Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-32/2024 09.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X8 Zərərçəkmiş şəxs Fətiyeva (Alaverdiyeva) Günay Şamil qızının Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Romi otelin arxasında yerləşən fərdi evdə kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Fətiyeva (Alaverdiyeva) Günay Şamil qızına ödənilməsinə dair Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(028)-581/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(028)-68/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 5775,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Fətiyeva (Alaverdiyeva) Günay Şamil qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Fətiyeva (Alaverdiyeva) Günay Şamil qızı ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların birgə nikahdan xx.xx.2009-cu il tarixdə X7 və xx.xx.2014-cü il tarixdə X6 adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs (Alaverdiyeva) ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamağı qeyrimümkün olmuşdur. Bu səbəbdən də Zərərçəkmiş şəxs (Alaverdiyeva) aralarında olan nikaha xitam verilməsi və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(028)-581/2021 saylı qətnaməsi ilə onların arasında bağlanmış nikaha xitam verilərək, ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175,00 manat olmaqla cəmi 350,00 manat sabit pul məbləğində alimentin tutularaq Fətiyeva (Alaverdiyeva) Günay Şamil qızına verilməsi qət edilmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun yaşadığı yer üzrə Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs (Alaverdiyeva) ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bütün bu olanlara baxmayaraq, o, Zərərçəkmiş şəxs (Alaverdiyeva) olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2023-ci il tarixədək yaranmış olan 5775,00 manat aliment borcundan heç bir ödəniş etməmişdir. Əlavə olaraq göstərmişdir ki, Fətiyeva (Alaverdiyeva) Günay Şamil qızı ilə evli olduğu müddət ərzində onun atasına məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən “Arzu Mebel” mağazasında satış meneceri vəzifəsində işləyərək aylıq orta hesabla 1500,00- 1800,00 manat qazanc əldə etmiş, hal hazırda isə faktiki olaraq yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” ərazisi yaxınlığında yerləşən soyadını bilmədiyi Fərhad adlı şəxsə məxsus mebel sexində istehsalat rəhbəri işləyərək 500,00 manat və satışın 1 (bir) faizi qədər əmək haqqı almasını bildirmişdir. Törətdiyi əməlin cinayət olmasını başa düşür və əməlindən peşmandır. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxsə olan aliment borcunu tam şəkildə ödəmişdir. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək zərərçəkmiş şəxs Fətiyeva (Alaverdiyeva) Günay Şamil qızına olan aliment üzrə borcu tam ödədiyini, zərərçəkmişin şikayətinin olmadığını bildirərək cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Fətiyeva (Alaverdiyeva) Günay Şamil qızı izahatında bildirdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların birgə nikahdan xx.xx.2009-cu il tarixdə X7 və xx.xx.2014-cü il tarixdə X6 adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkilə pisləşmişdir. Onlar evli olduğu müddət ərzində Təqsirləndirilən şəxs onun tanımadığı bir çox şəxslərdən borc pul alaraq həmin şəxslərin pulunu qaytarmamış və həmin şəxslər tez-tez onların birgə yaşadıqları evə gələrək onu və övladlarını narahat etmişdir. Bu səbəbdən də onun Təqsirləndirilən şəxs ilə birlikdə yaşamağı qeyri-mümkün olmuş, hətta Təqsirləndirilən şəxs onun atasın onlara aldığı evi və evdə olan bütün cehiz əmlaklarını sataraq onu övladları ilə birlikdə evsiz qoymuşdur. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs ilə arasında olan nikaha xitam verilməsi və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(028)-581/2021 saylı qətnaməsi ilə onların arasında bağlanmış nikaha xitam verilərək, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175,00 manat olmaqla, cəmi 350,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək yaranmış olan 5775,00 manat aliment borcunu ödəməmişdir. Əlavə olaraq göstərmişdir ki, onlar evli olduqları müddət ərzində Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə, yəni öz atasına məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti B 554 ünvanında yerləşən mebel mağazasını işlədərək yetərli qazanc əldə etməsinə baxmayaraq həmin qazandığı pulları özünə xərcləyərək ona və övladlarına maddi və mənəvi köməkliyi olmamışdır. İş üzrə zərərçəkmiş şəxs Fətiyeva (Alaverdiyeva) Günay Şamil qızı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hal-hazırda qeyd edilən cinayət işi üzrə hesablanmış 5775 manat miqdarında dəymiş zərərin tam olaraq ona ödənildiyini, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Arayış”da iş üzrə zərərçəkmiş şəxs Fətiyeva (Alaverdiyeva) Günay Şamil qızının ibtidai istintaq zamanı verdiyi ifadəsini və xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərdiyi ərizəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdiyi qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-581 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs hər ay 175,00 manat sabit pul məbləğində aliment xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün və hər ay 175,00 manat sabit pul məbləğində aliment xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 verilməlidir. Qətnamə üzrə verilmiş xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Sumqayıt şəhəri üzrə icra idarəsində xx.xx.2021-ci il tarixdə başlanılmış icraat zamanı Təqsirləndirilən şəxs aliment öhdəliyini yerinə yetirməmişdir. Bununla əlaqədar borcluya dəfələrlə rəsmi xəbərdarlıq göndərilmişdir. Borclunun yeri məlum olmadığından və onun tərəfindən aliment üzrə ödənişlər aparılmadığından xx.xx.2022-ci il tarixdə “Axtarış elan olunması haqqında” qərar qəbul edilərək icra olunması üçün Qubadlı rayon polis şöbəsinə göndərilmişdir. Aparılan axtarış tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs icra idarəsinə təhvil verilmiş, ona məhkəmə qərarının mahiyyəti və icrasının məcburiliyi bildirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etmədiyinə görə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla yanaşı borclu xx.xx.2022-ci il tarixli izahatında borcunu ödəməyə imkanının olmadığını qeyd etsə də, icraat zamanı borcun ödənilməsinə təşəbbüs göstərməmiş və öhdəliyini yerinə yetirməmişdir. X9 xx.xx.2022-ci il tarixli ərizəsində borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyini bildirmiş və borclunun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs sonrakı dövr ərzində borcun ödənilməsinə təşəbbüs göstərməmiş, çağırışlara üzürsüz səbəbdən gəlmədiyinə onun barəsində xx.xx.2022-ci il tarixli qərarla təkrarən axtarış qərarı qəbul edilərək icra olunması üçün Qubadlı rayon polis şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə borclu icra idarəsinə təhvil verilmiş, ondan izahat alınmış və ona yeni müddət verilərək aliment borcunun ödənilmədiyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilmişdir (xx.xx.2022-ci il tarixli bildiriş). Borclu xx.xx.2022-ci il tarixdə verdiyi izahatda işsizliyə görə aliment pulunu ödəmədiyini bildirmişdir. Borclu Təqsirləndirilən şəxs işlə təmin olunmasına köməklik göstərilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Məşğulluq Mərkəzinə müraciət edilmiş, qurumun xx.xx.2022-ci il tarixli cavab məktubu ilə vətəndaşın xx.xx.2020-ci il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək münasibətləri və Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olduğu bildirilmişdir. Həmçinin, borclunun nikahda olma faktının müəyyən olunması ilə əlaqədar elektron portaldan əldə edilən xx.xx.2023-cu il tarixli məlumata əsasən borclunun tələbkar Zərərçəkmiş şəxs ilə nikahda olduğu məlum olunmuşdur. Borclu icra sənədində göstərilən ünvanda yaşamadığından ona məxsus əmlakların siyahıya alınması tərəfimizdən mümkün olmamışdır. İcra sənədi üzrə xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək borclu tərəfindən ödənilməli olan aliment 5775,00 manat təşkil edir. Göründüyü kimi keçən müddət ərzində Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi yerinə yetirməməklə yanaşı, Zərərçəkmiş şəxs qanunla qorunan və məhkəmə qərarı ilə bərpa edilən hüquqlarının yenidən pozulmasına səbəb olan əməl törətmişdir. Çünki Təqsirləndirilən şəxs icra üçün daxil olmuş icra sənədinin icrasını vaxtında həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olduğu halda, qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməmişdir. Təqsirləndirilən şəxs bu cür hərəkət və hərəkətsizliyi məhkəmə qətnaməsi ilə müəyyən edilən tələbləri tələbkarın xeyrinə qərəzli olaraq icra etməməklə ifadə olunur. Belə ki, icra sənədi üzrə aliment borcu tam ödənilməmiş və vaxtaşırı ödəmələr həyata keçirilməmişdir. Cinayət qanunvericiliyinə görə məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda cinayət tərkibi yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra öz hərəkətlərini davam etdirmiş olsun. Hazır ki, təqdimatın təsviri hissəsində Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qərarının qərəzli olaraq icra etməməsini özündə ehtiva edən sübut və əsaslar göstərilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibi vardır. Belə ki, məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi, məhkəmə qərarının icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, işlə təmin olunmasına köməklik göstərilməsi üçün Məşğulluq Mərkəzinə müraciət etməmiş, iş üzrə tələbkar Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Təqsirləndirilən şəxs əməlində qərəzlilik elementləri olduğundan və borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu izahatından görünür ki, sonuncu Şahid1 ilə eyniməzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 mart 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v. 1); 01 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona 27 iyul 2023-cü il tarixdə elan edilmişdir. (i.v 79-80) “ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” 01 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 82-86) “Axtarışda olan şəxsin tutulması haqqında” 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il tarixdə, saat 18:45-də tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. (i.v. 90) 27 iyul 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (i.v. 91) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 27 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə AR CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 107- 110); “qətimkan tədbirinin seçilməsi” haqqında 27 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən dərhal azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 111-115); Qubadlı Rayon Məhkəməsinin 2(028)-581/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs hər ay 175,00 manat sabit pul məbləğində aliment xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2009-cu il tarixdə doğulmuş Aysu Alaverdiyevanın yetkinlik yaşına çatana kimi saxlanması üçün və hər ay 175,00 manat sabit pul məbləğində aliment xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2014-cü il tarixdə doğulmuş Dəniz Alaverdiyevanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Günay Alaverdiyevaya verilməlidir. (i.v. 10-13) Qubadlı Rayon Məhkəməsinin 2(028)-581/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci tarixdə icraata başlama haqqında qəbul edilmiş qərar və bildiriş borclu Təqsirləndirilən şəxs göndərilmişdir. (i.v 20-25) Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. (i.v. 30-31) İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. (i.v. 14-19) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən yoxlanılmış 05 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil. (i.v.67); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 95). “Sübutların qiymətləndirilməsi haqqında” 01 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamın elan edilməsi, iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələrinin, habelə icra işinin bütün icra sənədlərinin sübut növü kimi qiymətləndirilməməsi qərara alınmışdır (i.v. 73-78); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərəçəkmiş şəxsin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə düzgün tövsif edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Cəfərov (Jafarov) Azərbaycana qarşı (ərizə № 17276/07) 11 fevral 2010-cu il tarixli qərarında Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərarının, 40-cı bəndinə istinad edərək bir daha bildirmişdir ki, 6-cı maddənin 1-ci bəndi hər kəs üçün, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən digər orqana müraciət etmək hüququnu təmin edir; bununla da həmin bənd “məhkəmə araşdırması hüququnu” təsbit edir, məhkəməyə müraciət hüququ, yəni mülki işlərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququ isə bu hüququn bir aspektidir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. 6-cı maddənin 1-ci bəndi işdəki tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı; 6-cı maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı, halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası CM-nın 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nın müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə borcu ödəməsini, zərərçəkmiş şəxsin verilən ittiham üzrə borcun tam həcmdə ödənilməsi barədə ərizəsini, təqsirləndirilən şəxsin iş üzrə icraata xitam verilməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeydinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddia yoxdur Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeydinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddia yoxdur. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-32/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-32/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver