını, başqa heç kimi vurmadığını bildirərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, X6 və onun oğlu Təqsirləndirilən şəxs ilə heç bir düşmənçilik ədavətləri yoxdur. X3 və Təqsirləndirilən şəxs onlarla qonşuluqda yaşayır. 24.09.2020-ci il tarixdə saat 21 radələrində anası Zərərçəkmiş şəxs2 ilə yaşadıqları evin darvazasının qarşısında qonşuları Aysellə söhbət edən zamanı Aysel məhləyə gələn təcili tibbi yardım maşınının kimgilə gəldiyini soruşmuş, anası Zərərçəkmiş şəxs2 Ayselə təcili tibbi yardım maşınının Leyla Quliyevanın uşağına görə gəldiyini, uşağın deyəsən tempuraturunun olduğunu bildirmişdir. X18 ilə təxminən 1 həfdə əvvəl uşaqlarına görə aralarında mübahisə olduğuna görə daha çölə çıxmağa qorxduğunu bildirmiş, X21 eşitmiş və onların ünvanlarına nalayiq sözlər deməyə başlamışdır. X11 əhəmiyyət verməmiş və anası Zərərçəkmiş şəxs2 ilə qonşuya getmişlər. Qonşudan birinci Zərərçəkmiş şəxs2, ondan 1-2 dəqiqə sonra isə o çıxmışdır. Zərərçəkmiş şəxs2 darvazalarının ağzına çatdıqda X16 Səmədovanın yanına gələrək Zəminənin ünvanına nalayiq sözlər deməyə başlamışdır. O, onların yanına çatıb Zərərçəkmiş şəxs2 Bahar Mənəfovaya baş qoşmamasını, Baharın dava-dalaş axtarmasını və həyətə girməsini bildirmişdir. Bunu eşidən Bahar Mənəfova onun da ünvanına nalayiq sözlər deməyə başlamışdır. Zərərçəkmiş şəxs2 Bahar Mənəfovaya “get gir içəri, qızınla oğlunun dərdini çək” dedikdə Təqsirləndirilən şəxs gələrək bir əli ilə onun boğazından tutmuş, digər əli ilə isə Zərərçəkmiş şəxs2 itələyib evin həyətinə salmışdır. Sonra isə onu da evin həyətinə salıb darvazanı içəridən bağlamışdır. Lakin hələ də onun boğazını buraxmamış, Zərərçəkmiş şəxs2 isə əli ilə tutmuşdur. Evin həyətində o, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs qalmışdır. Sonra nənəsi Şahid1 da evdən çıxmışdır. O, cibində olan “Samsung C8” markalı mobil telefonunu DİN-in 102 xidmətinə zəng etmək üçün çıxartdıqda Təqsirləndirilən şəxs telefonunu əlindən alıb yerə tullamışdır. O, darvazanı açıb Təqsirləndirilən şəxs müqavimət göstərərək onu evin həyətindən küçəyə çıxartmış, Təqsirləndirilən şəxs da özü ilə bərabət onun boğazından tutub onu da küçəyə çıxartmışdır. Sonra Təqsirləndirilən şəxs yumruqla sifətinin sağ hissəsindən bir zərbə vurmuş, zərbənin təsirindən yerə yıxılmışdır. O, yerdə ola-ola Təqsirləndirilən şəxs təpiklə qarın və ayaq nahiyələrinə bir neçə zərbə vurmuş, başını isə yerə çırpmışdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs aralaşdırmaq üçün onu itələdikdə Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs2n burun nahiyəsindən bir zərbə vurmuş, zərbənin təsirindən Zəminə yerə yıxılmışdır. Təxminən 10 dəqiqə Zərərçəkmiş şəxs2 huşsuz vəziyyətdə yerə yıxılı vəziyyətdə qalmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurduqdan sonra yerdən ayağa qalxmaq istədikdə Bahar Mənəfova əlində olan taxta parçası ilə onun sağ diz nahiyəsindən bir zərbə vurmuş, o, güclə ayağa qalxaraq Bahar Mənəfovanın əlində olan taxta parçasını əlindən alıb Bahar Mənəfovaya bir zərbə endirmiş, lakin Bahar Mənəfova çəkildiyi üçün zərbə ona dəyməmiş, o yenidən taxta parçası ilə Bahar Mənəfovanın baş nahiyəsindən bir zərbə vurmuşdur. Taxta enli olduğu üçün onun əlindən yerə düşmüş, Bahar Mənəfova isə sillə ilə onun sifətinin sol hissəsindən bir zərbə vurmuşdur. Sonra Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu görüb Zərərçəkmiş şəxs2 və Şahid1 evin həyətinə salmışdır. Təqsirləndirilən şəxs və anası Bahar Mənəfova isə darvazalarının çöl tərəfdən qarşısında qalmışlar. Sonra isə qonşuluqda yaşayan tanımadığı qonşular Bahar Mənəfovanı və Təqsirləndirilən şəxs aparmışlar. Ekspertiza zamanı bədəni üzərində aşkar edilmiş hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ çənə oynağı nahiyəsinin qançır-şişkinliyi xəsarətini Təqsirləndirilən şəxs yumruqla vurub ona yetirmişdir. Həmin zərbənin təsiri nəticəsində yerə yıxılmışdır. Boyun nahiyəsinin qançırı xəsarətini Təqsirləndirilən şəxs boğazını sıxaraq yetirmiş, sağ diz oynağı nahiyəsinin sıyrıqları xəsarətini Bahar Mənəfova taxta ilə vuraraq yetirmiş, sol ayağın İ barmağının sıyrıqları xəsarətini isə yerdə olarkən Bahar Mənəfova ayağının üzərinə çıxaraq yetirmişdir. Anası Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətləri Təqsirləndirilən şəxs yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs2 burun nahiyəsindən zərbə vurması nəticəsində Zəminə yerə yıxılmışdır. Hadisə təxminən 30 dəqiqə davam etmişdir. X6 və onun oğlu Təqsirləndirilən şəxs ilə heç bir düşmənçilik ədavətləri yoxdur. Lakin 2020-ci ilin sentyabr ayının əvvəllərində X4 Quliyevanın azyaşlı övladını ögey atası əlini yandırdığı və alnına yumruqla vurduğuna görə uşağın xəsarətlərini videogörüntüyə alıb Uşaq hüquqlarının müdafiəsi təşkilatına göndərdiyinə görə aralarında narazılıq var. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışmadığını və heç vaxtda barışmayacağını bildirərək, sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, X6 və onun oğlu Təqsirləndirilən şəxs heç bir düşmənçilik ədavətləri yoxdur. X4 Quliyeva və Təqsirləndirilən şəxs onlarla qonşuluqda yaşayır. 24.09.2020-ci il tarixdə saat 21 radələrində qızı Zərərçəkmiş şəxs1 ilə yaşadıqları evin darvazasının qarşısında qonşuları Aysellə söhbət edən zamanı Aysel məhləyə gələn TTY maşının kimgilə gəldiyini soruşmuş, O, TTY maşınının Leyla Quliyevanın uşağına görə gəldiyini, uşağın deyəsən tempuraturunun olduğunu bildirmişdir. X18 ilə təxminən 1 həfdə əvvəl uşaqlarına görə aralarında mübahisə olduğuna görə daha çölə çıxmağa qorxduğunu bildirmişdir. X21 eşitmiş və onların ünvanına nalayiq sözlər deməyə başlamışdır. X11 əhəmiyyət verməmiş və Zərərçəkmiş şəxs1 ilə qonşuya getmişdir. Qonşudan birinci çıxıb darvazalarınınn ağzına çatdıqda Bahar Mənəfova onun yanına gəlib ünvanına nalayiq sözlər deməyə başlamış, sonra qızı Zərərçəkmiş şəxs1 yanlarına gəlib ona Bahara baş qoşmamağını, Baharın davadalaş axtarmasını və həyətə girməyini bildirmiş, bunu eşidən X17 Səmədovanın da ünvanına nalayiq sözlər deməyə başlamışdır. O, Bahar Mənəfovaya “get gir içəri, qızınla oğlunun dərdini çək” dedikdə Təqsirləndirilən şəxs gələrək bir əli ilə Zərərçəkmiş şəxs1 boğazından tutmuş, digər əli ilə isə onu itələyib evin həyətinə salmışdır. Sonra Zərərçəkmiş şəxs1 da evin həyətinə salıb darvazanı içəridən bağlamışdır. Lakin hələ də Zərərçəkmiş şəxs1 boğazını buraxmamış, onu isə əli ilə tutmuşdur. Evin həyətində o, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs qalmışdır. Sonra anası Bəsti Səmədova da evdən çıxmışdır. Zərərçəkmiş şəxs1 cibində olan “Samsung C8” markalı mobil telefonunu çıxardıb DİN-in 102 xidmətinə zəng etmək istədikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 telefonunu əlindən alıb yerə tullamışdır. Zərərçəkmiş şəxs1 darvazanı açıb Təqsirləndirilən şəxs evin həyətindən çölə çıxarmaq istədikdə Təqsirləndirilən şəxs yumruqla darvazaya bir zərbə vurmuşdur. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs müqavimət göstərərək onu evin həyətindən küçəyə çıxartmış, Təqsirləndirilən şəxs da özü ilə bərabər Rəşidənin boğazından tutub onu da küçəyə çıxartmışdır. O, onların arxasınca küçəyə çıxmış, sonra Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs1 sifətinin sağ hissəsindən bir zərbə vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs1 yerə yıxılmışdır. Zərərçəkmiş şəxs1 yerdə ola-ola Təqsirləndirilən şəxs təpiklə Rəşidənin qarın və ayaq nahiyələrinə bir neçə zərbə vurmuş, başını yerə çırpmışdır. O, Təqsirləndirilən şəxs aralaşdırmaq üçün əli ilə onun ağzından tutub dartdıqda Təqsirləndirilən şəxs yumruqla burun nahiyəsindən bir zərbə vurmuş, Zərbənin təsirindən yerə yıxılmışdır. Yerdə olarkən Təqsirləndirilən şəxs təpiklə ayaq nahiyələrinə bir neçə zərbə vurmuşdur. Ayağa qalxa bilməsə də yerdə ola-ola baş vermiş hadisəni izləmişdir. Bahar Mənəfova əlində olan taxta parçası ilə Zərərçəkmiş şəxs1 sağ diz nahiyəsindən bir zərbə vurmuş, Zərərçəkmiş şəxs1 ayağa qalxıb Bahar Mənəfovanın əlində olan taxta parçasını əlindən alıb Bahar Mənəfovanın baş nahiyəsindən bir zərbə vurmuşdur. Həmin vaxt taxta Zərərçəkmiş şəxs1 əlindən yerə düşmüşdür. Bahar Mənəfova isə sillə ilə onun sifətinin sol hissəsindən bir zərbə vurmuşdur. Sonra güclə ayağa qalxdıqdan sonra qızı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu görüb onu və anası Şahid1 evin həyətinə salmışdır. Ekspertiza zamanı Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ çənə oynağı nahiyəsinin qançır-şişkinliyi xəsarətini Təqsirləndirilən şəxs yumruqla vurub yetirmiş, həmin zərbənin təsiri nəticəsində Zərərçəkmiş şəxs1 yerə yıxılmışdır. Boyun nahiyəsinin qançırı xəsarətini Təqsirləndirilən şəxs boğazını sıxaraq yetirmiş, sağ diz oynağı nahiyəsinin sıyrıqları xəsarətini Bahar Mənəfova taxta ilə vuraraq yetirmiş, sol ayağın İ barmağının sıyrıqları xəsarətini isə Zərərçəkmiş şəxs1 yerdə olarkən Bahar Mənəfova ayağının üzərinə çıxaraq yetirmişdir. Ekspertiza zamanı bədəni üzərində aşkar edilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun kökü nahiyənin qançırı xəsarətini Təqsirləndirilən şəxs yumruqla burun nahiyəsinə vurub yetirmiş, hər iki dirsək oynağı nahiyənin sıyrıqları xəsarətlərini yumruğun təsirindən yerə yıxılıb almış, sol ayağın V barmağının qançırı xəsarətini yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs təpiklə vurub yetirmişdir. Hadisə təxminən 30 dəqiqə davam etmişdir.X6 və onun oğlu Təqsirləndirilən şəxs ilə heç bir düşmənçilik ədavətləri yoxdur. Lakin 2020-ci ilin sentyabr ayının əvvəllərində X4 Quliyevanın azyaşlı övladını ögey atası əlini yandırdığı və alnına yumruqla vurduğuna görə Zərərçəkmiş şəxs1 uşağın xəsarətlərini videogörüntüyə alıb Uşaq hüquqlarının müdafiəsi təşkilatına göndərdiyinə görə aralarında narazılıq var.Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışmadığını və heç vaxtda barışmayacağını bildirərək, sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Şahid1 təxminən 30-35 ildir ki tanıyır. Onunla Sumqayıt şəhəri, 4-cü mikrorayonda qonşuluqda yaşamışlar. 24.09.2020-ci il tarixdə qızı Rəna Babayeva və azyaşlı, epilepsiya xəstəsi olan nəvəsi ilə birgə Şahid1 yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən evə qonaq getmişdir. Eyni tarixdə saat 21 radələrində Şahid1 yaşadığı evdə birlikdə çay içib televizor izləyərkən çöldə səs-küy eşidib evdən evin həyətinə çıxdıqda evin həyətyanı sahəsinin darvazasının açıq olduğunu, Şahid1 qızı Zərərçəkmiş şəxs2 sifət nahiyəsində qan izləri ilə küçədə huşsuz vəziyyətdə yerdə yıxılı olduğunu görmüşdür. Təqsirləndirilən şəxs isə evin həyətində olan Zərərçəkmiş şəxs2 qızı Zərərçəkmiş şəxs1 boğazından tutub həyətdən çıxardaraq yumruqla sifətindən bir zərbə vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs1 yerə yıxılmışdır. Təqsirləndirilən şəxs anası Bahar Mənəfova isə əlində olan taxta ilə Rəşidənin ayağına vurmuşdur. Zərərçəkmiş şəxs1 isə taxtanı Bahar Mənəfovanın əlindən alıb başından bir zərbə vurmuşdur. Həmin vaxt onun azyaşlı nəvəsinin qıcolması tutduğu üçün qızı Rəna Babayeva ilə birlikdə azyaşlı nəvəsini götürərək xəstəxanaya aparmışdır. O, hadisə yerində olduğu müddətdə Zərərçəkmiş şəxs2 ancaq huşsuz vəziyyətdə yerdə yıxılmış vəziyyətdə gördüyünü, Zərərçəkmiş şəxs2 və Şahid1 nə Təqsirləndirilən şəxs, nə də anası Bahar Mənəfovanı vurmadığını, əksinə Bəhruz və anası Baharın Rəşidəni vurduğunu görmüşdür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 19.10.2020-ci il tarixli, 1180 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: QKBT.Baş-beyin silkələnməsi, burun kökü nahiyənin, sol ayağın barmağının qançırları, hər iki dirsək oynağı nahiyyənin sıyrıqlar. Qeyd olunan xəsarətlər bərk kütəşyanın (əşyaların) təsirindənyaranmışdır, tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən 24.09.2020-ci il tarixdə yarana bilərdilər, dərəcəsinə görə-QKBT, baş-beyin silkələnməsi ilə müşayət olunmuş burun kökü nahiyyənin qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər isə həm ümumilikdə həmdə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 20.10.2020-ci il tarixli, 1181 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Hərəkət məhdudluğu ilə müşayət olunmuş sağ çənə oynağı nahiyyəsinin qançır-şişkinliyi, boyun nahiyyəsinin qançırı, sağ diz oynağı nahiyyənin və sol ayağın İ barmağının sıyrıqları. Qeyd olunan xəsarətlər bərk kütəşyanın (əşyaların) təsirindən yaranmışdır, tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən 24.09.2020-ci il tarixdə yarana bilərdilər, dərəcəsinə görəHərəkət məhdudluğu ilə müşayət olunmuş sağ çənə oynağı nahiyyəsinin qançır-şişkinliyisağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər isə həm ümumilikdə həmdə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilməyərək, zərərçəkmiş şəxsləri döyməməsi və onlara hər hansı bir xəsarət yetirməməsi barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20.11.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqları-18.09.20110ci il təvəllüdlü Mənəfov Məhəmməd oğlu, 10.04.2013-cü il təvəllüdlü X5 və 27.07.2016-cı il təvəllüdlü X8 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxsna hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarında olan müstəntiqin “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 28 mart 2021-ci il tarixli qərarından görünür ki, həmin qərarın surəti Zərərçəkmiş şəxs2 və X2 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə göndərilmişdir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 12.04.2021-ci il tarixli (iş № 1(060)-316/2021) qərarını icra edərək, 13.04.2021-ci il tarixli 313 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanında tərk etməmək, Sumqayıt, Bakı şəhərlərini və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-316/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-316/2021
03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver