Məhkəmə qərarları › İş №1(060)-319/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-319/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-319/2023 08.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəh., 42-ci məh., 5 nömrəli yataqxana, otaq 41 ünvanında qeydiyyatda olan və ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 04:00 radələrində Sumqayıt şəhəri, 4cü mikrorayon, ev 14/21 in qarşısında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq ilə baş nahiyəsinə və təpiklə ayaq nahiyəsinə qəsdən vuraraq, Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ alın-gicgah nahiyyəsinin şişkinliyihematoması, sol budun aşağı 1/3-nin diz oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinliyi-qançırı, sağ dizin sıyrıqlar ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək, qeyd etdi ki, Zərərçəkmiş şəxs ilə 2016-cı ilin mart ayında nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından övladları yoxdur. Ailə həyatı qurduqdan sonra Sumqayıt şəhəri, 4-cü mkr, ev 14/21-də kirayədə yaşayırlar. Həyat yoldaşı Zərərçəkmiş şəxs hal-hazırda işsizdir. O təxminən 2 ildir ki, taksi fəaliyyəti ilə məşğul olur. Həyat yoldaşı ilə aralarında bir neçə dəfə kirayə yaşadıqları mənzildə mübahisə olsa da sonradan özləri məsələni həll edib barışmışlar. Hadisə baş verən günü yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 04:00 radələrində kirayə yaşadıqları mənzildə həyat yoldaşı Babayeva Esmiradan ona çay gətirməsini istəmişdir. Həyat yoldaşı ona çay verərək gödəkçəsini təmizləmişdir. O, çayı içəndən sonra istirahət etmək üçün mənzilin yataq otağına keçmiş, yataqda uzanaraq mobil telefonda sosial şəbəkədə məlumatları izləmişdir. Bu zaman mənzilin giriş qapısının açılması səsini eşitmişdir. Həyat yoldaşı Elmiranı bir neçə dəfə səsləsə də, ondan səs gəlmədiyini görüb uzandığı yerdən duraraq onun evdə olmadığını və həyətə düşdüyünü anlayıb onun arxasınca getmişdir. Yaşadıqları binanın girişində ona yaxınlaşıb ilk öncə sözlə mübahisə etməyə başlamış, Elmira ona kobud cavab verdikdə təpiklə onun ayaq nahiyyəsinə zərbə endirmiş və başına bir şillə vurmuşdur. Daha sonra yaşadığı ünvana qalxmışdır. Sonradan həyat yoldaşının onun barəsində 3-cü PB-nə şikayət etməsi barədə məlumat almışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, həyat yoldaşı ilə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi həyat yoldaşıdır. Onunla 6 ilə yaxındır ki, qeyri-rəsmi nigahdadır. 2 ilə yaxındır ki, onlar rəsmi nigaha daxil olmuşlar. O, həmdə onun xalası oğludur. Həyat yoldaşı Rövşən ilə bəzən mübahisələri olmuş və onlar barışmışlar. Lakin son günlərdə həyat yoldaşı Təqsirləndirilən şəxs ilə pis mübahisələri olmuşdur. Mübahisələr Rövşənin onun ünvanında deyil, başqa-başqa yerlərdə qalması olmuşdur. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxslə mübahisələri düşmüşdür. Mübahisə zamanı o əsəbləşmiş və evin qapısını çıraraq evdən çıxmışdır. O, binanın blokundan çıxdığı zaman onu yoldaşı binanın qarşısında yaxalamış, onlar mübahisə etmiş və təpiklə sol ayağına vurmuş, əsəbi soyumadığı üçün yumruğu ilə başından vurmuşdur. Onun başı bərk ağrımış və bir söz demədən qorxaraq Rövşənin evə getdiyini görüb o da öz ata evinə-ünvan 3 ünvanına getmişdir. Bundan sonra ayağı və başı ağrıdığı üçün Sumqayıt şəhəri TTYX-ə müraciət etmişdir. Həyat yoldaşının düzəlməyəcəyini görüb bu barədə 102 xidmətinə məlumat vermişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, həyat yoldaşı ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X3 xx.xx.2023-cü il tarixli, 112 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: qapalı kəllə beyin taravması, baş beyin travması, baş beyin silkələnməsi, sağ alın-gicgah nahiyyəsinin şişkinliyi hematoması, sol budun aşağı 1/3-nin diz oynağına tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinliyi-qançırı, sağ dizin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri göstərilən kənar şəxs tərəfindən yumruqla, təpiklə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən bir gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 56) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 55) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 06 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar