Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-317/2022 15.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Müdafiəçilər Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1977-ci ildə Ermənistan Respublikası, Cermuk rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 94a, mənzil 3 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Beton zavod ərazisi, ev 141 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Beton zavod ərazisi, ev 240 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 təqsirləndirilir Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrarən bina hesab edilən mağazaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində ünvan 4 ünvanının qarşısında yerləşən Zərərçəkmiş şəxs3 məxsus mağazaya, mağazanın plastik pəncərəsinə əli ilə fiziki təsir edib açaraq oraya qanunsuz daxil olub mağazanın vitrinindən və soyuducusundan qiyməti 30 manat olan “Min Bərəkət” firmasına məxsus, 3 kiloqramlıq 01 ədəd bağlamada manqalüstü sosiska, hər bir bağlamasının qiyməti 10 manat, cəmi 120 manat olan “Min Bərəkət” firmasına məxsus, 6 kiloqramlıq 02 ədəd bağlamada manqanüstü sosiska, hər bir bağlamasının qiyməti 10 manat, cəmi 30 manat olan “Min Bərəkət” firmasına məxsus, 1 kiloqramlıq 03 ədəd bağlamada manqalüstü sosiska, qiyməti 20 manat olan daxilində 10 qutu olmaqla 01 blok “Maqna” markalı siqaret, qiyməti 25 manat olan daxilində 10 qutu olmaqla 01 blok göy rəngli “Vinçester” markalı siqaret, qiyməti 25 manat olan daxilində 10 ədəd qutu olmaqla 01 blok boz rəngli “Vinçester” markalı siqaret, qiyməti 36 manat olan daxilində 10 qutu olmaqla 01 blok “Kent 4” markalı siqaret, qiyməti 20 manat olan, daxilində 10 qutu olmaqla 01 blok boz rəngli “Maqna” markalı siqaret, hər bir bloknun qiyməti 20 manat, cəmi 80 manat olan, daxilində 10 qutu olmaqla 04 blok “Keno” markalı siqaret, qiyməti 25 manat olan, daxilində 10 qutu olmaqla 01 blok “Rothmans” markalı siqaret, qiyməti 19 manat olan, daxilində 10 qutu olmaqla 01 blok “Veqas” markalı siqaret, hər birinin qiyməti 25 manat, cəmi 50 manat olan “Faberlik” firmasına məxsus “Valentina Yudaşkin” markalı 02 ədəd ətir, hər 1 kiloqramının qiyməti 12,50 manat, cəmi 50 manat olan 4 kiloqram “Kral bizimdad servalat” kolbasası, hər 1 kiloqramının qiyməti 11,50 manat, cəmi 44,80 manat olan 4 kiloqram “Kamar toyuq salyami” kolbasası, hər bir ədədinin qiyməti 0,55 manat, cəmi 2,75 manat olan “Mister” markalı, 70 qramlıq 05 ədəd günəbaxan tumu, hər bir ədədinin qiyməti 3 manat, cəmi 6 manat olan “Final” markalı 0,5 litr həcmli butulkada 02 ədəd günəbaxan duru yağı, hər bir ədədinin qiyməti 0,25 manat, cəmi 1 manat olan “Maccoffee 3/1” markalı 18 qramlıq 04 ədəd kofe, qiyməti 1,75 manat olan “Vita 1000” markalı 1 litr həcmli 01 ədəd şirə olmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 589,30 manat qiymətində əmlakını binaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 noyabr 2021-ci il tarixdə saat 04 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Sumqayıt şəhəri, Bakı küçəsi, avtovağzal ərazisində yerləşən Zərərçəkmiş şəxs1 istifadəsində olan mağazaya, mağazanın girişin qapısının kilitinə dəmir parçası ilə fiziki təsir edib açaraq oraya qanunsuz daxil olub mağazanın vitrinindən və oradakı masanın üzərindən hər birinin qiyməti 2,50 manat, cəmi 7,50 manat olan 03 qutu kompakt “West” markalı siqaret, hər birinin qiyməti 2,30 manat, cəmi 4,60 mant olan 02 qutu nazik “West” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 5 manat olan 02 qutuda ümumilikdə 25 ədəd kompakt “Winchester” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 1 manat olan 01 qutuda 05 ədəd nazik mentollu “Winchester” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 3,80 manat olan 01 qutuda 19 ədəd qalın “Pall Mall” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 4,20 manat olan 02 qutuda ümumilikdə 21 ədəd nazik mentollu və sadə “Pall Mall” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 7,40 manat olan 03 qutuda ümumilikdə 37 ədəd kompakt mentollu və sadə “Rothmans” markalı siqaret, hər birinin qiyməti 0,30 manat, cəmi 6 manat olan 03 qutuda ümumilikdə 20 ədəd qalın sadə və mentollu “Kent 4” markalı siqaret, qiyməti 0,30 manat olan 01 qutuda 01 ədəd nazik “Kent 4” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 2,20 manat olan 03 qutuda ümumilikdə 22 ədəd nazik “Magna” markalı siqaret, qiyməti 0,10 manat olan 01 qutuda 01 ədəd qalın “Magna” markalı siqaret, hər birinin qiyməti 0,30 manat, cəmi 3,90 manat olan 01 qutuda 13 ədəd nazik “Winston” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 1,80 manat olan 01 qutuda 18 ədəd qalın “Keno” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 0,70 manat olan 01 qutuda 07 ədəd nazik “Keno” markalı siqaret, hər birinin qiyməti 0,30 manat, cəmi 5,10 manat olan 01 qutuda 17 ədəd “Davidoff” markalı siqaret, hər birinin qiyməti 0,30 manat, cəmi 3,60 manat olan 01 qutuda 12 ədəd qalın “Sobranie” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 1,90 manat olan 02 qutuda 19 ədəd qalın “Fine” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 1,40 manat olan 01 qutuda 07 ədəd nazik “Want” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 2,60 manat olan 01 qutuda 13 ədəd nazik mentollu “LD” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 1,7 manat olan 01 qutuda 17 ədəd qalın “Senate” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 2 manat olan 01 qutuda 10 ədəd nazik “Line X” markalı siqaret, masanın altından hər birinin qiyməti 0,5 manat, cəmi 1 manat olan 02 ədəd 3 lt həcmli şüşə balonların içərisində 1043 ədəd 50 qəpiklik dəmir pullar, qiyməti 3 manat olan 01 ədəd sintetik torba olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 592,30 manat qiymətində əmlakını və pulunu qabaqcadan əlbir olan bir qrup şəxs halında bina hesab edilən mağazaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə ondan ötrü ki, o, zərərçəkmiş şəxsin cibindən çıxarmaqla və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında bina hesab edilən mağazaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 12 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində Sumqayıt şəhər ərazisi üzrə fəaliyyət göstərən 9 nömrəli avtobusda olarkən, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə avtobus Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində hərəkətdə olarkən ayaq üstə olan sərnişin Zərərçəkmiş şəxs2 yaxınlaşıb, sonuncunun əynində olan göy rəngli şalvarın sağ yan cibindən 3 ədəd 100 manatlıq, 7 ədəd 20 manatlıq və 4 ədəd 1 manatlıq əskinas olmaqla ümumilikdə 444(dörd yüz qırx dörd) manat pulu çıxarmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 noyabr 2021-ci il tarixdə saat 04 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Sumqayıt şəhəri, Bakı küçəsi, avtovağzal ərazisində yerləşən Zərərçəkmiş şəxs1 istifadəsində olan mağazaya, mağazanın girişin qapısının kilitinə dəmir parçası ilə fiziki təsir edib açaraq oraya qanunsuz daxil olub mağazanın vitrinindən və oradakı masanın üzərindən hər birinin qiyməti 2,50 manat, cəmi 7,50 manat olan 03 qutu kompakt “West” markalı siqaret, hər birinin qiyməti 2,30 manat, cəmi 4,60 mant olan 02 qutu nazik “West” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 5 manat olan 02 qutuda ümumilikdə 25 ədəd kompakt “Winchester” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 1 manat olan 01 qutuda 05 ədəd nazik mentollu “Winchester” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 3,80 manat olan 01 qutuda 19 ədəd qalın “Pall Mall” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 4,20 manat olan 02 qutuda ümumilikdə 21 ədəd nazik mentollu və sadə “Pall Mall” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 7,40 manat olan 03 qutuda ümumilikdə 37 ədəd kompakt mentollu və sadə “Rothmans” markalı siqaret, hər birinin qiyməti 0,30 manat, cəmi 6 manat olan 03 qutuda ümumilikdə 20 ədəd qalın sadə və mentollu “Kent 4” markalı siqaret, qiyməti 0,30 manat olan 01 qutuda 01 ədəd nazik “Kent 4” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 2,20 manat olan 03 qutuda ümumilikdə 22 ədəd nazik “Magna” markalı siqaret, qiyməti 0,10 manat olan 01 qutuda 01 ədəd qalın “Magna” markalı siqaret, hər birinin qiyməti 0,30 manat, cəmi 3,90 manat olan 01 qutuda 13 ədəd nazik “Winston” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 1,80 manat olan 01 qutuda 18 ədəd qalın “Keno” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 0,70 manat olan 01 qutuda 07 ədəd nazik “Keno” markalı siqaret, hər birinin qiyməti 0,30 manat, cəmi 5,10 manat olan 01 qutuda 17 ədəd “Davidoff” markalı siqaret, hər birinin qiyməti 0,30 manat, cəmi 3,60 manat olan 01 qutuda 12 ədəd qalın “Sobranie” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 1,90 manat olan 02 qutuda 19 ədəd qalın “Fine” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 1,40 manat olan 01 qutuda 07 ədəd nazik “Want” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 2,60 manat olan 01 qutuda 13 ədəd nazik mentollu “LD” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 1,7 manat olan 01 qutuda 17 ədəd qalın “Senate” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 2 manat olan 01 qutuda 10 ədəd nazik “Line X” markalı siqaret, masanın altından hər birinin qiyməti 0,5 manat, cəmi 1 manat olan 02 ədəd 3 lt həcmli şüşə balonların içərisində 1043 ədəd 50 qəpiklik dəmir pullar, qiyməti 3 manat olan 01 ədəd sintetik torba olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 592,30 manat qiymətində əmlakını və pulunu qabaqcadan əlbir olan bir qrup şəxs halında bina hesab edilən mağazaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1977-ci il tarixdə Ermənistan Respublikası Cermuk rayonunda anadan olub, daha sonra Azərbaycan Respublikasına valideynləri ilə gəlib ünvan 5 ünvanında qeydiyyatda olsa da ünvan 6 ünvanında bacısı ilə birlikdə yaşayıb. İşsiz olduğundan və buna görə də maddi vəziyyəti pis olduğundan oğurluq etmək niyyətinə düşüb. Yaşadığı ünvandan bir qədər aralı məsafədə yerləşən, Zərərçəkmiş şəxs3 tərəfindən işlədildiyini bildiyi ərzaq mağazasının qarşısından 02 oktyabr 2021-ci il tarixdə axşam saatlarında keçdiyi zaman mağazanın qapı və pəncərəsinin plastik materialdan olduğunu və kamerası omadığını müşahidə edib. Fikirləşib ki, oranın qapı və pəncərəsini asanlıqla aça bilər. Bu səbəblə də, oradan oğurluq etmək qərarına gəlib ətrafda kənar şəxslərin olmaması üçün gecə saatlarını gözləyib. 03.10.2021-ci il tarixdə saat 02 radələrində evdən çıxıb həmin mağaza tərəfə gedir və mağazanın qarşısında dayanaraq ətrafa baxıb heç kimin olmadığından əmin olduqdan sonra mağazanın qapısını yoxlayır. Qapı kilitli olduğundan pənəcərəni açıb mağazaya daxil olmaq üçün pəncərəni əlilə içəri sıxıb fiziki təsir göstərərk açıb oraya daxil olub. Mağazaya daxil olduqdan sonra ilk əvvəl pul axtarsa da tapa bilməyib və bundan sonra özü gətirdiyi sellofan torbalara mağazanın vitrinindən hər biri bloklarda olmaqla müxtəlif markalı siqaretlər, günəbaxan tumu, kofe, butulkada günəbaxan duru yağı, meyvə şirəsi, ətir, həmçinin soyuducudan müxtəlif növ kolbasa və sosiskalar götürüb yığaraq mağazaya daxil olduğu yerdən, yəni pəncərədən çıxıb oradan uzaqlaşıb. Həmin vaxt oğurladığı əşyaları sata biləcəyi yer olmadığından ilk əvvəl evə gedib havanın açılmasını gözləyib. Evdə olduğu zaman oğurladığı əşyalara dəqiqliklə baxdıqda ona məlum olub ki, oğurladığı əşyalar hər biri bloklarda olmaqla “Maqna” markalı, “Vinçester” markalı, “Kent 4” markalı, “Keno” markalı, “Rothmans” markalı, “Veqas” markalı siqaretlər, “Min Bərəkət” firmasına məxsus manqalüstü sosiskalar, “Kral bizimda servalat” markalı kolbasası, “Kamar” markalı kolbasa, həmçinin “Final” markalı günəbaxan duru yağı, “Mister” günəbaxan tumu, “Maccoffe 3/1” markalı kofelər, “Vita 1000” meyvə şirəsi, həmçinin markasını dəqiq xatırlamasa da”Faberlik” firmasına məxsus şüşə qabda ətirlərdən ibarətdir. O evdə olarkən siqaretlərin bir qismini və manqalüstü sosiskanın birini evdə saxlayıb, oğurladığı digər ərazaq məhsullarını və siqaretləri satmaq üçün həmin gün, yəni 03 oktyabr 2021-ci il tarixdə saat 07 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən əşya bazarı adlanan yerə aparmışdır. Orada olarkən həmin ərzaq və siqaretləri satmaq üçün bir neçə şəxsə yaxınlaşıb. Belə ki, orada olan, şəxsiyyəti ona məlum olmayan “Qazel” markalı yük avtomobili ilə üzüm satan şəxsə yaxınlaşıb. İcarə əsasında ərzaq mağazası işlətdiyini, lakin mağazanın satışları yaxşı getmədiyindən və icarə haqqını ödəyə bilmədiyindən mağazanın fəaliyyətinin dayandığını. Buna görə də mağazadakı məhsulları aşağı qiymətə satdığını bildirmiş. Həmin şəxsə torbalardakı ərzaq və tütün məhsullarının özünə məxsus olduğuna inandırdıqdan sonra ona tobalardakı məhsulları göstərib hamısını 200 manata satdığını bildirdi və daha sonra aralarındakı alğı-satqı barədə şifahi razılığa əsasən 180 manata oğurladığı həmin ərzaq və tütün məhsullarını satıb. Oğurladığı əşyaların satışından əldə etdiyi pulu öz şəxsi təlabatına ödəyib. Bundan başqa, təkrarən barəsində oğurluq cinayət əməlilə bağlı istintaq aparılsa da, yenidən oğurluq edib qazanc əldə etmək qərarına gəlmişdir. 18 noyabr 2021-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən avtovağzalın həyətində olarkən tanışı olan Təqsirləndirilən şəxs1 ilə qarşılaşıb. Aralarında söhbətləşdikləri zaman oda da onun kimi işsiz olduğunu, qazanc əldə edə bilmədiyini bilib, həmçinin onun da onun kimi əvvəllər oğurluqla məşğul olduğunu bildiyindən ona avtovağzal ərazisində kənar şəxslərin oradan getməsindən sonra oğurluq edib qazanc əldə biləcəyini deyib. Təqsirləndirilən şəxs1 onunla razılaşdı və onlar avtovağzal ərazisində yerləşən mağazaların yanından keçərkən Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs1 tərəfindən işlədildiyini bildikləri ərzaq və tütün məhsullarının satıldığı mağazadan oğurluq etmək qərarına gəliblər. O və Təqsirləndirilən şəxs1 dəfələrlə həmin mağazada müştəri qismində olduqlarndan əşyaların, pulların harada olduğunu təxmin edib asan olacağını fikirləşmişlər. Mağazaya getməzdən əvvəl küçəyə atılmış dəmir parçası mağazaya daxil olmaq üçün istifadə etmək məqsədi ilə götürüb. Həmin tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi mağazaya yaxınlaşıblar. O mağazanın giriş qapısına tərəf gedib, Təqsirləndirilən şəxs1 isə mağazanın giriş qapısının qarşısında sağa və sola hərəkət edərək o qapını kilitdən açdığı müddətdə ətrafda kiminsə olubolmamasına nəzarət etməyə başlayıb. Mağazanın girişində dəmir və plastik materialdan olmaqla iki qapı olub. İlk olaraq dəmir qapıda kilit olmadığından və sadəcə örtülmüş vəziyyətdə olduğundan dəmir qapını özünə tərəf çəkib açıb, daha sonra dəmir parçası ilə plastik qapıya fiziki təsir edib kilitdən açmış, bundan sonra hər ikisi mağazaya daxil olublar. Mağazaya daxil olduqdan sonra o vitrində və oradakı masanın üzərindəki müxtəlif markalı siqaretləri yığmağa, Təqsirləndirilən şəxs1 isə masanın altında, 02 ədəd 3 litr həcmli şüşə balonlarda olan 50 qəpiklik dəmir pulları oradan götürüb. İçində 50 qəpiklik dəmir pullar olan şüşə balonlar 01 ədəd göy rəngli sintetik torbaya, siqaretləri isə ağ rəngli torbaya yığıblar. Daha sonra Təqsirləndirilən şəxs1 içində siqaretlər olan ağ rəngli torbanı götürüb mağazadan çıxıb, bundan sonra o göy rəngli içində şüşə balonlarda 50 qəpiklik dəmir pullar olan torbanı götürüb mağazadan çıxıb. Mağazadan çıxdıqdan sonra siqaretləri satıb qazanc əldə etmək üçün evə getməyib hava açılmasını gözləmək qərarına gəliblər. Mağazadan çıxdıqdan sonra oğurladıqları pulları öz aralarında bölmək üçün qapalı bir yer axdarmaq məqsədi ilə Sumqayıt şəhəri 20 Yanvar küçəsi, 36-cı məhəllə istiqamətində olduqları zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək əllərindəki torbalarda nələrin olduğunu soruşublar, onlarda torbaların içində olan dəmir pulları və siqaretləri göstərib və həmin pul və siqaretlərin onlara məxsus olduğunu deyiblər. Polis əməkdaşları gecə saatlarında dağınıq vəziyyətdə qutularda olan siqaretləri və balonlardakı 50 qəpiklik dəmir pulları hara və nə üçün daşıdığlarını soruşduqda hər ikisi ayrı-ayrı cavab verdiyindən onlara olan şübhələr daha da artdı və onları polis bölməsinə dəvət etdilər. Onlar etiraz etmədən onlarla birlikdə polis bölməsinə gediblər. Artıq onlar polis bölməsində həmin siqaretləri və pulları avtovağzal ərazisində yerləşən mağazadan oğurladıqlarını etiraf ediblər. Qutulardakı siqaretlər və balonlardakı dəmir pullar tərəfindən təqdim edildikdən sonra onlara dəqiqliklə oğurladıqları pullar və əşyalar məlum olub. Belə ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan mağazaya qanunsuz daxil olaraq mağazadan 02 ədəd şüşə balonların içində olmaqla ümumilikdə 1043 ədəd 50 qəpiklik dəmir pullar, 01 ədəd sintetik torbanın içində olmaqla 05 ədəd qutuda “West” markalı siqaret, 02 qutuda ümumilikdə 25 ədəd kompakt “Winchester” markalı siqaret, 01 qutuda 05 ədəd nazik mentollu “Winchester” markalı siqaret, 01 qutuda 19 ədəd qalın “Pall Mall” markalı siqaret, 02 qutuda ümumilikdə 21 ədəd nazik mentollu və sadə “Pall Mall” markalı siqaret, 03 qutuda ümumilikdə 37 ədəd kompakt mentollu və sadə “Rothmans” markalı siqaret, 03 qutuda ümumilikdə 20 ədəd qalın sadə və mentollu “Kent 4” markalı siqaret, 01 qutuda 01 ədəd nazik “Kent 4” markalı siqaret, 03 qutuda ümumilikdə 22 ədəd nazik “Magna” markalı siqaret, 01 qutuda 01 ədəd qalın “Magna” markalı siqaret, 01 qutuda 13 ədəd nazik “Winston” markalı siqaret, 01 qutuda 18 ədəd qalın “Keno” markalı siqaret, 01 qutuda 07 ədəd nazik “Keno” markalı siqaret, 01 qutuda 17 ədəd “Davidoff” markalı siqaret, 01 qutuda 12 ədəd qalın “Sobranie” markalı siqaret, 02 qutuda 19 ədəd qalın “Fine” markalı siqaret, 01 qutuda 07 ədəd nazik “Want” markalı siqaret, 01 qutuda 13 ədəd nazik mentollu “LD” markalı siqaret, 01 qutuda 17 ədəd qalın “Senate” markalı siqaret, 01 qutuda 10 ədəd nazik “Line X” markalı siqaret oğurlamışlar. Onun tərəfindən başqa oğurluq edilməmişdir.Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subaydır, anası ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Heç bir yerdə işləmir. Narkotik vasitə aludəçisidir. Əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilib. Belə ki, 12.09.2021-ci il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayonda yaşayan dayısıgilə qonaq getmək üçün Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində dayanacaqdan həmin istiqamətdə hərəkət edən 9 nömrəli avtobusa minib. Avtobusda olarkən bir nəfər ayaq üstə dayanmış, həmin zaman tanımasa da, şəxsiyyəti daha sonra ona məlum olan Zərərçəkmiş şəxs2 əynində olan göy rəngli şalvarın sağ yan cibindən pul əskinaslarının kənarlarının görsəndiyini görüb maddi vəziyyətinin yaxşı olmadığına görə həmin pul əskinaslarını oğurlamağı qərar almışdır. Buna görə də, heç kimin onu görmədiyini müşahidə edərək həmin kişiyə yaxınlaşıb sağ əlini onun şalvarının cibinə salıb pul əskinaslarını çıxardıb əynində olan şalvarının sağ cibinə qoyub. Sonra Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən H.Əliyev adına parkın qurtaracağında düşüb. Sonra pulları cibindən çıxardıb baxdıqda 3 ədəd 100 manatlıq, 7 ədəd 20 manatlıq və 4 ədəd 1 manatlıq əskinaslardan ibarət 444 manat pulun olduğunu aşkar etmişdir. Həmin pul vəsaitlərini şəxsi tələbatı üçün xərcləyib. Cinayət əməli tərəfindən tək olaraq törədilmişdi. Bundan başqa, təkrarən barəsində oğurluq cinayət əməli ilə bağlı istintaq aparıldığı müddətdə heç bir yerdə işləmədiyi üçün maddi imkanı yaxşı olmadığından, qazanc əldə edə bilmirdi, o cümlədən pulu olmadığı üçün narkotik vasitə əldə edib istifadə edə bilmirdi. Belə ki, 18 noyabr 2021-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən avtovağzal ərazisində olarkən tanışı olan Təqsirləndirilən şəxs2 ilə qarşılaşmış. Aralarında söhbətləşdikləri zaman iş yeri tapa bilmədiyini, qazanc əldə etmək üçün oğurluq etsə də həmin əməli ilə bağlı araşdırma aparıldığını, oğurluq yolu ilə qazanc əldə etməkdən çəkindiyini deyib. Təqsirləndirilən şəxs2 isə işləri olmadığı üçün oğurluqla qazanc əldə etməyin mümkün olmayacağını, birlikdə oğurluq edib qazanc əldə edə biləcəyini deyib. O pulu olacağı təqdirdə narkotik vasitə də əldə edə biləcəyini fikirləşib onunla razılaşıb. O onunla razılaşdı və onlar avtovağzal ərazisində yerləşən mağazaların yanından keçərkən Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs1 tərəfindən işlədildiyini bildiyləri ərzaq və tütün məhsullarının satıldığı mağazadan oğurluq etmək qərarına gəliblər. O və Təqsirləndirilən şəxs2 dəfələrlə həmin mağazada müştəri qismində olduğundan əşyaların, pulların harada olduğunu təxmin edib asan olacağını fikirləşmişlər. Mağazaya getməzdən əvvəl küçəyə atılmış dəmir parçası mağazaya daxil olmaq üçün istifadə etmək məqsədi ilə Təqsirləndirilən şəxs2 götürdü. Həmin tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi mağazaya yaxınlaşıblar. Təqsirləndirilən şəxs2 mağazanın giriş qapısına tərəf gedib, o isə mağazanın giriş qapısının qarşısında sağa və sola hərəkət edərək Təqsirləndirilən şəxs2 qapını kilitdən açdığı müddətdə ətrafda kiminsə olub-olmamasını nəzarət etməyə başlayıb. Mağazanın girişində dəmir və plastik materialdan olmaqla iki qapı olub. İlk olaraq dəmir qapıda kilit olmadığından və sadəcə örtülmüş vəziyyətdə olduğundan dəmir qapını Təqsirləndirilən şəxs2 özünə tərəf çəkib açıb, daha sonra dəmir parçası ilə plastik qapıya fiziki təsir edib kilitdən açmışdır, bundan sonra hər ikisi mağazaya daxil olublar. Mağazaya daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 vitrində və oradakı masanın üzərindəki müxtəlif markalı siqaretləri yığmağa, o isə masanın altında, 02 ədəd 3 litr həcmli şüşə balonlarda olan 50 qəpiklik dəmir pulları oradan götürüb. İçində 50 qəpiklik dəmir pullar olan şüşə balonlar 01 ədəd göy rəngli sintetik torbaya, siqaretləri isə ağ rəngli torbaya yığıblar. Daha sonra o içində siqaretlər olan ağ rəngli torbanı götürüb mağazadan çıxıb, bundan sonra Təqsirləndirilən şəxs2 göy rəngli içində şüşə balonlarda 50 qəpiklik dəmir pullar olan torbanı götürüb mağazadan çıxıblar. Mağazadan çıxdıqdan sonra siqaretləri satıb qazanc əldə etmək üçün evə getməyib hava açılmasını gözləmək qərarına gəliblər. Mağazadan çıxdıqdan sonra oğurladığları pulları öz aralarında bölmək üçün qapalı bir yer axdarmaq məqsədi ilə Sumqayıt şəhəri 20 Yanvar küçəsi, 36-cı məhəllə istiqamətində olduğları zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək əllərindəki torbalarda nələrin olduğunu soruşublar, onlar torbaların içində olan dəmir pulları və siqaretləri göstərib və həmin pul və siqaretlərin özlərinə məxsus olduqlarını deyiblər. Polis əməkdaşları gecə saatlarında dağınıq vəziyyətdə qutularda olan siqaretləri və balonlardakı 50 qəpiklik dəmir pulları hara və nə üçün daşıdığlarını soruşduqda hər ikisi ayrı-ayrı cavab verdiyindən özlərinə olan şübhələr daha da artıb və onları polis bölməsinə dəvət ediblər. Onlar etiraz etmədən onlarla birlikdə polis bölməsinə gediblər. Artıq onlar polis bölməsində həmin siqaretləri və pulları avtovağzal ərazisində yerləşən mağazadan oğurladığlarını etiraf ediblər. Qutulardakı siqaretlər və balonlardakı dəmir pullar Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edildikdən sonra onlar dəqiqliklə oğurladığları pullar və əşyalar məlum olub. Belə ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan mağazaya qanunsuz daxil olaraq mağazadan 02 ədəd şüşə balonların içində olmaqla ümumilikdə 1043 ədəd 50 qəpiklik dəmir pullar, 01 ədəd sintetik torbanın içində olmaqla 05 ədəd qutuda “West” markalı siqaret, 02 qutuda ümumilikdə 25 ədəd kompakt “Winchester” markalı siqaret, 01 qutuda 05 ədəd nazik mentollu “Winchester” markalı siqaret, 01 qutuda 19 ədəd qalın “Pall Mall” markalı siqaret, 02 qutuda ümumilikdə 21 ədəd nazik mentollu və sadə “Pall Mall” markalı siqaret, 03 qutuda ümumilikdə 37 ədəd kompakt mentollu və sadə “Rothmans” markalı siqaret, 03 qutuda ümumilikdə 20 ədəd qalın sadə və mentollu “Kent 4” markalı siqaret, 01 qutuda 01 ədəd nazik “Kent 4” markalı siqaret, 03 qutuda ümumilikdə 22 ədəd nazik “Magna” markalı siqaret, 01 qutuda 01 ədəd qalın “Magna” markalı siqaret, 01 qutuda 13 ədəd nazik “Winston” markalı siqaret, 01 qutuda 18 ədəd qalın “Keno” markalı siqaret, 01 qutuda 07 ədəd nazik “Keno” markalı siqaret, 01 qutuda 17 ədəd “Davidoff” markalı siqaret, 01 qutuda 12 ədəd qalın “Sobranie” markalı siqaret, 02 qutuda 19 ədəd qalın “Fine” markalı siqaret, 01 qutuda 07 ədəd nazik “Want” markalı siqaret, 01 qutuda 13 ədəd nazik mentollu “LD” markalı siqaret, 01 qutuda 17 ədəd qalın “Senate” markalı siqaret, 01 qutuda 10 ədəd nazik “Line X” markalı siqaret oğurlamışlar. Həmin oğurluq əməlinin törədilməsində o və Təqsirləndirilən şəxs2 başqa heç kim iştirak etməmişdir. O həm Təqsirləndirilən şəxs2 ilə birlikdə mağazaya daxil olarkən oradan içində dəmir pullar olan balonları, siqaretləri və sintetik torbanı götürərkən, həm də Zərərçəkmiş şəxs2 cibindən pulları çıxarıb götürərkən anlaqlı vəziyyətdəydi, öz əməllərini idarə edə bilirdi, hər iki əməli ilə oğurluq cinayət əməli törətdiyini, hərəkətlərinin qanunazidd olduğunu dərk edirdi, saədəcə olaraq hər iki oğurluq əməlini maddi imkansızlıq səbəbindən törədib. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkimiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, Sumqayıt şəhərində qızı ilə birlikdə yaşayır. Sumqayıt ŞPİ-nin 4-cü PB-nə müraciət onun tərəfindən edilmişdir. Həmin ərizəyə əsasən qeyd edir ki, Sumqayıt şəhəri, Bakı küçəsi, avtovağzal ərazisində yerləşən ərzaq və tütün məhsullarının satıldığı mağazanı icarə əsasında istifadə edir. Mağazanın daxilindəki əşyalar ona məxsusdur. Mağazada özü işləyir. Mağaza gün ərzində saat 05 radələrindən saat 19 radələrinə kimi fəaliyyət göstərir. Mağazanın girişində dəmir və plastik qapı var. Belə ki, 17 noyabr 2021-ci il tarixdə saat 19 radələrində mağazanı bağladığı zaman ilk əvvəl plastik qapını kilitləyib daha sonra dəmir qapını örtüb oradan getmişdir. Yalnız plastik qapını kilitləmiş. Növbəti gün, yəni 18 noyabr 2021-ci il tarixdə saat 05:30 radələrində mağazaya gəldiyi zaman isə mağzanın dəmir qapısı örtülü vəziyyətdə olsa da plastik qapısının kilitdən açıldığını, mağazaya daxil olduqda isə oranın dağınıq vəziyyətdə olduğunu müşahidə edib əşyaların yerində olub-olmadığını yoxladıqda isə oradakı masanın altından 02 ədəd 3 litr həcmli şüşə balonlarda olan 50 qəpiklik dəmir pulların və müxtəlif markalı siqaretlərin oğurladığını görüb və dərhal Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gedib naməlum şəxs və ya şəxslər tərəfindən mağazasından oğurluq edilməsi barədə müraciət etmişdir. Baxış keçirildikdən sonra həmçinin mağazada satış üçün vitrində qoyduğum 01 ədəd göy rəngli sintetik torbanın və yararsız vəziyyətdə olduğundan atmaq üçün mağazanın daxilində kənara qoyduğu 01 ədəd ağ rəngli torbanın da orada olmadığı ona məlum olub. Araşdırma müddətində mağazadan oğurluq edən şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmiş, həmin şəxslər siqaretləri və 50 qəpiklik dəmir pulları təqdim etmişdirlər. Həmin təqdim olunan siqaretlər və dəmir pullar ona məxsusdur. Oğurluq hadisəsi ona məlum olan kimi hər bir siqaretin tək-tək qiymətini bilmədən ümumilikdə 50 manat qiymətində olan siqaretlərin oğurlandığını bildirmişdir. Daha sonra mağazaya gedib dəqiqliklə baxdıqda oğurlanmış əşyaların və pulların miqadarını və qiymətini tək-tək müəyyənləşdirib. Belə ki, mağazanın vitrinindən və oradakı masanın üzərindən hər birinin qiyməti 2,50 manat, cəmi 12,50 manat olan 03 ədədi kompakt, 02 ədədi nazik olmaqla 05 ədəd qutuda “West” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 5 manat olan 02 qutuda ümumilikdə 25 ədəd kompakt “Winchester” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 1 manat olan 01 qutuda 05 ədəd nazik mentollu “Winchester” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 3,80 manat olan 01 qutuda 19 ədəd qalın “Pall Mall” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 4,20 manat olan 02 qutuda ümumilikdə 21 ədəd nazik mentollu və sadə “Pall Mall” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 7,40 manat olan 03 qutuda ümumilikdə 37 ədəd kompakt mentollu və sadə “Rothmans” markalı siqaret, hər birinin qiyməti 0,30 manat, cəmi 6 manat olan 03 qutuda ümumilikdə 20 ədəd qalın sadə və mentollu “Kent 4” markalı siqaret, qiyməti 0,30 manat olan 01 qutuda 01 ədəd nazik “Kent 4” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 2,20 manat olan 03 qutuda ümumilikdə 22 ədəd nazik “Magna” markalı siqaret, qiyməti 0,10 manat olan 01 qutuda 01 ədəd qalın “Magna” markalı siqaret, hər birinin qiyməti 0,30 manat, cəmi 3,90 manat olan 01 qutuda 13 ədəd nazik “Winston” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 1,80 manat olan 01 qutuda 18 ədəd qalın “Keno” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 0,70 manat olan 01 qutuda 07 ədəd nazik “Keno” markalı siqaret, hər birinin qiyməti 0,30 manat, cəmi 5,10 manat olan 01 qutuda 17 ədəd “Davidoff” markalı siqaret, hər birinin qiyməti 0,30 manat, cəmi 3,60 manat olan 01 qutuda 12 ədəd qalın “Sobranie” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 1,90 manat olan 02 qutuda 19 ədəd qalın “Fine” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 1,40 manat olan 01 qutuda 07 ədəd nazik “Want” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 2,60 manat olan 01 qutuda 13 ədəd nazik mentollu “LD” markalı siqaret, hər birinin qiyməti 0,10 manat, cəmi 1,7 manat olan 01 qutuda 17 ədəd qalın “Senate” markalı siqaret, hər birinin qiyməti 0,20 manat, cəmi 2 manat olan 01 qutuda 10 ədəd nazik “Line X” markalı siqaret, masanın altından hər birinin qiyməti 0,5 manat, cəmi 1 manat olan 02 ədəd 3 lt həcmli şüşə balonların içərisində 1043 ədəd 50 qəpiklik dəmir pullar, qiyməti 3 manat olan 01 ədəd sintetik torba istifadəsində olan mağazaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurlanmışdır. Oğurluq hadisəsi ona məlum olan kimi dərhal polis bölməsinə gedib müraciət etdiyindən həyəcanlı olub və səhvliklə pəncərədən də daxil olunduğunu ərizəsində göstərmişdi. Lakin daha sonra və polislərlə birlikdə mağazaya baxış keçirilən zaman pəncərənin kilitinə heç bir müdaxilə olunmadığı ona aydın olmuşdu. Hal-hazırda isə təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər ödənilmişdir , onlarla barışıq əldə etmişdir və heç bir şikayəti yoxudr. Məhkəmə istintaqı zamanı zərərçəkimiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri Beton zavod ərazisində yaşayır. Yaşadığı ünvanın yaxınlığında yerləşən “İbrahim” ərzaq mağazası ona məxsusdur. Mağaza bacısı Xalidə Cabbarovanın yaşadığı ev 314 ünvanının qarşısında yerləşdiyindən mağazanın fəaliyyət göstərməsində ona bacısının yoldaşı X1 edir və bəzən mağaza onun tərəfindən açılıb bağlanır. Mağaza hər gün saat 07 radələrində açılır və axşam 10 radələrinə kimi fəaliyyət göstərir. Belə ki, 03 oktyabr 2021-ci il tarixdə saat 07 radələrində Elçin Fərzəliyev mağazanın giriş qapısını kilitdən açıb içəri daxil olduqda oranın dağınıq vəziyyətdə olduğunu və mağazanın plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb onu oraya çağırdı, O dərhal evdən çıxıb mağazaya gəldikdə mağazanın dağınıq vəziyyətdə olduğunu gördü. Elçin mağazaya gəldikdə pənəcərinin açıq olduğunu dedikdən sonra o mağazadakı əşyalara baxıb bəzi ərzaq və tütün məhsullarının qoyulub saxlandığı yerində olmadığını gördü və bundan sonra mağazadan oğurluq edildiyi onlara məlum oldu. Bu səbəblə də, onun istəyi ilə Elçin Fərzəliyev mağazadan oğurluq edilməsi barədə DİN-nin 102 xidmətinə məlumat verib. Həmin zaman dəqiq olaraq hansı ərzaq və tütün məsullarının oğurlandığını bilmədiyləri üçün 500 manatdan artıq dəyərdə əşyaların oğurlandığını bildirib və daha sonra o sözügedən oğurluq cinayət əməli barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edib. Polis əməkdaşları tərəfindən mağazaya baxış keçirildi. Daha sonra onlar mağazaya dəqiqliklə baxıb hansı ərzaq və tütün məhsullarının oğurlandığını müəyyənləşdirdilər. Belə ki, mağazaya qanunsuz daxil olunaraq oradan qiyməti 32 manat olan “Min Bərəkət” firmasına məxsus, 3 kiloqramlıq 01 ədəd bağlamada manqalüstü sosiska, hər bir bağlamasının qiyməti 12 manat, ümumi qiyməti 144 manat olan “Min Bərəkət” firmasına məxsus, 6 kiloqramlıq 02 ədəd bağlamada manqanüstü sosiska, hər bir bağlamasının qiyməti 12 manat ümumi qiyməti 36 manat olan “Min Bərəkət” firmasına məxsus, 1 kiloqramlıq 03 ədəd bağlamada manqalüstü sosiska, qiyməti 23 manat olan daxilində 10 ədəd qutu olmaqla 01 blok “Maqna” markalı siqaret, qiyməti 25 manat olan daxilində 10 ədəd qutu olmaqla 01 blok göy rəngli “Vinçester” markalı siqaret, qiyməti 25 manat olan daxilində 10 ədəd qutu olmaqla 01 blok boz rəngli “Vinçester” markalı siqaret, qiyməti 36 manat olan daxilində 10 ədəd qutu olmaqla 01 blok “Kent 4” markalı siqaret, qiyməti 23 manat olan, daxilində 10 ədəd qutu olmaqla 01 blok boz rəngli “Maqna” markalı siqaret, hər bir bloknun qiyməti 23 manat, ümumi qiyməti 92 manat olan, daxilində 10 ədəd qutu olmaqla 04 blok “Keno” markalı siqaret, qiyməti 26 manat olan, daxilində 10 ədəd qutu olmaqla 01 blok “Rothmans” markalı siqaret, qiyməti 20 manat olan, daxilində 10 ədəd qutu olmaqla 01 blok “Veqas” markalı siqaret, hər birinin qiyməti 25 manat, ümumi qiyməti 50 manat olan “Faberlik” firmasına məxsus “Valentina Yudaşkin” markalı 02 ədəd ətir, hər 1 kiloqramının qiyməti 13 manat, ümumi qiyməti 52 manat olan 4 kiloqram “Kral bizimdad servalat” kolbasası, hər 1 kiloqramının qiyməti 12 manat, ümumi qiyməti 48 manat olan 4 kiloqram “Kamar toyuq salyami” kolbasası, hər bir ədədinin qiyməti 0,60 manat, ümumi qiyməti 3 manat olan “Mister” markalı, 70 qramlıq 05 ədəd günəbaxan tumu, hər bir ədədinin qiyməti 3,20 manat, ümumi qiyməti 6,40 manat olan “Final” markalı 0,5 litr həcmli butulkada 02 ədəd günəbaxan duru yağı, hər bir ədədinin qiyməti 0,25 manat, ümumi qiyməti 1 manat olan “Maccoffee 3/1” markalı 18 qramlıq 04 ədəd kofe, qiyməti 1,80 manat olan “Vita 1000” markalı 1 litr həcmli 01 ədəd şirə oğurlanmış və nəticədə ona 644,20 manat dəyərində maddi ziyan dəymişdir. Hal-hazırda isə təqsirləndirilən şəxslr tərəfindən ona dəymiş zərər ödənilmişdir , onlarla barışıq əldə etmişdir və heç bir şikayəti yoxudr. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 məhkkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona dəymiş zərərin tam ödənildiyini və heç bir şikayətinin olmadığını bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və proses iştirakçılarının razılığı ilə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında ailəsilə birlikdə yaşayır. DİN-nin 102 xidmətinə məlumat və Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət onun tərəfindən edilmişdir. Həmin ərizəyə əsasən qeyd edir ki, 12.09.2021-ci il tarixdə saat 14:25 radələrində yaşadığı ünvana getmək üçün Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən avtobus dayanacağında 9 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusuna minmişdi. Həmin zaman üzərində, 444 manat pul vardı və həmin pulu əynindəki şalvarın sağ yan cibinə qoymuşdu. Avtobusa mindiyi zaman oturcaqlarda sərnişinlər oturduğundan ayaq üstə qalmış. Avtobusda ayaq üstə dayandığı zaman bir nəfər şəxsin ona toxunduğunu hiss etmişdi, lakin pulların oğurlanacağını fikirləşmədiyindən həmin zaman üzərindəki pul və əşyaların yerində olub-olmadığını yoxlamamışdı. Təxminən 15 dəqiqə sonra yaşadığı ünvanın yaxınlığında olan dayanacaqda avtobusundan düşüb. O avtobusdan düşdükdən sonra əlini cibinə salarkən əynindəki şalvarın sağ yan cibinə qoyduğu 3 ədəd 100 manatlıq, 7 ədəd 20 manatlıq və 4 ədəd 1 manatlıq olmaqla ümumilikdə 444 manat pulun heç birinin cibində olmadığını görüb. Bundan sonra “102” xidmətinə oğurluq edilməsi barədə zəng edərək məlumat verib, həmçinin bu barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət edib. Cibindəki pulların oğurlanması ona məlum olduqdan sonra həyəcanlı oluduğundan və cibindəki pulların miqdarını dəqiq xatırlamadan 500 manata yaxın pulun oğurlanması barədə “102” xidmətinə zəng edib məlumat vermişdi, ərizə ilə müraciət etdiyi zaman 454 manat pulun oğurlandığını göstərsə də, daha sonra xatırlayıb ki, avtobusa minməzdən əvvəl həmin pulun 10 manatını istifadə etmişdi. Buna görə də hal-hazırda dəqiqliklə xatırlayır ki, əynindəki şalvarın cibində oğurluq zamanı 444 manat pul olub. İş materiallarında olan zərərçəkmiş şəxs Vəliyeva Mehriban Əli qızı tərəfindən Məhkəməyə ünvanlanmış 15.04.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxslər barəsində şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən Məhkəməyə ünvanlanmış 15.04.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxslər barəsində şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 yanvar 2022-ci il tarixli, 9/201 nömrəli rəyindən görünür ki, “Min Bərəkət” firmasına məxsus, 3 kiloqramlıq 01 ədəd bağlamada manqalüstü sosiska qiyməti 30 manat, “Min Bərəkət” firmasına məxsus, 6 kiloqramlıq 02 ədəd bağlamada manqanüstü sosiskanın hər bir bağlamasının qiyməti 10 manat, cəmi 120 manat, “Min Bərəkət” firmasına məxsus, 1 kiloqramlıq 03 ədəd bağlamada manqalüstü sosiskanın hər bir bağlamasının qiyməti 10 manat, cəmi 30 manat, daxilində 10 qutu olmaqla 01 blok “Maqna” markalı siqaretin qiyməti 20 manat, daxilində 10 qutu olmaqla 01 blok göy rəngli “Vinçester” markalı siqaretin qiyməti 25 manat, daxilində 10 ədəd qutu olmaqla 01 blok boz rəngli “Vinçester” markalı siqaretin qiyməti 25 manat, daxilində 10 qutu olmaqla 01 blok “Kent 4” markalı siqaretin qiyməti 36 manat, daxilində 10 qutu olmaqla 01 blok boz rəngli “Maqna” markalı siqaretin qiyməti 20 manat, hər birinin daxilində 10 qutu olmaqla 04 blok “Keno” markalı siqaretin hər bir bloknun qiyməti 20 manat, cəmi 80 manat, daxilində 10 qutu olmaqla 01 blok “Rothmans” markalı siqaretin qiyməti 25 manat, daxilində 10 qutu olmaqla 01 blok “Veqas” markalı siqaretin qiyməti 19 manat, 4 kiloqram “Kral bizimdad servalat” kolbasasının hər 1 kiloqramının qiyməti 12,50 manat, cəmi 50 manat, 4 kiloqram “Kamar toyuq salyami” kolbasasının hər 1 kiloqramının qiyməti 11,50 manat, cəmi 44,80 manat, “Mister” markalı, 70 qramlıq 05 ədəd günəbaxan tumunun hər bir ədədinin qiyməti 0,55 manat, cəmi 2,75 manat, “Final” markalı 0,5 litr həcmli butulkada 02 ədəd günəbaxan duru yağının hər bir ədədinin qiyməti 3 manat, cəmi 6 manat, “Maccoffee 3/1” markalı 18 qramlıq 04 ədəd kofenin hər bir ədədinin qiyməti 0,25 manat, cəmi 1 manat, “Vita 1000” markalı 1 litr həcmli 01 ədəd şirənin qiyməti 1,75 manat olmaqla malların 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 539,90 manat müəyyən edilir. “Faberlik” firmasına məxsus “Valentina Yudaşkin” ətrinin həcmi barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin materiallarında olan komisyon kompleks ambulator məhkəmə psixatrik və psixoloji ekspertizasının 04 noyabr 2021-ci il tarixli, 2584 saylı rəyindən görünür ki, “Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə:Araşdırma materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:
1. Yoxlanılan şəxs X7nda şizofreniya, remissiyavəziyyəti müəyyən edilir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən onda müəyyən edilən şizofreniya xəstəliyinin gedişində yaxşılaşma qeyd edildiyindən, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. 2.Yoxlanılan şəxs X4 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Araşdırma materiallarının təhlili və aparımış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır:
1. X7 inadkarlıq, hövsələsizlik,əsəbilik, qıcığaqarşı həssaslıq, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir.2. X7 öz hərəkətlərini tam dərk etmək qabilliyətinə malikdir.3 və 4. Cinayət əməlini törədən zaman X4 psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır.5. X7 ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır.6. Hazırki müayinə zamanı X4 fərdi-psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi.” İş materiallarında olan məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 26 yanvar 2022-ci il tarixli, 9/201 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 12,10 manat, təqdim edilməyən malların orta bazar qiyməti ilə ümumi ddəyəri nəzər qaydada təxminən 4,00 müəyyən edilir. Ədədlə siqaretlərin satışı nəzərə tutulmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə ki:
1. 3 qutu kompakt “West” markal siqaretin dəyəri 7,50 manatdır;
2. 02 qutu nazik “West” markal siqaretin dəyəri 4,60 manatdır. cəmi: 12,10 manat
1. 2 ədəd 3 lt həcmli şeşə balonun qiyməti 1,00 manatdır;
2. 1 ədəd sintetik torbanın qiyməti 3,00 manatdır. cəmi: 4,00 manat Beləliklə, ekspertiza tədqiqatına təqdim edilmiş siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyəri 12,10 manat, təqdim edilməyən malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4,00 müəyyən edilir. Ədədlə siqaretlərin satışı nəzərdə tutulmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 13.10.2021-ci il tarixli, 011-9553-1221 nömrəli məktubundan və məktuba əlavə edilmiş müqayisəli tədqiqat nəticəsində eyniləşdirməyə dair çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Betin zavod ərazisində yerləşən Zərərçəkmiş şəxs3 məxsus mağazadan 03.10.2021-ci il tarixdə götürülmüş əl izləri xx.xx.1977-ci ildə Ermənistan Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin baş barmağı (01 dəfə) və sol əlinin ovucu ilə (01 dəfə) eynilik təşkil etmişdir. İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən qabaqcadan əlbir olan qir qrup şəxs halında və tək olaraq növbəsi ilə cinayət işinin materiallarında qeyd olunan oğurluq cinayət əməlləri törədilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 28.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin 07.06.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum edilmişdir. Apelyasiya Məhkəməsinin 23.07.2002-ci il tarixli qərarı ilə hökm dəyişdirilmişdir, onun həbsdə olduğu 03 ay 17 gün müddət ilə kifayətlənərək həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin 22.03.2004-cü il təvəllüdlü hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1.100.00 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu rayon Baş Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş, Nəsimi rayon Məhkəməsinin 26.09.2006-cı il tarixli qərarı ilə cinayətin tövsifi zamanı anlaqsız vəziyyətdə olduğu müəyyən olunduğu üçün cinayət məsuliyyətindən azad edilərək ümumi tipli psixiatriya stationar məcburi müalicə təyin edilmişdir. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, Nərimanov rayon Məhkəməsinin 06.06.2008-ci il tarixli qərarı ilə cinayətin tövsifi zamanı anlaqsız vəziyyətdə olduğu müəyyən olunduğu üçün cinayət məsuliyyətindən azad edilərək ümumi tipli psixiatriya stationar məcburi müalicə təyin edilmişdir. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, 03.04.2010-cu il tarxidə cinayət işi materiallarına Məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22.02.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 20.06.2013-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin Qərarı ilə Milli Məclisin Aminstiya qərarının 3-cü bəndinə əsasən cəzası 06 ay müddətinə azaldılmışdır. 16.08.2013-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14.08.2013-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Təqsirləndirilən şəxs1 Abşeron raon Məhkəməsinin 17.07.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 18.03.2015-ci il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin hökmü ləğv edilərək, şəxsə bəraət verilərək o cinayət məsuliyyətindən azad olunmuşdur. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12.0.2016-cı il tarixli hökmü ilə anlqasız vəziyyətdə olduğu üçün cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs1 Bakı rayonu Sabunçu rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətinə cəzadan azadlıqdan məhrum edilmişdir. 12.04.2019-cu il tarixdə Bakı şəhəri Surxanı rayon Məhkəməsinin qərarı ilə 03 ay 10 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. 02.06.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, 02.06.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsi ilə cinayət işinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 20.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt rayon Xalq Məhkəməsinin 18.09.1997-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 26.06.200-ci il traixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs2 ACDİÜ məhkəməsinin 10.05.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 25.01.2006-cı il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin 03.11.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin 19.07.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 28.03.2016-cı il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 29-cu maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 29.12.2019-cu il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29.12.2019-cu il tarixli qərarı ilə 05 ay 06 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsinin 29.01.2022-ci il tarixli, 3424/20 nömrəli məktubundan götrünür ki, Təqsirləndirilən şəxs2 cəzasi 04.06.2020-ci il tarixdə bitdiyi üçün barəsində olan nəzarət işi qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs2 hazırda ittiham olunduğu cinayətləri törədərkən məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin 29.01.2022-ci il tarixli, 3424/20 nömrəli məktubundan götrünür ki, Təqsirləndirilən şəxs2 cəzasi 04.06.2020-ci il tarixdə bitdiyi üçün barəsində olan nəzarət işi qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs2 hazırda ittiham olunduğu cinayətləri törədərkən məhkumluğu ödənilməmişdir. Cinayət iş materiallarında olan Sumqayıt şəhər 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə ümsabət xarakterizə olunur. Cinayət iş materiallarında olan Sumqayıt şəhər 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə ümsabət xarakterizə olunur. Cinayət işi materillarında olan Sumqayıt şəhər Məhkəməsinin 20.11.2021-ci il tarixli, 4(060)-631/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli 18.11.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işi materillarında olan Sumqayıt şəhər Məhkəməsinin 20.11.2021-ci il tarixli, 4(060)-631/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli 18.11.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-93/2022 saylı, 11.02.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbs müddəti 05 mart 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-94/2022 saylı, 11.02.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbs müddəti 05 mart 2022-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsini, səmimi peşman olmasını, oğurluq cinayəti ilə bağlı zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf etməsini, səmimi peşman olmasını, oğurluq cinayəti ilə bağlı zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirici hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasəm əməlində cinayət residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs2 onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “ xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 18.11.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, əməlindən səmimi peşman olmasını, məsuliyyəti ağaırlaşdıran halların olmamasını və təyin ediləcək cəzanın onun ailə şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə olduğu müddət və Sumqayıt MSY-də saxlanıldığı müddət 04 (dörd) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o məhkəmə zalından dərhal azad edilməlidir. İş materiallarında olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 23.02.2022-ci il tarixli (iş № 1(060)- 317/2022) qərarını icra edərək, 02.04.2022-ci il tarixli 306 saylı vəkil orderi əsasında X6 onun vəkili təyin etmişdir. Müdafiəçi X8 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Təqsirləndirilən şəxs2 09.03.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək onun hüquqlarının müdafiəsinin başqa vəkilə həvalə edilməsini xahiş etmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 09.03.2022-ci il tarixli (iş № 1(060)-317/2022) qərarını icra edərək, 14.04.2022-ci il tarixli 523 saylı vəkil orderi əsasında vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclasında iştirak etmiş, cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 (altı) saat saat vaxt sərf etmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 23.02.2022-ci il tarixli (iş № 1(060)-317/2022) qərarını icra edərək 02.03.2022-ci il tarixli 307 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş)saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 186 (bir yüz səksən altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 21, 39, 42, 344-349, 350; 351-353, 356, 358, 381, 384.1, 385 və 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə,
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 04 (dörd) ay 27 (iyirmi yeddi) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Barəsində seçilmiş “həbs” qətimkan ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Beton zavod ərazisi, ev 240 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Lətif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 18 noyabr 2021-ci il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs2 Lətif oğlu və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs2 Lətif oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün(“Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********). Təqsirləndirilən şəxs2 Lətif oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 06 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün(“Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********). Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün(“Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********). Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN: ZAUR HACİYEV