Məhkəmə qərarları › İş №1(060)-320/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-320/2021

11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-320/2021 11.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kəimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olan, Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2387M-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə 28.12.2020-ci il tarixdə saat 23:40 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən yarım tikili otelin 1-ci mərtəbəsinin plastik qapısını itələyib açma yolu ilə obyektə qanunsuz daxil olaraq oradakı otaqdan Rusiya Federasiyasının istehsalı olan 560 manat dəyərində 07 top elektrik naqillərini, 140 manat dəyərində telefon naqilini, 50 ədəd 500 manat dəyərində (razetka) elektrik mənbəyini, 50 ədəd 500 manat dəyərində işıq yandırıb söndürəni, 06 ədəd 480 manat dəyərində su çiləyiciləri (duş), 06 ədəd 150 manat dəyərində su krantlarını, 05 ədəd 750 manat dəyərində BOSCH markalı direlləri, 02 ədəd 400 manat dəyərində preparatorları, 02 ədəd 300 manat dəyərində BOSCH markalı plastik boruları birləşdirmək üçün aparatı (ütü), 100 ədəd 600 manat dəyərində laqonda daşlarını, 50 ədəd 3000 manat dəyərində qapı kilidlərini, 15 qutu 75 manat dəyərində şurupları,5 komplekt 480 manat dəyərində avtomaşın təmiri üçün istifadə edilən təmir açarlarını, 15 ədəd 75 manat dəyərində boya vurmaq üçün rolikləri, 15 ədəd 90 manat dəyərində silikonu, 15 ədəd 90 manat dəyərində penanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 8128,70 (səkkiz min yüz iyirmi səkkiz manat 70 qəpik) manat məbləğində xeyli miqarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis idarəsində ona psixoloji təzyiq göstərərək, özünə məxsus 11 ədəd laqonda daşını oğurladığını boynuna qoyaraq, oğurluq əməlini törətdiyini bildirmiş və ona polis işçiləri 11 ədəd laqonda daşına görə Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə, yəni xırda talama ilə məsuliyyətə cəlb olunub məhkəmədə müəyyən müddətə inzibati həbs cəzasına məruz qalacağını bildirmişlər. Ona görə də, o oğurluq etdiyini boynuna almışdır. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs polis idarəsində konkret olaraq kimin ona psixi təsir göstərməsinə aydınlıq gətirə bilməmiş, odur ki, məhkəmə onun məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, aşağıdakı sübutlarla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilir. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, əvvəl şübhəli şəxs qismində verdiyi ifadəsini bir daha təsdiq edir və ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunan ittihamla özünü qismən təqsirli bilir. O, əvvəllər oğurluq etdiyi üçün məhkumluq həyatı yaşamışdır. 2019-cu ildə o, cəzasını çəkib qurtarmış və azadlığa çıxmışdır. O, heç bir yerdə işləmədiyi üçün metal yığıb satır. 28.12.2020-ci il tarixdə təxminən saat 23:40 radələrində metal yığmaq üçün Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində olarkən yarımçıq tikili görmüşdür. Həmin tikilinin dəmir darvazası olmamışdır. O, həyətə daxil olub yerdə dəmir armaturların olduğunu görüb oğurluq etmək qərarına gəlmişdir. O, həyətdən təxminən 7-8 kq 50 sm-lik armaturları özü ilə gətirdiyi idman çantasına yığmışdır. Bundan sonra o, yarımtikilinin plastik qapısını itələyərək açıb otağa daxil olmuşdur. O, orada otaqda yerdə olan 10 ədəd işlənmiş, 01 ədəd təzə laqonda daşını, 04 cüt qapı kilidinin əl tutacağını, 01 ədəd markasını və modelini bilmədiyim direli, 01 qutu 70-lik və 3 qutu 30-luq şrupları götürərək çantaya yığmış və oradan uzaqlaşmışdır. O, 04 cüt qapı kilidinin əl tutacağını, 01 ədəd markasını və modelini bilmədiyi direli, 3 qutu şrupları yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində nömrəsini bilmədiyi qara rəngli QAZ-24 markalı avtomaşınla dəmir yığan şəxslərə satmışdır. O, bütün bunları həmin şəxslərə 120 manata satmışdır. Laqonda daşlarını isə evdə yatdığı otaqda saxlamışdır. 13.01.2021-ci il tarixdə polis əməkdaşları onun yaşadığ evə gəlmişlər və onun oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər və onu 5-ci PB-nə dəvət etmişlər. O, orada oğurluq etdiyini etiraf etmiş və evə gedib oğurladığı laqonda daşlarını polis əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş şəxs izahatında göstərdiyi müxtəlif naqilləri, santexnika mallarını, BOSCH markalı direlləri, preparatorları, laqonda daşlarını, qapı kilidlərini, 15 qutu şrupu, 5 komplekt avtomaşının təmiri üçün istifadə edilən açarları, boya vurmaq üçün 15 ədəd roliki, 15 ədəd silikonu, 15 ədəd penanı oğurlamamışdır. O, ancaq ifadəsində göstərdiyi əşyaları oğurlamışdır. O, Zərərçəkmiş şəxs göstərdiyi avadanlıqları və əşyaları oğurlamamışdır. O, oğurluğu tək etmiş və yanında heç kim olmamışdır. O, oğurladığı əşyaları satarkən özünə məxsus olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ifadəsinin müstəntiq tərəfindən kompüterdə yazılmasına etirazı yoxdur. Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən yarımtikili otel atası X2 adına olsa da faktiki olaraq ona məxsusdur. O, həmin obyektin tikintisi ilə məşğul olur. O, Rusiya Federasiyasında yaşayır. O, Azərbaycana gələndə özü ilə tikintidə istifadə olunan müxtəlif tikinti materialları alıb gətirmişdir. O, aldığı malları qeyd edilən yarımtikilinin birinci mərtəbəsindəki mağazaya yığmış və həmin tikilinin inşasında istifadə etmişdir. 28.12.2020-ci il tarixdə saat 17:30 radələrində o, mağazanın qapısını bağlayıb fəhlələri də götürmüşdür. O, fəhlələri yolda düşürdükdən sonra yaşadığı evə getmişdir. 29.12.2020-ci il tarixdə saat 09 radələrində o, yarımtikiliyə gəlmiş və ondan qabaq gələn fəhlələr ona bildirmişlər ki, obyektdən oğurluq olmuşdur. O, mağazaya baxmış və həqiqətəndə görmüşdür ki, obyektin birinci mərtəbəsinə yığdığı müxtəlif tikinti materiallarının oğurlanmışdır. O, oğurlanmış malların adlarını və çeşidini izahatında göstərmişdir. Təxminən iki həftədən sonra obyektə polis əməkdaşları bir nəfər gətirmişlər. Bildirmişlər ki, onun obyektindən oğurluq edən şəxs budur. Həmin şəxs Təqsirləndirilən şəxsdur. Ona məxsus obyektdən Rusiya Federasiyasının istehsalı olan 560 manat dəyərində 07 top elektrik naqilləri, 140 manat dəyərində telefon naqili, 50 ədəd 500 manat dəyərində (razetka) elektrik mənbəyi, 50 ədəd 500 manat dəyərində işıq yandırıb söndürən, 06 ədəd 480 manat dəyərində su çiləyicilər (duş), 06 ədəd 150 manat dəyərində su krantları, 05 ədəd 750 manat dəyərində BOSCH markalı direllər, 02 ədəd 400 manat dəyərində preparatorlar, 02 ədəd 300 manat dəyərində BOSCH markalı plastik boruları birləşdirmək üçün aparat (ütü), 100 ədəd 600 manat dəyərində laqonda daşları, 50 ədəd 3000 manat dəyərində qapı kilidləri, 15 qutu 75 manat dəyərində şuruplar, 5 komplekt 480 manat dəyərində avtomaşın təmiri üçün istifadə edilən təmir açarları, 15 ədəd 75 manat dəyərində boya vurmaq üçün roliklər, 15 ədəd 90 manat dəyərində silikon, 15 ədəd 90 manat dəyərində pena oğurlanmışdır. Bununlada ona ümumilikdə 8190 (səkkiz min yüz doxsan) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31.03.2021-ci il tarixli, 9/1074 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus yarımtikili obyektdən oğurlanmış və ekspertizaya təqdim olunmuş 11 ədəd laqonda daşının ümumi qiyməti 4,70 manat (dörd manat 70 qəpik) təşkil etmişdir. Ekspert qarşısında sadalanan və nəzəri qaydada qiymət verilməsi xahiş edilən 07 top elektrik naqilləri, telefon naqili, 50 ədəd (razetka) elektrik mənbəyi, 50 ədəd işıq yandırıb söndürən, 06 ədəd su çiləyiciləri (duş), 06 ədəd su krantlarını, 05 ədəd BOSCH markalı direlləri, 02 ədəd preparatorları, 02 ədəd BOSCH markalı plastik boruları birləşdirmək üçün aparatı (ütü),89 ədəd laqonda daşları, 50 ədəd qapı kilidlərini, 15 qutu şurupları, 5 komplekt avtomaşın təmiri üçün istifadə edilən təmir açarlarını, 15 ədəd boya vurmaq üçün rolikləri, 15 ədəd silikonu, 15 ədəd pena barədə heç bir məlumat olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparılması mümkün olmamışdır. Buna görə də həmin əşyalar üzrə qiymətləndirmə zərərçəkmiş şəxsin qeyd etdiyi qiymətlərlə hesablanmalıdır. Belə olan halda Zərərçəkmiş şəxs ümumilikdə 8128,70 (səkkiz min yüz yüz iyirmi səkkiz manat 20 qəpik) manat məbləğində ziyan dəymişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 11 ədəd laqonda daşı maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin 15.01.2021-ci il tarixli, 4(060)-13/2021 saylı qərarı ilə də “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 69.3, 67.1, 68.2-ci maddələri ilə 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 18.01.2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.05.2018-ci il tarixli hökmü dəyişdirilib AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1, 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərində 01 il 01 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası və 3500 manat cərimə cəzası saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 01.10.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 18.01.2019-cu il tarixli qərarı, məhkəmənin digər yekun qərarının icrası qaydasında dəyişdirilərək, Təqsirləndirilən şəxs 01 ay 08 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və 08.11.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03.07.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cərimə cəzası 05 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 03.07.2020-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt şəhər probasiya şöbəsinin böyük icra məmuru X3 təqdimatı təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-26/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3500 ( üç min beş yüz) manat cərimə cəzasının 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunması, Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyun 2020-ci il tarixdən 03 iyul 2020-ci il tarixədək tutulduğu 4(dörd) gün müddət, bir günə iki gün hesablanmaqla təyin edilən cəzadan çıxılmasının və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzasının qəti olaraq 05 (beş) ay 22( iyirmi gün) müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin 10.08.2021-ci il tarixli 115422 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10.08.2021-ci il tarixə çəkilməmiş 05 ay, 22 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətməsi məhkəmə istintaqı və məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar ilə öz təsdiqini tapır. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 117.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 59.1.4-cü maddəsinə əsasən himayəsində 27.08.2009-cu il təvəllüdlü X1 olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 03.07.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 05 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 13.01.2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə ekspertiza xərci 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə Sumqayıt ŞPİ-də saxlanılan maddi sübut olan 11 ədəd laqonda daşı Zərərçəkmiş şəxs qaytarılmalı və Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatında məhkəmədə iddia qaldırması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 03.07.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 05 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası 02 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il 01 ( bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 13.01.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə ekspertiza xərci 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə Sumqayıt ŞPİ-də saxlanılan maddi sübut olan 11 ədəd laqonda daşı Zərərçəkmiş şəxs qaytarılsın. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatında məhkəmədə iddia qaldırması izah edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar