Məhkəmə qərarları › İş №1(060)-320/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-320/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-320/2025 15.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə 18 avqust 1981-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, Sumqayıt şəhəri, 41-ci məhəllə, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyəqədər sadələşdirilmiş icraat materialları üzrə işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdə saat 12:00 radələrində Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən sürücülük məktəbinin arxa hissəsində həyətyanı sahədə olarkən şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs vuraraq ona sol gözün ağlı qişasının bayır bucağına yayılmış qansızması, sol gözün bayır bucağının şişkinlik fonunda əziyi xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanıyır və bir neçə ay əvvəl Nahid ondan 100 manat borca pul almışdır. Lakin o, sonradan borcunu Nahiddən tələb etsədə geri ala bilməmişdir. xx.xx.2025-ci il tarixdə o, yenə də Nahidə zəng edərək onunla görüşmək istədiyini bildirmiş və həmin gün saat 12:00 radələrində Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən sürücülük məktəbinin arxa hissəsində görüşmüşlər. O, Nahidə borcunu niyə qaytarmadığını bildirdikdə, Nahid imkanı olmadığını bildirmiş və bu zaman onların arasında mübahisə düşmüşdür. Mübahisə zamanı o, yumruqla Nahidin sifət nahiyəsindən bir dəfə vurmuş və daha sonra ondan aralanaraq getmişdir. Sonradan 4-cü Polis Bölməsindən zəng edilərək bölməyə dəvət etmişlər. Hal-hazırda o, etmiş olduğu əməldən səmimi peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır və onunla normal münasibəti var. Təxminən iki ay öncə o, Təqsirləndirilən şəxsdn 100 manat borc pul almış və bir neçə günə qaytaracağını bildirmişdir. Bundan sonra Elnur ona zəng edərək borcun istəsə də o, maddi imkanı olmadığına görə qaytara bilmədiyini bildirmişdir. 08 mart 2025ci il tarixdə Elnur yenə də ona zəng edərək görüşmək istədiyini və harda olduğunu ondan soruşmuşdur. O, Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən sürücülük məktəbinin yaxınlığında olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 12:00 radələrində Elnur ona zəng etmiş və o, Elnura sürücülük məktəbinin arxasına keçməsini xahiş etmişdir. Onlar görüşdükdən sonra Elnur yenə borcunu tələb etmiş, lakin o borcu qaytarmağa imkanı olmadığını bildirmişdir. Bu zaman Elnur əsəbləşərək yumruq zərbəsi ilə onun sifət nahiyəsindən bir dəfə vurmuş və ordan uzaqlaşıb getmişdir. Daha sonra o, polisə şikayət etmişdir. O, məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının 09 mart 2025-ci tarixli 327 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol gözün ağlı qişasının bayır bucağına yayılmış qansızması, sol gözün bayır bucağının şişkinlik fonunda əziyi aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməkdə təqsirlidir. İbtidai istintaq orqanı tərəfindən onun törətdiyi cinayət əməli düzgün olaraq CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs ərizə təqdim edərək barışdıqlarını bildirmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və zərər çəkmiş şəxslə barışmasını əsas götürülməklə, cinayət qanunu müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilməklə Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 5 (beş) saat vaxt sərf etmişdir. Ona görə də 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 40.1, 40.3, 43.3, 321.1, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar