Məhkəmə qərarları › İş №1(060)-316/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-316/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-316/2022 26.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 29.07.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasının 02 ay 20 gününü çəkmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11.01.2022-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən həmin hökmlə təyin olunmuş cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış və 09 ay 10 gün çəkilməyən cəzası qalmış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 4-cü mikrorayon, yataqxana 7, otaq 58 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 18.05.2021-ci il tarixdə saat 22 radələlərində özgə əmlakını gizli yolla talama məqsədilə X2 məxsus Sumqayıt şəhəri Novxanı bağlar masssivində yerləşən 1415 nömrəli bağ evinin həyətinə açıq darvazadan daxil olaraq, oradan götürdüyü dəmir parçası ilə fərdi yaşayış evinin birinci mərtəbəsinin pəncərəsi üzərindəki dəmir barmaqlığı sındırıb, plastik pəncərəni sıxıb açmaqla fərdi yaşayış evinə qanunsuz daxil olaraq, birinci mərtəbədə olan 50 metr uzunluğunda, 4 mm diametrli, 25 (iyirmi beş) manat dəyərində, 01 ədəd elektrik uzadıcısı dəsti, 25 (iyirmi beş) manat dəyərində, 01 ədəd boru yapışdıran qaynaq qutusu, 20 metr uzunluğunda, rezin materiallı, 20 (iyirmi) manat dəyərində, 01 ədəd su borusu, 5 litr həcmli, 80 (səksən) manat dəyərində, 01 ədəd elektrik samovarı, 32 dioqanallı, 230 (iki yüz otuz) manat dəyərində, 01 ədəd “Samsung” markalı televizoru, evin ikinci mərtəbəsində olan 50 (əlli) manat dəyərində, 01 ədəd “Zepter” markalı bıçaq dəsti, hər biri 50 (əlli) manat dəyərində, ümumi qiyməti 100 (bir yüz) manat olan 02 ədəd “Zepter” markalı yataq dəstini gizli yolla talayaraq zərərçəkmiş şəxs X2 ümumilikdə 530 (beş yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli yolla talama məqsədilə 21.05.2021-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq, yerdən tapdığı dəmir parçası ilə evin birinci mərtəbəsinin pəncərəsi üzərindəki dəmir barmaqlığı qırıb, plastik pəncərəni sıxmaqla açaraq içəri daxil olub qonaq otağındakı şkafdan 500 (beş yüz) manat məbləğində nağd pul, mətbəxtdən 3 litr tutumlu 40 (qırx) manat dəyərində 01 ədəd elektrik samovarı, daha sonra həyətyanı sahədə yerləşən fərdi yaşayış evinə bitişik, məişət əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş tikilinin qapısını sıxıb açmaqla içəri qanunsuz daxil olub, oradan 50 (əlli) manat dəyərində, ümumi qiyməti 100 (bir yüz) manat olan 2 ədəd su qızdırıcısı və 200 (iki yüz) manat dəyərində 01 ədəd samovarı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 840 (səkkiz yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 20 bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, ümumi çəkisi 0,469 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 17.11.2021 -ci il tarixdə saat 20:30-da Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində yerləşən Baş Poçt İdarəsinin inzibati binasının arxasında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİnin inzibati binasına gətirilib, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərəsindəki 8 ədədi gümüşü, 7 ədədi qara, 5 ədədi ağ rəngli olan ümumilikdə 20 ədəd siqaret kağız bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,026 qram, 0,021 qram, 0,016 qram, 0,024 qram, 0,019 qram, 0,02 qram, 0,03 qram, 0,018 qram, 0,030 qram, 0,021 qram, 0,042 qram, 0,033 qram, 0,02 qram, 0,02 qram, 0,021 qram, 0,019 qram, 0,022 qram, 0,021 qram, 0,026 qram və 0,02 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə aludəçisidir. Bəzən narkotik vasitələr əldə etməyə maddi imkanı olmur. Belə olan halda çarəni oğurluq etməklə gəlir əldə edib və həmin gəlirlə narkotik vasitə almaqda görmüşdür . Belə ki, 18.05.2021-ci il tarixdə də narkotik vasitə almaq üçün pulu olmamış, ağrıları şiddətləndiyi üçün o, oğurluq etmək qərarına gəlmişdir. Həmin günü yaşadığı evdən çıxıb bir-bir qonşu evlərə baxmış, saat 22 radələrində Şüküfə adı ilə tanıdığı qonşusunun evinin yanından keçəndə evin işıqlarının sönülü olduğunu və mişar daşı ilə hörülmüş hasarın darvaza yerinin açıq olduğunu görüb oğurluq üçün şərait yarandığını başa düşmüşdür. Bir qədər ətrafı gəzib kimsənin onu görmədiyinə əmin olduqdan sonra darvaza yerindən həyətə daxil olmuşdur. Ətrafa diqqətlə göz gəzdirdiyi zaman yerdə bir ədəd dəmir parçasının olduğunu görmüş, həmin dəmir parçasını götürüb fərdi yaşayış evinin pəncərəsinə yaxınlaşmışdır. Pəncərə üzərindəki dəmir barmaqlığı əlindəki dəmir parçası ilə sıxıb güc tətbiq etməklə qırmışdır. Dəmir barmaqlığı qırdıqdan sonra pəncərəni içəriyə doğru sıxmış, pəncərə açılmış və o, içəri daxil olmuşdur. O, birinci mərtəbəsində olan təxminən 50 metr uzunluğunda, 4 mm diametrli, 01 ədəd elektrik uzadıcısı dəsti, 01 ədəd boru yapışdıran qaynaq qutusu, təxminən 20 metr uzunluğunda, rezin materiallı, 01 ədəd su borusu, 5 litr həcmli 01 ədəd elektrik samovarı, 01 ədəd “Samsung” markalı televizoru, evin ikinci mərtəbəsində olan bıçaq dəsti və yataq dəstini hissə-hissə pəncərədən çölə yığmış, oradan isə yaşadığı evin həyətyanı sahəsinin arxa tərəfindəki köhnə əşyaların yığıldığı yerdə gizlətmişdir. Oğurluqda istifadə etdiyi dəmir parçasını isə yolda xatırlamadığı yerdə atmışdır. Onun etdiyi oğurluğu kənar şəxslərdən və ya ailə üzvlərindən görən olmamışdır. Növbəti gün günorta saatlarında məhəlləyə gəlmiş metal tullantılar və elektronik ləvazimatlar alan QAZ31 markalı avtomobillə səyyar gəzən şəxsə oğurladığı bütün əşyaları 90 manata razılaşıb satmışdır. Əldə etdiyi gəlirlə tanımadığı müxtəlif şəxslərdən az-az narkotik vasitə alıb qəbul etmişdir. Oğurluq hadisəsini tək törətmişdir və kimsə ona bu işdə yardım etməmişdir. Oğurluq yolu ilə əldə etdiyi əmlakı satdığı şəxsi əvvəllər tanımamışdır və ya həmin şəxsə əvvəllər nəsə satmamışdır. Həmin şəxs aldığı malların oğurluq yolu ilə əldə edildiyini bilməmiş, həmin şəxsə yalandan əşyaları köhnəldiyindən və ehtiyacı olduğundan satdığını bildirib onu inandırmışdır. Sonra 21.05.2021-ci il tarixə keçən gecə təxminən saat 04 radələrində yaşadığı evdən çıxıb piyada gedən zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 evində heç kimin olmadığını görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. Bir qədər evi gözətləmiş və evdə kimsənin olmadığına əmin olmuşdur. Hasardan aşıb həyətə daxil olmuşdur. Ətrafa diqqətlə göz gəzdirəndə yerdə bir ədəd dəmir parçasının olduğunu görmüş, həmin dəmir parçasını götürüb fərdi yaşayış evinin pəncərəsinə yaxınlaşmış və pəncərə üzərindəki dəmir barmaqlığı əlindəki dəmir parçası ilə sıxıb güc tətbiq etməklə qırmışdır. Bundan sonra pəncərəni içəriyə doğru sıxmış, pəncərə açılmış və o, içəri daxil olmuşdur. Evə daxil olduqdan sonra mətbəxdə olan bir ədəd elektrik samovarını götürmüş və evi tərk etmişdir. Evdən çıxdıqdan sonra həyətdə evin kənarında bir tikili də olduğunu görmüşdür. Həmin tikilinin qapısını sıxıb içəri doğru açmışdır. İçəri daxil olub oradan bir ədəd samovar və iki ədəd su qızdırıcısı götürnüçdür. Oğurladığı əşyaları hissə-hissə pəncərədən çölə, oradan isə yaşadığı evin həyətyanı sahəsinin arxa tərəfindəki köhnə əşyaların yığıldığı yerdə gizlətmişdir. Oğurluqda istifadə etdiyi dəmir parçasını isə yolda xatırlamadığı yerdə atmışdır. Qeyd etdiyi bu prosesi kənar şəxslərdən və ya ailə üzvlərindən görən olmamışdır. Növbəti gün günorta saatlarında məhəlləyə gəlmiş metal tullantılar və elektronik ləvazimatlar alan VAZ2103 markalı avtomobillə səyyar gəzən şəxsə oğurladığı bütün əşyaları 200 manata razılaşıb satmışdır. Əldə etdiyi gəlirlə tanımadığı müxtəlif şəxslərdən az-az narkotik vasitə almaqla qəbul etmişdir. Oğurluq hadisəsini tək törətmişdir və kimsə ona bu işdə yardım etməmişdir. Oğurluq yolu ilə əldə etdiyi əmlakı satdığı şəxsi əvvəllər tanımamışdır və ya həmin şəxsə əvvəllər nəsə satmamışdır. Həmin şəxs aldığı malların oğurluq yolu ilə əldə edildiyini bilməmiş, o, həmin şəxsə yalandan həmin əşyaları köhnəldiyindən və ehtiyacı olduğundan satdığını bildirib inandırmışdır. Başqa oğurluq hadisəsi törətməmişdir. Zərərçəkmiş şəxs2 evində 500 manat pulu oğurlamamış, sadəcə olaraq ibtidai istintaq zamanı həmin pulu götürdüyünü bildirsə də, o, həmin evdən oğurluq edərkən hər hansı bir məbləğdə pul evdə görməmiş və götürməmişdir. 17.11.2021-ci il tarixdə, saat 20:30 radələrində Sumqayıt şəhəri 5-ci məhəllədə yerləşən poçtun arxasında olduğu zaman, polis əməkdaşları ona yaxınlaşıb özlərini ona təqdim edib və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib onu polis idarəsinə dəvət etmişlər. O, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində onun üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən iki büküm narkotik maddə aşkar olunmuş, lakin sonradan polis əməkdaşları ona əlavə 18 büküm narkotik vasitə vermişlər və ona bildirmişlər ki, onun üzərinə videoçəkilişlə baxış keçirilən zaman həmin bükümləri çıxarıb təqdim etsin və həmin bükümlərin ona məxsus olmasını bildirsin. O, da polis əməkdaşları ilə razılaşmış, bundan sonra idarədə xidməti otaqların birində ona hüquq və vəzifələri barədə bildiriş və müdafiəçi təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişdirlər. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu, şalvarının sol yan cibindən bir ədəd özünə məxsus qırmızı rəngli «Qukıtel» markalı mobil telefonu, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən iki ədəd «Argo» siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin kibrit qutusu açıldıqda içərisindən ümumilikdə 20 büküm olmaqla 8 büküm siqaretin gümüşü rəngli kağızına bükülmüş, 7 büküm siqaretin qara rəngli kağızına bükülmüş və 5 büküm siqaretin ağ rəngli kağızına bükülmüş halda olan bükümlər aşkar edilmişdir. Həmin bükümlər ayrı-ayrılıqda açıldıqda hər birinin içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. O heç vaxt narkotik maddə satmamış, yalnız narkotik maddələrdən istifadə etmişdir. Həmin vaxt polis əməkdaşlarının ona verdiyi narkotik maddələr və onun üzərindən aşkar olunmuş bükümlər elektiron tərəzidə çəkilmişdir. Həmin vaxt polis əməkdaşları onu döyməmiş, ona hər hansı bir fiziki və ya psixi təsir göstərməmiş, sadəcə olaraq ona həmin vaxt narkotik maddələri verərkən onsuz da ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəyini bildirmişlər, o da ona görə polsi əməkdaşları ilə razılaşmışdır. Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinə görə səmimi peşman olduğunu, vurulmuş maddi zərərləri ödəməyə maddi imkanının olmadığını və narkotik vasitə istifadəçisi olduğunu, heç vaxt narkotik maddə satmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş edi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə onun məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 17.11.2021 -ci il tarixdə, təxminən saat 20:30 radələrində Sumqayıt şəhəri 5-ci məhəllədə yerləşən poçtun arxasında olduğu zaman, polis əməkdaşları ona yaxınlaşıb özlərini ona təqdim edib və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib onu polis idarəsinə dəvət edib, Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməyib, ona hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişdirlər. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu, şalvarının sol yan cibindən bir ədəd özünə məxsus qırmızı rəngli «Qukıtel» markalı mobil telefonu, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən iki ədəd «Argo» siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin kibrit qutusu açıldıqda içərisindən ümumilikdə 20 büküm olmaqla 8 büküm siqaretin gümüşü rəngli kağızına bükülmüş, 7 büküm siqaretin qara rəngli kağızına bükülmüş və 5 büküm siqaretin ağ rəngli kağızına bükülmüş halda olan bükümlər aşkar edilmişdir. Həmin bükümlər ayrıayrılıqda açıldıqda hər birinin içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı o, narkotik vasitələrin istifadəçisi olduğunu, ondan aşkar olunan maddələrin narkotik vasitə «kakos» olduğunu, həmin maddələri saxlanıldığı gün, yəni 17.11.2021 -ci il tarixdə gün gündüz saatlarında əvvəlcədən tanıdığı, yaşadığı yeri bilmədiyi Orxan adlı şəxsdən bir bükümünü 5(beş) manata satıb pulunu Orxana vermək məqsədilə aldığını və üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş siqaretin gümüşü rəngli kağızına bükülmüş 8 büküm ayrı-ayrılıqda içərisindəki maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman, 1 -ci bükümün 0,06 qram, 2-ci bükümün 0,09 qram, 3-cü bükümün 0,08 qram, 4-cü bükümün 0,08 qram, 5-ci bükümün 0,09 qram, 6-cı bükümün 0,09 qram, 7-ci bükümün 0,09 qram və 8-ci bükümün 0,07 qram olduğu, siqaretin qara rəngli kağızına bükülmüş 7 büküm ayrıayrılıqda içərisindəki maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman, 1 -ci bükümün 0,08 qram, 2-ci bükümün 0,09 qram, 3-cü bükümün 0,07 qram, 4-cü bükümün 0,11 qram, 5-ci bükümün 0,07 qram, 6-cı bükümün 0,07 qram, 7-ci bükümün 0,08 qram olduğu, siqaretin ağ rəngli kağızına bükülmüş 5 büküm ayrı- ayrılıqda içərisindəki maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman, 1 -ci bükümün 0,13 qram, 2-ci bükümün 0,11 qram, 3-cü bükümün 0,12 qram, 4-cü bükümün 0,12 qram, 5-ci bükümün 0,13 qram olduğu müəyyən olunmuşdur. Ondan aşkar olunan 20 büküm bir yerdə içərisindəki qəhvəyi rəngli maddələrlə birlikdə tərəzyiə qoyulub çəkilən zaman ümumi çəkisinin 1,76 qram olduğu müəyyən edilmişdir. Ondan aşkar olunmuş 20 büküm kibrit qutusunun içərsində olmaqla Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra təqdim etdiyi özünə məxsus bir ədəd qırmızı rəngli «Qukıtel» markalı mobil telefon xüsusi qaydada qablaşdırılmışdır. Aşkar edilmiş iki ədəd siqaret qutusu isə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra onun üzərinə axtarış keçirilən zaman üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Tərtib olnumuş protokol ona ucadan oxunduqdan sonra o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Eləcə də o, ifadəsində narkotik vasitə aldığı şəxsi tanıdığını, onun adının Orxan olduğunu bildiyini, narkotik vasitəni Orxandan alıb, satdıqdan sonra hər büküm üçün ona 5 manat pul verməli olduğunu, satışdan gəlirinin olmadığını, yalnız Orxandan istifadəsi üçün narkotik vasitəni pulsuz əldə etdiyini, Orxanın Corat qəsəbəsində yaşadığını, idarə etməyə nəqliyyat vasitəsinin olmadığını, mobil telefon işlətmədiyi üçün Orxanın mobil nömrəsini bilmədiyini, narkotik vasitəni əldə etmək üçün satıcıya pul ödəmədiyini, yalnız satdıqdan sonra pulu satıcıya verdiyini, saxlanılarkən ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilmədiyini, heç bir hüququnun pozulmadığını, heç bir zaman hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını göstərmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 18.05.2021-ci il tarixdən 19.05.2021-ci il tarixdə Sumqayıt şəhəri Novxanı bağlar masssivi, 1415 nömrəli bağ evində olmamışdır. 19.05.2021-ci il tarixdə saat 19:35-də övladı evinə baş çəkdiyi zaman bağ evinin birinci mərtəbəsindəki pəncərinin üzərinə qoyulmuş dəmir barmaqlıqlarının qırılmış vəziyyətdə olmasını aşkar edib ona məlumat vermişdir. Bundan sonra o, bağ evinə getmiş, evin birinci mərtəbəsinin dəmir barmaqlığının sınıdırılmış vəziyyətdə olduğunu görmüşdür. Evə daxil olan zaman evdəki əşyaların dağıdılmış olduğunu, evin birinci mərtəbəsindən 230 manat dəyərində “Samsung” markalı, 32 dioqanallı televizorun, dəhlizdəki 50 metr uzunluğunda 4 mm diametrli elektrik uzadıcı dəstinin, 20 metr uzunluğunda rezin su şlankının, evin ikinci mərtəbəsindən isə 1 ədəd 50 manat dəyərində “Zapter” markalı bıçaq dəstinin, hər biri 50 manat dəyərində olan 2 ədəd ‘Zapter” markalı yataq dəstinin, 80 manat dəyərində 5 litr həcmli elektrik samovarının və 25 manat dəyərində boru yapışdıran qaynaq ütüsünün oğurlandığını aşkar etmişdir. Ona məxsus oğurlanmış “Samsung” markalı 32 dioqanallı televizoru 230 manata, 50 metr uzunluğunda 4 mm diametrli elektrik uzadıcı dəstini 2017-ci ildə 25 manata, 20 metr uzunluğunda rezin su şlankının 20 manata, “Zapter” markalı bıçaq dəstini 50 manata, 2 ədəd “Zapter” markalı yataq dəstini ümumilikdə 100 manata, 5 litr həcmli elektrik samovarını 80 manata və boru yapışdıran qaynaq ütüsünü 25 manata almış, oğurlanmış əşyaları modellərinə görə tanımış, noutbuku oğurlanmamış, pərdənin arxasında olduğundan oğlu noutbuku görməmiş, ümumlikdə oğurluq hadisəsi nəticəsində ona 530 manat maddi ziyan dəymiş, hadisənin törədilməsində şübhələndiyi şəxs olmamışdır. Zərərçəkmiş şəxs1 ona vurulmuş maddi zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsin barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına və onunla mobil telefon vasitəsi ilə əlaqə saxlanılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməyəcəyini bildirmiş, bu səbəbdən də onun məhkəmə iclasına məcburi qaydada gətirilməsi barədə qərar qəbul olunaraq həmin qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilmiş və Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsindən məhkəməyə daxil olmuş məktubda Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirakının təmin edə bilməyəcəkləri qeyd olunmuşdur. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə elan olunmuş ibtidai istintaqdakı ifadəsindən görünür ki, 21.05.2021-ci il tarixdə həftə sonu olduğundan və pandemiya rejimi ilə əlaqədar xətt avtobusları işləmədiyindən ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində yaşayan qaynanası gilə getmişlər. 23.05.2021-ci il tarixdə o, Sumqayıt şəhərində olan zaman onunla qonşuluqda yaşayan şəxs ona zəng edərək, evindən oğurluq olmasını demişdir. O da bundan sonra yaşadığı evə gəlmiş, evin həyətinə daxil olan zaman evin pəncərəsinin dəmir barmaqlıqlarının qırılmasını görmüş və polisə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra evə daxil olmuş və evdən nələrin oğurlanmasına baxmışdır. Evə baxış keçirən zaman ona məlum olmuşdur ki, evdə olan qonaq otağındakı dolabın içərisindən 500 manat məbləğində pul, mətbəxdən 01 ədəd samovar, əl damindan 01 ədəd samovar və 02 ədəd su qızdırıcısı oğurlanmışdır. Oğurluğa görə qonşularında yaşayan Telman adlı şəxsdən şübhələnirmişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə düşmənçilik və ədavət münasibətləri olmamışdır. 17.11.2021-ci il tarixdə NMB-nə etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlaması, istifadəsi, satması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə, əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri, NMB-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis leytenantı Şahid3 ilə birlikdə Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisinə getmişlər. Həmin gün saat 20:30 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində “Mərkəzi Poçtun” arxasında bir nəfər şəxsin Təqsirləndirilən şəxs əlamətləri ilə uyğun gəldiyini görüb, ona yaxınlaşmışlar, o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsdən də özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, satışında və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib, Sumqayıt ŞPİ-yə getməli olacaqlarını, orada üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün onu Sumqayıt ŞPİ-yə aparmışlar. Sumqayıt şəhər polis idarəsində xidməti otaqların birində təhqiqatçı Zaur Cəfərov özünü təqdim edərək saxlanılan şəxsdən özünü təqdim etməsini tələb etmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçının göstərişi ilə o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təhqiqatçı, saxlanılan şəxsə narkotik vasitələrin üzərində saxlanılmasında, satışında və gəzdirilməsində şübhəli şəxs qismində saxlanıldığını və polis əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-yə gətirildiyini demişdir. Daha sonra təhqiqatçı tutma haqqında protokolu, Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi Təqsirləndirilən şəxs təqdim etmiş, eyni zamanda Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X3 təyin olunduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmetin olub-olmadığını soruşmüş, olduğu halda təqdim etməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu və digər ciblərindən isə siqaret, telefon çıxardaraq təqdim etmişdir. Həmin kibrit qutusu açılan zaman içərisindən ümumilikdə 20 büküm olmaqla 08 büküm siqaretin gümüşü rəngli kağızına bükülmüş, 07 büküm siqaretin qara rəngli kağızına və 05 ədəd siqaretin ağ rəngli kağızına bükülmüş halda olan bükümlər aşkar edilmişdir. Həmin bükümlər ayrı-ayrılıqda açıldıqda hər birinin içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Təhqiqatçının müvafiq suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bükümlərin daxilindəki narkotik vasitə olan “kokos”dur (heroindir) və həmin maddəni tutulduğu gün yəni 17.11.2021-ci il tarixdə tanıdığı Orxan adlı şəxsdən bir bükümünü 5 manata satıb, pulunu Orxana vermək məqsədi ilə almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər təhqiqatçı tərəfindən elektron tərəziyə qoyulub çəkilən zaman 1-ci büküm 0,06 qram, 2-ci büküm 0,09 qram, 3-cü büküm 0,08 qram, 4-cü büküm 0,08 qram, 5-ci büküm 0,09 qram, 6-cı büküm 0,09 qram, 7-ci büküm 0,09 qram, 8-ci büküm 0,07 qram, daha sonra qara rəngli kağıza bükülmüş 07 büküm elektron tərəzidə çəkildikdə 1 -ci büküm 0,08 qram, 2-ci büküm 0,09 qram, 3-cü büküm 0,07 qram, 4-cü büküm 0,11 qram, 5-ci büküm 0,07 qram, 6-cı büküm 0,07 qram, 7-ci büküm 0,08 qram, bundan başqa ağ rəngli kağıza bükülmüş 05 büküm elektron tərəzidə çəkildikdə 1 -ci büküm 0,13 qram, 2-ci büküm 0,11 qram, 3-cü büküm 0,12 qram, 4-cü büküm 0,12 qram, 5-ci büküm 0,13 qram olduğu müəyyən edildi. Həmin bükümlər ümumilikdə tərəziyə qoyulub çəkilən zaman 1,76 qram olduğu müəyyən olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs vəkili X4 hər hansı bir sualının olması barədə soruşduqda vəkil Vüsal Mirzəyev hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı biri fiziki zor tətbiq olunub-olunmadığını soruşmuş Təqsirləndirilən şəxs cavabında heç bir fiziki zor tətbiq olunmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər büküm Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Tərtib olunmuş protokollar o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxslə ədavəti yoxdur, Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə əməliyyat məlumatları olmuşdur, lakin keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı onun kimə hansı miqdarda nəyin qarşılığında narkotik vasitə satmasını müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu Orxan adlı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona əlavə narkotik maddə verməsi barədə göstərdikləri həqiqətə uyğun deyil, nə onun, nə də ki, digər polis əməkdaları tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir narkotik maddə verilməmişdir. Məhkəmədə şahidlər Şahid2 və Şahid3da Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilənləri təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxışı keçirilmiş 17 noyabr 2021-ci ildə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 01.07.2021-ci il tarixli 9/3661 №li rəyindən görünür ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən iki adda malların istifadədə olması nəzərə alınmaqla orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021 -ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 140 manat müəyyən edilir. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyindən müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 02.07.2021-ci il tarixli 9/3630 №li rəyindən görünür ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən 4 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021 -ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 360,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyindən müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. 3 adda mallar haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18.11.2021- ci il tarixli 6/5102 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124”dairəvi möhür əksi “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr...” yazı və imzalar olan zərfdə 20 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,026 qram, 0,021 qram, 0,016 qram, 0,024 qram, 0,019 qram, 0,02 qram, 0,03 qram, 0,018 qram, 0,030 qram, 0,021 qram, 0,042 qram, 0,033 qram, 0,02 qram, 0,02 qram, 0,021 qram, 0,019 qram, 0,022 qram, 0,021 qram, 0,026 qram və 0,02 qram olmaqla, ümumi çəkisi 0,469 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin ümumi çəkisi 0,469 qram, tədqiqata sərf edilən miqdar-0,2 qram (hər bir obyektdən 0,01 qram olmaqla), qalıq 0,269 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 09.12.2021 -ci il tarixli 4989 nömrəli rəyi ilə ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 məxsus evdən 500 manat pulu oğurlamaması və onun üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilərkən əlavə narkotik maddələr qoyması barədə verdiyi ifadəsi cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxin, şahidlərin ifadələri, elan olunmuş zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu Zərərçəkmiş şəxs2 məxsus evdən 500 manat pulu oğurlamaması, narkotik maddələrin satışı ilə məşğul olmaması və polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilərkən ona əlavə narkotik maddələr verməsi və digər xüsusatlara dair ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxs qismində ibtidai istintaqda vermiş olduğu ifadə sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar oz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında səmimi olmamışdır. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 08.09.2021-ci il tarixli arayışın (tələbnamənin) surətlərindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 29.07.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. İş materiallarında olan Sumqayıt şəhər probasiya şöbəsinin 07.02.2022-ci il tarixli 209485/21 №li məktubundan müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 29.07.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 11.01.2022-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən həmin hökmlə təyin olunmuş cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış və çəkilməmiş cəzası 09 ay 10 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman Sumqayıt Şəhər Məhkəməsinin 29.07.2021-ci il tarixli hökmü ilə olan məhkumluğu residivin müəyyən olunması zamanı nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar CM-nin 61-ci maddəsinə əsasən müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla və Sumqayıt Şəhər Məhkəməsinin 29.07.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 09 ay 10 günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 04 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki təyin ediləcək cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 29.07.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 09 ay 10 günü CM-nin 68.1.1-1-cimadddəsinə əsasən 04 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və ona hökmlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 17.11.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 19.11.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 17 noyabr 2021-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 15.02.2022-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 15 gün uzadılmış və həmin məhkəmənin hazırlıq iclasının 03.03.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 17 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,269 qram çəkidə narkotik vasitə heroin heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Zərərçəkmiş şəxslərə izah olunmalıdır ki, təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 188,70 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli (iş № 1(060)-316/2022) qərarını icra edərək, 28 fevral 2022-ci il tarixli 285 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:̇ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.2-ci maddələri ilə təqsirli bilinsin o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 29.07.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 09 ay 10 günü CM-nin 68.1.1-1-ci madddəsinə əsasən 04 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 17 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,269 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 188,70 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar