Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-318/2022 08.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Nəbiyev Tural Hüseyn oğlunun, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi işlə məşğul olan, Sumqayıt şəhəri 1-ci mila'orayon, ev 49A/21, mənzil 6-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 oktyabr 2021-ci il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində yerləşən mebel təmiri sexində tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə edib dalaşaraq yumruqla və təpiklə vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyə döş qəfəsinin, sol çiyin qurşağının yumşaq toxumalarınm şişkinlik fonunda əziyi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ göz ətrafmm dərialtı henıatoması, sağ qaş nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan ırası ilə nəticələnən bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan özünü qismən təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs və Şahid1 tanıyır. 12.03.2021-ci il tarixdə Nigar ondan xahiş edib bildirmişdir ki, özünə məxsus 11 ədəd oturacağı, 2 ədəd kreslonu və 1 ədəd divanı təmir etdirməkdə ona köməklik göstərsin. O, da həmin əşyaları əvvəllər Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində mebel təmiri sexində işləyən tanışı Əliövsətin yanına aparıb ona təmir etməsi üçün vermişdir. Əliövsət əvvəllər həmin əşyalara görə ondan pul istəməmiş, lakin sonralar həmin əşyaların təmiri üçün 400 manat pul istəmişdir. Təxminən 20 mart 2021-ci il tarixdə Əliövsətə vermiş olduğu 6 ədəd oturacağı təmir edərək Nigara qaytarmışdır. Bir müddət sonra isə Əliövsət daha həmin yerdə işləməyərək başqa ünvana köçmüş, yəni Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən qaracda işləməyə başlamışdır. 15.10.2021-ci il tarixdə təxminən saat 12 radələrində Nigar ona zəng vuraraq bildirmişdir ki, üzün müddət keçməsinə baxmayaraq Əliövsət onun əşyalarını təmir etməmişdir. Buna görə də o, Nigarla görüşüb onunla birlikdə Əliövsətin işlədiyi Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən sexə getmişdir. Təxminən saat 13 radələrində Əliövsətin yanma çatmışlar. Həmin vaxt Əliövsətin yanında tanımadığı bir nəfər qadın olmuşdur. Həmin qadından xahiş etmişdir ki, sexdən çölə çıxsın və rahatca Əliövsətlə söhbətini etsin. Həmin qadın isə işinin olduğunu və sexdən çıxmayacağını demişdir. O, Əliövsətlə söhbət edərək nə səbəbə Nigarın əşyalarını düzəltmədiyini soruşmuşdur. Əliövsət isə onunla kobud danışmağa başlamış və ürəyi istədiyi vaxt düzəldəcəyini demişdir. Sonra isə Əliövsət Nigarın ünvanına nalayiq ifadə işlədərək ona çıxıb getməsini demişdir. O, isə Əliövsətə öz iradını bildirəndə Əliövsət onunla sözlə mübahisə etməyə başlamış və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt Əliövsət ona əli ilə xəsarət yetirmişdir. O, isə Əliövsəti itələyərək özünü qorumağa çalışmış və başı ilə bir dəfə sonuncunun üz nahiyyəsinə zərbə endirmişdir. Onların yanında olan qadın və Nigar yaxınlıqdakı tanımadığı şəxsi çağırmışlar və həmin şəxs gələrək onları aralaşdırmışdır. Sonra isə Nigar və o oradan çıxıb getmişlər. Mübahisə 15.10.2021-ci il tarixdə, saat 13 ələrində Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində Əliövsətin işlədiyi qarajın içərisində baş vermiş, orada o, Nigar, Əliövsət və adını bilmədiyi qadın olmuş, sonradan isə ora köməyə nəfər tanımadığı şəxs gəlmişdir. Mübahisə qısa müddətli olmuş və kənar şəxslər hadisəyə toplaşmamışdır. Zərəçəkmiş şəxslə barışmaq istəsə də, onunla razılaşmamışdır. Qeyd etdiklərini nəzərə alaraq Məhkmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 2-3 ildir tanımış, Taleh əvvəllər bir neçə dəfə onun yanına təmir etməsi üçün miixtəlif əşyalar gətirmişdir. Təqsirləndirilən şəxsla ədavət və ya düşmənçiliyi olmamışdır. Hazırda Sumqayıt şəhəri, 1-ci mikrorayonda Sülh küçəsində yerləşən “Al” marketin yanındakı qarajda köhnə mebellərin təmiri ilə məşğul olaraq ailəsini landırmışdır. Təxminən 2021-ci ilin mart aymda Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində icarəyə götürdüyü qarajda mebel təmiri ilə məşğul olduğu zaman Taleh onun sexinə gəlmiş və ona 11 ədəd oturacaq, 1 ədəd divan, 2 ədəd kreslo gətirmiş və ondan onları təmir etməyi xahiş etmişdir. O da həmin ərəfədə işinin çox olduğunu Talehə demiş və həmin əşyları gec təmir ədəcəyini bildirmişdir. Bu zaman Talehdə onunla razılaşıb əşyaları onun sexinə qoyub getmişdir. Həmin gündən sonra o, həmin əşyaları təmir etmək üçün Talehdən pul istəsədə Taleh ona pulu sonra verəcəyini bildirmişdir. Təxminən 2021-ci ilin aprel ayında o, Talehin gətirdiyi 6 ədəd stulu düzəltmiş və Talehə gəlib həmin stulları aparmasını demişdir. Taleh isə onun yanma gəlib pulunun olmadığım demiş və işi qutardıqdan sonra pulu verəcəyini bildirmişdir. Bundan sonra Taleh stulları götürüb aparmışdır. Talehin ona pul vermədiyini görüb onun gətirdiyi əşyları təmir etməmək qərarına gəlmişdir. Bir müddət sonra o, 30-cu məhəllədə yerləşən qarajdan çıxaraq 1-ci mikrorayon ərazisində yerləşən qarajardan birini icarəyə götürüb orada işləməyə başlamışdır. Təxminən 2021-ci ilin oktyabr ayının əvvələrində Taleh bir neçə dəfə sonradan adını bildiyi Şahid1 ilə onun yanına gəlib həmin əşyları nə üçün təmir etmədiyini soruşanda o, onlara pulu verdikdən sonra həmin əşyları təmir edəcəyini bildirmişdir. Onlarda pul verməyib yenə çıxıb getmişlər. Sonuncu dəfə 05.10.2021-ci il tarixdə saat 12:00 radələrində Nigar onun işlədiyi Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən sexə gəlmiş və içəriyə girib yenə həmin əşyaların niyə hazır olmamasmı soruşmuş və o da pulu verdikdən sonra həmin əşyaları hazır edəcəyini bildirmişdir. Nigar isə onunla sözlü mübahisə edərək çıxıb getmişdir. Nigar gedəndən bir neçə dəqiqə sonra onun yanına müştərisi Şahid2 gəlmişdir. İşlədiyi sexdə olan zaman təxminən saat 13:00 radələrində Taleh Nigarla birlikdə oraya gəlmiş və həmin vaxt o, sexdə müştərisi Həyatla onun əşylarına baxmışdır. Taleh onun üzərinə gələrək nə üçün Nigarın əşyalarının hazır olmadığını demişdir. O, isə Talehə pulu verdikdən sonra əşyaları hazırlayacağını demişdir. Bundan sonra Taleh onunla sözlə mübahisə etməyə başlamış və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt Taleh onun üz nahiyyəsinə 2-3 dəfə yumruqla zərbə endirmiş və o yerə yıxılmışdır. Yerdə olan zaman isə Taleh təpiklə onun sinəsinə və sol çiyin tahiyyəsinə zərbə vurmuşdur. Həmin vaxt onların səsinə yaxınlıqda işləyən Ayaz sexə daxil olaraq onları aralaşdırmışdır. Sonra isə Taleh və Nigar oradan çıxıb getmişlər. O, da Taleh ərəfındən döyülməsi barədə polisə məlumat vermişdir. 15.10.2021-ci il tarixdə, saat 13:00 radələrində icarə əsasında işlədiyi Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində yerləşən nebel təmiri sexinin içərisində Təqsirləndirilən şəxs əvvəlcə 2-3 dəfə yumruq və baş zərbəsi vuraraq onun sağ gözünə və sağ qaş nahiyyəsinə, sonra isə təpiklə vuraraq sinəsinə və sol çiyin nahiyyəsinə xəsarət yetirmişdir. Həmin vaxt orada o, Həyat, Nigar və Taleh olmuş, sonradan isə ora Ayaz gəlmiş və onları aralaşdırmışdır, onların yanına başqa şəxslər gəlməmişdir. Talehlə aralarında olan dava təxminən 2-3 dəqiqə davam etmişdir. Həmin vaxt Taleh sexdə olan ona məxsus və ya digər şəxslərə məxsus hər hansı bir əşyaya ziyan vurmamışdır. Həmin vaxt Talehi vurmamış və ona xəsarət yetirməmiş, Taleh onu vuraraq xəsarət yetirmişdir. Məhkəmədən qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımış, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. 12.03.2021-ci il tarixdə yaşadığı evə aid olan 11 ədəd oturacağı, 2 ləd kreslonu və 1 ədəd divanı təmir üçün tanışı Təqsirləndirilən şəxs vasitəsi ilə onun tanışı, əvvəllər Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində mebel təmiri sexində işləyən usta Zərərçəkmiş şəxs vermişdir. O, Əliövsətlə razılaşmışdır ki, özünə məxsus əşyaları düzəltdikdən sonra ona zəhmət haqqı olaraq 400 manat pul verəcəkdir. 20 mart 2021- i il tarixdə Əliövsət ona məxsus 6 ədəd oturacağı təmir edərək özünə qaytarmışdır. Bir müddət sonra isə Əliövsət daha həmin yerdə işləməyərək başqa ünvana, yəni Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən qarajda işləməyə başlamışdır. Əliövsətin işlədiyi yeri o, onradan təsadüfən görmüş və Əliövsətə yaxmlaşıb özünə məxsus əşyaları nə vaxt düzəldib təhvil verəcəyini soruşmuşdur. Əliövsət isə çətinliyinin olduğunu, bir müddət işləmədiyini, lakin qısa müddət ərzində işləyərək əşyalarını təhvil verəcəyini bildirmişdir. Sonradan Taleh ona Əliövsətin əşyaları təmir etmək üçün 400 manat pul istədiyini demişdir. O, da təxminən 2021-ci ilin iyul ayınm əvvəllərində Talehlə birlikdə Əliövsətin işlədiyi yerə gedərək ona 400 manat pulu vermişdir. Əliövsət də 15 sentyabr 2021-ci il tarixdə əşyalarının hazır olacağını bildirmişdir. Həmin müddət ərzində o, bir neçə dəfə Əliövsətin işlədiyi sexə getsədə əşyalarının hazır olmadığını görmüşdür. 15.10.2021ci il tarixdə təxminən saat 12:00 radələrində yenədə əşyalarının hazır olub-olmadığını yoxlamaq üçün Əliövsətin işlədiyi Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən sexə getmişdir. O, Əliövsətin yanına gedib ondan nə üçün hələdə əşyalarım hazır etmədiyini, əşyalarının nə səbəbə əvvəllər işlədiyi 30-cu məhəllə ərazisində yerləşən sexin qarşısında olduğunu bildirib ondan vermiş olduğu pulu geri istəmişdir. Əliövsət isə əvvəlcə onu tammadığım, onun dəyişildiyini, gözəlləşdiyini demişdir. Sonra isə ona əşyaların Talehin verdiyini və Talehlə danışacağını demişdir. Orada Əliövsətlə aralarında sözlə mübahisə yarandıqdan sonra o, daha orada qalmayıb yaşadığı evə gəlmiş və Talehə zəng vurub Əliövsətin dediklərini demişdir. Taleh isə onunla görüşüb birlikdə təxminən saat 13 radələrində Əliövsətin yanına getmişlər. Həmin vaxt Əliövsət işlədiyi sexdə sonradan adını bildiyi Həyat adlı qadınla oturub çörək yemişdir. Taleh həmin qadına Əliövsətə söhbət etmək istədiyini bildirmiş və Həyat adlı qadından çölə çıxmasını istəmişdir. Həmin qadın da əşyalara baxdığnıı və çölə çıxmayacağını bildirmişdir. Taleh orada Əliövsətlə söhbət edərək nə üçün onun ağznıı yamsıladığnıı və əşyaları düzəltmədiyini soruşmuşdur. Əliövsət isə onun ünvanına nalayiq ifadə işlədərək Talehə “sən bunun üçün mənimlə söhbət etməyə gəlmisən" demişdir. Bundan sonra Taleh və Əliövsətin arasında mübahisə yaranmış və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt Əliövsət yumruqla Talehin bədəninə, əli ilə alnına vuraraq Talehə xəsarətlər yetirmişdir. Əliövsət və Taleh əlbəyaxa olub yerə yıxılmışlar və o onları aralaşdıra bilməyəcəyini görüb yaxınlıqda olan adını bilmədiyi şəxsi köməyə çağırmışdır. Həmin şəxs gələrək Əliövsət və Talehi aralaşdırmış və Talehlə o, oradan çıxıb getmişlər. Həmin vaxt əvvəlcə Əliövsət Talehin bədəninə və alm nahiyyəsinə əli ilə vuraraq xəsarət yetirdi. Sonra isə onlar əlbəyaxa olaraq yerə yıxılmışlar və o kömək üçün yaxınlıqda olan şəxsi çağıranda onlar yerdə dalaşmışlar. Ona görə də Talehin Əliövsəti vurmasını görməmişdir. Həmin mübahisə 15.10.2021 -ci il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində Əliövsətin işlədiyi qarajın içərisində baş vermiş, orada o, Taleh, Əliövsət və Həyat adlı qadın olmuş, sonradan isə ora köməyə bir nəfər tanımadığı şəxs gəlmişdir. Taleh və Əliövsətin ırasında baş vermiş dalaşma təxminən 1-2 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, sonradan admı bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs bir neçə ildir tanımış, beləki Əliövsəti mebel ustası kimi tanıdığından bir neçə dəfə sonuncuya təmir etməsi üçün mebel əşyası vermişdir. Əliövsət əvvəllər Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində icarəyə götürdüyü qarajda mebel təmiri ilə məşğul olmuş, sonralar isə o, Sumqayıt şəhəri 1-ci mikrorayon, Sülh küçəsində yerləşən qarajı icarəyə götürərək orada işləməyə başlamışdır. O, həmin vaxtlar Əliövsətə təmir etməsi üçün mebel əşyası vermiş və ona görə də bağlı parça seçmək məqsədi ilə 15.10.2021-ci il tarixdə təxminən saat 12:30 radələrində Əliövsətin yanına itmişdir. Orada olduğum zaman sonradan adlarını bildiyi Taleh və Nigar adlı şəxslər Əliövsətin yanına gəlmişlər. Həmin vaxt Taleh ona sexdən çıxmasını bildirmiş, o isə Talehə parça seçdiyi üçün çıxmayacağını demişdir. Orada Taleh, Əliövsətə nə üçün Nigarın əşyalarını izəltmədiyini deyəndə Əliövsət də ona pulunu verdikdən sonra düzəldəcəyini demişdir. Həmin vaxt Əliövsət və Taleh sözlə mübahisə etməyə başlamışlar, sonra isə onlar əlbəyaxa vuruşmuşlar. Həmin vaxt Taleh yumruqla bir neçə dəfə Əliövsətin sifətinə vurmuş və Əliövsəti yerə yıxılmışdır. Əliövsət yerdə olan zaman da Taleh təpiklə onun bədəninə bir neçə zərbə vurmuşdur. O, onları aralaşdıra bilmədiyini görüb yaxınlıqda olan adını bilmədiyi şəxsi köməyə çağırmış və həmin şəxs gəlib harayçılıq edərək onları aralaşdırmışdır. Sonra isə Talelə Nigar çıxıb getmişlər. Həmin vaxt əvvəlcə Əliövsət və Taleh əlbəyaxa olan zaman Taleh Əliövsəti yumruq və təpik zərbələri ilə vuraraq ona xəsarət yetirmişdir. Əliövsət də Talehə yumruq atmış və onun 1-2 zərbəsi Talehə dəymişdir. Orada başqa heç kim heç kimi vurmamış xəsarət yetirməmişdir. Həmin mübahisə 15.10.2021-ci il tarixdə, saat 13:00 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində Əliövsətin işlədiyi qarajın içərisində baş vermiş, o zaman orada o, Taleh, Əliövsət və Nigar adlı qadın olmuş, sonradan isə ora köməyə bir nəfər tanımadığı şəxs gəlmişdir. Taleh və Əliövsətin arasında baş vermiş dalaşma təxminən 1-2 dəqiqə davam etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs tanımış, Əliövsət onun meyvə-tərəvəz satdığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində yerləşən mağazanın yaxınlığında qaraj icarəyə götürərək mebel əşyalarının təmiri ilə məşğul olmuşdur. Onun Zərərçəkmiş şəxsla ədavət və ya düşmənçiliyi olmamışdır. 16.10.2021-ci il tarixdə səhər saatlarında işlədiyi meyvətərəvəz mağazasında olduğu zaman Əliövsətin işlədiyi mebel təmirinə gəldiyini görmüşdür. Baxanda Əliövsətin qaş nahiyyəsində xəsarət olduğunu görmüş və barədə ətrafda olan şəxslərdən maraqlananda ona demişlər ki, 15 oktyabr 2021-ci il tarixdə Əliövsət işlədiyi sexin içərisidə Taleh adlı şəxslə dalaşmışdır. Həmin dalaşma zamanı, yəni 15 dekabr 2021-ci il tarixdə orada olmamış, kimin kimi vurmasını və xəsarət yetirməsini görməmişdir. Sonradan eşitmişdir ki, Əliövsət işlədiyi sexdə Taleh adlı şəxslə dalaşmış və bir-birlərinə xəsarət yetirmişlər. Cinayət işinin materiallarında olan iş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 1390 saylı, 26.10.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ göz ətrafının dərialtı hematoması, sağ qaş nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan yarası, döş qəfəsinin, sol çiyin qurşağının yumşaq toxumalarının şişkinlik fonunda əziyi xəsarətləri aşkar olunmuş, qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 15.10.2021-ci il tarixdə əmələ gələ bilərdi, öz-özünə yetirməsi və öz boyu hündürlüyündən yıxılma nəticəsində əmələ gəlməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa mtiddətə pozulmasma səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan iş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 04/1390 saylı, 09.02.2022-ci il tarixli əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ göz ətrafının dərialtı hemastoması, sağ qaş nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan yarası, döş qəfəsinin, sol çiyin qurşağının umşaq toxumaların şişiknlik fonunda əziyi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərşəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 15.10.21-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilərdi, özü-özünə yetiməsi və öz boyu hündürlüyündən yıxılma nəticəsində əmələ gəlməsi istisna edilir və dərəcəsinə görə - sağ göz ətrafının dərialtı hemastoması, sağ qaş nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya, digər xəsarətlər – yəni döş qəfəsinin, sol çiyin qurşağının yumşaq toxumaların şişkinlik fonunda əziyi isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materillarında olan Sumqayıt şəhər 5 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 05.11.2010-cu il təvəllüdlü X5 və 16.05.2009-cu il təvəllüdlü X3 ataları Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - şikayət vermiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, şikayət vermiş şəxsin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işləri növündə cəzanın təyin edilməsi məqsədəmüvafiqdir və təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan ictimai işləri cəzası cəzanın məqsədini tam təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən X6 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 23.02.2022-ci il tarixli (iş № 1(060)-318/2022) qərarını icra edərək, 02.03.2022-ci il tarixli 308 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. X1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 300 (üç yüz) saat müddətinə ictimai işlər cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərində həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-318/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-318/2022
08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver