Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-32/2021 02.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(060)-115/2021 saylı, 23.02.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağsu rayonu, Musabəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə, xx.xx.1999-ci ildə Füzuli rayonu, Dilağarda kəndində anadan olmuş, azərbaycanlı, orta təhsilli, subay, məhkum olunmamış, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olan, ünvan 1də yaşayan, barəsində “polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən 22.03.2020-ci il tarixdə saat N:00 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı çimərliyi ərazisində yerləşən “Şərur” restoranının qarşısına gəlmiş, orada o, həmin restoranın mətbəxinin plastik pəncərəsini əli ilə itələyib açmış və Təqsirləndirilən şəxs2la birlikdə içəri qanunsuz daxil olub mətbəxdə olan 1 ədəd 50 (əlli) manat dəyərində “Tefal” markalı ütünü, 1 ədəd 25 (iyirmi beş) manat dəyərində “Vitek” markalı ütünü, hər birinin qiyməti 80 manat olan 160 (yüz altmış) manat dəyərində 2 ədəd “Kenvood” markalı ətçəkən maşını, hər birinin qiyməti 6 manat olan 60 (altmış) manat dəyərində 10 ədəd standart padnosu, hər birinin qiyməti 10 manat olan 150 (yüz əlli) manat dəyərində 15 ədəd orta ölçülü tavanı, hər birinin qiyməti 15 manat olan 45 (qırx beş) manat dəyərində 3 ədəd alminium aşsüzəni, hər birinin qiyməti 10 manat olan 200 (iki yüz) manat dəyərində 20 ədəd orta ölçülü qazanı, hər birinin qiyməti 15 manat olan 225 (iki yüz iyirmi beş) manat dəyərində 15 ədəd ləyəni, hər birinin qiyməti 1 manat 50 dəpik olan 165 (yüz altmış beş) manat dəyərində 110 ədəd kabab çəkmək üçün şişi, hər birinin qiyməti 20 manat olan 60 (altmış) manat dəyərində 3 ədəd böyük ölçülü sacı, hər birinin qiyməti 30 manat olan 60 (altmış) manat dəyərində 2 ədəd “Çaykolik” markalı elektrik somavarını, 1 ədəd 120 (yüz iyirmi) manat dəyərində 10 litrlik somavarı, 1 ədəd 20 (iyirmi) manat dəyərində “Polaris” markalı elektron tərəzini və 1 ədəd 100 (yüz) manat dəyərində mətbəx üçün açar komplektini gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1440 (min dörd yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən 22.03.2020-ci il tarixdə saat N:00 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı çimərliyi ərazisində yerləşən “Şərur” restoranının qarşısına gəlmiş, orada Təqsirləndirilən şəxs1 həmin restoranın mətbəxinin plastik pəncərəsini əli ilə itələyib açmış və birlikdə içəri qanunsuz daxil olub mətbəxtə olan 1 ədəd 50 (əlli) manat dəyərində “Tefal” markalı ütünü, 1 ədəd 25 (iyirmi beş) manat dəyərində “Vitek” markalı ütünü, hər birinin qiyməti 80 manat olan 160 (yüz altmış) manat dəyərində 2 ədəd “Kenvood” markalı ətçəkən maşını, hər birinin qiyməti 6 manat olan 60 (altmış) manat dəyərində 10 ədəd standart padnosu, hər birinin qiyməti 10 manat olan 150 (yüz əlli) manat dəyərində 15 ədəd orta ölçülü tavanı, hər birinin qiyməti 15 manat olan 45 (qırx beş) manat dəyərində 3 ədəd alminium aşsüzəni, hər birinin qiyməti 10 manat olan 200 (iki yüz) manat dəyərində 20 ədəd orta ölçülü qazanı, hər birinin qiyməti 15 manat olan 225 (iki yüz iyirmi beş) manat dəyərində 15 ədəd ləyəni, hər birinin qiyməti 1 manat 50 dəpik olan 165 (yüz altmış beş) manat dəyərində 110 ədəd kabab çəkmək üçün şişi, hər birinin qiyməti 20 manat olan 60 (altmış) manat dəyərində 3 ədəd böyük ölçülü sacı, hər birinin qiyməti 30 manat olan 60 (altmış) manat dəyərində 2 ədəd “Çaykolik” markalı elektrik somavarını, 1 ədəd 120 (yüz iyirmi) manat dəyərində 10 litrlik somavarı, 1 ədəd 20 (iyirmi) manat dəyərində “Polaris” markalı elektron tərəzini və 1 ədəd 100 (yüz) manat dəyərində mətbəx üçün açar komplektini gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1440 (min dörd yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMin 177.2.1 və 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 2020-ci ilin mart ayının ortalarından Bakı şəhəri, Nəsimi rayonu 3-cü mikrorayon ərazisində yerləşən kirayədə yaşadığı evdən tanıyır, onunla münasibətləri normaldır. 21.03.2020-ci il tarixdə yaşadıqları evin kirayə haqqını verə bilmədikləri üçün Təqsirləndirilən şəxs2la birlikdə gecələmək məqsədilə Sumqayıt şəhəri, Novxanı çimərliyi ərazisində yerləşən yarımtikiliyə getmişlər. Onlar heç bir yerdə işləmədikləri üçün maddi problemləri olduğundan, Füzuli ilə qərara gəlmişlər ki, obyektlərdən birinə girib oğurluq etsinlər. Bu məqsədlə 22.03.2020-ci il tarixdə saat N:00 radələrində qaldıqları yarmtikilidəın çıxıb Sumqayıt şəhəri, Novxanı çimərliyində yerləşən “Şərur” restoranın yaxınlığına gəlmişlər. Həmin vaxtı ətrafda heç kəsin olmadığını görüb həmin restoranın həyətinə gəlmişlər, sonra həmin restoranın mətbəxinin plastik pəncərəsini əli ilə itələyib açaraq içəri daxil olmuş, Füzuli də onun ardınca mətbəxin pəncərəsindən içəri daxil olmuşdur. Restoranın mətbəxində olan 2 ədəd ütü, 1 ədəd ətçəkən maşın, 3 ədəd padnos, 4 ədəd tava, 3 ədəd aşsüzən, 6 ədəd qazan, 3 ədəd ləyən, 35 ədəd kaba çəkmək üçün şiş, 2 ədəd sac, 2 ədəd elektrik somavarı, 1 ədəd somavar, 1 ədəd elektron tərəzi və 1 ədəd açar komplektini Füzuli ilə birlikdə oğurlayaraq restoranı tərk etmişlər. Restoranın arxasından keçən yola çıxaraq dövlət nömrə nişanını xatırlamadığı “Opel” markalı avtomobili saxlamış, Füzuli ilə birlikdə oğurladıqları əşyaları həmin avtomobilə yükləyərək Bakı şəhəri Stansiya Sabunçu ərazisində yerləşən “Rus bazarı” deyilən yerə aparmışlar. Həmin bazarda oğurladıqları əşyaları tanımadıqları şəxslərə satmışlar. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMin 177.2.1 və 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2020-ci ilin mart ayının ortalarından Bakı şəhəri, Nəsimi rayonu 3-cü mikrorayon ərazisində yerləşən kirayədə yaşadığı evdən tanıyır, onunla münasibətləri normaldır. 21.03.2020-ci il tarixdə yaşadıqları evin kirayə haqqını verə bilmədikləri üçün Təqsirləndirilən şəxs1 təklifi ilə birlikdə gecələmək məqsədilə Sumqayıt şəhəri, Novxanı çimərliyi ərazisində yerləşən yarımtikiliyə getmişlər. Onlar heç bir yerdə işləmədikləri üçün maddi problemləri olduğundan, Rəşadın təklifi ilə qərara gəlmişlər ki, obyektlərdən birinə girib oğurluq etsinlər. Bu məqsədlə 22.03.2020-ci il tarixdə saat N:00 radələrində qaldıqları yarmtikilidəın çıxıb Sumqayıt şəhəri, Novxanı çimərliyində yerləşən “Şərur” restoranın yaxınlığına gəlmişlər. Həmin vaxtı ətrafda heç kəsin olmadığını görüb həmin restoranın həyətinə gəlmişlər, sonra Rəşad həmin restoranın mətbəxinin plastik pəncərəsini əli ilə itələyib açaraq içəri daxil olmuş, o da Rəşadın ardınca mətbəxin pəncərəsindən içəri daxil olmuşdur. Restoranın mətbəxində olan 2 ədəd ütü, 1 ədəd ətçəkən maşın, 3 ədəd padnos, 4 ədəd tava, 3 ədəd aşsüzən, 6 ədəd qazan, 3 ədəd ləyən, 35 ədəd kaba çəkmək üçün şiş, 2 ədəd sac, 2 ədəd elektrik somavarı, 1 ədəd somavar, 1 ədəd elektron tərəzi və 1 ədəd açar komplektini Rəşad ilə birlikdə oğurlayaraq restoranı tərk etmişlər. Rəşad restoranın arxasından keçən yola çıxaraq dövlət nömrə nişanını xatırlamadığı “Opel” markalı avtomobili saxlamış, oğurladıqları əşyaları həmin avtomobilə yükləyərək Bakı şəhəri Stansiya Sabunçu ərazisində yerləşən “Rus bazarı” deyilən yerə aparmışlar. Həmin bazarda oğurladıqları əşyaları tanımadıqları şəxslərə satmışlar. Hadisədən təxminən 3-4 gün sonra etdiyi əməldən peşiman olduğu üçün, eləcə də ona problem yaranmaması üçün 26.03.2020-ci il tarixdə oğurluq etdikləri restorana getmiş, orada gözətçi işləyən Hüseyn adlı şəxsə restorandan Rəşad adlı şəxslə birlikdə oğurluq etdiyini söyləyib etdiyi əməldən peşimançılığını bildirmişdir. Bundan sonra Hüseyn adlı həmin şəxs polisə məlumat vermiş, bir neçə dəqiqədən sonra polis əməkdaşları həmin yerə gəlmiş və o, polislərlə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə gedərək hadisə barədə izahat vermişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona məxsus olan Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı çimərliyi ərazisində yerləşən “Şərur” restoranı 2020-ci ilin mart ayında fəaliyyət göstərmədiyi üçün özü mütəmadi oraya getməsə də və restorana nəzarət etməyi tanışı X2 tapşırmışdır. 22.03.2020-ci il tarixdə Hüseyn ona zəng vuraraq 21.03.2020-ci il tarixdən 22.03.2020-ci il tarixə keçən gecə naməlum şəxs(lər) tərəfindən restorandan oğurluq edildiyini, DİN-in “102” xidmətinə hadisə ilə bağlı məlumat verdiyini və bu barədə 1-ci PB-yə ərizə ilə müraciət etdiyini ona söyləmişdir. O, 22.03.2020-ci il tarixdə restorana gəlmiş və məlum olmuşdr ki, naməlum şəxs(lər) restoranın mətbəxinin plastik pəncərəsini açaraq içəri daxil olub oradan 2 ədəd ütü, 2 ədəd ətçəkən maşın, 10 ədəd padnos, 15 ədəd tava, 3 ədəd aşsüzən, 20 ədəd qazan, 15 ədəd ləyən, 110 ədəd kabab çəkmək üçün şiş, 3 ədəd sac, 2 ədəd elektrik somavar, 1 ədəd somavar, 1 ədəd elektron tərəzi və 1 ədəd açar komplekti oğurlanmışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Hazırda dəymiş ziyanın ödənilməsini tələb edir. Təqsirləndirilən şəxslərə qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizanın 07.05.2020-ci il tarixli, 9/739 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ümumillikdə 1440 (min dörd yüz qırx) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 09.06.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gizli talayaraq satdığı əşyaları alan şəxslərin əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından onlar barəsində Azərbaycan Respublikası CMnin həmin maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gizli taladıqları əşyaları yükləyib apardığı “Opel” markalı avtomobilin sürücüsü olan naməlum şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin həmin maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 26.03.2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 28.03.2020-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 26.03.2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 28.03.2020-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 03.02.2021-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 23.10.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və həmin tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. N.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərancamına əsasən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materialarında olan hökmün surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(060)-115/2021 saylı, 23.02.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasının əvvəli 13.08.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməli və cəzanın əvvəli 13.08.2020ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını və təqsirini səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, 2-ci Qarabağ müharibəsində iştirak etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs1 ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat sərf etmişdir. Ona görə də, 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, onlar həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(060)-115/2021 saylı, 23.02.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 26.03.2020-ci il tarixdən 28.03.2020-ci il tarixədək tutulduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 13.08.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 26.03.2020-ci il tarixdən 28.03.2020ci il tarixədək tutulduğu 02 gün müddət N gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Bundan başqa, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada tutulub dövlət büdcəsinə keçirilməli, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülki iddia verilmədiyindən, məhkəmə Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə istinad edərək hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxslərə qarşı mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(060)-115/2021 saylı, 23.02.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 N (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 26.03.2020-ci il tarixdən 28.03.2020ci il tarixədək tutulduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13.08.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 26.03.2020-ci il tarixdən 28.03.2020ci il tarixədək tutulduğu 02 gün müddət N gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada tutulub dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-32/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-32/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver