Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-321/2021 02.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru: Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs, müdafiəçi: Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə qetməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə, saat 15 radələrində etibarnamə əsasında idarə etdiyi AD 208474 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz E 220 CDİ minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Babək küçəsi ilə Niyazı küçəsi istiqamətində hərəkət edən zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan təhlükəsizlik tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görməmiş və idarə etdiyi “Mercedes-Benz E220 CDİ minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan hissəsi ilə yolun sol tərəfindən sağ tərəfinə keçən piyada Zərərçəkmiş şəxs vurub, ehtiyatsızlıqdan sonuncuya sağ qamış sümüyünün bayır kondilusunun qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təsqsirli bilərək ifadəsində göstərdi ki, atasına məxsus “Mersedes–Benz” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edirmiş, 11.12.2020-ci il tarixdə saat təxminən 15:30 radələrində idarə etdiyi Mersedes Benz markalı **-RG-*** d/n/n-lı avtomobilə Babək küçəsi ilə üzü Niyazi küçəsi istiqamətində hərəkətdə olmuş, yolda avtomobil sıxlığı olduğu üçün surəti olduqca aşağı təxminən saatda 5-10 km/saat sürət olmuş, təxminən “Hiper” adlı market yaxınlığında yolun sol kənarından piyada hərəkətdə olan yaşlı qadın ondan solda hərəkətdə olan avtomobilin qarşısından sadə piyada addımlarla qarşısına çıxmış və idarə etdiyi avtomobilin qabaq sol qanadına çırpılmışdır. İdarə etdiyi avtomobili saxlamış aşağı düşən zaman qadın yerə yıxılmış, həmin qadına yaxınlaşmış və onu yerdən qaldırmış avtomobilinə əyləşdirmişdır. Qadının yanında 6-7 yaşında olan qız uşağı da olmuşdur. O da avtomobilinə əyləşmiş, həmin qadını TTYX-na aparmış, yolda qadından oğlunun nömrəsini alıb ona zəng etmiş, xəstəxanaya çatanda onun oğlu da ora gəlmiş, xəstəxanada həmin qadının oğlu həkimlərə anasının yıxılaraq xəsarət aldığını bildirmişdir. Adını sonradan Rəfiqə kimi bildiyi həmin qadın ayağından müayinə olunmuşdur. Sonra isə onu evlərinə aparmış, həmin vaxtdan bəri mütamadi olaraq atası həmin qadına baş çəkib təxminən ona 700 AZN pul vermiş, 12.01.2021-ci il tarixdə atası yenidən həmin qadına baş çəkdikdə o atasından 1000 azn daha pul istəmiş, atası isə ona ”imkanım yoxdu, demişdir. Bir neçə gündən sonra isə polis əməkdaşları atasına zəng edərkən Rəfiqə Ağaliyevə polis orqanlarına barəsində şikayət etdiyi barədə məlumat vermişlər.Hazırda törətdiyi əməldən peşmandır və cəza təyin olunarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 11.12.2020-ci il tarixdə tarix də saatı 16 :00- radəlrəində Sumqayıt şəhəri, Babək küçəsində yerləşən “Hiper” adlı marketin qarşısında olan Aptekdan dərman almaq üçün az yaşlı nəvəsi ilə getmişdir. Dərmanı aptekdə aldıqdan sonra yolu “Hiper” marketin istiqmətində yol nəvəsi ilə keçdiyi zaman, yolu ortasından irləi 2 metr məsfə qət etdiyi anda sağ tərəfdən “Mersedes” markalı avtomobil gəldiyini görmüş və öncə nəvəsi 10.08.2016-ci il təvəllüdlü Fərəh Ağamaliyevanı və özü geriyə istqəmləndirmiş və öz geriyə qaçmış, lakin həmin vaxt avtomobilin sağ yan tərəfi ilə onun sağ ayağından dəymiş və o həmin anda yerlə yıxlmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı az yaşlı nəvəsi heç bir həsatər almamış və ona görə də bununla bağlı heç bir şikayəti olmadığını demişdir. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra onu vurduğu avtomobilin sürcücü adını sonradan bildiyi Təqsirləndirilən şəxs olduğunu bilmiş, Təqsirləndirilən şəxs onu xəstaxanaya aparımış və orada ona tibbi yardım göstərmişlər, lakin daha sonra ona müalicəsi üçün cəmi 650 manat pul dəmişdir ki, bu da onun müalicəsi üçün kifayət deyildir. Belə ki, o ayağının müalicəsi üçün daha 550 manat xərcləmişdir, həmçinin onun sanatoriyada müalicəsi üçün daha 1500 manat pul tələb olunur. Ümumilikdə 2050 manat pul lazımdır. Təqsirləndirilən şəxs isə onun bu xərclərini ödəmədiyindən ondan şikayətçidir. Məhkəmədə iş üzrə şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərdi ki, 2012ci il tarixdən DİO-da 2015-ci lin yanvar ayından Sumqayıt ŞPİ-nin DYPB-nin YPX-də xidmət aparmış, 15.01.0 2021-ci il tarixdə xidmətə olduğu zaman saat 11 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, Babək küçəsində "Hiper" adlı mağazanın qarşısında “Mersedes” E220 markalı avtomobilin piyadanın vurması barədə məlumat daxil olmuş, o həmin yerə dərhal getmiş və orada təhqiqatçı Nahid Bağırlı tərəfindən hadisəni törədən "Mersedes" E220 **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisə yerini göstərmiş, həmin vaxt hadisə yerindı müayinə aparmış təhqiqatçı ilə birlikdə hadisə yerinə hal şahidlərin və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və ölçülər götürülmüş, bu barədə protokol və yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında sxem tərtib edilmiş, Təqsirləndirilən şəxs həmin vaxt idarə etdiyi “Mersedes” markalı avtomobilə yolda hərəkət edərkən piyada Zərərçəkmiş şəxs yolu soldan sağa keçəmkdə olmuş və həmin vaxt onu ehyitaytsızlıqdan onu vuraraq xəsarət yetirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22 yanvar 2021-ci il tarixli 85 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, 1957-ci təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nin tərtib etdiyi 79 saylı arayışa , həkimin rentgenoloqun müfavfiq müayinəsinə əsasən qərarla göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağdakı nəticəyə gəlmiş: Zərərçəkmiş şəxs bəıdənində aşağdakı xəsatətlər vardır, Sağ qamış sümüyünün bayır kondillusununun qapalı sınığı. Qeyd olunan xəsarətlər küt əşya təsərindən törənmişdir, törənmə müddət onun tibbi yardıma müarciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərrilən vaxtda və şəraitdə, yəni 11.12.2020-ci il tarixdə YNH-sı zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəbn olan sağlamlığa Az ağır xərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 19 mart 2021-ci il tarixli 8/461 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Mersedes Benz E220 markalı, 99-RG431 dövlət qeydiyyat nişanlı avtomobilin sürcücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “ Yol hərəkəti haqqında “ Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə tiayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş 17.02.2021-ci il tarixli 302- 924-1220 saylı məktubda, Təqsirləndirilən şəxs adına 25.02.2019-cu il tarixdə AE 208474 seriyalı “BC” kateqoriyalı 10 illik etibarlılıq müddəti olan sürücülük vəsiqəsinin olduğu bildirilmiş və kompüter bazasına əsasən sürücülükdən məhrum edilənlər arasında müəyyən edilməmişdir. DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 31.03.2021ci il tarixli qərardan görünür ki. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayndəsi tərəfindən verilmiş 466 saylı arayışdan görünür ki, Kərimov X3 qəsəbəsi 1-ci mədənkorpuz 3 ev 144 ünvanında daimi passport qeydiyyatındadır. Yaşayış yeri üzrə ondan hər hansı bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan sənədin sürətindən görünür ki, X2 “BC” kateqoriyalı, AD 208474 seriyalı sürücülük vəsiqəsi vardır. Cinayət işinin materiallarında olan 01 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “barəsində başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs Ağliyevarəfiqə Əgdər qızı tərəfindən verilmiş ərizədən görünür ki. o. təqsirləndirilən şəxsdən şikayətçidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər və andlı iclasçılar cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsini istisna edən halların dairəsi isə CPMnin 125.2-ci maddəsində göstərilmişdir. CPM-nin 125.7-ci maddəsi cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyü üzrə məsələnin həllini bir vəzifə olaraq icraatı aparan orqanın, o cümlədən məhkəmənin üzərinə qoymuşdur. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinyət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv axılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin və şahid ifadələri, ekseprt rəyi və digər sübutlarla tam sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.14-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın qismən ödənilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal yaşayış yeri üzrə müsbət xarakterizə olunması və törətdiyi əməldən peşman olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddələrinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər:Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE********************saylı hesabına (VÖEN **********) ödənilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Seymur oğlunun məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 12 aprel 2021-cu il tarixli (iş № 1(060)-321/2021) qərarını icra edərək, 16 aprel 2021-ci il tarixli 337 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt şəhər filialında olan hesabına köçürülməlidir. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona maddi ziyan dəydiyini, lakin ödənilmədiyini bildirmiş, bununla belə mülki iddia verməmişdir. Odur ki, Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt şəhər filialında olan hesabına köçürülsün: “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-321/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-321/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver