Məhkəmə qərarları › İş №1(060)-316/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-316/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-316/2024 06.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X9, X12, X13 və X2, Xüsusi ittihamçının vəkili və nümayəndəsi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X6, X9, X12, X13, X2, X10 və X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittihamçı X11 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X17 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X6, X9, X12, X13, X2, X10 və X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, xüsusi ittihamçı X17 il barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X16 19 aprel 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan tərəflərin xx.xx.2014-cü il təvəllüdlü Aysel və xx.xx.2016-cı il təvəllüdlü Nurlan adlı iki uşaqları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(060)-329/2021 saylı qətnaməsi ilə X14 ilə X16 arasında Səadət sarayı Bakı nikah evind 19 aprel 2014-cü il tarixdə bağlanmış nikah pozulmuş, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X3 anaları X4 yanında qalması, xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh X5 xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin X4 xeyrin tutulması qət edilmişdir. Azərbaycan Respulikası Ali Məhkəməsi MK-nın xx.xx.2023-cü il tarixli, 2(102)-1583/2023 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1257/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Rəhman Şahhüseynli uşağın öz yanında saxlanması üçün Türkan Qurbanovanın psixi xəstəlikdən əziyyət çəkməsinə, bunun təsdiqi kimi isə iddiaçının psixoterapiya müalicəsində olmasını təsdiq edən "HB-Güvən" klinikasının arayışına, iddiaçının uşaqları ilə, əsasən də Nurlan adlı uşaqla qəddar davranması barədə çoxsaylı sənədlər ("İsminur” və "Kaspi” uşaq baxçalarının arayışları v s.) istinad elmişdir. "İsminur” uşaq baxçasının administratoru Kəmalə Musayeva tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəyin surətindən görünür ki, Nurlan Şahhüseynli həmin uşaq baxçasında təhsil aldığı müddətdə X3 qətiyyən ana haqqında danışmaması, ara-sıra ana ilə bağlı test xarakterli suallar verdikdə isə suallardan yayınması, hətta bəzən aqressiv cavablar verməsi uşağın ana ilə bağlı xoş təəsüratlarının olmadığını deməyə əsas vermiş, Nurlan Şahhüseynli uşaq bağçasında olduğu bütun dövr ərzində, ana bağça ilə qətiyyən əlaqə saxlamamış, bağçaya gəlməmiş, ümumiyyətlə, onun varlığı sual doğurmuudur. Məsələnin ailə-məişət xarakterini və həssaslığını nəzərə alaraq, bu barədə həm ata, həm də uşaqla ətraflı söhbət elməmək üstün tutulmuşdur, “İsminur” uşaq baxçasının körpələr evinin direktoru Nurlana Mutəllimovanın ərizəsind xx.xx.2020-ci ildə yazılan rəyin onların baxçasına heç bir aidiyyətinin olmadığını, rəyin məzmununun bütünlüklə Kəmalə Musayevanın özünə məxsus olduğunu, onun qeyd olunan məzmunda rəy vermək səlahiyyətinin olmadğı göstəriİmişdir. "Kaspi” uşaq baxçasının direktoru X31 tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına vermiş olduğu arayışın surətindən görünür ki, Nurlan Şahhüseynli həmin uşaq baxçasında təhsil aldığı müddətdə X3 anası ilə qətiyyən danışmaması (danışmaq istəməməsi), ana ilə bağlı söhbətlərdən yayınması, tərbiyəçi müəllimin ana haqqında ən primitiv suallarını belə uşağı ataya sevgisinin və bağlılığını ifadə edən cavablar verməsi olmuşdur. Göründüyü kimi "Kaspi" uşaq baxçasının arayışını isə baxçanın direktoru təqdim etmişdir. Halbuki, uşağın daxili psixoloji vəziyyəti, onun valideynləri ilə münasibətlərini qiymətləndirə bilən şəxs direktor deyil, psixoloqdur. Direktor isə həmin müəssisədə təşkilati-inzibati məsələlər üzrə məsul şəxsdir. Kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən işin araşdırılması zamanı müəyyən etmişdir ki, xx.xx.2017-ci il tarixdə X14 “HB Güvən” Klinikasında həkim Ramil Əfəndiyev tərəfindən "Asteno-nevrotik vəziyyət və depressiv nevroz" diaqnozu qoyularaq ambulator müalicə təyin edilərək pasiyenti sahə nevropatoloqunun və psixiatrın nəzarətində davamlı müalicə alması tibbən vacib olması göstərilmişdir. Həmin diaqnozlu xəstələrin əlamətləri tez-tez əsəbləşmək, neqativ hadisələrə qarşı normadan artıq reaksiya vermək, başda gərginlik xarakterli ağrılar, ürək döyünmə, stress olduğu zaman əhval-ruhiyynin pozulması, nəfəs darlığı, yuxu pozğunluğudur. Bu isə Türkanın məhz ailə-məişət zəminində zərbə alması nəticəsind baş vermişdir. X16 adı qeyd olunan şəxslərlə əlbir olaraq X14 barəsind həqiqətə uyğun olmayan məlumatlar uydurmaqla X8 qarşı böhtan və təhqir xarakterli məlumatları yığıncaq və toplantılarda deməklə, məktub, ərizə və şikayətlərdə göstərməklə yaymışdır. Ananın uşağı mütəmadi döyməsi, ataya tərk edib getməsi və uşağa atanın baxması ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik Komissiyasına təqdim edilməsi üçün tərtib olunmuş aktın surətindən görünür ki, "uşağa və ailəsinə qarşı qeyri-insani rəftarı ilə cəmiyyətimizin qayda və ənənələri ilə daban daban zidd münasibət göstərmiş ,əməllər törətmişdir. Həmin aktı tərtib edən şəxslər X18, X19, X20, X21, X1 həqiqətə uyğun olmayan məlumatlar qeyd etməklə, X8 qarşı böhtan və təhqir xarakterli məlumatları yığıncaq və toplantılarda deməklə, məktub, ərizə və şikayətlərdə göstərməklə yaymışlar. Həmin akta əlavə olaraq Corat qəsəbəsinin bələdiyyə sədri tərəfindən təqdim edilmiş heç bir kargüzarlıq və normativ hüquqi tələblərə cavab verməyən aktda da həqiqətə uyğun olmayan məlumatlar qeyd elməklə, X8 qarşı böhtan və təhqir xarakterli məlumatlar yığıncaq və toplantılarda deməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə yayılmışdir. Qeyd olunan xüsusallar Azərbaycan Respublikası Ali Məhkəməsinin 11,04.2023-cü il larixli, 2( 102)-1583/2023 saylı qərarı ilə təsdiqini tapmamış, mötəbər sübut qismində qiymətləndirilməmiş, nəzərə alınmamışdır. Vurğulanmalıdır ki, X34 Təhsil müəssisəsinin Xətai filialında çaləşmışdır. Bu yazılar ona həm işlədiyi şirkətlərlə də problem yaratmaqdadır. Belə ki, uzun illər ərzind nüfuz qazanaraq işlədiyi şirkətlər vardır ki, onların da ona qarşı münasibətləri dəyişmiş və iş fəaliyyətin demək olar ki dayanmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən, məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli, 3 saylı Qərarının 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə - təqsirləndirilən şəxs qismində tanınırlar. İş materiallarından görünür ki, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin ərizəsi əsasında həyata keçirildiyi halda, həmin şikayət ərizəsi zərərçəkmiş şəxs tərəfindən deyil onun vəkili və nümayəndəsi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən imzalanmışdır. Həmçinin şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi göstərilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6, X9, X12, X13, X2, X10 və X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittihamçı X11 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X6, X9, X12, X13, X2, X10 və X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittihamçı X11 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar