Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-319/2022 29.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 76..6.3-cü və 67.1-ci maddələrinə əsasən qəti olaraq 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəzanı çəkmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 405,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 19:00-da Sumqayıt şəhəri Kotec qəsəbəsi 20-ci məhəllə ərazisində yerləşən 100 nömrəli fərdi yaşayış evinin yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin alt hissəsində, sol nahiyəsində saxladığı üzərində “LEVİS” sözləri yazılmış bir ədəd sellofan torbada təmiz çəkisi 405,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, elan olunmuş ittiham üzrə özünü təqsirli bilir və bir neçə müddətdir ki, narkotik vasitələrin istifadəçisidir. O, xx.xx.2021-ci il tarixdə, təxminən saat 19:00 radələrində yaşadığı evin yaxınlığında olduğu zaman, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib Polis İdarəsinə dəvət etmişlər. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsini təklif etmişlər. Həmin vaxt o, sol nahiyyəsində əynində olan qara rəngli gödəkcənin alt hissəsində saxladığı üzərində «LEVİS» sözləri yazılmış bir ədəd sellofan bağlamanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin sellofan bağlama açıldıqda içərisindən yaşıl rəngli bitki mənşəli narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsinin olduğu aşkar edilmişdir. Ondan aşkar edilən ot kütləsi narkotik vasitə «nəşə»dir, həmin maddəni tutulduğu gün günorta saatlarında Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində yerləşən «Avtobaza»dan yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sonradan yaşadığı evə gedərkən polis əməkdaşları onu saxlamışlar. O, uzun illərdir ki, narkotik vasitə sayılan marixuanadan istifadə edir. Həmin vaxt üzərindən aşkar olunmuş bir ədəd sellofan bağlamanın içərisindəki ot kütləsi sellofanla birlikdə tərəzidə çəkilən zaman çəkisinin 0,445 kiloqram olduğu müəyyən olunmuşdur. Ondan aşkar olunan bir ədəd sellofan içərisindəki ot kütləsi ilə birlikdə qablaşdırılmışdır. Bundan sonra onun üzərinə axtarış keçirilən zaman üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı avtobaza ərazisində yerdən tapmış, şəxsi istifadəsi üçün öz yaşadığı ünvana aparmış, ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi özünün ifadəsi ilə yanaşı şahid ifadələri, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, o, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınması və istifadəsində şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan və NMB-nin əməliyyat müvəkkilləri: Şahid2, Şahid3 və KTB-nin inspektor-kriminalisti Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 19:00-da anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, 100 saylı evin yaxınlığında saxlamışlar, həmin şəxsə özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib Sumqayıt şəhər Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinə gəlmişdir. Pİdə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi Orxan Əliyev təqdim olunmuş, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Orxan Əliyevin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Həmin şəxsə hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. X2 tərəfindən aparılırmışdır. X5 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin alt hissəsinin sol nahiyəsində saxlamış olduğu üzərində “Levis” sözləri yazılmış 01 ədəd sellofan bağlamanı çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bağlamanın içərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda aşkar olunan maddənin narkotik vasitə “nəşə” olduğunu, həmin maddəni bugün yəni, xx.xx.2021-ci il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən “Avtobaza”-nın yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin üzərində “Levis” sözləri yazılmış 01 ədəd sellofan bağlama təhqiqatçı tərəfindən açılarkən içərisindən yaşıl rəngli bitki mənşəli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd sellofan bağlama içərisindəki ot kütləsi ilə birlikdə elektron tərəzidə qoyularaq çəkilmiş və çəkisinin 0,445 qram olması müəyyən olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən həmin şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o, da digər iştirakçılar kimi həmin protokolu öz imzası ilə imzalamışdır. Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilməmiş, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs həmin bitki mənşəli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni haradan əldə etdiyi və nə məqsədlə üzərində saxladığı soruşulduqda, o, həmin maddəni bugün yəni, xx.xx.2021-ci il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən “Avtobaza”-nın yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində sxladığını bildirmiş, hal-hazırda mənbənin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcək və Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı məşğul olması ilə bağlı onlarda əməliyyat məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 19:00-da Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, 100 saylı evin yaxınlığında tutulmuşdur.(i.v 19) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-637/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.(i.v 74-75) İş materiallarında “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokolda və məhkəmə iclasında baxış keçirilmiş 01 ədəd diskdən görünür ki, Sumqayıt ŞPİ-nin inzibati binasında, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov Təqsirləndirilən şəxs əvvəlcə özünü təqdim edir. Həmin vaxt Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Sonra X5 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin inzibati binasına gətirildiyini bildirir və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim edir. X5 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin alt hissəsinin sol nahiyəsində saxlamış olduğu üzərində “Levis” sözləri yazılmış 01 ədəd sellofan bağlamanı çıxardaraq təqdim edir. Təqsirləndirilən şəxs həmin bağlamanın içərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunan maddənin narkotik vasitə “nəşə” olduğunu, həmin maddəni bugün yəni, xx.xx.2021-ci il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən “Avtobaza”-nın yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Həmin üzərində “Levis” sözləri yazılmış 01 ədəd sellofan bağlama təhqiqatçı tərəfindən açılarkən içərisindən yaşıl rəngli bitki mənşəli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd sellofan bağlama içərisindəki ot kütləsi ilə birlikdə elektron tərəzidə qoyularaq çəkilir və çəkisinin 0,445 qram olması müəyyən olunur. Daha sonra təhiqiqatçı tərəfindən həmin şəxsin üzərinə şəxsi axtarış keçirilir və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırlır, DİN-nin 127 saylı möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır.(i.v 30-31, 93-94) İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 7/1197 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri yazılmış polietilen torbada bir ədəd şəffaf sellofanda təmiz çəkisi 405,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır(i.v 43- 45) İş materiallarında olan narkoloji tibbi yoxlamanın 205 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Kannabioidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispnaserində qeydiyyata alınması məsləhət görülür.(i.v 100-101) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən, Sumqayıt Şəhər Məhkəməsinin arxivində olan 1(060)-130/2019 saylı cinayət işindəki məlumatlardan, hökmlərin və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1, 180.2.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 14 gün hissəsi çəkilməsi üçün MTCM-dən Ümumi Rajimli CÇM-nə keçirilmişdir. xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 06 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 76..6.3-cü maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 06 ay 06 gün vaxtından əvvəl şərti azad edilmə ləğv olunmuş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan çəkilməmiş qalan 06 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzası bu hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla qəti olaraq 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 04 ay vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır.(i.v 95-99, 117-118) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 5(060)-847/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə onunla bağlı əməliyyat axtarış tədbirlərinin keçirilməsi qanunauyğun hesab edilmişdir.(i.v 125) İş materiallarında olan xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 127) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 404,95 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanc anbarına verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallara əlavə edilmişdir.(128-133) Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluqlar ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi töəhlükəli residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə CM-nın 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-bioloji ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 89,0 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs həmin müdafiəçidən imtina etdiyindən Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 təyin olunmuş, təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirmişlər. Hesabat-arayışlara əsasən Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 12 (on iki) iş saatı, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 72 (yetmiş iki) manat məbləğində, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 404,95 qram çəkidə narkotik vasitə marixuana məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən disk iş materiallarında saxlanılmalıdır. İşdə olan xx.xx.2021-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2021-ci il tarixdən tutularaq saxlanmışdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 20 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 89,0 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkillər tərəfindən göstərilmiş hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi1 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********), vəkil Müdafiəçi2 60 (altmış) manat məbləğində pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosunun Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 404,95 qram çəkidə narkotik vasitə marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-319/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-319/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver